Məhkəmə qərarları › İş №1(102)-928/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-928/2022

15.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-928/2022 15.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, məhkum Təqsirləndirilən şəxs və məhkumun müdafiəçisi Müdafiəçi3 iştirakl arı ilə, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 avqust 2021-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətinə və məhkumun müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Ə.Q.Quliyevin (sədrlik edən və məruzəçi), İ.X.Həsənzadə və A.İ.Paşayev) 1(101)-952/2021 nömrəli, 10 iyun 2021-ci il tarixli hökmü ilə xx xxxxxxxx 1977-ci ildə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.2 və 234.4.3cü maddələri 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 14 yanvar 2021-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs məhkum edilmişdir ona görə ki, o, istintaqa məlum olmayan mənbədən, satış məqsədilə, qanunsuz olaraq, külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək əldə edib, tanışı Şahid1 ilə aralarında narkotik vasitə və psixotrop maddənin satışı ilə bağlı razılaşmaya uyğun olaraq Şahid1 ***-***-**-** nömrəli mobil telefonuna “Whats App” mobil tətbiqi vasitəsi ilə istifadəsində o lan "xxxx" ASC-ə məxsus 4169-7385-7501-7870 nömrəli plastik kartın fotoşəkilini göndərmiş, 28 sentyabr 2020-ci il tarixdə Şahid1 həmin hesaba 150 manat məbləğində pul köçürdükdən sonra, 08 ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda çəkiləri 0,484 qram; 0,224 qram; 0,407 qram; 0,305 qram; 0,374 qram; 0,246 qram; 0,375 qram və 0,332 qram olmaqla ümumi çəkisi külli miqdar hesab edilən 2,747 qram narkotik vasitə heroini, 02 ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda çəkiləri 0,414 qram və 0,477 qram olmaqla ümumi çəkisi 0,891 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və 01 ədəd şəffaf sellofan bükümdə 3,035 qram çəkidə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitətiryəki Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində dəqiq müəyyənləşdirilməmiş yer də ağacın altında qoyub, qoyduğu yerin şəkilini və koordinatını “Whats App” mobil tətbiqi vasitəsi ilə Şahid1 ***-***-**-** nömrəli mobil telefonuna göndərməklə satmış, Şahid1 narkotik vasitələri və psixotrop maddəni əldə etdikdən sonra 06 oktyabr 2020-ci il tarixdə saat 21:45 dəqiqədə ünvan 2 ünvanının qarşısında yaxalanmış və həmin narkotik vasitələr və psixotrop maddələr aşkar edilərək götürülmüşdür. Bundan sonra o, təkrarən istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda, satış məqsədilə, qanunsuz olaraq, külli miqdarda, kustar üsulla hazırlanmış narkotik vasitə-heroin və külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamin əldə edib, üzərində daşıyaraq 14 yanvar 2021-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 88 ünvanının qarşısına gəlmiş, həmin vaxt Xətai RPİ-in 34cü PŞ-in əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq ünvan 5 ünvanında yerləşən 34-cü PŞ-in inzibati binasına gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli gödəkcənin sol iç cibindən 01 ədəd ağ rəngli sellofan paketin içərisində iç-içə keçirilmiş sellofan paket və salfetin arasında olan 01 ədəd şəffaf rəngli sellofan bükümdə külli miqdarda 67,316 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə-heroin və 01 ədəd ağ rəngli sellofan paketin içərisində iç-içə keçirilmiş sellofan paket və salfetin arasında olan 01 ədəd şəffaf rəngli sellofan bükümdə külli miqdarda 39,156 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bakı Apelyasiya Məhkəmə sinin Cinayət kollegiyasının (hakimlər İbrahim İbrahimli (sədrlik edən və məruzəçi), Zəki Babayev və Ziya Şirinov) 1(103)-1255/2021 nömrəli 13 avqust 2021-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 1(101)-952/2021 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmişdir. Məhkum Təqsirləndirilən şəxs və məhkumun müdafiəçisi Müdafiəçi3 ayrı ayrılıqda verdikləri kassasiya şikayətində və kassasiya şikayətinə əlavədə Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 avqust 2021-ci il tarixli qərarının ləğv edilməsi və işə yeni apelyasiya baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlilləri: Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, barəsində irəli sürülən ittiham tam sübuta yetirilməmişdir. Belə ki, apelyasiya instansiyası məhkəməsi onun təqsirsizliyini sübuta yetiriləcək halların yoxlanılması üçün müdafiə tərəfinin yazılı və şifahi vəsatətlərini nəzərə almamış və araşdırmamışdır. Məhkəmə istintaqında hal şahidlərinin ifadələri müqayisə edilməmişdir. Məhkəmə istintaqı zamanı tanışı Şahid1 ifadəsində ondan narkotik vasitə almadığını bildirmiş, lakin bu ifadə nəzərə alınmamışdır. Bundan əlavə ittiham tərəfinin ona qarşı irəli sürdüyü ittihamda təqsirli bilindiyi hallar böyük şübhə doğurmuş və ona qarşı şübhələr onun xeyrinə həll edilməmişdir. Həmçinin onun həbs olduğu yer ibtidai istintaq orqanı tərəfindən saxtalaşdırılmış və bu hal yoxla nılmamışdır. Kassator məhkəmə istintaqı zamanı özünü təqsirli bilməsə də məhkəmənin hökm və qərarında bu hal saxtalaşdırılmış və təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsi vurğulanmışdır. Sonda kassator onun üzərində heç bir narkotik vasitənin aşkarlanmamasını və həmin narkotik vasitələrin kimə məxsus olmasından xəbərsiz olduğunu bildirmişdir. Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətinə əlavəni onunla əsaslandırmışdır ki, cinayət işinin materiallarında olan və hökmdə qeyd olunan "xxxx" MMC-dən 02 noyabr 2020-ci il tarixli, BKC7LGL- 23013/20 saylı məktubla daxil olmuş 01 ədəd kompakt diskdə əks olunmuş məlumatlara baxış keçirilməsi barədə 02 noyabr 2020-ci il tarixli protokoldan göründüyü kimi Şahid1lə digər şəxslər arasında olan SMS yazışmalarından gör ündüyü kimi onun müxtəlif şəxslərə narkotik satışı ilə bağlı danışıqları olmuş, lakin Təqsirləndirilən şəxs məxsus +994 55 ******* mobil nömrə ilə aparılan yazışmalarda Təqsirləndirilən şəxs Şahid1 narkotik vasitəni satması müəyyən edilməmişdir. Bundan əlavə narkotik vasitənin istifadəçisi və satışı ilə məşğul olan Şahid1 ifadəsində göstərdiyi və istintaq orqanın qəbul etdiyi işin hallarına görə 28 sentyabr 2020-ci il tarixdə əldə etdiyi narkotik vasitəni 6 gün ərzində tutulanadək yəni 06 oktyabr 2020-ci il tarixədək üzərində olduğu kimi saxlaması inandırıcı deyil və absurddur. Təqsirləndirilən şəxs bank kartına Şahid1 tərəfindən 150 manat pulun köçürülməsindən başqa onun Şahid1 narkotik vasitəsi satması heç bir sübutla təsdiq olunmur. Cinayət işinin materiallarında Təqsirləndirilən şəxs e lan edilmiş ittihamlar üzrə təqsirini sübut edəcək mötəbər sübutlar toplanmamışdır. Apelyasiya instansiyası məhkəməsi əsassız və mötəbər olmayan sübutlara əsasən çıxarılmış hökmdən verilmiş şikayətə baxarkən işin hallarını tam və hərtərəfli araşdırmamış, formal mülahizələr əsasında çıxarılmış hökmü qüvvədə saxlamaqla qanunvericiliyin tələblərini pozmuşdur. Bundan başqa, kassasiya şikayətinə əlavədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs himayəsində biri azyaşlı olmaqla üç övladı var. Həmçinin qızı Maral Musayeva ağır xərçəng xəstəliyindən əziyyət çəkdiyi üçün daimi müalicəyə və qulluğa ehtiyacı var. Buna görə də anası qızının səhhətinə görə daim ona qulluq etmək məcburiyyətində olduğundan işləmək və ailəni dolandırmaq imkanından da məhrumdur. Məhkəmə kollegiyası işin materiallarını öyrə nib, kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət veril mir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətinin və Müdafiəçi3 kassasiya şikayətinə əlavəsinin əsas dəlilləri ondan ibarətdir ki, məhkəmələr cinayət işi üzrə toplanmış sübutları tam və hərtərəfli yoxlamamış, məhkuma qarşı irəli sürülmüş ittiham məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla təsdiq olunmadığı üçün birinci instansiya məhkəməsinin onun Azərbaycan Respublikası CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə ittiham olunmasına dair hökmü və həmin hökmün qüvvədə saxl anması barədə apelyasiya instansiyası məhkəməsinin qərarı əsassızdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri müzakirə edərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-c ü maddəsinini tələblərinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, məhkum Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilsə də, onun ona qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əmə lini törətməsi, birinci instansiya məhkəməsində onun özünün ibtidai istintaq zamanı verdiyi ifadə, şahidlərin ifadələri, ekspertiza rəyləri, ibtidai istintaq zamanı keçirilmiş istintaq hərəkətlərinin protokolları, maddi sübutlar və işin digər materialları ilə tam təsdiq edilir. Belə ki, birinci instansiya məhkəməsində dindirilmiş Təqsirləndirilən şəxs qeyd etmişdir ki, 14 yanvar 2021-ci il tarixdən o, tanımadığı şəxsdən 720 manat müqabilində bir bükümdə metamfetamin və bir bükümdə heroin almışdır. Bundan sonra o, Babək prospekti ilə piyada hərəkət edərkən polis əməkdaşlar tərəfindən saxlanmış və Bakı şəhəri, Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə gətirilmişdir. Orada onun üzərində vəkilin iştirakı ilə axtarış keçirilmiş və həmin metamfetamin və heroin aşkar edilərək ondan götürü lmüşdür. Şahid1 tanıyır bir neçə dəfə ona təmənnasız narkotik vasitə vermişdir. Vüqar Abdullayevin mobil telefonunda ona məxsus "xxxx"-a aid 4169-7385-7501-7870 seriya nömrəli bank kartının olması izah edə bilmir. Şahid1lə aralarında narkotik vasitələrin dövriyyəsi ilə bağlı çoxlu sayda SMS-lər göndərilmişdir. O, narkotik vasitələrin satışını həyata keçirmir. Bir neçə dəfə Şahid1 narkotik vasitəni təmənnasız vermişdir. Sonuncu isə öz növbəsində ona eyni formada narkotik vasitə vermişdir. Üzərindən aşkar edilmiş narkotik vasitələri şəxsi istifadəsi üçün əldə etmişdir. Həmin narkotik vasitələri hissələrə bölərək istifadə etmək niyyətində olmuşdur. Şahid1 ona pul borcu olduğundan, Vüqar ona məxsus bank kartına pul vəsaiti göndərmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmi ş Şahid1 ifadəsində göstərdi ki, təxminən 01-02 oktyabr 2020-ci il tarixdə “insteqram” sosial şəbəkəsində narkotik vasitələrin satışı elanı verilmiş səhifə aşkar etmişdir. Orada qeyd edilmiş hazırda xatırlamadığı mobil nömrəyə istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə zəng etmişdir. Onun zənginə bir nəfər kişi cinsinə mənsub olan tanımadığı şəxs cavab vermişdir. O özünü təqdim etməyən həmin şəxsə 10-15 büküm “kakos” adlanan narkotik vasitə heroin istədiyini bildirmişdir. Həmin şəxs ona həmin bükümlərin 150 manat qiymətində olduğunu bildirmişdir. Həmçinin ona həmin şəxs “Whats App” mobil tətbiqi vasitəsi hesab nömrəsi göndərmişdir. Hazırda həmin hesab nömrəsini xatırlamır. Həmin şəxs bildirmişdir ki, “hesab nömrəsinə elektron qaydada pul köçür, daha sonra sənə narkotik vasitənin qoyulduğu yeri əks etdirən fotoşəkil və elektron xəritədə yer göndəriləcəkdir”. O həmin şəxsin dediyi kimi hazırda xatırlamadığı mağazaların birindən “Milli ön” portalı vasitəsi ilə verilmiş hesab nömrəsinə 150 manat pul köçürmüşdür. Bir neçə dəqiqə sonra onun mobil telefonuna “Whats App” mobil tətbiqi vasitəsi foto şəkil və elektron xəritədə yer gəlmişdir. Məlum olmuş ki, 7-ci MKR adlanan yerdə hazırda xatırlamadığı küçədə olan ağacın altında narkotik vasitə onun üçün artıq qoyulmuşdur. O dərhal həmin yerə getmişdir və həmin yeri müəyyən edib, orada qoyulmuş bir bükümdə narkotik vasitə olan heroini, iki bükümdə “şüşə” adlanan metamfetamini, bir bükümdə tiryəki götürmüşdür. Həmin bükümləri üzərində olan özünə məxsus pul kisəsinin içərisinə qoymuş və yaşadığı evə getmişdir. Həmçinin iş mate riallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların məhkəmə ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 yanvar 2021-ci il tarixli, 6/182 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs” yazısı olan zərfdə, 1(bir) ədəd bükümdə təmiz çəkisi 67,316 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir və 1(bir) ədəd bükümdə təmiz çəkisi 39,156 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Bundan əlavə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 oktyabr 2020-ci il tarixli, 6/2082 saylı ekspert rəyindən görünür ki, tədqiqata tə qdim edilmiş AR DİN “Zərflər üçün N152” dairəvi möhür əksi, “ Şübhəli şəxs:...Şahid1...” və s. yazılar, imzalar olan zərfdəki 08 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.484 qram; 0.224 qram; 0.407 qram; 0.305qram; 0.374 qram; 0.246 qram; 0.375 qram; 0.332 qram; ümumi təmiz çəkiləri 2.747 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, 08 ədəd bükümdəki heroinlər kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər; 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.414 qram; 0.47 qram; ümumi təmiz çəkiləri 0.891 qram ağ rəngli, kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir, 02 ədəd bükümdəki metamfetaminlər kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər; 01 ədəd bükümdə təmiz çəkisi 3.035 qram tünd rəngli, qətrana bənzər maddə kütləsi xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəkdir. İş materiallarında olan "xxxx" ASC-dən daxil olmuş, 19 oktyabr 2020-ci il tarixli, 157000/2-4265 saylı məktubdan görünür ki, 416973******7870 nömrəli plastik kartın (hesab: ********************) Təqsirləndirilən şəxs istifadəsində olduğu məlum olmuşdur. Həmçinin "xxxx" ASC-dən daxil olmuş, 19 oktyabr 2020-ci il tarixli, 157000/2- 4265 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan 416973******7870 nömrəli plastik karta 28 sentyabr 2020-ci il tarixdə terminal vasitəsi ilə 150 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. Beləliklə cinayət işinin materiallarından görünür ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu s übutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin tərkibini yaratdığı üçün həmin əməllərin həmin maddələrlə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, apelyasiya insta nsiyasında apelyasiya şikayətinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Buna əsasən də məhkəmə kollegiyası kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin bu barədə dəlillərini əsassız sayır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, məhkum Təqsirləndirilən şəxs əməli CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Hökmdən və a pelyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apelyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apelyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və m ötəbərliyi üzrə qiymət verilmişdir. Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətin əlavəsinin digər dəlili məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatətlərinin təmin olunmaması və əsassız rədd olunmasıdır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin məhkəmə iclas protokolundan görünür ki, məhkəmə istintaqı zamanı birinci instansiya məhkəməsi verilmiş vəsatətləri müzakirə edib tərəflərin fikrini öyrənilməklə müvafiq qərarlar qəbul etmişdir. İşdən görünür ki, məhkəmə tərəfindən vəsatətlərə baxılarkən heç bir prosessual pozuntulara yol verilməmiş, vəsatətlərlə bağlı proses iştirakçılarının fikirləri dinləyib qərarları qəbul edilmişdir. Həmin qərarların əsassız olmasına dəlalət edən hallar müəyyən edilməmişdir. Odur ki, kassasiya şikayətinin bu də lili də əsassızdır. Bundan başqa, məhkəmələr məhkum Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apelyasiya instansiyası məhkəməsinin Təqsirləndirilən şəxs barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Bak ı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 avqust 2021-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 avqust 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar