Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-928/2020 29.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İsgəndərov Coşqun Ramiz oğlunun, Məhkum və onun müdafiəçisi Abdıyev Rəşad İlqar oğlunun iştirakları ilə, Məhkum Bakı şəhəri Sabu nçu Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcələsinin (bundan sonra mətndə CM-nin) 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 326.1 və 326.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü ilə (hakim Zeynalov Mirheydər Seyidəmir oğlu) Məhkum, xx xxxxx 1999-cu il tarixdə Türkmənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, təhsili olmayan, təhsilli, subay, əvvəllər məhkum olunmamış, Astara rayonu, Ərcivan kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, CM-nin 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 326.1 və 326.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CMnin 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 177.2.1, 177.2.2, 177.2.3,177.2.4-cü maddələri ilə 04 (dörd) il müddətə, CM-nin 326.1-ci maddəsi ilə 05 (beş) ay müddətə, CM-nin 326.2-ci maddəsi ilə 07 (yeddi) ay müddətə, CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar tam toplanılmaqla 5 (beş) il müddətə, CM-nin 69.3-cü maddəsinə əsasən isə onun xx xxxx 2016-cı il tarixdən xx xxxxxx 2017-ci il tarixə, xx xxxxxx 2017-ci il tarixdən xx xxxxxx 2017-ci il tarixə kimi, cəmisi 09 (doqquz) ay 08 (səkkiz) gün müddətində həbsdə saxlanılması nəzərə alınaraq, cəzasını ümumi rejim li cəzaçəkmə müəssisəsində çəkməklə qəti olaraq 04 (dörd) il 02 (iki) ay 22 (iyirmi iki) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, xx xxxxx 1999-cü il təvəllüdlü Məhərrəmov X10 Zaur Yaşar oğlu ilə birlikdə X18 tərəfindən qazanc əldə etmək vədi ilə cinayətkar qrupa cəlb olunaraq, qabaqcadan əlbir olan bir qrup şəxs halında xx xxxxxx 2015-ci il tarixdə, saat 10:00 radələrində Abşeron rayonu, Nəsrəddin Tusi küçəsi, nömrəsiz fərdi yaşayış evinin pəncərəsinin açıq olmasından istifadə edib evə qanunsuz daxil olub, evin uşaq yataq otağından X15 məxsus 200 manat dəyərində uşaq üçün bir cüt qızıl sırğa, yataq otağından 250 manat dəyərində qadın üçün bir cüt qızıl sırğa, 50 manat dəyərində gümüşdən bir dəst, bir ədəd gümüş üzük, bir ədəd gümüş boyunbağı və bir cüt gümüş sırğanı gizli olaraq talayıb zərərçəkmiş X15 500 manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Məhərrəmov X10 ilə birlikdə X18 tərəfindən qazanc əldə etmək vədi ilə cinayətkar qrupa cəlb olunaraq, qabaqcadan əlbir olan bir qrup şəxs halında xx xxxxxx 2015-ci il tarixdə, saat 12:00 radələrində Abşeron rayonu, Qobu qəsəbəsi, Yeni məhəllə 1 nömrəsiz fərdi yaşayış evinin pəncərəsini özündə olan predmetlə açaraq evə qanunsuz daxil olub, evin yataq otağında olan Zərərçəkmiş şəxs22 məxsus 1.200 manat dəyərində bir ədəd qızıl boyunbağı, üzərində bir ədəd qızıl klon, 250 manat dəyrində bir ədəd qadın üçün qızıl üzük, 150 manat dəyərində bir ədəd qızıl saat, 150 manat dəyərində hər biri 75 manata iki ədəd gümüş dəsti, iki ədəd gümüş boyunbağı, iki ədəd gümüş üzük, iki cüt gümüş sırğa, bir litrlik şüşə bankanın içindən bir manatlardan yığılmış 25 manat pul, uşaq üçün yataq otağında olan pul kisəsinin içindən manat pulu gizli olaraq talayıb zərərçəkmiş X5 1.803 manat miqdarında maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, Məhkum tamah niyyəti ilə X13 ilə birlikdə X18 tərəfindən qazanc əldə etmək vədi ilə cinayətkar qrupa cəlb olunaraq, qabaqcadan əlbir olan bir qrup şəxs halında xx xxxxxx 2016-cı il tarixdə, saat 13:00 radələrində Abşeron rayonu, Qobu qəsəbəsi, Yeni yaşayış sahəsində nömrəsiz fərdi yaşayış evinin giriş qapısının asma qıfılını özündə olan predmetlə sındırıb yaşayış sahəsinə qanunsuz daxil olub, yataq otağında Zərərçəkmiş şəxs23 məxsus 580 manat dəyərində qadın üçün bir ədəd qızıl üzük, 100 manat dəy ərində uşaq üçün bir ədəd qızıl qolbağı, 300 manat dəyərində qadın üçün bir ədəd qızıl qolbağı, 200 manat dəyərində uşaq üçün bir ədəd qızıl boyunbağı, ümumilikdə 300 manat olan hər biri 150 manat dəyərində qadın üçün iki cüt qızıl sırğa, 250 manat dəyərində qadın üçün bir ədəd qızıl boyunbağı, ümumilikdə 200 manat dəyərində hər biri 100 manat dəyərində qadın üçün iki ədəd qızıl üzük, ümumilikdə 300 manat dəyərində hər biri 150 manat dəyərində qadın üçün iki cüt qızıl sırğa və 3.500 manat pulu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs23 xeyli miqdarda 5.730 manat maddi ziyan vurub təkrar oğurluq etmişdir. Bundan başqa, Məhkum X18 tərəfindən qazanc əldə etmək vədi ilə cinayətkar qrupa cəlb olunaraq, qabaqcadan əlbir olan bir qrup şəxs halında xx xxxxxx 2016-cı il tarixdə, saat 12:00 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Xiyabani küçəsi, 12 saylı evin giriş qapısının açıq olmasından istifadə edib yaşayış sahəsinə qanunsuz daxil olub, yataq otağında Zərərçəkmiş şəxs21 məxsus 300 manat və 20 mant pulu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs21 320 manat miqdarında maddi ziyan vurub təkrar oğurluq etmişdir. Bundan başqa, Məhkum X18 tərəfindən qazanc əldə etmək vədi ilə cinayətkar qrupa cəlb olunaraq, qabaqcadan əlbir olan bir qrup şəxs halında, xx xxxx 2016-cı il tarixdə axşam saatlarında Bakı şəh., Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 1, korpus 8, 8 saylı evin giriş qapısının daxili qıfılını kənar predmetlə açaraq yaşayış sahəsinə qanunsuz daxil olub yataq otağında Zərərçəkmiş şəxs17 məxsus 700 manat dəyərində bir ədəd qadın üçün qış kürkü, 200 manat dəyərində bir ədəd metal seyfi, həmin seyfin saxlanc yerində ona məxsus ümumi vətəndaş pasportu, mühüm sənəd sayılan2015-ci ildə Tibb Kurslarının bitirdiyinə dair diplomu, övladı Zərərçəkmiş şəxs14 məxsus 2015-ci ildə Sosial Pedoqoji Texnikomu bitirdiyinə dair diplomu, bir: litrlik bankaya yığılmış 50 qəpikliklərdən olan 300 manat pulu, 80 manat dəyərində qara qaşları olan gümüş dəsti yəni, bir ədəd gümüş üzük, bir ədəd gümüş boyunbağı, üzərində gümüş klon, bir cüt gümüş sırğa, 80 manat dəyərində yaşıl qaşları olan gümüş dəsti, yəni bir ədəd gümüş üzük, bir ədəd gümüş boyunbağı, bir ədəd gümüş klon, bir cüt gümüş sırğa, 80 manat dəyərində göy qaşları olan gümüş dəsti, yəni bir ədəd gümüş üzük, bir ədəd gümüş boyunbağı, bir ədəd gümüş klon, bir cüt gümüş sırğa, hər biri 15 manat olan ümumilikdə 30 manat dəyərində iki ədəd gümüş üzük, 750 manat dəyərində bir ədəd qızıl qolbağı, 600 manat dəyərində bir ədəd brilliant qaşları olan bir ədəd qızıl saat, 1.200 manat dəyərində açıq göy rəngli qaşları olan qızıl dəsti, yəni bir ədəd qızıl boyunbağı və üzərində qızıl klon, bir ədəd qızıl üzük, bir cüt qızıl sırğa, 350 manat dəyərində brilliant qaşları olan bir ədəd qızıl üzük, 400 manat dəyərində üzərində brilliant qaşı olan qadın üçün bir ədəd qızıl üzük, 350 manat dəyərində sadə formada kişi üçün bir ədəd qızıl üzük, 150 manat dəyərində sadə formalı qadın üçün bir ədəd qızıl üzük, 210 manat dəyərində qadın üçün bir ədəd qızıl üzük, 900 manat dəyərində qadın üçün bir ədəd qızıl boyunbağı, 420 manat dəyərində bir ədəd qızıl boyunbağı və həmin boyunbağının üzərində bir ədəd «X» sözu həkk olunmuş qızıl klon, 450 manat dəyərində qadın üçün bir ədəd qızıl boyunbağı, 60 manat dəyərində qırmızı qaşlı uşaq üçün bir cüt qızıl sırğa, 60 manat dəyərində ağ qaşlı uşaq üçün bir cüt qızıl sırğa, 60 manat dəyərində sadə formalı uşaq üçün bir cüt qızıl sırğa, hər birinin qiyməti 25 manat ümumilikdə 100 manat dəyərində dörd ədəd yataq dəsti, qonaq otağından isə 30 manat dəyərində bir ədəd «Samsung» markalı DVD və 150 manat dəyərində bir ədəd «Samsung» markalı video maqnitofonu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs17 xeyli miqdarda ümumilikdə 7.710 manat miqdarında maddi ziyan vurub təkrar oğurluq etmiş, sonra isə Zərərçəkmiş şəxs17 məxsus umumi vətəndaş pasportunu, mühüm sənəd sayılan-2015-ci ildə Tibb Kurslarının bitirdiyinə dair diplomu, zərərçəkmiş Zərərçəkmiş ş əxs14 məxsus 2015-ci ildə Sosial Pedoqoji Texnikomu bitirdiyinə dair diplomu oğurlayıb atmaqla məhv etmişdir. Bundan başqa, Məhkum X18 tərəfindən qazanc əldə etmək vədi ilə cinayətkar qrupa cəlb olunaraq, qabaqcadan əlbir olan bir qrup şəxs halında xx xxxx 2016-cı il tarixdə, saat 02:00 radələrində Abşeron rayonu, Nübar qəsəbəsi, nömrəsiz fərdi yaşayış evinin pəncərəsini özündə olan predmetlə açıb yaşayış sahəsinə qanunsuz daxil olub, evin yataq otağında Zərərçəkmiş şəxs12 məxsus 2.050 manat dəyərində bir ədəd qızıl boyunbağı, bir ədəd qızıl bilərzik və bir ədəd qızıl üzük, 550 manat dəyərində bir cüt qızıl sırğa, 400 manat dəyərində yaşıl qaşlı bir cüt qızıl sırğa, 150 manat dəyərində bir cüt uşaq üçün qızıl sırğa, ümumilikdə 600 manat dəyərində hər biri 120 manat olan beş ədəd qadın üçün qızıl üzük, 300 manat dəyərində brilliant qaşlı qadın üçün bir ədəd qızıl üzük, 1.500 manat dəyərində brilliant qaşlı kişi üçün bir ədəd qızıl üzük, 100 manat dəyərində iki qram qızıl diş, qonaq otağında olan şalvarın cibindən 650 manat pul və şalvarın yanında olan qadın əl çantasından 350 manatı gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs12 xeyli miqdarda ümumilikdə 6.650 manat maddi ziyan vurub təkrar oğurluq etmişdir. Bundan başqa, yetkinlik yaşına çatmayan Məhkum X18 tərəfindən qazanc əldə etmək vədi ilə cinayətkar qrupa cəlb olunaraq, qabaqcadan əlbir olan bir qrup şəxs halında xx xxxxx 2016-cı il tarixdə gündüz saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Meşəçilik yaşayış massivi, nömrəsiz fərdi yaşayış evinin pəncərəsinin şüşəsini sındırıb yaşayış sahəsinə qa nunsuz daxil olub, yataq otağından Zərərçəkmiş şəxs11 məxsus 350 manat dəyərində tros formalı bir ədəd qızıl boyunbağı, 200 manat dəyərində kişi üçün bir ədəd qızıl üzük, 200 manat dəyərində qadın üçün bir ədəd qızıl üzük, 150 manat dəyərində uşaq üçün bir ədəd qızıl boyunbağı, üzərində bir ədəd qızıl kulon, 300 manat-dəyərində qadın üçün bir ədəd qızıl boyunbağı, metrəsi 02 manat olan ümumilikdə 40 manat dəyərində 20 metr elektrik naqilini gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs11 ümumilikdə 1.240 manat miqdarında maddi ziyan vurub təkrar oğurluq etmişdir. Bundan başqa, Məhkum X18 tərəfindən qazanc əldə etmək vədi ilə cinayətkar qrupa cəlb olunaraq, qabaqcadan əlbir olan bir qrup şəxs halında xx xxxxx 2016-cı il tarixdə, axşam saatlarında Bakı şəhəri, Binəqədi qəsəbəsi, Ələkbəro v küçəsi, döngə 1/10 saylı evin plastik pəncərəsini özündə olan predmetlə açaraq yaşayış sahəsinə qanunsuz daxil olmuş, evin qonaq otağında Zərərçəkmiş şəxs16 məxsus 6.000 manat dəyərində bir ədəd qadın kolyesi və yataq otağından 400 manat pulu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs16 xeyli miqdarda ümumilikdə 6.400 manat maddi ziyan vurub təkrar oğurluq etmişdir. Bundan başqa, Məhkum X18 tərəfindən qazanc əldə etmək vədi ilə cinayətkar qrupa cəlb olunaraq, qabaqcadan əlbir olan bir qrup şəxs halında xx xxxxx 2016-cı il tarixdə axşam saatlarında Bakı şəh., Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni yaşayış sahəsi, M.S.Ordubadi küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin plastik pəncərəsini özündə olan predmetlə açaraq yaşayış qanunsuz daxil olub, evin yataq otağında Zərərçəkm iş şəxs4 məxsus 9.600 manatı gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs4 xeyli miqdarda maddi ziyan vurub təkrar oğurluq etmişdir. Bundan başqa, xx xxxxx 1999-cü il təvəllüdlü Məhərrəmov X10 Zaur Yaşar oğlu ilə birlikdə X18 tərəfindən qazanc əldə etmək vədi ilə cinayətkar qrupa cəlb olunaraq, qabaqcadan əlbir olan bir qrup şəxs halında xx xxx 2016-cı il tarixdə, saat 21:00 radələrində Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, nömrəsiz fərdi yaşayış evinin plastik pəncərəcini özündə olan predmetlə açaraq yaşayış sahəsinə qanunsuz daxil olub, evin qonaq otağında Zərərçəkmiş şəxs8 məxsus həmin tarixdə 01 ABŞ dollarının məzənnəsi 1,51 manat olmaqla Azərbaycan Respublikası milli pul vahidi ilə 3.775 manat təşkil edən 2.500 ABŞ dolları gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs8 ümumi likdə 3.775 manat miqdarında maddi ziyan vurub təkrar oğurluq etmişdir. Bundan başqa, təkrarən Məhərrəmov X10 Zaur Yaşar oğlu ilə birlikdə X18 tərəfindən qazanc əldə etmək vədi ilə cinayətkar qrupa cəlb olunaraq, qabaqcadan əlbir olan bir qrup şəxs halında xx xxx 2016-cı il tarixdə, saat 14:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, 2-ci Mədən, 02 saylı evinin plastik pəncərəsini özündə olan predmetlə açaraq yaşayış sahəsinə qanunsuz daxil olmuş, evin qonaq otağında Zərərçəkmiş şəxs6 məxsus 1.400 manat dəyərində «XX» formalı bir ədəd qızıl qolbağı, 800 manat dəyərində «XXX» formalı bir ədəd qızıl bilərzik, 1.000 manat dəyərində «X» formalı brilliant qaşlı bir ədəd qızıl üzük, 140 manat dəyərində bir cüt qızıl sırğa, ümumilikdə 380 manat hər biri 190 manat dəyərində iki ədəd qızıl qolbağı, 140 manat dəyərində bir ədəd qızıl boyunbağı və üzərində bir ədəd qızıl klon, 100 manat dəyərində bir ədəd qızıl boyunbağı və üzərində bir ədəd qızıl klon, ümumilidə 210 manat hər biri 70 manat dəyərində üç cüt qızıl sırğa, 350 manat hər biri 175 manat dəyərində iki ədəd qızıl üzük, 800 manat dəyərində brilliant qaşlı bir ədəd qızıl üzük, 300 manat dəyərində «paxlava» formalı bir ədəd qızıl üzük, 01 manat dəyərində kapron qabda 50 qəpikliklər olan 210 manat pul, 200 manat dəyərində qızıl suyuna çəkilmiş bir ədəd gümüş üzük, bir ədəd gümüş boyunbağı və bir cüt gümüş sırğanı gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs6 xeyli miqdarda ümumilikdə 6.031 manat maddi ziyan vurub təkrar oğurluq etmişdir. Bundan başqa, Məhərrəmov X10 ilə birlikdə X18 tərəfindən qazanc əld ə etmək vədi ilə cinayətkar qrupa cəlb olunaraq, qabaqcadan əlbir olan bir qrup şəxs halında xx xxx 2016-cı il tarixdə, saat 12:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyli küçəsi, 21 saylı evinin plastik pəncərəsini özündə olan predmetlə açaraq yaşayış sahəsnə qanunsuz daxil olub, evin yataq otağında Zərərçəkmiş şəxs5 məxsus 662 manat dəyərində üzəri brilliant qaşlı qadın üçün bir ədəd qızıl üzük, 637 manat dəyərində brilliant qaşlı qadın üçün bir ədəd qızıl üzük, 510 manat dəyərində brilliant qaşlı qadın üçün bir ədəd qızıl üzüyü gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs5 ümumilikdə 1.809 manat miqdarda maddi ziyan vurub təkrar oğurluq etmişdir. Bundan başqa, Məhərrəmov X10 ilə birlikdə X18 tərəfindən qazanc əldə etmək vədi ilə cinayətkar qr upa cəlb olunaraq, qabaqcadan əlbir olan bir qrup şəxs halında xx xxx 2016-cı il tarixdə, saat 13:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyli küçəsi, 20 saylı evinin plastik pəncərəsini özündə olan predmetlə açaraq yaşayış sahəsinə qanunsuz daxil olub, evin yataq otağından Zərərçəkmiş şəxs10 məxsus 700 manatı, 1.252 manat dəyərində brilliant qaşlı kişi üçün bir ədəd qızıl üzük, 691 manat dəyərində qadın üçün bir ədəd qızıl qolbağı, 215 manat dəyərində qadın üçün bir ədəd qızıl nişan üzüyü, 130 manat dəyərində qadın üçün bir ədəd qızıl üzük, 167 manat dəyərində qadın üçün bir ədəd qızıl üzük, 106 manat dəyərində qadın üçün bir ədəd qızıl üzük, 770 manat dəyərində brilliant qaşlı bir cüt qızıl sırğa, 488 manat dəyərində brilliant qaşlı gül formalı qadın üçün bir ədəd qızıl üzük, 72 manat dəyərində qırmızı qaşlı uşaq üçün bir cüt qızıl sırğa, 334 manat dəyərində ağ və bənövşəyi qaşlı bir cüt qızıl sırğa, 251 manat dəyərində üzərində bir ədəd qızıl kulonu olan bir ədəd qadın üçün qızıl boyunbağı, 381 manat dəyərində «hil» formalı bir ədəd qızıl boyunbağı, üzərində 05 (beş) manat dəyərində «***-***-**-**» nömrəsi olan 400 manat eləyərində «XXX» markalı mobil telefon aparatı, 17 manat dəyərində bir ədəd Azərbaycan Respublikasının bayrağı və 5 manat dəyərində bir ədəd medalı gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs10 xeyli miqdarda ümumilikdə 5.984 manat maddi ziyan vurub təkrar oğurluq etmişdir. Bundan başqa, Məhkum təkrarən X13 ilə birlikdə X18 tərəfindən qazanc əldə etmək vədi ilə cinayətkar qrupa cəlb olunaraq, qabaqcadan əlbir ol an bir qrup şəxs halında xx xxx 2016-cı il tarixdə, saat 13:30 radələrində 300-400 manat pul və ya həmin dəyərdə əmlakı gizli olaraq talama məqədi ilə Zərərçəkmiş şəxs10 məxsus ünvan 2 ünvanda olan digər evin plastik pəncərəsini özündə olan predmetlə açaraq yaşayış sahəsinə qanunsuz daxil olub, lakin niyyətində tutduğu pul və əmlak olmadığından cinayət törətməyə yönəlmiş əməlini iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək oğurluq cinayəti etməyə cəhd etmişdir. Bundan başqa, Məhərrəmov X10 ilə birlikdə X18 tərəfindən qazanc əldə etmək vədi ilə cinayətkar qrupa cəlb olunaraq, qabaqcadan əlbir olan bir qrup şəxs halında xx xxx 2016-cı il tarixdə, saat 22:30 radələrində Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, nömrəsiz fərdi yaşayış evinin plastik pəncərəsini özündə olan pre dmetlə açaraq yaşayış sahəsinə qanunsuz daxil olub, evin yataq otağında Zərərçəkmiş şəxs2 məxsus 1.000 manat pul, 1.500 manat dəyərində bir ədəd qızıl boyunbağı, 500 manat dəyərində bir ədəd qızıl qolbaq, 800 manat dəyərində bir ədəd qızıl üzük, ümumilikdə 1.200 manat olan hər biri 600 manat dəyərində dəyərində iki ədəd üzük və 1.000 manat dəyərində bir cüt qızıl sırğa, 200 manat dəyərində bir cüt qızıl sırğa və 100 manat dəyərində bir ədəd qızıl qolbağı gizli yolla talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs2 xeyli miqdarda ümumilikdə 6.300 manat maddi ziyan vurub təkrar oğurluq etmişdir. Bundan başqa, Məhkum təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə X13 ilə birlikdə X18 tərəfindən qazanc əldə etmək vədi ilə cinayətkar qrupa cəlb olunaraq, qabaqcadan əlbir olan bir qrup şəxs halı nda xx xxx 2016-cı il tarixdə gündüz saatlarıhda 300-400 manat pul və ya həmin dəyərdə əmlakı gizli yolla talama məqsədi ilə Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Bül-bülə qəsəbəsi, Samir Əliyev küçəsi, 169 D saylı evinin plastik pəncərəsini özündə olan predmetlə açaraq yaşayış sahəsinə qanunsuz daxil olub, lakin niyyətində tutduğu pul və əmlak olmadığından cinayət törətməyə yönəlmiş əməlini iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək oğurluq cinayəti etməyə cəhd etmişdir. Bundan başqa, Məhərrəmov X10 ilə birlikdə X18 tərəfindən qazanc əldə etmək vədi ilə cinayətkar qrupa cəlb olunaraq, qabaqcadan əlbir olan bir qrup şəxs halında xx xxx 2016-cı il tarixdə gündüz saatlarında Bakı şəh., Suraxanı rayonu, Bül-bülə qəsəbəsi, Samir Əliyev küçəsi, 169 D say lı evinin plastik pəncərəsini özündə olan predmetlə açaraq yaşayış sahəsinə qanunsuz daxil olub, evin yataq otağında Zərərçəkmiş şəxs1 məxsus 700 manat dəyərində kişi üçün bir ədəd «Tissot» markalı qol saatı, 200 manat dəyərində bir ədəd seyf, sonradan həmin seyfi sındıraraq saxlanc yerindən 700 manat dəyərində olan qadın üçün brilliant qaşlı bir ədəd ağ qızıl üzük, 500 manat dəyərində olan qadın üçün brilliant qaşlı bir ədəd qızıl nişan üzük, 500 manat dəyərində olan kişi üçün bir ədəd qızıl üzük, 2.300 manat dəyərində qızıl dəsti, bir ədəd qızıl boyunbağı və bir ədəd qızıl qolbağı, 800 manat dəyərində olan qadın üçün brilliant qaşlı bir ədəd ağ qızıldan qolbağı, 4.000 manat dəyərində olan qadın üçün brillinat qaşlı bir ədəd ağ qızıldan üzük və ağ qızıldan bir cüt sırğa, 400 manat qızıl d əsti, bir ədəd qızıl üzük və bir cüt qızıl sırğa, 500 manat dəyərində qız üçün brilliant qaşlı bir cüt ağ qızıldan sırğa, 300 manat dəyərində qız üçün bir cüt ağ qızıldan sırğa, 700 manat dəyərində qadın üçün brilliant qaşlı bir ədəd ağ qızıldan üzük, 300 manat dəyərində qadın üçün bir ədəd qızıl üzük, 300 manat dəyərində qız üçün bir ədəd qızıl boyunbağı, 200 manat dəyərində qız üçün bir ədəd qızıl boyunbağı, 700 manat dəyərində qadın üçün bir ədəd qızıl saat və 2.000 manat pulu, Zərərçəkmiş şəxs3 məxsus 1.000 manat dəyərində qadın üçün brilliant qaşlı bir ədəd qızıl üzük, 500 manat dəyərində qadın üçün brillinat qaşlı bir ədəd ağ qızıldan üzük, 2.500 manat dəyərində brillant qaşlı ağ qızıldan bir dəst, bir ədəd qızıl üzük və bir cüt qızıl sırğa, 500 manat dəyərində kişi üçün bir ədəd qız ıl nişan üzüyü, 800 manat dəyərində qadın üçün brilliant qaşlı bir ədəd qızıl üzük, 500 manat dəyərində brilliant qaşlı qız üçün bir cüt sırğa, 500 manat dəyərində brilliant qaşlı qız üçün bir cüt qızıl sırğa, hər biri 200 manat olmaqla ümumilikdə 600 manat dəyərində qadn üçün üç cüt qızıl sırğa, hər biri 200 manat olmaqla ümumilikdə 800 manat dəyərində qadın üçün dörd ədəd qızıl üzük, 250 manat dəyərində bir ədəd qızıl boyunbağı, 100 manat dəyərində bir ədəd qızıl klon, 400 manat dəyərində mirvari qaşlı bir ədəd qızıl boyunbağı və 30 manat dəyərində bir ədəd qadın üçün qol saatı gizli yolla talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs3 xeyli miqdarda ümumilikdə 8.480 manat, zərərçəkmiş Zərərçəkmiş şəxs1 da xeyli miqdarda ümumilikdə 15.100 manat maddi ziyan vuraraq təkrar oğurluq etmişdir. Bunda n başqa, Məhərrəmov X10 ilə birlikdə X18 tərəfindən qazanc əldə etmək vədi ilə cinayətkar qrupa cəlb olunaraq, qabaqcadan əlbir olan bir qrup şəxs halında xx xxxx 2016-cı il tarixdə, saat 11:00 radələrində Abşeron rayonu, Digah qəsəbəsi, Vaqif küçəsi 10 saylı evin plastik pəncərəsini özündə olan predmetlə açaraq yaşayış sahəsinə qanunsuz daxil olub, evin yataq otağında Zərərçəkmiş şəxs9 məxsus 1.500 manat dəyərində bir ədəd qızıl qolbaq, 470 manat dəyərində bir ədəd qızıl üzük, 100 manat dəyərində bir ədəd fen, 50 manat dəyərində DVD aparatı, 186 manat pul, qəpiklə olan 400 manat pulu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs9 ümumilikdə 2.706 manat maddi ziyan vuraraq təkrar oğurluq etmişdir. Bundan başqa, Məhərrəmov X10 Zaur Yaşar oğlu ilə birlikdə X18 tərəfindən qazanc əldə etmə k vədi ilə cinayətkar qrupa cəlb olunaraq, qabaqcadan əlbir olan bir qrup şəxs halında xx xxxx 2016-cı il tarixdə, saat 13-14 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Mədən 1, Korpus 30, nömrəsiz fərdi yaşayış evinin plastik pəncərəsini özündə olan predmetlə açaraq yaşayış sahəsinə qanunsuz daxil olub, yataq otağında X8 məxsus 1.400 manat dəyərində bir ədəd qızıl boyunbağı, bir ədəd qızıl bilərzik, 550 manat dəyərində bir ədəd üzərində «A» sözü yazılmış qızıl boyunbağı, 600 manat dəyərində bir ədəd üzərində «B» sözü yazılmış qızıl boyunbağı, 400 manat dəyərində bir ədəd üzərində «A» sözü yazılmış qızıl bilərzik, 300 manat dəyərində göy qaşlı, «kitab» formalı bir ədəd qızıl üzük, bir cüt qızıl sırğa, 600 manat dəyərində bir ədəd «X» formalı qızıl üzük, 30 manat dəyərində bir ədəd gümüş bil ərzik, 300 manat dəyərində kişi üçün bir ədəd qızıl üzük, 600 manat dəyərində bir ədəd qadın üçün üzük, 2.500 manat pul və 40 manat dəyərində iki blok «XX» markalı siqaretini gizli olaraq talayıb zərərçəkmiş X8 xeyli miqdarda ümumilikdə 7.320 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, Məhərrəmov X10 ilə birlikdə X18 tərəfindən qazanc əldə etmək vədi ilə cinayətkar qrupa cəlb olunaraq, qabaqcadan əlbir olan bir qrup şəxs halında xx xxxx 2016-cı il tarixdə, saat 23:00 radələrində Abşeron rayonu, Məhəmməd qəsəbəsi, nömrəsiz fərdi yaşayış evinin plastik pəncərəsini özündə olan predmetlə açaraq evə qanunsuz daxil olub, evin yataq otağında Zərərçəkmiş şəxs7 məxsus 520 manat pulunu gizli yolla talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs7 ümumilikdə 520 manat maddi ziyan vurmaq la oğurluq etmişdir. Bundan başqa, Məhkum təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxx 2017-ci il tarixdə, saat 13:00 radələrində ünvan 3 ünvanda yerləşən X14 evinin plastik pəncərtəsini özündə olan predmetlə açaraq yaşayış sahəsinə qanunsuz daxil olub, yataq otağındakı paltar dolabından cəmi dəyəri 600 manat təşkil edən bir ədəd 583 əyyarlı, 12 qram çəkidə qızıl boyunbağını, onun üzərində olan 5 qram çəkidə klonu, hər birinin dəyəri 500 manat olmaqla, ümumi çəkisi 10 qram təşkil edən iki cüt qızıl sırğanı, dəyəri 450 manat təşkil edən bir ədəd 583 əyyarlı, 6 qram çəkidə olan qızıl üzüyü gizli olaraq talayıb ümumilikdə zərərçəkmiş şəxs X16 1.550 manat məbləğində maddi ziyan vurub təkrar oğurluq etmişdir. Bundan başqa, Məhkum xx xxxx 2016-cı il tarixdə, saat 14:00 radəl ərində Zərərçəkmiş şəxs13 Cəlal oğlunun yaşadığı Bakı şəh., Binəqədi rayonu «XX» adlanan ərazidə yerləşən fərdi yaşayış evinə plastik pəncərəni açmaq yolu ilə qanunsuz daxil olub evin uşaq otağından 35 manat nağd pul, yataq otağından 583 əyyarlı qızıldan hazırlanmış, hər birinin çəkisi 2.5 qram və dəyəri 200 manat olan 3 ədəd üzük, 583 əyyarlı qızıldan hazırlanmış, 3 qram çəkidə 200 manat dəyərində bir cüt sırğa, 583 əyyarlı qızıldan hazırlanmış 1,5 qram çəkidə 70 manat dəyərində bir ədəd qolbağı və 583 əyyarlı qızıldan hazırlanmış 4 qram çəkidə 200 manat dəyərində bir ədəd boyunbağını gizli olaraq talayıb Zərərçəkmiş şəxs13 Cəlil oğluna ümumilikdə 1.105 manat maddi ziyan vurub təkrar oğurluq etmişdir. Bundan başqa, Məhkum tamah niyyəti ilə xx xxxx 2018-ci il tarixdə, saat 10:00 radələrind ə Bakı şəhəri, Sabunçu qəsəbəsi, Y.Saratov küçəsi 47 J nömrəli fərdi evdə yaşayan Zərərçəkmiş şəxs20 evdən getməsini və evdə heç kimin olmamasını bilib Zərərçəkmiş şəxs20 həyətin darvaza qapısının qıfılını bağlamamasından istifadə edib həyətə girmiş və özü ilə gətirdiyi dəmir parçası ilə evin pəncərə şüşəsinə quraşdırılmış metal qoruyucunu və pəncərəni sındırıb açmaqla qanunsuz olaraq yaşayış sahəsinə daxil olub evdəki sandığın asma qıflını sındıraraq özgənin Zərərçəkmiş şəxs20 əmlakını 1.429 manat qiymətində 17,86 qram 916 əyarlı 1 cüt qızıl sırqaları, 3.850 manat qiymətində 1 ədəd qızıl qolbağını, qiyməti 548 manat olan 916 əyarlı qızıl üzüyü, qiyməti 902 manat olan qızıl üzüyü, qiyməti 1.100 manat olan 1 ədəd boyunbağını, cəmi qiyməti 85 manat olan hər bir beş qolbaqdan ibarət 2 dəst qo lbaqları, 1 ədəd ayrı qadın qolbağını, qiyməti 2 manat olan qaş hissəsi dördkünc formalı üzüyü, qiyməti 3 manat olan qaş hissəsi gül formalı üzüyü, həmin tarixə 8.500 manat təşkil edən 5.000 ABŞ dollarını, 3.400 manatı, 970 manat təşkil edən 70.000 Pakistan rupisini, qiyməti «Sim» nömrə ilə birlikdə 100 manat olan 1 ədəd «XXX» markalı mobil telefon aparatını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs20 xeyli miqdarda 20.889 manat ziyan vuraraq təkrar oğurluq etmişdir. Hökmdən Zərərçəkmiş şəxs20 və Məhkum tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Qasımov Faiq Adil oğlu (sədrlik edən və məruzəçi), Babayev Qədim Xalid oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə) xx xxxxxx 2019-ci il tarixli q ərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, hökm isə aşağıdaki qaydada dəyişdirilmişdir: - Məhkum Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin (bundan sonra mətndə CPM-nin) 44.2.1-ci maddəsinə əsasən, yəni cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyinə görə CM-nin cəza təyin edilmiş, CM-nin 66.2-ci maddəsinə dair müddəalar hökmdən xaric edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmünə əsasən Məhkum üzərində CM-nin 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təyin edilmiş 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, CM-nin 69.3-cü maddəsinə əsasən Məhkum xx xxxx 2016-cı il tarixdən xx xxxxxx 2017-ci il tarixə, xx xxxxxx 2017-ci il tarixdən xx xxxxxx 2017-ci il tarixə kimi həbsdə saxlanıldığı 09 (doqquz) ay 08 (səkkiz) gün müddət təyin olunmuş cəzadan çıxılaraq Məhkum üzərində qəti olaraq 03 (üç) il 02 (iki) ay 22 (iyirmi iki) gün müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək ona təyin edilmiş cəzanı yüngülləşdirməklə apellyasiya instansiyası məhkəməsinin qərarının bu əsasla dəyişdirilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsi onun barəsindəki cinayət işinin bütün hallarını düzgün araşdırmayaraq onun cəzasını yüngülləşdirilən halları nəzərə almadan barəsində ədalətsiz qəra r qəbul etmişdir. Məhkum həmin şikayətində ağır sosial durumda olan anasının həm də xəstə olmasını qeyd edərək və bu hala əsaslanaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Göründüyü kimi, Məhkum kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkəmələr onun barəsində cəza tədbiri seçərkən cəzanı yüngülləşdirən halları kifayət qədər nəzərə almamış və ona bu hallara uyğun olmayan ağır cəza təyin edilmişdir. Bununla da, məhkum apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış qərarın dəyişdirilməli olması haqqında tələbini CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. CPM-nin 416.1.21-ci maddəsinin tələblərinə görə isə, məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya ins tansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası məhkumun müraciətini kassasiya qaydasında baxılmalı olan müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakılar qeyd edir. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərində n asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilm əz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasınd a ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunveiciliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya insta nsiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Sübutların araşdırılması və qiymətləndirilməsi dedikdə isə, nəinki şəxsin ona istinad edilən cinayət əməlini törətməsini təsdiq və ya təkzib edən, həmçinin təqsi rli bilinən şəxsin barəsində cəza tədbirinin seçilməsinə təsir edə bilən halları da təsdiq edən sübutların araşdırılması və qiymətləndirilməsi başa düşülür. Yəni işə mahiyyəti üzrə baxan məhkəmənin vəzifəsidir ki, ədalət mühakiməsini həyata keçirərkən qanunvericilikdə nəzərdə tutulmuş digər məsələlərlə yanaşı həm də cəzanı yüngülləşdirən və ya ağırlaşdıran halların olub-olmaması məsələsini də araşdırısın, bu hallara dair müvafiq sübutları tədqiq etsin və təqsirkarın barəsində çıxarılmış hökmdə və ya digər yekun məhkəmə aktında məhz həmin sübutlara istinad etməklə cinayət törətmiş şəxsə bu və ya digər cəzanın təyin edilməsini əsaslandırsın. Əks halda yalnız maddi hüquq normalarının tələblərinə əsaslanmaqla şəxsin barəsində hər hansı cəza tədbirinin seçilməsi qanuni və ədalətli hesab edilə b ilməz. Məhkum kassasiya şikayətindən göründüyü kimi, o, həmin şikayətində ona ittiham olunmuş əməlləri törətməkdə təqsirliliyini, bu əməllərin hüquqi tövsifini mübahisələndirməyərək yalnız cəzanı yüngülləşdirən bir sıra hlların nəzərə alınmadığını və ona bu hallara uyğun olmayan ağır cəzanın təyin edilməsini iddia edərək həmin cəzanın yüngülləşdirilməsini xahiş edir. Bu isə o deməkdir ki, məhkum öz kassasiya müraciətini apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarın ləğv edilməsini və ya dəyişdirilməsini şərtləndirən CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş əsasla əlaqələndirmişdir. Buna görə məhkəmə kollegiyası kassasiya şikayətinə kassasiya qaydasında baxılmalı müraciə kimi görür və həm onun dəlillərini, həm də bu dəlillərdən asılı olmayaraq apellyasiya instansiyası mə hkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini cinayət işinin materiallarına əsasən yoxlayaraq aşağıdakıları qeyd edir. Əvvəla, X1 barəsindəki hökmdən görünür ki, birinci intsanisya məhkəməsi təqsirləndirilən şəxs barəsində CM-nin 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə cəza tədbiri seçərkən CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə istinad etməklə onun törətdiyi əməldən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi hesab etmiş və həm bu halı, həm də onun törətdiyi cinayət əməllərinin xarakterini və ictimai təhlükəilik dərəcəsini nəzərə alaraq ona göstərilən maddələrin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab etmişdir. Cinayət işinin material arına əsasən, Məhkum onun barəsindəki Sabunçu Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmündən verdiyi apellyasiya şikayətində hökmün ləğv edilməsini, işə apellyasiya qaydasında yenidən baxılmasını və onun barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi isə bu müraciəti məhkumun ona təyin olunmuş cəzanın yüngülləşdirilməsi barədə müraciət kimi qiymətləndirmişdir, baxmayaraq ki, apellyasiya şikayətində bununla bağlı hər hansı dəlil və belə dəlillərə uyğun tələb irəli sürülməmişdir. Bununla belə, xx xxxxxx 2019-cu il tarixli məhkəmə iclasının protokoluna görə, apellyasiya şikayətlərinə məhkəmə baxışı iclasında Məhkum onun barəsindəki hökmün ədalətsiz olmasını və ona ağır cəza təyin edilməsini, zərərçəkmiş Zərərçəkmiş şəxs20 isə ona vurulmuş maddi zərərin ödənilməməsinə görə həmin cəzanın yüngül olmasını bildirsələr də, apellyasiya instansiyası məhkəməsi həmin iclasda onların bu iddialarına uyğun olaraq nəinki heç bir araşdırma aparmamış, həmçinin qəbul etdiyi həmin tarixli qərarında da maddi hüquq normalarına istinad etməməklə bu dəlillərə cavab verməkdən yayınmış və yalnız CPM-nin müvafiq normalarına istinad etməklə Məhkum CM-nin 326.1 və 326.2-ci maddələri ilə müddətin keçməsi ilə əlaqədar olaraq cəzanın təyin edilməli olmamasını əsaslandırmaqla kifayətlənmişdir. Birinci instansiya məhkəməsi isə Məhkum cəza təyin edərkən, hökmdə onun yalnız əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə aldığını göstərmiş, lakin onun ittiham olunduğu cinayət əməllərinin əksəriyyətini (23 epizoddan 21 epizod üzrə) yet kinlik yaşına çatmayan dövrdə (məhkumun məhz xx xxxxx 1999-cu il tarixdə anadan olması inandırıcı hesab edilsə) törətməsinə diqqət belə yetirməmişdir. Bununla yanaşı, məhkəmə kollegiyası CPM-nin 419.1-ci maddəsinin tələblərinə müvafiq olaraq Məhkum kassasiya şikayətinin dəlillərindən asılı olmayaraq maddi və prosessual hüquq normalarının tətbiq edilməsini yoxlayarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən aşağıdakı qanun pozuntularına yol verilməsini müəyyən etmişdir. Əvvəla, cinayət işinin materiallarından görünür ki, Məhkum barəsindəki cinayət işi mahiyyəti üzrə baxılması üçün birinci dəfə Binəqədi Rayon Məhkəməsinə göndərildikdən sonra, məhkəmə iş materiallarında təqsirləndirilən şəxsin həqiqətən Məhkum olmasını, onun məhz xx xxxxx 1999-cu il tarixdə doğulmasını təsdiq edən hər h ansı sübutların olmamasını müəyyən edərək hazırlıq iclasının xx xxxx 2018-ci il tarixli qərarı ilə işə baxılmasına xitam vermiş və cinayət işini ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarmışdır. Bundan sonra da, ibtidai araşdırma orqanı tərəfindən Məhkum şəxsiyyətinin və onun barəsindəki demoqrafik məlumatların düzgün müəyyən edilməsi istiqamətində faktiki olaraq heç bir araşdırma aparılmamış və əlavə istintaq zamanı özünü təqsirləndirilən şəxsin anası kimi təqdim edən yalnız X12 şahid qismində dindrilmiş, sonuncu isə ifadələrində 1999-cu ilin yaz aylarında bərə ilə Türkmənisat Respublikasından Azərbaycan Respublikasına gələrkən oğlan uşağı doğduğunu, həmin vaxt Qurban bayramı olduğuna görə onun adını Qurban qoyduğunu, sonuncunun, məhkumun göstərdiyi kimi xx xxxxx 1999-cu il tarixdə deyil, xx xxxxx 1999-cu il tarixdə anadan olmasını, onun heç bir təhsil almadığını və “oğlunun” şəxsiyyətini təsdiq edən sənədin olmamasını bildirmişdir. Buna baxmayaraq, Sabunçu Rayon Məhkəməsi tərəfindən özünü xx xxxxx 1999-cu il tarixdə anadan olmuş Məhkum kimi təqdim etmiş şəxsin barəsindəki cinayət işi icraata qəbul edilərək mahiyyəti üzrə baxılmış və sonuncunun barəsində ittiham hökmü çıxarılmış, apellyasiya instansiyası məhkəməsi isə işdə olan belə mühüm çatışmazlıqlara və ziddiyyətlərə diqqət yetirməmişdir. Halbuki, məhkəmələr CPM-nin 140.0.4-cü maddəsinin tələblərinə müvafiq olaraq Məhkum heç olmasa yaş həddinin düzgün müəyyən edilməsi üçün məhkəmə-psixoloji və ya məhkəmə-tibbi ekspertizaları təyin edib keçirə bilərdilər. Bu isə ona görə lazım idi ki, is tər cinayət, istərsə də cinayət-prosessual qanunvericiliyində bir çox məsələlərin, məsələn, prosessual hüquqların təmin edilməsi, ədalət mühakiməsinin həyata keçirilməsi, cəza tədbirinin seçilməsi və sair məsələlərin həlli zamanı cinayət törətmiş şəxsin yetkinlik yaşına çatıb-çatmamasından asılı olaraq həmin məsələləri tənzimləyən müxtəlif normalar və tələblər mövcuddur. Həmin normaların ətraflı təsvir edilməsinə ehtiyac görməyərək məhkəmə kollegiyası yalnız onu qeyd etməyi lazım bilir ki, CPM-nin 140.0.4-cü maddəsinə əsasən, cinayət prosesi gedişində zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxsin müəyyən yaş həddinə çatması haqqında sənədləri olmadıqda yaşın müəyyən edilməsi tibb və psixologiya sahəsində ekspertlərin rəyi ilə müəyyən edilə bilər. Lakin, belə ekspertizalar (məhkəmə-ps ixoloji və məhkəmə-tibbi) həm ibtidai araşdırma zamanı, həm də məhkəmələr tərəfindən təyin olunub keçirilməmiş və apellyasiya instansiyası məhkəməsi məhkumun xx xxxxx 1999-cu il tarixdə anadan olması faktı ilə razılaşaraq nəzərə almamışdır ki, belə olduğu təqdirdə Məhkum ittiham olunduğu cinayət əməllərinin çoxu (23 epizoddan 21 epizod üzrə) onun tərəfindən yetkinlik yaşına çatmadığı dövrdə törədilmiş və buna görə də onun apellyasiya şikayətlərinə ilkin baxış və məhkəmə baxışı iclaslarında müdafiəçiyə malik olmaq hüququ məcburi olmuşdur. Məhkum qeyd edilən 21 epizod üzrə cinayət əməllərini yetkinlik yaşına çatmadığı dövrdə törətməsi onun haqqında olan xx xxx 2019-cu il tarixli hökmlə yanaşı həmçinin X9 və X6 məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2017-ci il ta rixli hökmü ilə də təsdiq edilir. Həmin hökmlə Ç.Ə.Paşayev digər maddələrlə yanaşı həm də yetkinlik yaşına çatmamış X11 və digərini (burada Məhkum nəzərdə tutulur) cinayətkar qrupa cəlb etdiyinə görə CM-nin 170.3-cü maddəsi ilə də təqsirli bilinib məhkum edilmişdir. Belə olan halda, Məhkum apellyasiya şikayətlərinə ilkin baxış iclasında müdafiəçidən imtina etməsi aşağıda göstərilən hallara və Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycanın qoşulduğu beynalxalq müqavilələrin, prosessual qanunvericiliyin tələblərinə əsasən qəbul edilə bilməzdi və apellyasiya instansiyası məhkəməsi tərəfindən məsələnin bu cür həll edilməsi məhkumun müdafiə hüqununun kobud şəkildə pozulması ilə nəticələnmişdir. Belə ki, cinayət işinə Bakı Apellyasiya Məhkəməsinin hakimi F.Qasımova Məhkum tərəfindən ünv anlanmış və printerdə çap olunmuş, tarixsiz aşağıdakı məzmunda ərizə əlavə edilmişdir (cild 8, i.v.299): “Məhkəmə baxışı iclasında müdafiəçiyə ehtiyacım yoxdur. Hüquqlarımı özüm müdafiə edəcəm. Bu mənim maddi vəziyyətimlə əlaqədar deyil.” Ərizənin mətn hissəsindən sonra imza icra edilmiş, lakin “tarix” sözü yazılmış hissəsində heç bir tarix göstərilməmişdir. İşdən göründüyü kimi, apellyasiya instansiyası məhkumun bu ərizəsində göstərilmiş müraciətini təmin etmiş və onun barəsindəki olan cinayət işinə müdafiəçinin iştirakını olmadan baxaraq yekun qərar qəbul etmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli protokolundan görə, apellyasiya şikayətlərinə məhkəmə baxış iclasında sədrlik edən hakim tərəfindən Məhkum hüquq və vəzi fələri izah olunarkən ona müdafiəçinin iştirakı ilə əlaqədar sual verilmiş və məhkum bildirmişdir ki, İlkin məhkəmə baxış iclasında müdaiəçiyə ehtiyacı yoxdur. Göründüyü kimi, apellyasiya şikayətlərinə artıq mahiyyəti üzrə baxılarkən təqsirləndirilən şəxs həmin iclasda deyil, artıq keçirilmiş ilkin baxış iclasında müdafiəçiyə ehtiyacının olmamasını bildirmiş və belə qeyrimüəyyənliyə yol verilməsinə baxmayaraq protokol iş üzrə sədrlik edən hakim və məhkəmə iclas katibi tərəfindən imzalanaraq cinayət işinə bu şəkildə əlavə olunmuşdur. Məhkəmə kollegiyasının fikrincə, bu hal bir daha Məhkum müdafiəçidən imtinasının öz təşəbbüsü ilə və könüllü olaraq etməsini şübhə altına alır. Göstərilən ərizəyə münasibətini bildirərək məhkəmə kollegiyası qeyd edir ki, hətta orta təhsil almamış, hüquqdan an lamı belə olmayan, heç bir ictimai faydalı əməklə məşğul olmamış, təqdim etdiyi məlumatlara görə ağır maddi vəziyyətinə görə özünün müdafiəçi seçmək və onunla müqavilə bağlamaq imkanı olmayan Məhkum öz hüquqlarını özü tərəfindən müdafiə etməsi qabiliyyətində olması yuxarıda göstərilən ərizənin isə onun tərəfindən könüllü olaraq və öz təşəbbüsü ilə yazması inandırıcı görünmür və iş materiallarına əsasən, bu halları görən həm ibtidai araşdırma orqanı, həm də birinci və kassasiya instansiyası məhkəmələri, apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq, məhz qeyd edilən hallara əsaslanaraq onun dövlət hesabına müdafiəçi ilə təmin edilməsi haqqında qərarlar qəbul etmişlər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, müəyyən edilmiş yuxarıda göstərilən hallara görə, apellyasiya instansi yası məhkəməsinin də vəzifəsi idi ki, hökmdən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxarkən, CPM-nin 397.2-ci maddəsinin tələbləinə müvafiq olaraq, bu şikayətlərin dəlillərindən asılı olmayaraq, bütün şübhəli məqamların aradan qaldırılması istiqamətində lazımı araşdırmalar aparsın, digər tərəfdən isə - cinayət prosesinin bütün iştirakçılarının, o cümlədən təqsirləndirilən şəxsin müdafiə hüququ da daxil olmaqla öz hüquqlarından səmərəli istifadə etmələri üçün şərait və imkanlar yaratsın. Tək apellyasiya instansiyası məhkəməsinin deyil, bütün instansiya məhkəmələrinin bu vəzifəsi Azərbaycan Respublikası Konstitusiyasının, beynəlxalq müqavilələrin və milli qanunvericiliyin tələblərindən, habelə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsini n və Ali Məhkəmənin hüquqi mövqelərindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Konstitusiyanın 61-ci maddəsinin İ-İİİ hissələrində təsbit edilmişdir ki, hər k əsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. Qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir. Hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır. Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən xx xxxxxx 1966-cı il tarixdə qəbul etdiyi 2200A(XX1) saylı “Vətəndaş və Siyasi Hüquqlar Haqqında Pakt”ın 14-cü maddəsinin 1-ci bəndinə əsasən, bütün şəxslər məhkəmə və tribunal qarşısında bərabərdir. Hər kəs ona qarşı irəli sürülən hər hansı cinayət ittihamına baxılarkən, yaxud hər hansı bir mülki prosesdə onun hüquq və vəzifələri müəyyənləşdirilərkən işinə qanun əsasında yaradılmış səlahiyyətli, müstəqil və qər əzsiz məhkəmə tərəfindən ədalətlə və açıq baxılması hüququna malikdir. Demokratik cəmiyyətdə mətbuat və ictimaiyyət əxlaq, ictimai asayiş, yaxud dövlət təhlükəsizliyi mülahizələrinə görə, yaxud tərəflərin şəxsi həyatlarının mənafeyi tələb etdikdə, yaxud məhkəmənin fikrincə ciddi zərurət olduqda — açıq məhkəmənin ədalət məhkəməsini poza biləcəyi xüsusi hallarda — məhkəmə baxışına bütövlükdə, yaxud onun bir hissəsinə buraxılmaya bilər; lakin yetkinliyə çatmamışların mənafeyinin tələb etdiyi, yaxud işin evlənməyə, yaxud uşaqlar üzərində qəyyumluq mübahisələrinə aid olduğu hallar istisna edilməklə, cinayət, yaxud mülki işlərə dair hər bir məhkəmə qərarı açıq olmalıdır. Həmin maddənin 3-cü bəndinin b və d altbəndlərinin tələblərinə görə, hər kəsin ona qarşı irəli sürülən hər hansı cinayət ittih amına baxılarkən, tam bərabərlik əsasında özünü müdafiəyə hazırlamaq üçün kifayət qədər vaxta və özünün seçdiyi müdafiəçi ilə əlaqə saxlamaq imkanına, özünün iştirakı ilə mühakimə olunmaq və özünü şəxsən, yaxud özünün seçdiyi müdafiəçi vasitəsilə müdafiə etmək, əgər müdafiəçisi yozdursa, bu hüququ haqqında xəbərdar edilmək və ədalət məhkəməsinin, mənafeyi tələb etdiyi bütün hallarda təyin olunmuş müdafiəçiyə və müdafiə haqqını ödəmək üçün kifayət qədər vəsaiti olmadığı hallarda pulsuz müdafiəçiyə malik olmaq hüquqları vardır. “İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Konvensiyanın) 6-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sü rülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik maraqları naminə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin “c” altbəndinin tələblərinə görə, cinayət törətməkdə ittiham olunan hər kəs şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə özünü mü dafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə belə müdafiədən pulsuz istifadə etmək hüququna malikdir. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 19.1-ci maddəsin də nəzərdə tutulmuşdur ki, cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxslərin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlər görməlidir. CPM-nin 19.4.4.3 və 19.4.4-cü maddələrinin tələblərinə görə, cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxt vermək və imkan yaratmaq və şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə müdafiə olunmaq, yaxud müdafiəçinin haqqını ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, pulsuz hüquqi yardım almaq hüquqlarını təmin etməlidir. Yuxarıda qeyd edildiyi kimi, işə baxan məhkəmələr, o cümlədən apellyasiya instansiyası məhkəməsi müəyyən olunmuş hesab etmişlər ki, Məhkum xx xxxxx 1999-cu il tarixdə anadan olmuş və ona ittiham olunmuş cinayətlərin əksəriyyətini 2015-2016-cı illərdə, yəni yetkinlik yaşına çatmadığı dövrdə törətmişdir. CPM-nin 428.2-ci maddəsinə əsasən cinayət prosesində yetkinlik yaşına çatmayanlar dedikdə, cinayətin törədilməsi anınadək on səkkiz yaşına çatmamış şəxslər başa düşülür. CPM-nin 92.3.5-ci maddəsi isə imperativ şəkildə tələb edir ki, şübhəli və ya təqsirləndirilən şəxs cinayəti törədərkən yetkinlik yaşına çatmadıqda müdafiəçinin cinayət prosesində iştirakı təmin olunmalıdır. CPM-nin 92.6-cı maddəsinə əsasən, cinayət prosesində müdafiəçinin məcburi iştirakını cinayət prosesini həyata keçirən orqan təmin edir. CPM-nin 92.12-ci maddəsində müəyyən edilmişdir ki, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçidən imtina etməsi protokolda göstərilir. Təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə müdafiəçidən imtinanı yalnız o halda qəbul edir ki, şübhəli və ya təqsirləndirilən şəxs bu barədə ərizəni öz təşəbbüsü ilə könüllü və müdafiəçinin və ya müdafiəçi qismində təyin olunacaq vəkilin iştirakı ilə vermiş olsun. İşə məhkəmədə baxılarkən şübhəli və ya təqsirləndirilən şəxs müdafiəçidən imtina etdikdə bu barədə məlumat məhkəmə iclasında elan olunur. Hüquqi yardımı ödəmək üçün vəsaitin olmaması üzündən, habelə bu Məcəllənin 92.3.2-92.3.5, 92.3.8, 92.3.12, 92.3.13 və 92.3.16cı maddələrində nəzərdə tutulmuş hallarda şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçidən imtina etməsi qəbul olunmur, ona müdafiəçi məcburi təyin olunur və ya müdafiəçisi qismində təyin olunmuş vəkilin səlahiyyət ləri saxlanılır. Əvvəla, Məhkum adından naməlum şəxs tərəfindən və naməlum şəraitdə tərtib edilmiş tarixsiz ərizədən görünür ki, həmin dövrdə təqsirləndirilən şəxs statusunda olmuş N.Məhkum müdafiəçidən imtina etməsində müdafiəçi və ya müdafiəçi qismində təyin olunacaq vəkil iştirak etməmiş, bu imtinanı əks etdirən ayrıca protokol isə cinayət işinin materiallarında mövcud deyil. Prosessual qanunvericilikdə göstərilən bu tələblərə mütləq şəkildə əməl edilməli olması həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenmunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.12-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli Qərarında əksini tapmış hüquqi mövqedən də irəli gəlir. Müdafiəçidən imtina olunmasının şərtləri ilə əlaqədar Konstitusi ya Məhkəməsinin Plenumu həmin Qərarında qeyd etmişdir ki, müdafiə hüququ şəxsin qanuni maraqlarının təminatı ilə yanaşı, həm də ədalət mühakiməsi maraqlarının təminatıdır, sosial dəyərdir. Hər kəsin hüquqi yardım almaq hüququnun təmin edilməsi ilə bağlı yaranan hüquq münasibətləri özündə ictimai maraqları əks etdirdiyi üçün dövlətin bu sahədə üzərinə düşən konstitusiya öhdəliklərinin yerinə yetirilməsinə dəlalət edir. Bu isə dövlət tərəfindən zərurət olduqda şəxsin hüquqlarının müdafiəsi üçün pozitiv tədbirlərin görülməsini tələb edir. Bu mənada təqsirləndirilən şəxsin yüksək hüquqi yardım almaq hüququnun təmin edilməsinin zəruriliyi işin hallarının tam, obyektiv və hərtərəfli araşdırılmasına xidmət edir və nəticədə ədalət mühakiməsinin səmərəli həyata keçirilməsinə yönəlmişdir. Belə ki, y üksək keyfiyyətli hüquqi yardım almaq hüququ şəxsin hüquq və azadlıqlarının, həmçinin qanuni mənafelərinin müdafiəsinin təmin edilməsi ilə yanaşı, ədalət mühakiməsinin tərəflərin bərabərliyi və çəkişmə prinsipləri əsasında həyata keçirilməsinin başlanğıc şərti kimi qiymətləndirilməlidir (Konstitusiyanın 127-ci maddəsinin İV və Vİİ hissələri). Cinayət-prosessual qanunvericiliyə əsasən, müdafiəçidən imtina şübhəli və ya təqsirləndirilən şəxsin “öz təşəbbüsü ilə könüllü” həyata keçirilməlidir. Bu ifadəni təşkil edən sözlər bir-biri ilə qarşılıqlı vəhdətdədir. Yəni imtina təşəbbüsü istənilən halda şübhəli və ya təqsirləndirilən şəxs tərəfindən irəli gəlməlidir (iradəsindən asılıdır). Başqa sözlə, cinayət prosesini həyata keçirən orqanlar tərəfindən şübhəli və ya təqsirləndirilən şəxsə müdafiəç idən imtina barəsində hər hansı təklif yolverilməzdir. Bundan başqa, şübhəli və ya təqsirləndirilən şəxsin qərarının könüllülüyünə hər hansı təsir (psixi və ya fiziki) qeyriqanunidir. Könüllülük eyni zamanda məcburi imtinanın yolverilməzliyi deməkdir. Cinayət prosesini həyata keçirən orqan müdafiəçidən imtina məsələsinə baxarkən müəyyən etməlidir ki, müdafiəçidən və ya hüquqi yardım almaq hüququndan imtina məcburi olmamışdır. Şübhəli və ya təqsirləndirilən şəxsin iradəsi CPM-nin 92.12-ci maddəsinin tələblərinə görə, ərizə ilə ifadə olunmalıdır. Ərizə dedikdə, şübhəli və ya təqsirləndirilən şəxs tərəfindən şəxsən yazılmış və imzalanmış sənəd başa düşülür. Bununla qanunverici belə hallarda sükutla ifadə olunan imtinanın yolverilməzliyini göstərmişdir. Həmin ərizənin mövcudluğu eyni zamanda m üdafiəçidən imtinanın məcburliliyinin qarşısını alan təminat kimi hesab olunmalıdır. Könüllülüyün digər bir təminatı isə müdafiəçinin və ya müdafiəçi qismində təyin olunacaq vəkilin imtina prosedurunda iştirakıdır. Konstitusiyanın 61-ci maddəsinin İİİ hissəsində təsbit olunmuş hüququn ədalət mühakiməsinin səmərəliliyi üçün əhəmiyyətini nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda hesab etmişdir ki, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçiyə malik olmaq hüququnun həyata keçirilməməsi faktı cinayət prosesini həyata keçirən orqanlardan bir sıra prosessual hərəkətləri etməyi tələb edir. Belə ki, CPM-nin 19.4.2-ci maddələrinə əsasən, cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxslərə onların hüquqlarını izah etməlidirlər. Bu mənada izah şübhə li və ya təqsirləndirilən şəxsi onun hüquqları haqqında təkcə məlumatlandırmaqdan ibarət deyil, habelə konkret prosessual hüquqların məzmununun açıqlanması, şübhəli və ya təqsirləndirilən şəxsin qəbul edəcəyi qərarın mümkün nəticələri haqqında xəbərdar olunmasıdır. Adıçəkilən orqanların bu hərəkətləri protokolda öz əksini tapmalıdır. Avropa Məhkəməsinin artıq formalaşmış hüquqi mövqeyinə görə, şəxs Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan hüquqlardan sükutla öz əməlləri (hərəkətləri və ya hərəkətsizliyi) vasitəsilə imtina edərkən şüurlu şəkildə öz imtinasının nəticələrini qabaqcadan görməlidir (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra mətndə Avropa Məhkəməsinin) “X28” qarşı iş üzrə xx xxxx 2007-ci il tarixli Qərarı, §59; Avropa Məhkəməsinin “Panovits Kiprə qarşı” iş üzrə xx xxxxxx 2008-ci il tarixli Qərarı, §68; Avropa Məhkəməsinin “Pişalnikov Rusiyaya qarşı” iş üzrə xx xxxxxxxx 2009-cu il tarixli Qərarı, §77). Yuxarıda göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlimişdir ki: - CPM-nin 92.3-cü maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçi ilə məcburi təmin olunması cinayət prosesini həyata keçirən orqanların mülahizəsindən asılı deyildir. Müdafiəçinin məcburi iştirakı həmin Məcəllənin 92.3.1-ci maddəsinə müvafiq olaraq şübhəli və ya təqsirləndirilən şəxsin tələb etdiyi halda, Məcəllənin 92.3.2-92.3.13-cü maddələrində göstərilən hallarda isə şübhəli və ya təqsirləndirilən şəxsin tələb edib-etməməsindən asılı olmayaraq cinayət prosesini həyata keçirən orqanlar tərəfindən təmin edilməlidir. - ədalət mühakiməsin in maraqları tələb etdiyi hallarda cinayət prosesini həyata keçirən orqanlar cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının konkret hallarını nəzərə alaraq (cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təyin edilə biləcək cəzanın ağırlığını, işin mürəkkəbliyini və s.) CPM-nin 92.3-cü maddəsində nəzərdə tutulmayan hallarda da şübhəli və ya təqsirləndirilən şəxsə müdafiəçi təyin edə bilərlər. - CPM-nin 92.12-ci maddəsində nəzərdə tutulan müdafiəçidən imtina edilməsi qaydası həmin Məcəllənin 92.3.1, 92.3.6, 92.3.7, 92.3.9-92.3.11-ci maddələrinə müvafiq olaraq şübhəli və ya təqsirləndirilən şəxsə təyin edilmiş müdafiəçidən, habelə ədalət mühakiməsinin maraqları tələb etdiyinə görə cinayət prosesini həyata keçirən orqanın mülahizəsi əsasında təyin edilmiş müdafiəçidən imtina etməsi hallarına şamil edilir. “Puatrimol Fransaya qarşı” iş üzrə xx xxxxxx 1993-cü il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, hər bir təqsirləndirilən şəxsin müdafiəçi ilə səmərəli müdafiə olunmaq hüququ ədalət mühakiməsinin əsas cəhətlərindən biridir (§34). Təqsirləndirilən şəxsin müdafiəçisi həmçinin cinayət prosesinin qanuniliyinin təminatçısı kimi çıxış edə bilər (İnsan hüquqları üzrə Avropa Komissiyasının “Enslin, Baader və Raspe Almaniyaya qarşı” iş üzrə xx xxxx 1978-ci il tarixli Qərardadı, 14 DR 64, səh. 114). “Pakelli Almaniyaya qarşı” iş üzrə xx xxxxx 1983-cü il tarixli Qərarında Avropa Məhkəməsi vurğulamışdır ki, Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin “c” altbəndi cinayət törədilməsində təqsirləndirilən şəxsin üç hüququna zəmanət verir: şəx sən özünü müdafiə etmək, özü tərəfindən seçdiyi müdafiəçiyə malik olmaq və müəyyən şərtlərlə pulsuz müdafiəçiyə malik olmaq... Özünü şəxsən müdafiə etmək istəməyən hər bir təqsirləndirilən şəxs özü tərəfindən seçdiyi müdafiəçinin xidmətlərindən istifadə etmək imkanına malik olmalıdır; müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman ədalət mühakiməsinin maraqları naminə müdafiəçi ona pulsuz təqdim olunmalıdır (§ 31). “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respkublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı Qərarının 12-ci bəndində məhkəmələrin nəzərinə çatdır ılmışdır ki, müdafiə hüququ demokratik cəmiyyətdə ədalətli məhkəmə baxışının ayrılmaz tərkib hissəsidir. Konvensiya cinayət törətməkdə təqsirləndirilən şəxsə müdafiəsi üçün üç üsuldan istifadə etməyə imkan verir: özünü şəxsən müdafiə etmək; özünün seçdiyi müdafiəçiyə malik olmaq; müəyyən hallarda pulsuz təyin olunmuş müdafiəçidən istifadə etmək. Zəruri hallarda hüquqi yardım göstərilməsi dövlət hesabına təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının, yuxarıda göstərilən beynəlxalq və milli qanunvericiliyinin prosessual normalarında nəzərdə tutulmuş tələbləri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqelərini və Ali Məhkəmənin Plenumunun tövsiyələrini cinayət işinin materialları ilə birgə müqayisəli şəkild ə nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ona ittiham olunmuş cinayətlərin əksəriyyətini yetkinlik yaşında törətmiş, lakin apellyasiya icraatı zamanı naməlum şəxs tərəfindən naməlum tarixdə yazılmış müdafiəçidən imtina etməsi haqqında tarixi göstərilməyən ərizə ilə apellyasiya instansiyası məhkəməsinin hakiminə müraciət etmiş Məhkum, digər icraatlar kimi, apellyasiya icraatı zamanı da müdafiəçi ilə təmin edilməsinin məcburi olmasına baxmayaraq, müdafiəçinin iştirakı olmadan apellyasiya şikayətlərinə ilkin və məhkəmə baxışı iclaslarında işə baxmış apellyasiya instansiyası məhkəməsi tərəfindən təqsirləndirilən şəxsin müdafiə hüququ kobud şəkildə pozulmuşdur. Belə hal isə CPM-nin 416.1.18-ci maddəsində apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarın kassasiya nayda sında ləğv edilməsini şərtləndirən əsas kimi nəzərdə tutulmuşdur. CPM-nin 416.1.18-ci maddəsinin tələblərinə görə, məhkəmə bu Məcəllənin müddəalarına müvafiq olaraq dövlət ittihamçısının, xüsusi ittihamçının, təqsirləndirilən şəxsin, onun müdafiəçisinin və ya tərcüməçinin iştirakı məcburi olduğu halda cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə həmin şəxslərin iştirakı olmadan baxdıqda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək hüququna malikdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərinə ilkin və məhkəmə baxışı iclaslarında Məhkum müdafiə hüququ kobud şəkildə pozulduğundan onun CM-nin 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 326.1 və 326.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının apellyasiya şikayətlərinə ilkin baxış iclasının xx xxxxxx 2019-cu il tarixli və həmin şikayətlərə məhkəmə baxışının xx xxxxxx 2019-cu il tarixli qərarları ləğv edilməli və cinayət işi apellyasiya şikayətlərinə ilkin baxış iclası mərhələsindən yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Eyni zamanda məhkəmə kollegiyası hazırki mərhələdə Məhkum CM-nin 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təyin edilmiş cəzanın hər hansı qaydada yüngülləşdirilməsi üçün əsaslar görmür və buna görə onun bununla bağlı kassasiya şikayətinin təmin edilməsini müm kün bilmir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsi haqqında Məhkum və onun müdafiəçisi R.İ.Abdıyevin, həmin şikayətlərin təmin edilməməsi, lakin apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qərararın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətlərinə ilkin və məhkəmə baxışı iclaslarında Məhkum müdafiə hüququ kobud şəkildə pozulduğundan onun CM-nin 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 326.1 və 326.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının apellyasiya şikayətlərinə ilkin baxış iclasının xx xxxxxx 2019-cu il ta rixli və həmin şikayətlərə məhkəmə baxışının xx xxxxxx 2019-cu il tarixli qərarları ləğv edilməli və cinayət işi apellyasiya şikayətlərinə ilkin baxış iclası mərhələsindən yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərinə təkrar baxılması zamanı hazırki qərarda təsvir edilmiş bütün ziddiyyətli hallara aydınlıq gətirilməli və yol verilmiş hüquq pozuntuları qanunda nəzərdə tutulmuş qaydada aradan qaldırılmalı, o cümlədən Məhkum müdafiə hüququnun səmərəli şəkildə həyata keçirilməsi təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.18 və 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D İ: Kassa siya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 326.1 və 326.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının apellyasiya şikayətlərinə ilkin baxış iclasının xx xxxxxx 2019-cu il tarixli və həmin şikayətlərə məhkəmə baxışının xx xxxxxx 2019-cu il tarixli qərarları ləğv edilsin və cinayət işi apellyasiya şikayətlərinə ilkin baxış iclası mərhələsindən yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №1(102)-928/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-928/2020
29.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver