Məhkəmə qərarları › İş №1(102)-935/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-935/2023

10.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-935/2023 10.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Bərdə Rayon Məhkəməsinin 25 iyul 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Resp ublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 228.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 oktyabr 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Kiçikbəyov Emin Atabəy oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bərdə Rayon Məhkəməsinin 25 iyul 2022-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Allahverdiyev Məhərrəm Ələkbər oğlu) Məhkum, xx xxxxxxxx 1979-cu il tarixdə Laçın rayonunun Ələkçi kəndində anadan olmuş, evli, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Laçın rayonundan məcburi köçkün düşmüş, Laçın rayonunun Ələkçi kəndində qeydiyyatda olan və Bərdə rayonunun Qaradəmirçi kəndində yaşayan, CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum istintaqa məlum olmayan mənbədən və tarixdə 1 ədəd 135554 nömrəli zavod üsulu ilə Almaniya Federativ Respublikasında 1896cı ildə istehsal olunmuş, üzərində təyinatını dəyişdirən əlavə dəyişiklik edilməyən, saz vəziyyətdə və atəş açmaq üçün yararlı - yəni barıtın və ya digər alışan maddələrin yanmasından yaranan enerji hesabına mərmisi istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi mexaniki zədələmək və ya sıradan çıxarmaq təyinatına malik olan, “MAUZER” konstruksiyalı, 7.63 mm kalibrli, odlu yivli sil ah olan tapançanı və həmin odlu silhadan istifadəyə uyğun 35 (otuz beş) ədəd döyüş sursatı olan zavod üsulu ilə istehsal edilmiş, 7.62 mm kalibrli, atəş üçün yararlı “Tokarov” (TT), “MAUZER” konstruksiyalı tapançalarda, “PPŞ”, “PPS” konstruksiyah tapança pulemyotlar kimi yivli odlu döyüş silahlarında istifadə edilən patronları qanunsuz olaraq əldə edib yaşadığı Bərdə rayonu Qaradəmirçi kəndində yerləşən fərdi yaşayış evinin həyatyanı sahəsindəki yardımçı tikilidəki sandıqda qanunsuz saxlamış, 13 aprel 2022-ci il tarixdə, saat 20 radələrində Laçın rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən odlu silah və döyüş sursatları həmin saxlanc yerindən aşkar edilərək götürülmüşdür. Hökmdən Məhkum müdafiəçisi İsmayılov Zaur Salman oğlu t ərəfindən verilmiş apellyasiya şikayətinə və dövlət ittihamçısı Kazımov Rövşən Zahid oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Çingiz Böyükxan oğlu və Xasməmmədov Elçin İsgəndər oğlundan ibarət tərkibdə) 11 oktyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, apellyasiya protesti qismən təmin edilmiş, Bərdə Rayon Məhkəməsinin 25 iyul 2022-ci il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmiş, Məhkum CM-nin 228.1-ci maddəsi ilə təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 2 (iki) ilədək artırılmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməs inin Cinayət Kollegiyasının 11 oktyabr 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi E.A.Kiçikbəyov kassasiya şikayəti verərək həmin qərarın ləğv edilərək hüquqlarını müdafiə etdiyi şəxsin cəzadan azad edilməsi və ya ona yüngül cəza təyin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində CM-nin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) bir sıra normalarına, habelə iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən müdafiəçi E.A.Kiçikbəyov kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən cəzanı yüngülləşdirən hallar hissəsində qərəzli münasibət göstərilərək həmin hallar kifayət qədər nəzərə almamış və nəticə də həmin qərar ədalətsiz olmuşdur. Belə ki, Məhkum törətdiyi cinayət əməli az ağır cinayətlər kateqoriyasına aiddir, hadisənin predmeti olan silah onun ata babasından qalmış, onu da təqsirləndirilən şəxs könüllü təhvil vermişdir. Lakin ibtidai istintaq orqanı hansı məlumat əsasında əməliyyat-axtarış tədbirinin keçirilməsini qeyd etmədən həmin silahın guya əməliyyat tədbiri nəticəsində əldə olunması barədə əsassız nəticəyə gəlmiş və məhkəmələr də düzgün olmayaraq bu nəticə ilə razılaşmışlar. Şikayət müəllifi həmçinin bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxsin himayəsində iki azyaşlı uşaqlarının və yaşlı ata və anasının olması, şəxsin könüllü şəkildə təqsirini boynuna alaraq ata-babasından qalan silahı təhvil verməsi, cinayətin açılmasında köməklik göstərməsi, ailənin yeganə qazanc gətirəninin olması, məcburi köçkün olması məhkəmələr tərəfindən nəzərə alınmamış, hətta Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası ədalətsizlik nümayiş etdirərək Məhkum cəzasını ağırlaşdırmışdır. Yuxarıda qeyd olunanlara əsasən müdafiəçi E.A.Kiçikbəyov hüquqlarını müdafiə etdiyi şəxsin cəzadan azad edilməsi və ya ona yüngül cəza təyin olunması haqda qərar qəbul edilməsini xahiş edir. Cinayət prosesinin iştirakçıları kassasiya şikayətinə baxılmasının yeri və vaxtı barədə qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmış, lakin Azərbaycan Respublikası Prezidentinin 08 may 2023-cü il tarixli 3875 saylı Sərəncamına əsasına əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmiş Məhkum və onun müdafiəçisi E.A.Kiçikbəyov naməlum səbəblərdən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası bununla bağlı dövlət ittihamçısının rəyini dinləyərək və CPMnin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum və müdafiəçisi müdafiəçisi E.A.Kiçikbəyovun iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 10 oktyabr 2023-cü il tarixli iclasına təyin edilmiş və işə kassasiya instansiyasında baxılanadək, 24 iyul 2023-cü il tarixdə Ali Məhkəməyə Məhkum ərizəsi daxil olmuşdur. Ərizədə Məhkum Azərbaycan Respublikası Prezidentinin 08 may 2023-cü il tarixli 3875 saylı Əfv Sərəncamına əsasən cəzasının çəkilməmiş hissəsindən azad olunduğunu, bunun üçün də barəsində olan cinayət işinin dayandırılmasına və iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum ərizəsini onun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürərək kassasiya tələblərindən imtina etməsi kimi qiymətləndirir və bununla bağlı qeyd edir ki, CPM-nin 414.1-ci maddəsinin tələblərinə əsasən, kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instans iyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. CPM-nin 414.4-cü maddəsində təsbit edilmişdir ki, müdafiəçi öz kassasiya şikayətini yalnız müdafiə etdiyi şəxsin və ya onun qanuni nümayəndəsinin razılığı ilə geri götürə bilər. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, CPM-nin 414.5-ci maddəsinin müddəalarına görə, məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. CPM-nin 414.8-ci maddəsində isə göstərilmişdir ki, kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs öz kassasiya tələblərindən imt ina etdikdə və cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayəti və ya kassasiya protesti olmadığı halda məhkəmə kassasiya şikayətinə və ya kassasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Məhkum ərizəsini nəzərdən keçirib kassasiya şikayətinin geri qaytarılması barədə dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək, habelə qanunvericiliyin yuxarıda təsvir edilən tələblərinə əsaslanaraq hesab edir ki, CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 oktyabr 2022-ci il qərarından məhkumun müdafiəçisi E.A.Kiçikbəyov tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmalı və həmin kassasiya müraciəti üzrə icraata xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1 və 414.8-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D I: Məhkum ərizəsi təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 oktyabr 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi E.A.Kiçikbəyov tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın və həmin kassasiya şikayəti üzrə icraata xitam verilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar