Məhkəmə qərarları › İş №1(102)-930/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-930/2019

25.06.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-930/2019 25.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Həmzəğa qızı Mehrəliyevanın, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Cövdət Sərvər oğlu Mehrəliyevin, bəraət almış şəxs X4 və onun müdafiəçisi X13 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməs inin Cinayət kollegiyasının 31 yanvar 2019-cu il tarixli qərarından zərərçəkmiş şəxs X5 və nümayəndəsi X22 tərəfindən birgə verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim V.N.Məmmədov) 01 noyabr 2018-ci il tarixli hökmü ilə 05.01.1989-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində bir azyaşlı uşağı olan, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla Xəzər rayonu, Binə qəsəbəsi Südçülük sovxozu fərdi yaşayış evində yaşayan; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilmişdir. İşin halları: İttihama əsasən X10 təqsirli bilinib məhkəməyə verilmişdir o na görə ki, o, qayınanası X3 sağlamlığına qəsdən yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. İstintaq orqanının gəldiyi nəticəyə əsasən, X10 20 dekabr 2017-ci il tarixdə, saat 19 radələrində, keçmiş qayınanası X5 ilə birlikdə yaşadığı ünvan 3 ünvanda onun mobil telefonla çəkiliş aparmasına X5 etirazını bildirərək çəkilişə mane olduğuna görə həmin səbəbdən aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı yumruqla Zərərçəkmiş şəxsnm bədəninin müxtəlif yerlərindən qəsdən vuraraq ona-psixoemosional stress, astenonevrotik vəziyyət, travmatik servikokraniobraxialgiya ilə müşayiət olunan sağ təpə və ənsə nahiyələrinin dərialtı hematomaları, sol bazu nahiyyəsinin sıyrıqları ilə nəticələnən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının (hakimlər M.Ə.Abbasov (sədrlik edən və məruzəçi), E.E.Rəhimov və V.Ə.Mursaqulovdan ibarət tərkibdə) 31 yanvar 2019-cu il tarixli qərarı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 noyabr 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, zərərçəkmiş şəxs S.B.Abdülhəsənova tərəfindın verilmiş apellyasiya şikayəti və dövlət ittihamçısı E.Cabbarov tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan zərərçəkmiş şəxs və nümayəndəsi Nümayəndə verdiyi kassasiya şikayətində xahiş edirlər ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 yanvar 2019-cu il tarixli qərarı ləğv edilsin və A.Əbdülhəsova CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək maddənin sanksiyası daxilində o na cəza verilsin. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlilərini zərərçəkmiş şəxs və nümayəndəsi Nümayəndə onunla əsaslandırırlar ki, X6 barəsində çıxarılmış hökm və qərar qanunsuz və əsassızdır. Belə ki, istintaq materiallarında olan ifadələr, ekspertin həm birinci, həm də təkrar vermiş olduğu rəylər, şahid ifadələri məhkəmə tərəfindən düzgün qiymətləndirilməmiş, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun deyildir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən zərərçəkmiş şəxsin kassasiya şikayəti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kass asiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya şikayətinin başlıca dəlili məhkəmə tərəfindən X6 bəraət verilməsinin qanunsuz olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiyası məhkəməsinin gəldiyi nəticəyə görə X6 Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsiri sübuta yetirilməmişdir. İşdən görünür ki, birinci instansiyası məhkəməsi be lə nəticəyə gələrkən təqsirləndirilən şəxsin ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinə və işin materiallarında olan və tədqiq etdiyi sübutlara əsaslanmışdır. Belə ki, həm ibtidai istintaq, həm birinci, həm də apelyasiya instansiya məhkəməsində verdiyi ifadələrində təqsirləndirilən şəxs X6 özünü təqsirli bilməmiş, zərərçəkmiş şəxs X7yə qarşı heç bir hərəkət etmədiyini, həqiqətdə baş verməmiş bir hadisəni qərəzli şəkildə uydurulduğunu bildirmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs ilkin izahatlarından görünür ki, o baş (sağ təpə) nahiyəsindən vurulması və zərbə nəticəsində təpə nahiyyəsində qançır xəsarətinin alması ilə bağlı heç bir məlumat verməmişdir. Sonuncunun sağ təpə və ənsə nahiyyələrindən xəsarət alması faktı ekspert rəyindən sonra alınmış izahat və ifadələrində öz əksini tapdığı müəyyən edilir. Məhkəmə iclasında isə Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2014-cü il tarixdə oğlu X16 ilə X10 ailə qurmuşdur. Onların yaşadıqları ünvan 4 ünvanda X6onlar ilə yaşamağa başlamışdır. Əvvəllər X8 ilə X6arasında mehriban münasibət olmasına baxmayaraq, sonradan onlar arasında ailə daxili mübahisələr başlamış, nəticədə 12.06.2017-ci il tarixdə Binəqədi rayon Məhkəməsi tərəfindən onların nikahının pozulması haqqında qətnamə çıxarılmışdır. Buna baxmayaraq X6 onların mənzilində yaşamaqda davam etmişdir. X6 ilə aralarında mütəmadi mübahisələri olurdu. Sonuncu dəfə 20.12.2017-ci il tarixdə, saat 19 radələrində X 6ilə aralarında yenidən mübahisə yarandığı vaxt, X6mobil telefonunu vasitəsi ilə onun videoçəkilişini apardığını gördükdə, o, X6nin cibi ndən videoçəkiliş apardığı mobil telefonu götürüb digər otağa getmişdir. Onun arxası ilə gələmiş X6telefonu qaytarmasını tələb etdikdə, X6“nə səbəbə məni telefonla çəkirsən” deyib iradını bildirdikdə, X6 telefonu əlindən almağa çalışmış, həmin vaxt sol qolundan yumruqla vuraraq, çırmaqlamış, kürəyindən, boynundan, başından yumruqla vurmuş, saçlarından dartaraq ona xəsarətlər yetirmişdir. X6nın onu döyməkdə davam edəcəyini gördükdə, telefonu ona qaytarmışdır. Zərərçəkmiş şəxs məhkəmənin suallarına cavab olaraq baş vermiş hadisə nəticəsində iş davamiyyətinin pozulmadığını, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına həqiqətən halının pisləşməsi ilə bağlı müraciət etdiyini bildirmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun xalası olmaqla həm də qayınanasıdır, X6 isə onun qayını arvadıdır. X6 və qayını boşansa da X6 onlarla yaşamağa davam etmişdir. Qayınanası ilə X6 nin arasında tez-tez söz-söhbətlər olurdu. 2017- ci ilin dekabr ayında qayınanası X7 işdən evə gəlmişdir, o özü isə otağında olmuşdur. Daha sonra o, X6 və qayınanasının səsini eşitmişdir. Həmin gün evdə o, qayınanası, keçmiş gəlinləri və uşaqlar olmuşdur. Mübahisə təqribən 3-5 dəqiqə davam etmişdir, səs-küyə heç kəs gəlməmişdir. O, otaqdan çıxıb qayınanasını dartıb kənara çəkib “bəsdir” demişdir, X6ya isə “yaşlı qadındır, ayıbdı” sözlərini demişdir. Sonra ona məlum olmuşdur ki, xalası əlini yumaq istəyərkən X6ilə evin təmizliyi üstündə aralarında söz-söhbər yaranmışdır. Xalası X7 X6nin onun çəkibçəkməməsini müəyyənləşdirmək üçün X6nin arxa ci bindən telefonu götürmək istəmişdir. Buna görə mübahisə düşmüşdür. Xalasının qollarında cırmaq izləri olmuşdur, lakin o görməmişdir ki, həmin cırmaq izləri necə və kim tərəfindən yetirilmişdir. X6“102” xidmətinə zəng vurmuşdur, gələn polis əməkdaşları onun heç bir xəsarət alınmadığını əsas gətirərək çıxıb getmişlər. Xalası isə evə Təcili Tibbi Yardım çağırmışdır. Xalası ona X6ni atasına xəbər verməsini də bildirmişdir. Bundan başqa ona heç bir hal məlum olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MəhkəməTibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin 25.12.2017-ci il tarixli, 1633 saylı rəyindən (ekspert:H.Quliyev) İsmayılov Zərərçəkmiş şəxs qııznın bədənində aşkar olunmuş xəsarətlərpsixoemosional stress, astenonevrotik vəziyyət, travmatik servikokran iobraxialagiya ilə müşayiət olunan sağ təpə və ənsə nahiyələrinin dərialtı hematomaları, sol bazu nahiyəsinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 1-2 gün əvvəl əmələ gəlmişdir, 20.12.2017-ci il tarixdə əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasmı nəzərə alaraq demək olar ki, həmin xəsarətlər insan bədəninin hissələri ilə (yumruq və s.) endirilmiş zərbələrin təsirindən əmələ gələ bilərdilər. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin bədənin əlçatan nahiyələrində yerləşmələrinə baxmayaraq, şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhə r Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 08.10.2018-ci il tarixli 583 saylı cavab məktubundan görünür ki, 20.12.2017-ci il tarixdə saat 20.11 radələrində “103” xidmətinə ünvan 5 ünvanından Zərərçəkmiş şəxs adına “halı pis” səbəbi ilə çağırış daxil olmuşdur. Çağırışı 9 saylı bölmənin həkimi X11 icra edərək xəstə Zərərçəkmiş şəxs (52 yaş) “Essensial hipertenziya” diaqnozu qoymuş, müvafiq tibbi yardım göstərmişdir. X25 izahatında əsasən müayinə zamanı xəstənin bədəninin görünən nahiyələrində zədələnmə əlamətləri aşkar edilməmişdir və xəstə xəsarət alması və döyülməsi barədə verilən suallara cavab olaraq döyülmədiyini və xəsarət almadığını bildirmişdir. Məhkəmə iclasında təqdim edilmiş diskdəki videogörüntüdə iki nəfər şəxsin məişət şəraitində və zəminində dialoqu və daha sonra birinin digərinə telefonu əlindən almaqla bağlı üstünə hücum çəkməsi, telefonunu geri qaytarılmasını tələb etməsi daha sonra əlbəyaxa olmaları müəyyən edilmişdir. Həmin şəxslərdən birinin zərərçəkmiş şəxs X2 olması görüntülərdə tam aydın görünür, digər şəxsin isə təqsirləndirilən şəxs X7dir ki, bu xüsusat onun özü və zərərçəkmiş şəxs tərəfindən təsdiqlənmiş və məhkəmə iclasında öz təsdiqini tapmışdır. Görüntülərlə müəyyən edilir ki, məişətlə bağlı söhbət zamanı X12 əlindən telefonu almaq üçün onun üstünə gedərək telefonunu ondan almağa çalışır, X6 isə “mənim telefonumu məndən ala bilməzsiz” deyərək telefonunu ona verməməyə çalışmışdır. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin tərkibinin yaranması üçün sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilm əsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma əməli törədilməlidir. Yəni hərəkət və ya hərəkətsizlik qəsdən törədildikdə cinayət sayılır. Birinci instansiya məhkəməsi isə müəyyən etmişdir ki, zərərçəkmiş şəxs X7 Abdülhəsənovaya məişət zəminində baş vermiş mübahisə zamanı, telefonun geri qaytarllması üçün edilmiş hərəkətlər zamanı xəsarət yetirilmişdir ki, və bu da qəsdən xəsarət yetirilmə kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiyası məhkəməsi cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, cinayət təqibi üzrə əməldə cinayət tərkibinin olmamasını düzgün qiymətləndirmiş, X6nın təqsirinin sübuta yetirilməməsi əsası ilə bəraət verməsini isə kifayət qədər əsaslandırmışdır. Bundan başqa, iş materiallarından göründüyü kimi, birinci və apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işindəki hüquqi mövqeyə görə təqsirsizlik prezumpsiyası prinsipi digər m addələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar. Sübutetmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bu baxımdan da məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyini düzgün hesab edir. Azərbaycan Respublikası CPM-in 416.0.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.0.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instan siyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən də görünür ki, birinci instansiyası məhkəməsinin X10 haqqındakı bəraət hökmünün ləğv edilməsi və ya dəyişdirilməsi üçün yuxarıda göstərilmiş hallardan heç biri müəyyən edilməmişdir. Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apellyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq şikayətin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Beləliklə, kassasiya şikayətində qe yd edilmiş dəlillər iş materialları ilə ziddiyyət təşkil etdiyindən məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 yanvar 2019-cu il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 yanvar 2019-cu il tarixli X10 haqqındakı qərarı dəyişdirilməsin. Zərərçəkmiş şəxsX6 və nümayəndəsi Nümayəndənin kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar