Məhkəmə qərarları › İş №1(102)-939/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-939/2020

07.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-939/2020 07.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1 iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddə si ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Ə.N.Hacıyev (sədrlik edən), F.A.Qəribov və T.Q.Hüseynovdan ibarət tərkibdə) xx xxx 2019-cu il tarixli hökmü ilə xx xxxxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkumolunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərə k, 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxx 2017-ci il tarixdən xx xxxx 2017-ci il tarixədək tutulduğu 2 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 7 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin xx xxxxxx 2018ci il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmlə həmçinin X3 təqsirli bilinərək məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: M.Ə.Abbasov (sədrlik edən), E.E.Rəhimov və V.Ə.Mursaqulovdan ibarət tərkibdə) zərərçəkmiş şəxslər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, məhkum Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü dəyişdirilmiş, Təqsirləndirilən şəxs CM-nin 178.3.2-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 8 (səkkiz) ildən 7 (yeddi) ilə endirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarından, məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi kassasiya şikayəti verərək məhkuma bəraət verilməsini xahiş etmişdir. İşə kassasiya instansiyası məhkəməsində baxılanadək məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 10 saylı Cəzaçəkmə Müəssisəsindən ərizəsi məhkəməyə daxil olmuşdur. Məhkum ərizəsində müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürd üyünü bildirmiş və ərizəsinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 414.1-ci maddəsinin tələblərinə əsasən, kassasiya şikayəti kassasiya instansiyası məhkəməsində baxılanadək həmin şikayəti vermiş şəxs onu geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası CPM-nin 414.5-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsində məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası kassasiya şikayətlərinin geri qaytarılması barədə proses iştirakçılarının çıxışlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək və qanunvericiliyin tələblərinə əsaslanaraq kassasiya şikayətinin geri qaytarılmasını mümkün hesab edir. Şərh edilənlərə əsasən və Azərbaycan R espublikası CPM-nin 414.5-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Məhkum Təqsirləndirilən şəxs ərizəsi təmin edilsin. Təqsirləndirilən şəxs məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar