Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-929/2022 13.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin ədliyyə müşaviri Ayxan Məhəmmədəli oğlu Hüseynlinin və məhkumun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Gəncə Apelyasiya Məhkəməsinin Cina yət kollegiyasının 16 sentyabr 2021-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏNETDİ: Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin (hakim Rəşad Mustafayev) 1(043)98/2021 nömrəli 23 iyun 2021-ci il tarixli hökmü ilə xx xxxx 1990-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu ödənilməmiş, Gəncə şəhəri Kəpəz rayonu N.Rəfibəyli küçəsi, ev 43-də daimi qeydiyyatda olmaqla yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.2-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Gəncə Apelyasiya Məhkə məsinin 18 mart 2020-ci il tarixli 1(104)-128/2020 nömrəli qərarı ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 11 (on bir) ay 17 (on yeddi) günün iki günü azadlıqdan məhrum etmənin bir günü hesabı ilə hesablanaraq 5 (beş) ay 23 (iyirmi üç) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmuş və CM-in 67.1-ci maddəsinə əsasən bu hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən və Gəncə Apelyasiya Məhkəməsinin 18 mart 2020-ci il tarixli, 1(104)-128/2020 nömrəli qərarı ilə təyin edilən cərimə cəzasının çəkilməmiş qalan 1094,50 manat hissəsi isə tam birləşdirilmiş, Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası və 1094,50 (bir min doxsan dörd manat əlli qəpik) manat cərimə cəzası təyin edilmişdir. Cəza sını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməklə, cəzasının başlanğıcı 07 yanvar 2021-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən şəxsi istehlak miqdarından artıq, yəni təmiz çəkisi 0,174 qram olan narkotik vasitə “heroin”-i satış məqsədi ilə qanunsuz olaraq əldə edib yaşadığı evdə və üzərində saxlamaqla daşımış, 07 yanvar 2021-ci il tarixdə saat 20 radələrində Kəpəz RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri, Z.Hacıyev küçəsində yerləşən “H2O”avtoyuma məntəqəsinin yaxınlığında saxlanılıb Gəncə şəhər Kəpəz RPİ-nə gətirilmiş və üzərinə baxış keçirilən zaman əynində olan qara rəngli gödəkcənin sol yan cibindən 1 ədəd “Kent” markalı siqaret qutusunda satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıdığı 2 ədəd gümüşü rəngli kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,091 qram və 0,076 qram olmaqla, şəxsi istehlak miqdarından artıq, ümumilikdə təmiz çəkisi 0,167 qram olan, kustar üsulla hazırlanmış narkotik vasitə olan “heroin”, yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilərkən həmin evin qonaq otağında olan dolabdan satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı 1 ədəd 1 ml-lik birdəfəlik şprisdə 0,2 ml həcmində olan heroin məhlulunun tərkibində quru maddəsinin təmiz çəkisi 0,007 qram narkotik vasitə olan “heroin” aşkar edilərək götürülmüşdür. Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Salman Hüseynov (sədrlik edən və məruzəçi), Teyyub Muxtarov və Elçin Xasməmmədov) 1(104)-433/2021 nömrəli, 16 sentyabr 2021-ci il tarixli qərarı ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamışdır. Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayəti verərək Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 sentyabr 2021-ci il tarixli qərarı ləğv edilməsi və əməlinin Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1ci maddəsinə tövsif edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətini on unla əsaslandırmışdır ki, məhkəmə istintaqı zamanı sübutlar tam araşdırılmamış və nəticədə əməli düzgün tövsif edilməmişdir. Belə ki, onun əməlində narkotik vasitələrin satışı olmamışdır. Həmçinin məhkəmələr ona cəza təyin edərkən onun vərəm xəstəliyindən əzab çəkməsini, 2-ci dərəcəli əlil olmasını, üç azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə almamışlar. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apelyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətində onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə məhkum edilməsinin qanunsuz olmasını bildirərək, əməlinin həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətindən görünür ki, məhkum Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda göstərilən narkotik vasitəni qanunsuz olaraq əldə etməsi və saxlaması faktlarını inkar etmir, yalnız onun tərəfindən əməlin satış məqsədi ilə törədilməsi barədə ittih amın hissəsini mübahisələndirir. Məhkumun fikrincə onun narkotik vasitəni qanunsuz olaraq əldə etmə və saxlama hərəkətlərini satış məqsədi ilə törətməsi cinayət işi üzrə sübutlarla təsdiq olunmur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsindən görünür ki, həmin maddə ilə cinayət məsuliyyəti qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz ola raq narkotik vasitələri və ya psixotrop maddələri satma ilə əlaqədar hərəkətlərin satış məqsədi ilə törədildiyi halda yaradır. Göründüyü kimi “satış məqsədi” CM-in 234.2-ci maddəsinin cinayət tərkibində zəruri əlamət kimi çıxış edir. Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmələr cinayət işi üzrə toplanmış sübutları məhkəmə iclasında tədqiq edərək nəticəyə gəlmişlər ki, həmin sübutlarla məhkum Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi təsdiq edilmişdir. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıхararkən ittiham tərəfinin təqdim еtdiyi və məhkəmə istintaqında tədqiq оlunmuş sübutlаrа, yəni şаhidlər Şahid1 Şakir oğlu və Şahid2 məhkəmə istintaq zamanı verdiyi ifadələri, üzərinə və yaşayış yerinə baxış və götürmə haqqında 07 yanvar 2021-ci il tarixli protokolları, məhkəmə-kimyəvi ekspertizasının 08 yanvar 2021-ci il, 16/27 nömrəli rəyi və işdə оlаn digər sənədlərlə Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyinin tam sübuta yetirilməsinə dair nəticəyə gəlmişdir. Apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarındakı tövsiyələrinə və birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasə n Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə etməsinə dair nəticəyə gəlmiş və onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, “təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır”. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi cinayət işi üzrə tədqiq edilmiş sübutlara Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li Qərarının tövsiyələri baxımından qiymət verərək əsaslı olaraq belə nəticə gəlmişdir ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən narkotik vasitə olan heroini məhz satış məqsədilə əldə etməsi və saxlaması təsdiq olunmuş və Təqsirləndirilən şəxs ona istinad olunan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində təsbit edilən cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Belə ki, cinayət işinin materiallarından görünür ki, digər cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən Şahid3 ona elan edilmiş ittiham üzrə verdiyi ifadədə göstərmişdir ki, oğurlanmış paltar və ərzaqları o Elmara vermiş və onların müqabilində Elmardan heroin almışdır. Həmçinin Şahid3 bildirmişdir ki, o, Elmarı 1-2 il tanıyır, Elmar narkotik vasitələrin satışı ilə məşğul olur, bir neçə dəfə Elmardan özü üçün narkotik vasitəni almışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirlərinin nəticəsində Təqsirləndirilən şəxs şəxsiyyəti müəyyən edilmiş, 7 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfində saxlanılmış və onun üzərində iki bükümdə 0,167 qram heroin aşkar edilmişdir. Həmçinin həmin tarixdə onun yaşadığı evdə də baxış keçirilmiş və içərisində 0,2 ml həcmində heroin məhlulu (tərkibində təmiz çəkisi 0,007 qram narkotik vasitə olan heroin) olan 1 ədəd 1 ml-lik birdəfəlik şpris və üzərində heroin izləri olan elektron tərəzi aşkar edilmişdir. Məhkəmə iclasında məhkum Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmaması, Şahid3 isə narkotik vasitələrin Təqsirləndirilən şəxs almaması barədə göstərsə də, məhkəmə kollegiyası işin yuxarıda göstərilən hallarını nəzərə alaraq hesab edir ki, birinci və apelyasiya instansiyası məhkəmələri cinayət işi üzrə toplanmış sübutları qiymətləndirib məhkumun əməlinin tövsifi ilə əlaqədar düzgün nəticəyə gəlmişlər. Məhkəmələrin gəldiyi nəticələr həm iş üzrə toplanmış sübutlara, həm işin hallarına, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarında narkotik vasitələrin qan unsuz dövriyyəsi ilə əlaqədar cinayət işlərinə baxan məhkəmələrə verilmiş tövsiyələrə uyğun gəlir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini tədqiq edərək belə nəticəyə gəlir ki, işə baxan məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, qiymətləndirmiş, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət vermişdir. Məhkəmələr Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 234.2-ci maddəsi ilə təqsirli bilərkən qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələbl ərinə riayət edilmiş, iş üzrə açıq və çəkişmə prinsipinə riayət edilməklə ədalətli məhkəmə araşdırması aparılmış, istər işin ibtidai istintaqı zamanı, istərsə də məhkəmə araşdırmaları zamanı məhkumun müdafiə hüququ təmin edilmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun əməlinin düzgün tövsif edilməməsi barədə kassasiya şikayətinin dəlilləri əsassız olduğundan qəbul etmir və apelyasiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olması nəticəsinə gəlir. Kassasiya kollegiyası işə baxan məhkəmələrin Təqsirləndirilən şəxs əməlinin tövsifi barədə nəticələri iş materiallarına uyğun olduğu üçün bu nəticə ilə razılaşır və belə hesab edir ki, məhkum Təqsirləndirilən şəxs cinayət əməlləri məhkəmələr tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəs i ilə tövsif edilmişdir. Məhkəmələr məhkum Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini nəzərə almışdır. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin məhkum Təqsirləndirilən şəxs təyin etdiyi cəzanın növü və həddi əsaslı və ədalətli olduğundan hökmün və qərarın cəzaya aid hissəsi ilə razılaşır. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayətprosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 sentyabr 2021-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri əsassız olduğundan razılaşmır və belə nəticəyə gəlir ki, həmin şikayət təmin edilməməli, mübahisələndirilən qərar isə dəyişdi rilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L İ R: Kassasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə məhkum edilməsinə dair Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 sentyabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-929/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-929/2022
13.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver