Məhkəmə qərarları › İş №1(102)-938/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-938/2025

15.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-938/2025 15.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, Məmmədli Əleyman Məmməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X1 iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmaları barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 oktyabr 2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-21/2024 nömrəli 13 fevral 2024-cü il tarixli hökmü ilə xx xxxxxx 1979-cu il tarixdə Naxçıvan Muxtar Respublikası, Babək rayonunun Qahab kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hal hazırda Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, ona 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetm ə cəzası təyin edilmişdir. Məhkum cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkməsinin əvvəli 13 aprel 2023- cü il tarixdən hesablanması və “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir. Həmin hökmdən təqsirləndirilən şəxs Məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-982/2024 saylı, 29 oktyabr 2024-cü il tarixli (sədrlik edən və məruzəçi hakim Ramin Qaraqurbanlı, hakimlər Mirzəli Abbasov və Anar İbrahimovdan ibarət tərkibdə) hökmü ilə şikayət təmin edilməmiş, Bakı şəhər Nəsimi Məhkəməsinin 13 fevral 2024-cü il tarixli, 1(006)-21/2024 saylı hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Hüquqi məsələlər Bakı Apellyasiya Məh kəməsinin Cinayət kollegiyasının 29 oktyabr 2024-cü il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 oktyabr 2024-cü il tarixli hökmünün ləğv edilib Məhkum bəraət verilməsi xahiş edilmişdir. 6 mart 2025-ci il tarixdə Məhkum Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına cəza çəkdiyi 8 saylı cəzaçəkmə müəssisəsindən ərizə ünvanlayaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 oktyabr 2024-cü il tarixli qərarından özü tərəfindən verilmiş kassasiya şikayətinin baxılmadan geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası dövlət ittihamçısının ərizənin təmin edilməsi barədə çıxışını dinləyərək belə hesab edir ki, məhkumun ərizəsi tə min olunmalı, kassasiya şikayəti baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinin tələblərinə əsasən, kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Həmin məcəllənin 414.4-cü maddəsində göstərilir ki, müdafiəçi öz kassasiya şikayətini yalnız müdafiə etdiyi şəxsin və ya onun qanuni nümayəndəsinin razılığı ilə geri götürə bilər. Kassasiya icraatında cəlb edilmiş müdafiəçi cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraat materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə apellyasiya instansiyası məhkəməsində icraatda iştirak etmiş müdafiəçinin kassasiya şikayətinə yalnız məhkumun və ya bəraət almış şəxsin və onun qanuni nümayəndəsinin razılığı ilə əlavələr və dəyişikliklər etmək hüququna malikdir. Həmin Məcəllənin 414.5-ci maddəsində isə göstərilir ki, məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası Məhkum özü tərəfindən verilmiş kassasiya şikayətinin geri götürülməsi haqqında məhkumun ərizəsini nəzərə alıb cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq həmin şikayətlərin geri qaytarılmasını mümkün hesab edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Mə hkumun ərizəsi təmin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 oktyabr 2024-cü il tarixli qərarından məhkumun özü tərəfindən verilmiş kassasiya şikayəti Məhkum özünün ərizəsinə əsasən baxılmadan geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar