Məhkəmə qərarları › İş №1(102)-93/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-93/2024

01.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-93/2024 01.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X9, Məhkum və Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2 iyun 2023-cü il tarixli, 1(106)-103/2023 nömrəli hökmündən Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə və məhkumun müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. İ. İşin halları:

1. Məhkum 5.10.1968-ci il tarixində Füzuli rayonunun Kərimbəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında yaşamaqla, hazı rda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 4 saylı Cəzaçəkmə Məüssisəsində cəza çəkir.

2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edimiş işin faktiki hallarına əsasən, Məhkum aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Füzuli rayonu, Babı kəndində yaşayan xalası qızı Zərərçəkmiş şəxs Azərbaycan Respublikasının Baş Prokurorluğunda işləyən tanışı vasitəsi ilə sonuncunun oğlu X2 Füzuli rayon X12 bölməsində barəsində istintaqı aparılmış cinayət işi üzrə əməlinin Azərbaycan Respublikası CM-in 150.1, 181.2.3 və 181.2.5-ci maddələrindən qanunsuz olaraq həmin Məcəllənin daha yüngül məsuliyyət nəzərdə tutan maddəsinə tövsif edilməsində köməklik edəcəyini yalandan vəd edərək belə niyyəti olmadan 2019-cu ilin avqust ayının əvvəl lərində Zərərçəkmiş şəxs sonuncunun anası Şahid1 məxsus olan Füzuli rayonu Babı kəndində yerləşən fərdi yaşayış evində 3.000 (üç min) manat məbləğində pul istəmiş, Zərərçəkmiş şəxs həmin ilin avqust ayının sonlarında yuxarıda qeyd edilən evdə ona 2500 (iki min beş yüz) manat məbləğində pul vermiş, bir neçə gün keçdikdən sonra ona telefonla zəng vuraraq əlavə 500 (beş yüz) manat pul verilməsinin də vacib olduğunu bildirməsindən sonra Zərərçəkmiş şəxs cinayətdən xəbərsiz olan qardaşı Şahid2 vasitəsilə 29 avqust 2019-cu il tarixdə Füzuli rayonu, Babı kəndində yerləşən poçt vasitəsilə onun adına həmin məqsədlə 500 (beş yüz) manat məbləğində pul göndərmiş, beləliklə o, aldatma və etibardan suiistifadə yolu ilə Zərərçəkmiş şəxs 3.000 (üç min) manat məbləğində pulunu ələ keçirib şəxsi ehtiyacla rına sərf edərək dələduzluq etmiş, eləcə də xidməti vəzifəsinin icrası ilə əlaqədar vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə, yəni X2 əməlinin cinayət qanunu ilə nəzərdə tutulmuş maddələrdən daha yüngül məsuliyyət nəzərdə tutulan maddəyə qanunsuz tövsif edilməsinə görə vəzifəli şəxsə özünün vasitəsilə birbaşa yolla maddi nemət olun pulu rüşvət qismində verməyə Zərərçəkmiş şəxs təhrik etmişdir.

3. Bundan başqa o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını təkrar ələ keçirmək məqsədilə 2019-cu ilin oktyabr ayının sonlarında Zərərçəkmiş şəxs ilə telefon vasitəsilə əlaqə saxlayaraq sonuncunun oğlu X8 rayon X12 bölməsində barəsində istintaqı aparılmış cinayət işi üzrə əməlinin Füzuli rayonunun sabiq prokuroru, baş ədliyyə müşaviri Ramazan Hadıyev tər əfindən CM-in 150.1, 181.2.3 və 181.2.5-ci maddələrindən qanunsuz olaraq həmin Məcəllənin daha yüngül məsuliyyət nəzərdə tutan maddəyə tövsif edilməsi üçün 10.000 (on min) manat məbləğində pul lazım olduğunu bildirmiş, Zərərçəkmiş şəxs ona inandığı üçün 2019-cu ilin noyabr ayının ortalarında cinayətdən xəbərsiz olan qardaşı Şahid2 ilə birlikdə onun atasının Füzuli rayonu, Kərimbəyli kəndində yerləşən evinə gedərək ona 10.000 (on min) manat məbləğində pul vermiş, lakin Qorxmaz İdriszadənin əməli istintaq zamanı qanuni əsaslarla tövsif edilərək əvvəlcə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə, daha sonra isə Şirvan Apellyasiya Məhkəməsinə göndərildiyindən Zərərçəkmiş şəxs ondan bunun səbəbini soruşduqda, o, 2020-ci ilin sentyabr ayında Zərərçəkmiş şəxs yenidən aldadaraq məsələni Şirvan Apellyasi ya Məhkəməsinin cinayət işi icraatında olan hakimlə danışılıb həll edildiyini, hər hansı problemin olmayacağını yalandan bildirib, aldatma və etibardan sui-istifadə yolu ilə Zərərçəkmiş şəxs 10.000 (on min) manat məbləğində pulunu ələ keçirib şəxsi ehtiyaclarına sərf edərək xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmiş, eləcə də xidməti vəzifəsinin icrası ilə əlaqədar vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə, yəni Qorxmaz İdriszadənin əməlinin daha yüngül məsuliyyət nəzərdə tutulan maddəyə qanunsuz tövsif edilməsinə görə vəzifəli şəxsə özünün vasitəsilə birbaşa yolla maddi nemət olun pulu rüşvət qismində verməyə Zərərçəkmiş şəxs təkrar təhrik etmişdir.

4. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər M.V.Məmmədov (sədrlik edən), İ.Q.Abdullayev və C.C.Nəb iyevdən ibarət məhkəmə tərkibində) 21 yanvar 2022-ci il tarixli 1(099)-53/2022 nömrəli hökmü ilə Məhkum CM-in 178.2.2, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinib, CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-in 32.4,312.2-ci maddəsi ilə isə 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla ona cinayətlərin məcmusu üzrə qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, habelə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 11 oktyabr 2021-ci il tarixdən hesablanması və barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması müəyyən edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəflərinə dair məsələlər də həll edilmişdir.

5. Hökmdən Məhkum və müdafiəçisi tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir.

6. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: İ.H.Əhmədov (sərdlik edən), M.Ə.Bağırov və K.S.Bəşirovdan ibarət məhkəmə tərkibində) 13 may 2022-ci il tarixli 1(106)-378/2022 nömrəli qərarı ilə təqsirləndirilən şəxs Məhkum və Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətlərinin qismən təmin edilərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli hökmünün cəza hissəsində dəyişdirilməsi, Məhkum CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təyin edilmiş 2 il 6 ay müddətə azadlıqdan məhrumet mə cəzasının 5000 (beş min) manat miqdarında cərimə cəzası ilə, CM-in 32.4,312.2-ci maddəsi ilə təyin edilmiş 4 il müddətə azadlıqdan məhrumetmə cəzasının 8000 (səkkiz min) manat miqdarında cərimə cəzası ilə əvəz edilməsi, CM-in 66.3cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla Məhkum cinayətlərin məcmusu üzrə 8500 (səkkiz min beş yüz) manat miqdarında cərimə cəzası təyin edilməsi, CM-in 69.4-cü maddəsinə əsasən Məhkum 11 oktyabr 2021-ci il tarixdən 13 may 2022-ci il tarixədək həbsdə saxlanıldığı 7 (yeddi) ay 2 (iki) gün müddətin nəzərə alınmaqla cəzasının yüngülləşdirilərək üzərində 5000 (beş min) manat miqdarında cərimə cəzasının saxlanılması, barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və onun dərhal həbsdən azad edilməsi, hökmün apellyasiya şikayətlərinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

7. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 may 2022-ci il tarixli 1(106)378/2022 nömrəli qərarından dövlət ittihamçısı X13 tərəfindən kassasiya protesti, Zərərçəkmiş şəxs və Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən kassasiya şikayətləri verilmişdir.

8. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X14 (sədrlik edən və məruzəçi), X10 və X1 ibarət məhkəmə tərkibində) 11 noyabr 2022-ci il tarixli, 1(102)-1653/2022 nömrəli qərarı ilə Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, dövlət ittihamçısı X13 tərəfindən verilmiş kassasiya protestinin və Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, Məhkum Azərb aycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 may 2022-ci il tarixli qərarının Məhkum cəza təyin olunması ilə bağlı hissədə ləğv edilməsi və cinayət işinin həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilməsi, qərarın qalan hissədə kassasiya protestinə və zərərçəkmiş şəxsin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

9. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X3 (sədrlik edən), X16 və X6 ibarət tərkibdə) 2 iyun 2023-cü il tarixli 1(106)-103/2023 nömrəli hökmü ilə təqsirləndirilən şəxs Məhkum və müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətlərinin qismə n təmin edilməsi, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli 1(099)-53/2022 nömrəli hökmünün Məhkum Azərbaycan Respublikası CMin 32.4, 312.2-ci maddəsi ilə təqsirli bilindiyi hissədə ləğv edilməsi, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 32.4, 312.2-ci maddəsi ilə, təqsirliliyi sübuta yetmədiyinə görə bəraət verilməsi, Məhkum təqsirli bilindiyi CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təyin edilmiş 2 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasının 2 ilə endirilməsi, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum 11 oktyabr 2021-ci il tarixdən 13 may 2022-ci il tarixədək həbsdə saxlanıldığı 7 ay 2 gün ona təyin edilmiş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 1 (bir) il 4 (dörd) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzasının saxlanılması, c əzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzanın əvvəlinin 2 iyun 2023-cü il tarixdən hesablanması, Məhkum barəsində “həbs” qətimkan tədbirinin seçilməsi və onun məhkəmə iclas zalından həbs edilməsi, Məhkum Şirvan Şəhər Polis Şöbəsi vasitəsilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına təhvil verilməsi, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli 1(099)-53/2022 nömrəli hökmündən Məhkum CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməsinə dair müddəaların xaric edilməsi, hökmün apellyasiya şikayətlərinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

10. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2 iyun 2023-cü il tarixli 1(106)103/2023 nömrəli hökmündən dövlət it tihamçısı kassasiya protesti, məhkumun müdafiəçisi Müdafiəçi3 tərəfindən isə kassasiya şikayəti verilmişdir. İİ. Kassasiya protestinin, kassasiya şikayətinin dəlilləri və etirazlar:

11. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin dəlilləri qismində qeyd edilmişdir ki, hökmün nəticəvi hissəsinə görə məhkəmənin bəraətlə bağlı gəldiyi nəticənin əsasını Məhkum CM-in 32.4, 312.2-ci maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsi təşkil etmişdir. Lakin, qanunvericiliyin normaları və Ali Məhkəmə Plenumunun izahları nəzərə alındıqda məhkəmənin bəraət qənaətinin əsasını təşkil edən xüsusatın düzgün olmaması aşkar məlum olur. Belə ki, hüquqi baxımdan təqsirliliyin sübuta yetirilməməsi, şəxsin verilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli bilinməsi üçün işdə yetərli sü butların olmamasını, yaxud ittihamı təsdiq edən dəlillərin (dəlilin) sübutların mümkünlüyü şərtlərinin pozulması (CPM-in 125.2-ci maddəsində təsbit edilmişdir) nəticəsində əldə olunmasını və sübut kimi qiymətləndirilməməsini, qalan dəlillərin isə ittihamı doğrulayacaq həcm üçün kifayət etməməsini nəzərdə tutur. Hazırkı işin hallarına və apellyasiya instansiyası məhkəməsinin hökmünə nəzər saldıqda görünür ki, məhkəmə, Məhkum Zərərçəkmiş şəxs prokurorluq orqanlarında işləyən tanışı vasitəsi ilə Füzuli RPŞ-in İstintaq bölməsində sonuncunun oğlunun barəsində istintaqı aparılmış cinayət işi üzrə daha yüngül məsuliyyət nəzərdə tutan CM-in maddəsinə qanunsuz olaraq tövsif edilməsində köməklik edəcəyini yalandan vəd edib, Zərərçəkmiş şəxs cəmi 13.000 manat məbləğində pulunu ələ keçirib, şəxsi ehti yaclarına sərf edərək xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq cinayəti törətməsi nəticəsinə gəlmiş, lakin, onun yalançı vasitəçiliyinin dələduzluğun üsulu olmasını və şəxsin niyyətinin dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəldiyini qeyd etmişdir.

12. Belə ki, iş materiallarından və hökmdən də göründüyü kimi, Məhkum CM-in 178.2.2, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə verilmiş ittihamın əsasını yalnız bir hadisə-onun Zərərçəkmiş şəxs oğlunun barəsində istintaqı aparılmış cinayət işi üzrə köməklik adı ilə cəmi 13.000 manat məbləğində pulunu ələ keçirməsi faktı təşkil etmişdir. Hansı ki, apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticədə özü də bu faktın doğruluğunu təsdiq etmiş, dələduzluq cinayətinin obyektiv cəhətinin icrasını, aldatmanın üsulunu (yalançı rüşvət alma) ittihamda olduğu kimi qəbul etmiş, lakin hökmün nəticəvi hissəsində şəxsə CM-in 32.4, 312.2-ci maddəsi ilə bəraət verərək, düzgün olmayaraq bəraətin əsası kimi şəxsin təqsirliliyinin sübuta yetirilmədiyini göstərmişdir.

13. Yəni məhkəmənin bəraət qənaətinin əsası düzgün qəbul olunsa, eyni məntiqlə, dələduzluq cinayətinin törədilməsində də Məhkum təqsirliliyi sübuta yetirilməmiş hesab edilməli idi (ona görə ki, hər iki cinayət əməli bir faktla bağlı olmuş, obyektiv cəhətin icrası vahid üsulla törədilmiş, məhkəmə də bunun doğruluğunu qəbul etmişdir). Mahiyyət etibarı ilə, məhkəmə Məhkum CM-in 32.4, 312.2-ci maddəsi ilə bəraət verərkən, şəxsin əməlində həmin maddədə nəzərdə tutulmuş cinayət tərkibinin olmamasına (CPM-in 42.1.2-ci maddəsi) istinad ets ə, bu daha məntiqli və ağlabatan yanaşma olardı. İttiham tərəfində haqlı sual yaradan məqam isə, əvvəlki dövrdə eyni əməlin cinayətlərin məcmusu şəklində, CM-in 178 və 32.4, 312-ci maddələri tövsif edilməsini düzgün hesab edən məhkəmələrin indiki şəraitdə belə əməlləri törətmiş yalançı vasitəçilərə bəraət verməsi və bəraətin əsaslarını düzgün şərh etməməsi ilə bağlıdır. Xüsusi qeyd etməliyəm ki, yalançı vasitəçinin əməllərinə fərqli yanaşmanın əsasını yalnız mövcud təcrübənin dəyişməsi təşkil etdiyindən yalançı rüşvət alanın əməlinə bəraət verilməsi barədə gəlinən nəticə düzgün hüquqi mövqe kimi qəbul olunmamalıdır. Beləliklə, hesab edirəm ki, Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyası hazırkı iş üzrə təqsirləndirilən şəxsə verilmiş ittihamdan CM-in 32.4, 312.2-ci maddəsini çıxarm alı olduğu halda, səhvən bəraət hökmü çıxarmış, həmçinin gəldiyi bəraətin əsasını düzgün müəyyən etməmişdir.

14. Bununla da, Şirvan Apellyasiya Məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən cinayət işi üzrə toplanmış sübutlar cinayət prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məcmu qaydada qiymətləndirilməmiş, sübutlar Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 143-146-cı maddələrinin tələblərinə uyğun tədqiq edilməmişdir. Qanunun bu tələblərinə əməl edilməməsi isə Azərbaycan Respublikası CPM-in 416.1.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərarının kassasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Qeyd etdiklərinə əsasən, məhkəmə kollegiyasından Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kolle giyasının 2 iyun 2023-cü il tarixli 1(106)-103/2023 nömrəli hökmünün ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir.

15. Həmçinin Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri qismində qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsində yol verilmiş kobud qanun pozuntularım aradan qaldırsa da, cəza təyini məsələsində ədalətsizliyə yol vermiş, yalnız birinci instansya məhkəməsi tərəfindən təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını altı ay azaltmaqla kifayətlənmişdir.

16. Belə ki, apellyasiya instansiyası məhkəməsi təyin edilmiş cəzaya münasibətdə müdafiəçinin və məhkumun apellyasiya şikayətlərinin dəlillərinə düzgün hüquqi qiymət verməmiş, ci nayət qanununun normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlasa da, cəza təyini məsələsimdə yanlış hüquqi nəticəyə gəlmişdir. İş materiallarından və təqdim olunmuş sənədlərdən görünür ki, Məhkum cəzasım ağırlaşdıran hallar yoxdur. Məhkum həyat yoldaşı onların ailə həyatının ilk illərində vəfat etmiş, yeganə övladını tək böyütmüş, hazırda yeganə xəstə oğlu, gəlini və nəvəsi ilə birlikdə kirayədə yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Bundan əlavə o, şəkərli diabet xəstəliyindən əziyyət çəkir, endokrinoloji dispanserdə qeydiyyatdadır, 55 yaşı vardır. Hazırda da, Azərbaycan Respublikası ƏN-in PX-nin 4 saylı CÇM-in tibb xidmətində müalicə olunur.

17. Bununla da, müdafiəçi kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutu lmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2 iyun 2023-cü il tarixli 1(106)-103/2023 nömrəli hökmünün dəyişdirilərək, Məhkum barəsində CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təyin edilmiş cəzanın altı ay sınaq müddəti təyin edilməklə şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir.

18. Hökmdən zərərçəkmiş şəxs tərəfindən kassasiya şikayəti verilməmişdir.

19. Kassasiya protestinə və məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İİİ. Proses iştirakçılarının çıxışları:

20. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı kassasiya protestini müdafiə edərək təmin edilməsini, eyni zamanda məhkumun müdafiəçisi tərəfi ndən verilmiş kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi.

21. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum və müdafiəçisi Müdafiəçi3 hər biri ayrı-ayrılıqda kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, dövlət ittihamçısının kassasiya protestinə isə etiraz edərək məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdilər. İV. Hüquqi məsələlər:

22. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.

23. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və m övcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

24. Qanunun bu tələbindən göründüyü kimi kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

25. Belə yoxlamanın nəticəsində apell yasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

26. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya məhkəməsi tərəfindən sübutların Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib qiymətləndirilmədiyini, nəticədə məhkuma CM-in 32.4, 312.2-ci maddəsi ilə bəraət verilərkən və onun verilməsi əsaslarını müəyyən edərkən səhvə yol verildiyini iddia edərək, mübahisələndirilən hökmün ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələblərini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-nin 416.1.2-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişlər.

27. Həmçinin, Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin hökmü ilə məhkuma cəza təyin edilərkən onun məsuliyyətini yüngülləşdirən halların nəzərə alınmadığını, nəticədə onun həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi, ona təyin edilmiş cəzanın şərti tətbiq edilməsi haqqında kassasiya tələblərini Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyi şdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

28. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini, həmçinin məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərin dəlilləri ilə əlaqəli şəkildə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2 iyun 2023-cü il tarixli 1(106)-103/2023 nömrəli hökmünü yoxlayıb, araşdırmanın nəticələri olaraq ilkin olaraq dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə aşağıdakıları qeyd edir.

29. Belə ki, Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

30. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

31. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsini n formalaşmış hüquqi mövqeyinə görə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirlə ndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 6 may 2022-ci il).

33. Məhkəmə kollegiyası xatırladır ki, Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4cü maddələrinin dispozisiyasına görə, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə və xeyli miqdarda ziyan vurmaqla törədildikdə müvafiq cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas hesab edilir.

34. Azərbaycan Respublikası CM-in 312.2-ci maddəsinin dispozisiyasında isə rüşvət vermə vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsi zlik) etməyə görə ona rüşvətin verilməsində və ya təkrar rüşvət verilməsində ifadə olunur.

35. Baxılan cinayət işində ibtidai istintaq orqanı və məhkəmələr belə nəticəyə gəlmişlər ki, Məhkum zərərçəkmiş şəxsə sonuncunun xahişlərinin həll edilməsi üçün vəzifəli şəxsə rüşvət qismində pul verilməsi zəruri olduğunu bildirməklə onu aldadıb, həmin pul vəsaitlərini alaraq ələ keçirməklə dələduzluq etmiş və zərərçəkmiş şəxsi vəzifəli şəxsə rüşvət qismində pul verilməsinə təhrik etmiş, bununla da Azərbaycan Respublikası CM-in 312-ci maddəsi ilə qorunan ictimai münasibətlərə qəsd etmişdir.

36. İbtidai istintaq orqanının Məhkum ittiham elan etdiyi Azərbaycan Respublikası CM-in 32.4, 312.2-ci maddəsi “dövlət hakimiyyəti əleyhinə cinayətlər” bölməsinin “korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhin ə olan cinayətlər” fəslində nəzərdə tutulmaqla onun dispozisiyası vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona təkrar rüşvət verməyə təhrik etmə kimi təsbit olunmuşdur.

37. Azərbaycan Respublikası Cinayət Məcəlləsində yer aldığı bölmə və fəslin adından da aydın olduğu kimi, rüşvət vermə cinayətinin obyektini dövlət hakimiyyətinin, dövlət qulluğunun, yerli özünüidarə orqanlarında, habelə kommersiya və qeyri-kommersiya təşkilatlarında qulluğun normal həyata keçirilməsini təmin edən ictimai münasibətlər təşkil edir.

38. Məhkum irəli sürülmüş ittihamdan isə aydın görünür ki, o, zərərçəkmiş şəxsi aldadaraq, onun hazırkı qərarın “İşin halları” hissəsində təsvir edilmiş məsələlərinin həll etməkdən ötrü vəzifəli şəxsə çatdırmaq adı ilə ondan pul alıb ələ k eçirmişdir.

39. Qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsinin hökmü qəbul edildiyi dövrdə Məhkum əməlləri mövcud olmuş məhkəmə təcrübəsinə uyğun olaraq birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-in 32.4, 312.2-ci maddəsi ilə tövsif edilsə də, daha sonra qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarları yeni məhkəmə təcrübəsinin formalaşmasına əsas yaratmışdır ki, məhkəmə kollegiyası həmin qərarlardan çıxış edərək Məhkum hərəkətlərində Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsinin dispozisiyası ilə uzlaşan tərkib əlamətlərinin yaranması üçün zəruri olan obyektiv və subyektiv əlamətlərin mövcud olub-olmamasına, qeyd olunan hərəkətlərin “rüşvət verməyə təhrik” və ya “dələduzluğun üsulu” kimi çıxış etməsinə qiymət verilməsini zəruri hesab edir.

40. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müəyyən etdiyi hüquqi mövqeyə görə yalançı vasitəçinin hərəkətləri rüşvət verməyə təhrik kimi qiymətləndirilə bilməz, çünki yalançı vasitəçinin niyyəti bütün digər iştirakçılarla birgə bir cinayət əməlini törətməyə (rüşvət verməyə) deyil, digər şəxslərin əmlakını ələ keçirməyə şərait yaratmağa yönəlmişdir. Hətta yalançı vasitəçiyə qarşı rüşvət verməyə cəhdə təhrik etmə ittihamının irəli sürülməsi də burada vəziyyəti dəyişmir.

41. Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Başa çatmamış cinayətdə iştirakçılıq həm də onu nəzərdə tutur ki, bu hallar bütün iştirakçıların, o cümlədən təhrikçinin iradəsindən asılı olmadan baş verir.

42. Sözügedən halda isə cinayətin başa çatmamasının səbəbi yalançı vasitəçinin hərəkətləridir ki, onun əməlləri rüşvət verən şəxsin başa çatmış cinayəti törətməsi ehtimalını istisna edir. Rüşvət verməyə təhrik kimi görünən hərəkətlər əslində dələduzluğun üsuludur.

43. Bundan əlavə, yalançı vasitəçi rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmır, ona görə də onun əməli korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilməz. Yalançı vasitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəlib (“Azərbaycan Res publikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 14 iyul 2022-ci il tarixli Qərarı).

44. Məhz bu yanaşmadan çıxış edərək və həmin yanaşmanı müdafiə etdiyini bir daha nümayiş etdirərək Konstitusiya Məhkəməsi qəbul etdiyi digər qərardadında bir daha qeyd etmişdir ki, yalançı vasitəçilik zamanı şəxs öz vasitəçilik xidmətini vəd edib rüşvət verəndən guya vəzifəli şəxsə ötürmək üçün rüşvət şəklində pul və sair maddi nemətlər alır, lakin faktiki olaraq alınanları mənimsəyərək dələduzluq əməlini törətmiş olur. Müvafiq olaraq bu halda rüşvət vermə cinayət əməlinin obyekti olan dövlət qulluğunun mənafeyi və s. ilə bağlı ictimai münasibətlər deyil, mülkiyyət hüquq münasibətləri təhlükə altına alınır (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin həmin Məcəllənin 312-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının 17 aprel 2023-cü il tarixli Qərardadı).

45. Konstitusiya Məhkəməsinin şərhini rəhbər tutan Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu qəbul etdiyi müvafiq qərarında belə nəticəyə gəlmişdir ki, vəzifəli şəxsə rüşvət vermək barədə təşəbbüsü bu yolla özgə əmlakını ələ keçirmək məqsədini həyata keçirən şəxsin özü irəli sürdükdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkil də şərh edilməsinə dair” 2022-ci il 14 iyul tarixli Qərarında və Konstitusiya Məhkəməsi Palatasının “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin həmin Məcəllənin 312-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin müraciətinə dair” 2023-cü il 17 aprel tarixli Qərardadında (bu Qərar və Qərardad birlikdə götürülməklə, onların təsviri-əsaslandırıcı hissələrində) ifadə olunmuş hüquqi mövqelərə əsasən təqsirkarın əməli CM-nin 178.1-ci maddəsinin dispozisiyası ilə əhatə olunduğundan və burada rüşvət verməyə təhrik etmə cinayətinin (CM-in 32.4, 312.2-ci maddələri) tərkibinin yaranması üçün zəruri olan obyektiv və subyektiv əlamətlər mövcud olmadığından əməl qeyd edilən cinayətlərin ideal məcmusu kimi deyil, yalnız CM-in 178-ci maddəsi ilə dələd uzluq cinayəti kimi tövsif olunmalıdır (“Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2015-ci il 11 iyun tarixli 7 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı, № 11/2023, 19 may 2023-cü il).

46. Baxılan cinayət işinin materiallarından isə göründüyü kimi, Məhkum təkrarən özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək tamah məqsədilə fiziki şəxslərin qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətsə də, eləcə də dələduzluq yolu ilə özgənin xeyli miqdarda əmlakını təkrarən ələ keçirsə də, faktiki olaraq hər hansı vəzifəli şəxsə pul və ya digər maddi nemət şəklində rüşvət verməmiş, rüşvət verməyə təhrik etmə hərəkətlərindən is ə yalnız dələduzluğun üsulu kimi istifadə etmişdir ki, bu da öz növbəsində onun Azərbaycan Respublikası CM-in 32.4,312.2-ci maddəsi təqsirli bilinib cəzalandırılmasını istisna edir.

47. Təsvir edilənlərə aid aşağı instansiya məhkəmələrin hüquqi mövqeyinə gəldikdə məhkəmə kollegiyası kassasiya protestinin müvafiq dəliləri ilə razılaşır və qeyd edir ki, Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittiham dan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir.

48. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin əlaqəli Plenum qərarında da qeyd edilir ki, irəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviriəsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir (“Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı, № 15, § 38, 24 dekabr 2021-ci il).

49. Məhkəmə kollegiyası istinad edilən prosessual-hüquqi normanın tələbindən və həmin normanın təfsirindən, işin müəyyən olunmuş faktiki hallarından və araşdırılmış sübutlardan, Azərbaycan Respublikası Ko nstitusiya Məhkəməsinin 14 iyul tarixli 2022-ci il tarixli Qərarında və 23 aprel 2023-cü il tarixli Qərardadında, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 may 2023-cü il tarixli Qərarında əksini tapmış hüquqi mövqedən çıxış edərək belə nəticəyə gəlir ki, kassasiya protestinin müvafiq dəlilləri əsaslı hesab edilməli, məhkəmələrin Məhkum Azərbaycan Respublikası CM-in 32.4, 312.2-ci maddələri üzrə bəraət verilməsinə dair qənaəti yanlış olan nəticə kimi müəyyən edilməli, törətdiyi cinayət əməlinə düzgün şamil edilmədiyindən Cinayət Məcəlləsinin həmin maddələri Məhkum elan edilən ittihamdan xaric edilməlidir.

50. Bununla belə məhkəmə xatırladır ki, Azərbaycan Respublikası CPM-in 399.3-cü maddəsi ilə müəyyən edilmiş ümumi prinsipə görə, işin bütün hallarının araşdırılması nətic əsində çıxarılmış və mahiyyətcə düzgün olan məhkəmə qərarının yalnız CinayətProsessual Məcəlləsinin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilməsi yolverilməzdir.

51. Qeyd edilən prosessual-hüquqi normalarda təsbit edilmiş qaydanı nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, Məhkum Azərbaycan Respublikası CM-in 32.4, 312.2-ci maddələri ilə məhkum edilməməsinin əsasları aşağı instansiya məhkəmələri tərəfindən səhv təsvir edilsə də, məhkəmələrin buna dair yekun nəticəsi düzgün olduğundan, kassasiya protesti təmin edilməməlidir.

52. Məhkəmə kollegiyası məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində göstərilən Məhkum təyin edilmiş cəzanın şərti tətbiq edilməsi ilə bağlı dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

53. Azərbaycan Respubl ikası CM-in 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”.

54. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

55. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-in 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstəri lir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”.

56. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.10-cu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2).

57. Cəzanı ağırlaşdıran halların tam siyahısı CM-in 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir h al təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.

58. Cinayət qanununda göstərilən xüsusi hallarda, məsələn, CM-in 60, 65.2-ci maddələrinin nəzərdə tutduğu vəziyyətlərdə həmin maddələrdə təsbit olunmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır.

59. Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, m əhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. 60. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Rspublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 25-ci bəndinə əsasən məhkəmələrin nəzərinə çatdırılmışdır ki, şərti məhkum etmə, haqqında Cinayət Məcəlləsinin maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir.

61. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsin də və başqa normalarında təsbit olunmuş baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin.

62. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin məhkuma təyin edilmiş cəzanın şərti tətbiq edilməsinə həsr edilmiş dəlillərini baxılan işin müvafiq materiallar ı ilə müqayisə etməklə yoxladıqda Məhkum münasibətdə həddindən artıq ağır və ədalətsiz cəzanın təyin edilməsi haqqında iddialarının əsassız olduğu müəyyən edilir.

63. Apellyasiya məhkəməsi Məhkum barəsində birini instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanı yüngülləşdirərkən törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə alaraq, Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinən Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının həddini 2 il müddətinə endirməsi, qanuni və əsaslı olmaqla cinayət qanunvericiliyinin tələblərinə uyğun olmuşdur.

64. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qənaətini təkzib etmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən məhkəm ələr tərəfindən cəzanın təyin edilməsi və yoxlanılması zamanı nəzərə alınan və kassasiya şikayətində gətirilən digər halları Məhkum cəzasının şərti tətbiq edilməsi üçün mümkün edən xüsusatlar kimi qiymətləndirmək üçün əsas görmür və hesab edir ki, baxılan işdə apellyasiya instansiyası məhkəməsi Cinayət Məcəlləsinin yuxarıda təsvir olunmuş cəzanın təyin edilməsi məsələlərini tənzimləyən normalarının pozuntularına yol verməmişdir.

65. Odur ki, məhkəmə kollegiyası iclasda iştirak edənlərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti və kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2 iyun 2023-cü il tarixli, 1(106)103/2023 nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır.

66. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2 iyun 2023-cü il tarixli, 1(106)-103/2023 nömrəli hökmü Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə və məhkumun müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti və kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar