Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-94/2019 27.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Seyfəliyev Əli Səlim oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Atakişiyev Süleyman Atif oğlunun, məhkum Təqsirləndirilən şəxs iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 may 2018-ci il tarixli qə rarından məhkum Təqsirləndirilən şəxs verdiyi kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN E T D İ: Yasamal Rayon Məhkəməsinin 20 fevral 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim A.H.Tağıyev) Təqsirləndirilən şəxs (xx xxxxxx 1990-cı ildə ünvan2nda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan3ndə qeydiyyatda olmaqla yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirli bilinib, 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 67.1ci maddəsinə əsasən, Ağsu Rayon Məhkəməsinin 12 may 2014-cü il tarixli hökmü ilə ona təyin olunmuş və çəkilməmiş qalan 3 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 ay 22 gün müd dətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin olunmuş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi, cəzaçəkmə müddətinin 09 sentyabr 2017-ci il tarixdən hesablanması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 may 2018-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Q.F.Məmmədov, hakimlər R.K.Səfərov və Ə.İ.Qasımovdan ibarət məhkəmə tərkibi) məhkum Təqsirləndirilən şəxs kassasiya şikayəti təmin edilməmiş, Yasamal Rayon Məhkəməsinin 20 fevral 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyas iya Məhkəməsinin Cinayət kollegiyasının 10 may 2018-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs kassasiya şikayəti vermişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs 02 sentyabr 2017-ci il tarixdə saat 01.00 radələrində ünvan 1 ünvanın qarşısından Zərərçəkmiş şəxs1 məxsus “VAZ 21074” markalı, **-xx xx xx-*** dövlət qeydiyyat nişanlı avtomobili qapısının kilidini əli ilə vurub qapını açmaqla avtomobilin sükanı arxasına əyləşərək, naqilləri birləşdirməklə avtomobili hərəkətə gətirib talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirib idarə edərək, əvvəlcə ünvan5na, daha sonra ünvan4 ərazisinə qaçırmışdır. Kassasiya şikayətinin dəlilləri: Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin hökmü ilə ona m əsuliyyətini yüngülləşdirən hallar nəzərə alınmadan təyin olunmuş 2 il 2 ay müdətə azadlıqdan məhrum etmə cəzasını ağırlığına görə apellyasiya qaydasında mübahisələndirsə də, apellyasiya məhkəməsi tərəfindən də cəzası yüngülləşdirilməmiş, yəni o, həddindən artıq ağır cəzaya məruz qalmışdır. Təqsirləndirilən şəxs kassasiya şikayətində göstərilənlərə əsasən özünün iştirakı ilə barəsində olan işə yenidən ədalətlə baxılmasını, yəni faktiki olaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 may 2018-ci il tarixli qərarını dəyişdirməklə ona təyin olunmuş cəzanın yüngülləşdirilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu madd əsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiy ası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətində birinci və apellyasiya instansiyası məhkəmələrində cinayət işinə baxılarkən onun məsuliyyətini yüngülləşdirən halların nəzərə alınmadığını, nəticədə həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi, cəzasının yüngülləşdirilməsi barədə kassasiya tələbini Azərbaycan Respublikası CPM-in 416.0.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPMin 419-cu maddəsinin tələbləri baxımından səlahi yyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 may 2018-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlkəlilik dərəcəsinə, onun tərədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm mə hkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın tə yin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə görə şəxsə hökmlərin məcmusu qaydasında cəza təyin edilərkən, əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi yeni hökm üzrə təyin edilmiş cəzaya tam və ya qismən birləşdirilir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM- in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, məhkumun məhkəm ələr tərəfindən məsuliyyətini yüngülləşdirən halların nəzərə alınmamasına, nəticədə ona həddindən artıq ağır cəzanın təyin edilməsinə dair iddiasının əsaslı olduğu müəyyən edilir. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən və onun dəyişdirilmədən saxlanılmasına dair apellyasiya instansiyası məhkəməsinin qərarından görünr ki, baxılan işdə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunması, özünü təqsirli bilməsi, səhhətində problemlərin olması Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə müvafiq olaraq onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilmiş, eyni zamanda onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla belə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi, Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhülükə törətməyən cinayət k imi təsnif edilən əmələ görə - Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə həmin maddənin sansksiyasında nəzərə tutulmuş daha ağır cəzanın - azadlıqdan məhrum etmənin ən yuxarı həddində - 2 (iki) il müddətə cəza təyin edilmişdir. Məhkumun şəxsiyyətini səciyyələndirən digər məlumatların, yəni onun əvvəl də məhkum edilməsinin və Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə müvafiq olaraq ona hökmlərin məcmusu qaydasında cəzanın təyin edilməsini tələb edən əsasın olması fonunda belə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təyin olunmuş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 58.3, 59cu maddələrinin tələblərinə cavab verən, ədalət prinsipi ilə (CM, maddə 8) uzlaşan cəza kimi qiymətləndirilə bilməz. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsin in 185.1-ci maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının, habelə Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən - hazırki iş üzrə çıxarılmış və 12 may 2014-cü il tarixli hökmlərin məcmusu üzrə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətləri 3 (üç) ay azaldılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs həmin cəzanı təyin etməklə də Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinə çatmaq mümkündür. Məhkəmə kollegiyası yuxarıda təsvir olunanları kassasiya şikayətinin qismən təmin edilməsini, mübahisələndirilən qərarın kassasiya qaydasında dəyişdirilməsini tələb edən halın - Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.0.21-ci maddəsində təsbit olunmuş pozuntunun mövcud olması kimi qiymətləndirir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair məhkumun və kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkum Təqsirləndirilən şəxs kassasiya şikayəti qismən təmin edilməli, onun barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 may 2018-ci il tarixli qərarı yuxarıda göstərilən qaydada dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Təqsirləndirilən şəxs barəsində olan 10 may 2018-ci il tarixli qərarı dəyişdirilsin. Təqsirləndirilən şə xs Yasamal Rayon Məhkəməsinin 20 fevral 2018-ci hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 2 (iki) ildən 1 (bir) il 9 (doqquz) aya endirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən həmin cəzaya Təqsirləndirilən şəxs Ağsu Rayon Məhkəməsinin 12 may 2014-cü il tarixli hökmü ilə təyin olunmuş cəzaların çəkilməmiş hissəsi – 3 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 ay 22 gün qismən birləşdirilsin, ona qəti olaraq 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 11 (on bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Qalan hissədə qərar dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-94/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-94/2019
27.02.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver