Məhkəmə qərarları › İş №1(102)-938/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-938/2023

24.05.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-938/2023 24.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum müdafiəçisi, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Əliyev Eynar Arif oğlunun iştirakları ilə xx xxx 1990-cı il tarixdə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Ağcabədi rayonu Qaravəlli kəndində qeydiyyatda olm aqla, həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 144.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətdiyinə görə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 oktyabr 2022-ci il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Əsədov İlqar Həsən Ağa oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli hökmü ilə (hakimlər: X.A.Nuriyev (sədrlik edən), C.O.Cəlilov və Ə.A.Əliyev) Məhkum - Azərbaycan Respublikası CM-in 144.2.3-cü nəzərdə tutulmuş cinayət in törədilməsində təqsirli bilinərək 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 12 iyun 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Həmin iş üzrə həmçinin X4 da Azərbaycan Respublikası CM-in 144.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək məhkum olunmuşdur. Məhkəmənin həmin hökmündən təqsirləndirilən şəxslər tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 oktyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: K.S.Bəşirov (sədrlik edən), M.Ə.Bağırov və İ.H.Əhmədov) ictimai təhlükəli əməli törətmiş şəxs Məhkum ona istinad edilən və məhkum edildiyi Azərbayc an Respublikası CM-in 144.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətdiyindən onun barəsində olan iş cinayət işinin materiallarından ayrıca icraata ayrılmış və 27 oktyabr 2022-ci il tarixli qərarı ilə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan şəxs Məhkum tərəfindən verilən apellyasiya şikayəti təmin edilməmiş, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan şəxs Məhkum Azərbaycan Respublikası CM-in 144.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətdiyindən cinayət məsuliyyətindən və cəzadan azad edilmiş və Məhkum sağalanadək ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə təyin edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə görə Məhkum h əmkəndlisi, xx xxxx 2003cü il təvəllüdlü Zərərçəkmiş şəxs1 evlənmək məqsədilə oğurlamaq qərarına gəlmiş, bu barədə 11 iyun 2021-ci il tarixdə tanış olduğu, taksi fəaliyyəti göstərən Bərdə rayonu, Qaradağlı kənd sakini X4 ilə danışmaqla qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girməklə öz aralarında vəzifə bölgüsü aparmış, 12 iyun 2021-ci il tarixdə saat 06:30 radələrində X3 rayonu Qaravəlli kəndində görüşərək sonuncunun idarə etdiyi “VAZ-2106” markalı, ** BP *** qeydiyyat nişanlı avtomobil ilə Zərərçəkmiş şəxs1 həmin kənddə yaşadığı evin yaxınlığına getmiş, Zərərçəkmiş şəxs1 hazırlıq kursuna getmək üçün yaşadığı evdən çıxaraq piyada getdiyi kəndarası yolda avtomaşını saxlayıb onu gözləmişlər. Bir qədər sonra Zərərçəkmiş şəxs1 həmin yolla təklikdə hərəkət etdiyini gördü kdə Məhkum Zərərçəkmiş şəxs1 yaxınlaşaraq onun qollarından tutmuş, Məhkum2 isə avtomaşını sürüb yanlarında saxlamışdır. Məhkum Zərərçəkmiş şəxs1 zorla avtomobilə doğru çəkmiş, daha sonra onu avtomaşına zorla əyləşdirmək üçün hər iki əlləri ilə onu qucaqlayıb dartmaqla həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edib ona sol bazuda qançır, sol kürəkdə və sağ kürəkaltı nahiyələrə sıyrıqla nəticələnən, sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan xəsarətlər yetirməklə avtomobilin arxa oturacağına əyləşdirmiş, bundan sonra Məhkum2 avtomaşını sürmüş, Məhkum isə onu avtomobilin salonunda tutub saxlamaqla Zərərçəkmiş şəxs1 iradəsinə zidd daimi yaşadığı yerdən qanunsuz olaraq Məhkum2un yaşadığı Bərdə rayonu Qaradağlı kəndində yerləşən evinə aparmaqla birgə oğurlamışlar. Kassas iya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 oktyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi və işin yenidən apelyasiya instansiyası məhkəməsində baxışa təyin edilməsi xahiş olunur. Protestdə qeyd olunur ki, apelyasiya instansiyası məhkəməsi kifayət qədər araşdırma aparmadan stasionar məhkəmə-psixiatriya ekspertizasının Məhkum ona ittiham edilən cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmaması, Məhkum təqsirləndirildiyi cinayət əməlinə münasibətdə anlaqsız hesab edilməsinə dair rəyinə əsaslanaraq onu cinayət məsuliyyətindən və cəzadan azad etmiş və Məhkum sağalanadək ixtisaslaşdırılmış psixia triya stasionarında məcburi müalicə təyin edilmişdir. Dövlət ittihamçısı hesab edir ki, məhkəmə onun təkrar-komisyon stasionar məhkəmə-psixiatriya ekspertizasının təyin edilməsinə dair vəsatətini əsassız olaraq təmin etməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin, kassasiya protestinin təmin edilməməsi barədə müdafiəçi Şahid8 çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya pr otestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya protestində isə Məhkum barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə təyin edilməsinə dair apelyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsi xahiş olunur. Apellyasiya instansiyası məhkəməsinin qərarı müdafiə tərəfindən mübahisələndirilmədiyindən məhkəmə kollegiyası həmin qərara yalnız kassasiya protestinə münasibətdə hüquqi qiymət verəcəkdir. Azərbaycan Respublikası CM-in 144-cü maddəsinə əsasən: “144.1. Adam oğurluğu— beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-in 144.2-ci maddəsinə əsasən: “Eyni əməllər: 144.2. 3. bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə— səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Məhkəmə kollegiyası protestdə göstərilən dəlillərlə razılaşmayaraq qeyd edir ki, “Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8 noyabr 2012-ci il tarixli, 8 nömrəli qərarında qeyd olunmuşdur ki, cinayət qanununda nəzərdə tutulmuş əməlin şəxs tərəfindən anlaqsız vəziyyətdə törədilməsi sübuta yetirildikdə və tibbi xarakterli məcburi tədbirlərin tətbiqi əsasları müəyyən edildikdə məhkəmə CM-in 21.1-ci maddəsinə əsasən onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar qəbul edir. Bu zaman qərarın təsviri hissəsində məhkəmə tərəfindən tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmiş şəxsin törətdiyi əməlin halları, əməllərinə hüquqi qiymət verilməsi və qəbul edilmiş qərarın motivləri, nəticə hissəsində isə şəxsin cinayət məsuliyyətindən azad edilməsi və ona tətbiq edilən tibbi xarakterli məcburi tədbirin növü, habelə maddi sübutların taleyinin həlli göstərilməlidir. Cinayət törətmiş bir neçə şəxs barəsində məhkəmədə işə baxılarkən, onlardan birinin cinayəti anlaqsız vəziyyətdə törətməsi müəyyən edildikdə məhkəmə belə şəxs barəsində işi ayrıca icraata ayırmaqla həmin şəxsin cinayət məsuliyyətindən azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi haqqında qərar qəbul edi r. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 468-ci maddəsinin tələblərinə əsasən anlaqsız vəziyyətdə cinayət törətmiş şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat bu Məcəllənin 468-478-ci maddələri ilə nəzərdə tutulmuş xüsusiyyətlər nəzərə alınmaqla bu Məcəllənin ümumi qaydaları əsasında aparılır. Həmin məcəllənin 477.3-cü maddəsinə əsasən şəxs tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin anlaqsız vəziyyətdə törədilməsini sübuta yetirilmiş hesab etdikdə, məhkəmə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsini 21.1-ci maddəsinə əsasən ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törət diyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən anlaqsız vəziyyətdə ictimai təhlükəli əməl (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Azərbaycan Respublikasının CM-in 93.1-1.1-ci maddəsinə əsasən şəxsin psixi pozuntusu ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər məhkəmə tərəfindən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməlin (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə təyin edilir. Azərbaycan Respublikasının CM-in 93.2-ci maddəsinə əsasən bu Məcəllənin 93.1-1ci maddəsində nəzərdə tutulmuş şəxslərə tibbi xarakterli məcburi tədbirlər o halda təyin edilir ki, psixi pozuntu şəxsin özünə və ya başqa şəxslərə zərər yetirilməsi təhlükəsi yaradır. Azərbaycan Respublikasının CM-in 95.0.3-cü maddəsinə əsasən məhkəmə psixi pozuntusu olan şəxsə ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə təyin edə bilər. Apellyasiya instansiya məhkəməsinin qənaətinə görə, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan şəxs Məhkum ictimai təhlükəli əməli törətdiyi zaman, həmçinin hal-hazırki dövrdə anlaqsız vəziyyətdə, yəni öz hərəkətlərinin faktiki xarakterini və ictimai t əhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmadığından o cinayət məsuliyyətindən və cəzadan azad edilmiş, barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmişdir. İş materiallarında olan Ağcabədi rayon poliklinikasının arayışında göstərilmişdir ki, Məhkum ruhi-əsəb kabinetində qeydiyyatda durur. Ağcabədi rayon İHB-nın Qaravəlli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədə göstərilmişdir ki, Məhkum Qaravəlli tam orta məktəbinin 2-ci sinfini bitirmişdir. Xəstə olduğu üçün təhsilini davam etdirməmişdir. Uzun müddət respublikanın müxtəlif ruhi-əsəb dispanserlərində müalicə alıb, xəstəliyi ilə əlaqədar həqiqi hərbi xidmətdən möhlət verilmiş və subaydır. İşdə olan tələbnamədən görünür ki, Məhkum Ağcabədi Rayon Polis Şöbəsi tərəfindən xx.xx.2012-ci ildə CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmiş, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə cinayəti anlaqsız vəziyyətdə törətdiyinə görə CM-in 95.0.2-ci maddəsinə əsasən barəsində ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə birinci instansiya məhkəməsi hökmdə sadalanan sübutlara istinad edərək cinayət hadisəsinin baş verməsi, həmçinin qeyd olunan əməlin Məhkum və təqsirləndirilən şəxs X4 tərəfindən törədilməsi ilə bağlı nəticəyə gəlmişdir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti ilə keçirilən və cinayət işinin material larına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin xx.xx.2022-ci il tarixli, 62 saylı “stasionar məhkəmə psixiatrik ekspertizasının” rəyində qeyd edilir ki, “Məhkum «Üzvi sayıqlama pozuntusu» müəyyən edilir. Həmin üzvi pozuntu şəxsiyyət dəyişikliyi və davranış pozuntusu ilə ifadə olunur. Məhkum qərarın təsviri hissəsində şərh olunan və ona ittiham edilən cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Məhkum təqsirləndirildiyi cinayət əməlinə münasibətdə anlaqsız hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Məhkum sayıqlama məzmunlu fikirləri korreksiya olunmadığ ından və tam dezaktuallaşmadığından, habelə törətmiş olduğu cinayət əməlinə tənqidi münasibəti formalaşmadığından həmin şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Bununla yanaşı qeyd olunmalıdır ki, hər hansı cinayət əməlini törətməkdə təqsirləndirilən şəxsin hazırda anlaqlı olub-olmaması sualını cavablandırmaq mümkün deyildir. Çünki «anlaqlılıq» və «anlaqsızlıq» terminləri yalnız cinayət hadisəsinin törədildiyi dövrə münasibətdə işlədilə bilər. Məhkum hal-hazırkı psixi vəziyyətinə görə hadisəni düzgün qavramaq və təsvir etmək, hərəkətlərinin məsuliyyətini dərk etmək, onlara cavab vermək və rəhbərlik etmək, həmçinin öz prosessual hüquq və vəzifələrini şəxsən həyata keçirmək və onları lazımi səviyy ədə yerinə yetirmək, digər məhkəməistintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malik deyildir. Həmçinin hal-hazırkı psixiatrik müayinə nəticələrinin təhlilinə əsasən qeyd etmək olar ki, Məhkum yalan danışmağa, özündən qondarma fikirlər söyləməyə meyllilik müəyyən edilmir. Məhkum söylədiyi cəfəng fikirlər onun əziyyət çəkdiyi psixi patologiyadan irəli gələn, korreksiya olunmayan və müvafiq müdaxilə hesabına aradan qaldırılmayacağı təqdirdə təhlükəli nəticələr verə bilən əsassız fikirlərdir. Aparılan ekspertizanın gedişində Məhkum halhazırda da sayıqlama fikirlərinin təsiri altında olduğu və keçən müddət ərzində heç bir müalicə almadığı üçün psixi vəziyyətinin kəskinləşdiyi, sayıqlama fikirlərinin hələ də davam etdiyi müşahidə olunur. Bu səbəbdən C.B.lbrahimov özünə və ətrafdakılara q arşı təhlükəli hesab edilir. Psixiatriya yardımı haqqında Azərbaycan Respublikasının Qanununun tələbinə görə özü və ətrafdakılar üçün təhlükəli olan şəxs yubadılmadan müalicəyə cəlb edilməlidir. Odur ki, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə uyğun olaraq ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür.” Apellyasiya instansiya məhkəməsində dövlət ittihamçısının vəsatəti ilə keçirilən və cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin xx.xx.2022-ci il tarixli, 118 saylı “təkrar stasionar məhkəmə psixiatrik ekspertizasının” rəyində qeyd edilir ki,, “Məhkum qərarın təsviri hissəsin də şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən keçirdiyi «Üzvi sayıqlama nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə Məhkum təqsirləndirildiyi cinayət əməli barəsində anlaqsız hesab edilməlidir. Məhkum hal-hazırda da «Üzvi sayıqlama pozuntusu, şəxsiyyət dəyişikliyi və davraniş pozuntusu ilə xroniki psixi xəstəliyindən əziyyət çəkdiyindən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Məhkum hal-hazırda da “Üzvi sayıqlama pozuntusu, şəxsiyyət dəyişikliyi və davranış pozuntusu ilə” xroniki psixi xəstəliyindən əziyyət çəkir. Həmin xroniki psixi xəstəliyin gedişində psixotik vəziyyət hazırda da davam etdiyi ndən Məhkum hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Məhkum mübtəla olduğu “Üzvi sayıqlama pozuntusu, şəxsiyyət dəyişikliyi və davranış pozuntusu ilə» xroniki psixi xəstəliyi çərçivəsində təzahür edən psixotik xarakterli əlamətlərin hal-hazırda davam etdiyinə görə onun stasionar şəraitdə məcburi müalicəyə ehtiyacının yarandığı müəyyənləşir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 97.3cü maddəsinə əsasən öz psixi vəziyyətinə görə daimi müşahidə tələb edən şəxslərə xüsusi ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə təyin edilə bilər. Məhkum psixi vəziyyəti daimi müşahidə tələb e tdiyindən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin xx.xx.2022-ci il tarixli, 62 saylı “stasionar məhkəmə psixiatrik ekspertizasının” rəyindən və xx.xx.2022-ci il tarixli, 118 saylı “təkrar stasionar məhkəmə psixiatrik ekspertizasının” rəyindən görünür ki, Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə uyğun olaraq ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülmüşdür. Mə hkəmə kollegiyası iş materiallarına əlavə edilmiş sübutları tədqiq edərək hesab edir ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətmişdir və hal hazırda anlaqsız vəziyyətdədir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, kassasiya protesti təmin edilməməli və Məhkum Azərbaycan Respublikası CM-in 144.2.3-cü maddəsində nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətdiyinə görə barəsində tibbi xarakterli məcburi tədbirlərin təyin olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti təmin edilməsin Məhkum Azərbaycan Respublikası CM-in 144.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətdiyinə görə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 oktyabr 2022-ci il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar