Məhkəmə qərarları › İş №1(102)-927/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-927/2023

17.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-927/2023 17.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə xx xxxxxxx 1977-ci ildə Bərdə rayonu Köbər kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, “Bərdə rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin cərrahiyyə şöbəsində həkim travmatoloq-ortoped işləyən, əvvəllər məhkum olunmamış, Bərdə r ayonu Köbər kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM-in) 139-1.1ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 oktyabr 2022-ci il tarixli hökmündən dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Alıkişiyev Rəşad Nizami oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bərdə Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli hökmü ilə (hakim Q.M.Əbilov) Məhkum - Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2500 (iki min beş yüz) manat cərimə cəzasına məhkum edilmiş, həmçini n ona CM-in 308.1-ci maddəsi ilə elan edilmiş ittihamın xaric edilməsi hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 oktyabr 2022-ci il tarixli hökmü ilə (hakimlər: E.İ.Xasməmmədov (sədrlik edən), T.A.Muxtarov və S.B.Məmmədov) apellyasiya şikayəti təmin edilmiş, Bərdə Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli hökmü ləğv edilmiş, Məhkum əməlində cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası CM-in 139.1.1-ci maddəsi ilə bəraət verilmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama görə Məhkum karantin rejimlərini pozaraq xəstəliklərin yayılması üçün real təhlükə yaratmış və vəzifəli şəxs kimi x idməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Belə ki, təqsirləndirilən şəxs Məhkum vəzifəli şəxs kimi “Bərdə rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin cərrahiyyə şöbəsində həkim travmatoloq-ortoped vəzifəsində işləyərkən, 16 aprel 2021-ci il tarixdə “Covid-19” virusu ilə bağlı verdiyi və “Xüsusi Təhlükəli İnfeksiyaya Nəzarət” publik hüquqi şəxsinin Şəmkir rayon şöbəsinə göndərilmiş test analizinin nəticəsinin pozitiv olmasını istifadəsində olan “050 706-97-97” saylı nömrəyə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “İTS.gov.az” adlı r əsmi saytından 18 aprel 2021-ci il tarixdə, saat 09:21-də gəlmiş sms vasitəsilə əminliklə bildikdən sonra həmin gün xəstəliyi yüngül formada keçirdiyi üçün onun xüsusi tibb müəssisəsindən kənarda müalicə olunması mümkün hesab edildiyindən yaşadığı Bərdə rayonu, Köbər kəndindəki evində təcrid olunmaqla və üzərində tibbi müşahidə həyata keçirilməklə karantin nəzarətinə götürülməsinə baxmayaraq, “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 may 2020-ci il tarixli, 161 nömrəli qərarının 4.5.5 və 4.6-cı maddələrinə əsasən karantin nəzarətinin müddəti başa çatdığı vaxt aparılan sonuncu laboratoriya müayinəsinin nəticələr i əldə olunana qədər karantin nəzarətinə götürülmüş şəxsin yaşadığı və ya olduğu yeri tərk etməsi qadağan olunduğu və ya mənzili (evi) tərk etməməli olduğu halda, buna əhəmiyyət verməyib 19 aprel 2021-ci il tarixdə saat 09 radələrində yaşadığı evini icazəsiz tərk edib karantin rejimlərini pozaraq, xəstələri qəbul etmək niyyətində olub xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə işlədiyi ünvan 2 ünvanında yerləşən “Bərdə rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin cərrahiyyə şöbəsinə gələrək xidməti iş otağında öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib həmin şöbənin tibb bacısı Şahid2 və istintaqa məlum olmayan digər şəxslərlə ünsiyyətdə olmaqla koronavirus infeksiyasının yayılması üçün real təhlükə ya ratmış və bu əməli ilə cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 oktyabr 2022-ci il tarixli hökmünün ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması xahiş olunur. Protestdə qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutlar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq olunmadığından hökm ləğv olunmalıdır. Belə ki, apelyasiya instansiyası məhkəməsi birtərəfli mövqe tutmaqla müdafiə tərəfinin dəlillərinə istinad etmiş, ekspertiza rəylərini təqsirlə ndirilən şəxsin mövqeyi baxımından şərh etmişdir. Halbuki, qeyd olunan rəylərdə Məhkum 16 aprel 2021-ci il tarixdə koronavirusa yoluxmuş xəstə olması, ona 18 aprel 2021-ci il tarixdə mobil telefonuna SMS gəlməklə karantin rejiminə düşməsi barədə xəbərdarlıq edilməsi təsdiq edilmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya k assasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosess ual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində qeyd edilir ki, təqsirləndirilən şəxs Məhkum ittihamda qeyd olunan cinayət əməlinin törədilməsində təqsirli olması təkzib edilməz sübutlarla təsdiq edilməsinə baxmayaraq apellyasiya instansiya məhkəməsi həmin sübutları kifayət qədər araşdırıb təhlil etmədən Məhkum barəsində bəraət hökmü çıxarmışdır. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhk əməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məz munundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayətprosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tə rəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Məhkəmə kollegiyası dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində qeyd edilən hallarla da əlaqədar bildirir ki, Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 146-cı maddəsinin tələbinə görə cina yət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki,onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası iş materiallarını təhlil edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticəni belə əsaslandırmışdır: “....ittiham aktından görünür ki, Məhkum qarşı irəli sürülmüş ittiham onun məhz 19 aprel 2021-ci il tarixdə (bir gün müddətində) karantin rejimini pozması və bu əməli ilə xəstəliklərin yayılması üçün real təhlükə yaratması ilə bağlıdır. Halbuki, 19 aprel 2021-ci il tarixdə Məhkum tərəfindən verilmiş bütün mümkün olan analizlərin nəticələrinə görə onda koronavirus infeksiyası aşkar olunm amışdır. Bu isə o nəticəyə gəlməyə əsas verir ki, Məhkum tərəfindən 19 aprel 2021-ci il tarixdə karantin rejimi pozulmuş olsa belə, həmin gün onda koronavirus infeksiyası olmadığından o, 19 aprel 2021-ci il tarixdə infeksion xəstəlikləri yayma və ya onların yayılması üçün real təhlükə yarada bilməzdi. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Məhkum əməlində CM-nin 139-1.1ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin bütün zəruri şərtləri yaranmamışdır, o cümlədən karantin rejiminin pozulması nəticəsində xəstəliklər yayılmamış yaxud yayılma üçün real təhlükə yaranmamışdır. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi səhv nəticə əsasən onunla bağlı olmuşdur ki, iş üzrə keçirilmiş bütün məhkəmə-tibb ekspertizalarının rəylərinə görə Məhkum 16 aprel 2021-ci ildə verdiyi analizdə onda koronavirus olması faktı inkar edilməmiş, bu əsasla o karantin rejimində olmalı olan şəxs olmuş, lakin buna baxmayaraq, karantin rejimini bir gün müddətində (19 aprel 2021-ci ildə) pozmuşdur. Hətta, Məhkum 19 aprel 2021-ci ildə verdiyi bütün analizlərin nəticəsində onda virus aşkar olunmasa belə, bu o demək deyil ki, 16 aprel 2021-ci ildəki analizin cavabı yanlışdır. Mümkündür ki, o, 16 aprel 2021-ci ildə virusa yoluxmuş vəziyyətdə olsun, 19 aprel 2021-ci ildə isə sağalmış olsun və onda virus aşkar olunmasın. Həmçinin, kollegiya xüsusilə vurğulamağı zəruri hesab edir ki, dövlət ittihamçıları da birinci və apellyasiya instansiyası məhkəmələrində bu dəlillər üzərində ittihamı müdafiə etmiş, habelə apellyasiya baxışı zamanı dövlət ittiha mçısı Rəşad Alıkişiyev xüsusilə qeyd etmişdir ki, Məhkum birinci analizi ilə özünün təkrar verdiyi analiz arasında 5 gün vaxt fərqi olmuşdur, yəni o birinci analizi 16 aprel, ikinci analizi isə 21 aprel 2021-ci il tarixlərdə vermişdir. Odur ki, onun əməlində qeyd edilən cinayətin tərkibi vardır, yəni ola bilsin ki, Məhkum virus infeksiyası olmuş, lakin o, 21 aprel 2021-ci ilədək sağalmışdır. Lakin bu hal onu cinayət məsuliyyətindən azad edə bilmir. Əsas da odur ki, o 16 aprel 2021-ci ildə infeksiyaya yoluxmuş, 19 aprel 2021-ci ildə isə yoluxmuş vəziyyətdə xəstəxanaya getməklə infeksiyanın yayılması üçün real təhlükə yaratmışdır.” Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Məhkum 16 aprel 2021-ci ildə verdiyi analizin cavabında onda virus aşkar edilməsinin yanlış nəticə olması ilə bağlı məhkəmələrdə heç bir sübut tədqiq edilməmişdir. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, Məhkum 19 aprel 2021-ci il tarixli analizlərin cavabına görə Məhkum həmin tarixdə virus olmaması müəyyən edilmişdir. Bundan başqa, iş materiallarından görünür ki, apellyasiya baxışı zamanı dövlət ittihamçısı Məhkum təkrar analizinin 21 aprel 2021-ci il tarixdə aparıldığını və məhz bu tarixdə onda virus aşkar edilmədiyini iddia etsə də, müdafiə tərəfi apellyasiya baxışı zamanı kollegiyaya Bərdə rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 3739 nömrəli arayışı təqdim edərək və həmin sənədə istinad edərək bildirmişdir ki, Məhkum götürülmüş analizin 21 aprel 2021-ci ildə tədqiq edilməsinə baxmayaraq, a nalizin özü 19 aprel 2021-ci il tarixdə götürülmüşdür. Bu isə onu təsdiq edir ki, Məhkum təkrar analizi 19 aprel 2021-ci il üçün olan vəziyyəti özündə ehtiva edir. Azərbaycan Respublikası CM-in 139-1-ci maddəsində “Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulmasına” görə cinayət məsuliyyətini nəzərdə tutur. Cinayət Qanunun qeyd olunan normasının tələblərindən görünür ki, bu norma ilə cinayət məsuliyyətinin yaranması üçün zəruri olan şərt təqsirkarın epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması, habelə belə əməllərin xəstəliklərin yayılmasına səbəb olması və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratmasıdır. Qanunun mənasına görə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin p ozulması, özü-özlüyündə heç bir ictimai təhlükə yaratmırsa, bu pozuntu cinayət məsuliyyətini yarada bilməz. Odur ki, belə vəziyyətdə pozuntunun xəstəliklərin yayılmasına səbəb olması və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratması cinayət tərkibinin zəruri şərtidir. Odur ki, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Məhkum həmin tarixdə hər hansı infeksion xəstəliyi yaymamış və ya yayma təhlükəsi yaratmamışdır. Bu da onun əməlində CM-in 139-1.1-ci maddəsinin tərkibinin olmasını istisna edir. Azərbaycan Respublikasının CPM-in 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhz yuxarıda qeyd edilənlərə əsasən apellyasiya instansiya məhkəmə si tam əsaslı olaraq Məhkum Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsi ilə əməlində cinayət tərkibi olmaması əsası ilə bəraət verilməsi qənaətinə gəlmişdir. Avropa Məhkəməsi qeyd edir ki, istənilən şübhə vicdanlı şübhə olmalıdır. Mürrey Birləşmiş Krallığa qarşı məhkəmə işi üzrə qərarında məhkəmə qeyd etdi ki, şübhənin həqiqi və vicdanlı olması onun əsaslığının zəruri elementlərindən birini təşkil edir. Lakin şübhə yalnız o halda əsaslı sayıla bilər ki, şübhəli şəxsin güman edilən cinayətlə əlaqəsi olduğunu obyektiv olaraq göstərən faktlara və ya informasiyaya əsaslansın. Buna görə də, sözügedən şəxsin törətdiyi hərəkətlərin onun hüquq pozuntusunda iştirakını birbaşa təsdiq etdiyini göstərən, yaxud sənədlərlə və ya məhkəmə-tibb ekspertizasının nəticələri ilə təsdiq edilən sübutlar olm alıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq olsun, yəni qanuni yolla əldə olunmuş olsun. Azərbaycan Respublikası C PM-in 12.1 və 12.3-cü maddələrinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhku m edilməsinin yol verilməz olduğunu ehtiva edir. Azərbaycan Respublikası CPM-in 42.1.2-ci maddəsində qeyd edilir ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü əməldə cinayət tərkibi olmadıqda çıxarılır. Məhkəmə kollegiyası kassasiya protestinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPMin 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edərək qeyd edir ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbi qini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protesti dəlilləri ilə razılaşmayaraq həmin protestin təmin edilməsi üçün əsaslar tapmır və buna görə də hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 oktyabr 2022-ci il tarixli hökmü əsaslı olduğundan, kassasiya protestində onun ləğvi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan protest təmin edilmədən, həmin hökm isə dəyişiklik edilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti təmin edilməsin Məhkum bəraət verilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 oktyabr 2022-ci il tarixli hökmü dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar