Məhkəmə qərarları › İş №1(102)-936/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-936/2019

02.08.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-936/2019 02.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və İmran Teymurxan oğlu Hacıqayıbovdan ibarət tərkibdə, katib-Samirə Cavid qızı Nəsibova, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Məhkum və müdafiəçi-vəkil Qasımlı Anar Elman oğlunun iştirakları ilə, Gəncə şəhər Kəpəz rayon məhkəməsinin 22 iyun 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum ba rəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 yanvar 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi-vəkil Q6 və zərərçəkmiş Zərərçəkmiş şəxs və müdafiəçisi X9 tərəfindən birgə verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 22 iyun 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Y.X.Həsənov) Məhkum- 21 iyun 1999-cu il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvələr məhkum olunmamış, Gəncə şəhəri ***************************** yaşayan, Azərbaycan Respublikası CM-nin 127.1-ci maddələri ilə təqsirli bilinərək qazancından dövlət nəfinə 20 faiz məbləğində pul tutulmaqla 2 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, 12 yanvar 2018-ci il tarixdə saat 13 radələrində bacısı X4 əri Zərərçəkmiş şəxs ilə sonuncunun yaşadığı Gəncə şəhəri ************************* saylı evdə bacısı N8nı rəfiqəsi X2 evinə getməyə icazə verməməsini irad bildirərək heç bir əsaslı səbəb olmadan, Zərərçəkmiş şəxs yaxın qohumu hesab edilən anası X10 və nənəsi X7, arvadı N8 gözləri qarşısında xüsusi amansızlıqla, yəni onlara əzab verdiyini dərk edərək və xuliqanlıq niyyti ilə yumruqla sifət nahhiyyəsinə iki dəfə vuraraq burun sümüyünün açıq yerini dəyişmiş sınığı, burunun deformasiyası, sağ qaş üstü nahiyyənin sıyrığı ilə nəticələnən həyatı üçün təhlükəli olmayan, sağlamlığının uzun müddətə pozulmasına səbəb olan xüsusi amansızlıqla və xuliqanlıq niyyəti ilə qəsd ən sağlamlığına az ağır zərər vurmuşdur. Hökmdən Məhkum və zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası (hakimlər: T.A.Muxtarov (sədrlik edən və məruzəçi), E.İ.Xasməmmədov və Ə.G.Abdullayevdən ibarət tərkibdə) 30 yanvar 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 yanvar 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi-vəkil Q6 kassasiya şikayəti verərək, qərarın ləğv edilərək cinayət işinin israatına xitam verilməsini və zərərçəkmiş Zərərçəkmiş şəxs kassasiya şikayəti verərək qərarın ləğv edilərək məhkuma Azərbaycan Respublikası CM-nin 127.2.2ci və 127.2.3-cü maddələri ilə dah a qğır cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum müdafiəçisi-vəkil Q6 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə müstəntiq N6 nənəsi R8 ərinin qardaşı oğludur, yəni qohumudur. Ona görə də Azərbaycan Respublikası CPM-nin 109.1.7-ci və 113.3-cü maddələrinə uyğun olaraq həmin işi icraatına götürməmək, işi bilmədən götürdüyü halda isə özünə etiraz etməyə borclu olan müstəntiq, əksinə thqiqiat zamanı əlaqələrindən sui-istifadə edərək inzibati xəta törətmiş Zərərçəkmiş şəxs, onun anası S8 və nənəsi R8 törətdikləri inzibati xətanı gizlətmişdir. Amansızcasına hərəkət edən müstəntiq N6 hərəkətinin dəhşətli tərəfi budur ki, o, özünün qanunsuz əməlini bir neçə şəxsin hücumuna məruz qalmış doğma bacısının zəruri müdafiəsi zəminində ani, göz qırpımında bədahətən hərəkət edən, özü də müstəqil həyata yenicə qədəm qoyan 19 yaşlı qız uşağına qarşı törətmiş üstəlik saxta ittihamı daha da süniləşdirib, ona xüsusi amansızlıq və xuliqanlıq niyyəti sırımışdır. Kassasiya şikayətində cinayət işi üzrə toplanmış sübutlara deyil müdafiəçi özünün şəxsi mülahizələrinə əsaslanaraq göstərmişdir ki, Məhkum törətdiyi hərkətlər zəruri müdafiə vəziyyətində, bacısı N8a qarşı edilmiş hərkətlrin qarşısını almaq üçün edilmişdir. Kassasiya şikayətində göstərilir ki, təkrar məhkəmə-tibb ekspertizasının rəyinə istnadən göstərilir ki, Gəncə Beynəlxalq xəstəxanasının rentgenoloji müayinəsinə düzgün qiymət verilməmişdir, yzılmışdır ki, guya həmin xəstəxanada 13.12.2018-ci il tarixdə aparılmış kontrol çəkilişdə burun sümüyünün bitmiş sınığ ının sonrakı vəziyyəti qeyd edilir. Burun sümüyünün qırılmasını təkrar ekspertiza aparmış ekspertlər haradan bilirlər. Niyə onlar təkrar rəy verməli olduqları halda qanunsuz rəy vermiş eksperti müdafiə edib onun rəyini həqiqət kimi qələmə verir.Gəncə BX-nın rentgen rəyinin məzmununu isə gizlədir, rentgenoqramı açıqlamadan belə bir fərziyyə irəli sürürlər ki guya orada bitişmiş sınığın sonrakı vəziyyəti qeyd edilir. Daha sonra Azərbaycan Respublikası CPM-nin 127.3-cü və 145.1-ci maddələrinə istinad edilərək göstərilir ki, lakin məhkəmələr günahsız şəxsə bəraət verməmək üçün saxta rəyləri bilə-bilə sübut kimi qəbul etmişdir. Məhkum əli Zərərçəkmiş şəxs burnuna dəymişsə, alnındakı sıyrıq hardandır. Alnına dəymişcə bəs burnundakı zədə hardandır. Bir zərbədən iki zədə almamq mümkün deyil. Göst ərilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi heç bi əsas olmadan Məhkum əməlini Azərbaycan Respublikası CM-nin 127.2.2 və 127.2.3-cü maddəsindən CM-nin 127.1-ci maddəsinə tövsif etmişdir. Məhkum yumruqla Məhəmmədi burun nahiyyəsinə və sağ qaş nahiyyəsinə zərbə vurmuşdur. Bütüb bu dava-dalaş M6 anası S8 və nənəsi N8ın gözü qarşısında baş vermişdir. M6 vurduqdan sonra A6 N8ı və onun azyaşlı övladını da götürüb evdən getmişdir. Yəni, A9 heç bir səbəb olmadan və yaxınlarının gözü qarşısında xuliqanlıq niyyəti ilə və xüsusi amansızlıqla M6 qəsdən az ağır xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ona bəraət verilməsini xahiş etmişdir. M əhkəmə isə onun cinayət əməlindən səmimi peşiman olmasını və əməlini səmimi etiraf etməsini cəzasını yüngülləşdirən hal kimi hesab etmişdir. beləliklə də məhkəmə onun cəzasını yüngülləşdirən halları düzgün müəyyən edib nəzərə almadan hərrindən artıq yüngül cəza təyin etmişdir. ona görə də kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, zərərçəkmiş şəxsin kassasiya şikayətinin təmin edilməməsi, müdafiə tərəfinin kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun və müdafiəçisinin, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayətləri təmin edilmədən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 yanv ar 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Kassasiya şikayətində göstərilir ki, cinayət işinin ibtidai istintaqını aparmış müstəntiq N6 zərərçəkmiş Zərərçəkmiş şəxs nənəsi R8 ərinin qardaşı oğludur. Yəni, cinayət işinin ibtidai istintaqı etiraz edilməli olan şəxs tərəfindən aparılmışdır. Azərbaycan Respublikası CPM-nin 107.3.1-ci maddəsinə əsasən prokurora, müstəntiqə, təhqiqatçıya, məhk əmə iclasının katibinə, tərcüməçiyə, mütəxəssisə, yaxud ekspertə — cinayət prosesinin hər hansı iştirakçısı tərəfindən cinayət prosesinin istənilən anında etiraz edilə bilər. Kassasiya şikayətinə bu halı təsdiq edən hər hansı sübut əlavə edilməmiş, ibtidai istintaq müddətində özünün seçdiyi müdafiəçi ilə iştirak etmiş təqsirləndirilən şəxs Məhkum da həmin əsaslarla müstəntiqə etiraz etməmişdir. Ona görə də bu dəlillər əsassız hesab edilir. Kassasiya şikayətində göstərilmişdir ki, zərərçəkmiş şəxsin burun sümüyünün qırılmasını təkrar ekspertiza aparmış ekspertlər haradan bilirlər. Niyə onlar təkrar rəy verməli olduqları halda qanunsuz rəy vermiş eksperti müdafiə edib onun rəyini həqiqət kimi qələmə verir. Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 13.09.2018-ci il tarixli qərarı əsasında keçirilmiş təkrar komission məhkəmə-tibb ekspertizasının 25.12.2018-ci il tarixli rəyinin tədqiqi hissəsində göstərilmişdir ki, ekspert-radioloq C6 21.12.2018-ci il tarixli 1527 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs adına təqdim olunmuş 12.01.2018-ci il tarixdə çəkilmiş, burunun yan proyeksiyalı rentgenoqrammasında burun sümüyünün ikili, az yerdəyişən sınığı qeyd edilir. 13.12.2018-ci il tarixdə kontrol çəkilmiş burunun yan proyeksiyalı rentgenoqrammasında burun sümüyünün bitişmiş sınığından sonrakı vəziyyəti qeyd edilir. Beləliklə Zərərçəkmiş şəxs tibbi sənədlərinintəhlilinə əsasən o, 13.01.2018-ci il tarixdə Gəncə şəhər zədə məntəqəsinə “burun sümüyünün sınığı və burunun ön divarının əzilmiş yarası, alın nahiyyəsinin hematoması, cızılmış yarası, burunun sağa doğru deformas iyası” diaqnozu ilə müraciət etmiş və yerli keyləşmə altında cınıq ucları repozisiya olunaraq ambulator müalicəyə göndərilmişdir. Göstərilənlərə əsasən ekspert komissiyası ibtidai istintaq müdətində verilmiş məhkəmə-tibb ekspertizasının rəyinin həqiqiliyi barədə nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində göstərilən məhkəmələrin günahsız şəxsə bəraət verməmək üçün saxta rəyləri bilə-bilə sübut kimi qəbul etmələri barədə dəlillər heç bir sübuta əsaslanmayan subyektiv mülahizə xarakterli olduğundan əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası CPM-nin 140.1-ci maddəsinə əsasən cinayət prosesi gedişində ölümün səbəbi, bədən xəsarətinin ağırlıq dərəcəsi və xarakteri yalnız tibb sahəsində ekspertin rəyinin əvvəlcədən əldə edi lməsi və tədqiqi şərti ilə müəyyən edilə bilər. CPM-nin 267.2-ci maddəsinə əsasən ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda təkrar ekspertiza aparılır. Kassasiya şikayətində ekspertin rəyinin kifayət qədər əsaslı olmamasını, şübhə doğurduğunu, yaxud onun əsaslandığı sübutların etibarsızlığını, qeyri-mötəbərliyini və ya ekspertizanın aparılmasının prosessual qaydalarının pozulduğunu təsdiq edən əsaslı hallar müəyyən edilmədiyindən, bu barədə dəlillər subyektiv mülahizələrlə əsaslandırıldığıdan kassasiya şikayətinin dəlilləri təmin edilməməlidir. Kassasiya şikayətində göstərilmişdir ki, Məhkum əli Zərərçəkmiş şəxs burnuna dəymişs ə, alnındakı sıyrıq hardandır. Alnına dəymişcə bəs burnundakı zədə hardandır. Bir zərbədən iki zədə almamq mümkün deyil. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında təqsirləndirilən şəxs Məhkum və X16 hadisə zamanı Məhkum zərərçəkmiş Zərərçəkmiş şəxs bir yumruq zərbəsi vurduğunu, zərərçəkmiş,Zərərçəkmiş şəxs, şahidlər R8 və S8 isə həm ibtidai istintaq müddətində və həm də məhkəmə iclasındakı ifadələrində Məhkum Zərərçəkmiş şəxs iki yumruq zərbəsi vurduğunu göstərmişlər. X16 ibtidai istintaq zamanı 16 yanvar 2018-ci il tarixli ifadəsində, Zərərçəkmiş şəxsla, S8 ilə və R8 ilə üzləşdirmələr zamanı Məhkum M6 sifət nahiyyəsindən və burnundan yumruqla zərbə vurduğunu göstərmişdir. Məhkəm-tibb ekspertizaların rəyləri də Məhkum tərəfindən Zərərçəkmiş şəxs iki yumruq zərbəsi vurduğunu təsdiq etmişdir. Ona görə də kassasiya şikayətinin bu barədə dəlilləri də əsassız hesab edilir. Cinayət işi üzrə sübutların toplanması, tədqiqi və qiymətləndirilməsi Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə tam uyğundur. Toplanmış sübutların mümkünsüzlüyünə və mötəbərsizliyinə dəlalət edən əsaslı hallar müəyyən edilməmişdir. Toplanmış sübutların məcmusu sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan vermişdir. Cinayət işinin ibtidai istintaqı, birinci instansiya və apellyasiya instansiyası məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunların, təqsirləndirilən şəxsin müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının kobud pozulması halları müəyyən edilməmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Məhkum əməlində cinayət tərkibi olmadığına görə onun barəsindəki cinayət işinə xitam verilməli olması barədə kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Zərərçəkmiş şəxsin kassasiya şikayətinin dəlilləri məhkuma daha ağır cəza təyin edilməsi barədədir. Cinayət işinin materiallarından görünür ki, birinci instansiya məhkəməsi iclasında müdafiə çıxışı zamanı təqsirləndirilən şəxs Məhkum özünü elan edilmiş ittihamda qismən təqsirli hesab edərək ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum əməlini etiraf edib peşimançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışığa cəhd etməsini və ilk dəfə cinayət törətməsini cəzanı yüngülləşdirən hallar kimi, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq Azərbaycan Respubli kası CM-nin 127.1-ci maddəsinin sanksiyası həddində islah işləri cəzası təyin etmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə kollegiyası həm də Məhkum gəncliyini nəzərə alaraq hesab edir ki, təyin edilmiş cəza cəzanın məqsədi və cəza təyin etmənin əsasları barədə qanunun tələblərinə uyğundur. Ona görə də zərərçəkmiş şəxsin kassasiya şikayəti də təmin edilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkumun müdafiəçisinin və zərərçəkmiş şəxsin kassasiya şikayətlərinin təmin edilməsi və cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 yanvar 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutara q Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum müdafiəçisi-vəkil Q6 və zərərçəkmiş Zərərçəkmiş şəxs kassasiya şikayətləri təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 yanvar 2019-cu il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişikliksiz saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar