Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-933/2021 23.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru X9, məhkum Məhkum və onun müdafiəçisi – fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 n oyabr 2020-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxx 1973-cü il tarixdə Cəlilabad rayonunun Kövüzbulaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonunun Kövüzbülaq kəndində qeydiyyatda olmuş və orada yaşamışdır. 2. 14 mart 2019-cu il tarixdə Cəlilabad RPŞ-nin tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərarı qəbul olunmuşdur. Həmi qərarda qeyd edilmişdir ki, xx.xx.1973-cü il tarixdə Cəlilabad rayonunda anadan olan, Cəlilabad rayonu, Kövüzbulaq kəndində qeydiyyatda olan Məhkum narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ba rədə məlumat daxil olmuşdur. Bu səbəbdən vətəndaş Məhkum üzərində narkotik vasitənin və digər psixotrop maddənin olub-olmamasının yoxlanılmasından ötrü müvafiq əməliyyat–axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Həmçinin daxil olmuş məlumat nəzərə alınaraq, həmin şəxsin cinayət başında yaxalanmasını təmin etmək məqsədi ilə təxirəsalınmaz əməliyyat tədbirlərinin keçirilməsi üçün istintaq-əməliyyat qrupu yaradılmışdır. 3. 14 mart 2019-cu il tarixdə tərtib edilmiş Cəlilabad RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı A.Abbasov Cəlilabad RPŞ-nin rəisi, polis polkovniki M.Quliyevə yazdığı raportdan, cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında, şəxsin üzərində baxış keçirilməsi və avtomobildə baxış keçirilməsi və maddi sübut ola biləcək predmetin aşkar edilib götürülməsi haqqında protokollardan görünür ki, Məhkum 14.03.2019-cu il tarixdə saat 02 radələrində Cəlilabad şəhəri, H.Əliyev prospekti ilə özünün idarə etdiyi “VAZ 2107” markalı, **-FS-*** markalı avtomobil ilə hərəkətdə olan zaman əməliyyat müşahidəsinə götürülmüşdür. Təxminən 5-10 dəqiqədən sonra polis əməkdaşları Məhkum yaxınlaşaraq özlərini təqdim etdikdən sonra üzərində narkotik maddə, qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet olub olmamasını soruşmuş, sonuncu avtomobilində qanunla dövriyyəsi qadağan olunmuş narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra onlar Məhkum Cəlilabad RPŞ-nə dəvət etmiş, sonuncu onların dəvətinə etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə nə gəlməyə razılıq vermişdir. Təxminən 20 dəqiqə sonra Məhkum üzərində və avtomobilinə baxış keçirilmiş və narkotik maddəyə bənzər kütlə aşkar edilərək götürülmüşdür. 4. 14 mart 2019-cu il tarixdə Məhkum ətrafında müvafiq əməliyyat–axtarış tədbirlərinin həyata keçirilməsi barədə qəbul olunmuş qərarın surəti məlumat üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilmişdir. Qərar üzrə məhkəmə nəzarəti qaydasında yoxlama aparılmamış və müvafiq qərar qəbul edilməmişdir. 5. 29 iyun 2019-cu il tarixdə Cəlilabad Rayon Prokuroru tərəfindən təsdiq olunmuş ittiham aktı ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham irəli sürülmüşdür. 6. 12 iyul 2019-cü il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və məhkəmə baxışına təyin olunmuşdur.
7. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddəni qaçaqmalçılıq yolu ilə əldə edib daşıyaraq saxlamışdır. Belə ki, X1 məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə etmə, saxlama və daşıyaraq qaçaqmalçılıq yolu ilə keçirilməsi məqsədi ilə digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi külli miqdarda narkotik vasitə olan heroin və tiryəki, psixotrop maddə olan metamfetamini ona məlum olan yerdən götürüb satışını h əyata keçirəcəyini qabaqcadan cinayətkar qrupun üzvünə vəd verib və qeyriləri ilə razılaşaraq onlarla qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib məlum olmayan vaxtda İran İslam Respublikasının ərazisindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının Biləsuvar rayonunun ərazisinə keçirilmiş həmin narkotik vasitələrin və psixotrop maddənin Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonunun ərazisindən keçən hissəsində yolun kənarında inşa edilərək üzərinə “Biləsuvar” yazısı həkk edilmiş tikilinin arxasında gizlədilməsi barədə 13 mart 2019-cu il tarixdə qrupun digər üzvündən məlumat aldıqdan sonra razılaşmanın üzərinə düşən tərəfini yerinə yetirmək məqsədi ilə həmin gün saat 20 radələrində idarə etdiyi VAZ-2107 markalı, **-FS-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin yerə gedib oradan 2 ədəd torbadakı 11 ədəd polietilen bağlamada, ayrı-ayrılıqda 1000 qram, 1150 qram, 950 qram, 520 qram, 380 qram, 500 qram, 850 qram, 360 qram, 980 qram, 485 qram və 1200 qram olmaqla cəmi, külli miqdarda-8375 qram (8 kq 375 qram) narkotik vasitə olan heroini, 3 ədəd polietilen bağlamada, ayrı-ayrılıqda 2235 qram, 1330 qram və 1570 qram olmaqla cəmi, külli miqdarda-5135 qram (5 kq 135 qram) narkotik vasitə olan tiryəki və 2 ədəd polietilen bağlamada, ayrı-ayrılıqda 605 qram və 210 qram olmaqla cəmi külli miqdarda-815 qram psixotrop maddəolan metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edib avtomobilinin yük yerində daşıyaraq yaşadığı Cəlilabad rayonunun Uzuntəpə k əndində yerləşən evinə gətirmiş və heroinin 10 bükümünü yaşadığı evin həyətində yerləşən tikilidə, heroinin qalan1 bükümünü, habelə tiryək və metamfetamini evinin birinci mərtəbəsində yerləşən otaqda gizlədib qanunsuz olaraq saxlamış, daha sonra həmin heroinin 1 bükümdə olan 1000 qramını gizlətmiş olduğu tikilidən götürüb satış məqsədi ilə istifadə etdiyi VAZ-2107 markalı, **-FS-*** dövlət qeydiyyat nişanlı avtomobilində daşıyarkən daxil olmuş əməliyyat məlumatı əsasında Cəlilabad RPŞ-nin əməkdaşlarının 14 mart 2019-cu il tarixdə, saat 02 radələrində Cəlilabad şəhərində keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılmış və avtomobilinə baxış zamanı avtomobilinin qabaq sol oturacağının alt hissəsindən bir bükümdə külli miqdarda-1000 qram narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Bundan sonra əməliyyat tədbiri davam etdirilərək Məhkum yaşadığı Cəlilabad rayonunun Uzuntəpə kəndində olan fərdi yaşayış evinə baxış keçirilərkən evin birinci mərtəbəsində olan otaqdan bir polietilen bağlamada 3 ədəd bükümdə, ayrı-ayrılıqda 2235 qram, 1330 qram və 1570 qram olmaqla cəmi, külli miqdarda-5135 qram narkotik vasitə olan tiryək, bir ədəd bükümdə quru vəziyyətdə külli miqdarda-1200 qram narkotik vasitə olan heroin və bir ədəd torbada 2 ədəd bükümdə, ayrı-ayrılıqda 605 qram və 210 qram olmaqla cəmi, külli miqdarda-815 qram psixotrop maddə olan metamfetamin və evin həyətindəki tikilidən bir ədəd polietilen bağlamada, 9 ədəd bükümdə, ayrı-ayrılıqda 1150 qram, 950 qram, 520 qram, 380 qram, 500 qram, 850 qram, 360 qram, 980 qram və 485 qram olmaqla cəmi, külli miqdard a-6175 qram narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. 8. 16 iyul 2019-cu il tarixdə cinayət işinə məhkəmə baxışı başlamış və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 fevral 2020-ci il tarixli, 1(99)-08/2020 saylı hökmü ilə (hakimlər: X11 (sədrlik edən), X10 və X4 ibarət tərkibdə) Məhkum Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin məhkum edilmişdir.
9. Hökmdən məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Müdafiəçi 10 mart 2020-ci il tarixdə apellyasiya şikayəti vermişdir. Şikayətdə qeyd edilmişdir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin Məhkum barəsində çıxardığı 21 fevral 2020-ci il tarixli hökm cinayət prosessual normala rının pozuntuları ilə qəbul edilmiş, onun əsasını zorakılıq və hədə-qorxu tətbiq edilməsi, cinayət işi başlamadan həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkəti nəticəsində və əldə edilməsinə şübhələr olan sübutlar təşkil etmişdir.
10. Məhkum edilmiş şəxs Məhkum tərəfindən 26 may 2020-ci il tarixdə apellyasiya şikayətinə əlavə verilmişdir. Apelyasiya şikayətinə əlavəsində o, müdafiəçisinin apelyasiya şikayətini müdafiə edərək, onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Belə ki, o, heç vaxt İrana keçməmiş, qaçaqmalçılıq cinayətini törətməmişdir. Ondan narkotik vasitə aşkar olunmamışdır. Övladlarının həbs ediləcəyi ilə hədələndiyi üçün ilkin istintaq zamanı etiraf edici ifadələr vermişdir. Aşkar olunmuş narkotik vasitəni polis əməkdaşları ərzaq məhsullarından özləri h azırlamışlar.
11. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 may 2020-ci il tarixli ilkin baxış iclasının qərarı ilə məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti mümkün sayılmış və həmin şikayət üzrə cinayət işinə məhkəmə baxışı məhkəmə istintaqının aparılması nəzərdə tutulmadan 17 iyun 2020-ci il tarixə təyin edilmişdir.
12. Apellyasiya məhkəməsi Müdafiəçi dəlilləri ilə razılaşmamış və belə qənaətə gəlmişdir ki, Məhkum Cinayət Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi, onun özünün ibtidai araşdırmanın ilkin mərhələsində verdiyi etirafedici ifadəsi, birinci instansiya məhkəməsində şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol və ekspertiza rəyləri və digər istintaq materialları ilə t am sübuta yetirilmişdir. Apellyasiya instansiya məhkəməsinin qənaətinə görə ibtidai araşdırma və birinci instansiya məhkəməsi qanuni üsullarla toplanmış sübutları tam araşdırmaqla X5 ittiham olunan cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməlini düzgün tövsif etmişdir. Apellyasiya şikayətində cinayət qanununun normalarına istinad edilsə və bu normaların müddəaları göstərilsə belə, həmin normaların tələbləri pozulmamışdır.
13. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 noyabr 2020-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim E.İ.Əliyev, hakimlər E.Ə.Camalov və R.M.Cəfərovdan ibarət məhkəmə tərkibi) Məhkum və onun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Məhkum Azərbay can Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 fevral 2020-ci il tarixli, 1(99)-08/2020 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır.
14. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 noyabr 2020-ci il tarixli qərarından məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti vermişdir. II. Kassasiya şikayətinin dəlilləri və şikayətə qarşı etirazlar
15. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətini apelyasiya instansiya məhkəməsi qarşısında qaldırdığı eyni dəlillərlə əsaslandrımışdır. Kassasiya şikayətində göstərilən dəlillər araşdırılmaqla, 1-ci instansiya məhkəməsi və apelyasiya instansiya məhkəməsində yol verilmiş prosessual pozuntuların aradan qaldır ılması, cinayət işi materiallarında olan sübutların tam, obyektiv və hərtərəfli tədqiq edilməsi və iş üzrə ədalətli qərar qəbul edilməsi məqsədi ilə Şirvan Apelyasiya Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli 1(106)-290/2020 nömrəli qərarının ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi xahiş edilmişdir.
16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Kassasiya müraciətinə baxılmasında iştirak etmiş şəxslərin çıxışları
17. Məhkumun müdafiəçisi Müdafiəçi çıxışında bildirdi ki, Məhkum barəsində olan cinayət işində prosessual pozuntulara yol verilmiş, bu haqda kassasiya şikayətində geniş şərh edilmişdir. Buna görə, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin olunmasını və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegi yasının 04 noyabr 2020-ci il tarixli qərarının ləğv edilib, cinayət işinin yeni apellyasiya baxışa göndərilməsini xahiş edir.
18. Məhkum çıxışında bildirdi ki, müdafiəçisinin çıxışı ilə tam razıdır, onun narkotiklə heç bir əlaqəsi olmayıb. Cinayət işinin yenidən istintaqa göndərilməsində köməklik göstərilməsini və barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir.
19. Dövlət ittihamçısı X14 çıxışında bildirdi ki, kassasiya şikayətini əsassız hesab edir. Hesab edir ki, apellyasiya instansiyası məhkəməsi məhkum barəsində qanuni, əsaslı və ədalətli qərar qəbul etmişdir. Buna görə, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin olunmamasını və Məhkum Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzr ə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 noyabr 2020-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edir. IV. İşə aid qanunvericilik və məhkəmə təcrübəsi
20. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin müvafiq maddələri aşağıdakıları müəyyən edir: Maddə
21. Təqsirsizlik prezumpsiyası “21.1. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. 21.2. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqs irləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.” Maddə
28. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi “... 28.4. Cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələr aşağıdakı vəzifələri yerinə yetirməlidirlər: 28.4.1. cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etm ək; 28.4.2. şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq; 28.4.3. şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq;... 28.5. Şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır....” Maddə
33. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi “33.1. Hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplan mış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. 33.2. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. 33.3. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 33.4. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir.” Maddə
124. Sübutların anlayışı və növləri “124.1. Məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin t ələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı;...” Maddə
125. Sübutların mümkünlüyü “125.1. Məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 125.2. Aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; 125.2.2. zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; 125.2.3. şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə;... 125.2.7. istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda;...” Maddə
137. Əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş materiallardan sübut kimi istifadə edilməsi “Əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər.” Maddə
144. Sübutların yoxlanılması “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.” Maddə
145. Sübutların qiymətləndirilməsi “145.1. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir....” Maddə
353. Məhkəmə hökmünün məzmunu “... 353.2. Məhkəmənin ittiham h ökmünün təsviri-əsaslandırıcı hissəsində aşağıdakılar göstərilməlidir:... 353.2.2. məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar və onun tərəfindən digər sübutların rədd edilməsinin motivləri;...” Maddə
397. Apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılması hüdudları “397.1. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır....” Maddə
416. Məhkəmənin hökm və ya qərarının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar “416.1. Kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və y a dəyişdirmək hüququna malikdir: 416.1.1. məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.1.2. məhkəmə bu Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə;...” Maddə
419. Kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxılması “419.1. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nə ticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir.... 419.10. Cinayət prosesi tərəflərinin çıxışından sonra kassasiya instansiyası məhkəməsinin hakimləri yerində müşavirə apararaq və ya məhkəmənin müşavirə otağında aşağıdakı qərarlardan birini çıxarırlar:... 419.10.2. məhkəmənin hökm və ya qərarını ləğv etmək və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasını təyin etmək;... 419.11. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz....” Maddə
445. Məhkəmənin qərarı əsasında həyata keçirilən əməliyyat-axtarış tədbirləri “... 445.2. «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş hallarda bu Məcəllənin 445.1-ci maddəsində göstərilən əməliyyat-axtarış tədbirləri məhkəmənin qərarı olmadan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsinin əsaslandırılmış qərarı ilə həyata keçirilə bilər. Bu halda əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi müvafiq tədbir aparıldıqdan sonra 48 saat müddətində əməliyyat-axtarış tədbirinin aparılması barədə əsaslandırılmış qərarı məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim etməlidir.” Maddə
449. Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət verilməsi “ 449.1. Məhkəmə nəzarətini həyata keçirən məhkəməyə cinayət prosesini həyata keçirən orqanın aşağıdakı şəxslərinin prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilə bilər: 449.1.1. təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin);... 449.1.4. müstəntiqin;... 449.2. Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından aşağıdakı şəxslər şikayət vermək hüququna malikdirlər: 449.2.1. təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi;... 449.3. Bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər aşağıdakılarla bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər:... 449.3.3. tutulmuş, həbs edilmiş və ya barəsində ev dustaqlığı qətimkan tədbiri s eçilmiş şəxsin hüquqlarının pozulması;... 449.3.4. həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi;...” 21. "Əməliyyat-axtarış fəaliyyəti" haqqında Azərbaycan Respublikasının Qanunu Maddə
10. Əməliyyat-axtarış tədbirləri “... İV. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğu hallarda əməliyyat-axtarış fəaliyyətinin subyektləri hakimin qərarı olmadan: 1) şəxsiyyət əleyhinə ağır cinayətlərin və ya xüsusi təhlükəli dövlət cinayətlərinin qarşısının alınması üçün telefon danışıqlarına qulaq asa, poçt, teleqraf və digər göndərişlərini yoxlaya, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanı çıxara, habelə insanları güdə bilərlər; 2) cinayəti hazırlayan, törədən, törətmiş, cəzaçəkmə müəssisələrindən və ya hə bsdən qaçmış və gizlənən şəxslərin yaxalanması, yanğın, partlayış və ictimai təhlükəsizliyə qəsd edən və ya qəsd edə biləcək halların aradan qaldırılması üçün binalara, o cümlədən yaşayış binalarına, habelə digər qapalı tikililərə, qurğulara və torpaq sahələrinə baxış keçirə bilərlər....” Maddə
12. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərarlar, yazılı tapşırıqlar və sorğular “... İİ. Əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarda... belə tədbirin zəruriliyi əsaslandırılmalıdır....”
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” fevral 2015-ci il tarixli qərarı “... - əməliyyat-axtarış tədbirinin aparılması barədə qə rara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanuna uyğun əldə olunduqda və CPM-in tələblərinə uyğun təqdim edildikdə və məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər....” V. Hüquqi məsələlər
23. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir (bax, paraqraf 20).
24. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CinayətProsessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
25. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
26. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi (bax, paraqraf 20) müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.
27. Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində məhkumun təqsirli bilinməsi barədə nəticənin sübutetməyə dair cinayət-prosessual qanunun tələblərinə riayət edilmədən əldə olunduğu iddia edilərək, apellyasiya məhkəməsinin qərarını ləğv edilməklə, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Bununla da o, kassasiya tələbini Azərbaycan Respublikası CPM-nin 416.1.2-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.
28. Odur ki, məhkəmə kollegiyası məhkum Ə.B. Baxşiyevin müdafiəçisi Müdafiəçi kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 noyabr 2020-ci il tarixli qərarının qanuniliyini və əsaslığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
29. Azərbaycan Respublikası CPM-nin 33.2, 124.1.1 və 125.2-ci maddələrinin ümumi məzmununa əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən yalnız cinayətprosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə, cinayət prosesi iştirakçılarının insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmasına yol verməməklə, zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq etməməklə, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarını pozulmamaqla, istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarına riayət edilməklə əldə edilmiş sübutlar cinayət təqibi üzrə mümkün hesab olunur (bax, paraqraf 20).
30. Cinayət-prosessual qanunvericiliyinin, o cümlədən Azərbaycan Respublikası CPMin 21, 28, 33.1, 144, 145 və 353.2.2-ci maddələrinin tələblərindən göründüyü kimi, cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarının mülahizələrə əsaslana bilməsinin istisna edilməsi və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunması tələbində təsbit olunmuşdur. Cinayət mühakimə icraatını həyata keçirən hakimlər cinayət işi üzrə toplanmış sübutların mənbəyinin mötəbərliyini yoxlamalı, onları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirməlidirlər. Nəticə olaraq, qanunverici məhkəmənin ittiham hökmünün təsviriəsa slandırıcı hissəsində məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutların və onun tərəfindən digər sübutların rədd edilməsi motivlərinin göstərilməsi tələbini müəyyən etmişdir (bax, paraqraf 20).
31. Oxşar yanaşma Avropa İnsan Hüquqları Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) ədalətli məhkəmə baxışına aid müəyyən etdiyi ümumi prinsiplərdə öz yerini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin mövqeyinə görə, milli məhkəmələr tərəfindən maddi sübutların və xüsusən də onların əldə edilməsi hallarının lazımi qiymətləndirməsi, prosessual baxımdan ədalətli məhkəmə baxışının təmin edilməsi üçün həlledici əhəmiyyət daşıyır (bax, Kobiaşvili Gürcüstana qarşı, № 36416/06, § 60, 14 mart 2019 və Meqreşvili Gürcüstana qarşı [Komitə], № 30364/09, §§ 33-39, 7 may 2020). Məhkəmə prosesinin ədalətl iliyi qiymətləndirərkən, sübutların mümkünlüyü, o cümlədən onların həqiqiliyi və dəqiqliyinə təsir edə biləcək əldə edilmə halları nəzərə alınmalıdır (bax, Bıkov Rusiyaya qarşı [BP], № 4378/02, §§ 88-90, 10 mart 2009).
32. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum edilməsinin əsasını ittiham şahidlərinin verdiyi ifadələrlə yanaşı maddi sübutlar, yəni onun avtomobilindən və evindən aşkar edilərək götürülmüş narkotik maddələr təşkil edir. Kassator maddi sübut olan narkotik maddələrin mötəbərliyini 2 ümumi əsasla mübahisələndirir. Birincisi, onun fikrincə, ibtidai istintaq dövründə narkotik maddələrin ona məxsus olmasına dair verdiyi və sonradan hökmün əsasını təşkil edən, narkotik maddələrin ona məxsus olmasına dair ifadəsini o, hədə-qorxu nəticəsində vermişdir. Kassatorun ikinci arqumentinə görə, narkotik maddələr ümumiyyətlə ona məxsus olmamış, polis əməkdaşları tərəfindən əvvəlcədən onun avtomobilində və evində yerləşdirilmiş və prosessual pozuntulara yol verməklə aparılmış əməliyyat-axtarış tədbiri nəticəsində əldə edilmişdir.
33. Kassatorun irəli sürdüyü birinci dəlili ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
34. Azərbaycan Respublikası CPM-nin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tut ulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilə (bax, yuxarıda paraqraf 20).
35. Qanunvericiliyin tələblərindən göründüyü kimi, ibtidai istintaq dövründə qeyri-insani və ya şəxsiyyəti alçaldan, yaxud hər hansı digər formada qanunsuz təsirə məruz qalmağa dair şikayət işə mahiyyəti üzrə baxan yox, məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında qaldırılan şikayətlər siyahısına aid edilmişdir. İş materiallarından göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər məhkum özü, istər onun vəkili ibtidai istintaq dövründə belə şikayətlə vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş və eyni zamanda onlar hər ikisi bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, kassatorun məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadənin məhz hədə-qorxu nəticəsində əldə edilməsinə dair dəlili əsassız hesab edilməlidir. Məhkəmə kollegiyasının belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərə bağlı qəbul etdiyi bir sıra qərarlarda da öz əksini tapmışdır (bax, Əhmədov Azərbaycana qarşı, № 30364/09, §§ 42-43, 12 noyabr 2013; əksinə Məmmədov Azərbaycana qarşı, № 12/11/2013, §§ 23-27, 11 yanvar 2007; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12-20, 17 aprel 2012; və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012).
36. Kassatorun ikinci arqumenti ilə əlaqədar məhkəmə kollegiyası həmçinin Avropa Məhkəməsinin formalaşmış presedent hüququna i stinad edilməsini zəruri hesab edir. Belə ki, maddi sübutun polis əməkdaşları tərəfindən ərizəçilərin üzərinə qanunsuz yerləşdirilməsi iddia edilən şikayətlərlə bağlı Azərbaycana qarşı qəbul edilmiş qərarlarında Avropa Məhkəməsi belə nəticəyə gəlmişdir ki, avtomobilin və ya ərizəçinin özünün üzərinə baxışın dərhal saxlanıldığı yerdə yox, polisin inzibati binasına müşahidə edilərək, müvafiq olaraq 30 və 20 dəqiqə keçdikdən sonra orada aparılması və bu müddət ərzində ərizəçinin tam polisin nəzarəti altında olduğundan, aşkar edilərək götürülmüş və özlüyündə faktiki olaraq ittihamın əsas sübutunu təşkil edən narkotik maddənin ərizəçiyə mənsub olmasına qarşı qanuni və əsaslı şübhələrin yaranmasına əsas yaradır. Bu zaman yerli məhkəmələrin maddi sübutun həqiqiliyi və əldə edilmə hallarının, o cü mlədən baxış və götürmənin dərhal yerində yox, müddət keçdikdən sonra digər yerdə aparılmasının səbəblərinin ətraflı təhlil etməmələri, Avropa Məhkəməsi tərəfindən pozuntu kimi tanınmışdır (bax, Layıcov Azərbaycana qarşı, № 22062.07, §§ 69-77, 10 aprel 2014; və Sakit Zahidov Azərbaycana qarşı, № 51164.07, §§ 53-59, 12 noyabr 2015).
37. Digər tərəfdən, Azərbaycan Respublikası CPM-nin 137 və 445.2-ci maddələrinə və «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinin İV bəndinə və 12-ci maddəsinin İİ bəndinə əsasən, əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarda belə tədbirin zəruriliyi əsaslandırılmalı, tədbir məhkəmənin qərarı olmadan təxirəsalınmaz qaydada aparıldıqda, 48 saat müddətində əməliyyat-axtarış tədbirinin aparılması barədə əsa slandırılmış qərar məhkəmə nəzarətini həyata keçirən məhkəməyə təqdim edilməlidir. Əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar qanunvericiliyə uyğun əldə olunduqda, təqdim edildikdə və məhkəmə nəzarəti qaydasında yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər (bax, yuxarıda paraqraflar 20 və 21). Cinayət-prosessual qanunvericiliyin bu tələbləri bir daha Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 fevral 2015-ci il tarixli qərarı ilə təsdiqlənmişdir (bax, yuxarıda paraqraf 22).
38. Məhkəmə kollegiyası qeyd edir ki, X5 qarşı cinayət mühakiməsinin başlanmasına səbəb, onun barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 14 mart 2019-cu il tarixli Cəlilabad RPŞ-nin CAB-ın əməliyyat müfəttişi A.Abbasovun qərarı və həmin qərar əsasında X3 üzərində və avtomobilinə aparılmış baxış olmuşdur. Sözügedən qərarda hər hansı faktiki əsaslara istinad edilməmiş, sadəcə olaraq X3 narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair məlumatın daxil olması və üzərində belə maddələrin olub-olmamasının yoxlanılmasından ötrü əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinin lazım olduğu göstərilmişdir (bax, yuxarıda paraqraf 2).
39. Bununla yanaşı, iş materiallarından görünür ki, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 14 mart 2019-cu il tarixli qərarın surəti eyni tarixdə Cəlilabad Rayon Məhkəməsinə göndərilsə də, həmin qərar üzrə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlama aparılmamış və müvafiq qərar qəbul edilməmişdir (bax, yuxarıda paraqraf 4).
40. Halbuki, Avropa İnsan Hüquqları Məhk əməsinin formalaşmış presedent hüququna əsasən, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi tərəfindən müvafiq qərarın əsaslı şübhənin mövcud olduğunu təsdiq edən və tədbiri məhz əvvəlcədən məhkəmə qərarı almadan təxirəsalınmaz qaydada keçirilməsini əsaslandıran mümkün qədər geniş məlumatlar göstərilmədən qəbul edilməsi, belə qərarın daha sonra məhkəmə nəzarəti qaydasında məhkəmə tərəfindən yoxlanılmaması və yaxud ətraflı təhlil edilmədən təsdiq edilməsi halları, ayrı-ayrılıqda və birlikdə baş verdikdə, bir mənalı olaraq pozuntu kimi tanınmışdır (bax, Kobiaşvili Gürcüstana qarşı, № 36416/06, §§ 67-69, 14 mart 2019, İbrahimov və Məmmədov Azərbaycana qarşı, №№ 63571/16 və 5 digəri, § 121, 13 fevral 2020; Meqreşvili Gürcüstana qarşı [Komitə], № 30364/09, § 33, 7 m ay 2020; X7rşı, №№ 29084/07 və 1191/08, § 143, 27 oktyabr 2020 və Tlaşadze və Kakaşvili Gürcüstana qarşı [Komitə], № 41674/10, §§ 45-48; 25 mart 2021). Belə pozuntuya məhkəməyədək istintaq dövründə yol verildikdə, Avropa Məhkəməsi onun qarşısını almaq məqsədilə bu növ şikayətlərin işə mahiyyəti üzrə baxılması dövründə araşdırılmasını tövsiyə etmiş, lakin hazırki halda məhkum X6 barəsində aparılmış əməliyyat-axtarış tədbirinin qanuniliyini apellyasiya məhkəməsi qarşısında mübahisələndirsə də, bununla bağlı hər hansı mövqe bildirilməmişdir. Bu məqamda məhkəmə kollegiyası bir daha Avropa Məhkəməsinin praktikasına nəzər yetirərək qeyd edir ki, bərqərar olmuş presedent hüququna əsasən, məhkəmələrin və tribunalların qərarlarında həmin qərarların əsasları adekvat şəkildə göstərilməlidir (bax, Mor eyra Ferreyra v. Portugaliyaya qarşı (№ 2) [BP], № 19867/12, § 84, 11 iyul 2017). Qərarların nə dərəcədə əhatəli və ya qısa şəkildə əsaslandırılmalı olması qərarın xarakterindən asılıdır və işin hallarına mütənasib olaraq müəyyənləşməlidir (Budak Türkiyəyə qarşı, № 69762/12, § 72, 16 fevral 2021). Ərizəçinin hər bir arqumentinə cavab verilməsi tələb olunmasa belə, bu öhdəlik məhkəmə prosesində iştirak edən tərəflərin məhkəmə prosesinin nəticəsi üçün həlledici olan arqumentlərə konkret və aydın cavab alacağını gözlədiklərini nəzərdə tutur (bax, Aslan İsmayılov Azərbaycana qarşı, № 18498/15, § 42, 12 mart 2020).
41. Belə olan halda məhkəmə kollegiyası kassasiya şikayəti müəllifinin dəlillərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəy yən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlanılması vəzifəsini apellyasiya məhkəməsi üzərinə qoyan Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinin tələblərinə və qarşısında qaldırılan şikayətləri araşdırmaq və onlara cavab olaraq əsaslı qərar vermək haqda ümumi vəzifəsinə uyğun olaraq (bax, Mehdiyev Azərbaycana qarşı (qərar), № 59090/12, § 41, 31 oktyabr 2019), apellyasiya şikayətini araşdıran Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası həmin dəlillərlə bağlı əsaslandırılmış münasibətini bildirməli idi. Bunun edilməməsi isə Məhkum ədalətli məhkəmə araşdırması hüququnun lazımi səviyyədə təmin edilməsinə bilavasitə təsir göstərən amil kimi qiymətləndirilməlidir.
42. Təsvir olunanlar məhkəmələrin sü butların tədqiqinə dair Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərini pozmaqla (bax, paraqraflar 20, 29-30), ittihamın həlli üçün mühüm əhəmiyyət kəsb edən sübutların Azərbaycan Respublikası CPM-nin 144 və 145-ci maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etmədən və həmin Məcəllənin 353.2.2-ci maddəsinin tələbini gözləmədən Məhkum Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirinin sübuta yetirilməsi haqqında nəticəyə gəldiklərini, bununla da yuxarıda təsvir olunmuş cinayət-mühakimə icraatının tələblərini və məhkəmə hökmünün əsaslılığına dair cinayət-prosessual qaydalarını pozduqlarını göstərir.
43. Azərbaycan Respublikası CPM-nin 416.1.1 və 416.1.2-ci maddələri isə məhkəmə nin cinayət prosesi tərəfinin təqdim etdiyi irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etməsini və sübutların Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etməməsini, məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini (dəyişdirilməsini) şərtləndirən əsaslar kimi təsbit etmişdir (bax, paraqraf 20).
44. Odur ki, kassasiya şikayəti əsaslı hesab edilməli, müdafiə tərəfinin dəlillərinin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün Azərbaycan Respublikası CPM-nin 416.1.1 və 416.1.2-ci maddələrində nəzərdə tutulmuş əsasla Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 noyabr 2020-ci il tarixli qərarı ləğv edilməli, 14 mart 2019-cu il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılmış X3 üzərində və avtomobilində baxışın yerində yox, aparılıb Cəlilabad RPŞ-də keçirilməsinin səbəbinin, ümumiyyətlə həmin əməliyyat-axtarış tədbirinin qanuna uyğun şəkildə təşkil edilməsinin yoxlanılması, əldə edilmiş maddi sübutların mümkünlüyünün yoxlamanın nəticələrinə uyğun şəkildə qiymətləndirilməsinin təmin edilməsi məqsədi ilə cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 noyabr 2020-ci il tarixli qərarı ləğv edilsin, cinayət işi apellyasiy a instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.