Məhkəmə qərarları › İş №1(102)-929/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-929/2020

19.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-929/2020 19.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyev Namiq Qadir oğlu, zərərçəkmiş hüquqi şəxs ləğv prosesində olan QSC “Bank Standart” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nü mayəndəsi Nümayəndə və vəkili Əsgərova Əfifə Füzuli qızının iştirakları ilə, Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.2-ci maddəsinə əsasən CM-nin 195.2 və 308.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməsi barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxx 2020-ci il tarixli ilkin baxış qərarından təqsirləndirilən şəxs Məhkum və müdafiəçisi Yusifov Araz Arzu oğlu tərəfindən birgə verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Səbail Rayon Məhkəməsinin (sədrlik edən hakim: Tağıyev Azər Ramiz oğlu) xx xxxxxx 2020-ci il tarixli qərarı ilə xx xxxx 1950-ci ildə Qusar rayonu Yuxarı Tahircal kəndində anadan olmuş, Azərbaycan Res publikasının vətəndaşı, ali təhsilli, ailəli, “xxxxxxx” MMC-nin direktoru vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 mənzil 27 ünvanında yaşayan Məhkum, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 195.2 və 308.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2020-ci il tarixli ilkin baxış qərarı ilə (hakimlər: Babayev Qədim Xalid oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Habil Çingiz oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə) dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə baxılmasına xitam verilmiş, Bakı şə həri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı və xx xxxxxx 2019-cu il tarixli hazırlıq iclasının qərarı ləğv edilmiş və cinayət işi birinci instansiya məhkəməsinə məhkəmənin hazırlıq iclasının keçirilməsi mərhələsinə göndərilmişdir. Kassasiya şikayətinin dəlilləri: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxx 2020-ci il tarixli qərarından Məhkum və müdafiəçisi Yusifov Araz Arzu oğlu birgə kassasiya şikayəti vermişlər. Kassasiya şikayətini onunla əsaslandırmışlar ki, iş materiallarından, o cümələdən birinci instansiya məhkəməsinin məhkəmə iclas protokollarından, eləcə də məhkəmənin yekun qərarından açıq-aydın görünür ki, təqsirləndirilən şəxsə ibtidai istintaq orqanı tərəfindən irəli sürülən ittiham həddində işə baxılmış, məhkəmə istintaqı Cinayət Məcəllə sinin 195.2 və 308.2-ci maddələri üzrə aparılmış və məhkəmənin yekun qərarında Məhkum Cinayət Məcəlləsinin 182.2 və 180.2.3-cü maddələri deyil, Cinayət Məcəlləsinin 195.2 və 308.2-ci maddələri üzrə məsuliyyətdən azad edilmişdir. Bu isə onu göstərirki, birinci instansiya məhkəməsi ibtidai istintaq orqanının verdiyi ittihamın hüdudlarından kənara çıxmamışdır. xx xxxxxx 2019-cu il tarixli hazırlıq iclasının qərarında işin məhkəməyə Cinayət Məcəlləsinin 182.2 və 180.2.3-cü maddələri ilə verilməsi texniki səhv olmuş və həmin yanlışlıq təqsirləndirilən şəxsin heç bir hüququnu pozmamışdır. Bu səbəbdən, Məhkum apellyasiya şikayəti verməmiş və işə onun hüquqlarının pozulması ilə baxılmasını mübahisələndirməmişdir. Məhkəmə baxışının hədlərini nəzərdə tutan bu maddənin tələbindən də görünür ki, əsas şərt cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittiham həddində baxılmasıdır. Və hazırkı işdə də bu normanının tələbinə tam əməl edilmişdir. Odur ki, birinci instansiya məhkəməsində yol verilmiş texniki səhv mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas ola bilməz. Müdafiəçi qeyd olunanları nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxx 2020-ci il tarixli qərarının ləğv olunmasını xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi və vəkilinin, dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələr i tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. İş materiallarından görünür ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 195.2 və 308.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hazırlıq iclasının qərarına əsasən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.2 və 180.2.3-cü maddələri ilə məhkəməyə verilmişdir. Yəni hazırlıq iclası qərarının təsviri və nəticəvi hissəsində Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2 və 180.2.3-cü maddələri ilə təqsirləndirilməsi qeyd olunmuş və o, ittiham olunmayan maddələrlə məhkəməyə verilmişdir. Bununla da, birinci instansiya məhkəməsində məhkəm ə baxışı zamanı təqsirləndirilən şəxsin müdafiə hüquqları pozulmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 391.8.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsində məhkəmə baxışı təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə keçirildikdə apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinə və apellyasiya protestinə baxılmasına xitam verilməsi və cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayət üzrə materialların birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərar çıxarır. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi tərəfindən əsaslı qərar qəbul edilmiş, cinayət və cinayət-prosessual qanunvericiliyin pozulması halları müəyyən edilməmişdir. Şərh edilənlərə əsasən və Azərbay can Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxx 2020-ci il tarixli ilkin baxış qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar