Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-94/2020 22.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlu, Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 oktyabr 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 276, 28,214.2.1, 206.2 v ə 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş X24 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 may 2014-cü il tarixli qərarından məhkum X24 tərəfindən verilmiş kassasiya şikayəti vermə müddətinin bərpa olunmasına dair vəsatətə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 oktyabr 2013-cü il tarixli hökmü ilə (sədrlik edən hakim Sadıxov Rasim Əkrəm oğlu, hakimlər Qəribov Fikrət Atlıxan oğlu və Hacıyev Əfqan Niyətulla oğlundan ibarət tərkibdə) xx xxxxx 1982-ci ildə İran İslam Respublikasının Culfa şəhərində anadan olmuş, İran İslam Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında müvəqqəti qeydiyyatda olmaqla, İran İslam Respublikasının ünvan 2 ü nvanında yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 276, 28,214.2.1, 206.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib CM-nin 276-cı maddəsi ilə 12 il müddətə, CM-nin 28,214.2.1-ci maddələri ilə 07 il 06 ay müddətə, CM-nin 206.2-ci maddəsi ilə 04 il müddətə, CM-nin 234.4.3-cü maddəsi ilə 08 il müddətə, 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq, cəzasının ilk 05 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 15 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 oktyabr 2013-cü il tarixli hökmü ilə X24 təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, İran İslam Respublikasının Xüsusi xidmət orqanı - İnforma siya və Təhlükəsizlik Nazirliyinin (Ettelaat) Culfa strukturunun rəisi X1, X6 və X3 adlı əməkdaşları tərəfindən 2012-ci il iyun ayının 22-də İİR Culfa şəhərində məxfi əməkdaşlığa cəlb edilmiş, xarici xüsusi xidmət orqanının tapşırığı ilə Azərbaycan Respublikasının təhlükəsizliyi zərərinə istifadə etmək üçün sair məlumatları toplayaraq xarici xüsusi xidmət orqanına verməklə casusluq etmiş, İran İslam Respublikasının Xüsusi xidmət orqanı - İnformasiya və Təhlükəsizlik Nazirliyinin (Ettelaat) Culfa strukturunun rəisi X1, X6 və X3 adlı əməkdaşları ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qeyrimüəyyən vaxtda Azərbaycan Respublikasında yerləşən xarici ölkə səfirliyinə qarşı terrorçuluq əməlini törətməklə ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq məqsədilə insanların hə lak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın törətməklə bağlı hazırlıq hərəkətləri etmiş, habelə tamah niyyətilə qanunsuz olaraq satış məqsədilə külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış, daşımış və qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli olaraq keçirmişdir. Belə ki, İran İslam Respublikasının Xüsusi xidmət orqanı - İnformasiya və Təhlükəsizlik Nazirliyi (Ettelaat) tərəfindən 2012-ci il iyun ayının 22-də İİR Culfa şəhərində məxfi əməkdaşlığa cəlb edildikdən sonra, Məhkum İran İslam Respublikasının Xüsusi xidmət orqanı olan «Ettelaat»-dan aldığı tapşırığa əsasən dini fəaliyyət adı altında ətrafına dindar şəxslər yığaraq onların etimadını qazanmış, həmin şəxslərdən X2, X10, X13, X7, X14, X11, X4, X19, X20 və digərləri barədə zəruri məlumatlar toplamış, həmin şəxslərin foto şəkillərini, şəxsiyyət vəsiqələrinin surətlərinin şəkillərini mobil telefonu vasitəsilə çəkərək əvvəlcədən təlimatlandırıldığı kimi mobil telefonunun «yaddaş kartı»na yükləmiş, mobil telefonuna gömrük və sərhəd işçiləri tərəfindən baxış keçiriləcəyindən ehtiyat edərək, həmin mobil telefonda olan fotoşəkillərin aşkar edilməməsi məqsədilə, mobil telefonun «yaddaş kartı»nı çıxarıb onu özündə saxlayaraq 23 iyul 2012-ci il tarixdə İrana aparmış, yaddaş kartını və topladığı məlumatları yazılı formada «Ettelaat»ın Culfa strukturunun rəisi Nəcəfliyə təqdim etmişdir. Bundan sonra, Məhkum «Ettelaat» tərəfindən barə sində məlumatlar təqdim etdiyi həmin şəxslərin bu xüsusi xidmət orqanının əlaqəsinə vermək məqsədilə müxtəlif bəhanələr ilə İran İslam Respublikasına gəlişinin təşkil edilməsi barədə tapşırıq almışdır. Məhkum aldığı tapşırığa əsasən X2, X10, X13, X7, X14, X11, X4, X19, X20 və digərlərini qeyd edilən xüsusi xidmət orqanının əlaqəsinə vermək məqsədilə böyük miqdarda pul vəsaiti iiə mükafatlandıracağı və İranda pulsuz tibbi müayinələrinin aparılacağı vədi ilə onların İran İslam Respublikasına səfərlərini təşkil etməyə cəhd etmiş, lakin, qeyd edilən şəxslərin İrana getməkdən imtina etmələri səbəbindən o, bu məqsədini həyata keçirə bilməmiş və bu barədə «Ettelaat»-ın Culfa strukturunun rəisi Nəcəfliyə məlumat vermiş, sonuncu isə həmin şəxslər barədə kifayət qədər məlumatlı olduğunu və onlarla s onra özlərinin əlaqə yaradacağını bildirmişdir. İran İslam Respublikasının xüsusi xidmət orqanı olan «Ettelaat» tərəfindən 2012-ci ilin avqust ayında Məhkum gələcəkdə İsrail Dövlətinin Bakı şəhərində yerləşən səfirliyinə qarşı terrorçuluq aksiyalarının keçirilməsi məqsədi ilə həmin səfirliyin yerləşdiyi ərazinin dəqiq öyrənilməsi və müşahidəsinin aparılması barədə növbəti tapşırıq verilmiş, tapşırığı icra edən zaman konspirasiya qaydalarına riayət etməsi barədə ciddi təlimatlandırılmışdır. «Ettelaat» tərəfindən verilmiş bu tapşırığı icra etmək məqsədilə 2012-ci ilin avqust ayında Məhkum Azərbaycan Respublikasına gəlmiş, 2012-ci il sentyabr ayında konspirasiya qaydalarına tam əməl etməklə ünvan 3 ünvanında yerləşən İsrail dövləti səfirliyinə qarşı gələcəkdə terrorçuluq aksiyalarının törədil məsi məqsədilə həmin səfirliyin yerləşdiyi ərazini öyrənərək vizual müşahidəsini aparmış, səfirliyin mühafizəsinin təşkili, mühafizəçilərin sayı barədə məlumatlar toplamış, bundan sonra isə 05 oktyabr 2012-ci il tarixdə İrana gedərək «Ettelaat»-ın qeyd olunan əməkdaşlarına topladığı məlumatları vermiş, səfirliyin yerləşdiyi binanın və ərazinin, səfirliyə gedən yolların sxemlərini çəkərək onlara təqdim etmişdir. 2012-ci ilin oktyabr ayında İran İslam Respublikasının xüsusi xidmət orqanı olan «Ettelaat» tərəfindən Məhkum Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları barədə məlumatların toplanılaraq onlara verilməsi və MTN əməkdaşlarının onlarlaməxfi əməkdaşlığa cəlb edilməsi tapşırığı verilmiş və bu tapşırığı icra edəcəyi halda ona 10,000 ABŞ dolları məbləğində pul m ükafatı vəd edilmişdir. Məhkum həmin tapşırığı icra etmək məqsədilə ilk olaraq tanışı X5, əsl məqsədini açıqlamadan sonuncunun qardaşı olan MTN əməkdaşının rütbəsi, vəzifəsi, iş və yaşayış yeri barədə məlumatları toplayaraq onları İran xüsusi xidmət orqanına vermişdir. Məhkum xarici xüsusi xidmət orqanı tərəfindən əməkdaşlığa cəlb etmək məqsədilə MTN-nin həmin əməkdaşı ilə onun qardaşı Cavid Tağıyev vasitəsilə görüşmək istəmişdir. Lakin, MTN-nin əməkdaşı ilə görüş baş tutmadığından, Məhkum MTN əməkdaşının məxfi əməkdaşlığa cəlb edilməsi ilə bağlı İran İslam Respublikasının xüsusi xidmət orqanı olan «Ettelaat»-dan aldığı tapşırığı tam icra edə bilməmişdir. Bundan başqa, Məhkum 22 mart 2013-cü ildə Azərbaycan Respublikasının Astara şəhərində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 480 man at müqabilində tamah niyyətilə qanunsuz olaraq satış məqsədilə külli miqdarda narkotik vasitə, xalis çəkisi 24,29 qram təşkil edən heroini əldə etmiş, saxlamış, daşımış və 29 mart 2013-cü ildə həmin narkotik vasitəni şəxsi əşyalarının arasında gizlədərək qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli olaraq keçirmiş, onun əşyalarına keçirilmiş baxış zamanı digər əşyalarla yanaşı yuxarıda qeyd olunan külli miqdarda narkotik vasitə, xalis çəkisi 24,29 qram təşkil edən heroin aşkar edilərək götürülmüşdür. Hökmdən məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Qasımov Əflatun İbrahim oğlu, hakimlər Bayramov Əmir Novruz oğlu və Məmmədov Vüqar Kamal oğlundan ibarət tərkibdə) 12 may 2014-cü il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 oktyabr 2013-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 may 2014-cü il tarixli qərarından Məhkum kassasiya şikayəti vermişdir. Eyni zamanda Məhkum vəsatət verərək apellyasiya məhkəməsi qərarından kassasiya şikayəti vermə müddətinin bərpa olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası dövlət ittihamçısının qeyd olunan vəsatətin kassasiya şikayəti vermə müddətinin üzrsüz səbəbdən ötürülməsinə görə rədd edilməsi barədə çıxışını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara görə vəsatət təmin edilməməlidir. Azərbaycan Respubl ikası CPM-nin 410.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti (məhkumun vəziyyətinin yaxşılaşdırılması əsası ilə) apellyasiya məhkəməsinin qərarının çıxarıldığı vaxtdan 18 ay müddətində verilə bilər. Həmin iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı 12 may 2014-cü ildə çıxarıldığı halda, kassasiya şikayəti məhkum tərəfindən 22 avqust 2019-cu il tarixdə verilmişdir (apellyasiya instansiyası məhkəməsinin qərarının çıxarıldığı gündən 05 il 03 aydan çox vaxt keçmişdir). Məhkəmə kollegiyası bu şikayətlə əlaqədar verilmiş müddətin bərpasına dair vəsatəti müzakirə edərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 411-ci maddəsinə görə kassasiya şikayəti vermə müddəti yalnız iki halda – kassasiya şikayəti vermə hüququna malik olan şəxsin uzun müddətli fiziki və ya psixi pozuntulara səbə b olan ağır xəstəliyə tutulması nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti vermək imkanına malik olmaması və ya həmin şəxsi kassasiya şikayəti vermək imkanından məhrum edən fövqəladə hadisə baş verməsi hallarında bərpa oluna bilər. Vəsatətdə məhkumun hüquqi savadı olmadığını və bu səbəbdən kassasiya şikayətinin qanunla müəyyən edilmiş müddət buraxılmaqla verilməsinə istinad edilsə də, qeyd olunan dəlil qanunun yuxarıda göstərilən normasına uyğun olmadığına görə kassasiya şikayətinin vermə müddətinin bərpa olunmasına əsas ola bilməz. Məhkəmə kollegiyası bunu, apellyasiya məhkəməsinin qərarı elan edilərkən məhkəmə iclasında iştirak etmiş, tərcüməçi və müdafiəçi ilə təmin olunmuş məhkum və onun müdafiəçisinin yuxarıda göstərilən müddətdə kassasiya şikayəti vermək imkanının olmamasının inandırıcı olmadığını nəzərə alaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti vermə müddətinin bərpa edilməsi üçün qanuni əsas yoxdur. Ona görə də, vəsatət rədd edilməlidir. Göründüyü kimi, kassasiya şikayəti vermə müddətinin bərpa olunması üçün qanuni əsaslar yoxdur. Ona görə də vəsatət rədd edilməlidir. Kassasiya şikayəti vermə müddəti bərpa olunmadığından kassasiya şikayətinə mahiyyəti üzrə baxıla bilməz. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-nin 410-411-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 oktyabr 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 276, 28,214.2.1, 206.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş X24 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 may 2014-cü il tarixli qərarından məhkum X24 tərəfindən verilmiş kassasiya şikayəti vermə müddətinin bərpa olunmasına dair vəsatət təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-94/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-94/2020
22.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver