Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-937/2021 30.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu, Məhkum, Müdafiəçi – Bakı Şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Musayev Xəqani Zakir oğlunun iştirakları ilə Bakı Şəhəri Nərimanov Rayon M əhkəməsinin 28 avqust 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə bəraət verilmiş, CMnin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək məhkum edilmiş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 noyabr 2020-ci il tarixli qərarından məhkumun müdafiəçisi Musayev Xəqani Zakir oğlu ilə birlikdə verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 avqust 2020-ci il tarixli hökmü ilə (sədrlik edən hakim V.R.Qurbanov) xx xxxxxx 1951-ci il tarixdə Şəmkir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Məhkum Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün ona bəraət verilmiş, CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı 11 (on bir) ay 8 (səkkiz) gün müddəti CMnin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından bir gün azadlıqdan məhrumetmənin iki gün azadlığın məhdudlaşdırılmasına bərabər olmaq hesabı ilə (22 ay 16 gün) çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 01 (bir) ay 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılmışdır. Hökmdən Məhkum tərəfindən verilmiş ap elyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim H.H.Əhmədov, hakimlər H.Ç.Məmmədov və İ.M.Murquzovdan ibarət tərkibdə) 19 noyabr 2020-ci il tarixli qərarı ilə Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 avqust 2020-ci il tarixli hökmü dəyişdirilmiş, məһkum Məhkum CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 4000 (dörd min) manat cərimə cəzası təyin edilmiş, Məhkumun məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı 11 (on bir) ay 08 (səkkiz) gün müddət nəzərə alınmaqla ona təyin edilmiş 4000 (dörd min) manat cərimə cəzası 2000 (iki min) manat cərimə cəzasına endirilmişdir. Bakı Apellyasiy a Məhkəməsinin Cinayət Kollegiyasının 19 noyabr 2020-ci il tarixli qərarından Məhkumun müdafiəçisi Musayev Xəqani Zakir oğlu ilə birlikdə kassasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə görə, Məhkum etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs2 ilə general rütbəli xüsusi geyim formasında görüşərək özünü ona mərkəzi ofisi Fransa Respublikasında olmaqla dünyanın müxtəlif ölkələrində nümayəndəlikləri fəaliyyət göstərən, geniş səlahiyyətlərə malik olan Beynəlxalq İnsan Hüquqlarının Müdafiəsi Komitəsi adlı nüfuzlu beynəlxalq təşkilatın Paris Departamentinin Mərkəzi Asiya layihəsi üzrə rəhbəri kimi təqdim edib təşkilat tərəfindən özünə general rütbəsi verildiyinə, təşki latın Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmasını həyata keçirəcəyinə inandırmaqla onun inam və etibarını qazandıqdan sonra Zərərçəkmiş şəxs2 əvvəlcə həmin təşkilatın eksperti, daha sonra isə təşkilatın Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri vəzifəsinə təyin etdirəcəyini, təşkilat tərəfindən ona səlahiyyətlərini maneəsiz həyata keçirmək və dünyanın istənilən ölkəsində sərbəst hərəkət etmək imkanı verən general rütbəsi, diplomatik pasport və təşkilatın nişanının veriləcəyinə dair yalan vəd verib aldatmaqla bu adla 2015-ci ilin oktyabr ayında Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsində yerləşən Azərbaycan İsrail Beynəlxalq Tibb Mərkəzinin binasında Zərərçəkmiş şəxs2 həmin dövrün məzənnəsi ilə 5.248 manat təşkil edən 5.000 ABŞ dolları, 2016-cı ilin mart-aprel aylarında ünvan 2 ünvanında yerləşən binanın birinci mərtəbəsindəki ofisdə həmin dövrün məzənnəsi ilə 8.228 manat təşkil edən 5.000 ABŞ dolları, 2017-ci ilin oktyabr ayında ünvan 3 ünvanında yerləşən “ATFK” mehmanxanasında 5.000 manat, 2017-ci ilin oktyabr ayında Bakı şəhəri, Nərimanov rayonu “Nərimanov” metrostansiyasının yaxınlığında 5.000 manat və 2018-ci ilin oktyabr ayında ünvan 4 ünvanında yerləşən Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin yaxınlığında Şahid4 vasitəsi ilə 1.500 manat olmaqla, ümumilikdə Zərərçəkmiş şəxs2 məxsus 24.976 manat məbləğində pulu vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 xeyli miqdarda 24.976 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmiş, əvəzində Zərərçəkmiş şəxs2 tamah niyyəti və istifadə etmək məqsədi ilə istintaqa məlum olmayan vaxtda və şəraitdə saxtalaşdırmaqla qanunsuz hazırladığı hüquq verən rəsmi sənəd hesab edilən Zərərçəkmiş şəxs2 Beynəlxalq İnsan Hüquqlarının Müdafiəsi Komitəsinin nümayəndəliyinin direktoru vəzifəsinə təyin edilməsi, ona general-mayor xüsusi rütbəsinin verilməsi, həmin rütbəyə uyğun forma və nişan daşımaq hüququna malik olmasını təsdiq edən həmin təşkilat tərəfindən 20 noyabr 2017-ci il tarixdə verildiyi göstərilən İngilis dilində hazırlanmış 988/D saylı saxta əmri, Zərərçəkmiş şəxs2 Beynəlxalq İnsan Hüquqlarının Müdafiəsi Komitəsinin İdarə Heyətinin qərarı ilə təşkilatın Azərbaycan nümayəndəliyinin direktoru vəzifəsinə təyin edilməsi haqqında F ransız dilində hazırlanmış 20 noyabr 2017ci il tarixli 988/D saylı saxta əmri və Zərərçəkmiş şəxs2 Beynəlxalq İnsan Hüquqlarının Müdafiəsi Komitəsi nümayəndəliyinin direktoru vəzifəsini tutması və generalmayor xüsusi rütbəsinə malik olmasını təsdiq edən həmin təşkilat tərəfindən 20 noyabr 2017-ci il tarixdə verildiyi göstərilən İngilis dilində, xüsusi mühafizə vasitələrlə təchiz olunmuş blanklarda mətbəə çap üsulu vasitəsilə hazırlanmış, üzərinə relyef klişedən birbaşa möhür əksləri vurulmuş olan Beynəlxalq İnsan Hüquqları Müdafiəsi Komitəsinin Zərərçəkmiş şəxs2 adına 3A988 saylı saxta diplomatik etimad sənədini (Diplomatic credential) təqdim etməklə satmışdır. Bundan başqa, Məhkum təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zər ərçəkmiş şəxs3 ilə general rütbəli xüsusi geyim formasında görüşərək özünü ona mərkəzi ofisi Fransa Respublikasında olmaqla dünyanın müxtəlif ölkələrində nümayəndəlikləri fəaliyyət göstərən, geniş səlahiyyətlərə malik olan Beynəlxalq İnsan Hüquqlarının Müdafiəsi Komitəsi adlı nüfuzlu beynəlxalq təşkilatın Paris Departamentinin Mərkəzi Asiya layihəsi üzrə rəhbəri kimi təqdim edib təşkilat tərəfindən özünə general rütbəsi verildiyinə inandırmaqla onun inam və etibarını qazandıqdan sonra Zərərçəkmiş şəxs3 təşkilatın Azərbaycan Respublikasındakı nümayəndəliyində rəhbər vəzifəyə təyin etdirəcəyini, təşkilat tərəfindən ona səlahiyyətlərini maneəsiz həyata keçirmək və dünyanın istənilən ölkəsində sərbəst hərəkət etmək imkanı verən polkovnik rütbəsi, diplomatik pasport və təşkilatın nişanının veri ləcəyinə dair yalan vəd verib aldatmaqla bu adla 2018-ci ilin oktyabr ayının ortalarında Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən N.Nərimanov adına istirahət parkındakı “İstanbul” çayxanasında Zərərçəkmiş şəxs3 məxsus 3.000 manat məbləğində pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa, Məhkum təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 ilə general rütbəli xüsusi geyim formasında görüşərək özünü ona mərkəzi ofisi Fransa Respublikasında olmaqla dünyanın müxtəlif ölkələrində nümayəndəlikləri fəaliyyət göstərən, geniş səlahiyyətlərə malik olan Beynəlxalq İnsan Hüquqlarının Müdafiəsi Komitəsi adlı nüfuzlu beynəlxalq təşkilatın Paris Departamentinin Mərkəzi Asiya layihəsi üzrə rəhbəri kimi təqdim edib təşkilat tərəfindən özünə general rütbəsi verildiyinə inandırmaqla onun inam və etibarını qazandıqdan sonra Zərərçəkmiş şəxs1 əvvəlcə həmin təşkilatın Paris Departamentinin Mərkəzi Asiya layihəsinin Beynəlxalq əlaqələr şöbəsinin rəisi, daha sonra isə təşkilatın Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri vəzifəsinə təyin etdirəcəyini, təşkilat tərəfindən ona səlahiyyətlərini maneəsiz həyata keçirmək və dünyanın istənilən ölkəsində sərbəst hərəkət etmək imkanı verən polkovnik rütbəsi, diplomatik pasport və təşkilatın nişanının veriləcəyinə dair yalan vəd verib aldatmaqla bu adla 2018-ci ilin mart ayında ünvan 5 ünvanında yerləşən binanın birinci mərtəbəsindəki ofisdə 1.000 manat və 2019-cu ilin a vqust ayında ünvan 6 ünvanında yerləşən “Agro mall” yarmarkasının binasında 5.000 manat olmaqla, ümumilikdə Zərərçəkmiş şəxs1ə məxsus 6.000 manat məbləğində pulu vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək Zərərçəkmiş şəxs1ə xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Məhkum istifadə etmək məqsədi ilə istintaqa məlum olmayan vaxtda və şəraitdə hüquq verən rəsmi sənəd hesab edilən Beynəlxalq İnsan Hüquqlarının Müdafiəsi Komitəsində məsləhətçi vəzifəsini tutması və general-mayor xüsusi rütbəsinə malik olmasını təsdiq edən həmin təşkilat tərəfindən 20 noyabr 2017-ci il tarixdə verildiyi göstərilən İngilis dilində tərtib olunmuş xüsusi mühafizə vasitələrlə təchiz olunmuş blankda mətbəə çap üsulu vasitəsi ilə hazırlanaraq relyef klişedən üzərinə birbaşa möhür əksi vurulmuş, öz adına 3A980 saylı saxta diplomatik etimad vəsiqəsini (Diplomatic credential), elektrofotoqrafik çap qurğuda hazırlanmış blankda tərtib olunaraq relyef klişedən üzərinə birbaşa möhür əksi vurulmuş, öz adına, Beynəlxalq İnsan Hüquqlarının Müdafiəsi Komitəsinin 3A980 saylı saxta vəsiqəsini (Certificate), xüsusi mühafizə vasitələrlə təchiz olunmuş blankda mətbəə çap üsulu vasitəsi ilə hazırlanaraq relyef klişedən üzərinə birbaşa möhür əksi vurulmuş Beynəlxalq İnsan Hüquqlarının Müdafiəsi Komitəsinin general-mayor xüsusi rütbəli məsləhətçisi olmasını göstərən öz adına, 3CD 000435 saylı saxta diplomatik pasportunu, blankı sublimasiya printer vasitəsilə hazırlanmış Beynəlxalq İnsan Hüquqlarının Müdafiəsi Komitəsinin öz adına, 00 03A980 saylı saxta şəxsiyyət vəsiqəsini (İdentity card) qanunsuz hazırlayaraq saxtalaşdırmış və 21 sentyabr 2019-cu il tarixdə Məhkum özünün icazəsi və iştirakı ilə ünvan 7 ünvanında yerləşən ofisinə baxış keçirilərkən qeyd olunan saxta sənədlər aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum müdafiəçisi Musayev Xəqani Zakir oğlu ilə birgə verilmiş kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr öz hökm və qərarında hansı əsasa görə onun barəsində CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham hökmü çıxarılmasının zəruriliyini əsaslandırmamışlar. Belə ki, işin faktiki halları ilə əlaqədar olaraq qeyd edir ki, o, 2014-cü ildə İsrail vətəndaşı Aleks Şapironun Bakı şəhərində yerləşən “Azərbaycan-İsrail Tibb Klinikası”n da müalicədə olan zaman Aleks Şapiro onu Zərərçəkmiş şəxs2lə tanış etmişdir. Həmin vaxt Alkes Şapiro ona Zərərçəkmiş şəxs2 həmin il keçiriləcək parlament seçkilərində iştirak etmək istədiyini deyərək ona beynəlxalq status alması üçün köməklik etməsini xahiş etmişdir. Belə ki, Aleks Şapironun onun üzv olduğu Beynəlxalq İnsan Hüquqlarının Müdafiəsi Komitəsi ilə əlaqələri olmuşdur. Ona görə də, Zərərçəkmiş şəxs2 həmin təşkilata üzv olmasını təmin etməyini xahiş edərək, qalan bütün sənədləşmə işlərini özü həll edəcəyinə dair söz vermişdir. Təşkilat, üzvlər tərəfindən aparılmış ödənişlər əsasında fəaliyyət göstərdiyindən oraya üzv olmaq üçün müəyyən məbləğdə pul ödənilməsi lazım olmuş, buna görə də, sənədlərin hazırlanması və göndərilməsi məqsədi ilə Aleks Şapiro Zərərçəkmiş şəxs2lə bu barədə danışaraq razılaşmışdır. O, Zərərçəkmiş şəxs2 ümumiyyətlə pul almamış və onunla heç bir ödəniş barədə razılaşmamışdır. Həmin il Zərərçəkmiş şəxs2 təşkilata üzv olmuş, sonra bildiyinə görə Aleks Şapiro həmin dövrün məzənnəsi ilə Zərərçəkmiş şəxs2 5000 (beş min) ABŞ dolları pul alıb Fransaya göndərmişdir. Daha sonra isə Fransadan Yevgeni Alimov adlı nümayəndə Bakı şəhərinə gəlmiş və sənədləri Zərərçəkmiş şəxs2 təqdim etmişdir. Həmin sənədlər Zərərçəkmiş şəxs2 xidməti pasportu, vəsiqəsi, jeton, order, əmr və müqavilədən ibarət olmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs2 “Ekspert” kimi təşkilata qəbul edilmişdir. Zərərçəkmiş şəxs2 sonra demişdir ki, Yevgeni Alimova 5000 (beş min) ABŞ dolları pulu vermişdir. Bu barədə sonradan onun xəbəri olmuş və pul alınmasında iştirak etməmişdir. Sonradan ikinci dəfə Zərərçəkmiş şəxs2 özünün müraciəti əsasında əlaqələr yaratmış və Azərbaycan Nümayəndəliyinin rəhbəri statusunu almışdır. Bu münasibətlə ona təkrar təşkilatın bütün sənədləri göndərilmiş, daha sonra Zərərçəkmiş şəxs2 yenidən təşkilata poçt vasitəsi ilə 5000 (beş min) AVRO pul ödəmişdir. Təşkilatın adından Viktor Semyonov adlı nümayəndə gəlmiş və diplomatik pasport ilə birlikdə başqa sənədləri Zərərçəkmiş şəxs2ə təqdim etmişdir. Nümayəndəliyin “apostil” olunmuş sənədləri isə poçt vasitəsi ilə Zərərçəkmiş şəxs2 göndərilmişdir. Həmin vəzifəyə təyin olunduğuna görə Zərərçəkmiş şəxs2 simvolik “General” rütbəsi verilmişdir. Bütün bu işlər Zərərçəkmiş şəxs2lə təşkilatın nümayəndələri tərəfindən aparılmışdır. Hətta müdafiə tərəfinin verdiyi vəkil sorğusuna cavab olaraq həmin təşkilat tərəfind ən bildirilmişdir ki, həqiqətən Zərərçəkmiş şəxs2 tərəfindən həmin təşkilata qeyd olunan məbləğdə pul keçirilmişdir. Lakin, məhkəmələr bu sübuta da heç bir hüquqi qiymət vermədən, qanunsuz və əsassız qərarlar qəbul etmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli qərarını ləğv etməklə Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə aparılan cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya məhkəmə baxışında Məhkum və müdafiəçisi X.Z.Musayev çıxış edərək kassasiya şikayətində qeyd edilən halları bir daha vurğulayaraq şikayətin təmin edilməsini xahiş etdilər. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğ unun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu çıxış edərək kassasiya şikayətinin dəlilərinin əsassız olduğunu, apellyasiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə y oxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum və onun müdafiəçisi tərəfindən birgə verilmiş kassasiya şikayətində Məhkumun təqsirsiz olduğu halda məhkəmələr tərəfindən barəsində qanunsuz və əd alətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.6-cı maddəsində (məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda) nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası məhkum və onun müdafiəçisinin birgə verilmiş kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 noyabr 2020-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxs ə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Birinci instansiya məhkəməsinin hökmü və apellyasiya məhkəməsini qərarı ilə Məhkum olunduğu Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddəsinin dispozisiyası təkrarən, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkum və onun müdafiəçisinin kassasiya şikayətinin təmin olunması, dövlət ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 noyabr 2020-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılma lıdır. Kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə birlikdə tədqiq edən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsində məhkəmə araşdırması zamanı Məhkum Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə elan olunmuş ittihamda göstərilən sənədlərin saxtalaşdırmaqla hazırlanmasında təqsirli olması öz təsdiqini tapmadığından, birinci instansiya məhkəməsi tamamilə düzgün olaraq, ona qarşı irəli sürülmüş CM-nin 320.1-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilməsi barədə hüquqi nəticəyə gəlmiş, apellyasiya məhkəməsi isə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş zərərç əkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla, təkrarən dələduzluq ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olund uğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Məhkum və müdafiəçi ilə birgə verilmiş kassasiya şikayətində məhkumun barəsində apellyasiya məhkəməsinin qərarını ləğv etməklə cinayət işinin icraatına xitam verilməli olduğu və ona bəraət verilməli olduğu iddia edilir. Şəxsə bəraət verilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası CPM-nin 42ci maddəsi ilə tənzimlənir. Həmin normada (CPM-nin 42.1-ci maddəsində) nəzərdə tutulmuşdur ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Sübutların bu normanın tələbləri və kassasi ya şikayətinin dəlilləri baxımından təhlili göstərir ki, həmin normada sadalanan, Məhkum bəraət verilməsinə əsas verən hallar iş üzrə mövcud deyildir. Məhkum ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), cinayət əməllərini törətməsi kassasiya şikayətində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmu su ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Apellyasiya məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanmışdır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların ki fayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi ilə bağlı təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və bir-birini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Kassasiya şikayətində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, bu şikayətin dəlilləri ilə eyni məzmunda olan dəlillər məhkum tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb sübutlar və sübutetmə, eləcə də cinayətin epizodlarını təşkil edən faktiki halların müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkum hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum hərəkətlərində Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş əsasların olmaması haqqında nəticəyə gəlmişdir. Kassasiya şikayətində cinayət və cinayət prosessual qanununun normalarına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya məhkəməsinin qərarı həmin normalarla ziddiyyət təşkil etmir. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən Məhkuma cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar (zərərçəkmiş şəxslərə dəymiş ziyanın tam ödənilməsi, zərərçəkmiş şəx slərin ona qarşı şikayət və tələblərinin olmaması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması), cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr tərəfindən Məhkumun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Məhkumun müdafiəçisi Musayev Xəqani Zakir oğlu ilə birlikdə verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkumun müdafiəçisi Musayev Xəqani Zakir oğlu ilə birlikdə verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 avqust 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə bəraət verilmiş, CMnin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək məhkum edilmiş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 noyabr 2020-ci il tarixli qərarı məhkumun müdafiəçisi Musayev Xəqani Zakir oğlu ilə birlikdə verilmiş kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-937/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-937/2021
30.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver