Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-939/2021 25.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə xx xxx 1958-ci ildə Balakən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, hal hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan so nra CM-in) 234.1 və 237.2.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 fevral 2021-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 noyabr 2017-ci il tarixli hökmü ilə (hakimlər X.Səmədov (sədrlik edən), C.Ramazanov və R.Hüseynovdan ibarət tərkibdə) Məhkum Azərbaycan Respublikası CM-in 234.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinib 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 noyabr 2017-ci il tarixli 1(091)-189/2017 nömrəli hökmündən apellyasiya protesti və apellyasiya şikayəti verilmədiyindən 20 dekabr 2017-ci il tarixdən etibarən qanuni qüvvəyə mi nmiş və icraya yönəldilmişdir. Məhkum birinci instansiya məhkəməsinə vəsatət verərək, Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 noyabr 2017-ci il tarixli hökmündən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin 06 may 2020-ci il tarixli qərarı ilə Məhkum apelyasiya şikayəti vermə müddətinin bərpa olunmasına dair vəsatəti təmin edilməmişdir. Məhkum Şəki Ağır Cinayətlər Məhkəməsinin 06 may 2020-ci il tarixli qərarından apelyasiya şikayəti vermiş və apelyasiya şikayətində 62 yaşı olduğunu, xəstəliklərinin nəzərə alınaraq onun apelyasiya məhkəməsinə müraciət etmə müddətinin bərpa olunmasını xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 iyul 2020-ci il tarixli 1(107)-104/2020 nömrəli qəra rı ilə Məhkum apelyasiya şikayəti təmin edilməmiş və Məhkum Azərbaycan Respublikası CM-in 234.1 və 237.2.3-cü maddələri ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 noyabr 2017-ci il tarixli hökmündən apelyasiya şikayəti vermə müddətinin bərpa olunmasına dair vəsatətin rədd edilməsi barədə Şəki Ağır Cinayətlər Məhkəməsinin 06 may 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 iyul 2020-ci il tarixli, 1(107)-104/2020 nömrəli qərarından Məhkum kassasiya şikayəti vermiş və kassasiya şikayəti cinayət işinin materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. İşə kassasiya instansiyası məhkəməsində baxılanadək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Şəki Penitensiar Müəssisəsindən Məhkum ərizəsi daxil olmuşdur. Ərizədə o, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 iyul 2020-ci il tarixli qərarından onun tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirərək həmin şikayətin baxışdan çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 27 oktyabr 2020ci il tarixli 1(102)-1184/2020 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 iyul 2020-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Bundan sonra Məhkum 04 dekabr 2020-ci il tarixdə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 iyul 2020-ci il tarixli 1(107)- 104/2020 nömrəli qərarından yenidən kassasiya şikayəti vermiş, onun kassasiya şikayəti 11 dekabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Şəki Penitensiar Müəssisəsindən Şəki Apellyasiya Məhkəməsinə daxil olmuş və kassasiya şikayətinin mümkünlüyü məsələsinə baxılması 21 yanvar 2021-ci il tarixə təyin edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 yanvar 2021-ci il tarixli 1(107)-104/2020 nömrəli qərarı ilə Məhkum kassasiya şikayəti hərəkətsiz saxlanılaraq Məhkum Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 iyul 2020-ci il tarixli 1(107)-104/2020 nömrəli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatət verməsindən ötrü ona 14 (on dörd) gün müddət təyin edilmişdir. 04 fevral 2021-ci il tarixdə Şəki Penitensiar Müəssisəsindən Məhk um Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 iyul 2020-ci il tarixli 1(107)-104/2020 nömrəli qərarından kassasiya şikayəti verməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatəti daxil olmuş və vəsatətə baxılması 12 fevral 2021-ci il tarixə təyin edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 fevral 2021-ci il tarixli qərarı ilə (hakimlər: G.Q.Abbasov (sədrlik edən), M.M.Hüseynov və E.Ş.Hüseynov) Məhkum tərəfindən kassasiya şikayəti verilməsindən ötrü prosessual müddətin bərpasına dair vəsatət təmin edilməmişdir. Apellyasiya məhkəməsinin həmin qərarından məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Həmin şikayətdə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 fevral 2021-ci il tarixli qərarının ləğv edilməsi xahiş olunur. Məhkəm ə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410.1-ci maddəsinə görə, kassasiya şikayəti və ya kassasiya protesti onu vermək hüququna malik olan şəxslər tərəfindən aşağıdakı müddətlərdə verilir: 410.1.1. bu Məcəllənin 391.3 (bu Məcəllənin 391.3.4-cü maddəsində nəzərdə tutulmuş qərar istisna olmaqla), 411.5, 520.7 və 524.8-ci maddələrində nəzərdə tutulmuş apellyasiya instansiyası məhkəməsinin qərarlarından—onların çıxarıldığı, bu Məc əllənin 410.1-1-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi gündən 1 (bir) ay müddətində 410.1-1. Azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun apellyasiya instansiyası məhkəməsinin hökmündən (qərarından) kassasiya şikayətinin verilməsi üçün bu Məcəllənin 410.1-ci maddəsində nəzərə tutulmuş müddətlər hökmün və ya müvafiq qərarın ona verildiyi tarixdən hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 411.1-ci maddəsinə əsasən kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün müddət üzrlü səbəbdən buraxıldıqda bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsi qarşısında kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Həmin Məcəllənin 411.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti aşağıdakı hallarda təmin etmək hüququna malikdir: “411.2.1. bu Məcəllənin 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda; 411.2.2. bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxsi vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verdikdə.” Azərbaycan Respublikası Cinayət Prosessual Məc əlləsinin 411.3-cü maddəsinə əsasən kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi məsələsi apellyasiya instansiyası məhkəməsinin yekun qərar çıxarmış məhkəmə tərkibi (bu mümkün olmadıqda, digər hakimlərdən ibarət məhkəmə tərkibi) tərəfindən həll edilir. Həmin Məcəllənin 411.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi müddətinin bərpa olunması haqqında vəsatəti rədd etdikdə, bu qərardan apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiya məhkəməsinin iş üzrə qəbul etmiş olduğu məhkəmə qərarı elan olunduğu andan qanunla müəyyən edilmiş müddətlərdə kassasiya p rotesti və ya şikayəti verilə bilər. Həmin müddətin axımı qərarın elan olunduğu vaxtdan hesablanmağa başlayır. Həmin müddətdən sonra kassasiya şikayəti və ya protesti verilərsə, prosessual müddətin bərasına dair vəsatət də verilməlidir. Kassasiya şikayətinin (protestinin) verilmə müddəti üzrlü səbəblərə görə buraxıldıqda prosessual müddət bərpa edilməlidir. Buna görə də kassasiya şikayətini (protestini) verən şəxs prosessual müddətin bərpasına dair vəsatətində müddətin buraxılmasının üzrlü səbəblərini göstərməli və əsaslandırmalıdır ki, onun iradəsindən asılı olmayan səbəblərdən müddət buraxılmışdır. Çünki buraxılmış müddətin bərpa edilməsi üçün əsas kassasiya şikayəti vermək hüququ olan şəxsin səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulmalı və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti vermək imkanı olmamalı, yaxud da fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verməli idi. Bu hallardan hər hansı birinin baş verməsi kassasiya şikayəti verilməsi müddətinin bərpasının üzrlü hesab edilməsi üçün əsasdır. Şəxsin iradəsindən asılı olmayan halın olması, şəxs həmin müddət ərzində özündən asılı olmayan səbəblərə görə kassasiya şikayəti vermək imkanının olmamasını ehtiva edir. Belə ki, məhkumun ifadəsindən və cinayət işinin II cildinin 158-ci vərəqində olan qəbzdən görünür ki, Məhkum Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 iyul 2020-ci il tarixli qərarını 06.07.2020-ci il tarixdə şəxsən imza edərək almışdır. Bundan sonra Məhkum Şəki Apellyasiya Məhkəməsinin Cinayət K ollegiyasının 02 iyul 2020-ci il tarixli qərarından kassasiya şikayəti vermiş, kassasiya şikayəti cinayət işinin materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. İşə kassasiya instansiyası məhkəməsində baxılanadək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Şəki Penitensiar Müəssisəsindən Məhkum ərizəsi daxil olmuş, o, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 iyul 2020-ci il tarixli qərarından onun tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirərək həmin şikayətin baxışdan çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 27 oktyabr 2020-ci il tarixli 1(102)-1184/2020 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 iyul 2020-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Bundan sonra Məhkum 04 dekabr 2020-ci il tarixdə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 iyul 2020-ci il tarixli 1(107)-104/2020 nömrəli qərarından yenidən kassasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 iyul 2020-ci il tarixli qərarını 06.07.2020-ci il tarixdə şəxsən qəbzə imza edərək almış, CPM-in 410.1.1-ci maddəsinin tələbinə uyğun olaraq həmin qərardan 1 (bir) ay müddətində kassasiya şikayəti verməli olduğu halda, 04 dekabr 2020-ci il tarixdə, yəni 5 (beş) ay sonra kassasiya şikayəti vermiş, bununla da kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddəti buraxmışdır. H əmin müddət yalnız üzrlü səbəbdən buraxıldıqda bərpa edilməsi mümkündür. Lakin iş materiallarında müddətin üzrlü səbəbdən buraxılmasını əks etdirən hər hansı bir sənəd mövcud deyildir. Məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə bildirir ki, cinayət prosessual qanunvericilikdə müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Buna əsasən qanunverici cinayət prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmi şdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 iyul 2020-ci il tarixli qərarından məhkum tərəfindən kassasiya şikayəti verilməsindən ötrü prosessual müddətin bərpasına dair vəsatətin təmin edilməməsinə dair Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 fevral 2021ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-939/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-939/2021
25.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver