Məhkəmə qərarları › İş №1(102)-94/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-94/2022

12.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-94/2022 12.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə xx xxxxxx 1991-ci ildə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 aprel 2021-ci il tarixli qərarından məhkumun müdafiəçisi, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Məmmədzadə Əkbər Yusif oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli hökmü ilə (hakimlər: İ.Q.Abdullayev (sədrlik edən), C.C.Nəbiyev və M.V.Məmmədov) Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 24 iyun 201 9-cu il tarixdən hesablanması hökm edilmişdir. Həmin iş üzrə həmçinin X6 da CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib məhkum olunmuşdur. Məhkəmənin həmin hökmündən Məhkum özü və məhkum X4 müdafiəçisi tərəfindən apellyasiya şikayətləri verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 aprel 2021-ci il tarixli qərarı ilə (hakimlər: K.S.Bəşirov (sədrlik edən), E.İ.Əlyev və R.M.Cəfərov) apellyasiya şikayətləri qismən təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli hökmü dəyişdirilərək, Məhkum CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin olunmuş 08 (səkkiz) il azadlıqdan məhrum etmə cəzasının həddi 07 (yeddi) ilə endirilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum, X7 v ə qeyriləri qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroinin əldə edilməsi, saxlanması və daşınması ilə bağlı razılığa gəldikdən sonra, cinayətkar qrupun digər üzvü məlum olmayan vaxtda və mənbədən əldə etdiyi külli miqdarda – 1500,15 qram narkotik vasitə heroini Ağcabədi rayonu ərazisində şərti alıcı X1 qərar vermiş, bu məqsədlə 24 iyun 2019-cu ildə saat 01 radələrində narkotik vasitə heroini Məhkum idarə etdiyi “Kia Optima” markalı 04BO404 qeydiyyat nişanlı avtomobilə yerləşdirib həmin maşınla ilk olaraq Ağcabədi şəhərində yerləşən “dörd yol” deyilən əraziyə gələrək Şamxal Köçərli ilə görüşüb heroinin satışını realizə edəcəkləri yeri razılaşdırdıqdan sonra, cinayətkar qrupun digər üzvü Məhkum idarə etdiyi avtomobillə, X 10 isə Şamxal Köçərlinin idarə etdiyi “Opel” markalı **OR*** qeydiyyat nişanlı avtomobillə Ağcabədi rayonu Qaradolaq kəndi ərazisində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığına gəlmiş və orada cinayətkar qrupu üzvü Məhkumla birlikdə 1500,115 qram narkotik vasitə heroini Şamxal Köçərliyə satarkən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı X10 saxlanılsa da Məhkum və cinayətkar qrupun digər üzvi hadisə yerindən qaçmışdır. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 aprel 2021-ci il tarixli qərarının ləğv edilməsi və onun təqsirliliyi sübuta yetirilmədiyinə və əməlind ə cinayət tərkibi olmadığına görə barəsində cinayət işinin xitam edilməsinə dair qərar qəbul olunması xahiş olunur. Şikayət müəllifi hesab edir ki, apellyasiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, Məhkum ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilməmiş və cinayət işinin materiallarında onun təqsirini sübut edəcək heç bir sübut yoxdur. İş kassasiya instansiya məhkəməsində baxılanadək Məhkum cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 10 saylı Cəzaçəkmə Müəssisəsindən ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası verilmiş ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, məhkumun ərizəs inin təmin edilməsi ilə bağlı dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti məhkum tərəfindən geri götürüldüyündən həmin şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götür mək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət prosessual qanunvericiliyin qeyd edilən tələbini və Məhkum kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 aprel 2021-ci il tarixli qərarından verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq Qərara alır: Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 aprel 2021-ci il tarixli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar