Məhkəmə qərarları › İş №1(102)-933/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-933/2020

22.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-933/2020 22.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə; Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X10 və Məhkum müdafiəçisi X11 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 dekabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə cəza təyin edilməmiş Məhkum barəsindəki cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 mart 2020-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (sədrlik edən hakim Hüseyn Səfərov) 1(004)-87/2019 nömrəli 29 dekabr 2019-cu il tarixli hökmü ilə, Məhkum, xx xxxx 1976-cı il tarixdə ******* rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ******* rayonu, *************** qeydiyyatda olmaqla, Bakı şəhəri, ************ yaşamış, barəsində “ev d ustaqlığı” qətimkan tədbiri seçilmiş; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən Məhkum cəza təyin edilməmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinmişdir ki, o, 2014-cü ilin noyabr ayından 21-dən dekabr ayının əvvəllərinədək olan müddətdə Almaniya Federativ Respublikasının Bielefeld şəhərində olarkən yaxın münasibətlərdə olduğu həmin şəhərdə yaşayan D6 aralarında yaranmış yaxın münasibətlərdən irəli gələn etibarından sui-istifadə edərək inamını qazanıb sonuncuya məxsus ağ rəngli, *************, 2013-cü il buraxılışlı, «Mercedes Benz-E 200 CDİ minik» markalı avt omaşını 26.000 avro məbləğində qiymətləndirib, ilkin ödəniş kimi 16.000 avro pulu ona verməklə, qalan məbləği Bakı şəhərinə qayıtdıqdan sonra, avtomaşını sataraq verəcəyi vədi ilə aldadıb, avtomaşını şəxsən idarə etməklə 07.12.2014-cü il tarixdə “Şıxlı” sərhəd buraxılış məntəqəsindən Azərbaycan Respublikası ərazisinə daxil olduqdan sonra, Bakı şəhərində gömrük rəsmiləşdirilməsindən keçməsini təmin edərək, 09.12.2014-cü il tarixdə müvafiq dövlət orqanında xüsusi mülkiyyətində olan əmlak kimi rəsmiləşdirərək ******** dövlət nömrə nişanı alıb, satışını həyata keçirməyib həmin vaxtdan etibarən idarəçiliyi ilə istifadə edib, D6 sonrakı birgə ticarət əlaqələri zamanı maşının dəyərini tam ödəyəcəyini bildirib aldadaraq, sonuncunun müvafiq dövrün rəsmi məzənnəsi ilə 9.547 (doqquz min beş yüz qırx yeddi) manata bərabər 10.000 avro məbləğində pul vəsaitini əvəzsiz olaraq ələ keçirərək ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Hökmdən təqsirləndirilən şəxs Məhkum tərəfindən verilən apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin 1-(103)-324/2020 saylı, 02 mart 2020-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Vaqif Mursaqulov, hakimlər Mirzəli Abbasov və Elmar Rəhimovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 dekabr 2019-cu il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 mart 2020-ci il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Ka ssator Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsinin qərarı əsassız və qanunsuz olduğundan ləğv edilməli və ona bəraət verilməlidir. Belə ki, məhkəmə iclaslarının keçirilməsinə baxmayaraq, bu günədək zərərçəkmiş D6 qərəzli ərizəsinə əsasən onun barəsində hökm çıxarılmışdır, lakin zərərçəkmiş məhkəmə iclaslarında iştirak etməmiş nə istintaq, nədə ki, məhkəmə “zərərçəkmişi” dindirməmişdir. Apellyasiya məhkəməsində bununla bağlı dəfələrlə vəsatət verilsə də, təmin edilməmişdir. İşdə onun təqsirliliyini təsdiq edəcək başqa sübut yoxdur, dindirilmiş şahidlərin heç biri verilən ittihamla bağlı ifadələr verməmiş və məlumatları başqa şəxsin sözlərin eşitdiklərini bildirmişlər. İstintaq orqanı isə işin faktiki hallarını tam, hərtərəfli və obyektiv surət də araşdırmadan ona nə istintaq, nədə ki, məhkəmə araşdırmaları zamanı dindirilməmiş D6 Duqinin qərəzli ərizəsinə istinad etməklə belə bir ittiham vermişdir. Bakı Apellyasiya Məhkəməsi əsassız olaraq zərərçəkmişin məhkəmə iclaslarında iştirak etməməsinə baxmayaraq heç bir araşdırılma aparılmadan əsassız olaraq Yasamal Rayon Məhkəməsinin hökmünü dəyişdirilmədən saxlamışdır. Kassator göstərmişdir ki, onun hərəkətləri nəticəsində X8 hər hansı bir zərər dəymədiyi halda o, iş üzrə qanunsuz və əsassız olaraq zərərçəkmiş şəxs kimi tanınmışdır. Guya zərərçəkmiş kimi tanınan şəxs öz hüquqlarının müdafiəsi üçün məhkəmə iclasında iştirak edərək qanunla dəydiyi zərəri tələb etməlidir. Lakin, həmin şəxsi bu günədək görən olmamışdır. Bununla da məlum olur ki, zərərçəkmiş şəxs şifahi və yalandan heç bi r zərər dəymədən onun barəsində şikayət ərizəsi yazmışdır. Eyni zamanda istintaq orqanı işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmadan, müəyyən etdiyi halları sübuta yetirmədən, qərəzli ehtimallara CPM-in 143146-cı maddələrinə müvafiq olaraq sübutları tədqiq etmədən, cinayət törətmədiyi halda onu qanunsuz və əsassız olaraq cinayət məsuliyyətinə cəlb etmişdir. Kassator göstərilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin 1-(103)-324/2020 saylı 02.03.2020-ci il tarixli qərarının ləğv edilməsini və cinayət işinin icraatına bəratverici əsaslarla, əməlində cinayət tərkib olmadığına görə və təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin C inayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, kassasiya şikayətinin təmin edilməsinə dair müdafiəçi C6 və kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısı H6 çıxışlarını dinləyərək belə hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 mart 2020-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə ləğv edilməli və cinayət işi yeni apellyasiya baxışına təyin edilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllən in normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassator barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 mart 2020-ci il tarixli qərarının ləğv edilməsini və cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və bu tələblərini bir sıra dəlillərlə əsaslandırmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildi rərək aşağıdakılara əsasən apellyasiya məhkəməsinin qərarını əsaslandırılmamış hesab edir: Məhkəmə kollegiyası qeyd edir ki, ittihama əsasən Məhkum Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə ona görə təqsirli bilinmişdir ki, o, zərərçəkmiş şəxs D6 Duqiyə 9.547 (doqquz min beş yüz qırx yeddi) manata bərabər 10.000 avro məbləğində pul vəsaitini əvəzsiz olaraq ələ keçirərək zərərçəkmişə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsində ifadə vermiş təqsirləndirilən şəxs Məhkum ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməmiş və qeyd etmişdir ki, fərdi qaydada ticarət və həyətyanı təsərrüfatla məşğul olur. Ailədə 3 qardaş, 2 bacıdırlar, bacısı X5 təxminən 5-6 ildir ki, Almaniya Federativ Respublikasının Biele feld şəhərində, qardaşı X6 isə təxminən 3-4 il olar ki, Köln şəhərində ailəsi ilə yaşayırlar. Bacısı Y8 və qardaşı H6 övladları ilə Almaniyada oturum izni alıblar, pasportları var. Onların oturum iznini hansı qaydada almaları və kimin vasitəsilə Almaniyaya getmələri barədə hər hansı məlumatı yoxdur. Qardaşı Köln şəhərində marketdə yük boşaldan işləyir. Bacısı Y8 nə işlə məşğul olduğunu bilmir. Bacısı Azərbaycanda yaşadığı müddətdə “Azərbaycan” qəzetində jurnalist və digər dövlət qurumlarında fəaliyyət göstərmişdir. X1 ilk nikahı A6 adlı şəxslə olmuş və təxminən 2009-2010-cu ildə ailə mübahisəsi zəminində boşanmışlar. Yeganə uşaqları ilə Almaniyaya getdikdən sonra, təxminən 2014-cü ildə orada D6 adlı şəxslə tanış olmuşdur. D6 orada taksi sürücüsü işləyir və bacısı onun taksi xidmətlərində n istifadə edərkən azərbaycanlı olduğu üçün ünsiyyətləri yaranmışdır. D6 bacısına bildirdiyinə görə o, Almaniyada subay olmuş və ailəsi olmamamışdır. Bir dəfə Almaniyaya bacısı gilə qonaq gedən zaman D6 taksi kimi sürdüyü avtomobilinin üstündə bir əxlaqsız reklam görmüş, yəni həmin reklam onların mentalitetinə uyğun deyildi və D6 irad bildirərək demişdir ki, ayıb deyil, maşınına belə reklam vurmusan? D6 dedi ki, buna görə reklam firması ona pul verir. Digər taksilərdə həmin reklamı görməmişdir. Digər taksi sürücüsü söhbət zamanı ona D6in şəxsiyyətsiz adam olduğunu və ondan başqa heç kimin belə reklamı öz avtomobilində nümayiş etdirmədiyini bildirdi. Bacısı Yeganə və qardaşı X16 Respublikasına yaşamaq üçün getdikdən sonra, onların dəvəti ilə dəfələrlə Almaniyaya gedib-gəlmiş, həmçinin dolan ışıq üçün AFR-dən işlənmiş ucuz maşınları satın alaraq gətirib Azərbaycanda satmaqla məşğul olmuşdur. Bundan başqa, qardaşı Hamletin, eləcə də bacısı Yeganənin pulları ilə onların özlərinin aldıqları yuyucu tozlar, şampunlar, kolbasa-sosika məhsulları da alaraq Bakı şəhərinə gətirmiş və Bakı şəhərində yaşayan qardaşlarına, bacısına vermişdir. X2 aldığı maşınların pullarını özü ödəmişdir, ilkin kapital əldə etmək üçün özünə məxsus olan avtomaşınları satmışdır. Belə ki, öz adına olan 2009-cu il buraxılışlı Kia Sorento, 2011-ci il buraxılışlı Chevrolet Cruze, 2011 və ya 2012-ci il buraxılışlı Chevrolet Cruze, 2012-ci il buraxılışlı Toyota Prado markalı avtomobillərini satıb pul əldə etmişdir. Əldə etdiyi həmin pulla həm yol pulunu qarşılamış, həm də AFR-dən avtomobillər alıb gətirmişdir. Alma niya Federativ Respublikası ərazisindən nəqliyyat vasitələrini satın alıb Azərbaycana gətirərək satışı ilə məşğul olmasında D6 Duqi də iştirak etmişdir. Belə ki, D6 Duqi işlənmiş olsa da, yaxşı vəziyyətdə olan və normal qiymətə satıla bilən avtomaşınları Almaniya ərazisində axtarıb tapır, alman dilini bildiyindən bu maşınların sahibləri ilə danışıqlar aparır, zəruri olduqda behini ödəyirdi. D6 Duqi ilə aralarında olan razılığa əsasən hər bir avtomaşının Bakı şəhərində satışından əldə olunan pul vəsaitlərindən ona da pul verirdi. Pulları Almaniyaya qayıdarkən əlbəəl D6 verirdi. Maşın ticarəti ilə məşğul olduğu 2014-2015-ci illərdə dəfələrlə D6lə Azərbaycandan telefon əlaqəsi saxlamışdır. Uzun müddət keçdiyi üçün gətirdiyi maşınları dəqiqliklə neçəyə almasını, neçəyə satmasını, gömrük rəsmil əşdirilməsinin qiymətlərini, həmçinin yol xərclərini dəqiqliklə xatırlamır. Lakin D6lə elə ilk işlərində aralarında pulla bağlı xoşagəlməz insident yaşamışdır. Belə ki, 2014-cü ilin axırlarında, səhv etmirsə noyabr ayının sonlarında D6 Azərbaycana aparıb satmaq üçün ona ağ rəngli «Mercedes Benz –E 200» markalı maşın tapmışdır. Maşın səhv etmirəmsə 2013-cü il buraxılışlı idi. Həmin avtomobilə D6 26.000 avro qiymət qoymuşdur. D6 16.000 avro pul vermiş, 10.000 avronu isə maşını Bakı şəhərində satdıqdan sonra verməyi qərarlaşdırmışdılar. Həmin vaxt Bakı şəhərində 1 avronun rəsmi məzənnəsi 1 manata bərabər idi. Bakı şəhərinə gəldikdən sonra isə məlum olmuşdur ki, bu avtomaşın əvvəllər qəzaya düşmüş və təmir olunmuşdur. Bu səbəbdən maşını planlaşdırdığı qiymətə sata bilməmişdir, ümumiyyətlə isə uzun müddət ona alıcı tapa bilməmişdir, bu səbəbdən maşını satmayıb öz adına rəsmiləşdirmiş, hazırda da istifadəsindədir. Növbəti dəfə Almaniyaya gedərkən D6 irad bildirmişdir ki, onun seçdiyi avtomobil qəzalı çıxıb, D6 isə onunla razılaşmamış, maşının guya yaxşı vəziyyətdə olduğunu, həmin maşına şəxsən özünün bələd olduğunu, ilinin təzə olduğunu və bu səbəbdən onun normal qiymətə satıla biləcəyini, qiymətinin 26.000 avrodan aşağı olmayacağını bildirmişdir. Almaniyadan ilk işi olduğu üçün D6lə mübahisəetməmiş, ona verməli olduğu 10.000 manata bərabər 10.000 avro məbləğində pul vəsaitini gələcək qazancdən verməyi qərara almışdır. Bundan sonra D6in bələdçiliyi ilə sonradan 2 ədəd Dacia və 2 ədəd Fiat Fiarino markalı avtomobillər almışdır. Onları tək-tək hər dəfə Almaniyaya getdikcə hər biri təxminən 2100-2200 avro dəyərində almış, maşınları D6 tapmış, sahibləri ilə alman dilində danışıqlar aparmış, pulunu isə özü ödəmiş, hər bir maşının Bakı şəhərində satışından əldə etdiyi qazancı isə özünə götürmüş, D6 verməmişdir. Düşünmüşdür ki, D6in onun üçün maşın seçib tapmasına görə ondan hər hansı pul tələbi olmaz. Avtomobilləri Hamburg şəhərində gəmi ilə Gürcüstanın Batumi limanına göndərmiş və bütün daşınma və nəqliyyat xərclərini özü ödəmişdir. Həmin avtomobillər hamısı ağ rəngdə olmuşlar. Daha sonra hər dəfə Azərbaycana qayıtmış və gəmi Batumi limanına çatdıqdan sonra Batumiyə gedərək Gürcüstandan sürüb gətirmiş, gömrük rüsumunu da özü ödəmişdir. 2015-ci ilin payız aylarında bacısı Yeganəyə bildirmişdir ki, guya vergi orqanı onu külli miqdarda cərimə edib, həmin pulu ödəmək laz ımdır, bu əsasla da evdə olan ailənin ümumi əmlakı hesab olunan 60.000 avro pulu götürmüş və əlavə olaraq bildirmişdir ki, həmin pul çatmır və Berlində yaşayan azərbaycanlıdan 10.000 avro pul almışdır. Daha sonra borc aldığı həmin pulu şəxsən qaytarmayaraq, bacısına demişdir ki, həmin pulu Bakı şəhərində həmin şəxsin qohumuna çatdırmaq lazımdır. Bu səbəbdən D6 onunla mobil internetlə zəng edərək ona köməklik etməyini xahiş etmişdir. Bacısı Yeganəyə görə özündə satılıq olan və öz tərəfindən Almaniyadan gətirdiyi Dacia və Fiat Doble markalı avtomobilləri satandan sonra özünə məxsus pulu kömək kimi verə biləcəyini demişdir. Lakin D6 demişdir ki, həmin pul ona təcili lazımdır və özü maşınlar üçün müştəri tapacaqdır. Bundan sonra D6in dediyi Bakı şəhərində yaşayan adam onunla əlaqə saxlamış, hə min şəxs Buzovna qəsəbəsində yaşadığını ona demişdi, həmin şəxs Bilgəh qəsəbəsində yaşadığı ünvana yanında başqa bir şəxslə gəlmişdir. D6 ona Almaniyadan internetlə zəng edərək Almaniyada aldığı 10.000 avronun əvəzi olaraq həmin avtomobilləri qeyd olunan şəxsə verməyini istəmişdir. D6 demişdir ki, axı iki avtomobil 10.000 avroya çox ucuzdur, ziyan edirlər. D6 isə demişdir ki, Almaniyada vergi orqanı onu sıxır və vergini vaxtında ödəməsə həbs oluna bilər. Bu səbəbdən məcbur olub avtomobilləri həmin şəxsə vermişdir və verdikdən təxminən 1 ay sonra həmin şəxs gəlib avtomobilləri götürmüşdür. Bundan 1 ay sonra isə həmin şəxs ona zəng edərək Baş Dövlət Yol Polisi idarəsinə gəlməyini xahiş etmiş və ora gedərək gömrük rüsumu ödənilmiş lakin dövlət qeydiyyat nişanı alınmamış həmin avtomobilləri hə min şəxsin dediyi şirkətin adına sənədləşdirmişdir. Avtomobilləri ondan alan şəxs qarayanız, orta boylu, orta bədən quruluşlu, təxminən 55 yaşında, ağ-qara saçları olan Buzovna qəsəbəsində yaşadığını bildirən şəxsdir. Həmin şəxsin ad-soyadım bilmir və istifadəsində avtomobil olubolmadığını bilmir. D6 bir müddət sonra onun guya ona külli miqdarda pul borcumun olduğunu iddia etmişdir. Hətta bununla bağlı bacısı Almaniyadan zəng edib, onunla D6i telefonda danışdırmışdır da. D6 söhbət zamanı ona olan 10.000 avro pulu qaytarmasını tələb etmişdir. D6 cavab vermişdir ki, o, özü əslində onu ziyana salmışdır və ona qəzalı avtomaşın vermişdir, bundan başqa onun xahişi ilə iki maşını ucuz qiymətə satıb vermiş və ziyan etmişdir. D6 isə onun üçün maşın axtarıb tapmağa sərf etdiyi, yanacağa, qonaq kimi onu qarşılamağa və sair məsrəfləri özünə ziyan kimi hesablamış və həmin pulları da ödəməyi tələb etmişdir. D6 onun tələblərinin əsassız olduğunu dedikdə, sonuncu Almaniyada və Azərbaycanda olan əlaqələrindən istifadə edib onu cəzalandıracağını bildirmişdir. Almaniyadan alıb gətirdiyi avtomobillərin ümumi dəyəri gömrük və nəqliyyat rüsumlarını da hesablasa maksimum 50.000 manat edər. Həmin avtomobillərin içində isə heç bir satlıq mallar olmamışdır. X14 küçəsi 20 ünvanda yerləşən ofis bacısı Yeganəyə məxsusdur, lakin həmin ofisin təmiri üçün D6dən heç bir pul alınmamışdır. Həmin ofisi qardaşı Z6 kirayə verərək hər ay pulunu bacısına göndərir. Həmçinin qeyd etmək istəyir ki, X18 müvafiq orqanlarına müraciət edərək bacısı barədə iftira məzmunlu ərizələr yazmış və ərizədə guya bacısının onun 20 0.000 avro məbləğində pulunu mənimsəməsi, saxtakarlıqla məşğul olması, Almaniyada oturum izni almaq üçün saxta müsahibələr hazırlaması barədə qeydlər etmişdir. Bununla bağlı Almaniyada müvafiq araşdırmalar aparılmış və rəsmi qurumlar tərəfindən araşdırmalar üzrə bu faktların həqiqətə uyğun olmadığı müəyyən edilmiş və bacısının xeyrinə müvafiq qərarlar qəbul edilmişdir. D6 guya onun 200.000 avro məbləğində pulunu ələ keçirməsi, Bakı şəhəri ************* küçəsi 20 saylı evdə yerləşən mənzilin təmiri üçün pul verməsi, maşınların gömrük rəsmiləşməsi üçün ona pul verməsi həqiqətəuyğun deyildir. Bununla da o, avtomobili D6dən almayıb, başqa şəxsdən, yəni almaniyalı sahibindən alıb. D6in rolu ancaq bundan ibarət olmuşdur ki, Alman dilini bilmədiyi üçün D6 alman dilini bildiyi üçün avtomobil sat anları maraqlanıb tapmış, avtomobil satıcısının arasında danışıqları aparmışdır, lakin avtomobilin pulunu D6 ödəməmişdir, o özü avtomobil sahiblərinə ödəmişdir. Avtomobilin Azərbaycana gətirilməsi ilə bağlı xərcləri də özü çəkmişdir. D6 avtomobil almaqda ona Alman dilində danışıq aparmaqla köməklik göstərmək nəticəsində, D6in rolunun yalnız almanca danışıq aparmaq olduğu təqdirdə, avtomobil alınmasında D6in hər hansı bir xərc çəkmədiyi təqdirdə, D6in onun üçün maşın seçib tapmasına görə ondan hər hansı pul tələbi ola bilməz. D6 onun əvəzindən pul da ödəməmişdir ki, ona borclu qalsın. Belə olduğu təqdirdə onun tərəfindən D6 maddi zərər vurula bilməz. Həmçinin istintaq dövründə dindirilmiş şahidlərin də heç biri ümumiyyətlə onunla D6 arasındakı hər hansı bir danışıqda iştirak etməmişlər. Şah idlərin əksəriyyəti ümumiyyətlə D6i qiyabi tanıyırlar, ümumiyyətlə D6in adını eşidiblər, onu görməyiblər, digər qismi isə ümumiyyətlə D6i nəinki 2014-cu ilin noyabr-dekabr ayında, ümumiyyətlə 2014-cü ildən də 15 ildən artıq müddətdə ümumiyyətlə görməyiblər, ünsiyyətdə olmayıblar. Ona görə də hər hansı bir cinayət törətmədiyi üçün, bununla bağlı heç bir sübut olmadığı üçün barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarından görünür ki, iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış D6 ilə təqsirləndirilən şəxs Məhkum arasında hər hansı bir üzləşdirmə istintaq hərəkəti keçirilməmişdir. Halbuki, iş materiallarındakı zərərçəkmişin elektron ərizəsindəki göstərilən xüsusatlarla Məhkum ifadələri arasında ziddiyyətlər olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarından müəyyən edilir ki, bu cinayət işinin başlanmasına səbəb X9 Azərbaycan Respublikasının Baş Prokuroruna ünvanladığı 20 may 2017-ci il elektron müraciəti olmuşdur (cild 1, iş vərəqə 14-15). Cinayət işinin materiallarındakı alman dilində olan arayışın tərcüməsində göstərilmişdir ki, biz təsdiq edirik ki, (kimlərin təsdiq etdiyi müəyyən deyildir) Duqi D6 Məhkum adına Hamburqdan Batumiyə 5 (beş) avtomobil gəmi ilə göndərmişdir. İlk avtomobilin gətirilməsi üçün D6 600, 00 Avro pul ödəmişdir. (cild 1, iş vərəqə 19-20). Qeyd edilən arayışda GTG-Global Trading GmbH Ausşieger allee 185, 20539 Hamburg ştampı və ştampın altında əllə yazılmış “KakaL” yazısı vardır. GTG-Global Trading GmbH firmadır və ya notariat orqanıdır - müəyyən deyildir? İstintaq orqanı və işə baxan məhkəmələ r isə bu arayışa heç bir aydınlıq gətirməmişlər. Bundan başqa, cinayət işinin materiallarındakı alman dilində olan yazının tərcüməsində göstərilmişdir ki, şahidlərin ifadəsi – Bilefeld 28.22.2014-cü il. biz təsdiq edirik ki, D6 öz avtomobili - Mersedes Benz E 200 CDİ, 26.000 Avro dəyərində razılaşdırılmış net qiyməti Məhkum vermişdir. O, bir ay müddətində maşını Azərbaycanda satmalı və bundan sonra 26.000,00 Avro məbləğində pulu D6 ödəməli idi. İmzalar: Y6, N6. (cild 1, iş vərəqə 18, 21). Məhkəmə kollegiyası vurğulayır ki, cinayət işinin materiallarından müəyyən edilir ki, istər iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış D6, istərsə də arayışa şahid kimi imza edən Y6 və N6 nə ibtidai istintaq, nədə ki, məhkəmə araşdırmaları zamanı dindirilməmiş, ifadələrinin alınması barədə hər hansı bir xarici dövlətin hüquq mühafizə orqanına tapşırıq verilməmiş, təqsirləndirilən şəxslə üzləşdirilməmiş və təqsirləndirilən şəxs onun əleyhinə ifadə vermiş şahidləri dindirmək hüququndan məhrum olmuşdur. Belə ki, İnsan Hüquqlarının və X7 X4 6-cı maddəsinə əsasən Hər kəs,... ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi x üsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər.

2. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.

3. Cinayət törətməkdə ittiham olunan hər kəs, ən azı aşağıdakı hüquqlara malikdir: (a) ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında onun başa düşdüyü dildə dərhal və ətraflı məlumatlandırılmaq; (b) öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmaq; (c) şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə, belə müdafiədən pulsuz istifadə etmək; (d) onun əley hinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsinə nail olmaq və onun əleyhinə ifadə vermiş şahidlərlə eyni olan şərtlərlə lehinə olan şahidlərin çağırması və dindirməsi hüququna malik olmaq. İnsan Hüquqlarının və X7 X4 6-cı maddəsinin 3-cü hissəsinin (d) bəndindən görünür ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun əleyhinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsinə nail olmaq və onun əleyhinə ifadə vermiş şahidlərlə eyni olan şərtlərlə lehinə olan şahidlərin çağırması və dindirməsi hüququna malikdir. İnsan Hüquqlarının və X7 X4 6-cı maddəsinin 3-cü hissəsinin (d) bəndinin tələbindən hazırki işə yanaşdıqda nə müəyyən edilir? Məhkum ona qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməllərini törətməsi barədə əleyhinə ifadə ve rmiş zərərçəkmiş şəxs D6 və şahidlər Y6, N6 dindirmək istəyir, amma işə baxan məhkəmələr tərəfindən onun müdafiə hüququ təmin edilmir. Bu cür şərtlərlə təqsirləndirilən şəxsin müdafiə hüququnu çıxılmaz vəziyyətə salmaq Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin və İnsan Hüquqlarının və X7 X4 6-cı maddəsinin tələblərinin kobud surətdə pozulmasıdır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi işə yenidən baxarkən sübutların mənbəyinin mötəbərliyini müəyyənləşdirməlidir. Çünki sübutlara qiymət verilməsində bu mütləq şərtdir. Belə ki, CPM-in 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqay isə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 146.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Lakin məhkəmə qərarlarından müəyyən edilir ki, işə baxan məhkəmələr Məhkum təqsirliliyinin əsasını təşkil edən sübutların mötəbərliyini yoxlamamış, ittiham orqanı tərəfindən təqdim edilən zərərçəkmişin və əsas şahidlərin məhkəmə araşdırmaları zamanı dindirilməsini, həmçinin müdafiə tərəfindən dindirilməsini təmin etməmiş, zərərçəkmişin və şahidlər Yaşar Günbatan və Nedim Öztürkün ibtidai istintaq orqanı tərəfindən də dindirilməməsini nəzərə almamış, CPM-in 125, 144-146-cı maddələrinin tələbləri kobud surətdə pozulmuş və nəticədə əsaslandırılmamış qərar qəbul edilmişdir. Azərbaycan Respublikası CPM-in 33.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-in 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Azərbaycan Respublikası CPM-in 125.2-ci maddəsinə əsasən, aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; 125.2.3. şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə. CPM-in 125.3-ci maddəsinə əsasən, bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış mə lumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin mübahisələndirilən qərarını göstərilən səbəblərdən əsassız hesab edir və qeyd edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Taxquet Belçikaya qarşı" 13 yanvar 2009-cu il, "Xirvisaari Finlandiyaya qarşı" 27 sentyabr 2001-ci il, "X17 qarşı" 9 dekabr 1994-cü il və "Hacianastassion Yunanıstana qarşı" 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, əsaslandırmanın səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alınmadığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Məhkəmə qeyd edir ki, sübutlar elə əldə edilməlidir ki, Konstitusiyada və ya Cinayət Prosessual Qanunvericiliyində təsbit edilmiş insan və vətəndaşın konstitusion hüquq və azadlıqlarını məhdudlaşdırmasın və ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına, eyni zamanda cinayət törətmiş hər bir şəxsin cinayət məsuliyyətinə cəlb edilib cəzalandırılmasına və təqsiri olmayan şəxsin bə raət almasına xidmət etmiş olsun. Belə ki, CPM-in 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, CPM-in 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Məhkəmə kolle giyası qeyd edir ki, istintaq orqanının gəldiyi nəticəyə hər bir halda məhkəmələr qiymət verir. Hakimlər isə cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələr ilə bağlı deyillər. (CPM 25.2) Beləliklə, kassasiya kollegiyası məhkum tərəfindən verilən kassasiya şikayətinin dəlilləri ilə qismən razılaşır və belə nəticəyə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin 02 mart 2020-ci il tarixli qərarı ləğv edilməli və cinayət işi yeni apellyasiya baxışına təyin edilməlidir. Apellyasiya instansiyası məhkəməsi işə yenidən baxarkən CPM-in 144-146-cı maddələrinə uyğun olaraq sübutları hərtərəfli və obyektiv surətdə tədqiq etməli, sübutlara CPM-in 125-ci maddəsinin tələbləri nəzərə alınmaqla düzgün qiymət verməli, ittiham orqanı t ərəfindən təqdim edilən zərərçəkmiş və şahidlərin məhkəmədə dindirilməsini, həmçinin müdafiə tərəfindən dindirilməsini təmin etməli və təsdiq edilmiş mötəbər sübutlara söykənən əsaslandırılmış qərar qəbul etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.3-cü maddələrinin tələblərinə əsasən, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə kassasiya instansiyası məhkəməsinin apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarının ləğv edilməsinin və ya dəyişdirilməsinin əsasları barədə səlahiyyətlərini təsbit edir. Məhkəmə kollegiyası hazırki halda apellyasiya məhkəməsinin qərarının ləğv edilməsinin əsası kimi apellyasiya məhkəməsi tərəfindən göstərilən qanun müddəalarının pozulmasını görür. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayətprosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq Məhkum Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 mart 2020-ci il tarixli qərarından verdiyi kassasiya şikayətinin dəlilləri ilə qismən razılaşır və belə nəticəyə gəlir ki, Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 mart 2020-ci il tarixli qərarının kassasiya şikayətinə münasibətdə ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi qanuni və əsaslıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.3 və 419.10.2-ci maddələrini rəhbər tutaraq, məhk əmə kollegiyası, QƏRARA A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 mart 2020-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə ləğv edilsin və cinayət işi yeni apellyasiya baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar