Məhkəmə qərarları › İş №1(102)-929/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-929/2019

25.06.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-929/2019 25.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Həmzəğa qızı Mehrəliyevanın, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Cövdət Sərvər oğlu Mehrəliyevin və müdafiəçi Müdafiəçi iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyas ının 13 mart 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər S.İ. Əliyev (sədrlik edən və məruzəçi), C.İ. Hüseynov və E.H. İsmayılovdan ibarət tərkibdə) 31 oktyabr 2018-ci il tarixli hökmü ilə xx.xx.1963-cü ildə Cəlilabad rayonu, Kovuzbulaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, məhkumluğu olmayan, «Dünya Azərbaycanlıları Konqresi»nin Avropa ölkələri üzrə rəhbəri vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış; Məhkum Azərbaycan Respublikasının CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinib 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkmək lə, cəza çəkmə müddətinin əvvəli 31 oktyabr 2018-ci il tarixdən hesablanmışdır. Hökmlə, həmçinin X4 da təqsirli bilinib məhkum olunmuşdur. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, öz quluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə, tanışı Nizami rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 50 saylı mənzil kommunal istismar sahəsinin rəisi X4 ilə qabaqcadan əlbir olaraq, sonuncunun vasitəsilə ona müraciət etmiş "xxxx"şirkətinin direktoru Zərərçəkmiş şəxs istifadəsində olan Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən bir mərtəbəli qeyri-yaşayış sahəsinin yenidən layihələndirilməsi və rəsmiləşdirilməsini, yəni tikinti işlərinin aparılması üçün mü vafiq olaraq Bakı şəhər İcra Hakimiyyəti başçısının sərəncamının, Memarlıq və Şəhərsalma İdarəsinin rəyinin alınmasını, tikintinin layihəsinin işlənilməsini, bütün dövlət qurumları ilə razılaşdırılmasının təşkili və əlavə 0,05 ha torpaq sahəsinin istifadəyə verilməsinə dair sənədlərin alınmasını həll edəcəyini yalandan vəd verərək, Zərərçəkmiş şəxs aralarında olan münasibətlərə görə X9un ona qarşı münasibətdə yaratdığı inam və etimaddan yararlanmaqla, 2015-ci ilin mart ayında yaşadığı - ünvan 3 ünvanında 420.000 manat, həmin ilin mart-aprel ayları ərzində isə Bakı şəhərindəki "xxxx" və "xxxx" restoranları ərazisində hissə-hissə müxtəlif məbləğlərdə olmaqla, ümumilikdə 538.500 (beş yüz otuz səkkiz min) manat pulu şəxsən alıb, həmin məbləği cinayət əlaqəsinə girdiyi X9la müvafiq qaydada öz a ralarında bölüb özlərinin şəxsi ehtiyaclarına xərcləməklə, qabaqcadan əlbir olduğu sonuncu ilə birlikdə - bir qrup şəxs halında öz quluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər R.M.Abdulov (sədrlik edən və məruzəçi), R.K.Səfərov və Q.X.Babayevdən ibarət tərkibdə) 13 mart 2019-cu il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 oktyabr 2018-ci il tarixli hökmü Məhkum aid hissədə dəyişdirilmiş, ona CM-in 62-ci maddəsi tətbiq edilməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 01 (bir) ilə endirilmiş, apellyasiya şikayəti qismən təmin edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Məhkum müdafiəçisi Müdafiəçi verdiyi kassasiya şikayətində xahiş edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 mart 2019-cu il tarixli qərarı ləğv edilsin və məhkuma bəraət verilməsi barədə qərar qəbul edilsin. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini məhkumun müdafiəçisi Müdafiəçi onunla əsaslandırır ki, apellyasiya instansiyası məhkəməsinin qeyd edilən qərarı tamamilə qanunsuz və əsassızdır. Belə ki, məhkəmənin hökmündə təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini müqayisə edərkən Zərərçəkmiş şəxs Məhkum verdiyi məbləğlər barədə deyilənlər ziddiyyətli olduğu halda, məhkəmə heç bir əsas olmadan, habelə tərəflər arasında məbləğlərlə əlaqədar mülki qaydada işə baxan məhkəmə tərəfindən məbləğ müəyyən olunduğu hal da hökmdə əsassız olaraq zərərçəkmiş şəxsin xeyrinə məbləğlər təhrif olunmuşdur. Məhkəmə hökmündə zərərçəkmiş tərəfindən təqsirləndirilən şəxs 538.000 manat pulun verilməsi hissəsində ziddiyyətlər olduğu halda, məhkəmə bu hala obyektiv qiymət verməmişdir. Hətta Zərərçəkmiş şəxs ifadəsi ilə onun qardaşı şahid X8in ifadələri ziddiyyətlidir. Zərərçəkmiş şəxs ilə Məhkum arasında münasibətlər mülki xarakterli olmuşdur. Əməldə cinayət tərkibi yoxdur. Həm də ona görə ki, Məhkum 2016-cı ildə mülki işə baxılarkən Zərərçəkmiş şəxs ondan aldığı pulu vermək istəmiş, lakin Zərərçəkmiş şəxs evi adına keçirdiyi üçün pulu qəbul etməkdən faktiki imtina etmiş və sonda həm istintaq, həm də məhkəməyə yalan məlumatlar vermişdir. Məhkəmə və istintaq qanuna zidd formada əldə olunmuş sübutlara əsaslanmaqla mübahi səli məsələyə düzgün qiymət verməmişdir. Apellyasiya instansiya məhkəməsi qərar qəbul edərkən Məhkum törətdiyi cinayət əməli üzrə özünü təqsirli bilməsə də, zərər çəkmiş şəxslərin və şahidlərin ziddiyyətli ifadələrini, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işin digər materiallarını əsas götürmüş, cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin əməlində cinayət əməlinin tərkib əlamətlərinin olub-olmamasını müəyyən etməmişdir. Apellyasiya instansiya məhkəməsi zamanı cinayət işi üzrə araşdırma aparılan zaman işin faktiki hallarını araşdırmamış, cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərin əməllərində cinayət əməlinin tərkib əlamətlərinin olub-olmamasını müəyyən etməmişdir. Bununla əlaqədar bildirmək istəyirəm ki, Məhkum vəzifəli şəxs olması halı istisna edilir, digər tərəfdə n şəxsin hansı səlahiyyətlərə malik olması nə istintaq orqanı tərəfindən müəyyən edilmiş, nə də məhkəmə bu hala qiymət vermişdir. Əgər, həqiqətən ittihamda qeyd edildiyi kimi Məhkum bir qrup 1 şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmiş olsa belə, qeyd edilən öhdəliyi başa çatdırmaq imkanının subyektiv hallarının olması ehtimalı məhkəmə tərəfindən araşdırılmamışdır. Göründüyü kimi məhkəmə cinayət tərkibinin mühüm elementi kimi subyektiv cəhətin olmaması halını müəyyən etməmişdir. Təqsirləndirilən şəxslərin zərərçəkmiş şəxsi necə aldatması və hansı qazanılmış etibardan sui-istifadə etmələri sualları açıq qalmış, məhkəmə tərəfindən bu formada təqdim edilmiş ittihamın əsaslı ğına yaranan şübhələr aradan qaldırılmamışdır. Təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi necə aldatması və hansı qazanılmış etibardan sui-istifadə etməsi sualları açıq qalmış, məhkəmə tərəfindən bu formada təqdim edilmiş itttihamın əsaslığına yaranan şübhələr aradan qaldırılmamışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsində baxış zamanı tərəflər arasında barışıq sazişi bağlanmış və zərərçəkmiş qismində tanınmış şəxs təqsirləndirilən şəxsə şikayət və tələbinin olmaması əsası ilə vermiş olduğu şikayəti geri götürmüşdür. Lakin qərar qəbul edilərkən bu hal məhkəmənin humanist mövqeyini əks etdirməyib. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassa siya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər.Məhkəmə kollegiyası Məhkum əməllərinə dair birinci və apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətinin başlıca dəlili məhkumun təqsirsiz olması əsası ilə barəsində bəraət hökmünün çıxarılmamasının qanunsuz olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CPM-in 42.1ci maddəsinə görə məhkəmə baxışı nət icəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayət törədilməsində aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə. İş materiallarından görünür ki, Məhkum məhkəmə istintaqı zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməsə də, onun qeyd edilən cinayət əməllərini törətməsi özünün ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş digər təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə, məhkəmə-fonoskopik ekspertizasının rəyi ilə və işin digər materialları ilə tam təsdiq edilir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışdır. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan əlavə, nə ibtidai istintaq, nə birinci instansiyası məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi təqsirləndirilən şəxs Məhkum əməllərini tövsif edərkən sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr Məhkum əməllərinə hüquqi qiymət verərkən və onun törətdiyi cinayət əməlinin tövsifini müəyyənləşdirərkən cinayət qanunvericiliyinin normalarını düzgün tətbiq etmişlər. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə həm birinci, həm də apellyasiya instansiyası məhkəməsində müdafiə tərəfinin bütün dəlillərinə ayrı ayrılıqda qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Bundan başqa, məhkəmələr Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini nəzərə almış və ona təqsirli bilindiyi maddənin sanksiyasının aşağı həddindən də aşağı həddə cəza təyin edilmişdir. Belə cəzanı ağır hesab etmək qeyri-mümkündür. Həmçinin təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və təhlükəlilik dərəcəsinə, məhkumun şəxsiyyətinə uyğundur. Azərbaycan Respublikası CPM-in 416.0.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.0.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.0.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında l əğv etmək və ya dəyişdirmək hüququna malikdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsindəki 13 mart 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsindəki 13 mart 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar