Məhkəmə qərarları › İş №1(102)-937/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-937/2025

30.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-937/2025 30.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asi oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkumun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayə t kollegiyasının 12 iyun 2024-cü il tarixli 1(103)- 198/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Faiq Qəniyev (sədrlik edən və məruzəçi), Mahmud Ağalarov və Samir Əliyev) 25 oktyabr 2023-cü il tarixli 1(101)395/2023 nömrəli hökmü ilə xx xxxx 1976-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2 ünvanda yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirli bilinərək, CM-in 234.4.3-cü maddəsi ilə 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan mə hrum etmə cəzasına, CM-in 237.2.3-cü maddəsi ilə 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 30 iyul 2022-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini külli miqdarda əkmə, yetişdirmə və onları (onların hissələrini) toplamaqla kultivasiya etmiş, həmçinin satış məqsədi ilə külli miqdarda narkotik vasitə hazırlamış və saxlamışdır. Belə ki, Məhkum satış məqsədi ilə qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini külli miqdarda əkmək, yetişdirmək və onları (onların hissələrini) toplamaqla kuitivasiya etmək, həmçinin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə hazırlamaq, saxlamaq və satmaq üçün qanunsuz olaraq naməlum mənbədən istintaqa məlum olmayan vaxtda və şəraitdə əldə etdiyi narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını 2022-ci ilin may ayında özünə məxsus olan ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinin arxa hissəsində yerləşən yarımçıq tikilidə əkib onların cücərməsinə nail olduqdan sonra bitkiləri həmin yarımçıq tikilidə quraşdırdığı taxtaların üzərindəki dibçəklərdə əkməklə 30 iyul 2022-ci il tarixədək olan müddət ərzində külli miqdarda 286 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinə aqrotexniki qulluq göstərməklə onları yetişdirərək və hissələrini toplayaraq kultivasiya etmiş, kultivasiya etdiyi tərkibində narkotik maddələr olan həmin çətənə (kannabis) bitki kollarından toplayıb kustar üsulla hazırladığı külli miqdarda 9520 qram təmiz çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi ilə ünvan 2 ünvanında yaşadığı evin arxa hissəsində yerləşən birinci yarımçıq tikilidə qanunsuz saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Məhkum 30 iyul 2022-ci il tarixdə saat 15:40-da ünvan 2 ünvanının qarşısında saxlanıldıqdan sonra həmin ünvanda ye rləşən yaşayış sahəsinin arxa hissəsində yerləşən yarımçıq tikiliyə sonuncunun razılığı və iştirakı ilə keçirilən baxış zamanı orada əkilmiş və aqrotexniki qaydada qulluq göstərilmiş külli miqdarda 286 ədəd yaş vəziyyətdə narkotik tərkibli çətənə (kannabis) bitkiləri, həmçinin Məhkum yaşadığı evin arxa hissəsində yerləşən birinci yarımçıq tikilinin sağ tərəfində küncdə təqdim etdiyi 01 ədəd sintetik torbadan külli miqdarda - ümumi təmiz çəkisi 9520 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Habil Məmmədov (sədrlik edən və məruzəçi), Cavid Hüseyn və Elbəy Allahverdiyev) 13 iyun 2024-cü il tarixli 1(103)-198/2024 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli 1(101)-395/2023 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, məhkum edilmiş Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 iyun 2024-cü il tarixli 1(101)-181/2024 nömrəli qərarının ləğv edilməsi və Məhkum bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 13 iyun 2024-cü il tarixli 1(103)- 198/2024 nömrəli qərarı qanunsuz və əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi səbəbindən ləğv edilməlidir. Belə ki, təqsirləndirilən şəxs M əhkum özünü ittiham olunduğu əməldə özünü qismən təqsirli bilərək, məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, narkotik vasitələrin satışını həyata keçirmədiyini tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini şəxsi istifadəsi üçün əkdiyini qeyd etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərkən ekspertin ziddiyyətli ifadələrini nəzərə almamış və hüquqi qiymət verməmişdir. Məhkəmələr məhkumun əməlində CM-in 234.4.3-cü maddəsinin tərkib əlamətlərinin olduğunu təsdiq edəcək heç bir əsaslı sübut göstərməmiş, maddi sübut hesab olunan narkotik vasitənin məhkəmə iclasında videogörüntü vasitəsilə tədqiqi zamanı, 1 ədəd sintetik torbada olan bitkilərin, qurudulmuş marixuana deyil, alaq otları, sellofan və digər tullantılar olmasını, məhkəmə iclasında dindiril miş ekspertin ziddiyyətli ifadələrini nəzərə almamış, şəxsi mülahizələrə əsaslanaraq sintetik torbadakı tullantıların narkotik vasitə hesab olunan qurudulmuş marixuana olması qənaətinə gəlmiş, həmçinin heç bir əsas olmadan təqsirləndirilən şəxsin narkotik vasitəni satış məqsədilə əldə etdiyi qənaətinə gəlmiş və nəticədə təqsirləndirilən şəxs barəsində əsassız və qanunsuz hökm çıxarmışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protes tinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkumun hazırkı cinayət işi üzrə təqsiri mötəbər sübutlarla təsdiq edilmədiyinə baxmayaraq barəsində əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ittiham hökmü çıxarılmışdır. Belə ki, kassasiya şikayətində qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi bu cinayət işinə baxarkən cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi baxımından yanaşmamış, təqsirləndirilən şəxs Məhkum məhkəmə istintaqı zamanı verdiyi ifadəsini, gətirdiyi dəlilləri deyil, ibtidai istintaq zamanı alınmış şübhəli və heç bir əsası olmadan ifadələri ilə hökmü əsaslandırmışdır. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, analoji dəlillər müdafiəçinin birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya şikayətində də irəli sürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət vermiş və həmin dəlillərin əsassız olmasına dair nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Birinci instansiyası məhkəməsi ittiham orqanı tərəfindən təqdim edilmiş sübutları – məhkumun özünün, hazırkı cinayət işi üzrə şahidlər Şahid1, Şahid3, Şahid4, Şahid2, N.A.Məmmədovanın və Şahid5 ifadələrini, məhkəmə ekspertizalarının rəylərini, istintaq hərəkətlərinin protokollarını və işin digər materiallarını tədqiq edərək onlara qiymət vermiş və həmin sübutlara əsasən nəticəyə gəlmişdir ki, Məhkum Azərbaycan Respublikası CMin 237.2.3 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməsi tam təsdiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi müdafiəçinin apellyasiya şikayətinə əsasən işə baxıb birinci instansiya məhkəməsinin məhkumun əməlinin tövsifi və onun təqsirli olması barə də gəldiyi nəticələrlə razılaşmış, apellyasiya şikayətinin dəlilləri əsaslı hesab etməmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara nəzər salaraq nəticəyə gəlir ki, məhkəmələr sübutlara və işin hallarına düzgün qiymət vermiş, həmin sübutlar Məhkum olunun Azərbaycan Respublikası CM-in 237.2.3 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsiri təsdiq etmək üçün kifayət edir. Belə ki, kassator təqsirləndirilən şəxs Məhkum qurudulmuş marixuananın ona heç bir aidiyyətinin olmamasına, ağ kisəyə yığılan maddələrin narkotik vasitə yox, əkdiyi narkotik tərkibli bitkilərin yaxşı inkişaf etməsi üçün onların dibindən çıxardığı alaq otları olmasına dair ifadəsini onun müdafiə mövqeyinə söykənən su byektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə bitkilərini külli miqdarda əkməsini, yetişdirməsini və onları toplamaqla kultivasiya etməsini, həmçinin satış məqsədi ilə külli miqdarda narkotik vasitə hazırlamasını və saxlamasını sübuta yetirilmiş hesab etmişdir. Məhkum öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri şahidlərin ifadələri, ekspert rəyi, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və cinayət işinin digər materialları ilə təkzib olunur. Məhkum törətdiyi cinayət əməli ilə bağlı, yəni əkib-becərdiyi çətənə bitkisi kollarının yarpaqlarını yığıb qurudaraq yarımçıq ti kilidə kisənin içində gizlədib saxlamasına dair ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadələri iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri sübut kimi qəbul etmişdir. Kassasiya şikayətinin qeyd edilən dəlilləri eyni ilə apellyasiya şikayətində qeyd edilmiş, apellyasiya instansiyası məhkəməsi bu məsələləri araşdırmaq məqsədilə məhkəmə baxışı qismən məhkəmə istintaqı ilə keçirilmişdir. Apellyasiya məhkəməsi müdafiə tərəfinin vəsatətlərini təmin edərək, təqsirləndirilən şəxs tərəfindən müdafiə məqsədilə irəli sürülmüş halların araşdırılması üçün əlavə şahidlər dindirmiş, lakin onun təqsirini istisna edən hər hansı bir hal müəyyən etməmişdir. Məhkəmələr Məhkum təq sirləndirilən şəxs qismində cinayət işi üzrə ibtidai istintaq zamanı verdikləri ifadələr digər sübutlarla təsdiq edildiyindən onları düzgün və həqiqətə uyğun, məhkəmə iclasında verdikləri ifadələr isə özləri müdafiə və həqiqətə uyğun olmayan ifadələr kimi qiymətləndirmişlər. Məhkəmə kollegiyası Məhkum ibtidai istintaqda verdikləri ifadələrin digər sübutların məcmusu ilə uyğunluq təşkil etməsi ilə yanaşı aşağıdakılara əsasən məhkəmələrin bu mövqeyi ilə razılaşır. Cinayət işinin materiallarından görünür ki, təhqiqat və istintaq orqanı tərəfindən hazırkı cinayət iş üzrə həmin sübutlar əldə edərkən cinayət prosessual qanunvericiliyinin tələblərini riayət etmiş, təqsirləndirilən şəxs cinayət-prosessual qanunvericiliyinin normalarına uyğun müdafiəçinin iştirakları ilə dindirilmiş, qanun pozuntul arına yol verilməmiş, cinayət işinin materiallarında Məhkum ibtidai istintaqda verdikləri ifadələri şübhə altında alan heç bir hal müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, işin faktiki halları, Məhkum əməlinin hüquqi tövsifi və onun elan edilmiş ittihamda təqsirinin sübut edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkum əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini ş übhə altına almağa heç bir əsas yoxdur. Məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq orqanı sübutların toplanılmasında, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası nəticəyə gəlir ki, Məhkum Azərbaycan Respublikası CM-in 237.2.3 və 234.4.3-cü maddələri ilə verilmiş ittiham üzrə təqsirli olması s übuta yetirilmişdir və barəsində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 iyun 2024-cü il tarixli 1(103)-198/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Məhkum Azərbaycan Respublikası CM-in 237.2.3 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 iyun 2024-cü il tarixli 1(103)-198/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar