Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-929/2024 08.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Teyyub Asif oğlu Muxtarovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və Məhkum müdafiəçisi Müdafiəçi iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 noyabr 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Xamməd Nuriyev (sədrlik edən və məruzəçi) Oruc Cəlilov və Əli Əliyev) 1(099)-445/2023 nömrəli, 11 sentyabr 2023-cü il tarixli hökmü ilə xx xxx 2000-ci ildə Cəlilabad rayonu Həsənli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Cəlilabad şəhəri, Cavadxan küçəsində yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) CM-in 221.3-cü maddəsi ilə əməlində cinayət tərkibi olmadığından CPM-in 42.1.2-ci maddəsinə əsasən bəraət verilmiş, CM-in 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törə tməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 20 fevral 2023-cü il tarixdən hesablanmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 20 fevral 2023-cü ildən hesablanmışdır. İşin halları: İstintaq orqanın mövqeyinə Məhkum 18 fevral 2023-cü ildə saat 20 radələrində özünə məxsus olan iti yaşadığı Cəlilabad şəhəri Cavadxan küçəsinə çıxarıb orada quraşdırılmış boruya bağlamaqla özü siqaret almaq üçün yaxınlıqda yerləşən mağazaya getmiş, mağazadan qayıtdıqda itin ipini kiminsə açdığını və itin ətrafda olan şəxslərə hücum etdiyini görərək iti açmış naməlum şəxsin ünvanına ucadan nalayiq sözlərlə söymüş, az sonra həmin küçədə yaşayan Zərərçəkmiş şəxs Məhkum yaxınlaşaraq hansı səbəbdən ucadan söyüş söydüyünü soruşmuş, Məhkum isə Zərərçəkmiş şəxs iti bağlayıb getdiyini və kiminsə iti açdığını, itin orada olan şəxslərə hücum etdiyini, bu səbəbdən də iti açan şəxsə acıqlanaraq söydüyünü demiş, Zərərçəkmiş şəxs həyətdə ailə üzvlərinin olduğunu, onun söyüşünü eşitdiklərini deyərək Məhkum öz iradını bildirmiş, Məhkum isə Zərərçəkmiş şəxs iradını qəbul edərək səhv etdiyini demiş və Zərərçəkmiş şəxs üzr istəmiş, lakin Zərərçəkmiş şəxs mübahisə edərək bir neçə ay əvvəl valideynləri arasında olan söz-söhbətə bütün məhəllənin şahid olduğunu bildirməklə ona tərbiyəli olmasını deyərək yenidən irad bildirməklə mübahisə etmiş, bu zaman hadisə yerində olan qonşuları Elxan və Şahid3 qardaşları onları ayırmışlar. Bundan s onra Zərərçəkmiş şəxs öz evinə tərəf getmiş, Məhkum isə yaxınlıqda yerləşən Elxan və Şahid3ların ataları Fariz Şahbazova məxsus fermaya getmişdir. Lakin Zərərçəkmiş şəxs Məhkumlə başladığı mübahisənin bu şəkildə bitməsi ilə kifayətlənməyərək mübahisəni davam etdirmək məqsədi ilə təxminən 30 dəqiqə sonra tanışı Şahid1 ilə birlikdə Məhkum arxasınca onun olduğu fermaya gedərək saat 21 radələrində Məhkum yanına çağırmış, Məhkum, Zərərçəkmiş şəxs və Şahid1 birlikdə küçə ilə hərəkət etməyə başlamışlar. Bu zaman Şahid1 onların aralarında yaranan mübahisəni həll etmək lazım olduğunu bildirmiş, Məhkum isə etdiyi hərəkətə görə Zərərçəkmiş şəxs artıq üzr istədiyini bildirməklə yenidən üzr istəməsinə baxmayaraq Zərərçəkmiş şəxs mübahisəni davam etdirməklə Məhkum əgər xoşuna gəlirsə, get evinə orada an ana və varyoxuna həmin söyüşləri söy-demiş və Məhkum sinəsindən əli ilə itələyək çənə nahiyəsindən yumruqla zərbə vuraraq ona xəsarətlə nəticələnməyən fiziki ağrı yetirmiş, bu zaman Məhkum Zərərçəkmiş şəxs ona qarşı nalayiq sözlər işlətməsi və yumruqla çənə nahiyəsindən zərbə vurması səbəbindən əynində olan şalvarın sağ yan cibindəki bıçağı çıxarmaqla qisas almaq niyyəti ilə bıçaqla Zərərçəkmiş şəxs qarın nahiyəsinə bir dəfə və sağ ayaq nahiyəsinə bir dəfə zərbə vurmaqla ona qarının ön divarının sağ yarısının qarın boşluğuna keçən və köndələnçənbər bağırsağı zədələyən, həyatı üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya aid bir ədəd deşilmiş-kəsilmiş, sağ bud nahiyəsindən isə bir ədəd sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aid deşilmişkəsilmi ş yara xarakterli xəsarətlər yetirməklə qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər İlkin Abdullayev (sədrlik edən və məruzəçi), Elçin Xasməmmədov və Samir Həsənov) 1(106)-762/2023 nömrəli 16 noyabr 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Məhkum Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə məhkum olunmasına dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 noyabr 2023-cü il tarixli, 1(106)-762/2023 nömrəli qərarını dəyişdirib, Məhkum təyin olunan cəzanı Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən 1 il sınaq müddətinə ş ərti hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin qərarı qərəzli, ədalətsiz və qanunsuzdur. Təqsirləndirilən şəxs Məhkum əməli xuliqanlıq və zərərçəkmiş şəxsin sağlamlığına qəsdən xuliqanlıq niyyəti ilə ağır zərər yetirmə kimi tövsif oluna bilməz. Belə ki, təqsirləndirilən şəxs Məhkumlə mübahisə Zərərçəkmiş şəxs təşəbbüsü ilə başlanılmış və davam etmişdir. Bundan əlavə, hadisə zamanı təqsirləndirilən şəxs Məhkum əməlində ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər müəyyən edilmir. Müəyyən edilir ki, Məhkum Zərərçəkmiş şəxsla mübahisədən yayınmağa çalışmış, bu məqsədlə hər dəfə Zərərçəkmiş şəxs iradını qəbul etməklə ondan üzr istəmişdir. Lakin Zərərçəkmiş şəxs ondan əl çəkməyərək mübahisəni davam etdirmiş, ona qarşı nalayiq sözlər işlətmiş, sonda isə çənə nahiyəsinə yumruqla zərbə vurmaqla mübahisəni daha da dərinləşdirmiş və nəticədə Məhkum üzərində olan bıçaqla ona iki zərbə vurmaqla sağlamlığına ağır zərər yetirmişdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qarırında göstərilmişdir ki, xuliqanlıq cinayəti zamanı ictiamai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Lakin hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxs Məhkum qeyd olunan xarakterli hərəkətlər etməsi müəyyən edilmir. Məhkəmə təqsirləndirilən şəxsin Məhkum cinayəti zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törətməsini CM-in 59.1.8-ci maddəsinə, zərərçəkmiş şəxslə barışıq əldə etməsini CM-in 59.1.12-ci maddəsinə, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini 59.1.13-cü və Vətən müharibəsinin iştirakçısı olmaqla Azərbaycan Respublikası ərazisinin işğaldan azad olunmasında iştirak etməsini və bununla bağlı olaraq Azərbaycan Respublikasının qeyd olunan medalları ilə təltif edil məsini isə CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Cəzasını CM-in 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd olunan halları hökmdə şərh etsə də cəzanı yüngülləşdirən halları düzgün qiymətləndirməmiş, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almamış və təqsirləndirilən şəxs Məhkum azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Belə ki, məhkəmə hökmdə qeyd etdiyi müstəsna halları və yüngülləşdirici halları qiymətləndirib təqsirləndirilən şəxs Məhkum barəsində daha yüngül cəza təyin edə bilərdi. Məhkəmə təqsirləndirilən şəxs Məhkum təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq ediləcəyi halında nə üçün islah olunmayacağnı və cəzanın məqsədinə daha ağır - azadlıqdan məhrumetmə cəzası təyin edilməsi nəticəsində nail olunacağını hökümdə əsaslandıra bilməmişdir. Baxılan isin müvafiq materialları ilə müqayisə etdikdə görünür ki, təqsirləndirilən şəxs Məhkum azadlıqdan məhrumetmə cəza növü təyin edilməsi, cəzanın məsuliyyəti yüngülləşdirən hallarının düzgün nəzərə alınmaması ilə təyin edilmiş, isin hallarına, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmamışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası əməlin ictimai təhlükəliliyi və törədilmə üsulunu Cinayət Məcəlləsinin normalarına və ədalət prinsipinin (CM maddə 8) tələblərinə uyğun yoxlayıb düzgün qiymətləndirməmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yo xlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum edilmiş şəxs Məhkum əməli Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Həmçi nin kassasiya şikayətində əməlin tövsifi məsələsi mübahisələndirilməmişdir. Kassasiya şikayətinin başlıca dəlili Məhkum barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiq edilməsi və təyin olunmuş cəzanın ona şərti olaraq tətbiq edilməsi ilə bağlıdır. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza sosial ədalətin bərpa sı, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məh kəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şə xsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Birinci və apellyasiya instansiyası məhkəmələri məhkum törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini və işin hallarını nəzərə alaraq Məhkum cəza çəkmədən islah olunmasını mümkün saymamışdır. Məhkəmələr tərəfindən məhkuma təyin edilmiş cəza Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.3 və 70-ci maddələrinin tələblərinə tam uyğun gəlir. Ona görə də məhkəmə kollegiyası məhkəmələrin mövqeyi ilə razılaşır və hesab edir ki, məhkuma təyin edilmiş cəzanın yüngülləşdirilməsi və ya həmin cəzanın ona şərti olaraq tətbiq edilməsi üçün əsaslar yoxdur. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Həmçinin məhkəmə kollegiyası bildirir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 25-ci bəndində göstərilmişdir ki, şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədlərinə cavab verməlidir. Azərbaycan Respublikası CM-in 70-ci maddəsi üzrə şərti məhkum etmə cəza təyin etmə ilə bağlı müs təsna norma olmaqla, CM-in 70.1-ci maddəsinin tələbi üzrə yalnız o halda tətbiq edilə bilər ki, məhkumun cəza çəkmədən islah olunması mümkün olsun. Belə ki, qanunun mənasına əsasən şərti məhkum etmə bir qayda olaraq cinayət törətmiş şəxslərə müstəsna hallarda, məhkumun təyin olunmuş cəzanı real çəkməsi zərurət olmadıqda tətbiq edilə bilər. Cinayət işi üzrə isə belə hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin mövqeyi ilə razılaşaraq, Məhkum cəza çəkmədən islah olunmasını və bununla əlaqədar onun barəsində CM-in 70-ci maddəsinin tətbiq olunmasını mümkün hesab etmir. Məhkumun müdafiəçisi Müdafiəçi kassasiya şikayətinin digər dəlili məhkəmələr tərəfindən cəzanı yüngülləşdirən halları kifayət qədər nəzərə almadan ona ağır cəzanın təyin edi lməsidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarı n şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu ma ddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdən görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri Məhkum cinayəti zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törətməsini CM-in 59.1.8-ci maddəsinə, zərərçəkmiş şəxslə barışıq əldə etməsini CM-in 59.1.12-ci maddəsinə, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini 59.1.13-cü və Vətən müharibəsinin iştirakçısı olmaqla Azərbaycan Respublikası ərazisinin işğaldan azad olunmasında iştirak etməsini və bununla bağlı olaraq Azərbaycan Respublikasının qeyd olunan medalları ilə təltif edilməsini isə CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə almış və barəsində cəzanı ağırlaşdıran halların olmaması qənaətinə gəlmişdir. Bununla da, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Göründüyü kimi, məhkəmə Məhkum cəza təyin edərkən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halları kifayət qədər nəzərə almışdır. Məhkəmə kollegiyasının qənaətinə görə təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, i ctimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə, habelə işin hallarına uyğundur. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkumu barəsində cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab edir. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, təyin edilmiş cəza ədalətli və qanunidir, məhkumun şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur, təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsi üçün işdə heç bir qanuni əsas yoxdur. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırla şdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsində qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 noyabr 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanl ara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 noyabr 2023-cü il tarixli Məhkum barəsindəki qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-929/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-929/2024
08.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver