Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-936/2024 21.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə; Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analtik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Zərərçəkmiş şəxs və onun nümayəndəsi, vəkil Müdafiəçi2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 noyabr 2023-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə və zərərçəkmiş şəxsin və mülki iddiaçının nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən cinayət işinə mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-228/2023 saylı, 14 iyun 2023-cü il tarixli hökmü ilə (sədrlik edən hakim Rəşid Rzayev) 16 sentyabr 1991-ci ildə Sabirabad rayonunun Qalaqayın kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, "xxxx" MMC-nin direktoru vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan X4 Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirsiz bilinərək bəraət verilmi şdir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verərək X4 Azərbaycan Respublikası CM-in 178.2.3 və 178.2.4-cü maddələri ilə bəraət verilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli hökmünün ləğv edilməsini və onun CM-in 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsi barədə ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Hökmdən həmçinin zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs və onun nümayəndəsi Müdafiəçi2 apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-228/2023 saylı, 14 iyun 2023-cü il tarixli hökmünün ləğv edilməsini, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirsiz bilinərək ona həmin maddələrin sanksiyal arında nəzərdə tutulmuş müvafiq cəza təyin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X5 sədrliyi və məruzəsi, Mirzəli Abbasov və Ramin Qaraqurbanlıdan ibarət tərkibdə) 23 noyabr 2023-cü il tarixli, 1(103)-1630/2023 nömrəli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və zərərçəkmiş şəxsin nümayəndəsi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, X2 Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirsiz bilinərək ona bəraət verilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-228/2023 saylı, 14 iyun 2023-cü il tarixli hökmü dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə və zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmi ş şəxs nümayəndəsi Müdafiəçi2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: İttiham aktına əsasən X6 öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, sahə 143E ünvanında yerləşən, sahəsi 0,0503 ha olan ona məxsus torpaq sahəsində ümumilikdə 128.000 manat müqabilində iki mərtəbəli, 270 kv.metr sahəyə malik fərdi yaşayış evi inşa edib tam təmirli vəziyyətdə təhvil verəcəyinə dair yalan vəd verib aldadaraq, onu həmin vədlərinə inandırmaq, habelə vədlərinin həqiqiliyi görüntüsü yaratmaq üçün təsisçisi və direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adından 09 iyun 2022-ci il tarixdə ünvan 4 ünvanında fəaliyyət göstərən “Ç ıraq Plaza” yaşayış kompleksinin 4-cü mərtəbəsində yerləşən ofisində Zərərçəkmiş şəxsla “Podrat müqaviləsi” bağlayaraq müqavilə üzrə öhdəliyi yerinə yetirmə niyyəti olmadan həmin tarixdə ondan 50.000 (əlli min) manat məbləğində pul alıb ələ keçirərək Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. KASSASİYA PROTESTİNİN VƏ KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Zərərçəkmiş şəxsin nümayəndəsi kassasiya şikayətində göstərmişdir ki, baxılan işdə təqsirləndirilən şəxs sosial şəbəkələrdə və təqsirkarın özünə bilə-bilə yalan məlumat verərək, bahalı ofis kirayələmiş və burada zərərçəkəni qəbul etmiş, təmir-tikinti işləri aparan müəssisənin rəhbəri olduğunu bildirmiş və müvafiq sənədləri təqdim etmiş, zəruri məlumatları zərərçəkmiş şəxsdən gizlətmi şdir. Göründüyü kimi, təqsirləndirilən şəxs qabaqcadan düşünərək xəbər verilməsi zəruri olan məlumatları zərərçəkən şəxsdən gizlətmiş, nəticədə zərərçəkən şəxsi özünə inandırmış və onun xeyli miqdarda əmlakını ələ keçirməyə nail olmuşdur. Bu kimi vacib məsələlər apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Təqsirləndirilən şəxs zərərçəkəndən aldığı 50.000 (əlli min) manatı rəhbəri olduğu MMC-in hesabına mədaxil etmədiyini məhkəmədə etiraf etsə də məhkəmələr bu əsaslı faktı təhrif etmiş, absurd bir fikir irəli sürərək guya hesaba mədaxil edildiyinin şahidlərin ifadələri ilə təsdiq edildiyini göstərərək təqsirləndirilən şəxsin məsuliyyətdən yayınmasına əsas yaratmışlar. O qeyd etmişdir ki, təqsirləndirilən şəxsin müqavilə bağladığı şirkətin tikinti aparmaq üçün qanuni l isenziyası olmamışdır. Zərərçəkmiş şəxs Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 noyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərmişdir ki, məhkəmələr təqsirləndirilən şəxsin ifadəsinə, eləcə də onun dəvət etdiyi şahidlərin ifadələrinə tənqidi yanaşmamış və ümumiyyətlə müdafiə tərəfinin gətirdiyi dəlilləri yoxlamadan işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişlər. Belə ki, Zahir Əsgərov layihə təsdiq edildikdən sonra tikintiyə başlayacağını bildirmiş, layihə təsdiq olunmadığı üçün işə başlamamış, müqavilədə nəzərdə tutulmayan hasarın tikintisinə başlamışdır. Bundan başqa o, Emin Əsgərovdan al dığı 50.000 manatın 30.000 manatını tikinti materialı üçün depozit kimi ödəməsini bildirsə də, bunu təsdiq edən heç bir sübut məhkəməyə təqdim etməmiş, (kimə, hansı hesaba, hansı tikinti materialları mağazasına və s.) zərərçəkmiş şəxsin telefon zənglərinə cavab verməməsinin səbəblərini izah edə bilməmiş və ofisini başqa ünvana köçürməsi barədə zərərçəkmiş şəxsə hansı qaydada məlumat verməsini göstərə bilməmişdir. Bundan başqa vergi ödəyicisi vergi tutulan əməliyyatların dayandırılması haqqında arayış təqdim etməlidir. Lakin vergi ödəyicisi olan “A-Zirvə” və "xxxx" MMC-lərin rəhbəri kimi fəaliyyətinin dondurulmasından məlumatı olmaması barədə Zahir Əsgərovun dedikləri inandırıcı deyildir. Bundan başqa, Zahir Əsgərov istintaq zamanı ona CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş və ibtidai istintaq sənədləri ilə müdafiəçisinin iştirakı ilə tanış olaraq heç bir etiraz bildirməmişdir. Məhkəmələr podrat müqavilələrinin həqiqiliyini yoxlamadan onlara istinad etməklə də haqlı olmamışlar. Dövlət ittihamçısı kassasiya protestində Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 noyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxsin nümayəndəsi çıxış edərək kassasiya şikayətinin dəlillərini sadaladı və şikayətin təmin edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclasında çıxış edərək bildirir ki nümayəndənin çıxışı ilə tam razıdır. Heç bir əlavəsi yoxdur. Kassasiya şikayətinin və kassas iya protestinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Ayxan Hüseynli çıxış edərək bildirdi ki, kassasiya protestinin və zərərçəkmiş şəxs və onun nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya müraciətlərinin təmin olunması barədə dövlət ittihamçısının, zərərçəkmiş şəxsin və onun nümayəndəsinin çıxışlarını dinləyib, işə baxmış birinci v ə apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti və kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkə mələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. İttiham tərəfi məhkuma bəraət verilməsinin əsassız olmasını iddia edərək və qəbul olunmuş məhkəmə qərarlarını mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələblərini CPM-in 416.1.1, 416.1.2 və 416.1.3 və 416.1.6cı maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya müraciətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdı rmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz bu qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilm əsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törə dilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi hazırki iş üzrə kassasiya protesti və kassasiya şikayəti ilə müraciət etmiş tərəflərə və bəraət almış şəxsə münasibətdə yekun nəticənin əsaslı olması qənaətinə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, gəldiyi nəticə əsaslı olmuşdur. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri he sab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Belə ki, birinci və apellyasiya instansiya məhkəmələri tərəfindən işin müəyyən edilmiş halları ondan ibarətdir ki, X7 Həsənovdan 50.000 manatı aldığı və xx.xx.2022-ci il tarixdə rəsmi olaraq fəaliyyəti dayandırılsa da vergi ödəyicisi kimi xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-nin (VÖEN: **********) kommersiya hüquqi şəxs kimi dövlət qeydiyyatından keçərək vergi uçotuna alınması, təqdim edilmiş podrat müqavilələri və məhkəmə zalında dindirilmiş şahidlərin ifadələrinə əsasən onun həqiqətən də mənzillərin tikintisi və təmiri ilə məşğul olması müəyyən edilmişdir. Digər təkzibolunmaz sübut, Zahir Əsgərovun müqavilə bağlandıqdan sonra ondan asılı olmayan səbəblərdən layihə üzrə tikinti işlərinə başlanılmasına icazə verilməməsinə görə ti kinti işlərinin axıradək aparıla bilməməsi, bununla belə qeyd olunan torpaq sahəsində hasar tikməsi, həmçinin dəymiş zərəri qismən ödəməsi, zərərçəkmiş şəxsə dəfələrlə ödəmiş olduğu 50.000 manatın qarşılığında aldığı tikinti materillarının göndərilməsini təklif etmiş olsa belə, zərərçəkmiş şəxs tərəfindən qəbul edilməməsi, onun dələduzluq yolu ilə özgənin əmlakını ələ keçirmək niyyətinin olmadığını müəyyən etmişdir. İşin hallarından belə nəticəyə gəlmək olur ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, təqsirləndirlən şəxs Əsgərov Zahir, Zərərçəkmiş şəxs və şahidlərin ifadələri ilə müəyyən edilir ki, zərərçəkmiş şəxsin 50.000 (əlli min) manat məbləğində etdiyi ödəniş "xxxx" MMC-nin hesabına ödənilmiş, həmin məbləğ ödənilməmişdən əvvəl təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə qarşı dəl əduzluq etmək niyyəti olmamışdır. Qeyd edilənlərə əsasən təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin arasından yaranmış mübahisə mülki münasibətlərdən irəli gələn məsələdir. Belə ki, cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs ifadə verərkən podrat müqaviləsi bağlanmamışdan əvvəl hər bir müştəri kimi Zərərçəkmiş şəxs da lahiyənin hazırlanması ilə bağlı əlavə görüləcək işlərin ödənişlərinin onun (sifarişçinin) tərəfindən ödənilməli olduğunu bildirdiyini qeyd etmiş, həmçinin, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 lahiyə ilə bağlı əlavə və dəyişikliklərin ödənişinin daima tikinti işlərini sifariş vermiş şəxs tərəfindən ödənildiyini qeyd etmişdir. Bununla yanaşı, tərəflər arasında bağlanılmış müqavilədə lahiyə təkrar hazırlandıqda, üzərində dəyişiklik və ya ə lavələr edildikdə, lahiyə xərclərinin təqsirləndirilən şəxs tərəfindən ödəniləcəyi ilə bağlı bənd qeyd edilməmişdir. Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş fotoşəkillərdən və məhkəmədə dindirilmiş şahidlərin ifadələrindən görünür ki, onun tərəfindən bir çox fərqli ünvanlarda mənzillər tam təmir olunmuşdur, podrat müqavilələri ilə onun tərəfindən üzərinə götürdüyü müqavilə öhdəlikləri tam icra edilmişlər. Hər iki instansiya məhkəməsi tərəfindən gəlinmiş nəticə ondan ibarətdir ki, hazırki ittihamla bağlı tərəflərin arasında yaranmış mübahisə mülki münasibətlərdən, podrat müqaviləsi öhdəliklərindən irəli gəlir və hazırki ittihamla bağlı X2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan ci nayətin tərkibi mövcud deyildir və tərəflər arasında yaranmış mübahisə mülki xarakter dayışır. Müdafiə tərəfinin məhkəmədə səsləndirdiyi, təqsirləndirilən şəxslə başqa şəxslər arasında hal-hazırda başqa məhəmələrdə mülki mübahisələrə baxılması faktı məhkəmə kollegiyasının gəldiyi nəticəni bir daha təsdiqləyir. Məhkəmə kollegiyası hazırki cinayət işi üzrə birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayan apellyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, həqiqətən də tərəflər arasında münasibətlər yarandığı andan mülki hüquq münasibətləri olmuş, tərəflər mülki hüquq müqaviləsi bağlamış və tərəflərin həmin müqavilə əsasında mülki hüquq və vəzifələri (öhdəlikləri) yaranmışdır. Belə olduğu təqdirdə, hər hansı bir səbəbdən müqavilə tərəflərindən bi ri öz ödəsinə götürdüyü vəzifəni icra etmədikdə hansı nəticələrin yarandığı, pozulmuş hüquqların hansı qaydada bərpa edildiyi Azərbaycan Respublikasının Mülki Məcəlləsində ətraflı şəkildə təsvir edilmişdir. Məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini cinayət işində olan bütün sübutların məcmusu üzrə qiymətləndirərək belə nəticəyə gəlir ki, Zahir Əsgərova bəraət verməkdə məhkəmlər qanuni və əsaslı nəticəyə gəlmiş və ittiham tərəfinin bu mövqeni təkzib edən dəlillərinin heç bir hüquqi əsası yoxdur. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya protesti və kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kolegiyasının 23 noyabr 2023-cü il tarixli qərarı kassasiya müraciətlərinə münasibətdə dəyişdirilmə dən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti və zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. X4 Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələri bəraət verilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-228/2023 saylı, 14 iyun 2023-cü il tarixli hökmünü qüvvədə saxlayan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kolegiyasının 23 noyabr 2023-cü il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə və zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəy
Məhkəmə qərarları › İş №1(102)-936/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-936/2024
21.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver