Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-936/2023 25.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-896/2022 nömrəli, 23 noyabr 2022-ci il tarixli qərarından dövlət ittihamçısı X4 tərəfindən verilmiş kassasiya protestinə mahiyyət i üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxxx 1952-ci il tarixdə Bərdə rayonu Qaradağlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, təqaüdçü, Bərdə rayonu Qaradağlı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamışdır. 2. 27 sentyabr 2021-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM) 144.2.3-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 22 oktyabr 2021-ci il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci insta nsiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Təqsirləndirilən şəxs həmkəndlisi olan xx xxxx 2003-cü il təvəllüdlü Zərərçəkmiş şəxs evlənmək məqsədilə oğurlamaq qərarına gəlmiş, bu barədə 11 iyun 2021-ci il tarixdə tanış olduğu, taksi fəaliyyəti göstərən Bərdə rayonu Qaradağlı kənd sakini Məhkum ilə danışmaqla qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girməklə öz aralarında vəzifə bölgüsü aparmış, 12 iyun 2021-ci il tarixdə, saat 06:30 radələrində Məhkumla Ağcabədi rayonu Qaravəlli kəndində görüşərək sonuncunun idarə etdiyi “VAZ-2106” markalı, ** BP *** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs həmin kənddə yaşadığı evin yaxınlığına getmiş, Zərərçəkmiş şəxs hazırlıq kursuna getmək üçün yaşadığı evdən çıxaraq piyada getdiyi kəndara sı yolda avtomaşını saxlayıb onu gözləmişlər. Bir qədər sonra Zərərçəkmiş şəxs həmin yolla təklikdə hərəkət etdiyini gördükdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaxınlaşaraq onun qollarından tutmuş, Məhkum isə avtomaşını sürüb yanlarında saxlamışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs zorla avtomobilə doğru çəkmiş, daha sonra onu avtomaşına zorla əyləşdirmək üçün hər iki əlləri ilə onu qucaqlayıb dartmaqla həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edib ona sol bazuda qançır, sol kürəkdə və sağ kürəkaltı nahiyələrə sıyrıqla nəticələnən, saxlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan xəsarətlər yetirməklə avtomobilin arxa oturacağına əyləşdirmiş, bundan sonra Məhkum avtomaşını sürmüş, Təqsirləndirilən şəxs isə avtomobilin salonunda tutub saxlamaqla Zərərçəkmiş şə xs iradəsinə zidd daimi yaşadığı yerdən qanunsuz olaraq Məhkum yaşadığı Bərdə rayonu Qaradağlı kəndində yerləşən evinə aparmaqla birgə oğurlamışlar.
5. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-646/2021 nömrəli, 12 noyabr 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin 12 iyun 2021ci il tarixdən hesablanması hökm edilmiş, həmçinin maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
6. Həmin hökmlə Təqsirləndirilən şəxs da təqsirli bilinərək məhku m edilmişdir.
7. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)191/2022 nömrəli, 27 oktyabr 2022-ci il tarixli qərarı ilə ictimai təhlükəli əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona istinad edilən və məhkum edildiyi Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətdiyindən, barəsində olan işin cinayət işinin materiallarından ayrıca icraata ayrılması və barəsində olan cinayət işi üzrə icraatın tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat şəklində həyata keçirilməsi qərara alınmışdır.
8. Birinci instansiya məhkəməsinin həmin hökmündən təqsirləndirilən şəxs Məhkum tərəfindən apellyasiya şikayəti verilmişdir.
9. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)191/2022 nömrəli, 27 oktyabr 20 22-ci il tarixli qərarı ilə ictimai təhlükəli əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona istinad edilən və məhkum edildiyi Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətdiyindən cinayət məsuliyyətindən və cəzadan azad edilmiş, barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə təyin edilmişdir.
10. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-896/2022 nömrəli, 23 noyabr 2022-ci tarixli qərarı ilə təqsirləndirilən şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddəsindən həmin Məcəllənin 144.1-ci maddəsinə tövsif edilmiş, Azərbaycan Respublikası CM-nin 144.1-ci maddəsi ilə təqsirli bilinib barəsində Azərb aycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-646/2021 nömrəli, 12 noyabr 2021-ci il tarixli ona aid olan qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
12. Kassasiya protestində qeyd edilmişdir ki, Şirvan Apellyasiya Məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq cinayət işi üzrə toplanmış sübutlar məcmu qaydada qiymətləndirilməmiş, sübutlar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”)143-146 -cı maddələrinin tələblərinə uyğun tədqiq edilməmiş, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayətin ağırlığını nəzərə alınmamış, bunun nəticəsi olaraq məhkumun əməlinin Azərbaycan Respublikası CPM-nin 144.2.3-cü maddəsindən həmin Məcəllənin 144.1-ci maddəsinə tövsifində səhvə yol verilmişdir. Eləcə də Məhkum yüngüllüyünə görə açıq-aydın ədalətsiz cəza təyin edilməklə həm məhkumlar tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması sahəsində cəzanın xüsusi və ümumi xəbərdaredici məqsədinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq edilməməsi, törədilmiş əməlin tövsifində səhvə yol verilməsi və məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin edilməsi isə Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrinə əsasən apelyasiya instansiyası məhkəməsinin qərarının kassasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu səbəblərdən məhkəmə kollegiyasından Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-896/2022 nömrəli, 23 noyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi xahiş edilir.
13. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
14. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.
15. Kassasi ya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
16. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edil miş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
17. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
18. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların düzgün qiymətləndirilmədiyini, nəticədə Məhkum törətdiyi əməlin hüquqi tövsifində səhvə yol verildiyini iddia edərək, həmçinin məhkum barəsind ə Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq edilərək təyin edilən cəzanı mübahisələndirməklə, kassasiya xahişini Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.
19. Odur ki, məhkəmə kollegiyası kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-896/2022 nömrəli, 23 noyabr 2022-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
20. Cinayət məsuliyyətinin əsasla rından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
21. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
22. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispoz isiyası ilə müqayisə edilməsi tələb olunur.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il).
24. İstinad edilən maddi və prosessual cinayət-hüququ normalarının tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla, məhkəmə kollegiyası dövlət ittihamçısının Məhkum əməlinin hüquqi tövsifinin mübahisələndirilməsinə dair dəlillərini əsassız hesab edir.
25. Belə ki, cinayət işinin materiallarında olan Şirvan Apellyasiya Məhkəməs inin Cinayət kollegiyasının 1(106)191/2022 nömrəli, 27 oktyabr 2022-ci il tarixli qərarından müəyyən edilir ki, qanuni qüvvəsini almış məhkəmə qərarına əsasən ictimai təhlükəli əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ittiham və məhkum edildiyi Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətmiş və bu səbəbdən cinayət məsuliyyətindən və cəzadan azad edilmiş, barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə təyin edilmişdir.
26. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət kollegiyasının 1(102)-938/2023 nömrəli, 24 may 2023-cü il tarixli qərarına əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)191/2022 nömrəli, 27 oktyabr 2022-ci il tarixli qərarı d əyişdirilmədən saxlanılmışdır.
27. Azərbaycan Respublikası CM-nin 19-cu maddəsində təsbit edilmiş qaydaya görə yalnız həmin Məcəllə ilə müəyyən olunmuş yaş həddinə çatmış və cinayət törətmiş anlaqlı şəxs cinayət məsuliyyətinə cəlb edilə bilər.
28. Cinayət Məcəlləsinin istinad edilən maddəsinə şərh verən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi hüquqi mövqeyinə görə, Azərbaycan Respublikası CM-nin 19-cu maddəsinə müvafiq olaraq bu Məcəllə ilə müəyyən edilmiş yaş həddinə çatmış və anlaqlı olaraq cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi müəyyən edildiyindən, yaş həddinə çatmadığına və ya anlaqlı olmadığına görə cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxsin iştirakı ilə cinayət əməlinin törədilməsi iştirakçılıq kimi tövsif edilə bilməz (“Azərbaycan Respublikası Cina yət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 6 may 2022-ci il).
29. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsi hazırda mübahisələndirilən qərarında yuxarıda təsvir edilmiş hüququ norma və həmin normanın şərhini verən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsaslanmaqla tam düzgün olaraq belə nəticəyə gəlmişdir ki, Məhkum ittiham edildiyi qabaqcadan əlbir olan bir qrup şəxs halında adam oğurluğu cinayətini cinayətin birgə icraçısı qismində iştirak edən Təqsirləndirilən şəxs ilə birlikdə törətsə də, daha sonra sonuncunun bu əməli anlaqsız vəziyyətdə törətdiyi müəyyən edildiyindən, Məhkum törətdiyi cinayət əməlinin Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddəsi ilə tövsif edilməsi mümkün deyil və bu səbəbdən onun əməli Azərbaycan Respublikası CM-nin 144.1-ci maddə ilə tövsif edilməlidir.
30. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəsi Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, işin hallarının obyektiv araşdırmasına, müvafiq cinayət-hüquqi norma və formalaşmış məhkəmə təcrübəsinin tələblərinə əsaslandığından, kassasiya protestində həmin nəticəni təkzib edə biləcək hər hansı yetərli dəlil gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum törətdiyi cinayət əməlinin hüquqi tövsifi barədə apellyasiya instansiyası məhkəməsinin qənaətini şübhə altına almaq üçün əsas görmür.
31. Məhkəmə kollegiyası həmçinin kassasiya protestinin məhkum edilmiş şəxs barəsində Azərbaycan Respublikası CM-n in 62-ci maddəsi tətbiq edilməklə yüngül cəza təyin edilməsi ilə bağlı dəlillərini də əsassız hesab edir.
32. Belə ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilm əsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləs inin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).
33. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
34. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hal lar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
35. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
36. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdir ən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.
37. Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi məsələlərini bilavasitə tənzimləyən Azərbaycan Respublikası CM-nin 62-ci maddəsində isə təsbit olunur ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və b undan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər”.
38. Həmin Məcəllənin 62.2-ci maddəsi ilə müəyyən edilir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər.
39. Kassasiya protestindən aydın olur ki, dövlət ittihamçısı Məhkum Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə həmin Məcəllənin 144.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinin əsassızlığını cəzanın təqsirkarın törətdiyi cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun şəxsiyyətinə uyğun olmamasında, eləcə də cəzanı yüngülləşdirən halların düzgün nəzərə alınmamasında görür.
40. Bununla əlaqədar məhkəmə kollegiyası onu qeyd edir ki, cinayət qanunvericiliyində cinayət törətmiş şəxslər barəsində Cinayət Məcəlləsinin 62.1-ci maddəsinin tətbiqini yalnız törədilmiş cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı etməmişdir.
41. Məhkəmə kollegiyasının fikrincə cinayətin xarakterini və ictimai təhlükəliliyini xarakterizə edən halların cəzanın təyin edilməs ində əhəmiyyət kəsb edən digər hallardan ayrılıqda nəzərdən keçirilməsi, həmin halların özü-özlüyündə təqsirkarlara məhz cinayət-hüquqi normaların sanksiyaları daxilində azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini tələb edən əsaslar kimi qiymətləndirilməsi ədalət prinsipinə (Azərbaycan Respublikası CM-nin 8-ci maddəsi), cəzanın təyin edilməsinin ümumi əsaslarına (Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsi) zidd yanaşma olardı.
42. Bu səbəbdən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının mübahisələndirilməsi üçün kassasiya protestində gətirilən Məhkum törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə əlaqələndirilən dəlillərlə razılaşmır.
43. Cəzanı yüngülləşdirən halların düzgün olmayaraq nəzərə alınması və müstəsna hallar kimi qiymətləndiril məsi barədə kassasiya protestinin dəlillərinə gəldikdə, kollegiya bu dəlillərlə də razılaşmaq üçün əsas görmür ona görə ki, Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsi məhkəmənin mülahizəsinə görə Azərbaycan Respublikası CM-nin 59.1.1-59.1.14-cü maddələrində birbaşa göstərilməyən başqa halların da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınmasına yol verir.
44. Baxılan işdə məhkəmələr humanizm prinsiplərini əsas götürərək, Məhkum ahıl yaşında olduğundan təqsirli bilindiyi Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəzasının müəyyən edildiyi həddə təyin edildiyi halda səksən yaşına yaxın dövrə qədər cəzaçəkmə müəssisəndə olacağını, həmçinin daha az müddətə azadlıqdan məhrum etmə cəzasını çəkməklə islah oluna biləcəyini və təyin olun acaq cəzanın onun yaşına mütənasibliyi baxımından kifayət etməsini nəzərə alaraq, məhkum barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsini tətbiq edilməsini ədalətli və məqsədəmüvafiq hesab etmişlər.
45. Qeyd olunan və digər cəzanı yüngülləşdirən halların mövcudluğu barədə məhkəmələrin gəldiyi nəticələr məzmun etibarı ilə həmin nəticələrlə uzlaşan, yolverilənliyi nə birinci, nə də ki apellyasiya instansiyası məhkəmələrində təkzib edilməyən sübutlarla təsdiq olunduğundan, məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən cəzanı yüngülləşdirən halların müəyyən edilməsi zamanı Azərbaycan Respublikası CPM-nin 139.0.5, eləcə də həmin Məcəllənin 143-146-cı maddələrinin tələblərinin pozuntularına yol verilməmişdir.
46. Təsvir olunanlar onu deməyə əsas verir ki, Məhkum Аzərbаycаn R espublikası CM-nin 144.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az müddətli cəza vasitəsi ilə islah oluna biləcəyinə dair qənaətə gəldiyindən, həmin maddə ilə apellyasiya instansiya məhkəməsinin ona təyin etdiyi 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın təyin edilməsinin ümumi əsasları haqqında tələblərə, cəzanın məqsədlərinə (Azərbaycan Respublikası CM-nin 41-ci maddəsi), cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi institutuna dair Аzərbаycаn Respublikası CM-nin 62-ci maddəsinin müddəalarına, Cinayət Məcəlləsinin prinsiplərinə, o cümlədən təqsirə görə məsuliyyət (Azərbaycan Respublikası CM-nin 7-ci maddə), ədalət (Azərbaycan Re spublikası CM-nin 8-ci maddəsi) və humanizm (Azərbaycan Respublikası CM-nin 9-cu maddəsi) prinsiplərinə cavab verməyən cəza kimi nəzərdən keçirilə bilməz.
47. Qeyd olunanlara görə, kollegiya baxılan işdə Azərbaycan Respublikası CPMnin 416.1.2, 416.1.5 və 416.1.21-ci maddəsində göstərilən məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini (dəyişdirilməsini) şərtləndirən halı müəyyən etmir və bu səbəbdən kassasiya protestinin təmin edilməməsi barədə nəticəyə gəlir.
48. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-896/2022 nömrəli, 23 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərba ycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-896/2022 nömrəli, 23 noyabr 2022-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.