Məhkəmə qərarları › İş №1(102)-931/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-931/2019

06.11.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-931/2019 06.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Qasımov Orxan Əhməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlu, Məhkum, Müdafiəçisi – fərdi qaydada fəaliyyət göstərən vəkil Rəfiyev Şahin Hamlet oğlunun iştirakları ilə Bakı Ağır Cinayətlər M əhkəməsinin 05 iyul 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 sentyabr 2017-ci il tarixli qərarından Məhkum müdafiəçisi Rəfiyev Şahin Hamlet oğlu tərəfindən verilmiş kassasiya şikayətinə və Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 iyul 2017-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Əliyev Samir İmamverdi oğlu, hakimlər Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə) xx xxx 1986-cı ıl tarixdə Naxçıvan Muxtar Respublikasımı Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəl lər məhkum olunmamış, ünvan 1 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 iyul 2017-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən tiryəkdən kustar üsulla hazırlanmış 2,801 qram çəkidə külli miqdarda narkotik vasitə olan heroini satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Bakı şəhər Baş Polis idarəsinin Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Məhkum 0 7 dekabr 2016-cı il tarixdə saat 12 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Nazir Hacıyev küçəsində yerləşən «N.Nərimanov» adına istirahət parkında saxlanılaraq Bakı şəhər Baş Polis idarəsinə dəvət edilib üzərinə baxış keçirilərkən onun əynində olan gödəkçənin sağ yan cibindən bir ədəd qara rəngli kağız bükümdə satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq saxladığı 2,801 qram çəkidə külli miqdarda tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Hökmdən məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Şamayev Elşad Yaquboviç, hakimlər Mirzəyev Sahibxan Arzuman oğlu və Qasımov Faiq Adil oğlundan ibarət tərkibdə) 27 sentyabr 2017-cı il t arixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 iyul 2017-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 sentyabr 2017-ci il tarixli qərarından Məhkum müdafiəçisi Rəfiyev Şahin Hamlet oğlu kassasiya şikayəti və Məhkum kassasiya şikayətinə əlavə verərək həmin qərarı ləğv etməklə işə apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin edilməsi xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN VƏ KASSASİYA ŞİKAYƏTİNƏ ƏLAVƏNİN DƏLİLLƏRİ: Məhkum müdafiəçisi Rəfiyev Şahin Hamlet oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, hazırkı cinayət işi üzrə işin faktiki hallarına nə ibtidai istintaq orqanı, nə də işə baxmış birinci və apellyasiya instansiya məhkəmələri tərəfindən düzgün qiym ət verilməmişdir. Belə ki, işin faktiki halları ondan ibarət olmuşdur ki, Məhkum 05 dekabr 2016-cı il tarixdə işləmək məqsədi ilə Bakı şəhərinə gəlmiş, 06 dekabr 2016-cı il tarixdə anası Məhkum zəng edərək, onun Naxçıvan Muxtar Respublikasında polis əməkdaşlarının axtardıqlarını bildirmiş, bundan sonra ona Naxçıvan MR-da polis əməkdaşı işləyən Rauf adlı şəxs zəng edərək, onu Naxçıvana aparacağını bildirmiş və Məhkum buna etiraz etməmişdir. 07 dekabr 2016-cı il tarixdə Rauf adlı polis əməkdaşı onunla görüşmüş, onu aldadaraq şəxsi avtomobilinə mindirərək Bakı şəhər Baş Polis İdarəsinə təhvil vermiş, bundan sonra Məhkum Bakı şəhər Baş Polis İdarəsində olarkən polis əməkdaşlarından biri əlində bir büküm masanın üstünə qoymuş və həmin bükümün narkotik olduğunu və guya ona məxsus olmasını bildir mişdir. O, etirazını bildirsə də, polislər tərəfindən döyülərək ona hədə-qorxu gəlinmiş və o, qorxduğu üçün narkotik vasitənin ona məxsus olması barədə izahat yazmışdır. Məhkum məhkəmə prosesində də bildirmişdir ki, ittihamda yazılanlar heç biri həqiqətə uyğun olmamış, çünki onun cibində narkotik vasitə olmamışdır. O, heç vaxt narkotik vasitə istifadə etməmiş, lakin buna baxmayaraq işə baxmış məhkəmə onun ifadəsinə tənqidi yanaşmış və onun ifadəsini özünü müdafiə kimi qiymətləndirmişdir. Məhkəmə tərəfindən şahid ifadələri, ekspertiza rəyləri əsas götürülməklə Məhkum həmin əməli törətməsi sübuta yetirilmiş kimi qiymətləndirilmişdir. Halbuki, şahid ifadələrinin həqiqətə uyğun olmadığı özünü aydın şəkildə bir üzə verməkdədir. Belə ki, məhkəmədə ifadə vermiş polis əməkdaşları X1 adlı şəxsin Na xçıvandan gələrək narkotik vasitələrin daşınması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı aldıqdan sonra əməliyyat axtarış tədbirlərinə başladıqlarını bildirmişlər. Hansı ki, həmin şəxs iki gün idi ki, Bakı şəhərinə gəlmişdir. Bundan əlavə, əgər o şahid ifadələrində qeyd olunduğu kimi gündüz vaxtı saxlanılarkən üzərində narkotik vasitə olmuş olsaydı, hər halda polis əməkdaşlarına rahatlıqla tabe olmazdı. Məhkum anası ona zəng edərək polis tərəfindən axtarıldığını bildirdiyi, eləcə də X2 adlı polis əməkdaşı Məhkum telefonuna zəng edərək gəlib onu Naxçıvana aparacağını bildirdiyi halda, bu məqsədlə Rauf adlı polis əməkdaşı ilə görüşə gəldiyi halda, Məhkum üzərində narkotik vasitə gəzdirməsi absurddur. Yuxarıda sadalanan xüsusatlardan göründüyü kimi, işə baxmış birinci və apell yasiya instansiya məhkəmələri hazırkı iş üzrə Məhkum hərəkətlərinə düzgün hüquqi qiymət verməmiş, onun əməlində cinayət hadisəsi, cinayət tərkibi olmamasına göz yummuş, yalnız ziddiyyətli ifadələr əsasında onu qanunsuz olaraq məhkum etmişdir. Qeyd olunanları nəzərə alaraq, müdafiəçi apellyasiya məhkəməsinin qərarını ləğv etməklə işə apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin edilməsi xahiş edir. Məhkum kassasiya şikayətinə əlavəsini onunla əsaslandırmışdır ki, iş üzrə şahid qismində dindirilmiş şəxslər X3, X4 və X5 mütəmadi olaraq polis əməliyyatlarında hal şahidi qismində iştirak etmişlər, halbuki, qanunvericiliyin tələblərinə görə bu yolverilməzdir. Qeyd olunanları nəzərə alaraq, məhkum apellyasiya məhkəməsinin qərarını ləğv etməklə işə apellyasiya instansiyası məhk əməsində yenidən baxılmasının təyin edilməsi xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlillərini müzakirə edərək, məhkum və müdafiəçinin kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin təmin olunmasını, dövlət ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 sentyabr 2017-ci il tarixli qərarı isə dəyişdirilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəmə si kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası qanunun bu tələbinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq aşağıdakıları qeyd edir: Məhkum narkotik vasitəni əldə edib özündə saxlayaraq daşıması qanunun tələblərinə uyğun olaraq əldə edilmiş, tədqiq və təhlil edilərək qiymətləndirilmiş sübutlarla (onların məcmusu ilə) təsdiq olunmuşdur. Məhkum narkotik vasitə aşkar olunmadığına dair kassasiya şikayətinin dəlillərinə gəldikdə, qeyd olunmalıdır ki, belə dəlillər apellyasiya şikayətində də göstərilmiş, bu səbəbdən də apellyasiya məhkəməsində araşdırma predmeti olmuş, hə min məhkəmə bu dəlillərə dair nəticəni və iş üzrə mövqeyini qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin qərarında apellyasiya şikayətinin həmin dəlilləri ilə əlaqədar aşağıdakılar göstərilmişdir: “... Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində Məhkum bəraət hökmünün çıxarılması məhkəmədən xahiş edilsə də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq və məhkəmə hərəkəti protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilmişdir. Məhkumun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, Məhkum birinci instansiya məhkəməsində verdiyi ifadəsində elan olunmuş ittihamda özünü təqsirli bilməsə də, həmin məhkəmə onun dəlillərini ətraflı araşdırmış, o cümlədən tutulmasında iştirak etmiş Bakı şəhər Baş Polis idarəsinin Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşlarını, üzərində baxış keçirilən zaman hal şahidi q ismində iştirak etmiş şəxsləri şahid qismində dindirmiş və toplanmış sübutlara əlaqəli və obyektiv hüquqi qiymət vermişdir. Məhkum Naxçıvan Muxtar Respublikasının DİN-in əməkdaşları tərəfindən tutulması barədə iş materiallarında hər hansı mötəbər sübut əlavə olunmamışdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi əsaslı olaraq Məhkum özünü təqsirli bilməməsinə dair verdiyi ifadəsinə tənqidi yanaşaraq, özünü müdafiə üsulu kimi qiymətləndirmişdir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, məhkum apellyasiya şikayətində narkotik vasitənin üzərində olmamasının sübutu kimi heç vaxt belə vasitələrdən istifadə etməməsini göstərsə də, iş materiallarında olan və ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 21 dekabr 2016-cı il tarixli 2151 nömrəli rəyinə əsasən Məhkum narkomanıya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür...”. Göründüyü kimi, apellyasiya məhkəməsi Məhkum bəraət verilməli olduğuna dair apellyasiya şikayətinin dəlillərinə münasibət bildirmiş, onlarla razılaşmadığının səbəblərini qərarda göstərmiş, gəldiyi nəticəni işin hallarına və qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin nəticə (Məhkum bəraət verilməsi üçün əsasların olmadığına dair) iş materiallarına və qanunun tələblərinə, o cümlədən Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsinin tələblərinə uyğun olduğuna görə məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, bəraətin əsasları ilə bağlı məsələləri tənzimləyən hə min normada göstərilən hallar iş üzrə mövcud deyildir, bu səbəbdən də Məhkum bəraət verilməli olduğuna dair kassasiya şikayətinin dəlilləri əsaslı hesab oluna bilməz. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələrin gəldikləri, Məhkum həmin narkotik vasitəni məhz satış məqsədi ilə əldə edib saxlayaraq daşımasına dair nəticə sübutlarda olan məlumatlara uyğun deyil, qanunla nəzərdə tutulmuş qaydada təsdiq edilmir. Hökmdə birinci instansiya məhkəməsinin sübutlara və dəlillərə əsaslanaraq əməlin Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməli olduğu nəticəsinə gəldiyi, ümumiyyətlə, açıqlanmamışdır. Apellyasiya məhkəməsi isə əməlin tövsifi ilə bağlı mövqeyini əsaslandırmaq üçün qərarında yalnız aşağıdakıları göstərmişdir: “...““Narkotik vasitələrin, psix otrop maddələrin və ya onların prekursorlarını qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbayca Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-cı ıl tarixli qərarının 9-cu bəndində məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsini dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlar və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum aşkar olunmuş narkotik vasitə - heroinin təmiz çəkisinin 2,801 qram, yəni külli miqdarda olması onun narkotik vasitələrinin satış məqsədi ilə saxlamasının göstəricisidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Məhkum yuxarıda qeyd olunan əməlində Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin tərkib əlamətləri mövcud olmuş və onun həmin əməli törətməkdə təqsiri birinci instansiya məhkəməsi tərəfindən aparılmış məhkəmə istintaqı ilə tam təsdiq olunmuşdur...” Apellyasiya m əhkəməsinin qərarında yuxarıda göstərilən Plenum qərarının izahına istinad edilsə də, həmin məhkəmə özü bu izaha riayət etməmiş, onun müddəalarını nəzərə almamış, ittiham tərəfinin təqdim etdiyi sübutların heç birində Plenum qərarının izah etdiyi hallar barədə məlumat mövcud olmadığı, yəni narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi qənaətinə gəlmək üçün hər hansı bir əsasın olmadığı halda, hökmün həmin hissəsi ilə razılaşmış və qərarda ümumi şəkildə göstərmişdir ki, onun mövqeyi işdə olan sübutlarla təsdiq edilir. Halbuki, yuxarıda göstərildiyi kimi, məhkəmələrin bu məsələdə mövqeləri sübutlarda olan hər hansı bir məlumatla təsdiq olunmur. Məhkum ibtidai istintaqda verdiyi ifadəsində narkotik vasitəni (heroini) özünün istifadəsi üçün saxladığını bildirmişdir. İş materiallarında onu n bu ifadəsini təkzib edən hər hansı bir məlumat mövcud deyildir. İttihamın sübuta yetirilməsi vəzifəsini daşıyan ittiham tərəfi də həmin ifadənin təkzib edilməsi üçün heç bir tətbiq görməmiş, Məhkum narkotik vasitəni satmaq niyyətində olduğunu göstərən hər hansı bir sübut təqdim etməmişdir. Apellyasiya məhkəməsinin qərarında yalnız aşkar edilmiş heroinin miqdarına (2,801 qram), yəni külli miqdarda olmasına istinad edilir. Məhkəmə kollegiyasının qərarına görə isə, Məhkum aşkar olunmuş heroinin miqdarı özü-özlüyündə onun bu narkotik vasitəni satmaq niyyətində olmasına, bu məqsədlə saxlanılmasına dəlalət edən, belə qənaətə gəlmək üçün əsas verən amil kimi qiymətləndirilə bilməz. Təcrübədə (məhkəmə təcrübəsində) bu miqdardan dəfələrlə çox miqdarda heroinin satış məqsədi olmadan əldə edilməsi hallarına rast gəlinir. Məhkəmə kollegiyası bütün bunları nəzərə alaraq hesab edir ki, Məhkum narkotik vasitənin məhz satış məqsədi ilə əldə etməsi barədə hər hansı bir fikir yalnız mülahizə (ehtimal) xarakteri daşıyır. Azərbaycan Respublikası CPM-nin 28.5 və 351.2-ci maddələrinə görə isə məhkəmə qərarı ehtimallara (mülahizələrə) əsaslana bilməz. Odur ki, narkotik vasitə əldə etmiş, saxlamış və daşımız Məhkum bu əməlini məhz satış məqsədi ilə törətməsinə dair ittihamın hissəsi sübuta yetirilmir. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 21.2, 21.3, 33.2, 145.3 və 146.1-ci maddələrinə əsaslanır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir, bu Məcəllənin müdd əalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir, eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Buna uyğun norma Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsində göstərilmiş və təsbit olunmuşdur ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə görə isə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təq sirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası CPM-nin 33.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Məhkəmə kollegiyası yuxarıdakıları nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsaslanaraq hesab edir ki, məhkumun narkotik vasitə əldə etmə si, saxlaması və daşıması hərəkətləri Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) tövsif edilməli, ona həmin maddənin sanksiyası həddində cəza təyin olunmalıdır. Məhkəmə kollegiyası məhkuma Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cəza təyin edərkən CM-nin 58.3-cü maddəsinin tələbinə əsasən, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, hökmdə və qərarda sadalanan cəzanı yüngülləşdirən halları da nəzərə alır və CM-nin 41.2-ci maddəsində nəzərdə tutulan cəzanın məqsədlərinə dair müddəalarına əsaslanır. Məhkəmə kollegiyası bunlarla əlaqədar hesab edir ki, apellyasiya məhkəməsinin qərarı dəyişdirilməli, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.4-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 sentyabr 2017-ci il tarixli qərarı dəyişdirilsin. Məhkum əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin. Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Apellyasiya məhkəməsinin qərarının qalan hissəsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti və kassasiya şikayətinə əlav

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar