Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-935/2019 28.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X1, Məhkum müdafiəçisi, Bakı şəhəri, 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, məhkum olunmayan, işləməyən, natamam-orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və hal hazırda həbsdə olan Məhkum Azərbaycan Resp ublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 177.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 13 oktyabr 2017-ci il tarixli qərarından məhkumun müdafiəçisi, Bakı şəhəri, 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 iyun 2017-ci il tarixli hökmünə əsasən (hakimlər: Ə.M.Abasov (sədrlik edən), M.M.Ağalarov və E.Ə.Mikayılov) Məhkum Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək 09 (doquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi hökm edilmişdir. Həmin iş üzrə həmçinin H6 da məhkum olunmuşdur. Birinci instansiya məhkəməsinin yux arıda qeyd edilən hökmündən məhkumların müdafiəçisi Müdafiəçi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 oktyabr 2017-ci il tarixli qərarı ilə (hakimlər: N.E.Məmmədov (sədrlik edən), Ə.İ.Qasımov və Ə.N.Bayramov) apellyasiya şikayəti təmin edilmədən, hökm dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, H6 və Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaqla, zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla, oğurluq etmişlər. Belə ki, Məhkum özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı H6 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında 15 yanvar 2017-ci il tarixdə saat 18 radələrində ünvan 2 ünvanında yerləşən yaşayış binasının tikintisi başa çatmamış 11-ci mərtəbəsindən həmin binanın 10-cu mərtəbəsində tikintisi başa çatmış Zərərçəkmiş şəxs məxsus 30 saylı mənzilin eyvanına kəndir vasitəsilə düşmək üçün Məhkum kömək etmiş və 11-ci mərtəbədə pusquda dayanıb sonuncunu gözləmiş, Məhkum mənzilin eyvanına düşdükdən sonra qanunsuz olaraq mənzilin yataq otağına daxil olaraq, oradan saxlanc yeri hesab edilən, içərisində həmin dövrə uyğun olaraq 71.468 manat təşkil edən 40.000 ABŞ dolları və həmin dövrə uyğun olaraq 56.910 manat təşkil edən 30.000 Avro məbləğində pul, 800 manat dəyərində 2 ədəd "Range Rover" markalı avtomobilin açarları, 200 manat dəyərində 1 ədəd "Hyundai Elantra" markalı avtomobilin açarları, 70 manat dəyərində 6 ədəd mənzil açarları olan 300 manat dəyərində dəmir seyfi və m ənzilin yataq otağında olan dolabın içərisindən 150 manat dəyərində, bir ədəd tək qaşlı qadın qızıl üzüyünü və 100 manat dəyərində bijuteriya çeşidlərini götürərək gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs, ümumilikdə, 129.998 manat məbləğində, külli miqdarda ziyan vurmaqla, oğurluq etmişlər. Kassasiya şikayətinin dəlilləri: Apellyasiya instansiya məhkəməsinin yuxarıda qeyd edilən qərarından məhkumun müdafiəçisi, Bakı şəhəri, 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin 13 oktyabr 2017-ci il tarixli qərarının dəyişdirilməsi və CM-nin 62-ci maddəsi tətbiq olunmaqla Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının maddənin sanksiyasında nəzərdə tutulduğundan aşağı həddə təyin edilməsi və CM-nin 70-ci maddəsinnə əsasən ş ərti hesab edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, məhkəmələr onun əməli nəticəsində dəymiş ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, törətdiyi cinayəti səmimi etiraf edib cinayətin açılmasında istintaqa yaxından kömək etməsini, ailə vəziyyətini, ilk dəfə məhkum olmasını, ağırlaşdırıcı halların olmamasını nəzərə almayaraq sərt cəza təyin etməklə ədalətsiz qərar qəbul etmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin olunması barədə Müdafiəçi, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R6 çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və müb ahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində ittihamın əsası deyil, yalnız cəzanın ağır olması mübahisə edilir. Ona görə də məhkəmə kollegiyası məhkum еdilmiş şəхs Məhkum təqsirliliyi ilə əlaqədar sübutların şərh edilməsini zəruri hesab etmir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iş üzrə digər məhkum edilmiş şəxs Heybətov Sadıq Hüseyn oğlunun kassasiya şikayəti əsasında işə baxan Ali Məhkəmənin Cinayət Kollegiyasının 18 noyabr 2018-ci il tarixli qərarı ilə (hakimlər: G.L.Rzayeva (sədrlik edən),F.A.Kərimov və İ.T.Hacıqayıbov) Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 oktyabr 2017-ci i l tarixli qərarını dəyişdirilmiş və barəsində “Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 20 oktyabr 2017-ci il tarixli Qanununun müddəları nəzərə alınmaqla məhkumlar H6 və Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 9 ildən 7 ilə endirilmişdir. O cümlədən, Ali Məhkəmənin Cinayət Kollegiyası adı çəkilən Qanuna edilmiş aşağıdakı dəyişiklikləri nəzərə almışdır: 01 dekabr 2017-ci il tarixdən qanuni qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.15.2-ci maddəsinə əsasən aşağıdakı redaksiyada 59.1.12-ci maddələr əlavə edilmişdir: zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi. Həmin qanunun 1.16.1-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin 60-cı maddəsinin mətni 60.1-ci maddə hesab edilmiş və həmin maddədə “59.1.9 və 59.1.10-cu maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda” sözləri “59.1.8, 59.1.10— 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda” sözləri ilə əvəz edilmişdir. Yəni, CM-nin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkum еdilmiş şəхs Məhkum cəzа təyin еdilməsi ilə kassasiya şikayətinin dəlillərini müzаkirə еdərək, məhkəmə kollegiyası hesab edir ki, cəza tə yin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə alınmış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin edilmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərinə tam riayət etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəllə sinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə si hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olu nur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, məhkum barəsində cəza təyin olunarkən cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, məhkumun ailə vəziyyəti, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın böyük bir hissəsinin ödənilməməsi, məhkumun cəzasın ı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsi nəzərə alınaraq düzgün nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilməsi barədə kassasiya tələbini müzakirə edərək, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi üçün əsaslar tapmamışdır. Həmçinin, məhkəmə kollegiyası bildirir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 25-ci bəndində göstərilmişdir ki, şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədlərinə cavab verməlidir. Məhkum barəsində şərti məhkum etmənin tətbiqi üçün aşağıdakı əsasl arın olubolmaması araşdırılmalıdır. 1. məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü 2. törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi 3. məhkumun şəxsiyyəti 4. cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar CM-in 70-ci maddəsi üzrə şərti məhkum etmə cəza təyin etmə ilə bağlı müstəsna norma olmaqla, CM-in 70.1-ci maddəsinin tələbi üzrə yalnız o halda tətbiq edilə bilər ki, məhkumun cəza çəkmədən islah olunması mümkün olsun. Məhkəmə kollegiyası Məhkum barəsində CM-in 70-ci maddəsinin tətbiq olunmasını qeyri-mümkün hesab edir. Qanunun mənasına əsasən şərti məhkum etmə bir qayda olaraq cinayət törətmiş şəxslərə müstəsna hallarda, məhkumun təyin olunmuş cəzanı real çəkməsi məqsədə müvafiq olmadıqda tətbiq edilə bilər. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi həmin iş üzrə cinayət təqibi ilə əlaqədar olaraq sübutları tam, hərtərəfli və obyektiv yoxlayaraq, mötəbər sübutları qiymətləndirməklə iş üzrə obyektiv nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, Məhkum elan olunmuş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmələr onların hər birisini ayrı-ayrılı qda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin 13 oktyabr 2017-ci il tarixli qərarı, Ali Məhkəmənin Cinayət Kollegiyasının 18 noyabr 2018-ci il tarixli qərarı nəzərə alınmaqla qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərarın isə dəyişikl ik edilmədən saxlanılması mümkündür. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin 13 oktyabr 2017-ci il tarixli qərarı, Ali Məhkəmənin Cinayət Kollegiyasının 18 noyabr 2018-ci il tarixli qərarı nəzərə alınmaqla dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-935/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-935/2019
28.06.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver