Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-934/2023 02.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlundan və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Zərərçəkmiş hüquqi şəxs Şamaxı rayonu “Quşçü” bələdiyyəsinin nümayəndəsi – Zərərçəkmiş şəxs Mürsəl oğlunun, Bəraət almış şəxs - M əhkum, Müdafiəçi - Bakı şəhəri “De Fendo” Vəkil Bürosunun vəkili Osmanov Mansur Ramazan oğlunun iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 noyabr 2022-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Şamaxı Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 1(074)-102/2021 nömrəli (hakim E.Z.Hümbətov) hökmü ilə xx xxxxxxxx 1963-cü ildə Şamaxı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, xxx-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Məhkum Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəlinin cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanması qərara alınmışdır. Hökmdən təqsirləndirilən şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 noyabr 2022-ci il tarixli hökmü ilə (hakimlər Əhmədov Elman Məmməd oğlu (sədrlik edən və məruzəçi), Rəhimov Elman Gülbaba oğlu və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilmiş, Şamaxı Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli hökmü ləğv edilmiş, Məhkum qarşı irəli sürülmüş ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilməməsi əsası ilə ona Azərb aycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə bəraət verilmişdir. Həmin hökmdən dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: İbtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama görə Məhkum qəsdən 2019-cu ilin sentyabr ayından etibarən başlayan əkin mövsümündə Şamaxı rayon Quşçu bələdiyyəsinə məxsus Şamaxı rayonu, Quşçu kəndi ərazisində yerləşən 0,80 hektar kənd təsərrüfatı təyinatlı örüş sahələrini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan özbaşına tutaraq xüsusi texnikalardan istifadə etməklə şumlayaraq taxıl əkib becərmiş, yəni kənd təsərrüfatlı təyinatlı torpaqlara münasibətdə torpaq üzərində mülkiyyət hüququnu pozmuşdur. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Dövlət ittihamç ısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmələrin gəldiyi nəticələr işin obyektiv hallarını əks etdirməmiş, cinayət qanunvericiliyinin maddi və prosessual hüquq normalarının pozulması ilə qərara gəlinmişdir. Belə ki, işin faktiki hallarına uyğun olmayan və təkzib olunmaz sübutların məcmuyu ilə inkar olunan Məhkum məhkəmə istintaqı zamanı özünü müdafiə xarakterli verdiyi ifadələr, məhkəmə kollegiyası tərəfindən əsassız olaraq yeganə sübut kimi qəbul edilmiş, qanunsuz bəraət hökmünün əsasını təşkil etmişdir. Hansı ki, iş materiallarında olan və birinci instansiya məhkəməsində tədqiq olunan şahid ifadələri, ekspert rəyləri və digər mötəbər sübutlar əsassız olaraq məhkəmə kollegiyası tərəfindən nəzərə alınmamışdır. Belə ki, iş materiallarında olan 16 oktyabr 2019-cu il tarixli aktdan görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Şamaxı ərazi şöbəsinin aparıcı məsləhətçisi Şahid2, məsləhətçi müfəttişi xxx və Şamaxı rayonu, Quşçu bələdiyyəsinin sədri Şahid1 iştirakları ilə bələdiyyənin mülkiyyətində olan torpaq sahələrinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, Məhkum 0,80 hektar bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı örüş sahəsini özbaşına qanunsuz şumlamışdır. İş materiallarında olan baxış protokolundan görünür ki, Məhkum Şamaxı rayonu, Quşçu bələdiyyəsinin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı örüş sahəsindən 0,80 ha sahəni özbaşına tutaraq zəbt etmiş və şumlatdırmaqla taxıl əkib becərmişdir. İş materiallarında olan mütəxəssis rəyindən görünür ki, Şamaxı rayonu, Quşçu kənd sakini Məhkum Şamax ı rayonu Quşçu bələdiyyəsinə məxsus 0,80 hektar torpaq sahəsini həmin torpaq sahəsindən istifadəyə dair hər hansı bir hüquq verən sənəd olmadan qanunsuz olaraq zəbt etmişdir. Həmin torpaq sahəsi təyinatına görə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə aiddir. İş materiallarında olan Quşçu bələdiyyəsindən rayon polis şöbəsinə daxil olmuş arayışdan görünür ki, Məhkum tərəfindən bələdiyyəyə məxsus kənd təsərrüfatı təyinatlı örüş sahələrinin icarəyə, mülkiyyətə və istifadəyə götürülməsi ilə bağlı heç bir qərar qəbul edilmədən həmin sahələrdə istifadə ilə bağlı yazılı və şifahi olaraq bələdiyyəyə müraciət edilmədən əkilmiş, rüsum haqqı ödənilməmişdir. Mütəxəssis rəyinə əsasən, Aqrar islahat komissiyasının 3 oktyabr 2002-ci il tarixli qərarı ilə Məhkum ayrılmış torpaq sahəsinə dair cinayət işi ndə təqdim edilmiş sxemdə göstərilən torpaq sahəsinin cizgiləri düzgün cəhətləndirilməmişdir. Həmin sxemə düzgün cəhətləndirilərək (əksinə çevirib) baxdıqda naturada ölçülən torpaq sahəsinin cizgiləri ilə sxemdə göstərilən torpaq sahəsinin cizgilərinin uyğunluq təşkil etdiyi müəyyən olunmuşdur. Bundan əlavə naturada ölçülmüş torpaq sahəsinin 0.80 ha olması, bir tərəfdən yol ilə, digər tərəflərdən isə pay torpaq sahələri ilə həmsərhəd olması cinayət işinə əlavə olunmuş sxemə uyğundur. Lakin sözügedən torpaq sahəsinin zəbt olunubolunmamasını müəyyənləşdirmək mütəxəssisin səlahiyyətləri daxilində deyildir. Göstərilənlər bir daha qeyd etməyə əsas verir ki, məhkəmə təqsirləndirilən şəxs Məhkum cinayət əməlinə işin obyektiv hallarına uyğun qiymət verməmiş, onun tərəfindən törədilmiş əməldə təqsi rinin olmasını, nəticə etibarilə Məhkum bəraət verib məsuliyyətdən kənarda qoymaqla Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq və digər prinsiplərini pozmuşdur. Odur ki, göstərilənləri nəzərə alaraq, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 noyabr 2022-ci il tarixli hökmünün ləğv edilməsini, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, Məhkum göstərilən maddədə nəzərdə tutulan cinayət əməlini törətməsi ibtidai istintaq və birinci instansiya məhkəməsində, eyni zamanda protestdə gös tərilən digər dəlillərdə sübuta yetirildiyini, bundan başqa Məhkum Sumqayıt Apellyasiya Məhkəməsində məhkəmə prosesi zamanı Aqrar İslahatlar Komissiyası tərəfindən qardaşı Ələkbər Heybətova torpaq verilməsi barədə saxta akt təqdim etdiyini, həmin xüsusatla bağlı dövlət arxiv idarəsinin Şamaxı rayon filialına sorğu edilsədə sənədin kökü həmin idarədə tapılmadığını, həmin faktlarla bağlı Şamaxı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 313 və 320.2-ci maddələri ilə cinayət işi başlandığını, qeyd edilən faktlar sonradan məlum olduğu üçün kassasiya protestində göstərilmədiyini bildirib, bu halların nəzərə alınmasını, verilmiş kassasiya protestinin təmin edilməsini və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 noyabr 2022-ci il tarixli hökmünün ləğv edilərək işin yeni apellyas iya baxışına təyin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində nümayəndə Zərərçəkmiş şəxs Mürsəl oğlu çıxış edərək, kassasiya protestinin təmin edilməməsini və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 noyabr 2022-ci il tarixli hökmünün qüvvədə saxlanılmasını xahiş etdi. Kassasiya instansiyası məhkəməsində bəraət almış şəxs Məhkum və müdafiəçisi Osmanov Mansur Ramazan oğlu ayrı-ayrılıqda çıxış edərək, həmin sənədlərin saxta olmadığını, bütün sənədlərin əsillərinin onlarda olduğunu bildirib, kassasiya protestinin təmin edilməməsini və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 noyabr 2022-ci il tarixli hökmünün qüvvədə saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin t ələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassa siya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiya məhkəməsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin tələblərini pozmaqla məhkuma Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilməməsi barədə nəticəyə gəlib, ona bəraət verdiyini iddia edərək, mübahisələndirilən hökmün ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3-cü (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 noyabr 2022-ci il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinay ət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə ba xışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Birinci instansiya məhkəməsi Məhkum ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməsədə, məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs tərəfin, şahidlərin ifadələri, ekspert və mütəxəssis rəyləri və işdə olan digər sübutlarla qeyd olunan cinayət əməlini törətməsi barədə nəticəyə gəlmiş, lakin apellyasiya instansiyası məhkəməsi bununla razılaşmayaraq, qismən məhkəmə istintaqı aparmaqla sübutları təkrar tədqiq edərək, o cümlədən, tərəfləri təkrar dindirərək, habelə iş üzrə keçirilmiş, məhkəmə mühəndis-texniki və torpaqşünaslıq, əlavə məhkəmə mühəndis-texniki və torpaqşünaslıq ekspert rəylərini tədqiq edərək haqlı olaraq müəyyən etmişdir ki, Məhkum torp aq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma ilə bağlı verilmiş ittiham üzrə əməldə təqsirliliyi sübuta yetirilməmişdir. Belə ki, apellyasiya məhkəmə kollegiyası mübahisəli torpaq sahəsinin faktiki vəziyyətinin müəyyənləşdirilməsindən və həmin torpaq sahəsinin 03 oktyabr 2002-ci il tarixdə Şamaxı rayon Aqrar İslahat Komitəsi tərəfindən Məhkum Akt əsasında verilmiş torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyənləşdirmək məqsəd ilə 26 yanvar 2022-ci il tarixli qərarla iş üzrə məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizası təyin etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 iyul 2022-ci il tarixli 10/4008 nömrəli ekspertiza rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidm əti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli **********37 saylı mütəxəssis rəyinə əsasən, Şamaxı rayon Quşçu bələdiyyəsi ərazisində iddiaçı və cavabdehin naturada göstərdikləri 0,80 ha torpaq sahəsinin koordinatları GPS aləti vasitəsilə ölçülərək müəyyən edilmişdir. Elektron baza məlumatlarına əsasən həmin torpaq sahəsinin Şamaxı rayon Quşçu bələdiyyəsi ərazisində olmaqla, kənd təsərrüfatı təyinatlı kollu-örüş torpaqlarına aid olduğu müəyyən edilmişdir. Lakin, iş materiallarına əlavə edilmiş sxem yerquruluşu qaydasında (istinad nöqtələri, koordinatlar və ölçülər olmadığından) hazırlanmadığından, iddiaçı və cavabdehin naturada göstərdikləri 0,80 ha torpaq sahəsinin 03 oktyabr 2002-ci il tarixdə Şamaxı rayon Aqrar İslahat Komitəsi tərəfindən Məhkum Akt əsasında verilmiş torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Keçirilmiş ekspertiza rəyindəki ziddiyyəti aradan qaldırmaq məqsədilə apellyasiya instansiyası məhkəməsində şahid qismində dindirilmiş 14 saylı Şamaxı Ərazi İdarəsinin mütəxəssisi X7 ifadəsindəki göstərdi ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli qərarı ilə təyin edilmiş məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizasında mütəxəssis qismində iştirak etmişdir. O, məhkəmə qərarına əsasən təyin edilmiş ekspertizada mütəxəssis rəyini hazırlamaq məqsədi ilə mübahisəli əraziyə getmiş və torpaq sahəsində ölçü işləri aparmişdir. Aqrar İslahat Komissiyasının 3 oktyabr 2002-ci il tarixli q ərarında ayrılmış torpaq sahəsində dəqiq koordinatlar və ölçülər olmadığından üst-üstə düşməni müəyyən etmək mümkün olmadığını qeyd etmişdir. Ancaq 99% həmin torpaq sahəsi sxemə uyğundur. Koordinatlar və ölçülər qərarda qeyd olunmadığından rəydə onu uyğunsuzluq kimi yazmışam, lakin 99% torpaq sahəsi sxemə uyğun gəlir və bu zəbt sayılmır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 oktyabr 2022-ci il tarixli 10/5952 nömrəli ekspertiza rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, Şamaxı rayon Quşçu bələdiyyəsi ərazisində iddiaçı və cavabdehin naturada göstərdikləri 0,80 ha tor paq sahəsinin koordinatları GPS aləti vasitəsilə ölçülərək müəyyən edilmişdir. Elektron baza məlumatlarına əsasən həmin torpaq sahəsinin Şamaxı rayon Quşçu bələdiyyəsi ərazisində olmaqla, kənd təsərrüfatı təyinatlı kollu-örüş torpaqlarına aid olduğu müəyyən edilmişdir. Lakin, iş materiallarına əlavə edilmiş sxem yerquruluşu qaydasında (istinad nöqtələri, koordinatlar və ölçülər olmadığından) hazırlanmadığından, iddiaçı və cavabdehin naturada göstərdikləri 0,80 ha torpaq sahəsinin 03 oktyabr 2002-ci il tarixdə Şamaxı rayon Aqrar İslahat Komitəsi tərəfindən Məhkum Akt əsasında verilmiş torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət X8 alınan məktubla təsdiq olunur ki, Quşçu kənd X17 Komissiyasının 1997-ci il 6 yanvar tarixli iclasının qərarı ilə Məhkum və ailə üzvlərinə 15 hektar 36 sot, o cümlədən 1 hektar 10 sot torpaq sahəsi “Ağalı” kənd təsərrüfatı istehsal kooperativi üzvü Məhkum pay torpaq kimi verilmişdir. Apellyasiya məhkəmə kolleiyası hesab etmişdir ki, Məhkum torpaq üzərində mülkiyyət hüququnun pozulmasına görə cinayət əməlini törətməkdə təqsirləndirilsə də, onun qəsdi qanunsuz olaraq bələdiyyə mülkiyyətinə məxsus kənd təsərrüfatı təyinatlı örüş sahəsinin zəbtinə yönəlməmişdir. Apellyasiya məhkəməsinin hökmünü kassasiya protestinin dəlilləri ilə birgə təhlil edən kassasiya məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi iş üzrə mövqeyini sübutlara, işin digər faktiki hallarına və qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əs aslandırmışdır. Belə ki, Cinayət Məcəlləsinin 188-ci maddəsində nəzərdə tutulan torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun pozulmasına görə cinayət məsuliyyəti yaradan əməllər - torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma kimi ifadə edilmişdir. Məcəllənin 188.3-cü maddəsi qeyd edilən əməllərin kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədilməsini ehtiva edir. Verilmiş ittihama uyğun qeyd edilən cinayətin obyektiv cəhətini özbaşına becərmə -yəni hər hansı torpaq sahəsində onun mülkiyyətçisinin və ya başqa qanuni sahibinin icazəsi olmadan bitkilərin əkilməsindən, onlara qulluq edilməsindən və onların yetişdirilməsindən ibarət fəaliyyət təşkil edir. Torpağın becərilməsi həmin torpaq sahəsin in əkin üçün yararlı vəziyyətə gətirilməsi (kollardan, daşlardan təmizləmə və s.), şumlanması, toxum səpilməsi və s. bu kimi hərəkətlərin məcmusudur. Cinayət Məcəlləsinin 188-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhəti birbaşa qəsdən ibarətdir. Yəni əməldə cinayət tərkibinin olması üçün təqsirkar tutulan torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun pozulmasını dərk etməli, bu əməli törətməyi arzu etməli və ya çatmaq istədiyi əsas məqsəd olmalıdır. Lakin apellyasiya məhkəmə kollegiyası tərəfindən müəyyən edilmiş işin faktiki hallarını cinayət əməlinin tərkib əlamətləri ilə uzlaşdırarkən müəyyən olunur ki, Məhkum əməlində birbaşa qəsd olmamış, yəni bələdiyyə məxsus torpaq sahəsini zəbt etmək onun çatmaq istədiyi məqsədi olmamış, həmin ərazini ona müvafiq qaydalara əsasən verilmiş ərazi kimi qəbul edərək becərmişdir. Həmin mövqe iş materiallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya protestinin dəlilləri də apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Eyni zamanda apellyasiya məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, ittiham tərəfi Məhkum qeyd olunan əməl üzrə təqsirliliyini sübuta yetirə bilməmişdir. İttihamın təsdiq olunmasında istifadə olunan sübutlar cinayət-prosessual qanunvericiliyin müəyyən olunmuş mötəbərlik tələblərinə cavab vermir, sübutlar şübhəli və ziddiyyətlidir. Bu səbəbdən də, ittiham tərəfinin əsaslandığı sübutlar apellyasiya məhkəməsinin gəldiyi qənaəti daha da möhkəmləndirmişdir. O cümlədən, Məhkum ittiham olunmuş cinayət əməli üzrə təqsirliliyinin sübuta yetirilməsi barədə apellyasiya məhkəmə kollegiyasının gəlmiş olduğu nəticə ittiham orqanı tərəfindən məhkəməyə təqdim olunmuş sübutlar bir-biri ilə ziddiyyətli olduğundan, işin həlli üçün əhəmiyyət təşkil edən halların müəyyənləşdirilməsi mümkün olmadığından əsaslı hesab edilməlidir. Qeyd edilənlənlərə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə bəraət verilməsi cinayət-prosessual qanunun normalarının tələblərinə, xüsusilə də ittiham üzrə təqsirliliyin sübuta yetirilməsinə dair aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydalara cavab verən nəticələr kimi özünü göstərir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya protestində göstərilmiş y uxarıda sadalanan dəlillər Məhkum barəsində bəraət hökmü çıxarılmasına dair apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticənin və ümumilikdə hökmün qanuniliyini şübhə altına almağa əsas vermir. Belə nəticəyə gələrkən məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısı apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni mübahisələndirərkən sübutların məcmusundan çıxış etməmiş, məhkəmənin deyil, məhz onların mövqeyi cinayət mühakimə icraatının əsas prinsip və şərtləri, sübutlar və sübutetməyə dair cinayətprosessual normaların tələbləri ilə uzlaşmır. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin və Cinayət Prosessual Məcəlləsinin maddələrinin tələblərinə əsaslanır. CPM-in 21-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət- prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. CPM-in 21.2-ci maddəsinə görə cinayət-prosessual qanunun nəzərdə tutduğu prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktla r əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. CPM-in 28.4.2-ci maddəsi cinayət-mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Qanunun 28.5-ci maddəsinə görə “şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır”. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəl lənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayətprosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3). Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Cinayət-Prosessual Məcəllənin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Cinayət-Prosessual Qanunun 349.4-cü maddəsinə görə məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. CPM-in 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Cinayət - Prosessual Qanunun 353.3.3-cü maddəsi isə məhkəmədən tələb edir ki, nəticəyə gəlməsi üçün əsaslandığı sübutları və ittihamın əsaslandırılması üçün gətirilmiş sübutların onun tərəfindən rədd edilməsinin motivlərini bəra ət hökmünün təsviriəsaslandırıcı hissəsində göstərsin. Kassasiya protestində apellyasiya məhkəməsi tərəfindən yuxarıda təsvir edilən cinayət-prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, məhkəmə dinləmələrinin, onların yekununda çıxarılmış bəraət hökmünün və hökmün yuxarıda göstərilən hallarının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq apellyasiya məhkəməsi sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmə tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; şəxsə bəraət verilməsinə dair apellyasiya in stansiya məhkəməsinin hökmü çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum verilmiş ittihamın sübuta yetirilməməsi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə biri digərinə uyğun gələn sübutların məcmusu ilə əsaslandırılmışdır. Məhkəmə kollegiya məhkəmələrin gəldiyi nəticələri təkrarlamadan hesab edir ki, yanaşma ittihamın sübuta yetirilməsində aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.1 və 145.3-cümaddələrinin tələbləri ilə uzlaşdığından, sübutların tədqiqi qaydalarının pozuntusu kimi şərh edilə bilməz. Qeyd edilənlərdən əlavə dövlət itt ihamçısının kassasiya instansiya məhkəməsində çıxışından görünür ki, bəraət almış şəxs Məhkum tərəfindən məhkəməyə təqdim edilmiş yazılı sübutların şübhə altına alınması və ümumiyyətlə saxta olması barədə dəlillərinə əsaslanmaqla dövlət ittihamçısı şəxsin əməlində cinayət tərkibinin olması, qeyd olunan cinayətdə onun təqsirliliyinin müəyyən edilməsi haqqında qənaətini və bu qənaətdən irəli gələn apellyasiya məhkəməsinin hökmünün ləğv edilməsi haqqında tələbini apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi və bəraət hökmündən sonra müəyyən olunmuş yeni faktlar üzərində qurmuşdur. Bu isə onu göstərir ki, dövlət ittihamşısı kassasiya instansiyası məhkəməsini iş üzrə məhkəmələr tərəfindən müəyyən olunmuş sübutlardan əlavə yeni sübutları tədqiq edib qiy mətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edir. Kassasiya şikayətlərinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla b irinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamşısının kassasiya protestində (çıxışında) irəli sürülmüş məhkəmə hökmünün ləğv edilməsi barədə tələblərinin (o cümlədən, şəxsin əməlində cinayət tərkibinin olması və təqsirliliyin müəyyən edilməsinə baxmayaraq, müvafiq ittiham üzrə bəraət verilməsinə dair iddiaların) əsaslılığını yoxlayarkən məhkəmə lər tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və dövlət ittihamçısının məhkəmə hökmünün mübahisələndirilməsi üçün kassasiya protestində gətirdiyi yeni sübutlardan və faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, bu barədə kassasiya protestinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmə nin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 noyabr 2022-ci il tarix li hökmü kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-934/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-934/2023
02.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver