Məhkəmə qərarları › İş №1(102)-934/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-934/2021

12.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-934/2021 12.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X1 və məhkumun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 11 fevral 2021-ci il ta rixli qərarından Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protesti və Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Əli Məmmədov, hakimlər Fikrət Qəribov və Telman Hüseynovdan ibarət tərkibdə) 1(101)-805/2020 nömrəli, 05 oktyabr 2020-ci il tarixli hökmü ilə 23 avqust 1997-ci ildə Türkmənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2amış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 120.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-in 62-ci maddəsinə əsasən təqsirli bilindiyi maddə üzrə 7 (yeddi) il müddətinə azadlıqd an məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 25 oktyabr 2019-cu il tarixdən hesablanmışdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum olunmuşdur ona görə ki, o, qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, Məhkum 24 oktyabr 2019-cu il tarixdə, saat 23:00 radələrində yaşadığı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ev 45 ünvanına gedərkən yaşadığı məhəllənin yaxınlığında, yəni ünvan 3 ünvanında yerləşən “Laçın” kafesinin qarşısında əvvəllər tanımadığı Şahid1 ilə X2 qucaqlaşaraq öpüşdüklərini görüb, onlara yaxınlaşaraq insanların olduğu ictimai yerdə öpüşmələrinə sözlə iradını bildirmiş və onların arasında sözlü mübahisə başlanmışdır. Məhkum Şahid1l ə sözlü mübahisə etdikdən sonra qucaqlaşaraq öpüşən şəxslərin içkili vəziyyətdə olduqlarını gördüyündən mübahisəsini dayandırıb oradan uzaqlaşan zaman sonuncularla birlikdə spirtli içki qəbul etmiş və həmin vaxt yüngül dərəcəli sərxoşluq vəziyyətində olan Zərərçəkmiş şəxs əlində silah qismində istifadə etdiyi məişət təyinatlı mətbəx bıçağı ilə yüksək səslə qışqıraraq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq ediləcəyi hədəsi ilə qərəzli xuliqanlıq hərəkətləri edərək tanışları Şahid1 və Sərfinaz Cərkəzzadə ilə mübahisə edildiyi üçün ünvansız nalayiq ifadələr işlədərək həmin vaxt orada dayanmış Şahid4 və Şahid3 arxasınca düşüb təqib etdiyini görmüşdür. Məhkum Zərərçəkmiş şəxs bu hərəkətlərinə görə sonuncunu öldürmək qərarına gə lmişdir. O, əl çantasının içərisində olan 1 (bir) ədəd xüsusi təyinatlı ov bıçağını götürüb Zərərçəkmiş şəxs arxasınca qaçaraq 24 oktyabr 2019-cu il tarixdə saat 23:13-də ünvan 3 ünvanında yerləşən siqaret köşkünün qarşısında, avtomobil yolunun kənarında Zərərçəkmiş şəxs hücum edərək qisas almaq niyyəti ilə sonuncunu qəsdən öldürmək məqsədilə bıçaqla vuraraq Zərərçəkmiş şəxs ölümünə səbəb olan ağciyərin zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin sol yan səthinin döş boşluğuna nüfuz edərək kəskin daxili qanitirməyə səbəb olmuş 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası kimi sağlamlığa ağır zərərvurmaya aid xəsarət yetirərək qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının (sədrlik edən və məruzəçi hakim Qədim Babayev, haki mlər Əli Seyfəliyev və Rəşad Abdulovdan ibarət tərkibdə) 1(103)-161/2021 nömrəli, 11 fevral 2021-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum əməli Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsindən CM-in 126.3-cü maddəsinə tövsif edilmiş və barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə təqsirli bilindiyi CM-in 126.3-cü maddəsi ilə ona 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti, zərərçəkmiş şəxsin hüquqi varisi X5 və məhkum olunmuş şəxsin müdafiəçisi Müdafiəçi1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Dövlət ittihamçısı2 verdiyi kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 11 fevral 2021-ci il tarixli qərarının ləğv edilməsini və cinayət işi üzrə yeni apellyasiya baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini, Məhkum müdafiəçisi Müdafiəçi2 isə verdiyi kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 11 fevral 2021-ci il tarixli qərarının ləğv edilməsini, Məhkum əməlinin AR CM-in 126.3-cü maddəsindən 123.1-ci maddəsinə tövsif edilməsi və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: Dövlət ittihamçısı2 kassasiya protestini onunla əsaslandırır ki, apellyasiya instansiyası məhkəməsi sübutları Cinayət Prosessual M əcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etməmiş və bunun nəticəsi olaraq Məhkum qəsdən Zərərçəkmiş şəxs həyatdan məhrum etməsi əməlinin tövsifində səhvə yol vermiş, CM-in 62-ci maddəsi əsassız tətbiq edilmişdir. Belə ki, hadisə vaxtı Məhkum Zərərçəkmiş şəxs arxasınca gedərkən və ona bıçaqla xəsarət yetirərkən onun niyyəti və məqsədi məhz Zərərçəkmiş şəxs qisas alaraq sonuncunu qəsdən həyatdan məhrum etmək olmuşdur. İş materialları ilə müəyyən edilmişdir ki, Məhkum Zərərçəkmiş şəxs iki bıçaq və bir təpik zərbəsi endirdikdən sonra Məhkum Zərərçəkmiş şəxs Şahid3 ayırmışdır. Şahid3 Məhkum Zərərçəkmiş şəxs ayırması nəticəsində Məhkum Zərərçəkmiş şəxs əlavə zərbələr endirə bilməmişdir. Bakı Apellyasiya Məhkəməsi həmin halı da nəzərə almamış, əsassız olaraq Məhkum əməlini qəsdən sağlamlığa ağır zərər vurma kimi qiymətləndirmişdir. Bakı Apellyasiya Məhkəməsi gəldiyi nəticəni əsaslandırarkən qərarında qeyd etmişdir ki, “Məhkum zərərçəkmiş Zərərçəkmiş şəxs xəsarət yetirməkdə niyyəti sonuncu tərəfindən özünə qarşı olan təhlükəni zərərsizləşdirmək üçün onun sağlamlığına ağır xəsarət yetirmək olmuşdur və onun bu əməli ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Məhkum zərərçəkmiş şəxsin ölümünü nə birbaşa, nə də ki dolayısı yolla arzu etməmişdir.” Halbuki, iş materialları ilə, yəni şahid ifadələri və videogörüntülərlə Zərərçəkmiş şəxs Məhkum təhlükə yaratması təsdiq olunmamış, əksinə Zərərçəkmiş şəxs əlindəki bıçağı belinə tərəf apararaq bıçağı gizlətdikdən sonra onun əlində bıçaq olmadığını görən Məhkum Zərərçəkmiş şəxs hər hansı aktiv hə rəkət etmədiyini, passiv mövqe tutduğunu görməklə, artıq ona və ətrafdakılara qarşı hər hansı təhlükənin olmadığını bildiyi halda Zərərçəkmiş şəxs üzərinə qaçaraq onun həyat üçün təhlükəli orqanına 2 bıçaq zərbəsi endirmiş və təpiklə onu vurmuş və Məhkum Zərərçəkmiş şəxs Şahid3 ayırmışdır. Şahid3 Məhkum Zərərçəkmiş şəxs ayırması ilə Məhkum Zərərçəkmiş şəxs əlavə bıçaq zərbələri endirə bilməmiş və Məhkum Zərərçəkmiş şəxs qəsdən öldürməyə yönəlmiş niyyətinə Zərərçəkmiş şəxs onun bıçaq zərbəsindən aldığı xəsarətdən bir neçə saniyə sonra ölməsi ilə nail olmuş, yəni dolayı qəsdlə Zərərçəkmiş şəxs həyatdan məhrum etmişdir. Məhkəmə tibb ekspertin rəyindən göründüyü kimi, Zərərçəkmiş şəxs meyitindəki xəsarət döş qəfəsinin sol yan səthinin döş boşluğuna nüfuz edərək kəskin daxili qanitirməyə səbəb olmuş deşilmiş-kəsilmiş yara olmaqla, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma əlamətlərinə malik olmuş, həyati vacib orqanların yerləşdiyi nahiyələrdə aşkar edilmişdir. Yuxarıda təhlil edilən işin faktiki hallarına məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlmək olar ki, 24 oktyabr 2019-cu il tarixdə, saat 23 radələrində Məhkum Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirmiş və o, bıçaqla sonuncuya xəsarət yetirərkən, yəni Zərərçəkmiş şəxs həyatdan məhrumetməyə yönələn əməli törədərkən öz əməlinin ictimai təhlükəli olduğunu qabaqcadan dərk etmiş, əməlinin ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş, həmin nəticələri arzu etməmiş, lakin nəticənin (zərərçəkmiş şəxsin ölümünü) baş verməsinə şüurlu surətdə yol vermişdir. Buna əyani şəkildə dəlalət edən hal ondan ibarətdir k i, Məhkum Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdikdən sonra ona tibbi və digər yardım göstərməyə cəhd belə etməmişdir. Qeyd edilənlər onu göstərir ki, Məhkum cinayət əməlini dolayı qəsdlə törətmişdir. Məhkum Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirməkdə məqsədi onun sağlamlığına ağır zərər vurma deyil, əksinə Zərərçəkmiş şəxs bilavasitə Məhkum üçün həmin an hər hansı bir təhlükə törətmədiyi halda, Məhkum qisas almaq niyyəti ilə Zərərçəkmiş şəxs bıçaqla vuraraq sonuncunu qəsdən öldürmüşdür. Bununla da Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam şəkildə öz təsdiqini tapmışdır. Bundan əlavə Bakı Apellyasiya Məhkəməsi cəza təyin edərkən CM-in 62-ci maddəsini tətbiq etmişdir ki, bu da cinayət qanunu normalarına uyğun olma mışdır. Məhkum öz çantasında xüsusi təyinatlı ov bıçağı gəzdirməsi onun şəxsiyyətini xarakterizə edən hal olmaqla onun ictimai-təhlükəli əməl törətməyə meylli şəxs olduğuna dəlalət edir. Belə şəxsə CM-in 62-ci maddəsi tətbiq edilməklə cəza təyin edilməsi tamamilə əsassızdır. Məhkəmə cəzanı yüngülləşdirici hal kimi təqsirləndirilən şəxs tərəfindən cinayətin zərərçəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında törədilməsini, zərərçəkmiş şəxsin hadisə baş verməzdən əvvəl ətrafdakılar üçün dəhşət saçmasını qeyd etmişdir. Bununla bağlı göstərilməlidir ki, həm məhkəmə baxışında, həm də ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin, bilavasitə hadisə yerində olmuş şahidlərin ifadələrindən görünür ki, Zərərçəkmiş şəxs qanunsuz əməlləri birbaşa təqsirləndirilən şəxs Məhkum qarşı yönəlməmişdir. O, tanışları Şahid1 və Şahid2 kiminləsə mübahisə etdiyini eşitmiş və sərxoşluq halında üzərindəki bıçaqla ünvansız olaraq ətrafdakı şəxsləri hədələməyə başlamış, bundan sonra isə hadisə yerində olan və iş üzrə şahid qismində dindirilmiş Şahid4 və Şahid3 təqib etməyə başlamışdır. Bunu görən Məhkum ona qarşı hər-hansı təhlükə olmamasına baxmayaraq əl çantasında gəzdirdiyi bıçağı götürərək zərərçəkmiş Zərərçəkmiş şəxs arxasınca düşməyə, onu axtarmağa başlamış və ona bıçaq zərbəsi endirməklə qəsdən həyatdan məhrum etmişdir. Həmçinin video görüntülərdən də müəyyən olunur ki, Zərərçəkmiş şəxs Şahid4la Şahid3 təqib etdikdən sonra, yenidən hadisənin baş verdiyi “Laçın” kafesinin qarşısına gəlmiş və asta yerişlə irəliləyərkən əlindəki bıçağı belinə tərəf apararaq şalvarının bel his səsində gizlətmiş, bundan sonra onun əlində bıçaq müşahidə edilməmiş, həmin vaxt o, təqsirləndirilən şəxs Məhkumlə üz-üzə gələrkən artıq əlində bıçaq olmamasına və Məhkum üçün heç bir real təhlükə yaratmadığına baxmayaraq sonuncu əlindəki bıçaqla onu qəsdən vuraraq öldürmüşdür. Beləliklə, iş üzrə mövcud sübutlara əsasən görünür ki, Zərərçəkmiş şəxs qanunsuz əməli birbaşa Məhkum qarşı yönəlməmiş, ümumiyyətlə sonuncu üçün heç bir təhlükə yaranmamış, eyni zamanda zərərçəkmişin qanunsuz əməli ilə faktiki olaraq hadisə yerində olan hər-hansı şəxsə ziyan və zərər vurulmamış, hətta zərərçəkmiş şəxs kənar təsir olmadan, öz iradəsi ilə bıçağı gizlətməklə və insanları təqib etməsini dayandırmaqla könüllü olaraq qanunsuz hərəkətlərini davam etdirməkdən çəkinmişdir. Belə olan halda məhkəmənin həm iş ü zrə sübutlarla təsdiq olunan hadisənin faktiki hallarına birbaşa zidd olaraq hadisənin zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı qanunsuz və əxlaqsız hərəkətləri nəticəsində, həmçinin ətrafdakılar üçün dəhşət saçması zəminində baş verməsini yüngülləşdirici hal hesab etməsi və bunu cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan müstəsna hal hesab etməsi tam əsassız hesab edilməlidir. Bundan başqa məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin hüquqi varisi ilə ibtidai araşdırmanın hələ ilkin mərhələsində barışmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını yüngülləşdirici hal kimi nəzərə almışdır. CM-in 59-cu maddəsinin tələbləri baxımdan məhkəmənin mövqeyi əsaslı və qanuni olsa da, bunun müstəsna hal hesab edilməsi sual doğurur. Belə ki, zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış qardaşı X4 ifadəsindən, həmçinin iş materiallarındakı sənədlərdən müəyyən olunur ki, zərərçəkmiş şəxsin ailə üzvləri ilə münasibəti bir o qədər yaxşı olmamış, onun dəfələrlə məhkum olunması, mütəmadi spirtli içki qəbul etməklə sərxoş və tüfeyli həyatı tərzi sürməsi, bunun nəticəsində arvadından boşanması, uşaqlarına baxmaqdan imtina etməsi, sonralar birlikdə yaşadığı valideynləri ilə narazılıq yaradaraq evdən çıxması, daha sonra qardaşı, iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi olan Söhbət Novruzovun evində yaşayıb oradan da çıxaraq başqa qadınla birlikdə yaşaması, yəni ümumilikdə cəmiyyətimiz tərəfindən həm qanundankənar, həm də qeyri-etik davranış kimi xarakterizə ediləcək bir həyat tərzinə malik ol ması onu öz ailə üzvləri və yaxın qohumlarından da uzaq salmış, onlarda Zərərçəkmiş şəxs qarşı etinasız münasibətin yaranmasına səbəb olmuşdur. Odur ki, təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsin yaxın qohumu ilə barışıq əldə etməsinin müstəsna hal hesab edilməsi əsassızdır. Kassasiya şikayətinin dəlillərini Məhkum müdafiəçisi Müdafiəçi2 onunla əsaslandırır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı aşağıdakı qeyd edilənlərə görə qanunsuz və əsassızdır. Belə ki, Zərərçəkmiş şəxs tətbiq etdiyi zorakılığın məhz ictimai-təhlükəli qəsd olması ibtidai istintaq orqanının çıxardığı nəticələrdən də irəli gəlir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 may 2020-ci il tarixli cinayət təqibinə hissəvi xitam verilməsi barədə qərarından görünür ki, Zərərçəkm iş şəxs 24 oktyabr 2019-cu il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətsə də, o, təqsirləndirilən şəxs qismində cəlb edilənədək öldüyündən onun barəsində cinayət işinə xitam verilmişdir. Digər fakt isə zərərçəkmiş Zərərçəkmiş şəxs hüquqi varisinin mövqeyi ilə bağlıdır. Belə ki, Zərərçəkmiş şəxs qardaşı Söhbət Novruzov tərəfindən də birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayəti verilmiş və Məhkum qardaşını öldürmək niyyəti ilə bağlı göstərilənlərlə razı olmadığını bildirmişdir. İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi ilə təqsirləndirilən şəxs barışıq əldə etmişdir. Lakin məhkəmə instansiyaları təkidlə əməldə qəsd olduğunu bildirməyə davam edirlər. Həmçinin cinayət işinin materiallarında olan video kame ralardan müşahidə olunur ki, 24.10.2019-cu il tarixdə saat 23:10 radələrində Şahid3 və Bahadur Eyvazovun siqaret köşkü olan istiqamətdən yolun əks, yəni “Laçın” kafesi olan istiqamətinə doğru avtomobil yolunu keçmələri və saat 23:12 radələrində isə onların qaçaraq yenidən yolun əks istiqamətinə keçmələri, mağazaların aralarında olan boş sahəyə doğru daxil olmaları, həmin iki nəfərin arxasınca isə Zərərçəkmiş şəxs əlində bıçaqla iti addımlarla qaçması; Məhkum saat 23:13-də Zərərçəkmiş şəxs az öncə daxil olduğu mağazaların arasında olan boş sahəyə doğru qaçdığı, çantasından bıçaq götürməsi və həmin vaxt Zərərçəkmiş şəxs da əlində bıçaq olduğu, mağazanın yanına çatdıqda əlində olan bıçağı şalvarının arxasına doğru apardıqda Məhkum onu vurduğu müəyyən edilmişdir. Bununla da, aydın olur ki, Məh kum özünü və yoldaşları Murad və Bahaduru labüd cinayətkar qəsdən müdafiə etmək məqsədilə əlinə bıçaq almış və Zərərçəkmiş şəxs tərəfindən gələcək qəsdin qarşısını almaq üçün onu vurmuşdur. Bundan əlavə, Bakı Apellyasiya Məhkəməsi tərəfindən cinayət işi hərtərəfli və obyektiv araşdırılsaydı Zərərçəkmiş şəxs Məhkum qarşı yönələn qəsdinin həqiqi və real olduğu, həmçinin həmin qəsdin Məhkum əlavə olaraq Şahid3 və Bahadur Eyvazova da qarşı yönəldiyi müşahidə olunardı. Lakin Məhkum tərəfindən həmin qəsdin qarşısı zəruri müdafiə həddini aşmaqla alınmış və qəsd başa çatmamışdır. Əslində iş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs özünün əməllərində qəsdən adam öldürməyə cəhd vardır və onun əməli istintaq dövründə xuliqanlıq əməlinə deyil, qeyd edildiyi əmələ tövsif edilməli idi. Lakin hazırda hüquqların ı müdafiə etdiyi şəxs baş verə biləcək ictimai təhlükəli əməlin qarşısını almasına baxmayaraq 07 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bundan başqa, təqsirləndirilən şəxs Məhkum yaşadığı ərazidə müsbət xarakterizə olunması, daha əvvəl məhkumluğunun olmaması, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışması, məsuliyyətini ağırlaşdıran halların olmaması, səmimi peşman olması, hadisədən sonra özünün polisə təslim olması; Zərərçəkmiş şəxs dəfələrlə məhkumluq həyatı yaşaması, spirtli içki aludəçisi olması, ölümündən sonra qardaşı X4 təqsirləndirilən şəxsdən hər hansı şikayət və ya tələbinin olmaması kimi təqsirləndirilən şəxsin məsuliyyətini yüngülləşdirən hallar təqsirləndirilən şəxsin əməlinin düzgün tövsifi və cəza təyini zamanı məhkəmə tərəfindən nəzərə alınmamışdır. Belə ki, əgər M. Tağıyev müdafiə vəziyyətini almasaydı Zərərçəkmiş şəxs ona qəsd edəcəkdi. Belə ki, Zərərçəkmiş şəxs əlində bıçaqla əvvəlcə Şahid3 və Bahadur Eyvazova, sonra isə Məhkum arxasınca düşərək onu axtarması onu deməyə əsas verir ki, qəsd mövcud olmuş, başlamış, davam etmiş və başa çatmamışdır; qəsd həqiqi, real olmuşdur; qəsd Şahid3 və Bahadur Eyvazov, həmçinin Məhkum üçün ictimai-təhlükəli olmuş; müdafiə məhz qəsd edənə, yəni Zərərçəkmiş şəxs zərər vurmaq yolu ilə həyata keçirilmiş; müdafiə qəsdin xarakterinə uyğun və ictimai təhlükəlilik dərəcəsini aşmaqla həyata keçirilmişdir. Təqsirləndirilən şəxs də öz ifadələrində Zərərçəkmiş şəxs öldürmək niyyətində olmadığını, öz həyatını qorumaq və onu özündən uzaqlaşdırmaq məqsədi ilə bıçaqla zərbə yetirdiyini bildirmişdir. Məhkum həyat a keçirdiyi müdafiə hərəkətləri ilə Zərərçəkmiş şəxs tərəfindən edilən qəsdin xarakteri və ictimai təhlükəlilik dərəcəsi arasında məhz uyğunluğun olmaması həmin hərəkətlərin zəruri müdafiənin həddini aşmaqla törədilmiş cinayət kimi qiymətləndirilməsini şərtləndirir. Həmçinin, Azərbaycan Respublikası CM-in 36-cı maddəsi ictimai-təhlükəli qəsdə məruz qalmış şəxsin bu qəsddən qorunmaq hüququna malik olmasını, yəni qəsdin mövcudluğu ilə şərtləndirilən zəruri müdafiə vəziyyətində olduğunu təsbit etdiyi halda, apellyasiya instansiyası məhkəməsi Məhkum zəruri müdafiə vəziyyətində olan şəxs kimi qəbul etməmiş, onun zəruri müdafiə həddində, yaxud zəruri müdafiə həddini aşmaqla hərəkət edib-etməməsini lazımınca araşdırmayaraq əməli CM-in 126.3-cü maddəsi ilə tövsif etmiş, cinayət işinin hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, cinayət qanunun və Cinayət Prosessual Məcəllənin normalarını düzgün şərh etməmiş və nəticə olaraq əməlin tövsifində səhvə yol vermişdir. Beləliklə, yuxarıda qeyd olunan xüsusatlardan aydın olur ki, apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, cinayət qanununun və Cinayət Prosessual Məcəllənin normalarını düzgün tətbiq etməmiş, Məhkum əməlinin tövsifində səhvə yol vermiş və məsuliyyəti yüngülləşdirən halları nəzərə almadan cəza təyin etmişdir. Buna görə də Bakı Apellyasiya Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 1(103)-161/2021 saylı qərarı ləğv edərək təqsirləndirilən şəxs Məhkum əməlinin AR CM-in 126.3-cü maddəsindən 123.1-ci maddəsinə tövsif edilməli və ona həmin maddənin s anksiyasında nəzərdə tutulmuş ən aşağı həddə cəza təyin edilməlidir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini araşdırıb, məruzəçini, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti və kassasiya şikayəti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə b axışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya protestinin başlıca dəlili Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsindən Məcəllənin 126.3-cü maddəsinə tövsif edilməsinin qanunsuz və əsassız olmasıdır. Həmçinin kassasiya şikayətinin başlıca dəlili isə Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 123.1-ci maddəsinə tövsif edilməməsinin qanunsuz və əsassız olmasıdır. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət əməlinin Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə tövsif edilməsi üçün qəsdən adam öldürmə baş verməlidir. İşdən görünür ki, ittiham orqanı tərəfindən təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə, yəni qəsdən adam öldürmə əməlinə görə ittiham verilmiş, birinci instans iyası məhkəməsi məhkumun ittihamı təsdiq etməklə Məhkum cəza təyin etmiş, lakin apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayaraq təqsirləndirilən şəxsin əməlini ehtiyatsızlıqdan zərərçəkmiş şəxs ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurma kimi CM-in 126.3-cü maddəsi ilə tövsif etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə istintaqı zamanı iş üzrə əhəmiyyət kəsb edən bütün sübutların mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi yoxlanılmış, həmçinin şahidlərin, zərərçəkmiş şəxsin hüquqi varisi və təqsirləndirilən şəxsin ifadələri, ekspertiza rəyləri tam, hərtərəfli və obyektiv, yəni CPM-in 144-146-ci maddələrinə əməl olunmaqla araşdırılmış və qiymət verilmişdir. "Qəsdən adam öldür mə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci i tarixli 3 saylı qərarına əsasən qəsdən adam öldürməni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmadan fərqləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, qəsdən adam öldürmədə təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəldiyi halda, Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsində nəzərdə tutulan əməldə ölümün baş verməsinə münasibəti ehtiyatsızlıqda ifadə olunur. Göründüyü kimi qəsdən adam öldürmə və ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığına ağır zərər vurma cinayətlərinin fərqlənməsi subyektiv cəhət üzrə həyata keçirilir. Əməlin Azərbaycan Respublikası CM-in 120-ci maddəsi ilə tövsif edilməsi üçün ilk-öncə adam öldürməyə qəsdin olması (birbaşa və ya dolayı), əməlin Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsi ilə tövsif etmək üçün isə belə qəsdin olmaması müəyyən edilməlidir. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Həm ibtidai istintaq zamanı, həm məhkəmə iclaslarında dindirilərkən Məhkum göstərmişdir ki, onun zərərçəkmiş şəxsi öldürmək niyyəti olmamış, Zərərçəkmiş şəxs bıçaq zərbəsi sonuncunun ona və tanışlarına qa rşı qanunsuz və həyat üçün təhlükə yaradan əməlləri dayandırmaq məqsədilə yetirmişdir. Təqsirləndirilən şəxs Məhkum zərərçəkmiş Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirərkən onun niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən onun ifadələrlə yanaşı işin bütün halları nəzərə alınmalıdır. Məhkəmə iclaslarında tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, Məhkum Zərərçəkmiş şəxs əvvəllər tanımamış, hadisə günü Zərərçəkmiş şəxs tanışlarına ictimai yerdə yol verilməz davranışa görə irad tutmuş, sonuncular həmin iradla bağlı narazılığı bildirərək səs-küy salmışlar. Zərərçəkmiş şəxs öz tanışlarının və digərlərinin yanında üstün mövqeyini nümayiş etdirmək üçün sərxoş halda əlində bıçaqla hadisə yerinə gəlmiş və əlində bıçaqla Məhkum tanışlarına hücum etmiş və onları təqib edərək bı çaqla zərbə vurmağa cəhd etmişdir. Sonradan bıçaqla vurmaq üçün Məhkum axtarmağa başlamışdır. Bu zaman Məhkum öz əl çantasından bıçaq çıxarıb Zərərçəkmiş şəxs qabağına çıxmış bıçaqla bir zərbə, əl və təpiklə iki zərbə vuraraq, Zərərçəkmiş şəxs bir bıçaq xəsarəti yetirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs sakitləşmiş və yolu keçib tanışların yanına getmişdir. İstintaq orqanı Zərərçəkmiş şəxs əməlini Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif etmiş, onun ölümü ilə əlaqədar barəsində olan cinayət təqibinə xitam verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin bu halları təhlil edərək düzgün nəticəyə gəlmişdir ki, həmin hallar Məhkum Hamlət Novruzovu öldürmək niyyətində olmasını müəyyən etmir. Belə ki, Məhkum öz cinayət əməlini tanışı Şahid3 tərəfin dən onun Zərərçəkmiş şəxs ayırması nəticəsində dayandırması və davam etməməsi barədə kassasiya protestinin dəlili cinayət işinin materiallarına əsaslanmır. Belə ki, iş üzrə sübutlarla Şahid3 Məhkum zərərçəkmiş şəxsdən ayırması müəyyən edilsə də, həm şahid və məhkumun ifadələrindən, həm müşahidə kamerasının videoyazısından aydın görünür ki, Şahid3 bu əməli Məhkum tərəfindən zərərçəkmiş şəxsə yenidən zərbələrin endirilməsinə mane edə bilməzdi və məhkum özü öz hərəkətləri dayandırmışdır. Beləliklə, işin faktiki hallarından görünür ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi bıçaqla vuran zaman öldürmək məqsədi olmamışdır. İstər həmin vaxt, istərsə də sonra zərərçəkmiş şəxsi öldürmək üçün kifayət qədər imkanın olduğu halda zərərçəkmiş şəxsin sakitləşməsini görüb bunu etməmişdir. Bununla yana şı məhkəmələr tərəfindən Məhkum əməlinin tövsifi və ona təyin olunacaq cəzanı müzakirə edərək işin halları ilə yanaşı düzgün olaraq onun və zərərçəkmiş şəxs Hamlət Novruzovu şəxsiyyətləri də nəzərə alınmışdır. Belə ki, iş materiallardan görünür ki, zərərçəkmiş şəxs əvvəllər beş dəfə cinayət məsuliyyətinə cəlb olunmuş, sonuncu dəfə Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsi ilə 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, spirtli içki aludəçisi olmaqla tüfeyli həyatı tərzi sürmüşdür. Məhkum cinayət məsuliyyətinə əvvəllər cəlb olunmamış, tələbədir, müsbət xarakterizə olunur. Kassasiya protestinin təqsirləndirilən şəxs Məhkum əl çantasında bıçaq gəzdirməsini onun şəxsiyyətini mənfi xarakterizə hal kimi məhkəmələr tərəfindən nəzərə alınmamasına dair dəlili də əsaslı hes ab edilə bilməz. Belə ki, iş materiallardan görünür ki, hadisə günü Məhkum qəza nəticəsində zədələnmiş və Xətai rayon Yol Polisinin şöbəsinin həyətində olan öz avtomaşından ona məxsus əşyaları, o cümlədən bıçağı əl çantasına qoyub evə apararkən hadisə baş vermişdir. Həmçinin kassasiya protestində Məhkum zərərçəkmişi öldürmək niyyətini təsdiq etməkdən ötrü onun zərərçəkmiş şəxsə iki bıçaq zərbəsinin endirməsi göstərilmişdir. Kassasiya protestinin bu dəlili də iş materialları ilə uzlaşmır. Belə ki, məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində 1 ədəd deşilmiş-kəsilmiş yarası və alın nahiyəsində qançır aşkar edilmişdir. Qançır bərk küt əşyanın təsiri nəticəsində törənmişdir. Məhkəmə kollegiyası yuxarıda sadalanan halları nəzərə alaraq hesab edir ki, ape llyasiya instansiyası məhkəməsi iş üzrə sübutları və işin halları araşdırıb düzgün nəticəyə gəlmişdir ki, Məhkum zərərçəkmiş Zərərçəkmiş şəxs qəsdən həyatdan məhrum etmək niyyətində olmamışdır. Məhkum zərərçəkmiş Zərərçəkmiş şəxs xəsarət yetirməkdə niyyəti sonuncunun təhlükəli davranışı dayandırmaq və onu zərərsizləşdirmək olmuşdur. Məhkum zərərçəkmiş şəxsin ölümünü nə birbaşa, nə də ki dolayısı yolla arzu etməmiş və onun bu əməli ehtiyasızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Kassasiya şikayətinin dəlillərinə gəlincə də məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələrin Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 123-cü maddəsinə tövsif edilməsinə əsasların olmamasına dair gəldiyi nəticə düzgündür və işin hallarına uyğun gəlir. Belə ki, əməlin zəruri müdafiə həddini aşmaqla törə dilməsi kimi qiymətləndirilərkən ilk növbədə zəruri müdafiə vəziyyətinin yaranıb-yaranmaması müəyyən edilməlidir. Zəruri müdafiə dedikdə, ictimai təhlükəli qəsddən hücum edənə zərər vurmaq yolu ilə qanuni olaraq mühafizə olunmaq başa düşülür. Azərbaycan Respublikası CM-in 36-cı maddəsində zəruri müdafiəyə belə anlayış verilir: “Zəruri müdafiə vəziyyətində, yəni özünü müdafiə edənin və ya başqa şəxsin həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini qəsd edənə zərər vurmaq yolu ilə ictimai təhlükəli qəsddən qoruyarkən törədilmiş hərəkət, zəruri müdafiə həddini aşmamışdırsa, cinayət sayılmır.” Zəruri müdafiədə qəsd edənə zərər vurmaq yolu ilə ictimai təhlükəli qəsdin qarşısı alınır. Bu yolla təhlükənin qarşısı alınarkən yol verilən hərəkət, zəruri müdafiə həddini aş mırsa, cinayət sayılmır. İşdən də göründüyü kimi, təqsirləndirilən şəxs Məhkum tərəfindən zərərçəkmiş şəxsə bıçaqla xəsarət yetirilən anda nə onun özünə, nə də digər şəxslərin həyat və sağlamlığına real qəsd olunmamışdır. Məhkum Zərərçəkmiş şəxs tərəfindən tanışlarına bıçaq zərbələri endirməyə cəhd edilməsini, sonradan isə onu axtarmasını görüb özünə qarşı zərərçəkmiş şəxsin ola biləcək qəsdinin qarşısını almaq və Zərərçəkmiş şəxs zərərsizləşdirmək üçün sonuncuya xəsarət yetirmişdir. Apellyasiya məhkəməsinin qərarından da görünür ki, apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. Azərbaycan Respublikası CPM-in 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olma dıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə kollegiyasının qənaətinə görə ittiham tərəfi təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsində göstərilən cinayət əməlini törətməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmiş, işə baxan apellyasiya məhkəməsi də işdə olan sübutları hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə, Məhkum əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə tövsif edilməli olması barədə düzgün, qanuni və əsaslı nəticəyə gəlmişlər. Odur ki, kassasiya protestinin bu barədəki dəlili əsassızdır. Kassasiya protestinin digər dəlili cinayətin məqsədi və motivi, xarakteri və ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmadan, Məhkum barəsində əsassız olaraq Azərbaycan Respub likası CM-in 62-ci maddəsinin tətbiq edilməsidir. Kassasiya kollegiyası kassasiya protestinin qeyd edilən dəlili ilə razılaşmayaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi təqsirləndirilən şəxs Məhkum barəsində Azərbaycan Respublikası CM-in 62-ci maddəsinin tətbiqinin zəruriliyini və mümkünlüyünü qəbul etdiyi qərarında kifayət qədər əsaslandırmışdır. Belə ki, Azərbaycan Respublikası CM-in 62-ci maddəsinin tələbinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəl lənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin, həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Yəni cəzanın məqsədi təkcə məhkumun islah olunması ilə məhdudlaşmır. Qanuna görə təqsirli şəxsə təyin edilən cəza başqalarına xəbərdarlıq baxımından da əhəmiyyətlidir. Digər tərəfdən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsi cinayət qanunu normalarının tələblərinə, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi ha qqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarındakı tövsiyələrə əsaslanıb CM-in 59.1.8, 59.1.12 və 59.2-ci maddələrinə əsasən Məhkum gənc olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, cinayəti məhz Zərərçəkmiş şəxs qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında törətməsini, onun zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını, əməlini etiraf etməsini, yaşayış və təhsil aldığı yer üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirmiş, onların məcmusunu müstəsna hal kimi nəzərə alaraq ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətini CM- in 62-ci maddəsi tətbiq edilməklə təqsirli bilindiyi CM-in 126.3-cü maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsini mümkün hesab etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə iza h edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. İşdə görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin protest və şikayətin təmin edilmədən, Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 11 fevral 2021-ci il tarixli qərarının kassasiya protestinə və kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 11 fevral 2021-ci il tarixli qərarı kassasiya protestinə və kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar