Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-930/2020 27.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlunun iştirakı ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Abdullayev Loğman Qüdrət oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim M.Ə.Abdullayev, hakimlər C.C.Nəbiyev və İ.Q.Abdullayevdən ibarət tərkibdə) xx xxxxxx 1995-ci il tarixdə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, işləməyən, Masallı rayonu, Türkoba kəndində qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib CM-nin 206.3.2-ci m addəsi ilə 05 il müddətə, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 05 il 03 ay müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 05 il 06 ay müddətə azadlıqdan mərhum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə həmçinin X5 da təqsirli bilinib məhkum olunmuşdur. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmək məqsədi ilə xx xxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası vətəndaşı X5 və müəyyə n edilməmiş digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək xx xxxxxx 2019-cu il tarixdə X5 ilə birlikdə İİR-nın Astara şəhərində müəyyən edilməmiş mənbədən qəsdən, tamah niyyəti ilə 1 bükümdə 7,876 qram, külli miqdarda heroin narkotik vasitəsini və 1 bükümdə 14,929 qram, külli miqdarda metamfetamin psixotrop maddəsini satış məqsədi ilə əldə etmiş, aralarında olan razılığa əsasən və ümumi cinayətkar niyyətə uyğun olaraq həmin gün X5dən 6 dəqiqə əvvəl, saat 20:00-da Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda gömrük nəzarətindən keçməklə postun qarşısında X5i gözləməyə başlamış, X5 isə qeyd edilən narkotik vasitəsini və psixotrop maddəni 1 ədəd bağlamaya qablaşdıraraq malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə əynində olan tünd göy rəngl i alt paltarının içərisinə yerləşdirərək saxlayıb daşımaqla həmin gün, saat 20:06-da "Astara" gömrük postunun piyada keçid xəttində Azərbaycan Respublikasmm gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirdikdən sonra saxlanılmışlar. Hökmdən məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim K.S.Bəşirov, hakimlər E.Ə.Camalov və E.İ.Əliyevdən ibarət tərkibdə) xx xxxxxx 2019-cu il tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Abdullayev Lo ğman Qüdrət oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli iclasına təyin edilmişdir. İşə kassasiya instansiyası məhkəməsində baxılanadək məhkumun müdafiəçisi Abdullayev Loğman Qüdrət oğlu məhkəməyə teleqramla müraciət edərək vermiş olduğu kassasiya şikayətini geri götürdüyüü bildirmişdir. Daha sonra, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 6 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Məhkum məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Kassasiya kollegiyası kassasiya şikayətinin geri qaytarılması barədə dövlət ittihamçısının çıxışını dinləyib, iş materiallar ını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti geri qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Azərbaycan Respublikası CPM-nin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda göstərilən normalara uyğun götürüldüyünü nəzərə alaraq hesab edir ki, həmin şika yət geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 414.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Abdullayev Loğman Qüdrət oğlu tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-930/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-930/2020
27.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver