Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-934/2025 06.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 3 iyul 2024-cü il tarixli hökmü ilə Məhkum Azə rbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 oktyabr 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi Əhmədova Ulduzə Mehdi qızı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 3 iyul 2024-cü il tarixli hökmü ilə (hakimlər Hüseynov Nahid Nəsir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Esmira Qərib qızı və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxxxxxx 1967-ci il tarixdə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər Sabirabad Rayon Məhkəməsinin 7 iyul 2022-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanda yaşamış, CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ona Sabirabad Rayon Məhkəməsinin 7 iyul 2022-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təyin olunmuş 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 1 (bir) il 6 (altı) ay 24 (iyirmi dörd) gün müddətində hissəsi CM-in 68.1.1-1-ci maddəsinə əsasən həmin cəzanın iki günü azadlıqdan məhrum etmə cəzasının 1 gününə bərabər hesabı ilə hesablanm aqla 9 (doqquz) ay 12 (on iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası CM-in 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin olunmuş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və məhkum olunmuş şəxsin barəsində CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə narkomaniyadan məcburi müalicə təyin edilməklə ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi qərara alınmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə qurudulmuş marixuananı (bundan sonra – qurudulmuş marixuana), külli miqdarda narkotik vasitə heroini (bundan sonra – heroin) və külli miq darda psixotrop maddə metamfetamini (bundan sonra – metamfetamin) istintaqa və məhkəməyə məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə əldə edib üzərində saxlamaqla Sabirabad şəhəri ərazisinə daşımış, daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində 3 noyabr 2023-cü il tarixdə, saat 11:40-da ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq Sabirabad şəhəri, H.Əliyev küçəsində yerləşən Sabirabad Rayon Polis Şöbəsinə gətirilib həmin gün saat 12:40-dan etibarən üzərində şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd bükümdə ümumi təmiz çəkisi 10,311 (on tam mində üç yüz on bir) qram qəhvəyi rəngli, kustar üsulla hazırlanmış heroin, 1 ədəd bükümdə ümumi təmiz çəkisi 37,070 ( otuz yeddi tam mində yetmiş) qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana və 1 ədəd bükümdə ümumi təmiz çəkisi 10,081 ( on tam mində səksən bir) qram ağ rəngli kristal şəkilli, kustar üsulla hazırlanmış metamfetamin aşkar edilərək götürülmüşdür. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 3 iyul 2024-cü il tarixli hökmündən Məhkum müdafiəçisi Əmənullayev Feyruz Əfladin oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 oktyabr 2024-cü il tarixli qərarı ilə (hakimlər Əliyev Elşad İbiş oğlu (sədrlik edən və məruzəçi), Əhmədov İsmayıl Həmid oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkibdə) apellyasiya şikay əti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 oktyabr 2024-cü il tarixli qərarından Məhkum müdafiəçi U.M.Əhmədova kassasiya şikayəti verərək, həmin qərarın dəyişdirilərək hüquqlarını müdafiə etdiyi şəxsin əməlinin CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi və həmin maddə ilə ona yüngül cəzanın təyin olunması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) bir çox maddələrinə və Məh kum barəsində qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edərək işin müəyyən edilmiş faktiki hallarını mübahisələndirən müdafiəçi U.M.Əhmədova həmin şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi hüquqlarını müdafiə etdiyi şəxsin barəsində işə baxarkən heç bir araşdırma aparmamış, Məhkum verdiyi ifadələrinə düzgün hüquqi qiymət verməmişdir. Belə ki, Məhkum istər birinci instansiya məhkəməsində, istərsə də Şirvan Apellyasiya Məhkəməsində işə baxılarkən verdiyi ifadələrində üzərindən aşkar edilərək götürülmüş narkotik vasitələri heç kimə satmadığını, satmaq fikrinin olmadığını, həmin narkotik vasitələri yalnız öz şəxsi istifadəsi üçün Sabirabad rayonunda tanımadığı şəxsdən 200 manata aldığını bildirmişdir. Şikayət müəllifi həmçinin qeyd etmişdir ki, hüquqlarını müdafiə etdiyi Məhkum narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını təsdiq edən heç bir sübut ibtidai araşdırma zamanı əldə edilməmiş və məhkəmələr tərəfindən də belə sübutlar iş materialları ilə aşkar edilməmişdir. Qeyd olunanları nəzərə alaraq müdafiəçi U.M.Əhmədova Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 oktyabr 2024-cü il il tarixli qərarının dəyişdirilərək hüquqlarını müdafiə etdiyi şəxsin əməlinin CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini və Məhkum həmin maddənin sanksiyası həddində yüngül cəzanın təyin edilməsini xahiş edir. Cinayət prosesinin iştirakçıları kassasiya şikayətinə baxılmasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin Məhkum məhkəmə iclasında iştirak etmək arzusunu bildirməyərək bu haqda ərizə ilə Ali Məhkəməyə müraciət etməmiş, məhkumun müdafiəçisi U.M.Əhmədova isə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası bununla əlaqədar dövlət ittihamçısı H.B.İmranovun rəyini dinləyib CPM-in 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum və onun müdafiəçisi U.M.Əhmədovanın iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin o lmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 6 may 2025-ci il tarixli iclasına təyin edilmiş və işə kassasiya instansiyası məhkəməsi tərəfindən baxılanadək Ali Məhkəməyə Məhkum və onun müdafiəçisi U.M.Əhmədovanın ərizələri daxil olmuşdur. Məhkumun ərizəsi onun cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 17 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi tərəfindən imzalanmış 1 may 2025-ci il tarixli 3-1617/33/2-1531/2025 saylı məktubu ilə müşaiyət edilmişdir. Ərizələrdə Məhkum onun müdafiəçisi U.M.Əhmədova tərəfindən verilmiş kassasiya şikayətinə baxılmadan həmin şikayətin geri qaytarılmasını xahiş olunmuşdur. Eyni məz munlu ərizə ilə həmçinin Məhkum müdafiəçisi U.M.Əhmədova da Ali Məhkəmənin Cinayət Kollegiyasına müraciət etmişdir. Məhkum və onun müdafiəçisi U.M.Əhmədovanın ərizələri ilə bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, CPM-in 414.1-ci maddəsinin tələblərinə əsasən, kassasiya şikayəti kassasiya instansiyası məhkəməsində baxılanadək həmin şikayəti vermiş şəxs onu geri götürmək hüququna malikdir. CPM-in 414.4-cü maddəsində isə təsbit edilmişdir ki, müdafiəçi öz kassasiya şikayətini yalnız müdafiə etdiyi şəxsin və ya onun qanuni nümayəndəsinin razılığı ilə geri götürə bilər. CPM-in 414.5-ci maddəsinin müddəalarına görə, məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. CPM-in 414.8-ci maddəsinin tələblərindən görünür ki, kassasiya şi kayətini və ya kassasiya protestini vermiş şəxs öz kassasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayəti və ya kassasiya protesti olmadığı halda məhkəmə kassasiya şikayətinə və ya kassasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Məhkum və onun müdafiəçisi U.M.Əhmədovanın ərizələrini nəzərdən keçirib həmin ərizələrin təmin edilərək kassasiya şikayətinin geri qaytarılması barədə dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək, habelə qanunvericiliyin yuxarıda təsvir edilən tələblərinə əsaslanaraq hesab edir ki, CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 oktyabr 2024-cü il tarixli qərarından onun müdafiəçisi U.M.Əhmədova tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmalı və həmin kassasiya müraciəti üzrə icraata xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1 və 414.8-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum və onun müdafiəçisi U.M.Əhmədovanın ərizələri təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 oktyabr 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi U.M.Əhmədova tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın və həmin kassasiya şikayəti üzrə icraata xitam verilsin.
Məhkəmə qərarları › İş №1(102)-934/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-934/2025
06.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver