Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-935/2020 06.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İsgəndərov Coşqun Ramiz oğlunun, Məhkum və onun müdafiəçisi Müdafiəçi Qasımov Süleyman Ələsgər oğlunun iştirakları ilə, Məhkum Bakı Ağı r Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 178.2.1, 178.2.3, 178.2.4 və 32.4,312.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə (hakimlər Salmanov Rahib Vaqif oğlu (sədrlik edən və məruzəçi), Bayramov Mayıl Abbas oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxx 1957-ci il tarixdə Tərtər rayonunun Dəmirçilər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, əv vəllər məhkum olunmamış, heç yerdə işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, CM-nin 178.2.1, 178.2.3, 178.2.4 və 32.4,312.1-ci maddələri ilə təqsirli bilinib, CM-nin 178.2.1, 178.2.3 və 178.2.4-cü maddələri ilə 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 (iki) il müddətə, CM-nin 32.4,312.1-ci maddəsi ilə 02 (iki) il müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən isə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə və əsas cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsndə çəkməklə 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəza sına məhkum edilmiş və onun xx xxxxxxx 2016-cı il tarixdə həbsdə saxlanıldığı 01 (bir) gün müddət ona təyin edilmiş cəza müddətinə hesablanmaqla üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 (iki) il 02 (iki) ay 29 (iyirmi doqquz) gün müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum öz qulluq mövqeyindən istifadə edib qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid qəsdlə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını xeyli miqdarda ziyan vurmaqla ələ keçirərək dələduzluq etmiş, vətəndaşı vəzifəli şəxsə rüşvət verməyə təhrik etmişdir. Belə ki, Məhkum Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üz vü olmaqla Abşeron rayon Hüquq Məsləhətxanasında işləyərkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı istintaq Təcridxanasmm böyük inspektoru vəzifəsində işləyən X8 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək, vahid niyyətlə özgəyə məxsus əmlakı etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 09 (doqquz) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və həmin müddətdə hökmdən verilmiş apellyasiya şikayəti ilə əlaqədar Bakı İstintaq təcridxanasında saxlanılan X6, həmçinin sonuncunun əri Zərərçəkmiş şəxs məhkəmə orqanlarında yüksək vəzifəli şəxslərlə tanışl ığının olmasına, Bakı Apellyasiya Məhkəməsinin hakiminə müəyyən məbləğdə rüşvət verməklə xxx təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin təxirə salınması və qanunla müəyyən edilmiş cəza növündən daha aşağı cəza təyin etdirmək imkanına malik şəxs olmasına inandırıb, xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar edəcəyi hərəkətə görə vəzifəli şəxsə verilməsi üçün alacağı rüşvətin müqabilində, qeyd olunan məsələnin həll olunmasını təşkil edəcəyini yalandan vəd verməklə, xxx vasitəsi ilə Zərərçəkmiş şəxs 2014-cü ilin mart-aprel aylarında 31.000 (otuz bir min) manat pulu Bakı Metropoliteninin «Nərimanov» stansiyası yaxınlığında almış, Bakı Apellyasiya Məhkəməsində xxx barəsində qeyd edilən cinayət işi üzrə ittiham hökmü qüvvəsində saxlanıldıqdan sonra, xxx özünə olan etimadı iti rməmək üçün həmin pulun 25.000 (iyirmi beş min) manatını xxx vasitəsi ilə Zərərçəkmiş şəxs geri qaytararaq, ümumi məbləğdən 6000 manatını isə xxx saxlamaqla xxx məhkəmədə eyni vəzifəli şəxsin köməklik göstərəcəyini sonuncuya və Zərərçəkmiş şəxs yalandan bildirməklə, həmin məsələnin Ali Məhkəmədə həll olunması üçün xxx ittiham olunduğu digər, yəni onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə zərərçəkmiş şəxsə ödənilməsi adı ilə Zərərçəkmiş şəxs 2014-cü ilin iyul ayında Bakı Metropoliteninin «Nərimanov» stansiyasının yaxınlığında xxx vasitəsi ilə 8.000 (səkkiz min) manat, həmçinin Ali Məhkəmədə qeyd olunan cinayət işi üzrə Sabrina Alxasovaya müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi üçün hakimə ve rmək adı ilə, metropolitenin «Nərimanov» stansiyasının yaxınlığında 2014-cü ilin sentyabr ayında 17.000 (on yeddi min) manat pulu özü alaraq, ümumilikdə 31.000 (otuz bir min) manat pulu xxx aralarında bölüşdürməklə öz qulluq mövqeyindən istifadə edib əlbir olduğu bir qrup şəxslə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmiş, vətəndaşı vəzifəli şəxsə rüşvət verməyə təhrik etmişdir. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci (hakimlər X9 oğlu (hakimlər Mursaqulov Vaqif Ənvər oğlu oğlu (sədrlik edən və məruzəçi), Rəhimov Elmar Eldar oğlu və Abbasov Mirzəli Əbdüləli oğlundan ibarət tərkibdə) xx xxxxxx 2018-ci il tarixli qəra rı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarın ləğv edilməsini, əməlində cinayət tərkibi olmadığından onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Dələduzluq və rüşvət verməyə təhrik etmə əməllərinin törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutan CM-nin müvafiq maddələrinə və sübut etməyə dair Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) bəzi normalarına, habelə əsasən ibtidai araşdırma materiallarına istinad edən Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, o heç kimə rüşvət vermək niyyətində olmamış, bu məqsədlə heç kimə hər hansı bir formada müraciət etməmiş və pul almamış və yalnız vəkil olaraq hüquqi xidmət və müqavilə üzrə qanunvericilikdə nəzərdə tutulan qaydada pul almışdır. Kassasiya şikayətinin müəllifi qeyd edir ki, o, ibtidai araşdırma zamanı Zərərçəkmiş şəxsla heç bir şəraitdə üzləşdirilməmiş, lakin məhkəmələr yalnız ittiham aktında bu barədə göstərilənlərə istinad edərək belə istintaq hərəkətinin aparılması haqqında nəticəyə gəlmiş və müstəntiq tərəfindən tərtib edilmiş protokola əsaslanaraq onun törətmədiyi əməllərdə təqsirli bilinməsinə dair əsassız nəticəyə gəlmişlər. Kassatorun fikrincə, məhkəmələr CPMnin tələblərinə müvafiq olaraq onun təqsirsizliyinə dəlalət edən sübutları tədqiq etməkdən imtina edərək qəbul etdikləri yekun məhkəmə aktlarının əsası na yolverilməz sübutları qoymuşlar. Buna görə, hesab edir ki, araşdırılmış sübutlarla onun həm dələduzluq, həm də rüşvət verməyə təhrik etmə əməllərini törətməsi sübuta yetirilmədiyinə görə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kolegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilməlidir. Kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında onun 8000 min manat məbləğində pulunun arvadı xxx barəsindəki cinayət işi üzrə zərər çəkmiş şəxslərə ödənilməsi adı ilə dələduzluq yolu ilə ələ keçirilməsinə dair hissədə zərər çəkmiş şəxs kimi tanınmış Zərərçəkmiş şəxs qanuna müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında naməlum səbəblərdən iştirak etməmişdir. Məhkəmə kollegiyası cinayət prosesi iştirakçılarının bununla bağlı rəylərini dinləyib CPM-nin 4 19.4cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Zərərçəkmiş şəxs iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Hüquqi məsələlər: Göründüyü kimi, Məhkum kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, onun elan olunmuş ittiham üzrə cinayət əməllərini törətməsi sübuta yetirilməmiş, məhkəmələr araşdırılmış sübutlara düzgün qiymət verməmiş və o, təqsiri sübuta yetirilmədiyi halda əsassız və qanunsuz olaraq məhkum edilmişdir. Bununla da, məhkum apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış qərarın ləğv edilməli olması haqqında tələblərini CPM-nin 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər. CPM-nin 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrinə əsasən isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya i nstansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.2. məhkəmə bu Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.3. məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə; 416.1.11. məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda; Məhkəmə kollegiyası məhkumun şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudların ı CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkə məsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyas iya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən madd i və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digə rinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144 -146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət veri lməsi yolverilməzdir. CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” xx xxxxxxxx 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəl məsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 28.5-ci maddəsi) Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan sübutları (ibtidai araşdrma zamanı toplanmış bəzi fərqli sübutlarla birlikdə) araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə adı çəkilən məhkumun hökmdə təsvir edilən cinayət əməllərini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların tək rarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə Məhkum təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, yəni Məhkumlə birlikdə cinayət əməllərini törətdiyinə görə Bakı Ağır Cinayətlər Məhk əməsinin xx xxxxx 2017-ci il tarixli hökmü ilə CM-nin 178.3.2 və 32.4, 312.1-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmuş X4 ibtidai araşdırma zamanı heç bir təsir göstərilmədən müdafiəçisinin iştirakı ilə verdiyi ifadələrlə yanaşı, zərər çəkmiş şəxsin, şahidlərin ifadələri, Məhkum zərərçəkmiş Zərərçəkmiş şəxsla aparldığı telefon danışıqları və yazışmaları ilə, bir sıra istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam təsdiq edilir. Həmin sübutların hər birisi ayrı-ayrılıqda birinci instansiya məhkəməsinin hökmündə ətraflı şərh edildiyindən məhkəmə kollegiyası təkrarən həmin sübutların hazırki qərarda təsvirinə ehtiyac görmür Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsindən, “İnsan Hüquqlarının və X7 haqqında” Avropa Konvensiy asının 6-cı maddəsinin və cinayətprosessual qanunvericiliyinin tələblərindən çıxış edərək məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, hökmün və apellyasiya instansiyası məhkəməsinin qərarının əsasını təşkil etmiş sübutların yenidən araşdırılması deyil, törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Odur ki, Məhkum kassasiya şikayətində irəli sürdüyü apellyasiya instansiyası məhkəməsinin qərarının qeyri-obyektiv sayılması və ədalətli qərarın çıxarılması haqqında tələblərinin əsaslılığını yoxlayarkən məhkəmə ko llegiyası işin faktiki hallarının kassasiya şikayətində əksini tapmış təsvirini deyil, iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş faktiki halları rəhbər tutacaqdır. İşə baxmış birinci və apellyasiya instansiyası məhkəmələrinin ibtidai araşdırma zamanı hər hansı qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara əsasən müəyyən etdikləri faktiki hallar isə ondan ibarətdir ki, Məhkum öz qulluq mövqeyindən istifadə edib tanışı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı istintaq Təcridxanasının böyük inspektoru vəzifəsində işləyən X8 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid qəsdlə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs ümumilikdə 31.000 ( otuz bir min) manat pulunu ələ keçirərək dələduzluq etmiş, vətəndaşı vəzifəli şəxsə rüşvət verməyə təhrik etmişdir. Qeyd edilməlidir ki, bu hallar həmçinin qanuni qüvvəsini almış xxx məhkum olunmasına dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli hökmü ilə də müəyyən edilmişdir. CPM-nin 142.1-ci maddəsinin tələblərinə görə isə, cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2020-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu preyudisiya ilə bağlı öz hüquqi mövqeyni ifadə edərkən belə nəticəyə gəlmişdr ki: “- Preyudisiya, daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur. Qanuni qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığı, həmin hökmün çıxarıldığı şəxslərin dairəsi ilə məhdudlaşır; - Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 63-cü maddəsi və 127-ci maddəsinin Vİİİ hissəsinin tələbləri baxımından Cinayət-Prosessual Məcəlləsinin 142.1-ci maddəsinin müddəaları cinayət təqibi üzrə təqsirləndirilən şəxsə münasibətdə o halda şamil edilir ki, həmin şəxsin təqsirliyi və ya təqsirsizliyi məhkəmə müdafiəsi hüququndan irəli gələn təminatlara riayət edilməklə digər əlaqəli cinayət işi üzrə qanu ni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilmiş olsun; - Cinayət-Prosessual Məcəlləsinin 50 və 211-ci maddələrinin tələblərindən irəli gələrək cinayət təqibi üzrə icraatı ayırmaq qərarı verən müstəntiq, prokuror və ya hakim bu cür ayrılmanın mümkün olduğu şərtləri müəyyənləşdirməli, bu qərarın müvafiq hüquqi və faktiki əsaslarını göstərməli, cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam, obyektiv və vaxtında araşdırılmasına maneələr olduğu hallarda belə ayırmadan çəkinməlidirlər.” Cinayət işinin mateialarından görünür ki, müstənitiqin xx xxxxxxxx 2016-cı il tarixli qərarına əsasən, Məhkum barəsində cinayət işinin başqa icraata ayrılmasının səbəbi sonuncunun istintaqdan qaçıb gizlənməsi olmuşur. Həm bu, həm də digər prosessual qərarlarda iş üzrə toplanmış sübutlara istinad e dilməklə xxx ona ittiham olunmuş cinayət əməllərini Məhkumlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək qrup şəklində törətməsi, həmin əməllərin törədilməsinin sübuta yetirilməsi qeyd olunsa da, Bakı Ağır Cinayətlər Məhkəməsi xxx barəsindəki xx xxxxx 2017-ci il tarixli hökmdə (hökm xx xxxxxx 2017-ci il tarixdə qüvvəyə minmişdir) təqsirsizlik prinsipi gözlənilərək sonuncunun qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girdiyi şəxs “başqa şəxs” kimi, lakin həm bu hökmün, həm də Məhkum barəsindəki xx xxxxxx 2018-ci il tarixli hökmün təsviri hissələrinin təhlili göstərir ki, burada “başqa şəxs” dedikdə məhz Məhkum nəzərdə tutulur. Hər iki məhkumun barəsindəki hökmlərdə onların törətdikləri əməllər eyni cürə təsvir edilmişdir. Cinayət işinin materiallarına əsasən, ibtidai araşdırma orqanı tə rəfindən Məhkum barəsində cinayət işinin başqa icraata ayrılmasına, xxx barəsindəki iş üzrə isə toplanmış sübutların kifayət etməsinə görə həmin işin məhkəməyə göndərilməsinə baxmayaraq, həm Məhkum tutulana qədər, həm də bundan sonra istintaq orqanı yalnız xxx təqsirləndirilməsinə dair cinayət işi üzrə toplanmış sübutlarla kifayətlənməyərək, Məhkum də təqsirliliyinə dəlalət edən sübutları toplamaqda davam etmiş, onun həm xxx, həm də zərərçəkmiş Zərərçəkmiş şəxsla üzləşdirilməsini keçirmiş (kassasiya şikayətində göstərilənlərin əksinə olaraq) və əlavə olaraq bir sıra digər prosessual hərəkətlər keçirdikdən sonra cinayət işini mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndərmişdir. Həmçinin iş materialları ilə müəyyən edilir ki, məhkəmələr tərəfindən Məhkum ona elan olunmuş ittiham üzrə təqsir li bilinməsinin və onun əməlinin CM-nin 178.2.1, 178.2.3, 178.2.4 və 32.4,312.1-ci maddələri ilə tövsif edilməsinin əsasında duran sübutlar qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-nin 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş, o cümlədən kassasiya şikayətində irəli sürülmüş iddianın əksinə olaraq məhkəmələr yekun qərarlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, bu sübutların araşdırılması zamanı qanunun tələblərinə tam şəkildə əməl etmiş və sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-nin 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmişlər. Bundan başqa, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş və məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmişdir. Məhkəmə baxışları zamanı həmçinin “İnsan Hüquqlarının və X7 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, təqsirləndirilən şəxsin lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqların pozulmasına da yol verilməmişdir. Göstərilənləri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli Qərarındakı hüquqi mövqeyə uyğun qiymətləndirən məhkəmə kollegiyası hesab edir ki, xxx barəsindəki qanuni qüvvəyə minmiş hökm, həmin hökmlə müəyyən edilmiş hallar Məhkum barəsindəki cinayət işi üzrə preyudisial xarakter daşımış və işə baxmış aşağı instansiya məhkəmələri həm buna, həm də Məhkum barəsində ittiham hökmünün çıxarılması və həmin hökmün qüvvədə saxlanılması üçün sübutların kifayət etməsinə əsaslanaraq iş üzrə qanuni nəticəyə gəlmişlər. Məhkum hətta zərərçəkmiş Zərərçəkmiş şəxs pul alsa belə heç kimə rüşvət vermək niyyətində olmaması, lakin yalnız vəkil kimi müqaviləyə görə pul alması və belə olan halda sonuncunu rüşvət verməyə təhrik etməməsi barədə dəlilləri ilə bağlı məhkəmə kollegiyası əvvəla qeyd edir ki, məhkəmələr tərəfindən sübuta yetirilmiş hesab etdikləri hallara görə, Məhkum Zərərçəkmiş şəxs cəmisi 31.000 manat məbləğində pulunu ona görə ələ keçirmişdir ki, o, dələduzluq əməllərini törətdiyinə məhkum olunmuş sonuncunun arvadı xxx bar əsində apellyasiya və ya kassasiya instansiyası məhkəmələri tərəfindən güzəştli qərarların çıxarılmasına köməklik göstərəcək. İş materiallarından görünür ki, Məhkum həmin dövrdə Vəkillər Kollegiyasının üzvü olmaqla xxx barəsindəki cinayət işi üzrə məhkəmə icraatları zamanı sonuncunun müdafiəçisi kimi onun hüquqlarını müdafiə etmiş, lakin xxx haqqında hər hansı qərar qəbul etmək səlahiyyətində olmamış və pulu adlarını çəkməməklə digər vəzifəli şəxslərə vermək adı ilə belə qərarların həmin şəxslər tərəfindən qəbul ediləcəyini vəd edərək Zərərçəkmiş şəxs bu vədə inanmasına nail olmuşdur. Həqiqətdə isə, o, aldığı pulu ya bütövlükdə, ya da onun bir hissəsini heç kimə verməmiş və həmin pulu xxx birlikdə dələduzluq yolu ilə ələ keçirmişdir. İşin bu hallarını təhlil edərək məhkəmə kollegiyası dələ duzluq işləri üzrə vahid məhkəmə təcrübəsinin formalaşdırılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən xx xxxx 2015-ci il tarixdə qəbul edilmiş “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Qərardakı tövsiyələrə müraciət etməyi zəruri sayır. Həmin Qərarın 36-cü bəndində məhkəmələrin diqqəti dələduzluq cinayətlərinə dair işlərə baxarkən bu əməllərin vəzifəli şəxslər, habelə rüşvətxorluqda vasitəçilik etmə adı ilə dələduzluq etmiş (“rüşvətxorluqda yalançı vasitəçi”) şəxslər tərəfindən törədilməsinə cəlb edilmişdir. Məhkəmələrə izah edilmişdir ki, dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs qısa və ya uzun müddətdən sonra həmin əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən, buna nail ola bilmir. Rüşvət vermə və ya rüşvət verməyə cəhd etmə cinayətlərinin törədilməsi zamanı isə şəxs tərəfindən istər vəzifəli şəxsə, istərsə də rüşvətxorluqda vasitəçilik etmiş və ya rüşvətxorluqda vasitəçilik etmək adı ilə dələduzluq etmiş şəxsə verilmiş pul, qiymətli kağızlar və ya sair maddi nemətlər ona məxsus olmuş əmlakdan artıq rüşvətin predmetinə çevrilir və həmin şəxs bu maddi nemətlərin nə vaxtsa qaytarılmasını yox, rüşvətin müqabilində onun xeyrinə vəzifəli şəxs tərəfindən qanuni və ya qanunsuz hərəkətin (hərəkətsizliyin) edilməsini gözləyir. Həmçinin izah edilmişdir ki, özgənin əmlakını ələ keçirmək məqsədi ilə vəzifəli şəxs öz qulluq mövqeyinə görə onun səlahiyyətlərinə aid olmayan hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsini vəd edərək buna görə pul, qiymətli kağızlar və sair maddi nemətlər aldıqda təqsirkarın əməli dələduzluq kimi qiymətləndirilməlidir. Şəxs, heç bir səlahiyyətə malik olmayan digər şəxsdən onun xeyrinə olan hər hansı hərəkətin (hərəkətsizliyin) vəzifəli şəxs tərəfindən edilməsində köməklik göstərilməsini xahiş etdikdə və onun razılığını aldıqdan sonra bunun müqabilində vəzifəli şəxsə çatdırılması üçün vasitəçiyə pul və ya sair nemətlər verdikdə, lakin vasitəçi pulu və ya sair nemətləri hansısa vəzifəli şəxsə çatdırmaq niyyətində olmayaraq ələ keçirdikdə sonuncunun əməli dələduzluq kimi qiymətləndirilir. Rüşvət verməyə cəhd edən şəxsin təşəbbüsü ilə vəzifəli şəxsə vermək məqsədi ilə pul və ya sair maddi nemətləri almış şəxs ondan asılı olmayan səbəblərdən (məsələn, vəzifəli şəxslə sövdələşmənin baş tutmaması, hüquq mühafizə orqanları tərəfindən ifşa edilməsi, son nəticədə rüşvət kimi verməli olduğu maddi nemətləri mənimsəmək niyyətinin yaranması və sair) rüşvətin predmetini səlahiyyətli şəxsə verə bilmədikdə onun əməli dələduzluq deyil, rüşvət verməyə cəhd etmədə iştirakçılıq və işin hallarından asılı olaraq özgənin əmlakını mənimsəmə kimi qiymətləndirilir. Şəxs, o cümlədən müvafiq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək niyyətində olmayaraq pul və ya sair nemətləri on dan alıb ələ keçirdikdə onun əməli həm dələduzluq (CM-nin 178-ci maddəsi), həm də rüşvət verməyə təhrik etmə (CM-nin 32.4,312-ci maddələri) kimi qiymətləndirilir. İşin müəyyən edilmiş faktiki halları və Ali Məhkəmənin tövsiyələri məhkəmə kollegiyasına belə nəticəyə gəlmək üçün əsas verir ki, başqa vəzifəli şəxslərə vermək adı ilə Zərərçəkmiş şəxs pul şəklində əmlakını almış, lakin sonuncuya verdiyi vədə əməl etməyərək və həmin pulu hər hansı vəzifəli şəxsə verməyərək onu ələ keçirmiş Məhkum həm Zərərçəkmiş şəxs rüşvət verməyə təhrik etmiş, həm də dələduzluq əməlini törətmişdir. Bu baxımdan, məhkəmə kollegiyası Məhkum həmin əməlləri törətməsinin sübuta yetirilməsi ilə yanaşı onların həm də CM-nin 178.2.1, 178.2.3, 178.2.4 və 32.4,312.1-ci maddələri ilə tövsif edilməsi barədə məhkəmələrin gəldikləri nəticəni düzgün sayır və buna görə də bu məsələ ilə bağlı kassasiya şikayətinin dəlillərini qəbuledilməz hesab edir. Ümumiyyətlə isə, məhkəmə kollegiyası kassasiya şikayətinə məhkəmə baxışının yekunu olaraq belə qənaətə gəlir ki, Məhkum həmin şikayətində göstərdiyi dəlilləri işdə olan sübutlarla təkzib edilir və buna görə həmin dəlilləri məhkum olunmuş şəxsin cinayət məsuliyyətindən yayındırılmasına xidmət edən dəlillər kimi qiymətləndirilməlidir. Buna görə məhkəmə kollegiyası hesab edir ki, baxılan işdə CPM-nin 42-ci maddəsində təsbit edilmiş bəraətin əsasları, eləcə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və ya dəymşdirilməsini tələb edən CPM-nin 416-cı maddəsində göstərilən əsaslardan hər hansı biri müəyyən edilmir. Kassasiya şikayətində Məhkum onun təqsirli bilindiyi maddələrlə təyin edilmiş cəzanın yüngülləşdirilməsinə dair qərarın qəbul edilməsi barədə tələb irəli sürmədiyindən, apellyasiya instansiyası məhkəməsi isə onun barəsində cəza tədbiri seçərkən iş üzrə müəyyən olunmuş bütün halları nəzərə alaraq bu məsələnin həlli zamanı maddi hüquq normalarının tətbiqində pozuntuya yol vermədiyindən, məhkəmə kollegiyası göstərilən məsələnin təkrarən müzakirə edilməsinə ehtiyac görmür və kassasiya şikayətinin dəlillərindən asılı olmayaraq məhkuma təyin edilmiş cəzanın yüngülləşdirilməsi və ya həmin cəzanın şərti olaraq tətbiq edilməsi üçün əsaslar tapmır. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını yuxarıda təsvir olunan qaydada təhlil edib müdafiəçisinin kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək və həmin şikay ətin təmin edilməsi barədə Məhkum, onun müdafiəçisi Müdafiəçi və kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyərək hesab edir ki, məhkumun kassasiya şikayəti təmin edilməməli, onun barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarı isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3, 178.2.4 və 32.4,312.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən
Məhkəmə qərarları › İş №1(102)-935/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-935/2020
06.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver