Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-935/2022 06.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1, məhkum Təqsirləndirilən şəxs müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1, 221.1 və 228.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 dekabr 2021-ci il tarixli qərarından Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Bağırov Məhəmməd Ənvər oğlunun sədrliyi ilə, X11 və X7 ibarət tərkibdə) 21 aprel 2021-ci il tarixli hökmü ilə xx xxxxxx 1992-ci il tarixdə Ağstafa rayonunun Dağkəsəmən kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, lakin məhkumluğu ödənilmiş, Ağsatfa rayonu, Dağkəsəmən kəndində olan və yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4, 221.1 və 228.4 -cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə 16 (on altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməklə cəzasının əvvəli şübhəli şəxs qismində tutulduğu gündən, yəni 14 iyun 2020ci il tarixdən hesabl anması hökm edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 dekabr 2021-ci il tarixli qərarı ilə (hakimlər: X8 (sədrlik edən və məruzəçi), X5 və X3 ibarət tərkibdə) məhkumun müdafiəçisi tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 21 aprel 2021-ci il tarixli hökmü dəyişdirilmiş, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsindən həmin Məcəllənin 120.1-ci maddəsinə tövsif edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin 21 aprel 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublik ası Cinayət Məcəlləsinin 221.1 və 228.4-cü maddələri ilə təyin edilmiş cəza hazırki qərarla təyin olunmuş cəza ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Ağstafa rayon Dağkəsəmən kəndində, dostu Şahid5 məxsus evdə yemək yeyib spirtli içki qəbul etdikdən sonra saat 24 radələrində oradan çıxaraq orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində piyada öz evlərinə doğru gedərkən bir neçə gün əvvəl qonşuluqda yaşayan həmkəndlisi Şahid1 evlərinin qarşısında oturma sına görə ona öz iradını bildirməsi ilə bağlı aralarında yaranmış sözlə mübahisəyə aydınlıq gətirmək məqsədi ilə küçəyə çağırmaq üçün xx.xx.2020-ci il tarixdə gecə saat 01 radələrində sonuncunun Ağstafa rayon Dağkəsəmən kəndi Sərxan Qasımov küçəsində yerləşən evlərinin küçə darvazasını möhkəm döyərək sakinlərin yuxuda ola biləcəyinə məhəl qoymadan, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozan hərəkətlər edərək Şahid1 qarşı yüksək səslə təhqiredici ifadələr işlətmiş, "ay şərəfsizlər, çıxın çölə, 102ə zəng eliyin gəlib məni aparsınlar” deyərək ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərmiş, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat nor malarına qarşı saymamazlıq nümayiş etdirərək ərtafda yaşayan sakinlərin narahatçılığına səbəb olmaqla ictimai qaydanı kobud surətdə pozmuş, Şahid1 küçəyə çağırarkən "çıx çölə ay şərəfsiz, sənin qılçanı deşikdeşik edəcəm” deyərək üzərində zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bundan başqa o, yuxarıda qeyd edilən xuliqanlıq hərəkətlərini etdikdən sonra xx.xx.2020-ci il tarixdə saat 01 radələrində Şahid1 darvazanı açmadığını görərək bir qədər sakitləşib Ağstafa rayon Dağkəsəmən kəndi Sərxan Qasımov küçəsində yolun qarşı tərəfinə keçib subağlayıcının üzərində oturmuş, həmin vaxt yaranmış səs-küyə və narahatçılığa görə Şahid1 əmisi oğlu olmaqla qonşuluğunda yaşayan X6 qaranlıqda ona yaxınlaşaraq uzunluğu 1 metr olan taxta dəyənəklə bədəninin m üxtəlif nahiyələrinə vuraraq ona sağ təpə nahiyəsinə əzilmiş, sol baldır nahiyəsində əzniyi ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül bədən xəsarətləri yetirmiş, bu zəmində o, aralarında yaranmış münaqişə zamanı əsəbləşərək H.Şəmilovu xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etmək qərarına gəlmiş, bu məqsədlə əlbəyaxa olaraq sonuncunun əlində olan taxta dəyənəyin yerə salınmasına nail olmuş, üzərində gəzdirdiyi qatlanan və soyuq silah hesab edilməyən bıçaqla Şahid3 sol döşün üst səthində 1 ədəd, sağ körpücükaltı nahiyədə 2 ədəd boşluğa keçən sağ ağciyərin üst payını zədələyən kəsilmiş-deşilmiş yaralarla nəticələnən dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran və sağ boynun 1 ədəd, sağ körpücük altının 1 ədəd, sağ çiyi n üstünün 2 ədəd, sol almacıq nahiyəsində 1 ədəd və sol qaşın üst səthində 1 ədəd kəsilmiş yara ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül xəsarətlər, sol əlin baş və göstərici barmaqlarına isə dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, zərbələr vuran zaman sonuncuya əzab verdiyini dərk edərək yuxarıda qeyd olunan zərbələri endirməkdə davam etmiş, H.Şəmilov çətinliklə onun əlindən çıxaraq yaralı vəziyyətdə özünü yaşadığı evin həyətinin hasarının üzərindən içəriyə-həyətlərinə atmış, həmin vaxt ətrafa toplaşan şəxslər tərəfindən Qazax rayon Diaqnostika Mərkəzinə çatdırılsa da, həyatını xilas etmək mümkün olmadığından orada ölmüşdür. Bununla da o, H.Şəmilovu xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Bundan başqa o, ümumi uzunluğu 290 mm, tiyəsinin uzunluğu 164 mm, maksimal eni 29 mm və qalınlığı 4 mm olmaqla zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağını hadisə baş verməmişdən əvvəlki dövrlərdə istintaqla müəyyən edilə bilinməyən vaxtda və mənbədən əldə etmiş və 14 iyun 2020-ci il tarixədək Ağstafa rayonu ərazisində üzərində gəzdirmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində göstərilmişdir ki, Apellyasiya Məhkəməsi heç bir əsas olmadan, məhkumun, zərərçəkmis şəxsin hüquqi varisinin və şahidlərin ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində verdikləri, məhkəmə tərəfindən təhlil olunaraq hüquqi qiymət verilmiş sübut əhəmiyyətli ifadələrini işin faktik i hallarına uyğun gəlməyən formada qiymətləndirərək təqsirləndirilən şəxsin əməlini CM-in 120.1-ci maddəsinin tərkibini yaradacaq əlamətlərə istiqamətləndirmiş və nəzərə almamışdır ki, Təqsirləndirilən şəxs aralarında yaranmış münaqişə zamanı əsəbləşərək H.Şəmilovu xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etmək qərarına gəlmiş, bu məqsədlə əlbəyaxa olaraq sonuncunun əlində olan taxta dəyənəyin yerə salınmasına nail olmuş, üzərində gəzdirdiyi qatlanan və soyuq silah hesab edilməyən bıçaqla Şahid3 xəsarətlər yetirmiş, zərbələr vuran zaman sonuncuya əzab verdiyini dərk edərək yuxarıda qeyd olunan zərbələri endirməkdə davam etmiş, H.Şəmiİov çətinliklə onun əlindən çıxaraq yaralı vəziyyətdə özünü yaşadığı evin həyətinin hasarının üzərindən içəriyə-həyətlərinə atmış, həmin vaxt ətrafa toplaşan şəxslər tərəfindən Qazax rayon Diaqnostika Mərkəzinə çatdırılsa da, həyatını xilas etmək mümkün olmadığından orada ölmüşdür. Yəni göründüyü kimi Təqsirləndirilən şəxs tərəfindən müstəsna dərəcədə rəhmsizlik göstərilməklə qeyd olunan cinayət əməlinin törədilməsi işin faktiki halları ilə tam sübuta yetirilmişdir. Lakin Gəncə Apelyasiya Məhkəməsinin cinayət kollegiyası toplanmış sübutları qarşılıqlı təhlil etməmiş, nəticədə iş üzrə Təqsirləndirilən şəxs əməlinin CM-in 120.2.4, 221.1 və 228.4cü maddələri ilə tövsif edilməli olmasını təsdiq edən kifayət qədər mötəbər dəlil olmasına baxmayaraq əsassız olaraq onun əməlini daha yüngül maddəyə tövsif etmişdir. Birinci instansiya məhkəməsinin hökmündə ibtidai istintaq və məlikəmə istintaqı zamanı toplanmış bir-birini tamamlayan mümkün, mötəbər, aid iyyəti və ümumilikdə kifayətedici sübutların məcmusu əsasında bas vermiş cinayət hadisəsinin tam mexanizmi müəyyən edilmişdir. Lakin məhkəmə kollegiyası qeyd edilən halları nəzərə almamış, yalnız cinayət işi üzrə verilmiş ifadələri xüsusi amansızlığı aradan qaldıracaq istiqamətdə şərh edərək, bir sübutun qəbul edilməsinin digər sübutun rədd edilməsinin motivlərini hökmdə göstərmədən, yalnız təqsirləndirilən şəxsin ifadələrində olan müəyyən xüsusatları nəzərə alıb, digər ifadələrdə göstərilən xüsusatların qəbul etməməsinin səbəbini hökmdə əsaslandırmamış, sübutların qiymətləndirilməsinə açıq-aşkar birtərəfli yanaşmış, toplanmış sübutları birtərəfli qavdada şərh edərək ayrı-ayrı halları ümumi sübutlar sistemindən qoparmış, ittihamın əsasını təşkil edən və işin obyektiv hallarına uyğun gələn sübutları əsassız və qanunsuz olaraq qəbul etməyib Təqsirləndirilən şəxs əməlində xüsusi amansızlıqla qəsdən adam öldürmə cinayətinin olmaması qənaətinə gəlməklə şəxsin əməlini qanunsuz və əsassız olaraq CM-in 120.1-ci maddəsinə tövsif etmişdir. Dövlət ittihamçısı kassasiya protestində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 dekabr 2021-ci il tarixli qərarını ləğv edərək, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin olunmaması barədə məhkumun müdafiəçilərinin, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə ba xmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya şikayətinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərə findən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində mübahisələndirilən məsələ məhkumun əməlinin apellyasiya instansiyası məhkəməsi tərəfindən əsassız olaraq Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsindən 120.1-ci maddəyə tövsif edilməsi barədədir. Bununla əlaqədar məhkəmə kollegiyası qanunvericilik normalarına və cinayət işinin materiallarına müraciət etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublik ası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayətprosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmün ün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi məhkumun CMin 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılan sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətin dədir. Cinayət işi üzrə müəyyən edilmiş hallardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 01 radələrində Şahid1 darvazanı açmadığını görərək bir qədər sakitləşib Ağstafa rayon Dağkəsəmən kəndi Sərxan Qasımov küçəsində yolun qarşı tərəfinə keçib subağlayıcının üzərində oturmuş, həmin vaxt yaranmış səs-küyə və narahatçılığa görə Şahid1 əmisi oğlu olmaqla qonşuluğunda yaşayan X6 qaranlıqda ona yaxınlaşaraq uzunluğu 1 metr olan taxta dəyənəklə bədəninin müxtəlif nahiyələrinə vuraraq ona sağ təpə nahiyəsinə əzilmiş, sol baldır nahiyəsində əzniyi ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül bədən xəsarətləri yetirmiş, bu zəmində o, aralarında yaranmış münaqişə zamanı əsəbləşərək H.Şəmilovu qəsdən həyatdan məhrum etmək qərarına gə lmiş, bu məqsədlə əlbəyaxa olaraq sonuncunun əlində olan taxta dəyənəyin yerə salınmasına nail olmuş, üzərində gəzdirdiyi qatlanan və soyuq silah hesab edilməyən bıçaqla Şahid3 sol döşün üst səthində 1 ədəd, sağ körpücükaltı nahiyədə 2 ədəd boşluğa keçən sağ ağciyərin üst payını zədələyən kəsilmiş-deşilmiş yaralarla nəticələnən dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran və sağ boynun 1 ədəd, sağ körpücük altının 1 ədəd, sağ çiyin üstünün 2 ədəd, sol almacıq nahiyəsində 1 ədəd və sol qaşın üst səthində 1 ədəd kəsilmiş yara ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül xəsarətlər, sol əlin baş və göstərici barmaqlarına isə dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, H.Şəmilov çətinliklə onun əlindən çıxaraq yaralı vəziyyət də özünü yaşadığı evin həyətinin hasarının üzərindən içəriyə-həyətlərinə atmış, həmin vaxt ətrafa toplaşan şəxslər tərəfindən Qazax rayon Diaqnostika Mərkəzinə çatdırılsa da, həyatını xilas etmək mümkün olmadığından orada ölmüşdür. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə əsasən, Təqsirləndirilən şəxs hərəkətlərində adam öldürmə cinayətinin xüsusi amansızlıqla törədilməsinə dair tövsifedici əlamətlərin mövcudluğu müəyyən edilmir. Şəxsin cinayəti xüsusi amansızlıqla törətməsini və onun belə niyyətdə olmasını təsdiq edən heç bir mötəbər sübut müəyyən edilməmişdir. Belə ki, həm ibtidai istintaq zamanı, həm də birinci instansiya məhkəməsində dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələrindən, eləcə də iş materiallarından Təqsirləndirilən şəxs hərəkətlərində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar yetirilməsinə dair əlamətləri müəyyən etmək mümkün deyildir. Təqsirləndirilən şəxsla zərərçəkmiş şəxs arasında qarşılıqlı münaqişə olmuş, eləcə də, hadisə zamanı zərərçəkmiş şəxs də Təqsirləndirilən şəxs xəsarətlər yetirmişdir. Apellyasiya instansiyası məhkəməsinin göstərilən mövqeyinə dair kassasiya məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir: «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli qərarının 8-ci bəndində göstərilir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-in 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsus i amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işi üzrə müəyyən edilmiş hallara əsasən Təqsirləndirilən şəxs qəsdinin mərhum X2 məhz xüsusi amansızlıqla qəsdən öldürməyə yönəldilməsi öz təsdiqini tapmamış, onun belə bir niyyəti olması ilə bağlı istintaq orqanı tərəfindən mötəbər sübutlarla müəyyən edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi həyatdan məhrum etməyə yönələn hərəkətlərində xüsusi amansızlığın əlamətləri - zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar yetirilməsi, qəsdən əzabverici üsullardan istifadə etməsi müəyyən olunmur. Belə ki, yuxarıda qeyd edildiyi kim i, mərhum X6 qaranlıqda ona yaxınlaşaraq uzunluğu 1 metr olan taxta dəyənəklə bədəninin müxtəlif nahiyələrinə vuraraq ona bədən xəsarətləri yetirmiş, bu zəmində aralarında yaranmış münaqişə zamanı əsəbləşərək o, H.Şəmilovu qəsdən həyatdan məhrum etmək qərarına gəlmiş və bu məqsədlə əlbəyaxa olaraq sonuncunun əlində olan taxta dəyənəyin yerə salınmasına nail olaraq üzərində gəzdirdiyi qatlanan və soyuq silah hesab edilməyən bıçaqla ona ardıcıl zərbəldər yetirərək qəsdən öldürmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi öldürmək niyyəti ilə ona çoxlu sayda bədən xəsarətləri yetirilməsi xüsusi amansızlıq kimi qiymətləndirilə bilməz. Belə ki, cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 264 saylı rəyindən görün ür ki, Təqsirləndirilən şəxs bədənində olan xəsarətlər sağ təpə nahiyəsində əzilmiş yara, sol alın nahiyəsində, sağ əlin 4-5-ci barmağın üst səthində və sol bazunun aşağı 1/3-nin kəsilmiş yaraları, sol dirsək nahiyəsində sıyrıqlar, sağ təpə nahiyəsində əzilmiş yara və sol dirsək nahiyəsində sıyrıqlar küt, sol alın nahiyəsində, sağ əlin 4-5-ci barmağın üst səthində və sol bazunun aşağı 1/3-nin kəsilmiş yaraları isə kəsici əşyanın təsirindən törənmişdir, xx.xx.2020-ci il tarixdə taxta və bıçaqla vurma nəticəsində əmələ gələ bilərdi. Həmin xəsarətlərdən sağ təpə nahiyəsində əzilmiş yara və sol alın nahiyəsində kəsilmiş yara dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Göründüyü kimi hadisə zamanı zərərçəkmiş şəxs və məhkum olunmuş şəxs qarşılıqlı olaraq bir-birinə zərbələr endirmiş, zərərçəkmiş şəxsə yetirilmiş xəsarətlərin sayının çox olmasını məhz işin bu halları ilə əlaqəli olmaqla Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi xüsusi amansızlıqla öldürmək niyyəti olmasını təsdiq edən hal kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası cinayətin törədilmə üsulu və şəraiti, hadisənin baş vermə mexanizmini nəzərə alaraq hesab edir ki, Apellyasiya Məhkəməsi məhkum Təqsirləndirilən şəxs qəsdən adam öldürmə əməlinə tövsif edərkən CPM-in 144-145-ci maddələrinin tələblərinə riayət edərək iş üzrə toplanmış sübutları hərtərəfli araşdırıb hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə obyektiv qiymətləndirərək Təqsirlən dirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə, yəni xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi qiymətləndirmək üçün əsaslar olmadığı barədə düzgün yekun nəticəyə gəlmişdir. Bu baxımdan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında vurğulayır ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında üyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından Cinayət Qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət Prosessual Məc əllənin 33-cü maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; Sözügedən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs xüsusi amansızlıqla qəsdən adam öldürmə niyyətinin olub-olmadığını müəyyən edib bununla bağlı cinayət təqibi üzrə toplanmış sübutları tədqiq edib mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiy mətləndirərkən apellyasiya məhkəməsi cinayət prosessual qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə riayət etmiş və məhkumun əməlini düzgün olaraq Cinayət Məcəlləsinin 120.1-ci maddəsinə tövsif etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə ed ilməsi tələb olunur. Sadalananlara münasibətdə məhkəmə kollegiyası Apellyasiya Məhkəməsinin qərarında müəyyən olunan hallar əsasında cinayət əməlinin tövsifi barədə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, göstərilən məhkəmə tərəfindən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin tövsifində səhvə yol verməmiş, kassasiya protestinin bu barədə dəlilləri əsassızdır. Göstərilən nəticə kassasiya protestində iddia olunanların əksinə olaraq Apellyasiya Məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Göstərilənlərə əsasən, kassasiya protestinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab ed ir ki, həmin kassasiya protestinin dəlilləri əsassızdır və təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil. Buna görə də Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 dekabr 2021-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1, 221.1 və 228.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 dekabr 2021-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-935/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-935/2022
06.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver