Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-928/2023 07.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 oktyabr 2022- cü il tarixli qərarından Dövlət ittihamçısı Nizami oğlu tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Nural Əliyev (sədrlik edən və məruzəçi), Roman Ələkbərli və Xəqani Səmədov) 14 iyul 2022-ci il tarixli, 1(100)-316/2022 nömrəli hökmü ilə, xx xxxxxx 1973-cü ildə Bərdə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, məhkumluğu olmayan, orta təhsilli, ünvan 1 ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 05 aprel 2022-ci il tarixdən hesablanmışdır. İşi n halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum təqsirli bilinmişdir ona görə ki, o, məlum olmayan mənbədən və tarixdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 4,785 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib, Bərdə şəhəri, Koroğlu küçəsində yerləşən yaşadığı 30 saylı evdə yatdığı çarpayıda olan döşəyin üzərində saxlamış, Bərdə rayon polis şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında polis şöbəsinin əməkdaşları tərəfindən 5 aprel 2022-ci il tarixdə saat 11 radələrində yaşadığı həmin ünvana videoçəkilişdən istifadə edilməklə baxış keçirilərkən, yataq otağında olan çarpayısının üzərindəki döşəyin üzərindən 1 ədəd yaşıl rəngli polietilen kəsiyinə bükülmüş, digər 1 ədəd şəffaf polietilen kəsiyi bükü mündə təmiz çəkisi 4,785 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunub götürülmüşdür. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Elçin Xasməmmədov (sədrlik edən və məruzəçi), Teyyub Muxtarov və Salman Hüseynov) 05 oktyabr 2022-ci il tarixli, 1(104)-552/2022 nömrəli qərarı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 14 iyul 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və təqsirləndirilən şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Dövlət ittihamçısı kassasiya protesti verərək Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 oktyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işi üzrə yeni apellyasiya baxışının təyin edilməsi barədə qərar qə bul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, istintaq orqanı tərəfindən Məhkum CM-in 234.4.3-cü maddəsi ilə ittiham elan edilmişdir ondan ötrü ki, o, bir bükümdə ümumi təmiz çəkisi külli miqdar hesab edilən 4,785 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədilə qanunsuz əldə etməklə üzərində daşımış və saxlamışdır. Məhkəmə qeyd edilən heroinin Məhkum aid olmaqla onun yaşadığı evdən aşkar edilib götürülməsi hissəsində ibtidai istintaq orqanının gəldiyi qənaəti düzgün qəbul etsə də, həmin narkotik vasitənin satış məqsədilə əldə edilib saxlanılması hissəsində istintaqın gəldiyi nəticəni mübahisələndirmişdir. Məhkum əməlinə münasibətdə həmin xüsusatlara baxdıqda aydın olur ki, onda n külli miqdar hesab edilən 4,785 qram çəkidə heroin aşkar edilmişdir. Uzun müddət Rusiya Federasiyasında yaşadıqdan sonra Azərbaycana qayıtmış, heç bir yerdə işləməyən, yaşlı, təqaüdçü anası və himayəsində olan digər ailə üzvləri ilə birlikdə yaşayan şəxsin kifayət qədər maddi vəsait tələb edən gündəlik yüksək dozada narkotik vasitə qəbul etməsi (öz ifadəsinə əsasən) işin faktiki halları ilə uyğunsuzluq təşkil edir. Bundan başqa, satış məqsədi müəyyən olunarkən nəzərə alınan hallar - narkotik vasitələrin növ tərkibi, bir yaxud bir neçə bükümdə olması, şəxsin həmin maddələri üzərində yaxud evində saxlaması, maddənin miqdarı, təqsirləndirilən şəxsin narkotik vasitədən istifadə edib-etməsi, həmçinin şəxsin sosial-maddi durumu əhəmiyyət kəsb edən hallardandır. İşin faktiki hallarına əsasən Mə hkum narkotik vasitələrdən istifadə edir, heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında" 2005-ci il 28 iyun tarixli, 961-İİQ saylı Azərbaycan Respublikasının Qanununa əsasən, heroin narkotik vasitə hesab edilir, şəxsi istehlak miqdarından artıq miqdarının aşağı həddi 0,15 qram, külli miqdarının aşağı həddi isə 2 qramdır. Göründüyü kimi, Məhkum aşkar edilmiş heroinin miqdarı şəxsi istehlak miqdarından təxminən 31 dəfədən çoxdur. Hazırki iş üzrə digər əhəmiyyətli hal ondan ibarətdir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadəsində aşkar edilmiş heroinin ona aid olmadığını bildirir, məhkəmə isə əmələ təqsirləndirilən şəxsin əvəzinə qiymət verərək ondan aşkar edilmiş heroini şəxsi istehlak məqsədilə əldə edib saxlaması kimi absurd qənaətə gəlmişdir. Ümumiyyətlə iş materiallarında məhkəmənin gəldiyi nəticəni təsdiq edən hər hansı bir mötəbər sübut olmamış, məhkəmənin gəldiyi bu nəticə işin faktiki hallarına uyğun olmamaqla reallığı özündə əks etdirmir. Bununla belə, hazırki cinayət işi üzrə məhkəmə Məhkum aşkar edilmiş narkotik vasitənin şəxsi istehlak miqdarından dəfələrlə çox olmaqla miqdarını, evdən tərəzinin aşkar olunmasını və işin yuxarıda sadalanan digər hallarını nəzərə almamışdır. Məhkəmə Məhkum məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin özünün müdafiə xarakterli daşımasını düzgün qiymətləndirsə də, sübutların qarşılıqlı təhlili ap arılmamaqla və işin faktiki hallarını nəzərə almaqla F.İsmavılovun ibtidai istintaq zamanı ifadəsində irəli sürdüyü heroini şəxsi istifadə məqsədi ilə əldə etməsi, saxlaması və daşıması ilə bağlı dəlillərin də özünü müdafiə xarakterli daşıması nəticəsinə gəlməmişdir. Yuxarıda sadalanan halların məcmusundan görünür ki, məhkəmə Məhkum əməlini tövsif etməklə düzgün olmayan nəticəyə gəlmiş, iş materiallarında olan ittihamın əsaslandırılması üçün göstərilmiş sübutların məhkəmə tərəfindən rədd edilməsinin motivləri göstərilməmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cina yət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya protestinin başlıca dəlili məhkəmələr tərəfindən Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən CM-in 234.1-ci maddəsinə tövsif edilməsinin qanunsuz olmasıdır. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini müzakirə edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası bildirir ki, cinayət əməlinin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlanma, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri satma hərəkətləri edilməlidir. Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri və cinayət q anunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. İşin materiallarından görünür ki, həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəmələri biri digərini tamamlayan, mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun qiymət verərək belə nəticəyə gəlmişdir ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 4,785 qram kustar üsullahazırlanmış narkotik vasitə heroin əldə edib, Bərdə şəhəri, Koroğlu küçəsində yerləşən yaşadığı 30 saylı evdə yatdığı çarpayıda olan döşəyin üzərində saxlamışdır. Hadisənin məhz qeyd edilmiş şəraitdə və qaydada ba ş verməsini Məhkum etiraf etməsə də, onun bu əməli şahid ifadələri ilə, məhkəmə-narkoloji və məhkəmə-kimyəvi ekspertizalarının rəyləri ilə, maddi sübutla, istintaq hərəkətlərinin protokolları ilə və cinayət işinin digər materialları ilə tam təsdiq olunur. Birinci instansiya məhkəməsi Məhkum aşkar olunmuş 1 ədəd bağlamada 4,785 qram kustar üsullahazırlanmış narkotik vasitə heroinin külli miqdarda olmasını qəbul etsə də, nəticəyə gəlmişdir ki, onun qeyd olunan narkotik vasitənin satış məqsədi ilə əldə edib saxlaması və daşıması, habelə kiməsə satmaq istəməsi barədə cinayət işinin materiallarında hər hansı sübut olmamışdır. Həmçinin Məhkum üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitənin satışı ilə bağlı məhkumun hər hansı bir istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi müəyyən olun mamışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 saylı Qərarının 9-cu bəndindəki tövsiyələrə əsasən, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla narkotik vasitələrin və psixotrop maddələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, narkotik vasitələr hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İşdən görünür ki, Məhkum aşkar edilərək götürülmüş narkotik vasitə olan heroini satmaq niyyətində olmasını təsdiq edən heç bir sübut yoxdur. Bel ə ki, Məhkum ifadəsində ittihamda göstərilmiş narkotik vasitənin miqdarı ilə razılaşmasa da, onda aşkar olunmuş daha az miqdarda narkotik vasitənin ona məxsus olmasını, özü şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkumda aşkar edilmiş narkotik vasitə heroinin miqdarı da (4,785 qram) həmin narkotik vasitənin məhz satış məqsədi ilə əldə edilməsi barədə birmənalı nəticəyə gəlmək əsas vermir. Bununla da məhkum edilmiş şəxs Məhkum narkotik vasitənin hər-hansı bir şəxsə satmaq niyyətində olması, bu barədə əvvəlcədən kimlərləsə sövdələşməsi, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, yaxud faktiki olaraq buna cəhd etməsi, narkotik vasitə olan heroinin çəkilib xırda bükümlərə bükməsi müəyyən edilməmiş və bunun üçün onda hər hansı avadanlıq da aşk ar edilməmişdir. Həmçinin Məhkum barəsində əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunsa da, həmin qərar əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı onda aşkar edilərək götürülmüş narkotik vasitənin onun tərəfindən satış məqsədi ilə əldə edilməsini təsdiq edən heç bir hal müəyyən edilməmişdir. Cinayət işi üzrə ibtidai istintaq zamanı da Məhkum narkotik vasitələrinin qanunsuz satışı ilə məşğul olması, o cümlədən satması üçün hər hansı bir istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi barədə sübut əldə edilməmişdir. Beləliklə, təqsirləndirilən şəxs Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə etməsi, saxlaması və daşımasına dair hər hansı bir mötəbər sübut olmadığından birinci instansiya məhkəməsi düzgün olaraq o nun əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif etmişdir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib et mək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə kollegiyası hesab edir ki, işin materiallarında Məhkum narkotik vasitənin satış məqsədi ilə əldə edib saxlamasına dair heç bir sübut olmadığından həm birinci instansiya məhkəməsinin hökmü, həm də apellyasiya instansiyası məhkəməsinin qərarı Məhkum əməlinin tövsifi ilə bağlı hissədə əsaslıdır. Bundan başqa, iş materiallarından göründüyü kimi məhkəmələr sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə istintaq orqanı təqsirləndirilən şəxs Məhkum narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlaması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, şübhə və ehtimallara əsaslanmış, işə baxan birinci instansiya məhkəməsi isə cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, cinayət təqibi üzrə toplanmış sübutları düzgün qiymətləndirmiş, Məhkum əməlini düzgün olaraq CM-in 234.1-ci maddəsi ilə tövsif etmişdir. Odur ki, kassasiya protestinin məhkumun əməlinin tövsifi ilə bağlı dəlili əsassızdır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr iş üzrə düzgün nəticəyə gəlmişlər. Birinci instansiyası məhkəməsinin hökmündən görünür ki, məhkəmə Məhkum, şahidlərin ifadələrini dinləyib onları, iş materialları ilə, yəni işdə olan digər sübutlarla müqayisəli təhlil edib məhkumun narkotik vasitəni qanunsuz əldə etmədə və saxlamada təqsirinin sübutlarla təsdiq edildiyi, lakin onun həmin narkotik vasitəni satmaq niyyətində olması işin hallarına uyğun olmaması və toplanmış sübutlara təsdiq edilmədiyi barədə nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi də apellyasiya protesti üzrə işə baxaraq, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyasi məhkəməsi tərəfindən Məhkum Azərbaycan Respu blikası CM-in 234.1-ci maddəsi ilə təyin edilmiş cəza 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası onun törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, işin hallarına və məhkumun şəxsiyyətinə uyğun gəlir, Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə cavab verən ədalətli cəzadır. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Həmçinin işə baxılması zamanı məhkəmələr tərəfindən cinayət-prosessual qanununun və Avropanın İnsan Hüquq və Əsas azadlıqları haqqında Konvensiyanın 6-ci maddəsinin tələb lərinin pozuntusuna yol verilməsi müəyyən edilməmişdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum haqqındakı qərarının ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün qanunda göstərilmiş əsaslardan heç biri müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq, həmin protestin təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 oktyabr 2022-ci il tarixli Məhkum haqqındakı qərarının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 oktyabr 2022-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-928/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-928/2023
07.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver