Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-936/2022 20.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Yusifov Şahin Yaşar oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun iştirakı ilə xx xxxxxx 1985-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, hal hazırda həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMin) 234.4.3-cü maddəsi ilə məhk um edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 yanvar 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi, Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Ələkbərov Ağaşirin Gülşirin oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli hökmünə əsasən (hakimlər: N.T.Əliyev (sədrlik edən), D.H.İmanov və E.İ.Rüstəmov) Təqsirləndirilən şəxs - Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 20 yanvar 2021-ci ildən hesablanması h ökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkum və onun müdafiəçisi tərəfindən apellyasiya şikayətləri verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 yanvar 2022-ci il tarixli qərarı ilə (hakimlər: T.A.Muxtarov (sədrlik edən), S.B.Hüseynov və E.İ.Xasməmmədov) apellyasiya şikayətləri təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Təqsirləndirilən şəxs dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni ümumi təmiz çəkisi 26270 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib daşıyaraq yaş adığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində və bibisioğlu Şahid8 yaşadığı ünvan 3 ünvanında yerləşən evdə saxlamış, 2021-ci il tarixdə yanvar ayının əvvəllərində istintaq zamanı dəqiq müəyyən edilməmiş tarixdə Gəncə şəhəri ərazisində 1 qramını 7 manatdan hesablamaqla 100 qram narkotik vasitə qurudulmuş marixuananı 700 manat pul müqabilində tanışı X1, 20 yanvar 2021-ci il tarixdə saat 17 radələrində Gəncə şəhər BPİ-nin Cinayət-axtarış idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsində saxlanılaraq həmin gün saat 18 radələrində yaşadığı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilərkən evin zirzəmisindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı 7 ədəd karton qutularda ayrı-ayrıl ıqda təmiz çəkiləri 3850 qram, 2755 qram, 2550 qram, 2100 qram, 2350 qram, 1450 qram, 3100 qram ümumi təmiz çəkisi 18155 qram narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd qara rəngli polietilen torbada təmiz çəkisi 700 qram narkotik vasitə qurudulmuş marixuana, evin əl damından 1 ədəd karton qutuda təmin çəkisi 3000 qram narkotik vasitə qurudulmuş marixauana aşkar edilərək götürülmüş, daha sonra həmin gün saat 20 radələrində bibisioğlu Şahid8 yaşadığı ünvan 3 ünvanında yerləşən evə baxış keçirilərkən evin zirzəmisindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı 2 ədəd karton qutularda ayrı-ayrılıqda təmiz çəkiləri 2650 qram, 1700 qram ümumi təmiz çəkisi 4350 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəç isi tərəfindən verilmiş kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 yanvar 2022-ci il tarixli qərarının dəyişdirilməsi, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlinə görə aşağı həddə cəzanın təyin edilməsi xahiş olunur. Müdafiəçi qeyd edir ki, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin satış məqsədi ilə əldə etdiyini təsdiq edəcək sübutlar nə ibtidai istintaq zamanı, nə də məhkəmədə əldə edilməmişdir. Müdafiəçi hesab edir ki, məhkəmələr cəza təyini zamanı da Təqsirləndirilən şəxs himayəsində 7 nəfər azyaşlı uşağının olması, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması, ali təhsilli olması, gənc olması, əməlindən səmimi peşman olması kimi yüngülləçdirici halları nəzərə almayaraq ona ağır cəza təyin etmişlər. İş kassasiya instansiya məh kəməsində baxılanadək məhkum Təqsirləndirilən şəxs cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsindən ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası verilmiş ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, məhkumun ərizəsinin təmin edilməsi ilə bağlı dövlət ittihamçısı R.Alverdiyevin çıxışını dinləyərək hesab edir ki, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti məhkum tərəfindən geri götürüldüyündən həmin şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhk əməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət prosessual qanunvericiliyin qeyd edilən tələbini və məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətini geri götürməsi barədə ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 yanvar 2022-ci il tarixli qərarından verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq Qərara alır: Məhkum Təqsirləndirilən şəxs barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 yanvar 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-936/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-936/2022
20.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver