Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-932/2019 14.08.2019 ALİ MƏHKƏMƏ İş № 1 (102) – 932/2019 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ "14" avqust 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Əhmədova Mehparə Tofiq qızı və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əbilov Hüseyin Natiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Əliyev Müstəcəb Süleyman oğlu, Məhkum, Müdafiəçi – Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Məmmədov Qalib Sadlq o ğlu, Zərərçəkmiş şəxs1 iştirakları ilə Azərbaycan Respublikası CM-nin 130.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 fevral 2019-cu il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim M.A.Bayramov, hakimlər R.V.Salmanov və S.İ.Əliyevdən ibarət tərkibdə) xx xxxx 1994-cü ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, işsiz, Abşeron rayonu, ünvan 1 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinib, cəzasını ciddi rejiml i cəzaçəkmə müəssisəsində çəkməklə, 05 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, 21 mart 2018-ci il tarixdə Abşeron rayonunun Mehdiabad qəsəbəsində üstündə gəzdirdiyi bıçaqla qəsdən Zərərçəkmiş şəxs1 sağlamlığına insan həyatı üçün təhlükəli olan ağır zərər vurmuşdur. Belə ki, təqsirləndirilən şəxs Məhkum 20 mart 2018-ci il tarixdə səhər saatlarında Abşeron rayonunun Mehdiabad qəsəbəsində tanışı Şahid1 ilə aralarında yaranmış mübahisə zamanı Şahid1 nalayiq söyüşlərlə təhqir edib onun şəxsiyyətini alçaltmışdır. Şahid1 bu barədə qardaşı Zərərçəkmiş şəxs1 xəbər verdikdən sonra Zərərçəkmiş şəxs1 Məhkum görüşə dəvət etmişdir. Onlar 21 mart 2018-ci il tarixdə Abşeron rayonunun Mehdiabad qəsəbəsində, 28 may küçəsindəki “xxxx” çay evinin arxa tərəfindəki boş ərazidə görüşərkən Zərərçəkmiş şəxs1 Məhkum qardaşını təhqir etməsinə görə iradını bildirmişdir. Nəticədə onlar aralarında mübahisə yaranmış və təqsirləndirilən şəxs Məhkum üstündə gəzdirdiyi bıçaqla qəsdən bir dəfə Zərərçəkmiş şəxs1 qarnının sağ nahiyyəsinə zərbə vuraraq onun sağlamlığana: qarın nahiyyəsinin sağ yarısının, qarın boşluğuna nüfuz edən nazik bağırsağı, nazik və yoğun bağırsaq müsariqələrini, mədəaltı vəzinin kapsulasını zədələyən, böyük piyliyin bayıra çıxması ilə nəticələnən və peritonit (qarın boşluğunun iltihabı) ilə törədən 1(bir) ədəd deşilmiş-kəsilmiş yaradan ibarət ağır dərəcəli bədən xəsarəti yetirmişdir. Hökmdən dövlət ittihamçısı tərə findən verilmiş apellyasiya protestinə və Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim X7, hakimlər X4 və X1 ibarət tərkibdə) 13 fevral 2019-cu il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum əməli Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsindən CM-nin 130.1-ci maddəsinə tövsif edilmiş və ona CM-nin 130.1-ci maddəsi ilə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmış, apellyasiya protesti və apellyasiya şikayəti təmin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 fevral 2019-cu il tarix li qərarından dövlət ittihamçısı kassasiya protesti verərək həmin qərarı ləğv etməklə cinayət işini yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmiş və bunun nəticəsi olaraq Məhkum əməlinin tövsifində səhvə yol verilmişdir. Belə ki, CM-nin 36.1-ci maddəsinə əsasən, zəruri müdafiə vəziyyətində, yəni özünü müdafiə edənin və ya başqa şəxsin həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini qəsd edənə zərər vurmaq yolu ilə ictimai təhlükəli qəsddən qoruyarkən törədilmiş hərəkət, zəruri müdafiə həd dini aşmamışdırsa, cinayət sayılmır. CM-nin 36.3-cü maddəsinə əsasən, qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun gəlməyən qəsdən törədilən hərəkətlər zəruri müdafiə həddini aşmaq hesab edilir. Qanunda göstərildiyi kimi, qeyd olunan maddələrin tətbiqi üçün zəruri müdafiə vəziyyəti mövcud olmalıdır. Yəni zəruri müdafiə vəziyyəti başlamamış olmalı, davam etməli, bitməmiş olmalıdır. Zəruri müdafiə həddini aşmaq, zorakı hərəkətlərin ondan əvvəl və ya sonra edilməsi ilə deyil, yalnız qəsdin xarakter və ictimai təhlükəlilik dərəcəsini aşan zərər vurma yolu ilə mümkündür. Qanunun mənasından həmçinin o da aydın olur ki, dalaşan tərəflərin heç birinin qarşı tərəfin təhlükəli əməlindən qorunmaq niyyəti yoxdursa və tərəflər bir-birini intiqam hissi ilə döyməyə, xəsarət yeti rməyə və s. səy edirsə, belə hallarda zəruri müdafiə hüququ yaranmır və məsuliyyət ümumi əsaslarla həll edilir. Dalaşmanın gedişində tərəflərdən biri soyuq silahdan, yaxud da odlu silahdan istifadə etməklə sağlamlığa ağır zərər yetirmək fikrinə düşərsə, belə halda dalaşmanın xarakteri dəyişir, qarşı tərəfin daha təhlükəli olan əməldən müdafiə olunmaq hüququ yaranır. Cinayət işinin faktiki hallarından görünür ki, Məhkum tanışı Şahid1 ilə aralarında yaranmış mübahisə zamanı Şahid1 nalayiq söyüşlərlə təhqir edib onun şəxsiyyətini alçaltmış, Şahid1 bu barədə qardaşı Zərərçəkmiş şəxs1 xəbər verdikdən sonra Zərərçəkmiş şəxs1 Məhkumm mübahisədən bir gün sonra görüşə dəvət etmişdir. Görüş zamanı Zərərçəkmiş şəxs1 Məhkum qardaşını təhqir etməsinə görə iradını bildirmiş və nəticədə onların aralarınd a mübahisə yaranmış, mübahisə zamanı Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxs Məhkum sinə və ayaq nahiyyəsinə iki zərbə endirmiş, yerə yıxılan Məhkum üstündə gəzdirdiyi bıçaqla qəsdən bir dəfə Zərərçəkmiş şəxs1 qarnının sağ nahiyəsinə zərbə vuraraq onun sağlamlığına ağır dərəcəli bədən xəsarəti yetirmişdir. Həmçinin protestdə qeyd edilmişdir ki, iş materiallarında olan sübutların təhlilindən göründüyü kimi, Məhkum zərərçəkmiş Zərərçəkmiş şəxs1 əvvəldən tanımış və onların arasında uzaq qohumluq münasibətləri də olmuş, Məhkum zərərçəkmiş Zərərçəkmiş şəxs1 əlbəyaxa döyüş növlərindən biri hesab edilən “Taekvando” növü ilə məşğul olduğunu, idmanın bu növü üzrə Azərbaycan və Avropa çempionu olmaqla məşqçi olduğunu bilmişdir. Bütün bunları bildiyi halda Məhkum zərər çəkmiş Zərərçəkmiş şəxs1 qardaş ı Şahid1 şəxsiyyətini alçaltmaqla onu təhqir etmiş və bundan sonra Zərərçəkmiş şəxs1 onu telefonla söhbət etməyə çağırmışdır. Məhkum yenə soyuq qanlıqla söhbətin qardaşı ilə olduğunu bildirərək zərər çəkmiş Zərərçəkmiş şəxs1 söhbətə qarışmamağını ona bildirmişdir. Bütün bunlardan sonra Zərərçəkmiş şəxs1 təqsirləndirilən Məhkum ilə arlarında qarşılıqlı mübahisə yaranmış və bu səbəbdən Zərərçəkmiş şəxs1 təqsirləndirilən Məhkum ayağına təpik, sinəsinə isə yumuruq zərbəsi vuraraq onu yerə yıxmışdır. Məhkəmə iclasında dindirilən zərər çəkmiş Zərərçəkmiş şəxs1 verilən suallara cavab olaraq bildirmişdir ki, Məhkumu təpiklə ayağına vurmaqla eyni vaxtda sinəsinə yumuruqla vuraraq onun müvazinətini itirərək yerə yıxılmasını fənd şəkilində etmişdir. Yəni Məhkum zərbənin birbaşa gücündən deyil, ayaq nahiyəsinə fənd şəkilində vurulan təpiyin və eyni vaxtda sinəsinə vurulan yumuruq zərbəsinin təsirindən yerə yıxılmışdır, işin hallarına əsasən həmin zərbələr də çox güclü olmamışdır. Çünki həmin zərbələr nəticəsində Məhkum sağlamlığına hətta dərəcəsi təyin edilməyən xəsarət belə yetirilməmişdir. Başqa "sözlə, təqsirləndirilən Məhkum qarşı olan qəsd, məhkəmə kollegiyasının iddiasının əksinə olaraq o dərəcədə böyük və real olmamışdr ki, o bıçaq tətbiq edərək zəruri müdafiə vəziyyətində Zərərçəkmiş şəxs1 qəsdinin qarşısını almaqla ona ağır bədən xəsarəti yetirmiş olsun. Həmçinin, təqsirləndirilən Məhkum da zərər çəkmişin zərbələrinin o qədər də güclü olmadığını da öz üzərində bıçaq tətbiq etməmişdən əvvəl bilinmiş və hiss etmişdir. Məhkəmə kollegiyası Məhkum zəruri müdafiə vəziyyətində olma qla onu aşmasını, əsas olaraq zərər çəkmiş Zərərçəkmiş şəxs1 əlbəyaxa döyüş növü olan “Taekvando” üzrə çempion və məşqçi olmaqla Məhkuma iki zərbə vurması ilə şərtləndirmişdir. Hansı ki, həmin zərbələr nəticəsində yuxarıda da qeyd edildiyi kimi Məhkum sağlamlığına hətta dərəcəsi təyin edilməyən xəsarət belə yetirilməmişdir. O ki qaldı Zərərçəkmiş şəxs1 əlbəyaxa döyüş növü olan “Taekvando” üzrə çempion və məşqçi olması məsələsinə, təqsirləndirilən Məhkum bütün bunları bildiyi halda, zərər çəkmişin qardaşını təhqir etməsi, həmçinin bu təhqirlə bağlı ona kobud cavab qaytarması və söhbətə getməzdən əvvəl nə baş verə biləcəyini bilmədiyi halda özü ilə bıçaq götürməsi Məhkum zəruri müdafiə vəziyyətində olmasını istisna edir. Həmçinin, zərər çəkmiş Zərərçəkmiş şəxs1 da ifadəsində Məhkuma iki zərb ə vurduqdan sonra ona qarşı heç bir zor tətbiq etmədyini və bu fikirdə olmadığını bildirmişdir. Yəni, Zərərçəkmiş şəxs1 qəsdi təqsirləndirilən Məhkum bıçaqla onu vurmazdan əvvəl artıq başa çatmışdır və Məhkumunun həyatına və ya sağlamlığına qarşı heç bir təhlükə artıq mövcud olmamışdır. Bundan başqa, protestdə göstərilmişdir ki, cinayət hüquq nəzəriyyəsi və cinayət qanunu, zəruri müdafiə vəziyyətinin və zəruri müdafiə vəziyyətinin aşılması tətbiq edilərkən, işin faktiki halları, seçilmiş zəruri müdafiə üsulunun qəsdin xarakterinə uyğun olubolmaması, habelə hadisənin təşəbüskarnın kimin olmasına xüsusi diqqət yetirilməsini tələb edir. Əlbəttə ki, heç bir təqsiri və təşəbbüsü olmadığı halda hər kəsin istənilən qəsdən özünü müdafiə etmək hüququ vardır və bu qanunla qorunur. Ancaq, baxılan işi n halları, zəruri müdafiə vəziyyətinin aşılmasını istisna etməklə məhkəmə kollegiyasının əsassız və qanunsuz nəticəyə gəldiyini təsdiqləyir. Çünki, Məhkum mübahisəyə səbəb olan qanuna zidd əmələ birinci özü yol vermiş, ona qarşı tətbiq olunan güc və ya qəsd təhlükəli olmadığı halda bıçaqdan qəsdən istifadə edərək başqasının bədəninə ağır xəsarəti yetirmişdir. İşin də faktiki hallarından göründüyü kimi, mübahisə qarşılıqlı dalaşmaya çevrilmiş və hər iki şəxs qarşılıqlı dalaşma şəraitində olmuşlar. Daha sonra Məhkum bıçaqdan istifadə edib zərərçəkmişə qarın nahiyəsindən zərbəsi endirməsi, əslində onun qarşı tərəfin təhlükəli əməlindən qorunmaq niyyətini göstərmir, əksinə, Məhkumun həmin anda ona deyilən söyüşlərə görə intiqam və nifrət hissi ilə qarşı tərəfə ağır xəsarət yetirmək niyyətini g östərir. Lakin məhkəmə kollegiyası qeyd olunan həmin hala düzgün qiymət verməmişdir. Qeyd olunanları nəzərə alaraq dövlət ittihamçısı apellyasiya məhkəməsinin qərarı ləğv edilməklə cinayət işi yeni apellyasiya baxışına qaytarılmasını xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya protestinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının kassasiya protestinin təmin edilməsinə, məhkumun, müdafiəçinin və zərərçəkmiş şəxsin isə kassasiya protestinin təmin edilməməsinə dair çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 fevral 2019-cu il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: A zərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq, kassasiya protestinin dəlillərini də nəzərə almaqla apellyasiya məhkəməsinin qərarının qanuniliyini yoxlayaraq, aşağıdakıları qeyd edir: Kassasiya protestində apellyasiya məhkəməsi tərəfindən Məhkum əməlinin düzgün tövsif edilməməsi, Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə tövsif edilməli olduğu iddia olunur və bununla əlaqədar bir sıra dəlillərə istinad edilir. Kassasiya protestinin həmin dəlili ilə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, apellyasiya məhkəməsi iş üzrə mövqeyini, Məhkum hansı əməli törətdiyinin müəyyən olunmasına, ittihamın hansı həcmdə təsdiq olunduğuna və əməlin tövsifinə dair gəldiyi nəticəni qanunla nəzərdə tutulmuş qaydada tədqiq edilməklə yoxlanılmış sübutlara, işin digər hallarına və qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin qərarında bununla əlaqədar aşağıdakılar göstərilmişdir: “...Təqsirləndirilən şəxs Məhkum apelyasiya baxışı zamanı ifadəsində göstərdi ki, Abşeron rayonunun Mehdiabad qəsəbəsində yaşayır. Zərərçəkmiş şəxs1 və onun balaca qardaşı Şahid1 ilə münasibətləri həmişə normal olmuşdur. 20.03.2018-ci il tarixdə saat 10 radələrində Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən “Praqa” çay evinin yaxınlığında dayanmışdı. Həmin vaxt Ş ahid1 da orada idi. Siqareti qurtardığından Şahid1ə ərk edərək mağazadan ona siqaret almasını istədi. Məhkum isə ona cavab verdi ki, "get özün al". Məhkumun bu sözləri onun xoşuna gəlmədi və aralarında qısa müddətli mübahisə oldu. Belə ki, mübahisə zamanı o, Məhkumu söydü. Məhkum da onun söyüşünə söyüşlə cavab qaytardı və çıxıb getdi. Həmin söhbətdən bir neçə saat sonra Zərərçəkmiş şəxs1 onun mobil telefonuna zəng edərək onunla görüşmək istədiyini bildirdi. O, da Səbuhi ilə razılaşıb 21.03.2018-ci il tarixdə saat 1 radələrində Abşeron rayonunun Mehdiabad qəsəbəsində, 28 may küçəsində yerləşən “xxxx” çay evinin arxa tərəfindəki boş ərazidə onunla görüşdü. Söhbət zamanı kimsə Zərərçəkmiş şəxs1in telefon nömrəsinə zəng etdi və onun harada olduğunu soruşdu. Zərərçəkmiş şəxs1 isə bildirdi ki, “ xxx çay evinin yanına gəl və orada gözlə. Mən 5-10 dəqiqəyə gəlirəm". Zərərçəkmiş şəxs1soruşdu ki, "niyə qardaşım Məhkum ilə mübahisə edib onu söymüsən?" O, da cavab verdi ki, "Mənim söhbətim qardaşın Məhkum ilə olmuşdu. Sən niyə gəlmisən? Qardaşın Şahid1 gəlsin mənimlə söhbət etsin. Mənim səninlə söhbətim yoxdur".Bu səbəbdən də Zərərçəkmiş şəxs1 ilə aralarında mübahisə yarandı. Zərərçəkmiş şəxs1 onusöyüb təhqir etdi və ardından onun sinəsindən bir yumruq və təpik vurdu, zərbənin təsirindən o yerə yıxıldı. Bu vaxt Zərərçəkmiş şəxs1 yenə onu söyərək ayağa qaldıranda, Zərərçəkmiş şəxs1 onu təkrarən vuracağını görüb cibindən bıçaq çıxarıb bir dəfə Zərərçəkmiş şəxs1in qarın nahiyyəsindən zərbə vurdu və çay evinin arxasından yola tərəf qaçdı. Çay evinin qarşısında Zərərçəkmiş şəxs1 dostu Şahid2 gördü. Bilaldan kömək etməsini xahiş etdi. Bilalla birlikdə Zərərçəkmiş şəxs1i maşına mindirdilər. Hazırda aralarında barışıq əldə olunmuşdur. Əməlindənpeşmandır. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, idmanın “Taekvando” növü üzrə idman ustasıdır. “Taekvando” idman klubunun Qəbələ “Taekvando” idman məktəbinin baş məşqçisidir. 20.03.2018-ci il tarixdə saat 21 radələrində qardaşı Şahin1 ona zəng edərək xəbər verdi ki, Məhkum onunla sözlə mübahisə etmişdir. Bundan sonra Məhkum mobil telefonun nömrəsini öyrəndi, Məhkum zəng edərək onunla görüşmək istədiyini bildirdi. 21.03.2018-ci il tarixdə saat 1 radələrində Abşeron rayonunun Mehdiabad qəsəbəsində, 28 may küçəsindəki “xxxx” çay evinin arxa tərəfində yerləşən boş ərazidə Məhkum görüşdü. Məhkumla söhbət zaman Zərərçəkmiş şəxs1dan nəyə görə qardaşı Şahid1lə mübahisə etdiyini soruşdu. Məhkum cavab verib dedi ki, "Mənim söhbətim sənin qardaşınladır. Səninlə söhbətim yoxdur". Bundan sonra aralarında sözlə mübahisə yarandı. Məhkum qardaşını təhqir etdiyi üçün o da Məhkum söyüb təhqir etmiş və Məhkuma bir təpik və bir yumruq vurmuşdur. Məhkum zərbənin təsirindən yerə yıxılmışdı. Əsəbi sakitləşmədiyindən yerdə uzanan Məhkuma yaxınlaşıb yenə onu söymüş, təkrarən onu vurmaq istəyəndə Məhkumun əsdiyini görmüş və onu qaldırmaq üçün ona yaxınlaşmışdır. Məhkumu qaldırarkən yenə onu söyüb təhqir etmişdir, bu zaman Məhkum cibindən bıçaq çıxardıb onun qarın nahiyyəsindən bir dəfə zərbə vurmuşdur. X13 ilə birlikdə onu maşına mindirdilər. Şahid2 onu xəstəxanaya apardı. Hazırda təqsirləndirilən şəxs Məhkum ilə b arışmışlar. Ona qarşı şikayəti, mülki iddia və tələbi yoxdur.... Apellyasiya baxışı zamanı müəyyən edildi ki, Zərərçəkmiş şəxs1 idmanın “Taekvando” növü üzrə idman ustasıdır. Azərbaycan və Avropa çempionu olmuşdur. Eyni zamanda apellyasiya baxışı zamanı müdafiə tərəfinin təqdim etdiyi tibbi sənədlərdən müəyyən olunur ki, təqsiləndirilən şəxs nevrasteniya xəstəliyindən əziyyət çəkir. Azərbaycan Respublikası CPM-nin 144 və 145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Məhkəmə kollegiyası, məhkəmə iclasında tədqiq olunmuş hər bir sübutu ayrı-ayrılıqda və bir-biri ilə müqayisəli şəkildə yoxlayaraq onların cinayət prosessual qanunvericiliyinə uyğun olan üsulla mötəbər mənbədən əldə edilməsi ilə əlaqədar həmin sübutları mümkün və mötəbər sayır. Məhkəmə kollegiyası sübutlara ayrı-ayrılıqda və cəm halında qiymət verərək hesab edir ki, tədqiq edilmiş sübutların məcmusu ilə Məhkum bıçaq tətbiq etməklə ona hücum etmiş Zərərçəkmiş şəxs1 özünü müdafiə etmək məqsədilə üstündə gəzdirdiyi bıçaqla sonuncunun qarın nahiyəsinə qəsdən zərbə endirməklə sonuncunun sağlamlığına qəsdən ağır zərər vurması tam sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsi Məhkum ona hücum etməyə görə Zərərçəkmiş şəxs1 qisas almaq məqsədilə ona bıçaq zərbəsi endirməsi barədə qənaətə gələrək, Məhkum əməlini Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə tövsif etmiş dir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi bu qənaətə gələrkən, təqsirləndirilən şəxs Məhkum özünü müdafiə şəraitinin elementlərinin olmasını nəzərə almamış, bu səbəbdən əməlin tövsifində yanlışlığa yolvermişdir. Hüquq nəzəriyyəsinə və praktikasına əsasən, zəruri müdafiənin qanunauyğunluğu şərtləri qəsdə və müdafiəyə aid edilərək iki yerə bölünür-zəruri müdafiənin qəsdə aid olan hüquqilik şərtləri və müdafiə hərəkətlərinə aid olan hüquqilik şərtləri. Zəruri müdafiənin qəsdə aid ilkin şərti qəsdin ictimai təhlükəli xarakterə malik olmasıdır. İşin mübahisə olunmayan faktiki hallarından, təqsirləndirilən və zərərçəkmişin ibtidai istintaq, birinci və apellasiya instansiyalarında verdiyi ifadələrindən görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs1 öz təşəbbüsü ilə təqsirlənd irilən şəxs Məhkum görüşə çağırmış, məhz zərərçəkmiş şəxs mübahisəyə başlamış və onun tərəfindən zərərçəkmişə zor tətbiq edilmiş, yəni iki zərbə endirilmişdir. Kollegiya qeyd edir ki, Zərərçəkmiş şəxs1 təqsirləndirilənə qarşı hərəkətləri ictimai-təhlükəli xarakterə malik olması mübahisəsizdir. Çünki, onun zərbələrinin xarakteri qeyrimüəyyən qəsd kimi qiymətləndirilməlidir, bu hərəkətlərdən sonra təqsirləndirilənin ala biləcəyi zərbələr müxtəlif xarakterli və müxtəlif dərəcəli ola bilərdi. Zəruri müdafiənin qəsdə aid ikinci şərti – qəsdin mövcud olmasıdır. Yəni qəsd başlamış, davam edən və hələ başa çatmayan olmalıdır. Qəsd o vaxt mövcud hesab olunur ki, o, qanunla qorunan ictimai münasibətlərə artıq zərər vurmağa başlamış və ya belə zərər vurmaq üçün bilavasitə təhlükə yaratmış olsun. İşin faktiki hallarından görünür ki, Zərərçəkmiş şəxs1 təqsirləndiriləni görüşə çağırmış, bu zaman onlar arasında mübahisə yaranmış, zərərçəkmiş təqsirləndirilənə iradlarını bildirmiş, onu təhqir etmiş, daha sonra onu iki dəfə vurmuşdur. Yəni zərərçəkmiş tərəfindən artıq ictimai münasibətlərə, konkret olaraq təqsirləndirilənin sağlamlığına zərər vurulmağa başlanmışdır. Zərərçəkmiş şəxs1 izahatında göstərmişdir ki, o, təqsirləndirilən şəxs Məhkum zərbənin təsirindən yerə yıxıldıqdan sonra əsəbi sakitləşmədiyindən yerdə uzanan Məhkuma yaxınlaşıb yenə onu vurmaq istəmiş, həttda Məhkum qaldırarkən yenə onu söyüb təhqir etmişdir. Lakin Məhkumun yerdə əsdiyini görmüş və onu qaldırmaq istəyəndə təqsirləndirilən şəxs bıçaqla onun qarın nahiyəsindən zərbə vurmuşdur. Kollegiya qeyd edir ki, Məhkum bıçaq zərbəsi yetirən zaman zərərçəkmiş tərəfindən ictimai-təhlükəli qəsdin artıq bitməsini təxmin etmək olmaz. Belə ki, Məhkum zərbədən sonra yerə yıxılmış, zərərçəkmiş dərhal ona yaxınlaşmış, yaxasından tutub qaldırmağa çalışmışdır. Zərərçəkmiş qeyd edir ki, o, təqsirləndiriləni qaldıran anda da onu təhqir etmişdir. Başqa sözlə, Məhkum üçün təhlükə bitmiş hesab edilə bilməz. Belə ki, Zərərçəkmiş şəxs1 iki zərbədən və təqsirləndirilənin yerə yıxılmasından sonra təhqirini davam etdirərək ona yaxınlaşıb yaxasından tutub qaldırması sonuncu üçün Zərərçəkmiş şəxs1 hərəkətlərini davam etdirmək niyyətində olmasını təxmin etməyə kifayət qədər əsaslar vermişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Zərərçəkmiş şəxs1 tərəfindən həyata keçirilən qəsd başlamış, davam edən və hələ başa çatmayan olmuşdur. Zəru ri müdafiənin qəsdə aid üçüncü şərti – qəsdin real olmasıdır. Kollegiya qeyd edir ki, Zərərçəkmiş şəxs1 ictimai-təhlükəli hərəkətləri real olmuş, Məhkum sağlamlığı üçün real təhlükə yaranmış, o yerə yıxılmış və titrəməyə başlamışdır. Qəsdin real olması faktı da, heç bir mübahisə yaratmır. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum üçün zəruri müdafiənin qəsdə aid şərtlərinin mövcud olması təhlil edilərkən xüsusi ilə nəzərə alınmalıdır ki, Zərərçəkmiş şəxs1 peşəkar olaraq əlbəyaxa döyüş növlərindən biri hesab edilən “Taekvando” növü ilə məşğul olur, idman ustasıdır, eyni zamanda məşqçidir. Məhkum bu barədə məlumatı var, belə ki, onlar qohumdurlar, yaxın tanışlıqları var. Bu baxımdan, Məhkum üçün Zərərçəkmiş şəxs1 zərbələri real olaraq onun sağlamlığı, hətta həyatı üçün təhlükəli ola bilərdi. O bunu dərk etmiş və anlamış, buna onun kifayət qədər əsaslarıolmuşdur. Zəruri müdafiənin müdafiə hərəkətləri ilə bağlı hüquqilik şərtlərini müzakirə edən məhkəmə kollegiyası qeyd edir ki, ilkin şərt olaraq müdafiə qəsdin qanunla qorunan obyektlərə qarşı yönəlməsi zamanı həyata keçirilməsidir. Məhkəmə kollegiyası qeyd edir ki, Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxsə qarşı qəsdi onun sağlamlığına zərər vurulmasına yönəlmişdir. Məhkum aldığı zərbələrdən sonra yıxılması, zərbələrin onun bədən nahiyəsinə yönəlməsi, zərbələri yetirən şəxsin əlbəyaxa döyüş növləri ilə məşğul olması təqsirləndirilən şəxsin sağlamlığı üçün real təhlükə yaratmasını təxmin etməyə əsas verir. Zəruri müdafiənin müdafiə hərəkətləri ilə bağlı hüquqilik şərtlərinin ikincisi müdafiə məhz qəsd edənə zərər vurmaq yolu ilə həyata keçirilməsidir. Bu baxımdan, təqsirləndirilən şəxs Məhkum məhz qəsd edən Zərərçəkmiş şəxs1 zərər vurmuşdur. Zəruri müdafiənin müdafiə hərəkətləri ilə bağlı hüquqilik şərtlərindən biri də müdafiə hərəkətlərinin qəsdin xarakteri və təhlükəlilik dərəcəsini aşmamaqla həyata keçirilməsi olmasıdır. Zəruri müdafiə həddini aşma (müdafiənin ekstsessi) qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə yalnız açıq-aşkar uyğun gəlməyən qəsdən törədilmiş hərəkətləri nəzərdə tutur. Kollegiya qeyd edir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs1 Məhkum qarşı zor tətbiq etməsi, ona qarşı yumruq və təpik zərbələrinin yetirməsi ictimai-təhlükəli hərəkətlər kimi qiymətləndirilsə də, mahiyyətcə sonuncuya ciddi xəsarət yetirilməsi ilə nəticələnməmişdir. Onun sağlamlığına ciddi zərər vurulmamışdır. Məhkum öz ünü müdafiəsi zamanı cibindəki bıçaqdan istifadə edərək Zərərçəkmiş şəxs1 ağır xəsarət yetirməsi qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıqaşkar uyğun gəlməyən hərəkətlər kimi qiymətləndirilməlidir. Apelyasiya baxışı zamanı təqsirləndirilən şəxs isə ifadəsində bildirdi ki, zərərçəkmiş şəxsin təpik zərbəsinin sonra ona elə gəlmişdir ki, Zərərçəkmiş şəxs1 onu ikinci dəfə vurarsa o, öləcəkdir. Məhkəmə kollegiyası qeydedir ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan işin bu hallarına əhəmiyyət vermədən əsassız olaraq Məhkum əməlini Azərbaycan Respublikası CM-nin126.1-cimaddəsiilətövsifetmişdir. Azərbaycan Respublikası CM-nin 36.2-ci maddəsinə əsasən peşə və ya digər xüsusi hazırlığından və qulluq vəziyyətindən asılı olmayaraq bütün şəxslər zəruri müdafiə hüququna mali kdirlər. Bu hüquq dövlət orqanlarına və ya başqa şəxslərə kömək məqsədi ilə müraciət etmək, habelə ictimai təhlükəli qəsddən yayınmaq imkanından asılı olmayaraq bütün şəxslərə şamil olunur. Məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxs tərəfindən edilmiş sağlamlıq üçün təhlükəli olan hücuma məruz qalmış Məhkum öz həyat və sağlamlığını ictimai təhlükəli xarakter daşıyan qəsddən müdafiə etmək hüququna malik olmuş və onun əməli məhz Azərbaycan Respublikası CM-nin 36-cı maddəsinin tələbləri nəzərə alınmaqla tövsif edilməlidir. Beləliklə məhkəmə kollegiyası işin hallarını təhlil edib, Zərərçəkmiş şəxs1 hücumunun onun qarın nahiyyəsinə deyil, bədəninin həyat üçün vacib olmayan nahiyəsinə zərbə endirmək yolu ilə dayandırılmasının mümkün olduğunu nəzərə alaraq, hesab edir ki, Məhkum özünün h əyatını və sağlamlığını Zərərçəkmiş şəxs1 qəsdindən qoruyarkən, qəsdin xarakterinə açıq-aşkar uyğun gəlməyən qəsdən hərəkət törədərək zəruri müdafiə həddini aşmışdır. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-nin 36.1-ci maddəsinə əsasən Məhkum cinayət məsuliyyətindən azad edilməsini mümkünsüz sayır. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcüd olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. Zəruri müdafiə həddini aşmaqla qəsdən sağlamlığa ağır zərər vurmaya görə cinayət məsuliyyəti Azərbaycan Respublikası CM-nin 130.1-ci maddəsi ilə nəzərdə tutulur. Məhkum əməlində Azərbaycan Respublikası CM-nin 130.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcud olduğundan onun bu əməlinin Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə tövsif edilməsi cinayət qanununun tələblərin əziddir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Məhkum əməli Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsindən Azərbaycan Respublikası CM-nin 130.1-ci maddəsinə tövsif edilməlidir...”. Göründüyü kimi, apellyasiya məhkəməsi əməlin tövsifinə dair gəldiyi nəticəni, iş üzrə mövqeyini işin hallarına, qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin nəticə işin hallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, apellyasiya məhkəməsinin iş üzrə mövqeyinin qanuniliyini şübhə altına almağa əsas yoxdur, protestin dəlilləri də buna əsas vermir. Kassasiya protestində məhkəmənin əsa slandığı sübutlar bir daha sadalanaraq, onların məzmunu göstərilir və iddia olunur ki, apellyasiya məhkəməsinin gəldiyi nəticə həmin sübutlara uyğun deyildir. Lakin həmin sübutların (o cümlədən ifadələrin) məzmununun təhlili göstərir ki, onlarda apellyasiya məhkəməsinin gəldiyi nəticəni təkzib edən, onun mövqeyinin düzgün olmadığına dəlalət edən və ya bu mövqeyin qanuniliyini şübhə altına almağa əsas verən məlumatlar yoxdur, apellyasiya məhkəməsinin gəldiyi nəticə həmin sübutlarda göstərilən məlumatlara əsaslanır və onlara uyğundur. Kassasiya protestində ittiham tərəfinin iş üzrə mövqeyini əsaslandırmağa cəhd edilərək göstərilmişdir ki, “... iş materiallarında olan və yuxanda sadalanan sübutların təhlilindən göründüyü kimi, Məhkum zərər çəkmiş Zərərçəkmiş şəxs1 əvvəldən tanımış və onların arasında uzaq qohumluq münasibətləri də olmuşdur. Məhkum zərər çəkmiş Səbuhinin əlbəyaxa döyüş növlərindən biri hesab edilən “Taekvando” növü ilə məşğul olduğunu, idmanın bu növü üzrə Azərbaycan və Avropa çempionu olmaqla məşqçi olduğunu bilmişdir. Bütün bunları bildiyi halda Məhkum zərər çəkmiş Zərərçəkmiş şəxs1in qardaşı Şahid1 şəxsiyyətini alçaltmaqla onu təhqir etmiş və bundan sonra Zərərçəkmiş şəxs1 onu telefonla söhbət etməyə çağırmışdır. Məhkum yenə soyuq qanlıqla söhbətin qardaşı ilə olduğunu bildirərək zərər çəkmiş Zərərçəkmiş şəxs1in söhbətə qarışmamağını ona bildirmişdir. Bütün bunlardan sonra Zərərçəkmiş şəxs1 təqsirləndirilən Məhkum ilə arlarında qarşılıqlı mübahisə yaranmış və bu səbəbdən Zərərçəkmiş şəxs1 təqsirləndirilən Məhkum ayağına təpik, sinəsinə isə yumuruq zərbəsi vuraraq onu yerə yıxmışdır. Məhkəmə iclasında dindirilən zərər çəkmiş Zərərçəkmiş şəxs1 verilən suallara cavab olaraq bildirmişdir ki, Məhkumu təpiklə ayağına vurmaqla eyni vaxtda sinəsinə yumruqla vuraraq onun müvazinətini itirərək yerə yıxılmasını fənd şəkilində etmişdir. Yəni Məhkum zərbənin birbaşa gücündən deyil, ayaq nahiyəsinə fənd şəkilində vurulan təpiyin və eyni vaxtda sinəsinə vurulan yumuruq zərbəsinin təsirindən yerə yıxılmışdır, işin hallarına əsasən həmin zərbələr də çox güclü olmamışdır. Çünki həmin zərbələr nəticəsində Məhkum sağlamlığına hətta dərəcəsi təyin edilməyən xəsarət belə yetirilməmişdir. Başqa "sözlə, təqsirləndirilən Məhkum qarşı olan qəsd, məhkəmə kollegiyasının iddiasının əksinə olaraq o dərəcədə böyük və real olmamışdr ki, o bıçaq tətbiq edərək zəruri müdafi ə vəziyyətində Zərərçəkmiş şəxs1 qəsdinin qarşısını almaqla ona ağır bədən xəsarəti yetirmiş olsun. Həmçinin, təqsirləndirilən Məhkum da zərər çəkmişin zərbələrinin o qədər də güclü olmadığını da öz üzərində bıçaq tətbiq etməmişdən əvvəl bilinmiş və hiss etmişdir...”. Kassasiya protestində əks etdirilmiş bu fikirlərin işin halları baxımından təhlili göstərir ki, protestin həmin dəlilləri ittiham tərəfinin iş üzrə mövqeyini heç cür əsaslandırmır. Həmin fikirlərdə Zərərçəkmiş şəxs1 əlbəyaxa döyüş növü üzrə Azərbaycan və Avropa çempionu olduğunu Məhkum bildiyi, görüşdükləri zaman sonuncuya qarşı zor tətbiq edərək fənd işlədib ayağından və sinəsindən vurub yerə yıxdığı və yalnız bundan sonra (iş materiallarından göründüyü kimi, Zərərçəkmiş şəxs1 yaxınlaşıb onu qaldırdıqda) bıçaqla xəsarət yeti rdiyi əks etdirilmiş (faktiki olaraq ittiham tərəfinin hadisənin belə baş verdiyi ilə razılaşır) və mübahisəsizdir ki, qeyd olunanlar apellyasiya məhkəməsinin əməlinin tövsifi ilə bağlı mövqeyinin düzgün olmadığını göstərən, buna dəlalət edən amil kimi qiymətləndirilə bilməz və ittiham tərəfinin əməlinin tövsifi ilə bağlı mövqeyini heç cür əsaslandırmır. Kassasiya protestində Məhkum qarşı qəsdin (Zərərçəkmiş şəxs1 tərəfindən) mövcudluğu da inkar edilmir, yalnız iddia olunur ki, həmin qəsd o dərəcədə böyük və real olmamışdır ki, müdafiə olunan bıçaq işlətməklə bədən xəsarəti yetirmiş olsun. Bununla əlaqədar protestdə qeyd olunur ki, Məhkum “zərərçəkmiş şəxsin zərbələrinin o qədər də güclü olmadığını da öz üzərində bıçaq tətbiq etməmişdən əvvəl bilmiş və hiss etmişdir”. Məhkəmə kollegiyası x üsusilə qeyd edir ki, kassasiya protestində Məhkum yerə yıxılmasına səbəb olmuş zərbələr haqqında irəli sürülmüş həmin fikir hər hansı bir sübutla təsdiq edilmir. Kassasiya protestində də belə bir sübuta istinad olunmamışdır. Məhkum özü də ona yetirilmiş zərbələrin o qədər də güclü olmadığını bildiyini və hiss etdiyini göstərməmişdir. Bu da qeyd olunmalıdır ki, protestin özündə Məhkum ona yetirilmiş zərbələrin güclü olmadığını hiss etməsi iddia edilmir, protestdə onların o qədər də güclü olmadıqlarını hiss etdiyi (Məhkum) bildirilir. Göründüyü kimi, protestdə göstərilən həmin fikirlər qeyri müəyyən olmaqla, heç bir sübutla təsdiq edilmir, əksinə, işin faktiki halları ilə təkzib olunur. Belə olan halda qeyd olunan fikirlər yalnız mülahizə (ehtimal) xarakteri daşıyır. Qanunun tələbinə görə i sə ittiham hökmü mülahizələrə (ehtimala) əsaslana bilməz. Qanun həm də tələb edir ki, bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə tövsif edilməlidir. Odur ki, protestin özündə təsvir edilən işin halları apellyasiya məhkəməsinin əməlin tövsifinə dair gəldiyi nəticənin düzgün olmadığı qənaətinə gəlməyə əsas vermir. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən cinayət hüququ nəzəriyyəsində təşəkkül tapmış fikirlərə də əsaslanır. Cinayət hüququ nəzəriyyəsinə görə təqsirkarın əməlinin CM-nin 123.1-ci maddəsi ilə düzgün tövsif edilməsi üçün iki hal — zəruri müdafiə vəziyyətinin yaranması və zərərçəkmiş şəxsin zəruri müdafiə həddi aşılmaqla qətlə yetirilməsi müəyyən edilməlidir. Zəruri müdafiə həddini aşma dedikdə, qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun gəlməyən q əsdən törədilən hərəkətlər başa düşülür. Zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə müxtəlif formalarda təzahür edə bilər: müdafiədə və hücumda istifadə edilən vasitələrin uyğun olmaması; müdafiənin qəsdlə müqayisədə daha intensiv şəkildə həyata keçirilməsi; müdafiə zamanı qəsdlə müqayisədə açıq-aşkar uyğun olmayan tədbirlərin seçilməsi... zəruri müdafiə həddinin aşılıbaşılmaması məsələsi həll edilərkən, müdafiə olunana qarşı yönələn qəsdin xarakteri və təhlükəlilik dərəcəsi, belə qəsdin qarşısının alınmasında onun gücü və imkanları (hücum edənlərin və müdafiə olunanların sayı, onların yaşı, fiziki inkişafı, silahın olub-olmaması, qəsdin baş verdiyi yer və vaxt, habelə hücum edənlərin və müdafiə olunanların qüvvələr nisbətini aydınlaşdırmağa real imkan verən sair hallar) nəzərə alı nmalıdır. Qəsdin xarakterinə açıq-aşkar uyğun gəlməyən müdafiə vəziyyətində qəsdən adam öldürmə hücum edənin qəsd etdiyi obyektlə (ictimai münasibətlərlə) də müəyyən edilir. Qəsd əmlaka qarşı yönəldilibsə, hücum edənin qətlə yetirilməsi zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə kimi tövsif edilməlidir. Lakin qəsd həyata qarşı yönəldilmişdirsə, bütün mümkün vasitələrdən istifadə etməklə (o cümlədən, zərərçəkmişi öldürməklə) hücumdan müdafiə olunmağa yol verilir. Əməlin zəruri müdafiə vəziyyətində edilən hərəkət kimi qiymətləndirilməsi üçün qəsd mövcud olmalıdır. Mövcud qəsd — başlamış, davam edən və hələ başa çatmamış ictimai təhlükəli əməldir. Ona görə də qəsd başa çatmışdırsa və belə vəziyyət təqsirkar tərəfindən dərk edilirsə, qəsd edənin həyatdan məhrum edilməsi ümumi əsaslar la (qəflətən yaranan güclü ruhi həyəcan vəziyyəti yoxdursa) CM-nin 120-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur... şəxsin müdafiə aktı başa çatmış hücum aktından bilavasitə sonra olsa da, işin vəziyyətinə görə müdafiə olunan üçün hücumun bitməsi vaxtı aydın olmadığı halda zəruri müdafiə vəziyyəti aradan qalxmış olmur. Belə vəziyyətdə də zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə cinayətinə yol verilə bilər... ictimai-təhlükəli qəsd faktiki başlamasa da, onun başlayacağına real təhlükə vardırsa, belə hallarda da qəsd başlanan qəsd kimi qiymətləndirilir və zəruri müdafiə vəziyyəti yaranır. Qəsdin başlanması üçün real təhlükə olduğunu dərk edən təqsirkarın zərərçəkmiş şəxsi qətlə yetirməsi hallarında da zəruri müdafiə həddi aşıla bilər. Zəruri müdafiə həddini aşmaqla adam öldür mə həm birbaşa, həm də dolayı qəsdlə törədilə bilər. Təqsirkar zəruri müdafiə vəziyyətində olduğunu, zəruri müdafiə həddini aşdığını və belə həddi aşmaqla zərərçəkmiş şəxsi öldürdüyünü dərk edir və onun ölümünü arzu edir, yaxud onun ölümünü arzu etməsə də, belə nəticəyə şüurlu surətdə yol verir. Zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürən şəxsin əsas məqsədi qəsd edənin həyatdan məhrum edilməsi deyil, ictimai-təhlükəli qəsddən müdafiə olunmaqdır. Ona görə də zəruri müdafiə həddini aşmaqla cinayət törədən şəxsin əməli baş vermiş faktiki nəticəyə görə tövsif edilməlidir. Əgər zərərçəkmiş şəxs ölmüşdürsə, əməl CM-in 123.1-ci, onun sağlamlığına ağır zərər vurulmuşdursa, 130-cu maddəsi ilə tövsif olunmalıdır... Zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürən şəxsin əməlində CM-in 120. 2ci maddəsində nəzərdə tutulan ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə cinayətinin əlamətlərindən hər hansı biri (bir neçəsi) olduqda da, əməl yalnız CM-in 123.1-ci maddəsi ilə tövsif olunmalıdır (Cinayət Məcəlləsinin doktrinal şərhi verilmiş Kommentariya). Qanunla nəzərdə tutulmuş qaydada toplanılmış, tədqiq edilərək yoxlanılmış, qiymətləndirilmiş sübutlarla təsdiq edilmiş işin hallarının cinayət qanunun müddəaları və cinayət hüququ nəzəriyyəsində təşəkkül tapmış həmin fikirlər baxımından təhlili apellyasiya məhkəməsinin əməlin tövsifinə dair gəldiyi nəticənin qanuni və əsaslı olduğunu göstərir. Göründüyü kimi, apellyasiya məhkəməsinin iş üzrə mövqeyinin (gəldiyi nəticələrin) qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya protestinin dəlilləri də buna əsas vermir. Məhkəmə koll egiyası belə qənaətə gələrkən aşağıdakı normaların tələblərinə də əsaslanır: Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsində göstərilmişdir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinin tələblərinə görə isə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Buna uyğun norma Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsində nəzərdə tutulmuş və göstərilmişdir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir, eyni ilə cinayət və cinayət- prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Buna uyğun norma Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsində göstərilmiş və təsbit olunmuşdur ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin 33.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsində göstərilmişdir ki, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə q arşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Kassasiya protestində bir sıra cinayət-prosessual qanunvericiliyinin normalarına istinad edilərək, bu normaların müddəaları göstərilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya məhkəməsinin qərarı protestdə istinad olunan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qəralarının müddəaları ilə də heç bir ziddiyyət təşkil etmir. Odur ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar, o cümlədən protestdə istinad edil miş Azərbaycan Respublikası CPM-nin 416.0.2 və 416.0.15-ci maddələrində nəzərdə tutulan hallar iş üzrə mövcud olmadığından apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalı, kassasiya protesti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 130.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 fevral 2019-cu il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin. Sədrlik edən: Əli Seyfəliyev Hakimlər: Mehparə Əhmədova İlqar Xələfov
Məhkəmə qərarları › İş №1(102)-932/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-932/2019
14.08.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver