Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-933/2022 05.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və məhkum Təqsirləndirilən şəxs iştirakları ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 10 iyul 2019-cu il tari xli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 mart 2021-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 10 iyul 2019-cu il tarixli hökmü ilə (hakimlər Əliyev Nural Turab oğlu (sədrlik edən və məruzəçi), İmanov Dadaş Hüseyn oğlu və Bağırov Məhəmməd Ənvər oğlundan ibarət tərkibdə) Təqsirləndirilən şəxs, xx xxxx 1992-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2M-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Təqsirləndirilən şəxsdəqiq məlum olmayan vaxta və mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı külli miqdarda, yəni, ümumilikdə 1322,438 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananın bir hissəsini-717,438 qramını satış məqsədi ilə 26 iyul 2018-ci il tarixdə tanışı X8 evində saxlamaq üçün vermiş, qalan hissəsini - 605 qramını isə nigahdan kənar ər-arvad münasibətində olduğu Şahid9 ilə birlikdə kirayədə yaşadığı ünvan3 ünvanında satış məqsədi ilə saxlamış, X8 narkotik vasitələr qəbul etməkdə, əldə edib üzərində gəzdirməkdə və yaşadığı ünvanda saxlamaqda şübhəli olduğundan Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 29 iyul 2018-ci il tarixdə saat 20:30 radələrində Gəncə şəhəri Nizami prospektində yerləşən Zabitlər evinin yaxınlığında saxlanılmış, həmin tarixdə saat 21:30da X8in kirayədə yaşadığı ünvan 4 ünvanına baxış keçirilərkən mətbəxdəki stolun altından 1 ədəd bağlamada təmiz çəkisi 655 qram, yataq otağındakı kompyuter masasının siyirməsindən 4 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 7,972 qram, 7,627 qram, 7,709 qram, 39,130 qram, ümumi təmiz çəkisi-717,438 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana, 30 iyul 2018-ci il tarixdə saat 01 radələrində özünün və Şahid9 birlikdə kirayədə yaşadığı ünvan3 ünv anına baxış keçirilərkən isə evin yataq otağındakı ətriyyat termosunun alt hissəsindən satış məqsədi ilə qanunsuz əldə edib saxladığı dörd ədəd bağlamada ayrı- ayrılıqda təmiz çəkiləri 155 qram, 145 qram, 230 qram, 75 qram, ümumi təmiz çəkisi 605 qram olan, külli miqdar təşkil edən narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Hökmdən məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Qəhrəmanov Zabil Köçəri oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Məmmədov Çingiz Böyükxan oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə) 04 oktyabr 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, hökm dəyişd irilmiş, Təqsirləndirilən şəxs cinayət əməli CM-nin 234.4.3-cü maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilmiş və həmin maddə əsasında ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm qalan hissədə apelyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan dövlət ittihamçısı Rizvanov Qalib Arif oğlu tərəfindən verilmiş kassasiya protestinə və məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Qəhrəmanov Zabil Köçəri oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə) 26 fevral 2020-ci il tarixli qərarı ilə kassasiya şik ayəti təmin edilməmiş, kassasiya protesti təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 oktyabr 2019-cu il tarixli qərarı ləğv edilmiş və cinayət işi yeni apellyasiya baxışına təyin edilmişdir. İşə yenidən baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), Xasməmmədov Elçin İsgəndər oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə) 01 mart 2021-ci il tarixli qərarı ilə məhkumun və onun müdafiəçisinin apellyasiya şikayətləri təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 mart 2021-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyi şdirilərək onun cinayət əməlinin CM-nin 234.4.3cü maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Əsasən barəsində qəbul edilmiş yekun məhkəmə aktlarına və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) bir sıra maddələrinə istinad edən Təqsirləndirilən şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qanunun tələblərini pozaraq məhkəmə istintaqı zamanı düzgün araşdırma aparmamış və nəticədə onun barəsində ədalətsiz hökm çıxarmış, apellyasiya instansiyası məhkəməsi isə əsassız olaraq həmin hökmü qüvvədə saxlamışdır. Halbuki, o, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış və bunu təsdiq edən sübutlar müəyyən edilməmişdir. Kassasiya şikayətinin müəllif i həmçinin bildirir ki, cinayət işində olan sənədlər saxtalaşdırılmış, istintaq hərəkətləri düzgün aparılmamış, onun yaşadığı ünvanda əməliyyat-axtarış tədbiri keçirilməmiş, ona məxsus avtomildə də narkotik vasitələr aşkar edilməmişdir. Həmçinin cinayət işi üzrə şahid qismində dindirilmiş şəxslərin ifadələrində ziddiyyətlər olmuş, lakin məhkəmələr həmin sübutlara düzgün hüquqi qiymət verməmişlər. Kassasiya şikayətinin müəllifi hesab edir ki, belə olan halda onun əməli CM-nin 234.4.3-cü maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilməli və ona bu maddə əsasında ədalətli cəza təyin edilmləlidir. Qeyd olunanları nəzərə alaraq Təqsirləndirilən şəxs kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Hüquqi məsələlər: İşə kassasiya instansiyası məhkəməsində baxılanadək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 17 saylı Cəzaçəkmə Müəssisəndən məhkum Təqsirləndirilən şəxs 17 may 2022-ci il tarixli ərizəsi daxil olmuşdur. Ərizədə o, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 mart 2021-ci il tarixli qərarından tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirərək həmin şikayətin baxışdan çıxarılmasını xahiş etmişdir. Məhkumun ərizəsi 17 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi tərəfindən imzalanmış 19 may 2022-ci il tarixli xx/xx-2018 saylı məktubla müşaiyət edilmişdir. Təqsirləndirilən şəxs ərizəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, CPM-nin 414.1-ci maddəsinin tələblərinə əsasən, kassasiya şikayəti kassasiya instansiyası məhkəməsində baxılanadək həmin şikayəti vermiş şəxs onu geri götürmək hüququna malikdir. CPM-nin 414.5-ci maddəsinin müddəalarına görə, məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. CPM-nin 414.8-ci maddəsində təsbit edilmişdr ki, kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs öz kassasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayəti və ya kassasiya protesti olmadığı halda məhkəmə kassasiya şikayətinə və ya kassasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası məhkum Təqsirləndirilən şəxs ərizəsini nəzərdə keçirib kassasiya şikayətinin geri qaytarılması barədə onun və dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək və qanunvericiliyin yuxarıda təsvir edilən tələblərinə əsaslanaraq hesab edi r ki, CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsindəki Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 mart 2021-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmalı, kassasiya şikayəti üzrə icraata isə xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1 və 414.8-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Təqsirləndirilən şəxs ərizəsi təmin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsindəki Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 mart 2021-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfind ən verilmiş kassasiya şikayəti geri qaytarılsın və kassasiya şikayəti üzrə icraata xitam verilsin.
Məhkəmə qərarları › İş №1(102)-933/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-933/2022
05.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver