Məhkəmə qərarları › İş №1(102)-927/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-927/2025

16.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-927/2025 16.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə; Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və bəraət almış şəxs X5 iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyas ının 22 oktyabr 2024-cü il tarixli 1(106)-677/2024 nömrəli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Müşfiq Məmmədov ( sədrlik edən və məruzəçi), Cəlil Nəbiyev və Cavid Səfərli) 1(099)-243/2024 nömrəli 06 may 2024-cü il tarixli hökmü ilə 4 noyabr 2002-ci il tarixdə Sabirabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Sumqayıt Şəhər Məhkməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinib 1 il 5 ay 6 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2022-ci ildə barəsində Milli Məclisin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 5-ci bəndinə əsasən azadlığın məhd udlaşdırılması cəzasının çəkilməmiş hissəsi 1 (bir) il azaldılmış, xx.xx.2022-ci ildə cəzanın müddəti başa çatmış, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla yaşamış Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək CM-in 32.5,206.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla cinayətlərin məcmusu üzrə ona qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 18 mart 2023-cü ildən hesablanmış; xx xxxxxx 1975-ci il tarixdə Şirvan (Əli-Bayramlı) şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı orta təhsilli, işsiz, ailəli, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CMnin 234.1-ci maddəsilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə cəzası 1 il 8 aya endirilmiş, xx.xx.2021-ci ildə cəza müddəti başa çatmış, məhkumluğu ödənilməmiş, evli, ünvan 2 ünvanında pasport qeydiyiyyatında olmaqla yaşamış Məhkum2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib ona 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 02 mart 2023-cü ildən hesablanmış; 30 noyabr 1987-ci il tarixdə Şirvan (Əli-Bayramlı) şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı orta təhsilli, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə CM-in 263.2-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 137 saylı Sərəncamı ilə əfv olunaraq cəzanın çəkilməmiş hissəsindən azad edilmiş, əlavə cəzanın sonu ilə qeydiyyatdan çıxarılmış, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, subay, ünvan 3 ünvanında pasport qeydiyyatında olan, barəsində “polisin nəza rəti altına vermə” qətimkan tədbiri seçilmiş X6 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 42.1.4cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CMin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilmişdir. İşin halları: İstintaq orqanının mövqeyinə əsasən Məhkum1, Məhkum2, X6 qarşı Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham irəli sürülmüşdür ona görə ki, Təqsirləndirilən şəxs Məhkum1 şəxsiyyəti özünə məlum olan “Tahir” adlı İran İslam Respublikası vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edilməsi, saxlanması və daşınması, habelə qrupun üzvü tərəfindən İran İslam Respublikasından Az ərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yəni qaçaqmalçılıq yolu ilə keçirilməli olan külli miqdarda narkotik vasitəni əldə edib qrupun digər üzvünə çatdırmağı qabaqcadan vəd verərək, bundan sonra cinayətkar qrupun üzvü tərəfindən məlum olmayan vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilmiş külli miqdar təşkil edən 9819,5 qram narkotik vasitəni qurudulmuş marixuananı N saylı hərbi hissənin 16-cı sərhəd zastavasının 18-ci sahəsinin arxasında Astara rayonunun Ziya Bünyadov küçəsi ərazisində yarımtikilidə gizlədilməsi barədə ona məlumat verməsindən sonra o, narkotik vasitə qurudulmuş marixuananı qanunsuz əldə etmək məqsədilə qabaqcadan əlbir olduğu cinayətkar qrupun üzvü, Şirvan şəhər sakini Məhkum2 ilə birlikdə yaşadığı Şirvan şəhərindən Astara rayonuna getməkdən ötrü cinayətdən xəbərsiz olan tanışı X3 avtomobilindən istifadə etmək üçün sonuncunu Astara rayonunda yaşayan dostu ilə görüşəcəyinə inandıraraq 130 manat pulun müqabilində onları avtomobili ilə əvvəlcə Lənkəran şəhərinə, sonra isə Astara rayonuna aparması barədə razılığa gəlmişlər. Cinayətdən xəbərsiz olan Kamal Mirzəyev 01 mart 2023-cü ildə saat 22 radələrində özünə məxsus VAZ-2107 markalı AZ **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Məhkum1 və cinaytəkar qrupun üzvü Məhkum2 Şirvan şəhərindən Astara şəhərinə aparmış, 2 mart 2023-cü il tarixdə gecə saat N radələrində onlar Astara şəhərinə çatdıqdan sonra Məhkum1 avtomobili N nömrəli hərbi hissəsinin 16-cı sərhəd zastavasının 18-ci sahəsinin arxa tərəfində, Ziya Bünyadov küçəsində yerləşən yarımtikilinin ərazisində saxlatdırmış və Məhkum2lə birlikdə avtomobildən düşmüş, cinayətdən xəbərsiz olan sürücü Kamal Mirzəyev isə avtomobildə onları gözləmişdir. Məhkum1 və Məhkum2 həmin ərazidə iki ədəd bağlamanın içərisində olan külli miqdarda narkotik vasitə, təmiz halda çəkisi 9819,5 qram qurudulmuş marixuananı 2 mart 2023-cü il tarixdə, saat 0N radələrində N saylı hərbi hissənin 16-x SZ-nın 18-ci sahəsinin arxasında qanunsuz olaraq satış məqsədi ilə əldə edib, saxlayıb, daşıyarkən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində hadisə yerində saxlanılmış, Məhkum2 (X4) cinayətkar qrupa məxsus iki ədəd bağlamada həmin külli miqdarda narkotik vasitə, təmiz çəkisi 9819,5 qram qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər İsmayıl Əhmədov (sədrlik edən və məruzəçi), hakimlər Elşad Əliyev və Yaşar Həşimov) 22 oktyabr 2024-cü il tarixli 1(106)-677/2024 nömrəli qərarı ilə Lənkəran Ağır Məhkəməsinin 06 may 2024-cü il tarixli 1(099)-243/2024 saylı hökmü dəyişdirilmədən saxlanılmış, hökmdən Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti və məhkum edilmiş şəxs Məhkum1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Dövlət ittihamçısı3 verdiyi kassasiya protestində xahiş edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilsin və cinayət işi yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar q əbul edilsin. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı3 kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası nəticəyə gələrkən iş üzrə toplanılmış obyektiv və mötəbər sübutlara deyil, yalnız təqsirləndirilən şəxs Kamal Mirzəyevin verdiyi özünü müdafiə xarakterli ifadələrinə, eləcə də öz subyektiv mülahizələrinə və ehtimallara istinad edib X7 cinayət məsuliyyətindən əsassız olaraq kənarda qoymuşdur. Birinci və apellyasiya instansiya məhkəmələri qərar qəbul edərkən sübutlara səthi yanaşmış, sübutları nəzərə almamış, onları təhlil, bir-biri ilə müqayisə etməmiş, həmin sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmədən X3 cinayət əməlini Məhkum1lə və Məhkum2lə qabaqcadan əlbir olan bir qrupda törətmələrinə dəlalət edən sübutun əldə olunmaması qə naətinə gəlmişlər. Birinci və apellyasiya instansiya məhkəmələrində tədqiq edilmiş digər təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum2 ibtidai istintaq zamanı verdikləri ifadələri, şahidlər Seymur Xəlilovun, Mahir Əliyevin, Mais Nəbiyevin və başqalarının ifadələri, baxış və götürmə protokolları, ekspertiza rəyləri, digər istintaq hərəkətlərinin protokolları, telefon daşıqları məlumatları, əməliyyat məlumatları və digər sübutlarla X3 ittiham olunan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası isə işin hallarını müəyyən edərkən yalan ifadə verməyə görə cinayət məsuliyyəti haqqında iltizamı imzalayan və xidməti vəzifələrini icra edən sərhəd xidməti əməkdaşlarının və digər şahidlərin ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində verdikləri ifadələrini, dig ər təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum2 ibtidai istintaq zamanı verdikləri ifadələrini, baxış, götürmə və digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, telefon daşıqları məlumatlarını, əməliyyat məlumatlarını, eləcə də yuxarıda qeyd olunan digər sübutları nəzərə almamış, yalnız yalan ifadə verməyə görə heç bir məsuliyyəti olmayan təqsirləndirilən şəxs Kamal Mirzəyevin verdiyi qeyri-səmimi, həqiqətə uyğun olmayan, ziddiyyətli, özünü müdafiə xarakterli, digər sübutlarla təkzib olunan və konkret hüquqi əsasa söykənməyən ifadələrinə, eləcə də onun xalası oğlu Məhkum1 məhkəmədəki ifadəsinə əsaslanmaqla və məhkəməyədək icraat zamanı toplanmış və birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutları sübut kimi qəbul etməməklə guya iş materiallarında olan sübutların Kamal Mirzəyevin CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsi üçün kifayət etməməsi, onun cinayət əməllərini qabaqcadan əlbir olan bir qrupda törətməsinin yalnız ehtimallara əsaslanması, cinayətkar qrupun digər üzvləri ilə onun hər-hansı əlaqəsinin olmasının sübuta yetirilməməsi kimi işin digər halları ilə rədd olunan xüsusatları qeyd etsə də, bir sübutun qəbul edilməsi və digər sübutun rədd edilməsinin əsaslarını hökmdə göstərməmişdir. Halbuki, verilmiş ittiham üzrə toplanılmış mötəbər sübutlarla Kamal Mirzəyevin xalası oğlu Məhkum1lə, Məhkum2lə və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, külli miqdarda olan narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi, saxlaması və daşımasına dair ona istinad edilən əməli törətməsi tamamilə təsdiq olunmuşdur. Məhkəmə kollegiyası qeyd olunan gedişatda Kamal Mirzəyevin ittiham olunan cinayət əməlinin obyektiv cəhətini Məhkum1, Məhkum2 və “Tahir” adlı İİR vətəndaşı ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsi halının, eləcə də həmin cinayət əməlinin obyektiv cəhətinə aid əlamətlərin Kamal Mirzəyevin əməlində mövcüd olmasını təsdiq edən, həmçinin Kamal Mirzəyevin həmin kütlələrin digər şəxslər tərəfindən götürüləcəyinə qabaqcadan məlumatlı olmasına dair hər hansı sübutün cinayət işi materiallarında mövcud olmaması kimi əsassız qənaətə gəlmiş, bununla da Kamal Mirzəyevin qeyd olunan cinayətdə iştirakının olmamasını əsaslandırmağa çalışmışdır. Məhkəmə bu nəticəyə gələrkən yalnız təqsirləndirilən şəxs Kamal Mirzəyevin ifadəsinə və onun yaxın qohumu olan digər təqsirl əndirilən şəxs Məhkum1 məhkəmədəki ifadəsinə istinad etmişdir. Lakin məhkəmə kollegiyası Kamal Mirzəyevin məsuliyyətdən yayınmasında maraqlı şəxs olan, onun xalası oğlu Məhkum1 məhkəmədə müdafiə xarakterli ifadə verməsini və bununla da X3 cinayət məsuliyyətindən kənarda qalmasına çalışmasını nəzərə almamışdır. Halbuki, Məhkum1 və Kamal Mirzəyevin ifadələri, sonuncunun cinayət məsuliyyətindən boyun qaçırmasına yönləndirilmiş olduğundan, həmin ifadələrlə iş materialları arasında əhəmiyyətli ziddiyyətlər var. Həmçinin hər iki instansiya məhkəmələri iş üzrə müəyyən edilmiş bir sıra faktlara da diqqət yetirməmişlər və səhv nəticəyə gəlmişlər. Belə ki, iş materiallarında olan telefon danışıqlarından görünür ki, Kamal Mirzəyevin istifadəsində olan mobil telefonla Məhkum1 istifadəsində olan mobil telefon arasında hadisə ərəfəsində çoxsaylı danışıqlar mövcuddur. Bundan əlavə, iş materiallarından görünür ki, Məhkum1 və X12 qohumdurlar. Təqsirləndirilən şəxslərin xalaoğlu olması da ona dəlalət edir ki, onların hər biri hansı məqsədlə yaşadıqları yerdən yüzlərlə kilometr uzaq olan bir yerə getmələrindən məlumatlıdırlar. Bundan başqa, Məhkum1 mobil telefonuna quraşdırılmış “WhatsApp” proqramına baxış keçirilən zaman yol boyu Arif Baleyevin “Tahir” adlı İİR vətəndaşı ilə danışdığı, sonuncunun onlara narkotik vasitənin gizlədildiyi yerin konumunu göndərdiyi məlum olmuşdur. Göründüyü kimi, Kamal Mirzəyev, Məhkum1 və Məhkum2 həmin gün bir yerdə olmuşlar, törədəcəkləri cinayəti birlikdə planlaşdırmışlar və həyata keçirərək, həmin yerə gedib Məhkum1 və Məhkum2 narkotik vasitəni axtararaq, Məh kum2 gizlədilmiş narkotik vasitəni götürmüş, Kamal Mirzəyev isə kənarda dayanıb, ətrafı müşahidə etmişdir. Bundan başqa, məhkəmənin məntiqinə görə, Kamal Mirzəyevin təqsiri yalnız o halda sübuta yetirilmiş olardı ki, əgər sonuncu Məhkum1lə və Məhkum2lə birlikdə 9819,5 qram çəkidə olan bir ədəd bağlamanı, mütləq şəkildə, hərəsi bir tərəfdən tutub, əldə edərək, saxlamış və daşımış olardılar. Məhkəmələr isə Məhkum1 həmin yerə narkotik vasitə götürmək üçün getməsindən məlumatının olmaması barədə təqsirləndirilən şəxs Kamal Mirzəyevin ifadəsinə tənqidi yanaşmamış, əvvəllər məhkum olunmuş və narkotik vasitə istifadəçisi olan bir şəxsin narkotik vasitə istifadəçisi olan və narkotik vasitənin qanunsuz döviyyəsinə görə məhkum olunaraq cinayətin residivi olan Məhkum2 və əvvəllər məhkum olunmuş xal ası oğlu Məhkum1 axşam saatlarında yaşadıqları ərazidən yüz kilometrlərlə uzaq məsafəyə hansı məqsədlə getmələrindən guya məlumatının olmaması məzmununda verdiyi ifadəsini mötəbər sübut kimi qəbul etmişdir. Göründüyü kimi, işdə olan və yuxarıda sadalanan bu cür mötəbər sübutlara düzgün qiymət verməyən və ya həmin sübutları təkzib edə bilməyən məhkəmə kollegiyası cinayətin tövsifi ilə bağlı əsassız nəticəyə gəlmiş və qanunsuz qərar qəbul etmişdir. Məhkəmə kollegiyasının müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmamışdır. Məhkəmə kollegiyası yalnız təqsirləndirilən şəxsin mənafeyi baxımından çıxış etmiş, guya onun təqsirliliyinin sübuta yetirilməməsi kimi digər sübutlarla təsdiq olunmayan əsassız nəticəyə gəlmişdir. Bundan başqa, birinci instansiya məhkəməsi X3 qeyd olunan c inayəti Məhkum1, Məhkum2 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsinin sübuta yetirlməməsi qənaətinə gələrkən, iş üzrə digər təqsirləndirilən şəxslər Məhkum2 (X10) və Məhkum1 verilmiş ittihamdan da onların həmin cinayəti Kamal Mirzəyevlə qabaqcadan əlbir olan bir qrup şəxs halında törətmələrinə dair müddəaları əsassız olaraq xaric etmiş, apellyasiya instansiya məhkəməsi isə qanunsuz olaraq birinci instansiya məhkəməsinin bu mülahizəsini əsaslı saymışdır. Belə ki, Məhkum2 və Məhkum1 verilmiş ittihama görə də onlar, qeyd olunan cinayəti X8 və şəxsiyyəti istintaqla müəyyən edilməmiş İran İslam Respublikası vətəndaşı Tahir adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında törətmişlər. Lakin, məhkəmələr təqsirləndirilən şəxs Məhkum1 və Məhkum2 qeyd olunan külli miqdarda narkotik vasitənin qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması və satışına dair cinayəti Kamal Mirzəyevlə deyil, yalnız şəxsiyyəti istintaqla müəyyən edilməmiş İran İslam Respublikası vətəndaşı Tahir adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında törətmələri barədə yanlış nəticəyə gəlmişlər, bununla da Məhkum2 və Məhkum1 verilmiş itthamdan onların həmin cinayəti Kamal Mirzəyevlə qabaqcadan əlbir olan bir qrup şəxs halında törətmələrinə dair müddəalar əsassız olaraq xaric edilmişdir. Beləliklə məhkəmə kollegiyası ibtidai istintaq zamanı heç bir qanun pozuntusu olmadan əldə olunmuş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda qeyd olunan sübutlara (digər təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri, baxış və götürmə protokolları, digər istintaq hərəkə tlərinin protokolları, ekspertiza rəyləri, telefon daşıqları məlumatları, əməliyyat məlumatları) deyil, yalnız təqsirləndirilən şəxsin verdiyi özünü müdafiə xarakterli ifadələrinə, eləcə də öz subyektiv mülahizələrinə və ehtimallara əsassız olaraq üstünlük vermişdir. Beləliklə, Şirvan Apellyasiya Məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən cinayət- prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq cinayət işi üzrə toplanmış sübutlar məcmu qaydada qiymətləndirilməmiş, sübutlar CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmiş və bunun nəticəsi olaraq X6 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə əsassız bəraət verilmiş, həmçinin Məhkum2 və Məhkum1 verilmiş ittihamdan onların cinayəti Kamal Mirzəyevlə qabaqcadan əlbir olan bir qrup şəxs halında törətmələrinə dair müddəalar əsassız xaric edilmiş, eləcə də cinayət və cinayət-prosessual qanunvericiliyin normaları düzgün tətbiq edilməmişdir Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, məruzəçini, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyind ən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya protestinin başlıca dəlili məhkəmələr tərəfindən X6 Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri bəraət verilməsinin, X3 qeyd edilən cinayət əməlində Məhkum1 və Məhkum2 qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməsinin ittihamdan xaric edilməsinin qanunsuz olmasıdır. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 234.4.1-cü maddəsinin dispozisiyasına əsasən həmin maddə ilə əməl satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələrin əldə etməsi və saxlaması, habelə narkotik vasitələrin satılması qabaqcadan əlbir olan bir qrup şəxs halında və ya mütəşəkil dəstə tərəfindən törədildiyi halda tövsif edilir. Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin dispozisiyasından görünür ki, şəxsin əməlinin həmin maddə ilə tövsif edilməsi üçün müəyyən edilməlidir ki, onun tərəfindən qanunsuz olaraq külli miqdarda narkotik vasi tələrin əldə etməsi və ya saxlaması satış məqsədi ilə törədilmiş, yaxud qanunsuz olaraq külli miqdarda narkotik vasitə onun tərəfindən satılmışdır. Azərbaycan Respublikası CPM-in 139.0.1-ci maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Həmin maddənin cinayət-hüquqi mahiyyəti ondan ibarətdir ki, burada cinayətkar qrupun iştirakçıları arasın da cinayətin birgə törədilməsi barədə qabaqcadan razılığın əldə olunması tələb olunur. Məhkəmə kollegiyası birinci instansiya və apellyasiya instansiyası məhkəmələrinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, X8 ilə Məhkum1 və Məhkum2 İsrafil oğlunun qabaqcadan əlbir olaraq cinayət törətmələrini təsdiq edən sübutların mövcud olmamasına və verilmiş həmin ittihamın tədqiq olunmuş sübutlarla təkzib olunmasına baxmayaraq istintaq orqanı tərəfindən əsassız olaraq onların hər üçünün əməli CM-nin 234.4.1-ci və 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla X3 digər təqsirləndirilən şəxslərlə qabaqcadan əlbir olaraq cinayət törətmələri öz təsdiqini tapmamışdır. Ona görə də işə baxan məhkəmələr düzgün olaraq hesab etmişlər ki, Məhkum1 Azərbaycan Re spublikası CM-nin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə, Məhkum2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum edilməli, X6 isə Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilmədir. Belə ki, X3 qabaqcadan əlbir olmaqla Məhkum1 və Məhkum2 tərəfindən törədilmiş cinayətə hər hansı aidiyyətinin olması barədə heç bir etibarlı sübut olmamışdır. İstər Məhkum1, istərsə də Məhkum2 ibtidai araşdırmanın başladığı ilk gündən məhkəmə istintaqı başa çatanadək ifadələrində göstərmişlər ki, Məhkum1 Kamal Mirzəyevə narkotik haqqında heç nə deməmiş, Məhkum1 ona dostu ilə görüşmək üçün Lənkəran şəhərinə getmək lazım olduğunu, bunun müqabilində ona 130 manat pul verəcəyini bildirmiş, Lənkəran şəhərinə çatmağa az qalmış, dostunun Lənkəranda deyil, Astara rayonunda onu gözlədiyini və Astara rayonuna sürməsini Kamala bildirmiş olduğunu, buna görə ona əlavə pul verəcəyini bildirməsini göstərmişlər. Birinci instansiya məhkəməsinin məhkəmə istintaqında dindirilmiş X8 ifadəsində ona elan olnumuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, Şirvan şəhərində taksi fəaliyyəti ilə məşğuldur. 01 mart 2023-cü il tarixdə axşam saatlarında Şirvan şəhərindəki “Azad” marketin qarşısındakı avtobus dayanacağının yanında müştəri gözləyərkən Məhkum1 bir nəfər tanımadığı şəxslə ona yaxınlaşmış və dostu ilə görüşmək üçün Lənkəran şəhərinə getməli olduqlarını bildirmişdir. Ariflə 130 manata razılaşmışdır. Lənkərana çatanda Arif ona Astaraya getməli olduğunu bildirdiyindən maşını Astara şəhərinə Arifin dediyi yerə sür müşdür. 2 mart 2023-cü ildə gecə saat N radələrində Astara şəhərinə çatmış və Arifin dediyi yerdə maşını saxlamış, Ariflə Əli maşından düşmüş, özü isə maşında gözləmişdir. Maşında gözləyərkən «UAZ» markalı hərbi maşın onun maşınının yanında saxlamış və Şirvandan gəldiyini soruşmuş, cavabında Şirvandan gəldiyini bildirmişdir. Bundan sonra hərbiçilər tərəfindən hərbi hissəyə aparılmışdır. Orada bilmişdir ki, Arif və Əli Astara şəhərinə narkotik götürmək üçün gəlmişlər. Həmin narkotikin kimin tərəfindən göndərildiyini bilmir. Yalnız saxlanıldıqdan sonra bilmişdir ki, Ariflə Əlinin götürmək istədikləri bağlamada narkotik vardır. Arifin özünə bıçaqla xəsarət yetirməsini saxlanıldıqdan sonra bilmişdir. X2 barəsində olan narkoloji ekspertizanın rəyi də X3 hazırkı cinayətə aidiyyətinin olmamasına dəlalət edir. Belə ki, Məhkum1 və Məhkum2 barəsində olan narkoloji ekspertizaların rəylərindən onların hər birinin narkoloji asılılığının olması, narkomaniyadan məcburi müalicəyə ehtiyaclarının olması görünsə də X8 barəsində ambulator məcburinarkoloji tibbi yoxlamanın 13 mart 2023-cü il tarixli, 1483 №li rəyindən görünür ki, təqsirləndirilən şəxs X8 narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. X3 ona qarşı irəli sürülmüş ittiham üzrə təqsiri məhkəməyədək icraat zamanı toplanmış sübutlarla tam təsdiq olunması barədə kassasiya protestinin dəlili iş materialları ilə uzlaşmır. Belə ki, istintaq orqanı K.Ə.Mirzəyevin Məhkum1 və Məhkum2 ilə qabaqcadan əlbirlik təsdiq edən heç bir sübut əldə etməmiş və cinayət işinin materiallarına belə bir sübut əlavə edilməmişdir. Kassasiya protestində də bu barədə ümumi şəkildə qeyd olunub, K.Ə.Mirzəyevin təqsirini təsdiq edən heç bir konkret sübutun mahiyyəti təsvir edilməmişdir. Kassasiya protestinin mahiyyətindən də görünür ki, kassator K.Ə.Mirzəyevin cinayətdə iştirakını təsdiq etmək üçün sübutlara deyil ehtimala əsaslanır. Belə ki, kassator qeyd edir ki, X8 yol boyu Məhkum1 və Məhkum2 arasında olan söhbətlərdən onların narkotik vasitə götürmək məqsədilə getdiklərini bilməmiş ola bilməzdi və ya X1 Arif Alxas oğlunun xalası oğlu olduğundan Məhkum1 Məhkum2 niyyətlərindən xəbərdar olmalı idi. Göründüyü kimi kassasiya protestinin dəlilləri konkret süburlara deyil, işin hallarından irəli gələn ehtimallara əsaslanır. Azərbaycan Respublikası CPM-in 351.2-ci maddəsinin tələblərinə görə ittiham hökmü ehtim allara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Kassasiya protestində irəli sürülmüş dəlillər X3 yalnız ehtimallara əsaslanaraq təqsirli bilinməsinə yönəlmiş, sübutetmə prosesində yaranmış şübhələrin təqsirləndirilən şəxsin ziyanına təfsir edilməsindən ibarətdir. Birinci instansiya məhkəməsi sübutetmə gedişində əsaslı olaraq Azərbaycan Respublikası CPM-in 139-cu maddəsində sadalanan sübut edilməli halların X6 münasibətdə sübuta yetirilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəld iyi nəticə ilə razılaşır və hesab edir ki, işdə olan sübutlar X3 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsinə kifayət etmir. Belə ki, X3 Məhkum1 və Məhkum2 öz avtomobili ilə cinayətin törədildiyi yerə aparması onun cinayətə aidiyyəti olması ehtimalını yaratsa da, bu ehtimalı təsdiqləyən birbaşa sübutların mövcud olmaması, eləcə də K.Ə.Mirzəyev, Məhkum1 və Məhkum2 bu faktı inkar edən ifadələrinin digər sübutlarla təkzib olunmaması şəraitində yalnız ehtimala əsaslanaraq K.Ə.Mirzəyevin təqsirləndirilən şəxslərlə əlbir olması barədə nəticə çıxarılması əsaslı hesab edilə bilməz. Beləliklə, X6 münasibətdə "cinayət hadisəsinin baş vermə faktı və halları”, "onun cinayət hadisəsi ilə əlaqəsi”, "cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlər i”, "cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində onun təqsirliliyi” sübuta yetirilməmişdr. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmələrin sübutları araşdırması və qiymətləndirməsi prosessual qanunvericiliyin göstərilən nörmalarına uyğun olmuş, məhkəmələr X3 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirsiz olması barədə düzgün nəticəyə gəlmişlər. Məhkəmənin gəldiyi nəticə məhkumlar X8, Məhkum1 və Məhkum2 İsrafil oğlunun məhkəmə istintaqı zamanı verdiyi ifadələri ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə, məhkəmə-narkoloji və məhkəmə-kimyəvi ekspertizalarının rəyləri ilə, maddi sübutla və cinayət işinin digər materialları ilə tam uyğunluq təşkil edir və həmin sübutlarla təkzib olunmur. Azərbaycan Respublikası Cinayət-Prosess ual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan əldə olunmalıdır. Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinə əsas ən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-in 125-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğu n surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, işin materiallarında X3 Məhkum1 və Məhkum2 tərəfindən qabaqcadan əlbir olmaqla törədilmiş cinayətə hər hansı aidiyyətinin olması barədə heç bir etiba rlı sübut olmaması həm birinci instansiya məhkəməsinin hökmü, həm də apellyasiya instansiyası məhkəməsinin qərarı Məhkum1 və Məhkum2 əməlinin tövsifi, o cümlədən X6 elan edilmiş ittiham üzrə ona bəraət verilməsi ilə bağlı hissədə əsaslıdır. Bundan başqa, iş materiallarından göründüyü kimi məhkəmələr sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə t utulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-in 21-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olduğunu sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə kollegiyasının qənaətinə görə istintaq orqanı bəraət almış şəxs K.Ə. Mirzəyevin təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum2lə külli miqdarda narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlamasında əlbir olması barədə nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, şübhə və ehtimallara əsaslanmamış, işə baxan birinci instansiya məhkəməsi isə cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, cinayət təqibi üzrə toplanmış sübutlara əsasən X3 digər təqsirləndirilən şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında hazırkı cinayət əməlini törətməsi toplanmış sübutlara təsdiq edilmədiyi barədə düzgün və əsaslı nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayəti üzrə işə baxaraq, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların m ötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. İşdən görünür ki, kassasiya protestində göstərilmiş dəlillər əsasında apellyasiya instansiyası məhkəməsinin X8, Məhkum1 və Məhkum2 haqqındakı qərarının ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün qanunda göstərilmiş əsaslardan heç biri müəyyən edilməmişdir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin “Barbara, Messege və Habordo İspaniyaya qarşı” işindəki hüquqi mövqeyə görə təqsirsizlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar. Sübut etmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Beləliklə, yuxarıda qeyd edilənl əri nəzərə alaraq məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq, həmin protestin təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 oktyabr 2024-cü il tarixli 1(106)677/2024 nömrəli X8, Məhkum1 və Məhkum2 haqqındakı qərarının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət X8, Məhkum1 və Məhkum2 haqqındakı 22 oktyabr 2024-cü il tarixli 1(106)-677/2024 nömrəli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar