Məhkəmə qərarları › İş №1(102)-93/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-93/2023

19.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-93/2023 19.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), X5 və X2 ibarət tərkibdə, Əhmədli Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X4 iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 may 2021-ci il tarixli hökmünə əsasən Məhkum1 və Məhkum2 Noyabr oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü m addələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 sentyabr 2021-ci il tarixli qərarından məhkumlar Məhkum1 və Məhkum2 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim:M.Xankişiyev) 08 may 2021ci il tarixli hökmü ilə xx.xx.1991-ci ildə Naxçıvan MR Naxçıvan şəhərində doğulmuş, orla təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, Naxçıvan şəhəri, Sabir küçəsi, 36-da qeydiyyatda olub, ünvan 1 ünvanında yaşamış Məhkum1 Azərbaycan Respublikasının CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək, 06 (altı) il müddətinə, xx.xx.197 1-ci ildə Qusar rayonunda doğulmuş, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, Qusar şəhəri, Pirseyidov küçəsi, ev 3-də qeydiyyatda olmaqla Qusar rayonu, Gedəzeyxur kəndində yaşamış Məhkum2 Noyabr oğlu Azərbaycan Respublikasının CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək, 06 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 sentyabr 2021-ci il tarixli, 1(105)-482/2021 saylı hökmü ilə (X8 Gülbaba oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X1 ibarət tərkibdə) məhkumların müdafiəçisi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 may 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin hal ları: Məhkəmənin hökmünə əsasən Məhkum1 ona görə məhkum edilmişdir ki, o, tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı Məhkum2 Noyabr oğlu ilə narkotik vasitənin satışından əldə edəcəkləri gəliri öz aralarında bölmək şərti ilə razılaşaraq, 24 avqust 2020-ci il tarixdə özünü istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı "Nadir" kimi təqdim etmiş şəxslə 35 qram çəkidə nakotik vasitə heroinin qiymətini 525 manata razılaşmış, «Milliön» ödəmə terminalı vasitəsi ilə bu məbləğin 300 manatını sonuncu tərəfindən ona bildirilən "xxxx" ASC-də açılmış ******************** bank hesabına köçürmə yolu ilə ödədikdən sonra həmin şəxsdən Bakı şəhəri, Suraxanı rayo nunda yerləşən parkda ağacın birinin altına siqaret qutusuna qablaşdırılmış vəziyyətdə bir ədəd sellofan paketdə narkotik vasitə heroinin yerləşdirilməsi barədə məlumat almış, bundan sonra Məhkum2 Noyabr oğlu ilə birlikdə sonuncunun idarə etdiyi VAZ 21214 markalı 99MG238 dövlət qeydiyyat nişanlı avtomobillə qeyd edilən parka gələrək orada ağacın altına yerləşdirilmiş vəziyyətdə bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 25,650 qram olan külli miqdarda narkotik vasitə heroini götürməklə qanunsuz olaraq əldə elmiş, bundan sonra Məhkum2 avtomobilinin arxa sağ işığının içinə yerləşdirməklə qanunsuz olaraq orada saxlamış və satış məqsədi ilə 25 avqust 2020-ci il tarixdə sonuncu ilə birlikdə onun idarə etdiyi həmin avtomobillə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Yalama dəmir yolu stansyasının ərazisinə daşımış, həmin tarixdə saat 13:30 radələrində NBPİ-nin Yalama stansiyasında X9 əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılaraq Yalama XPB-nin inzibati binasına gəlirilmiş və avtomobilə baxış keçirilən zaman avtomobilin sağ arxa işığının içindən bir ədəd sellofan bükümdə təmiz çəkisi 25.650 qram olan külli miqdarda narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 sentyabr 2021-ci il tarixli, 1(105)-482/2021 saylı qərarından məhkumların müdafiəçisi Müdafiəçi1 tərəfindən kassasiya şikayəti verilmişdir. Qərardan dövlət ittihamçısı tərəfindən kassasiya protesti, o cümlədən kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Müdafiəçi ka ssasiya şikayətində göstərmişdir ki, məhkumların əməllərində ictimai təhlükəliliyi azaldan hallar olduğundan CM-də müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməlidir.Müdafiəçi1 Sumqayıt Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının Məhkum1 və Məhkum2 Noyabr oğlu barəsində olan 02 sentyabr 2021-ci il tarixli qərarını dəyişdirib ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.4.1 234.4.3-cü maddələrində nəzərdə tutulan aşağı həddən də az cəza təyin etməyi xahiş etmişdir. 29 oktyabr 2022-ci il tarixdə Məhkum2 Noyabr oğlu cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına ərizə ünvanlayaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 sentyabr 2021-ci il tari xli qərarından müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinin baxılmadan geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 30 dekabr 2022-ci il tarixdə Məhkum1 cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 17 saylı Cəzaçəkmə Müəssisəsində Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına ərizə ünvanlayaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 sentyabr 2021-ci il tarixli qərarından müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinin baxılmadan geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası dövlət ittihamçısının ərizələrin təmin edilməsi barədə çıxışını dinləyərək belə hesab edir ki, məhkumların ərizəsi təmin olunmalı, kassasiya şikayətləri baxılma dan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinin tələblərinə əsasən, kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Məhkəmə kollegiyası məhkumlar tərəfindən verilmiş kassasiya şikayətinin geri götürülməsi haqqında məhkumların ərizələrini nəzərə alıb cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq həmin şikayətlərin geri qaytarılmasını mümkün hesab edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkumların ərizəsi təmin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1 və Məhkum2 Noyabr oğlunun barəsindəki Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 sentyabr 2021-ci il tarixli qərarından Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətləri məhkumların ərizəsinə əsasən baxılmadan geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar