Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-937/2023 16.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və bəraət almış şəxs Məhkum və onun müdafiəçisi Qəhrəmanov Zabil Köçəri oğlunun iştirakları ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 20 may 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.4.3-cü maddəsi ilə ilə bəraət verilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 noyabr 2022-ci il tarixli qərarından dövlət ittihamçısı Alıkişiyev Rəşad Nizami oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 20 may 2022-ci il tarixli hökmü ilə (hakimlər Rüstəmov Elmin İltizam oğlu (sədrlik edən və məruzəçi), Səmədov Xəqani Hacı oğlu və Mahmudov Faiq Nüsrət qızından ibarət tərkibdə) Məhkum, xx xxx 1975-ci il tarixdə Laçın rayonunun Soyuqbulaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fə rdi əməkla məşğul olan, evli, himayəsində iki azyaşlı və bir yetkinlik yaşına çatmamış uşaqları olan, əvvəllər Göyçay Rayon Məhkəməsinin 16 fevral 2005-ci il tarixli hökmü ilə CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq gəlirinin iyirmi faizi dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətə işləri cəzasına, Bərdə Rayon Məhkəməsinin 30 may 2017-cu il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 noyabr 2017-ci il tarixli qərarı ilə hökm dəyişdirilərək təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti başa çatdığına görə 30 may 2017-ci il tarixli hökmün icraya yönəldilməməsi qət edilmiş, məhkumluğu ödənilmiş, Laçın rayo nunun Qarıqışlaq ərazi dairəsinin Soyuqbulaq kəndində qeydiyyatda olmaqla, Bərdə rayonunun Alaçadırlı kəndində yaşayan, CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilmişdir. İşin halları: İbtidai araşdırma orqanı tərəfindən Məhkum qarşı CM-nin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür ondan ötrü ki, o, istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi ilə qanunsuz olaraq "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında "Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanunun İ siyahısına əsasən 5 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 5,401 qram, 4,350 qram 4,546 qram, 4,044 qram, 4,239 qram və ümumi çəkisi 22,58 qram, 2 ədəd polietilen torbada ayrı-ayrılıqda təmiz çəkiləri 195 qram, 870 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddəllər olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə ümumi təmiz çəkisi 1087,58 qram olan, yəni külli miqdarda qurudulmuş marixuana əldə edib yaşadığı Bərdə rayonunun Alaçadırlı kəndində evinin yataq otağında saxlamış, Bərdə rayon polis şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında 16 mart 2021-ci il tarixdə saat 07-05 dəqiqədə polis şöbəsinin əməkdaşları tərəfindən onun evinə baxış keçirilərkən evindən yataq otağından satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda əldə edib saxla dığı həmin narkotik vasitə olan qurudulmuş marixuana polis əməkdaşları tərəfindən aşkar olunub götürülmüş və bundan dərhal sonra vətəndaş Məhkum Bərdə rayon polis şöbəsinə gətirilib, polis şöbəsində elə həmin gün saat 08-50 radələrində üzərində şəxsi axtarış aparılarkən əynində olan göy rəngli idman gödəkçəsinin sağ cibindən 2 ədəd kibirit qutusunda ayrı- ayrılıqda təmiş çəkiləri 6,118 qram, 5,020 qram ümumi təmiz çəkilsi 11,138 qram olan və bununlada evindən və üzərindən umumilikdə təmiz çəkisi 1098,718 qram, yəni külli miqdarda olan bitki mənşəli kütlələr tərkibində narkotik maddəllər olan çətənə kannabis) bitkisindən kustar üsulla hazırlanmış satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı və tərkiblərinə görə eyni olan həmin narkotik vasitəqurudulmuş marixuana polis əməkdaşları t ərəfindən aşkar olunub götürülmüşdür. Birinci instansiya məhkəməsinin məhkəmə baxışı iclasında iş üzrə toplanmış və araşdırılmış sübutlara əsasən Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə cinayəti törətməsi sübuta yetirilmədiyindən Gəncə Ağır Cinayətlər Məhkəməsi tərəfindən onun barəsində yuxarıda göstərilən 20 may 2022-ci il tarixli bəraət hökmü çıxarılmışdır. Hökmdən dövlət ittihamçısı Qasımov Zaur Zabil oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Məmmədov Çingiz Böyükxan oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Salman Bilal oğlu və Xasməmmədov Elçin İsgəndər oğlundan ibarət tərkibdə) 04 noyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışd ır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 noyabr 2022-ci il tarixli qərarından dövlət ittihamçısı R.N.Alıkişiyev kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: İş üzrə Məhkum qarşı ibtidai araşdırma orqanı tərəfindən irəli sürülmüş ittihama, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPMnin) və “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasın Qanununun bir sıra normalarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bəzi Qərarlarına, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 201-ci il tarixli və qüvvədən düşmüş “Məhkəmə hökmü haqqında” 27 dekabr 1996-cı il tarixli Qərarlarına, iş üzrə toplanmış və məhkəmə iclaslarında aradırılmış sübutlara istinad edib həmin sübutlarıı şərh edərək işin faktiki hallarını mübahisələndirən dövlət ittihamçısı R.N.Alıkişiyev kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi hazırki cinayət işinə baxarkən CPM-nin 416-cı maddəsində nəzərdə tutulan nöqsanlara yol vermiş, sübutları CPM-nin 143-146-cı maddələrində göstərilən tələblərə uyğun tədqiq etməmiş və əssasız olaraq Məhkum bəraət verilməsi haqqında birinci instansiyası məhkəməsinin hökmünü qüvvədə saxlamışdır. Dövlət ittihamçısının mövqeyinə görə, ibtidai araşdırma dövründə Məhkum CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsiri tam sübuta yetirilmiş, 16 mart 2021-ci il tarixdə əməliyyat-axtarış tədbiri əməliyyat məlumatının yoxlanılması üçün əsaslandırılmış müvafiq qərar əsasında həyata keçirilmiş, bu tədbirin keçirilməsi zamanı qanunvericiliyin tələbləri və Məhkum hüquqları pozulmamış, evə baxış keçirilməsi ilə bağlı sonuncu yazılı razılıq ərizəsini təqdim etmiş, əməliyyat tədbirinin nəticələri də məhkəmə nəzarətini həyata keçirən müvafiq məhkəmə tərəfindən qanuni hesab edilmişdir. Belə olan halda, 16 mart 2021-ci il tarixdə əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi ilə bağlı tərtib edilmiş və məhkəmə nəzarəti qaydasında yoxlanılmış protokolların etibarsız hesab edilməsi barədə məhkəmələrin gəldikləri nəticə özüözlüyündə ziddiyyətlidir. Halbuki iş materiallarından görü nür ki, təqsirləndirilən şəxs Məhkum ibtidai istintaq zamanı ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək istər şübhəli, istərsə də təqsirləndirilən şəxsin qismində verdiyi ifadələrində aşkar edilmiş narkotik vasitələrin ona məxsus olmasını, həmin vasitələri özü təqdim etdiyini, onları şəxsi istifadəsi üçün əldə etdiyini, bu vasitələrdən heç kimə vermədiyini, satmadığını bildirmiş, bundan başqa, hər hansı vəsatət, etiraz və ya şikayət irəli sürməmiş, istintaqın sonrakı mərhələsində özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilməsi səbəbindən etirazları vəsatət kimi qəbul edilərək rədd edilmişdir. Həmçinin məhkəmələr evə baxışın videoçəkilişlə deyil, daha çətin üsulla, yəni hal şahidlərinin iştiraklarıı təmin edilməklə keçirilməsini əsas götürərək Məhkum videoçəkilişin aparm aılmasından imtina etməsini inandırıcı hesab etməyərək bu halı da ona bəraətin verilməsinin əsası kimi qəbul etmiş, halbuki həmin heç hal də onun təqsirsiz olmasına dəlalət etmir. Məhkum evinə baxış və şəxsi axtarış zamanı fotoşəkillər çəkilərək protokollara əlavə edilmiş və həmin fotoşəkillərdən aydın görünür ki, qeyd olunan əməliyyat-axtarış tədbirinin keçirilməsi və şəxsi axtarış istintaq hərəkətinin aparılması nəticəsində evdən və Məhkum üzərindən müxtəlif çəkilərdə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülərək tərəzidə çəkilmiş və qablaşdırılmışdır. Daha sonra dövlət ittihamçısı Məhkum X29 və X23 ilə apardığı telefon yazışmalarına da istinad edərək bu yazışmalarla bəraət almış şəxsin ona elan olunmuş ittiham üzrə cinayət əməllərini törətməkdə təqsirli olmasının, yəni həmin şəxslərə narkotik vasitələr satmasının sübuta yetirildiyini, lakin məhkəmələr tərəfindən adları göstərilən şəxslərin həmin yazışmalarla bağlı dindirilməmələrini, əldə olunmuş sübutlara isə düzgün qiymət verilmədiyini qeyd etmişdir. İbtidai araşdırma zamanı isə adları göstərilən şəxslərin müəyyən edilərək dindirilmələri mümkün olmamış, baxmayaraq ki, bununla əlaqədar müvafiq əməliyyat tədbirləri həyata keçirilmiş, məhkəmə icaslında isə Səbuhi Qarayevin məhkəməyə ünvanladığı ərizəsi yoxlanılmadan həmin ərizə sübut kimi qiymətləndirilmiş və əsassız olaraq birbaşa verilmiş ittihamın əsasına qarşı qoyulmuş, müdafiə yönümlü və ziddiyyətli sübutlar isə bəraətin əsası kimi qəbul edilmişdir. Qeyd olunan dəlillərə əsaslanaraq dövlət ittihamçısı R.N.Alıkişiyev onun kassasiya protestinin t əmin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya protestinin məzmunundan göründüyü kimi, dövlət ittihamçısı R.N.Alıkişiyev həmin protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutlar və sübutetməyə dair cinayət-prosessual qanununun tələblərinin pozulmaqla əsassız olaraq Məhkum CM-nin 234.4.3-cü maddəsi ilə bəraət verilməsini, əhəmiyyətli sübutların tədqiqindən imtina olunmasını, məhkəmənin qəbul etdiyi qərarın əsasını isə yolverilməz sübutlar təşkil etməsini iddia edərək həmin qərarın ləğv edilməsi haqqında kassasiya tələbini CPM-nin 416.1.1-416.1.3-cü maddələrində məhkəmə hökmünün və ya qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.1-416.1.3-cü maddələrinə əsas ən və 416.1.2-cü maddələrinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.1. məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.3. məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini CPM-nin 419-cu maddəsinin tələbləri baxım ından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar cinayət işinin materiallarını, o cümlədən iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarının qanuniliyini və əsaslılığını yoxlayıb, bu yoxlamanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası növbəti dəfə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olma yaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Apellyasiya intansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunlarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prose ssual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən olunması və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Hazırki iş üzrə Gəncə Apellyasya Məhkəməsinin Cinayət Kollegiyasının 04 noyabr 2022-ci il tarixli qərarından verilmiş kassasiya protestinin dəlillərinə cavab verilməsi ilə bağlı məhkəmə kollegiyası daha sonra qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bunda n sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin I hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin II hissəsində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Konstitusiyanın 63-cü maddəsinin tələbinə görə hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində t əqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axta rılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, f aktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulurur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayət i törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CPM-nin 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törət məsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına cidd i əməl etməlidirlər. CPM-nin 10.2 və 10.5-ci maddələrinin tələblərindən isə görünür ki, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-nin 12.1-ci maddəsinin müddəaları cinayət prosesini həyata keçirən orqanlardan cinayət prosesin də iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etmələrini tələb edir. Ədalət mühakiməsinin təqsirsizlik prezupsiyası prinsipinə görə (CPM-nin 21-ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. CPM-nin 21.2 və 21.3-cü maddələrinə görə, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sü rülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən dig ər hallar göstərilməlidir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair CPM-nin 125.2.1-125.2.10-cu maddələrinin tələblərinə görə, aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: - insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; - zorak ılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; - şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; - cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; - cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə; - cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; - istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; - sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; - məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda; - müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda. CPM-nin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. CPM-nin 125.7-ci maddəsinə görə, cinayət təqibi üzrə icraat zamanı məlumatlardan, sənədlərdən və əşyalardan sübut kimi istifadə edilməsinin qeyrimümkünlüyünü, habelə onlardan məhdud isti fadə edilməsinin mümkünlüyünü prosesi aparan orqan öz təşəbbüsü və ya cinayət prosesi tərəflərinin vəsatəti ilə müəyyən edir. Sübutların mümkünlüyünə dair qanunvericiliyin yuxarıda göstərilən tələblərindən görünür ki, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, sübutlar şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə əldə edildikdə, yaxud da istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cina yət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir (CPM-nin 125.2.1, 125.2.3 və 125.2.7-ci maddələri). CPM-nin 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-nin 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edi r. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. CPM-nin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Cinayət təqibi üzrə toplanmış süb utların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-14 6-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin tələblərinə uyğun olan eyni hüquqi mövqe “Azərbay can Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında da əksini tapmışdır. Həmin Qərarda qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müdd əaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. Konst itusiya Məhkəməsi Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə b ağlı “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olubolmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Avropa Məhkəməsinin yerli məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006-cı il, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006-cı il, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il tarixli Qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə m ümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququnun tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı q əbul etdiyi Qərarda Avropa Məhkəməsi göstərmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür)” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnəmələrin həm mövcudluğundan, həm çinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında vurğulanmışdır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 8-10-cu bəndlərində məhkəmələrə izah edilmişdir ki, Konstitusiyanın 63-cü maddəsinə, habelə CPM-nin 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməz. Məhkəmə öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən ist ifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmalıdır. CPM-nin 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. “Narkotik vasitələrin, psix otrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 8-ci bəndində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Qanunun (burada “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu nəzərdə tutulur) 1.0.11-ci maddəsində şərh verilməsi qeyd edilərək məhkəmələrə izah edilmişdir ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyriəmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Qərarın 9-cu bəndində məhkəmələri n nəzərinə çatdırlmışdır ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər hall arı nəzərə alınmalıdır. Qərarın 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, CPM-nin 246.2.1ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvvəqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə həmçinin izah edilmişdir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildi rməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Hazırki işin materiallarından görünür ki, əvvəla istər işə birinci instansiya məhkəməsində, istərsə də apellyasiya icraatı zamanı məhkəmələr yalnız həm ittiham orqanının təqdim etdiyi (ittiham aktında göstərilən), həm də müdafiə tərəfinin vəsatətllərinə əsasən əldə etdiyi sübutları tədqiq edərək araşdırmaların nəticəsində qəbul etdikləri yekun məhkəmə aktlarında əksini tapmış eyni qənaətə gəlmiş və məhkəmə baxışları zamanı cinayət prosesinin iştirakçılarına, o cümlədən ittiham tərəfinə başqa sübutları da məhkəməyə təqdim etmələri üçün bərabər şərait yaradılmış, lakin işə məhkəmələrdə baxılarkən məhkəmə iclaslarında iştirak e dən dövlət itthamçıları ittihamın sübuta yetirilməsi məqsədilə ittiham aktında göstərilən sübutlardan başqa əlavə sübutları məhkəməyə təqdim etməmişlər. Belə olan halda məhkəmə kollegiyası Məhkum barəsində bəraət hökmü çıxarımş birinci instansiya məhkəməsinin və onunla razılaşan apellyasiya instansiyası məhkəməsinin məhkəmə kollegiyasının iş üçün əhəmiyyət kəsb edən hər hansı sübutun tədqiqindən imtina etməsini, Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinin tələblərinə əməl etməməsini, nəticə etibarı ilə isə CPM-nin 416.1.1-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol vermələrini müəyyən etmir və eyni zamanda onu da qeyd edir ki, dövlət ittihamçısı R.N.Alıkişiyev məhkəmələr tərəfindən yekun məhkəmə aktları qəbul edilərkən yolverilməz sübutlardan istifadə edilməsini iddia etsə də, kassas iya protestinin bu dəlili əsassızdır ona görə ki, həmin bu aktların əsasına qoyulmuş, bundan əvvəl isə məhkəmə iclaslarında tədqiq olunmuş sübutların qanunsuz yolla əldə edilməsini ittiham tərəfi cinayət təqibinin apellyasiya icraatı mərhələsində mübahisələndirməmiş, həmin sübutların, o cümlədən bəraət almış şəxsin məhkəmə iclaslarında verdiyi ifadələrin CPM-nin 125.2-ci maddəsində sadalanan pozuntularla əldə edilməsi müəyyən olunmamışdır. Bu baxımdan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-nin 416.1.3-cü maddəsində göstərilən pozuntuya da yol veriməmiş və buna görə bu məsələ ilə bağlı da kassasiya protestinin dəlilləri qəbuledilməz sayılmalıdır. İşin müəyyən edilmiş faktiki halları cinayət-prosessual qanunvericiliyinin yuxarda şərh edi lən normalarının tələbləri, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi və Ali Məhkəmənin izah və tövsiyələri ilə müqayisə etməklə apellyasiya instansiyası məhkəməsinin qərarını yoxladıqda həmin yekun məhkəmə aktının yuxarıda qeyd olunan prosessual normaların tələblərinə, xüsusilə də CPM-nin 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi və qiymətləndirilməsi qaydalarına və CPM-nin 349.5-ci maddəsində təsbit olunmuş məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması, bu sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət edən olması, məhkəmənin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlarla uyğunluq təşkil etməsi barədə tələblərə cavab verdiyi müəyyən olunur. Belə nəticə ilə bağlı, habelə kassasiya protestinin dəlillərinə cavab verilməsi üçün məhkəmə kollegiyası məhkəmələrin işin faktiki hallarının müəyyən edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiyası məhkəməsinin 04 noyabr 2022-ci il tarixli qərarında istinad olunmuş sübutların bir hissəsinə bir daha müraciət etməyi zəruri sayır. İlk növbədə məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, ittiham tərəfinin təqdim etdiyi həmin sübutların hamısı birinci instansiya məhkəməsi tərəfindən tam həcmdə araşdırılaraq məhkəmələr qəbul etdikləri yekun məhkəmə aktlarında məhz həmin sübutlara istinad etmiş və kassasiya protestinin dəlillərinin əksinə olaraq bu sübutlar həm ayrı-ayrılıqda, həm də məcmu şəkildə qiymətləndirərək Məhkum ona elan olunmuş ittiham üzrə cinayət əməlini törətməsinin sübuta yetirilməməsi barədə nəticəyə gəlmi ş, apellyasiya instansiyası məhkəməsi də artqı araşdırılmış sübutların təkrarən tədqiq edilməsinə ehtiyac görməyərək, digər tərəfdən isə cinayət prosesi iştirakçılarının, o cümlədən dövlət ittihamçısının bununla bağlı müraciətləri olmadığından birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya protestinə məhkəmə istintaqı aparılmadan Məhkum barəsindəki bəraət hökmünün qanuni və əsasla olması bardə yekun nəticəyə gəlmişddir. Məhkəmə kollegiyası da iş üzrə birinci və apellyasiya instansiyası məhkəmələrinin bu nəticəsi ilə razılaşır və qeyd edir ki, həmin nəticə ehtimallara deyil, aşağıdakı sübutlara və onların təhlilinə və qiymətləndirilməsinə əsaslanmışdır. Belə ki, ibtidai araşdırma zamanı Məhkum 16 mart 2021-ci il tarixdə onun yaşadığı evdən və Bərdə Rayon Polis Şöbəsinə gətir ildikdən sonra üzərindən aşkar edilərək götürülmüş narkotik vasitələrin ona məxsus olmasını, həmin narkotik vasitəni özünün istifadə etməsi üçün əldə edib sazladığını etiraf etsə də, iş birinci instansiya məhkəməsində baxılarkən özünü ona qarşı CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, 16 mart 2021-ci il tarixdə gecə saat 03-04 radələrində Bərdə RPŞ-nin əməkdaşları pəncərəni sındırıb ordan keçməklə yaşadığı evə daxil olmuş və onun əl qolunu tutub hərəkətini tamamilə məhdudlaşdıraraq və hərəkətsiz qalmasından istifadə edərək özləri ilə gətirdikləri, içərisində narkotik vasitə - qurudulmuş marixuana olan torbanı yaşadığı evdə divanın altına yerləşdirilmişlər. Bundan sonra polis əməkdaşları tərəfindən evə rəsmi qaydada baxış keçirilmiş və sözügedən narkotik torbası guya onun evindən çıxmışdır. O, səs küy salıb buna etiraz etmiş və onun səsinə qonşuları da onların evinə yaxınlaşmış, lakin polis əməkdaşları onlara evə daxil olmalarına icazə verməmiş, eyni zamanda onun ailə üzvlərini də başqa otağa salmaqla təcrid etmişlər. Eyni zamanda Məhkum qeyd etmişdir ki, onun evində və üzərində narkotik vasitə olmamış, o, əvvəllər narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etsə də, buna görə məhkum olunsa da, hal hazırda bu vasitələrdən istifadə etmir, onların satışını həyata keçirmir və ət satışı ilə məşğul olaraq ailəsini dolandırır. Bundan başqa, bəraət almış şəxs göstərmişdir ki, polis əməkdaşları onun yaşadığı evə daxil olduqdan sonra orada axtarışın videoçəkiliş aparılmaqla keçirilməsinə razı olub-olması baərədə onun f ikri öyrənilməmiş, buna dair o, heç bir etirazını bildirməmiş, lakin sonuncular özləri bu axtarışı hal şahidlərinin iştirakları ilə keçirilməsinə qərar vermişlər. Məhkum məhkəmənin diqqətinə onu da çatdırmışdır ki, ibtidai araşdırma zamanı ona təzyiq edilərək bunun nəticəsində onun etirafedici ifadələri alınmış, o, isə həm barəsində həbs qətimkan tədbiri seçilərkən, həm də həbsdə saxlanılma müddəti uzadılarkən hər dəfə hakimə günahsız olduğunu, narkotik vasitənin ona məxsus olmadığını, narkotik vasitənin polis əməkdaşları tərəfindən evinə və üzərinə qoyulduğunu bildirmiş, bundan başqa ailə üzvləri bununla bağlı müxtəlif instansiyalara ərizələr ünvanlamışlar. Cinayət işinin materiallarında olan və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş Bərdə RPŞ-nin narkotiklərlərl ə mübarizə qrupunun baş əməliyyat müvəkkili polis kapitanı Şahid2 16 mart 2021-ci il tarixdə göstərilən Polis Şöbəsinin rəisinə ünvanladığı raportuna görə, ona daxil olmuş əməliyyat məlumatında Məhkum qanunsuz olaraq narkotik vasitələrin satışı ilə məşğul olması, həmin narkotik vasitəni isə üzərində gəzdirməsi və evində saxlaması bildirilmişdir. Bu məlumatın yoxlanılması üçün Şahid2 tərəfindən eyni tarixdə təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçiilməsinə dair qərar qəbul edilmiş və həmin qərarda Məhkum əməlinin ifşa edilməsi və cinayət başında yaxalanması üçün evində və üzərinə axtarışın keçirilməsi nəzərdə tutulmuş, qərarda isə “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 8 və 10-cu bəndlərinə, CPM-nin 177.1, 86, 236 və 445.2 -ci maddələrinə istinad olunmuşdur. Bu qərarın qəbul edilməsi ilə bağlı məhkəmə kollegiyası ilk növbədə vurğulamağı lazım bilir ki, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin I hissəsinin 8 və 10-cu bəndlərində əməliyyat-axtarış tədbirləri kimi binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə daxil olma və baxış keçirmə və insanların güdülməsi nəzərdə tutulmuşdur ki, həmin Qanunun 10-cu maddəsinin III hissəsinə əsasən, Qanunun 10-cu maddəsinin I hissəsinin 3-5, 8, 9 (texniki vasitələrdən istifadə etməklə və ya səsyazan, video, foto, kino və digər çəkiliş cihazlarının quraşdırılması yolu ilə yaşayış yerinə münasibətdə) və 10-cu bəndlərində nəzərdə tutulmuş əməliyyat-axtarış tədbirləri bu maddənin IV hissəsində göstərilən hallar istisna olmaqla, məhkəmənin (hakimin) qərarı əsasında həyata keçirilir. Təhlill edilən Qanunun 10-cu maddəsinin IV hissəsində isə təsbit edilmişdir ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğu hallarda əməliyyat-axtarış fəaliyyətinin subyektləri hakimin qərarı olmadan: 1) şəxsiyyət əleyhinə ağır cinayətlərin və ya xüsusi təhlükəli dövlət cinayətlərinin qarşısının alınması üçün telefon danışıqlarına qulaq asa, poçt, teleqraf və digər göndərişlərini yoxlaya, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanı çıxara, habelə insanları güdə bilərlər; 2) cinayəti hazırlayan, törədən, törətmiş, azadlıqdan məhrum etmə və ya həbs yerlərindən, yaxud mühafizə altından qaçmış və gizlənən şəxslərin yax alanması, yanğın, partlayış və ictimai təhlükəsizliyə qəsd edən və ya qəsd edə biləcək halların aradan qaldırılması üçün binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə baxış keçirə bilərlər. Adı çəkilən Qanunun 11-ci maddəsinin III hissəsində isə göstərilmişdir ki, əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: 1) məhkəmənin (hakimin) qərarları; 2) istintaq orqanlarının qərarları; 3) əməliyyat-axtarış fəaliyyətinin səlahiyyətli subyektlərinin qərarları. CPM-nin 177.4-cü maddəsinə görə, baxış, axtarış və götürmə istisna edilməklə yaşayış yerində, xidməti və istehsalat binalarında digər istintaq hərəkətləri, habelə bu Məcəllənin 177.3.6 və 177.3.7-ci maddələrində nəzərdə tutulmuş istintaq hərəkətləri y alnız məhkəmənin qərarı əsasında aparıla bilər. Müstəntiq müvafiq məhkəmə qərarı olmadan öz qərarı əsasında aşağıdakı istintaq hərəkətlərini məcburi apara bilər: 177.4.1. yaşayış yerində, xidməti və ya istehsalat binalarında baxış, axtarış və ya götürmə aparılması - bu Məcəllənin 243.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar və hallar olduqda; CPM-nin 243.3-cü maddəsinin tələblərindən görünür ki, təxirə salına bilməyən hallarda müstəntiq axtarış və ya götürməni məhkəmənin qərarı olmadan yalnız aşağıdakıları güman etməyə əsas verən dəqiq məlumat olduqda apara bilər: 243.3.1. şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayətin törədilməsinə və ya həmin cinayətin törədilməsinə hazırlığın aparılmasına dəlalət edən əşya və ya sənədlərin yaşayış yerində gizlədilməsini; 243.3.2. şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayəti hazırlayan, törədən, törətmiş, azadlıqdan məhrum etmə və ya həbs yerlərindən, yaxud mühafizə altından qaçmış şəxsin yaşayış yerində gizləndiyini; 243.3.3. yaşayış yerində insan meyitinin (meyit hissələrinin) olmasını; 243.3.4. yaşayış yerində insanın həyat və ya səhhəti üçün real təhlükə olduğunu. 243.4. Bu Məcəllənin 243.3-cü maddəsində nəzərdə tutulmuş hallarda müstəntiq axtarış və ya götürmənin aparılması barədə əsaslandırılmış qərar çıxarır. Müstəntiqin qərarı bu Məcəllənin 243.2-ci maddəsinin tələblərinə müvafiq olaraq, habelə məhkəmənin qərarı olmadan axtarış və ya götürmə aparılmasının zəruriliyi və təxirə salına bilməməsi əsasları nəzərə alınmaqla tərtib edilir. Qanunvericiliyin təsvir edilən tələblərindən belə nəticə hasil olur ki, əvvəla yaşay ış yerinə baxış yalnız cinayət işi başlandıqdan sonra, bir qayda olaraq məhkəmənin qərarı əsasında aparılır, belə qərarın qəbul edilməsi üçün isə müstəntiq müvafiq vəsatətlə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, sonuuncu isə təqdimatla məhkəməyə müraciət etməlidirlər. Yaşayış yerinə baxışın məhkəmə qərarı olmadan keçirilməsi üçün isə həmin yerin mülkiyyətçisinin və ya istifadəçisinin buna razılıq verməsi barədə ərizəsi kifayət etmir və həmin istintaq hərəkəti məhkəmənin qərarı olmadan yalnız CPM-nin 243.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda aparılır. Cinayət-prosessual qanunvericiliyin tələbləri fonunda məhkəmə kollegiyası vurulamağı lazım bilir ki, qanunverici baxış və axtarış istintaq hərəkətlərini fərqləndirərək müəyyən etmişdir ki, əgər mənzildə və ya digər yaşayış sahəsində əşyaları, o cümlədən dövriyyəsi məhdudlaşdırılmış, yaxud da qadağan edilmiş əşyaları aşkar etmək və götürmək, habelə meyiti və ya axtarılan şəxsi aşkar etmək lazımdırsa bu axtarışın keçirilməsi üçün əsasdır. Əgər mənzildə və ya yaşayış sahəsində şəraiti (qapıda zədələnmənin olub-olmamasını və zədənin xarakterini, pəncərənin hündürlüyünü və ölçüsünü, otaqların yerləşmə vəziyyətini və s.) tədqiq etmək zərurəti varsa belə hal baxışın keçirilməsi üçün əsasdır. Məhkum yaşadığı evə “baxışın və götürmənin aparılması barədə” 16 mart 2021-ci il tarixli protokolun və bundan əvvəl qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında 16 mart 2021-ci il tarixli qərarın məzmunlarından görünür ki, bu istintaq hərəkəti cinayət təqibinin aparın orqanın ehtimalına görə həmin evdə cinayət törətmiş Məhkum yaxalanması deyil, gizlədilmiş şəraitdə saxlanılan narkotik vasitələrin tapılaraq götürülməsi məqsədilə aparılmışdır ki, bu da həmin evə baxışın yox, bu yaşayış sahəsində axtarışın aparılmasına dəlalət edir. Bunun üçün, prosessual qanunvericiliyin tələblərinə əsasən, müvafiq, yəni yaşayış sahəsində axtarışın aparılması haqqında məhkəmə qərarının qanunda nəzərdə tutulmuş qaydada alınması labüd olmuşdur. Daha sonra məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, CPM-nin 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. CPM-nin 445.2-ci maddəsinin tələblərindən görünür ki, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş hallarda bu Məcəllənin 445.1-ci maddəsində göstərilən əməliyyat-axtarış tədbirləri məhkəmənin qərarı olmadan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsinin əsaslandırılmış qərarı ilə həyata keçirilə bilər. Bu halda əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi müvafiq tədbir aparıldıqdan sonra 48 saat müddətində əməliyyat-axtarış tədbirinin aparılması barədə əsaslandırılmış qərarı məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim etməlidir. Azərbaycan Res publikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 12 fevral 2015-ci il tarixl Qərarında vurğulanmışdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 fevral 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası CPM-nin 445.2-ci maddəsinə müvafiq olaraq, əməliyyat-axtarış tədbirinin aparılması barədə qərar məhkəməyə daxil olduqda, insan hüquq və azadlıqlarının təmin edilməsi baxımından onun qanuniliyi və əsaslılığı məhkəmə nəzarəti qaydasında yoxlanılmalıdır, ehtiyac olduğu halda isə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar məxfiliyi təmin olunmaqla tələb edilə bilər. Həmin Qərarda eyni zamanda qeyd olunmuşdur k i, qanunvericiliklə müəyyən edilmiş qaydada əməliyyat-axtarış fəaliyyətinin nəticələrinin məhkəmənin razılığı ilə aparılan tədbirlər nəticəsində və ya əvvəlcədən məhkəmənin razılığını almadan, lakin sonradan bunun barəsində məhkəməyə məlumat vermək şərti ilə keçirilən tədbirlər nəticəsində əldə edilməsindən asılı olmayaraq, həmin tədbirlərin keçirilməsinə məhkəmə nəzarətinin hədləri dəyişilməzdir. Öz növbəsində, məhkəmə nəzarəti qaydasında keçirilən yoxlamanın nəticəsində məhkəmələr müvafıq qərar qəbul edirlər. Məhz bu baxımdan, məhkəmələr əməliyyat-axtarış tədbiri keçirildikdən sonra məhkəmə nəzarəti qaydasında həmin tədbirin insan hüquq və azadlıqlarının təminatı baxımından qanuni, əsaslı, mütənasib, məqsədəmüvafiq və təxirəsalınmaz keçirilməsini yoxlayaraq CPM-nin 448-ci maddəsinə əsasə n müvafiq qərar qəbul etməlidirlər. Qeyd olunanları nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu göstərilən Qərarında aşağıdakı nəticələrə gəlmişdir: - CPM-nin 445.2-ci maddəsinə müvafiq olaraq əməliyyat-axtarış tədbirinin aparılması barədə qərar məhkəməyə daxil olduqda, insan hüquq və azadlıqlarının təmin edilməsi baxımından onun qanuniliyi və əsaslılığı məhkəmə nəzarəti qaydasında yoxlanılmalı və ehtiyac olduğu halda əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar məxfiliyi təmin olunmaqla tələb edilə bilər; - əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanuna uyğun əldə olunduqda və CPM-in tələblərinə uyğun təqdim edildikdə və məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 16-cı bəndində məhkəmələrə izah edilmişdir ki, CPMnin 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş materialların cinayət prosesində sübut kimi qəbul edilənliyi ilə bağlı əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenu munun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 12 fevral 2015-ci il tarixli qərarına görə, əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar CPM-nin 137-ci maddəsində göstərilən tələblərə uyğun şəkildə əldə edilməklə və təqdim edilməklə yanaşı, məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Odur ki, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə olunaraq cinayət işindəki sübutlar sırasında məhkəməyə təqdim olunmuş materiallar məhkəmə baxışında tədqiq edilərkən məhkəmə müvafiq əməliyyat-axtarış tədbiri üzərində (əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsasların olub-olmaması məsələsinin yoxlanılması da daxil olmaqla) məhkəmə nəzarətinin keçirilib-keçirilmədiyini araşdırmalıdır. Bununla belə, əməliyyat-axtarış təbirinin məhkəmə nəzarəti qaydasında yoxlanılması onun nəticəsində əldə olunaraq cinayət işinə sübut kimi daxil edilmiş materialı məhkəmə baxışında mövcud prosedura daxilində tədqiq etmək, o cümlədən CPM-nin 125, 144-146-cı maddələrinin tələblərinə əməl etməklə yoxlamaq, aidiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmək zərurətini ortadan qaldırmır. Qərarda daha sonra qeyd olunmuşdur ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə də (bax, “Kobiaşvili Gürcüstana qarşı” (Kobiashvili v. Georgia, № 36416/06, §§ 67-69, 14 mart 2019-cu il), “İbrahimov və Məmmədov Azərbaycana qarşı” (İbrahimov and Mammadov v. Azerbaijan, №№ 63571/16 və 5 digəri, § 121, 13 fevral 2020-ci il; “Meqreliş vili Gürcüstana qarşı” [Komitə] (Megrelishvili v. Georgia [Committee], № 30364/09, § 33, 7 may 2020-ci il); “Ayətullah Ay Türkiyəyə qarşı” (Ayetullah Ay v. Turkey, №№ 29084/07 və 1191/08, § 143, 27 oktyabr 2020-ci il; “Tlaşadze və Kakaşvili Gürcüstana qarşı” [Komitə] (Tlashadze and Kakashvili v. Georgia [Committee], № 41674/10, §§ 45-48; 25 mart 2021-ci il) əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi tərəfindən müvafiq qərarın əsaslı şübhənin mövcud olduğunu təsdiq edən və tədbiri məhz əvvəlcədən məhkəmə qərarı almadan təxirəsalınmaz qaydada keçirilməsini əsaslandıran mümkün qədər geniş məlumatlar göstərilmədən qəbul edilməsi, belə qərarın daha sonra məhkəmə nəzarəti qaydasında yoxlanılmaması və yaxud ətraflı təhlil edilmədən təsdiq edilməsi, ayrı-ayrılıqda və birlikdə baş verdikdə, pozuntu təşkil edir. Avropa Məhkəməsinin tövsiyəsinə görə məhkəməyədək araşdırma dövründə bu cür pozuntuya yol verilmişdirsə, onun aradan qaldırılması üçün işə mahiyyəti üzrə baxılarkən bununla bağlı irəli sürülən dəlillər məhkəmə tərəfindən araşdırılmalıdır. Qərarın 17-ci bəndində məhkəmələrə nəzərə almaları tövsiyə edilmişdir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi (CPM, maddə 28), hakimlərin müstəqilliyi (CPM, maddə 25), cinayət mühakimə icraatının aşkarlığı (CPM, maddə 27), cinayət prosesində tərəflərin çəkişməsi (CPM, maddə 32) və təqsirsizlik prezumpsiyası prinsipləri (CPM, maddə 21) ilə şərtləndirilən məhkəmə baxışının xüsusiyyətləri cinayətprosessual qanunun müəyyən etdiyi prosedur daxilində yoxlanılmayan (yalnız əməliyyatax tarış fəaliyyətinin subyektinə məlum olan, lakin baxılan konkret işin hallarına görə araşdırılması tələb olunan) məxfi məlumat əsasında şəxsin cinayət törətməkdə təqsirli bilinməsinə və cəzalandırılmasına yol vermir. Avropa Məhkəməsi də “Şöler Almaniyaya qarşı” işi üzrə (Scholer v. Germany, № 14212/10, § 77, 18 dekabr 2014-cü il) qərarda qeyd etmişdir ki, “Araşdırma predmeti olan cinayətin mahiyyətini nəzərə almaqla Konvensiya anonim agentlərdən ibtidai araşdırma zamanı istifadə olunmasını istisna etmir. Onların məlumatlarından məhkəmədə şəxsin təqsirliliyinin sübuta yetirilməsi zamanı istifadə olunması isə tamamilə fərqli vəziyyətdir”. Odur ki, əməliyyat-axtarış tədbiri nəticəsində əldə olunmuş və yaxud əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsas olmuş, məxfi olmasına görə məhkəmə b axışında tədqiq edilməyən məlumatdan hökmdə ittihamın əsaslandırılması zamanı istifadə edilməməli, belə məlumat (məsələn, əməliyyat-qeydiyyat işində olan) tədqiq edildikdə isə məlumatın məxfiliyinin qorunması məhkəmə tərəfindən təmin edilməlidir. Həm CPM-nin 137 və 445.2-ci maddələrinin tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 fevral 2015-ci il tarixli Qərarında, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir çox Qərarlarında sərgilədikləri hüquqi mövqedən, həm də “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında əksini tapmış izah və tövsiyələrdən çıxış edərək məhkəmə kollegiyası cinayət işinin materiallarına müraciət edib qeyd etməyi zəruri bilir ki, hazırki iş üzrə əməliyyat-axtarış tədbirlər inin həyata keçirilməsinin qanuna uyğunluğu Bərdə Rayon Məhkəməsi tərəfindən formal şəkildə yoxlanılmış, bununla bağlı həmin məhkəmənin 17 mart 2021-ci il tarixli qərarında bu məsələ üzrə materialların tədqiq edilməsi göstərilsə də, məhkəməyə həmin materiallar deyil, 16 mart 2021-ci il tarixli 138/7703 saylı məktubla yalnız əməliyyat müvəkkili Şahid2 qəbul etdiyi qərarın surəti göndərilmiş və məhkəmənin qərarından onun tərəfindən digər materialların tələb olunaraq öyrənilməsi, bu materiallar üzrə hansısa araşdırmanın aparılması görünmür. Kassasiya protestində göstərilən dəlillərdən biri kimi Bərdə Rayon Məhkəməsinin adı çəkilən qərara istinad olunaraq 16 mart 2021-ci il tarixdə Məhkum yaşadığı evdə baxışın keçirilməsinin qanuna uyğun olmasının bu qərarla müəyyən edilməsi iddia olunsa da, m əhkəmə kollegiyası bu dəlillə razılaşmır, çünki məhkəmənin həmin qərarının əsasında qanunvericiliyin bir sıra normalarının təsvirindən başqa hər hansı araşdırma, təhlil və qiymətləndirmə durmur. Həmçinin iş materialları ilə müəyyən edilir ki, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə 16 mart 2021-ci il tarixdə qərar qəbul olunduqdan sonra, Bərdə RPŞnin təhqiqat bölməsinin təhqiqatçısı X25 bu barədə qanunvericiliyin yuxarıda göstərilən tələblərinin pozuntusuna yol verərək Məhkum yaşadığı evdə istər baxışın, istərsə də axtarışın aparılması haqqında qərar qəbul etmədən və bu haqda məhkəmənin müvafiq qərarını almadan sonuncunun həmin evə baxış keçirilməsinə etiazının olmaması barədə ərizə almaqla kifayətlənib digər polis əməkdaşlarının və hal şahidlərinin iştirakları ilə həmin evdə faktiki olaraq axtarış aparmış və evin yataq otağında 5 ədəd kibrit qutusunda ayrıayrılıqda təmiz çəkiləri 5,401 qram, 4, 350 qram 4, 546 qram, 4, 044 qram, 4, 239 qram və ümumi çəkisi 22, 58 qram, 2 ədəd polietilen torbada ayrı-ayrılıqda təmiz çəkiləri 195 qram və 870 qram qurudulmuş marixuanaya bənzər bitki mənşəli kütlə aşkar edilərək götürülmüşdür. Qeyd olunmalıdır ki, cinayət təqibi orqanı tərəfindən bu qaydada istintaq hərəkətinin aparılmasına əsas olmuş, CPM-nin 243.3-cü maddəsində göstərilən hallar müəyyən edilmədiyindən, həmin hərəkətin aparılması nəticəsində əldə olunmuş sübutların, o cümlədən maddi sübutların da qanuniliyini şübhə altına alır. Bununla yanaşı, məhkəmə kollegiyası onu da qeyd edir ki, təhqiqatçı P.Y.Səfərli Məhkum yaşadığı evdə “baxış” adlandrdığı istintaq hə rəkətinin aparılması barədə əsaslandırılmış qərar qəbul etmədiyindən belə qərar və onun qəbul edilməsi ilə toplanmış materiallar məhkəmə nəzarəti qaydasında yoxlanılması üçün məhkəməyə göndərilməmiş və, təbii ki, həmin istintaq hərəkətinin qanuna uyğunluğu CPM-nin 445.2-ci maddəsinin tələb etdiyi qaydada məhkəmə tərəfindən yoxlanılmamışdır. Sözügedən istintaq hərəkətinin keçirilməsi, habelə Məhkum üzərində axtarış və götürmənin aparılması haqqında 16 mart 2021-ci il tarixli prtokollarından göründüyü kimi, həmin istintaq hərəkətlərinin aparılması üçün təhqiqat orqanı tərəfindən hal şahidləri qismində iştirak etmələri üçün araşdırma orqanı tərəfindən eyni şəxslər - Şahid4 və Şahid5 cəlb edilmişlər. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, 236.4-cü maddəsinə əsasən müstəntiq (təhqiqatçı-m.k.) vətəndaşların hüquqlarını pozmamaq şərti ilə görünən obyektlərin baxışını aparır. Zəruri hallarda müstəntiq baxışın aparıldığı yeri və ayrı-ayrı əşyaları ölçür, yerin və ayrı-ayrı əşyaların plan, sxem və cizgilərini tərtib edir, imkan olduqda isə onların foto, video və kino çəkilişlərini aparır. Hadisə yerinin baxışı zamanı azı 2 (iki) hal şahidi iştirak etmədikdə videoçəkilişdən istifadə məcburidir. CPM-nin 245.3-cü maddəsində göstərilmişdir k, müstəntiq axtarış və ya götürməni foto, video və kino çəkilişdən, yaxud digər yazan texniki vasitələrdən istifadə etməklə aparmaq hüququna malikdir. Axtarış və ya götürmə zamanı azı 2 (iki) hal şahidi iştirak etmədikdə videoçəkilişdən istifadə məcburidir. CPM-nin 246.3-cü maddəsinə görə, şəxsi axtarış və götürmə zamanı videoçəkilişdən istifadə e dilmədikdə barəsində şəxsi axtarış və götürmə aparılan şəxslə eyni cinsdən olan azı 2 (iki) hal şahidinin iştirakı məcburidir. Prosessual qanunvericiliyin bu normalarının təsbitindən görünən odur ki, istər baxışın, istərsə də axtarışın keçirilməsi zamanı qanunverici həmin istintaq hərəkətlərini aparan şəxsə (müstəntiqə və ya təhqiqatçıya) həm videoçəkilişdən istifadə etmək, həm də bu hərəkətlərin aparılmasına hal şahidlərini cəlb etmək imkanı yaradır və və bunlardan birini seçmək hüququnu barəsində baxış və ya axtarış aparılan şəxsə yox, müstəntiqə və təhqiqatçıya şamil edir. Məhkəmə kollegiyası hazırki iş üzrə şahid qismində dindirilmiş Bərdə RPŞ-nin əməkdaşları Şahid1nın və Şahid3 axtarışın aparılması zamanı Məhkum videoçəkilişdən istifadə edilməsinə etiraz etməsi barədə verdikləri ifadə ləri həm qanunericiliyin yuxarıda göstərilən tələblərinə, həm də işin obyektiv hallarına görə inandırıcı hesab etmir, çünki bu hallarla mübahisəsiz olaraq müəyyən edilmişdir ki, polis əməkdaları tərəfindən Şahid4 və Şahid5 adlı şəxslər qeyd olunan yaşayış sahəsində axtarışın aparılmasına əvvəlcədən hal şahidləri qismində cəlb edilmişlər. Bununla yanaşı, təhlil edilən məsələ ilə bağlı kassasiya protestində gösərilən dəlil həmçinin onunla təkzib olunur, həmin protestdə iddia olunduğu kimi, videoçəkilişin KİV-də yayımlanmasından ehtiyat edən Məhkum istər evində, istərsə də üzərində axtarış aparılması zamanı fotoşəkillərin çəkilməsinə etiraz etməmiş və həmin şəkillərin də yayıla biləcəyi ilə bağlı heç bir etirazını bildirməmişdir. O, ki qaldı Şahid4 və Şahid3 hazırki işi üzrə aparılmış istinta q hərəkətlərinin aparılmasında hal şahidləri qismində iştiraklarına, məhkəmə kollegiyası bu halı da qanununvericiliyin tələblərinə zidd olmasını müəyyən edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Bərdə rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli məktubundan görünür ki, Şahid4 X15 CM-nin 234.1 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə, X16 CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işləri üzrə 2018-ci ildə, X11 CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə, X8 CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə, X4 CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işləri üzrə, həmçinin Şahid5 də X20 CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ibtidai istintaq zamanı hal şah idi qismində iştirak etmişlər. Göründüyü kimi, Şahid4 və Şahid5 Bərdə RPŞ-də istintaqı aparılmış cinayət işləri üzrə ibtidai araşdırma zamanı hal şahidləri qismində iştirakları mütəmadi xarakter daşımışdır. Halbuki, CPM-nin 94.1-ci maddəsinə əsasən cinayət prosesində şəxsi marağı olmayan, öz razılığı ilə aşkar olunan faktların, onların məzmununun, gedişinin və nəticələrinin təsdiq olunması üçün CPM-in 236, 244, 246-cı maddələrində nəzərdə tutulmuş hallarda istintaq hərəkətinin aparılmasında iştirak etmək üçün cəlb edilmiş şəxs hal şahidi ola bilər. CPM-nin 115-ci maddəsində isə göstərilmişdir ki, hal şahidinin iştirakının mütəmadi xarakter daşıması halları istisna olunmaqla, onun istintaq hərəkətinin icraatında əvvəllər iştirakı həmin cinayət təqibi üzrə aparılan digər istintaq hərəkətinin icraatında təkrar iştirakını istisna etmir. Göründüyü kimi prosessual qanunvericilik eyni bir şəxsin həm bir cinayət təqibi üzrə, həm də müxtəlif cinayət təqibləri üzrə həyata keçirilən istintaq hərəkətlərində hal şahidi kimi iştirakının mütəmadi xarakter daşımasını yol verilməz hesab edir. Eyni zamanda CPM-nin 115-ci maddəsində təsbit edilmişdir ki, bu Məcəllənin 115.1 və 115.2-ci maddələrinin tələblərinə zidd hər hansı şəxsin istintaq hərəkətlərinin aparılmasında hal şahidi qismində iştirakı həmin hərəkətin etibarsız hesab edilməsinə əsas ola bilər. Bu baxımdan məhkəmə kollegiyası bir mənalı şəkildə hesab edir ki, qeyd edilən maddədə nəzərdə tutulmuş hal şahidinə etirazın əsasları, CPM-nin 94.1-ci maddəsinə əsasən "hal şahidinin” iştirakını "marağı olan şəxs” kimi istisna edən hallara da aiddir. Bir daha vurğulanmalıdır ki, eyni şəxslərin hal şahidi qismində müxtəlif cinqayət işləri üzrə istintaq hərəkətlərinin aparılmasında iştirakları hazırki işdə müəyyən edildiyi kimi, mütəmadi xarakter daşıdıqda onların iştirakları ilə toplanmış sübutların mümkünsüz və mötəbər olmayan sübutlar kimi qiymətləndirilməsinə əsas verir. Həm bu pozuntuların, həm də yuxarıda təhlil edilmiş digər pozuntuların müəyyən edilməsinə görə, məhkəmə kollegiyası belə qənaəə gəlir ki, istər birinci instansiyası məhkəməsi, istərsə də onunla razılaşan apellyasiya instanisyası məhkəməsi tamamilə əsaslı olaraq 16 mart 2021-ci il tarixdə Məhkum yaşadığı evdə və üzərində axtarışların aparılması haqqında istintaq hərəkətlərini, bu haqda tərtib edilmiş prosessual sənədləri və həmin istintaq hərəkətlərinin ap arılmasından hasil olan digər sübutları Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilinməsi üçün kifayət etməməsi barədə qanuni nəicəyə gəlmiş və buna görə həmin pozuntuları təqsirləndirilən şəxsin ziyanına həll etməkdən və onun barəsində ehtimal xarakterli ittiham hökmünün çıxarılmasından imtina etmişlər. Məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən bununla hər hansı qanun pozuntusuna yol verilmədiyini qeyd edərək hesab edir ki, onların qəbul etdikləri yekun məhkəmə aktları da araşdırılmış sübutlara və onların qanuna müvafiq qaydada qiymətləndirilməsinə əsaslanmışdır. Yəni son olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-nin 416.1.2-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilməmişdir. Məhkum müxtəlif şəxslərlə telefon yazışm aları ilə ona qarşı irləi sürülmüş ittiham üzrə cinayət əməlini törətməsinin sübuta yetirilməsi haqda kassasiya protestinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq olunmuş telefon məlumatlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış zamanı ***-***-**-** nömrəli mobil telefonun sahibinin X29 olmaqla həmin mobil telefondan 19 yanvar 2021-ci il tarixdə saat 20:15 dəqiqə 35-ci saniyədə Məhkum istifadəsində olan ***-***-**-** nömrəsinə 2 dəfə dalbadal "Totu siz tərəfə gəlim qapiya çıx” mətinli mesaj yazması, ***-***-**-** mobil nömrənin sahibi X12 14 fevral 2021-ci il tarixdə saat 20:56 dəqiqə 40 saniyədə bəraət almış şəxsin istifadəsində olan ***-***-**-** nömrəsinə iki dəfə dalbadal "Salam qardaş mal lazı mdı var Məhkum mənə zəng et” mətinli mesaj yazması, 19 fevral 2021- ci il tarixdə saat 21:33 dəqiqə 24 saniyədə şəxsiyyəti istintaqa məlum olmayan ***-***-**-** nömrəli mobil telefon sahibinin telefonundan iki dəfə dalbadal Məhkum "qaqa məni yığ” mətinli mesaj yazması, 24 fevral 2021-ci il tarixdə saat 19:51 dəqiqə 03 saniyədə yenə həmin nömrənin sahibinin 050756-37-41 nömrəyə iki dəfə "Telefonu aç da bu nə hərəkətdir eliyirsən uşaqlıq edirsən gəlim pulu" mətinli mesaj yazması, 24 fevral 2021-ci il tarixdə saat 19:51 dəqiqə 08 saniyədə eyni nömrənin sahibinin ***-***-**-** nömrəyə iki dəfə dalbadal "görürəm indi” mətinli mesaj yazması müəyyən olunmuşdur. Lakin, bu mesajların Məhkum narkotik vasitələri satış məqsədilə əldə etməsinin, saxlamasının və satmasının necə sübuta yetirilməsi nə ibt idai araşdırma zamanı tərtib edilmiş prosessual sənədlərdə, nə də ki hökmdən verilmiş apellyasiya şikayətində və apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətində onların müəllifləri heç cür əsaslandırmamış və bu mesajların Məhkum CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsi üçün sübut növlərindən biri kimi qəbul edilməli olmasına məhkəmələri inandıra bilməmişlər. İbtidai araşdırma zamanı şəxsiyyətinin müəyyən edilrək dindirilməsi üçün faktiki olaraq heç bir tədbir görülməmiş (belə lazımi tədbirlər həmçinin Məhkum mesaj yazmış X17 və ***-***-**-** nömrəli mobil telefon sahibinin istintaqa cəlb edilərək dindirilmələri üçün də görülməmişdir), məhkəmə iclasında isə dindirilməsi mümkün olmamış X12in "Salam qardaş mal lazımdı var” mesajında “mal” sözüünün “na rkotik vasitə” mənasında işlədilməsi barədə dəlilə gəldikdə isə, məhkəmə kollegiyası əvvəla qeyd edir ki, sonuncunun Gəncə Ağır Cinayətlər Məhkəməsinə ünvanladığı 28 aprel 2022-cil tarixli teleqramdan görünür ki, onun Məhkumla heç bir əlaqəsi olmamış və ondan yalnız ət almışdır (Məhkum həqiqətən ət alqı-satqısı ilə məşğul olması məhkəməyə təqdim olunmuş və araşdırılmış sənədlərlə təsdiq olunur). Digər tərəfdən məhkəmə onu da vurğulayır ki, azərbaycan dilində “mal” sözü müxtəlif mənalarda işlədilir, mal həm ərzaq məhsulları, həm geyim əşyaları, həm də müxtəlif avadanlıq və sair ola bilər və təsadüfi deyil ki, belə əşyaların ümumi təsviri hətta qanunvericilik aktlarında da “mal” sözü ilə birləşdirilək belə təsvirdən istifadə olunur. Məsələn, CM-nin 206.1-ci maddəsində qaçaqmalçılıq cinayətin ə verilən təsvirdlən görünür ki, qaçaqmalçılıq Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə bu Məcəllənin 206.2-ci maddəsində qeyd edilənlər (o cümlədən narkotik vasitələr-m.k.) istisna olmaqla malların və digər əşyaların xeyli miqdarda keçirilməsini ehtiva edir. Bu baxımdan məhkəmə kollegiyası yuxarıda göstərilən mesajlara əsaslanaraq Məhkum narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə nəticəyə gəlməyi mümkün bilmir və apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-nin 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini qeyd edib ümumilikdə kassas iya protesinin dəlillərini qəbul edilməz sayaraq həmin protestin təmin edilməsi, həmin məhkəmənin mübahisələndirilən qərarının isə ləğv edilməsi üçün əsaslar görmür. Məhkəmə kollegiyası hesab edir k, Məhkum CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması barədə ittihamın sübut olunmasında ehtimallara və mülahizələrə söykənən əsaslı şübhələr mövcud olduğundan və bu şübhələrin digər sübutlarla aradan qaldırılması mümkün olmadığından həmin şübhələr də onun xeyrinə təfsir olunmalı, bu haqda apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə isə qanuni və əsaslı nəticə kimi qiymətləndirilməldir. CPM-nin 42.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsi zliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, cinayətin törədilməsinə aidiyyəti olmadıqda və təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. CPM-nin 42.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə, bəraət hökmü çıxarılır. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsi haqqında dövlət ittihamçısı H.B.İmranovun və həmin protestin təmin edilməməsi barədə bəraət almış Məhkum və onun müdafiəçisi Z.K.Qəhrəmanovun çıxışlarını dinləyərək hesab edir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya protesti təmin edilməməli və Məhkum CM-nin 234.4.3-cü maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D I: Kassasiya protesti təmin edilməsin. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 20 may 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-937/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-937/2023
16.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver