Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-930/2024 08.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Teyyub Asif oğlu Muxtarovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və Məhkum iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 sentyabr 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Fəhmin Hümbətov (sədrlik edən və məruzəçi), Hafiz Əliyev və Aynur Rzayeva) 06 aprel 2023-cü il tarixli, 1(124)-96/2023 nömrəli hökmü ilə xx xxxxxx 1985-ci ildə Türkmənistan Respublikasının Krasnovodsk şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2n Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.1 və 234.4.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilmişdir. Cəzasını ümumi rejimli cəz açəkmə müəssisəsində çəkməklə, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 23 fevral 2022-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı Rza adlı şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında sonuncunun göndərdiyi satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda xarici görünüş əlamətlərinə və kimyəvi komponentlərinə görə eynilik təşkil edən 02 ayrı-ayrı bükümlərdə ümumi təmiz çəkisi 668,006 qram narkotik vasitə heroini, külli miqdarda xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edən 02 ayrı-ayrı bükümdə ümumi təmiz çəkisi 644,362 qram psixotrop maddə olan metamfetamini, şəxsi istehlak miqd arından artıq miqdarda 01 bükümdə təmiz çəkisi 445 qram narkotik vasitə qurudulmuş marixuananı, üzərində «Methadone 40» göstəriciləri olan dərman konvolyutunda 516 ədəd olan açıq qəhvəyi rəngli «F/M 40» göstəricili dərman həblərinin əsas təsiredici maddəsi olan, həmin həblərin tərkibində metodonun təsir maddəsinin ümumi miqdarı 20,64 qram təşkil edən metodonu 2022-ci ilin yanvar ayının əvvəllərində Bakı şəhəri Xəzər rayonu ərazisində əldə edib daşıyaraq üzərində saxlamış, 23 fevral 2022-ci il tarixdə saat 00:15- də Sumqayıt şəhəri, 3-cü mikrorayon 25 saylı evin yaxınlığında Azərbaycan Respublikası DİN-in BNMİ-nin əməkdaşları tərəfindən saxlanılaraq, həmin İdarəyə gətirilmiş və orada üzərinə şəxsi axtarış aparılarkən əynində olan qara rəngli gödəkcənin sol yan iç cibindən külli miqdarda 01 bükümdə təmiz çəkisi 94, 362 qram psixotrop maddə olan metmfetamin, külli miqdarda 01 bükümdə təmiz çəkisi 143, 006 qram olan narkotik vasitə heroin, xx.xx.2022-ci il tarixdə, saat 03:20-də onun yaşadığı Sumqayıt şəhəri 3-cü mikrorayon ev 25 mənzil 28-ə keçirilmiş baxış zamanı mənzilin yataq otağında yerləşən taxta konstruksiyalı dolabın üst hissəsində olan qəhvəyi rəngli çantadan şəxsi istehlak miqdarından artıq miqdarda 01 bükümdə təmiz çəkisi 445 qram narkotik vasitə qurudulmuş marixuana, külli miqdarda 01 bükümdə təmiz çəkisi 550 qram psixotrop maddə olan metamfetamin, külli miqdarda 01 bükümdə təmiz çəkisi 525 qram narkotik vasitə olan heroin, üzərində «Methadone 40» göstəriciləri olan dərman konvolyutunda 516 ədəd olan açıq qəhvəyi rəngli «F/M 40» göstəricili dərman həblərinin əsas t əsiredici maddəsi olan, həmin həblərin tərkibində metodonun təsir maddəsinin ümumi miqdarı 20,64 qram təşkil edən metadon və üzərində narkotik vasitə heroinə məxsus izləri olan 01 ədəd elektron tərəzi aşkar olunaraq, götürülmüşdür. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Azər İsmayılov (sədrlik edən və məruzəçi), Rəşadət Ağayev və Almaz Süleymanova) 12 sentyabr 2023-cü il tarixli, 1(105)-397/2023 nömrəli qərarı ilə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 06 aprel 2023-cü il tarixli, 1(124)-96/2023 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 sentyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi və ona təyin ed ilmiş cəza müddətinin minimum həddə yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci və apellyasiya instansiya məhkəmələri tərəfindən barəsində ədalətsiz hökm və qərar çıxarılmışdır. Belə ki, məhkəmələr onun sosial durumunu, azyaşlı övladlarının olmasını, ailə vəziyyətini nəzərə almamışlar. Həmçinin hər iki məhkəmə aktında hüquqi məsələlər hissəsində cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alınaraq, təyin edilmiş cəza müddətinin azaldılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, məhkumun və dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin cinayət və cinayət prosessual qanunlarının normalarına riayə t etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum edilmiş şəxs Məhkum əməli Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddəsi ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Həmçinin kassasiya şikayətində əməlin tövsifi məsələsi mübahisələndirilməmişdir. Məhkum kassasiya şikayətində cinayət işinə baxarkən prosessual pozuntulara yol verilməsi barədə qeyd etsə də, konkret olaraq həmin pozuntuların nədə ifadə olunması göstərməmişdir. Məhkəmə kollegiyası cinayət işinin materialları araşdırarkən məhkəmələrin sübutların araşdırılmasında, proses iştirakçılarının hüquqlarının riayət edilməsində, cinayət prosesi aparılmasında hər hansı bir qanun pozuntusuna yol verməsini müəyyən etməmişdir. Belə ki, hazırki cinayət işinə məhkəmələrdə baxılarkən cinayət hadisəsinin baş vermə faktı və halları, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində onun təqsirliliyi məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət işi üzrə toplanmış sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq tam, hərtərəfli və obyektiv yoxlanılmış, sübutların mötəbərliyi və mümkünlüyü yoxlanmışdır. İş materiallarından görünür ki, Məhkum törətmiş olduğu cinayət əməli onun cinayət işi üzrə ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələri ilə yanaşı, şahidlərin ifadələri, istintaq hərəkətlərinin keçirilməsi haqqında protokolları, məhkəmə-kimyəvi ekspertizanın rəyləri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin hüquqlarına riayət edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, narkotik vasitələrin aşkar edilməsi zamanı, axtarış, ba xış və götürmə istintaq hərəkətləri zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Cinayət işinin materiallarından görünür ki, təhqiqat və istintaq orqanı tərəfindən hazırkı cinayət iş üzrə sübutlar əldə edərkən cinayət prosessual qanunvericiliyinin tələblərini riayət etmiş, istintaq və prosessual hərəkətləri öz səlahiyyətləri çərçivəsində cinayət-prosessual qanunvericiliyinin normalarına uyğun keçirilmiş, kobud qanun pozuntularına yol verilməmişdir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyas ı məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Məhkum kassasiya şikayətinin başlıca dəlili məhkəmələr tərəfindən onun şəxsiyyətini və cəzasını yüngülləşdirici halları nəzərə almadan ona ağır cəzanın təyin edilməsidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3 -cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitu siya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdən görünür ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi müəyyən etmişdir. Bununla da, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona 10 (on) il müddətinə аzаdlıqdаn məhrumetmə cəzası təyin edilmişd ir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası CM-in 234.4-cü maddəsinin sanksiyasında 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası məhkumun törətdiyi cinayətin xarakterini nəzərə alaraq qeyd edir ki, bu kateqoriya cinayət əməllərinin ictimai təhlükəlilik dərəcəsi birbaşa qanunsuz olaraq əldə edilmiş narkotik vasitə və ya psixotrop maddənin növü və miqdarı ilə bağlıdır. Cinayət işinin materiallarından göründüyü kimi Məhkum qanunsuz əldə etdiyi narkotik vasitə olan heroinin kütləsi 668,006 qram, psixotrop maddə olan metamfetaminin miqdarı 644,362 qram, narkotik vasitə qurudulmuş marixuananın çəkisi 445 qram, dərman həblərinin əsas təsiredici maddəsi olan, həmin həblərin tərkibində metodonun təsir maddəsinin ümumi miqdarı 20,64 qram təşki l etmişdir. Ona görə də məhkəmə kollegiyasının qənaətinə görə Məhkum təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, onun şəxsiyyətinə, habelə işin hallarına uyğun gəlir, cəza təyin edilərkən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halları və ailə vəziyyətini kifayət qədər nəzərə alınmışdır. Belə ki, Məhkum əməlində cəzasını ağırlaşdıran halların olmasını müəyyən etməsə də, kollegiya qeyd edir ki, məhkumun törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsi kifayət qədər yüksəkdir. Ona görə də məhkəmə kollegiyası kassasiya şikayətinin cəzanın sərt olması və yüngülləşdirici hallar nəzərə almadan təyin edilməsi barədə dəlilləri ilə razılaşmır. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, təyin edilmiş cəza ədalətli və qanunidir, məhkumun şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur, təyi n edilmiş cəzanın daha da yüngülləşdirilməsi üçün işdə heç bir qanuni əsas yoxdur. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsində qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Məhkum barəsində Sumqayıt Apellya siya Məhkəməsinin Cinayət kollegiyasının 12 sentyabr 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dar cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 sentyabr 2023-cü il tarixli, 1(105)-397/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-930/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-930/2024
08.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver