Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-937/2022 14.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər X23 ibarət tərkibdə, məhkəmə iclas katibi X11, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Ayxan Məhəmmədəli oğlu Hüseynlinin, zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 X49 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X29 və məhkumların müdafiəçiləri Müdafiəçi3 və Müdafiəçi4 iştirakları il ə, Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 fevral 2022-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi3 tərəfindən və məhkum Təqsirləndirilən şəxs1 Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Qax Rayon Məhkəməsinin (hakim Malik Qarayev) 02 noyabr 2021-ci il tarixli 1(024)49/2021 nömrəli hökmü ilə xx xxxxxxxx 1980-ci ildə Qax rayonu Qaxbaş kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, işsiz, Qax rayonu Qax-İngiloy kəndində pasport qeydiyyatında olmaqla, faktiki Qax rayonu Qaxbaş kəndində yaşayan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 259.3-cü maddəsi ilə təqsirli bilinib 4 (dörd) il müddətə azadlığın məhdud laşdırılması cəzasına məhkum edilmiş, xx xxxxx 1963-cü ildə Qax rayonu Qaxbaş kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işsiz, Qax rayonu Qaxİngiloy kəndində pasport qeydiyyatında olmaqla, faktiki Qax rayonu Qaxbaş kəndində yaşayan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 259.3-cü maddəsi ilə təqsirli bilinib 4 (dörd) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Vurulmuş maddi zərərin ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olmasının zərərçəkmiş hüququ şəxslər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 X49 və Təbii Sərvətlər İdarəsinə və X71 Qoruğuna izah edilməsi hökm edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əs asən Təqsirləndirilən şəxs1 qəsdən qoruq ərazisində olan sahədə meşə fonduna aid olan təbii bitmiş ağacları qanunsuz olaraq təkrarən kəsərək külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə cinayətini törətmişdir. Belə ki, o, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs qismində birləşərək cinayət əlaqəsinə girib heç bir icazəsi olmadan 2021-ci ilin aprel ayının əvvəllərində X71 Qoruğunun 8 saylı dolayında meşə fonduna aid olan 01 ədəd 56 sm, 01 ədəd 60 sm, 01 ədəd 48 sm, 01 ədəd 68 sm, 01 ədəd 80 sm, 01 ədəd 100 sm, 04 ədəd 72 sm və 01 ədəd 76 sm, diametrliklərində fıstıq cinsli, ümumilikdə 11 ədəd xüsusi mühafizə olunan təbiət ərazisində yaş köküstə, bioloji inkişafda olan ağacları qanunsuz olaraq qəsdən kəsərək X71 Qoruğuna və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 X49 və Təbii Sərvətlər İdarəsinə külli miqdarda, yəni 12.347 manat 60 qəpik dəyərində maddi ziyan vurmuşlar. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs qismində birləşərək cinayət əlaqəsinə girib heç bir icazəsi olmadan 28 aprel 2021-ci il tarixdə X71 Qoruğunun 8 saylı dolayında meşə fonduna aid olan 01 ədəd 72 sm, 01 ədəd 68 sm, 01 ədəd 56 sm, 02 ədəd 80 sm, 01 ədəd 48 sm diametrliklərində palıd cinsli, ümumilikdə 6 ədəd xüsusi mühafizə olunan təbiət ərazisində yaş köküstə, bioloji inkişafda olan ağacı qanunsuz olaraq qəsdən kəsərək X71 Qoruğuna və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 X49 və Təbii Sərvətlər İdarəsinə xeyli miqdarda, yəni 5.819 manat 70 qəpik dəyərində maddi ziyan vurmuşlar. Birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs2 qəsdən qoruq ərazisində olan sahədə meşə fonduna aid olan təbii bitmiş ağacları qanunsuz olaraq təkrarən kəsərək külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə cinayətini törətmişdir. Belə ki, o, tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs qismində birləşərək cinayət əlaqəsinə girib heç bir icazəsi olmadan 2021-ci ilin aprel ayının əvvəllərində X59 8 saylı dolayında meşə fonduna aid olan 01 ədəd 56 sm, 01 ədəd 60 sm, 01 ədəd 48 sm, 01 ədəd 68 sm, 01 ədəd 80 sm, 01 ədəd 100 sm, 04 ədəd 72 sm, və 01 ədəd 76 sm, diametrliklərində fıstıq cinsli, ümumilikdə 11 ədəd xüsusi mühafizə olunan təbiət ərazisində yaş köküstə, bioloji inkişafda olan ağacları qanunsuz olaraq qəsdən kəsərək X63 və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 X49 və Təbii Sərvətlər İdarəsinə külli miqdarda, yəni 12.347 manat 60 qəpik dəyərində maddi ziyan vurmuşlar. Bundan başqa o, təkrarən, tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs qismində birləşərək cinayət əlaqəsinə girib heç bir icazəsi olmadan 28 aprel 2021-ci il tarixdə X59 8 saylı dolayında meşə fonduna aid olan 01 ədəd 72 sm, 01 ədəd 68 sm, 01 ədəd 56 sm, 02 ədəd 80 sm, 01 ədəd 48 sm diametrliklərində palıd cinsli, ümumilikdə 6 ədəd xüsusi mühafizə olunan təbiət ərazisində yaş köküstə, bioloji inkişafda olan ağacları qanunsuz olaraq qəsdən kəsərək X63 və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 X49 və Təbii Sərvətlər İdarəsinə xeyli miqdarda, yəni 5.819 man at 70 qəpik dəyərində maddi ziyan vurmuşlar. Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Gündüz Abbasov (sədrlik edən və məruzəçi), Akif Eyvazov və İmanverdi Şükürov) 1(107)-54/2022 nömrəli, 03 fevral 2022-ci il tarixli qərarı ilə Qax Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli 1(024)- 49/2021 nömrəli hökmü dəyişdirilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 259.3-cü maddəsi ilə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 03 fevral 2022-ci il tarixdən hesablanmış, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 259.3-cü maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 03 fevral 2022-ci il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərarının 4, 9.2.3, 9.3 və 30cu bəndləri tətbiq edilməklə, Təqsirləndirilən şəxs2 hazırkı hökmlə CM-in 259.3-cü maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 3 (üç) il azadlıqdan məhrum etmə cəzası 6 (altı) ay azaldılaraq üzərində qəti olaraq 2 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməmiş, dövlət ittihamçısı X48 tərəf indən verilmiş apelyasiya protesti təmin edilmişdir. Həmin qərardan məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi3 və məhkum Təqsirləndirilən şəxs1 Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətlərində Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 fevral 2022-ci il tarixli qərarının dəyişdirilərək hər iki məhkuma azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini xahiş etmişlər. Kassasiya şikayətlərinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi3 onunla əsaslandırır ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzaya onun şəxsiyyətinə tam uyğun olmamaqla, mütənasiblik və cəzanın məqsədlərinin təmin edilməsi baxımından olduqca sərt olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü bəndlərinə əsasən, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, eləcə də cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallardır. Kassator qeyd edir ki, kassasıya şikayətinə əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X20 zərərçəkmiş X71 Qoruğuna dəymiş ümumilikdə 18.166 (on səkkiz min bir yüz altmış altı) manat maddi ziyanı tam şəkildə ödəmişlər. Kassasiya şikayətinə əlavə etdiyimiz Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 X49 və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli, 193 saylı məktubundan görünür ki, Qax rayonu Qaxbaş kənd sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndi rilən şəxs2 tərəfindən təbiətə dəymiş ziyanın "Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu”na ödənilməsi təmin edildiyindən 7 X49 və Təbii Sərvətlər İdarəsinin heç bir şikayəti və tələbi yoxdur. Həmçinin şikayətə əlavə olunmuş Qax Rayon İcra Hakimiyyəti başçısının Qax-lngiloy kənd İƏD üzrə nümayəndəliyinin 25 fevral 2022-ci il tarixli 751 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 ailə üzvləri 6 nəfərdən ibarətdir. Arvadı- X37, oğlu - X12 (İ qrup əlil), qızları - X13, X18, gəlini-X72'din qızı və nəvəsi - X24 ibarətdir. Şikayətə əlavə olunmuş Bakı baş Səhiyyə İdarəsinin “X54” 14 avqust 2014-cü il tarixli 9317 saylı EPİKRİZ-dən görünür ki, X8 “Ensefalopatiya portil epilepsiya mürəkkəb ikincili generalizə olunmuş tonik-klonik qıcolma tutmaları” diaqnozu qoyulmuşdur. Şikayətə əlavə ol unmuş Azərbaycan Respublikası Əmək və X44 Nazirliyinin 16 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasının Arayışından görünür ki, X12 müddətsiz əlilidir və onun kənar şəxsin köməyinə ehtiyacı var. Şikayətə əlavə olunmuş Qax rayonu Qaxbaş kəndinin sakinləri X40, X25, X4, X31, X41, X5, X21, X38, X14 və X1 Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasına ünvanladıqları müraciətlərində Təqsirləndirilən şəxs2 tələbkar və qayğıkeş bir ailə başçısı olmaqla əxlaqi və mənəvi keyfiyyətlərinə görə kəndin hörmətji sakinlərindən biri olmasını, səmimiliyi və mehriban rəftarı ilə kənd sakinləri arasında böyük hörmət qazanmasını, işləyib ailəsini dolandırmağa çalışan bir insan olmasını, kənd sakinlərinə hər zaman təsərrüfat işlərində yaxından köməklik etməsini, onun həbsdə qalmasının ailə ü zvləri ilə yanaşı kənd sakinlərini də olduqca narahat etməsini, himayəsində birinci qrup xəstə oğlunun (epilepsiya xəstəsi) olmasını, hər zaman onun fiziki baxımdan kənar şəxsin köməyinə ehtiyacı olmasını bildirərək, ona daha yüngül cəza verilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Qax RİH Qax-İngiloy kənd İƏD-nin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin verdiyi xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs2 ailə üzvləri 6 nəfərdən ibarətdir və himayəsində azyaşlı nəvəsi, İ qrup əlil olan oğlu və əmək fəliyyəti ilə məşğul olmayan arvadı, qızları və gəlini vardır. Oğlu İ qrup əli! olduğundan ailəyə yeganə qazanc gətirən şəxs Təqsirləndirilən şəxs2dur. Oğlu epilepsiya xəstəsi olduğundan, o, hər gün vaxtaşırı və qəflətən bərk qıcolma və özündən getmə hallarına məruz qalır. Həmin vaxtlarda xəstəyə kömək məqsədi ilə fiziki qüvvə tələb olunur. Ailədə isə ancaq və ancaq xəstəyə fiziki cəhətdən kömək edə biləcək şəxs Təqsirləndirilən şəxs2dur. Həmin vaxt atasının yanında olmaması xəstə üçün həyat təhlükəsi yarada bilər. Bundan əlavə cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaqda təqsirləndirilən şəxs qismində cəlb olunub dindirilən zaman ona elan olunmuş ittihamla özünü təqsirli bilmişdir. Bu da Cinayət Məcəlləsinin 59.2-ci bəndinə əsasən daha bir yüngülləşdirici haldır. Beləliklə, hü quqlarını müdafiə etdiyim Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum edilməsi həm onun xəstə oğlunun həyat təhlükəsi ilə üzləşməsinə həm də ailəsini ciddi maddi çətinliklərlə üz- üzə qoyur. İşdən görünür ki, Təqsirləndirilən şəxs2 törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirir. Əks təqdirdə zərərçəkmişə dəymiş ziyanı ödəməz, zərərçəkmiş şəxslə barışıq əldə etməzdi. Hazırda zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi qalmamışdır. Nəticə etibarilə, Təqsirləndirilən şəxs2 dəymiş ziyanı ödəməsi onun özünə və davranışına tənqidi münasibətinin təzahürüdür. Çünki, təqsirləndirilən şəxs törətdiyi əmələ görə özünü qınayır, məzəmmət edir, davranışının təhlükəli nəticələrini müsbət qarşılamır, zərərçəkmiş şəxsə vurduğu ziyanı tam şəkildə ödəyib, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tə ləbi qalmamışdır. Bütün bunlar onu göstərir ki, Təqsirləndirilən şəxs2 ictimai və insani dəyərlərə biganə deyildir, ictimai qınağın təsirinə məruz qalmışdır. O, cəmiyyət üçün təhlükə doğuran ünsürə çevirilməmişdir, onun aldığı cəzanın islah təsirinə məruz qalacağı istisna edilmir. Belə olan halda, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlinə CM-in ədalət və humanizm prinsipləri baxımından yanaşıb, onun istisnasız məsuliyyətlərini müəyyən edərək cinayət məsuliyyətini tənləşdirdikdə Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının - azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza ilə əvəz olunması da sosial ədalətin bərpasına, onun islah edilməsinə, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilər. M əhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi4 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs1 təyin olunmuş cəza onun şəxsiyyətinə tam uyğun olmamaqla, mütənasiblik və cəzanın məqsədlərinin təmin edilməsi baxımından olduqca sərt olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü bəndlərinə əsasən, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, eləcə də cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallardır. Kassator qeyd edir ki, kassasıya şikayətinə əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X20 zərərçəkmiş X71 Qoruğuna d əymiş ümumilikdə 18.166 (on səkkiz min bir yüz altmış altı) manat maddi ziyanı tam şəkildə ödəmişlər. Kassasiya şikayətinə əlavə etdiyimiz Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 X49 və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli, 193 saylı məktubundan görünür ki, Qax rayonu Qaxbaş kənd sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən təbiətə dəymiş ziyanın "Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu”na ödənilməsi təmin edildiyindən 7 X49 və Təbii Sərvətlər İdarəsinin heç bir şikayəti və tələbi yoxdur. Həmçinin şikayətə əlavə olunmuş Qax Rayon İcra Hakimiyyətinin Qax-lngiloy kənd İƏD-nin verdiyi xx.xx.2021-ci il tarixli, 995 saylı arayışdan görünür ki, X28 rayonu, Qaxbaş kəndində pasport qeydiyyatındadır və onun ailə tərkibi onun özündən, arvadı X26, oğlu X 57, qızı X58 və anası X15 ibarətdir. İşdə olan Qax RİH Qax-İngiloy kənd İƏD-nin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsinin verdiyi xx.xx.2021-ci il tarixli tələbnamədən də görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Şikayətə əlavə olunmuş Qax rayonu Qaxbaş kəndinin sakinləri X3, X9, X22, X16, X27, X19, Heydərova Amİna Səyid qızının, X6, X10 və X42 Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasına ünvanladıqları müraciətlərində Təqsirləndirilən şəxs2 tələbkar və qayğıkeş bir ailə başçısı olmaqla əxlaqi və mənəvi keyfiyyətlərinə görə kəndin hörmətli sakinlərindən biri olmasını, səmimiliyi və mehr iban rəftarı ilə kənd sakinləri arasında böyük hörmət qazanmasını, işləyib ailəsini dolandırmağa çalışan bir insan olmasını, kənd sakinlərinə hər zaman təsərrüfat işlərində yaxından köməklik etməsini, onun həbsdə qalmasının ailə üzvləri ilə yanaşı kənd sakinlərini də olduqca narahat etməsini, himayəsində birinci qrup xəstə oğlunun (epilepsiya xəstəsi) olmasını, hər zaman onun fiziki baxımından kənar şəxsin köməyinə ehtiyacı olmasını bildirərək, ona daha yüngül cəza verilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Bundan başqa, şikayətə əlavə olunmuş doğum haqqında şəhadətnamələrin təsdiq olunmuş surətlərindən göründüyü kimi Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşağı - 2009-cu il təvəllüdlü X57 və 2011-ci il təvəllüdlü X58 vardır ki, bu da Cinayət Məcəlləsinin 59.1.4-cü bəndinə əsasən daha bir yüngülləşdirici haldır. Nəzərə alsaq ki, təqsirləndirilən şəxsin uşaqları əmək fəaliyyəti ilə məşğul olmaq üçün zəruri yaş həddinə çatmamışlar, o zaman ailəni dolandırmaq yenə də Təqsirləndirilən şəxs1 üzərinə düşür. Beləliklə, hüquqlarını müdafiə etdiyim Təqsirləndirilən şəxs1 azadlıq məhrum edilməsi həm də onun ailəsini ciddi maddi çətinliklərlə üz-üzə qoyur. İşdən görünür ki, Təqsirləndirilən şəxs1 törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirir. Əks təqdirdə zərərçəkmişə dəymiş ziyanı ödəməz, zərərçəkmiş şəxslə barışıq əldə etməzdi. Hazırda zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi qalmamışdır. Nəticə etibarilə, Təqsirləndirilən şəxs1 dəymiş ziyanı ödəməsi onun özünə və davranışına tənqidi münasibətinin təzahürüdür. Çünki, təqsirləndirilən şəxs törətdiyi əm ələ görə özünü qınayır, məzəmmət edir, davranışının təhlükəli nəticələrini müsbət qarşılamır, zərərçəkmiş şəxsə vurduğu ziyanı tam şəkildə ödəyib, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi qalmamışdır. Bütün bunlar onu göstərir ki, Təqsirləndirilən şəxs1 ictimai və insani dəyərlərə biganə deyildir, ictimai qınağın təsirinə məruz qalmışdır. O, cəmiyyət üçün təhlükə doğuran ünsürə çevirilməmişdir, onun aldığı cəzanın islah təsirinə məruz qalacağı istisna edilmir. Belə olan halda, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlinə CM-in ədalət və humanizm prinsipləri baxımından yanaşıb, onun istisnasız məsuliyyətlərini müəyyən edərək cinayət məsuliyyətini tənləşdirdikdə Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının - azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza ilə əvəz olunması da sosial ədalətin bərpasına, onun islah edilməsinə, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilər. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayətləri təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qərarı aşağıda göstərilən əsaslara görə dəyişdirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanun unun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya şikayətlərinin başlıca dəlillərini müdafiəçilər Müdafiəçi3 və Müdafiəçi4 onunla əsaslandırmışlar ki, hər iki məhkumlar Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində apelyasiya instansiyası məhkəməsi tərəfindən məhkumlara təyin edilmiş cəza ağır və sərt olduğundan dəyişdirilməlidir. Kassasiya şikayətlərinin dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakt erli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alın ır. Bununla yanaşı Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təyin edə bilmir. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddəl ərinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb olunmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, həmçinin Təqsirləndirilən şəxs2 da ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb olunmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini cəzalar ını yüngülləşdirən hallar kimi nəzərə almış və onların hər ikisinə də azadlığın məhdudlaşdırılması növündə cəza təyin etmişdir. Lakin apelyasiya instansiyası məhkəməsi isə hökmdən verilmiş şikayət və protestə baxarkən hökmü cəza hissəsində qanunsuz hesab edərək, təqsirləndirilən şəxslərin təqsirli bilindikləri maddənin (CM-in 259.3-cü) “az ağır” cinayətlər kateqoriyasına aid olduğunu qeyd etmişdir. Bundan əlavə apelyasiya kollegiyası hökmü dəyişdirərkən, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 “X71 Qoruğu”na və 7 X49 və Təbii Sərvətlər İdarəsinə ümumilikdə vurulmuş 18.167 manat 30 qəpik məbləğində maddi ziyandan bir qisminin belə ödənilməməsini və zərərçəkmiş hüquqi şəxsin təqsirləndirilən şəxslərlə barışıq əldə edilməməsini və CM-in 34.8-ci maddəsini əsas götürərək onlara azadl ıqdan məhrum etmə cəzası təyin etmişdir. Azərbaycan Respublikası CM-in 34.8-ci maddəsində göstərilmişdir ki, bir qrup şəxs, qabaqcadan əlbir olmuş bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilən əməllər bu Məcəllə ilə nəzərdə tutulan əsaslara və hədlərə uyğun olaraq daha ciddi cəzalara səbəb olur. Məhkəmə kollegiyası cinayət nəticəsində vurulmuş ziyanın ödənilməməsi və zərərçəkmiş şəxslə barışıq əldə edilməməsi ilə əlaqədar məhkumlara daha sərt cəzanın təyin olunması ilə bağlı apelyasiya məhkəməsinin mövqeyi ilə razılaşsa da, onların cinayət əməlinin qabaqcadan əlbir olan bir qrup şəxs halında törətmələri ilə əlaqədar həmin əməlin ictimai təhlükəliliyinin daha yüksək olmasına və buna görə də məhkumlara daha sərt cəza təyin edilməsinə dair məhkəmənin gəlmiş olduğu nəticəni əsaslı hesab etmir. Belə ki, cinayət əməlinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi Azərbaycan Respublikası CM-in 259.3-cü maddəsinin tərkib əlaməti kimi çıxış edir. Odur ki, həmin əlamətin təkrarən nəzərə alınmaqla əməlin ictimai təhlükəliliyinin daha yüksək olması barədə gəlinən nəticə cinayət qanunvericiliyinin tələblərinə uyğun olmamışdır. Məhkumların müdafiəçiləri apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayətləri verməklə yanaşı dəymiş ziyanın ödənilməsi barədə qəbzləri və zərərçəkmiş hüquqi şəxsin məhkumlara qarşı şikayət və tələblərinin olmaması barədə məktub təqdim etmişlər. Məhkəmə kollegiyası kassasiya şikayəti və şikayətə əlavə edilmiş sənədləri araşdıraraq qeyd edir ki, cəzanı yüngülləşdirən hallar və şi kayətə əlavə edilmiş sənədlər əsasında məhkumlara təyin olunmuş cəza yüngülləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 X49 və Təbii Sərvətlər İdarəsinin verdiyi məktubdan görünür ki, məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən dəymiş külli miqdarda ziyan tam ödənilmiş və idarənin onlara qarşı hər hansı bir şikayət və tələbi yoxdur. Bundan əlavə müdafiəçilər iş materiallarına ziyanın “KapitalBank” vasitəsilə ödənilməsi barədə qəbzləri iş materiallarına əlavə etmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan apelyasiya instansiyası məhkəməsi məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində təyin edilmiş cəza növünü dəyişdirərkən cəzanı yüngülləşdirən qeyd olunan hallar, yəni cinayət nəticəsində v urulmuş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və zərərçəkmiş şəxslə barışması mövcud olmamışdır. Kassasiya instansiyası məhkəməsi bu halları, habelə cəzasını yüngülləşdirən digər halları və məhkumların ailə vəziyyətlərini nəzərə alaraq, nəticəyə gəlir ki, məhkumlara təyin olunmuş cəzalar öz sərtliyinə görə işin hallarına və məhkumların şəxsiyyətlərinə uyğun gəlmir. Ona görə də məhkəmə kollegiyası məhkumlara təyin edilmiş cəza növünün dəyişdirilməsini əsaslı hesab edir. Bu baxımdan da məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin məhkum Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzanın ədalətsiz hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, işin hallarını və məhkumların şəxsiyyətlərini nəzərə alaraq məhkum Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs 2 təqsirli bilindikləri maddənin sanksıyasında nəzərdə tutulmuş daha yüngül cəza növündə cəza təyin edilməsini mümkün hesab edir. Ona görə də məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri CM-in 259.3-cü maddəsində nəzərdə tutulmuş daha yüngül – azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməklə Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 fevral 2022-ci il tarixli qərarının dəyişməsini qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 416.1.21 və 419.10.4-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALİR: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 259.3-cü maddəsi ilə məhkum edilməl ərinə dair cinayət işi üzrə Şəki Apelyasiya Məhkəməsinin 03 fevral 2022-ci il tarixli qərarı dəyişdirilsin. Qərarla Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 259.3-cü maddəsi ilə təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilsin. Təqsirləndirilən şəxs1 tərəfindən 03 fevral 2022-ci il tarixdən 14 iyun 2022-c il tarixədək çəkilmiş azadlıqdan məhrum etmə cəzasının 4 (dörd) ay 11 (on bir) gün müddəti Azərbaycan Respublikası CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablanaraq, ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 3 (üç) ay 8 (səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzas ı saxlanılsın. Cəzasının əvvəli Qax Rayonu İcra və Probasiya Şöbəsində qeydiyyatda alındığı gündən hesablansın. Məhkum Təqsirləndirilən şəxs1 üzərinə Qax rayonunun ərazisini tərk etməmək, yaşayış yeri, yəni Qax rayonu, Qaxbaş kəndində olan fərdi yaşayış evini saat 23:00-dan növbəti gün səhər saat 7:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək vəzifələri qoyulsun. Cəzanın icrasına nəzarət Qax Rayonu İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Məhkum Təqsirləndirilən şəxs1 həbsdən azad edilsin. Qərarla Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 259.3-cü maddəsi ilə təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilsin. Təqsirləndirilən şəxs2 tərəfindən 03 fevral 2022-ci il tarixdən 14 iyun 2022-c il tarixədək çəkilmiş azadlıqdan məhrum etmə cəzasının 4 (dörd) ay 11 (on bir) gün müddəti Azərbaycan Respublikası CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablanaraq, ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 3 (üç) ay 8 (səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzasının əvvəli Qax Rayonu İcra və Probasiya Şöbəsində qeydiyyatda alındığı gündən hesablansın. Məhkum Təqsirləndirilən şəxs2 üzərinə Qax rayonunun ərazisini tərk etməmək, yaşayış yeri, yəni Qax rayonu, Qaxbaş kəndində olan fərdi yaşayış evini saat 23:00-dan növbəti gün səhər saat 7:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək vəzifələri qoyulsun. Cəzanın icrasına nəzarət Qax Rayonu İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Məhkum Təqsirləndirilən şəxs2 həbsdən azad edilsin. Kassasiya şikayətləri təmin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-937/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-937/2022
14.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver