Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-938/2021 03.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun, Məhkum müdafiəçisi – XXX35nun vəkili Müdafiəçi iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 fevral 2021 -ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi, habelə Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli hökmü ilə (sədrlik edən hakim R.Ə.Sadıxov, hakimlər N.A.Kərimov və A.İ.Paşayevdən ibarət məhkəmə tərkibi) Məhkum (xx xxxx 1997-ci ildə ünvan2nda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan3ndə qeydiyyatda olan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum e dilmiş, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin xxx xxx xxx 2019-cu ildən hesablanması qərara alınmışdır. Həmin hökmlə Təqsirləndirilən şəxs da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 181.2.1, 181.2.2, 181.2.5 və 228.4-cü maddələri ilə məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 fevral 2021-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Q.X.Babayev, hakimlər Ə.S.Seyfəliyev və R.M.Abdulovdan ibarət məhkəmə tərkibi) Məhkum müdafiəçisi Müdafiəçi, habelə Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayə t Kollegiyasının 04 fevral 2021-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi, habelə Zərərçəkmiş şəxs1 kassasiya şikayətləri vermişlər. İşin halları: Hökmə əsasən Təqsirləndirilən şəxs və Məhkum xxx xxx xxx 2019-cu il tarixdə saat 08:40 radələrində özgənin əmlakını ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, ünvan4in həyətində yetkinlik yaşına çatmayan, xxx xxx xxx 2002-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs silah qismində istifadə etdiyi bıçaqla ona həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edib sonuncunun 1 manat pulunu ələ keçirərək quldurluq etmişlər. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutetməyə dair cinayət-prosessual qanunun tələbləri pozulmuş, o cümlədən sübutlar düzgün qiymətləndirlməmiş, nəticədə Məhkum digər məhkum Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qarşı törətdiyi quldurluq cinayətində iştirak etməsi sübuta yetirilmədiyi, əksinə sübutlarla inkar olunduğu, onun əməlində cinayət tərkibi olmadı halda, o, əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinmişdir. Müdafiəçi kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.1.1-416.1.3, 416.1.6, 416.1.11, 416.1.22-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 fevral 2021-ci il ta rixli qərarının ləğv edilməsini, Məhkum aid hissədə cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs1 da kassasiya şikayətini eyni qaydada, yəni ona qarşı qulurluq cinayətini müstəsna olaraq Təqsirləndirilən şəxs törətməsi, Məhkum isə hadisə yerində olmasına baxmayaraq, ona qarşı psixi və fiziki zor tətbiq etməyərək və heç bir tələb irəli sürməyərək cinayətdə iştirak etməməsi barədə dəlillərlə əsaslandırmışdır. Zərərçəkmiş Zərərçəkmiş şəxs1 kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 fevral 2021-ci il tarixli qərarının ləğv edilməsini və Məhkum bəraət verilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Resp ublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin madd ədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətində məhkəmələr tərəfindən sübutlar və sübutetmyə dair cinayət-prosessual normaların tələblərinin pozulduğunu, nəticədə Məhkum əməlində cinayət tərkibi olmadığı, təsirliliyi sübuta yetirilmədiyi halda əsassız olaraq Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilindiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi, Məhkum barəsində cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsi haqqında kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbayca n Respublikası CPM-in 416.1.1-416.1.3, 416.1.6, 416.1.11, 416.1.22-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Zərərçəkmiş şəxs1 da kassasiya şikayətini faktiki olaraq eyni dəlillər və cinayətprosessual qanunun eyni maddələrində nəzərdə tutulmuş hallarla əsaslandırmışdır. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin və zərərçəkmiş şəxsin kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 fevral 2021-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Müdafiəçinin və zərərçəkmiş şəxsin kassasiya şikayətlərindən görünür ki, onlar Məhkum zərərçəkmiş Zə rərçəkmiş şəxs1 qarşı quldurluq cinayətinin törədilməsində iştirak etmədiyini, cinayətin müstəsna olaraq Təqsirləndirilən şəxs tərəfindən törədildiyini iddia etməklə əməlində cinayət tərkibinin olmamasına, təqsirliliyinin sübuta yeririlməməsinə baxmayaraq Məhkum barəsində Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinməsinə dair ittiham hökmünün çıxarılması haqqında qənaətlərini və bu qənaətdən irəli gələn apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi, bəraətverici əsaslarla Məhkum barəsində cinayət işi üzrə icraata xitam verilməsi haqqına kassasiya tələblərini işin məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallarının inkar edilməsi üzərində qurmuşlar. Kassasiya şikayətlərinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikas ı Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müracəti olduqda, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Odur ki, kassasiya kollegiyası kassasiya şikayətlərində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi, Məhkum münasibətdə cinayət işi üzrə icraata xitam verilməsi barədə tələbin (o cümlədən, cinayət tərkibinin əlamətlərinin olmamasına, təqsirliliyinin sübuta yetirilməməsinə baxmayaraq Məhkum barəsində Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5-ci maddələri ilə təqsirli bilinməsinə dair ittiham hökmünün çıxarılması haqqında iddianın) əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nə zərə almaya və kassasiya şikayətləri müəlliflərinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətlərində gətirdikləri faktiki hallardan çıxış edə, beləliklə də onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya şikayətlərində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, bu şikayətlərin dəlilləri ilə eyni olan dəlillər məhkumun müdafiəçisi və zərərçəkmiş şəxs tərəfindən apellyasiya instansiyası məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya instansiyası məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb sübut lar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkum hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5-ci maddələrinin dispozisiyalarından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum əməlində Cinayət Məcəlləsinin həmin maddələrində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddələrlə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən cinayət-prosessual qanunun 42.1-ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir. Həqiqətən də, baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühaki mə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya instansiyası məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli olması barədə yekun nəticələr CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn mümkün və mötəbər sübutların məcmusu ilə, onların həqiqi məzmununa uy ğun olaraq əsaslandırılmışdır. Belə ki, Məhkum əməlində cinayət tərkibinin əlamətlərinin olduğunu və təqsirliliyini təsdiq edən sübutların olmaması haqında kassasiya şikayətlərində irəli sürülmüş iddiaların əksinə olaraq, hökmdə və apellyasiya instansiyası məhkəməsinin yekun qərarında məhkəmələrin Məhkum hərəkətlərinin faktiki məzmununa dair nəticələri, yəni onun əvvəlcədən razılaşıb X4 ilə birgə Zərərçəkmiş şəxs1 qarşı bıçaq tətbiq etməklə quldurluq cinayətini törətməsi Zərərçəkmiş şəxs1, şahid Qanuni nümayəndə ifadələri, hadisə yerinə zərərçəkmiş Zərərçəkmiş şəxs1 iştirakı ilə baxış keçirilməsi haqqında xxx xxx xxx 2019-cu il tarixli protokol, hadisə yerində - ünvan7 ünvanında quraşdırılmış kamera vasitəsi ilə çəkilmiş videogörüntülər və digər materiallar vasitəsi ilə əsaslandırılmışdı r. Həqiqətən də, Zərərçəkmiş şəxs1 istər birinci instansiya məhkəməsində, istərsə də ibtidai istintaqda verdiyi ifadələrin məzmununa, eləcə də hadisə yerində quraşdırılmış kamera vasitəsi ilə çəkilmiş videogörüntülərin təsvirinə baxdıqda, zərərçəkmiş şəxsin kassasiya şikayətində irəli sürdüyü Məhkum cinayətin törədilməsində iştirak etməməsi, cinayətin müstəsna olaraq Təqsirləndirilən şəxs tərəfindən törədilməsi, eləcə də müdafiəçinin kassasiya şikayətində irəli sürdüyü Məhkum cinayətin digər icraçısı Təqsirləndirilən şəxs bütöv hadisə müddətində müşayiət etməyib ondan aralı dayanması və bu səbəbdən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsdən pul tələb etməsini eşitməməsi və onu bıçaqla hədələməsini görməməsi barədə dəlillərinin əsassız olduğu müəyyən edilir. Belə ki, Zərərçəkmiş şəxs1 ibtida i istintaqda dindirilərkən və təqsirləndirilən şəxs Məhkumla üzləşdirilərkən ifadələrində göstərmişdir ki, hadisə yerində Təqsirləndirilən şəxs bıçaq çıxardıb qarnına istiqamətləndirməklə ondan pul verməsini tələb etdikdə, Məhkum da onun yanında olmuş və bunları görmüşdür. Hətta o, (zərərçəkmiş şəxs) Məhkum müraciət edərək “sən böyüksən, imkan vermə belə hərəkətlərə, bıçaq nədir çıxarırsınız?” dedikdə, Məhkum nəinki Təqsirləndirilən şəxs qarşı çıxmamış, əksinə ona “Təqsirləndirilən şəxs sənə gözlə deyirsə, gözlə” demişdir. Təqsirləndirilən şəxs ondan (zərərçəkmiş şəxsdən) zəif olsa da, o, Məhkum sözlərindən başa düşmüşdür ki, onlar birgə hərəkət edirlər və bu səbəbdən (yəni, onların ikisinə də gücünün çatmayacağını anladığına), həm də Təqsirləndirilən şəxs bıçaq olduğuna görə qorxmuş və ci bində olan 1 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Həmin ifadələri Zərərçəkmiş şəxs1 birinci instansiya məhkəməsində eynilə təkrarlamışdır. Hadisə yerindən olmuş kamera vasitəsi ilə çəkilmiş videgörüntülərin hökmdə əksini tapmış təsvirinə görə də Məhkum hadisə zamanı, o cümlədən Təqsirləndirilən şəxs əlindəki bıçaqla zərərçəkmiş şəxsi hədələdiyi vaxt Təqsirləndirilən şəxs və zərərçəkmiş Zərərçəkmiş şəxs1 təxminən 0,5 metr məsafədə olmuşdur. Hətta, videgörüntülərin təsvirindən o da aydın olur ki, Təqsirləndirilən şəxs bıçağı əlində saxlayarkən və Zərərçəkmiş şəxs1 qarnına istiqamətləndirərkən Məhkum da sol əli ilə işarə edərək Zərərçəkmiş şəxs1, sonuncu isə ona nə isə deyir. Təsvirdə əksini tapmış görüntülər zərərçəkmiş Zərərçəkmiş şəxs1 və yaxud müdafiəçinin kassasiya şikayətlərində iddia etdikləri ilə deyil, məhz zərərçəkmiş şəxsin ibtidai istintaqda və birinci instansiya məhkəməsində veridyi ifadələri ilə uyğunluq təşkil edir. Qeyd olunan və digər sübutlar birinci instansiya məhkəməsinin hökmündə ətraflı təsvir edilib müdafiə tərəfinin dəlilləri ilə müqayisə olunmaqla şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də həmin sübutlardan çıxış etməklə məhkumun müdafiəçisinin və zərərçəkmiş şəxsin apellyasiya şikayətlərinin dəlillərini cavablandırdığından, məhkəmə kollegiyası isə qeyd olunan (kassasiya şikayətlərində göstərilənlərlə eyni olan) dəlillərin araşdırılması üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətlərində məhkəmələrin çıxardıqları nəticələri təkzib edə biləcək, araşdırmaların obyektivliyi ni, tamlığını, hərtərəfliliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, sübutları və kassasiya şikayətlərinin dəlillərini daha ətraflı şərh etmək, məhkəmələrin Məhkum cinayət əməlinin faktiki məzmunu və onun Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5-ci maddələri ilə təqsirli olması haqqında yekun qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5-ci maddələri ilə (Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə) həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az – 5 (beş) il müddətə cəza təyin edilərkən, cəzanın təyin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin əsaslılığı və qanuniliyi apellyasiya qaydasında yoxlanılarkən də məhkəmə lər tərəfindən hər hansı pozuntuya yol verilməmiş, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına, müstəsna hallar olduqda cəzanın güzəştli qaydada təyin edilməsinə və cəzanın məqsədlərinə dair Cinayət Məcəlləsinin müvafiq olaraq 59, 61, 58.3, 62 və 41.2-ci maddələrinin tələblərinə əməl edilmiş, Cinayət Qanununun 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipi gözlənilmişdir. Qeyd olunanlar hökmün və onun dəyişdirilmədən saxlanılmasına dair apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu, məhkəmələr tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsində sadalanan, o cümlədən kassasiya şikayətləri ilə ehtiva olunan 416.1.1-416.1.3, 416.1.6, 416.1.11, 416.1.22-ci maddələrində təsbit olunmuş po zuntulara yol verilmədiyini göstərir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətlərinin təmin edilməsinə dair müdafiəçinin və kassasiya şikayətlərinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçisi Müdafiəçi və Zərərçəkmiş şəxs1 kassasiya şikayətləri təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 04 fevral 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi, habelə Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiya sının Məhkum barəsində olan 04 fevral 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-938/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-938/2021
03.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver