Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-94/2025 20.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Məmmədli Əleyman Məmməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru X4, iştirakı ilə, Ağdam Rayon Məhkəməsinin 30 aprel 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məc əlləsinin (bundan sonra mətndə CM-nin) 263.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 iyul 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə və həmin şikayətə əlavə olunmuş ərizəyə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ağdam Rayon Məhkəməsinin (sədrlik edən hakim Mahir Niftəliyev) 30 aprel 2024cü il tarixli 1(013)-13/2024 saylı hökmü ilə xx xxxx 1987-ci ildə Ağdam rayonunun Alıbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində üç azyaşlı uşağı olan, işləməyən, məhkum olunmamış, Ağdam rayonunun Alıbəyli kəndində qeydiyyatda olan və yaşayan, hal hazırda 02 saylı X7 Müəssisəsində cəza çəkən Məhkum Azərbayca n Respublikası CM-in 263.1-ci maddəsi ilə ilə təqsirli bilinib, 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını X7 müəssisəsində çəkməsi, azadlıqdan məhrum etmə cəzası üzrə cəzaçəkmə müddətinin başlanğıcının cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, 128 (yüz iyirmi səkkiz) manat ekspertiza xərcinin Məhkum tutulub dövlət büdcəsinə köçürülməsi, Zərərçəkmiş şəxs mülki iddiasının təmin edilərək Məhkum 2411 (iki min dörd yüz on bir) manat alınaraq Zərərçəkmiş şəxs verilməsi, X2 mülki iddiasının təmin edilərək Məhkum 10845 (on min səkkiz yüz qırx beş) manat alınaraq X5 verilməsi, qərara alınmışdır. Hökmdən Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər X8 (sədrlik edən və məruzəçi), X6 və X1 ibarət tərkibdə) 2 iyul 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Hökmə əsasən Məhkum 6 avqust 2023-cü il tarixdə saat 11 radələrində ayıq vəziyyətdə BC kateqoriyalı, AE 915940 nömrəli sürücülük vəsiqəsi ilə BD397350 nömrəli qeydiyyat şəhadətnaməsi ilə özünə məxsus olmaqla idarə etdiyi «Mersedes Benz E240 Minik» markalı **-LJ-*** dövlət qeydiyyat nişanlı texniki cəhətdən saz vəziyyətdə olan avtomobillə Borsunlu-Tərtər-Hindarx avtomobil yolunun Ağdam r ayonu Alıbəyli kəndi ərazisindən keçən 37-ci kilometrliyində Ağcabədi rayonu istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə zidd olaraq, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümükün olan tədbirləri görməli və avtomobili yaşayış məntəqəsində 60 km/saat sürətindən yüksək sürətlə idarə etməməklə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq bu tələblərə riayət etməyərək yol hərəkəti qaydalarını pozaraq, mövcud şəraitdə hərəkətini davam etdirərək getdiyi istiqamətdə yolun sağından sola və geriyə manevr etməkdə olan Zərərçəkmiş şəxs idarə etdiyi «Lexus LX570» markalı **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobili bir metr məsafədə idarə etdiyi «Mersedes Benz E240 Minik» markalı **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ hissəsi ilə ön sol hissəsindən vurub toqquşaraq ehtiyyatsızlıqdan Zərərçəkmiş şəxs körpücük sümüyünün akromioklavikulyar oynaq çıxığı, döş qəfəsinin sol-yan səthinin 8 qançırı xəsarətləri ilə müşayət olunan, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır xəsarət alması ilə nəticələnən yolnəqliyyat hadisəsi törətmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətində göstərmişdir ki, Məhkum 6 avqust 2023-cü il tarixdə saat 11 radələrində ayıq vəziyyətdə BC kateqoriyalı, AE 915940 nömrəli sürücülük vəsiqəsi ilə BD397350 nömrəli qeydiyyat şəhadətnaməsi ilə öz ünə məxsus olmaqla idarə etdiyi «Mersedes Benz E240 Minik» markalı **-LJ-*** dövlət qeydiyyat nişanlı texniki cəhətdən saz vəziyyətdə olan avtomobillə Borsunlu-Tərtər-Hindarx avtomobil yolunun Ağdam rayonu Alıbəyli kəndi ərazisindən keçən 37-ci kilometrliyində Ağcabədi rayonu istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə zidd olaraq, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümükün olan tədbirləri görməli və avtomobili yaşayış məntəqəsində 60 km/saat sürətindən yüksək sürətlə idarə etməməklə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq bu tələblərə riayət e tməyərək yol hərəkəti qaydalarını pozaraq, mövcud şəraitdə hərəkətini davam etdirərək getdiyi istiqamətdə yolun sağından sola və geriyə manevr etməkdə olan Zərərçəkmiş şəxs idarə etdiyi «Lexus LX570» markalı **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobili bir metr məsafədə idarə etdiyi «Mersedes Benz E240 Minik» markalı 90- LJ- 153 dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ hissəsi ilə ön sol hissəsindən vurub toqquşaraq ehtiyyatsızlıqdan Zərərçəkmiş şəxs körpücük sümüyünün akromioklavikulyar oynaq çıxığı, döş qəfəsinin sol-yan səthinin qançırı xəsarətləri ilə müşayət olunan, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır xəsarət alması ilə nəticələnən yol- nəqliyyat hadisəsi törətmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinin tələ binə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Sözügedən Məcəllənin 58.3-cü maddəsinin tələbinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngünləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Qeyd olunan Məcəllənin 59.2-ci maddəsinin tələbinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.10-cu maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngünləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası CM-nin 59.1.10.-cu maddəsinə əsa sən şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi; 59.1.12. zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi və ya buna cəhd edilməsi yüngülləşdirici hal kimi nəzərə alınır. Bildirirəm ki, hüquqlarını müdafiə etdiyim Məhkum həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı səmimi ifadələr verərək istintaqın gedişinə fəal köməklik göstərmişdir. Təqsirini etiraf edir və əməlindən səmimi peşmandır, əvvəllər məhkum olunmamışdır, ilk dəfədir ehtiyatsızlıqdan cinayət törədir, dəfələrlə zərərçəkmişlə barışmağa cəhd göstərsə də, zərərçəkmiş barışmamışdır. Yaşayış yeri üzrə müsbət xarakterizə olunur, ailəlidir, 5 azyaşlı övladı var, ailənin yeganə qazanc gətirəni, ailəni dolandıran şəxsdir. Atası vəfat edib, xəstə anası da onun himayəsindədir. Həmçinin İİ qrup əlildir, cəzasınıı ağırlaşdıran hallar yoxdur. Bundan başqa, mülki iddia tələblərinin təmin edilməsi ilə bağlı aşağıdakıları bildirirəm ki, avtoqəza hadisəsinin baş verməsində hər ikimiz günahkarıq. Hadisənin baş verməsində ən çox Zərərçəkmiş şəxs günahı olmuş və o da, inzibati xəta törətdiyinə görə inzibati məsuliyyət cəlb edilmişdir. Yalnız mən xəsarət almadığıma görə, Zərərçəkmiş şəxs isə az ağır xəsarət aldğına görə barəmdə cinayət təqibi getmişdir. Mənim avtomaşınıma dəyən zərərin həcmi 12.000 manat təşkil edir. Ancaq iş üzrə təqsirləndirilən şəxs olduğuma görə hazırki işdə mülki iddia qaldıra bilmədim. Hazırki işə baxılıb yekun qərar qəbul edildikdən sonra mən də, Zərərçəkmiş şəxs qarşı mülki qaydada iddia qaldıracam. Həmçinin iş üzrə onun avtomaşınına dəymiş ziyanla bağlı hər-hansı ekspert rəyi alınmadan, sığortaya müraciət və sığortanın cavabı alınmadan, Zərərçəkmiş şəxs mülki iddia tələbinin təmin edilməsi hesab edirəm ki, qanunsuzdur. X2 mülki iddia tələbinin təmin edilməsini isə ümumiyyətlə başa düşmürəm. Hazırki işdə o heç bir tərəf olmadığı, həmçinin müalicə olunmağı barədə heç bir sübut olmadığı halda, ümumiyyətlə onun müalicə olunubolunmamasının və mənə hər-hansı aidiyyətinin olmamasına baxmayaraq mülki iddiasının təmin edilməsi hüquqlarımın və Qanunların aliliyinin pozulması ilə nəticələnmişdir. İşə baxan apelyasiya instnasiyası məhkəməsi Məhkum barəsində yuxarıda sadalanan kifayət qədər yüngüllə şdirici halların olmasına əhəmiyyət verməmiş və birinci instnasiya məhkəməsinin verdiyi hökmü qüvvədə saxlamışdır. Bundan başqa, mülki iddia tələbinin rədd edilməsi bağlı apelhyasiya şikayətində göstərilən halları ümumiyyətlə araşdırmamış və qərarında bu barədə heç bir qeyd də göstərməmişdir. Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsinin tələbinə görə cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilə r, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 iyul 2024-cü il tarixli qərarından Müdafiəçi2 kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və hüquqlarını müdafiə etdiyi şəxsə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının daha yüngül cəza ilə əvəz edilməsi və mülki iddia hissəsinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, Müdafiəçi2 apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi həmin şikayətində E.B.Hüseynova cəzanı yüngülləşdirən hallar düzgün nəzərə alınmadan həddindən artıq ağır cəzanın təyin edilməsini iddia edərək onun barəsində həmin cəzanın yüngülləşdirilməsi üçün göstərilən qərarın ləğv edilərək yüngül cəza təyin edilməsi barədə tələbini CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. CPM-nin 416.1.21-ci maddəsinin tələbinə əsasən isə məhkəmə cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası Müdafiəçi2 şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də vurğulamağı lazım bilir ki, CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməl ərindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlan ılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilm əsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Qanunvericiliyin təsvir edilən tələblərinə əsaslanaraq kassasiya şikayətinin dəlillərinə cavab verən məhkəmə kollegiyası onu da qeyd edir ki, həmin şikayətin məzmununa görə, Müdafiəçi2 öz şikayətində iş üzrə sübutların natamam araşdırılması, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktları, Məhkum ittiham olunduğu cinayət əməllərini törətməsinin sübuta yetirilib-yetirilməməsini və bu əməllərin hüquqi tövsifini mübasiləndirmir və məhkəmələr tərəfində n cəza təyini ilə bağlı hüquqlarını müdafiə etdiyi şəxs barəsində qeyri-humanist və ədalətsiz yekun məhkəmə aktlarının qəbul edilməsini iddia edir. Ona görə də məhkəmə kollegiyası Məhkum təqsirliliyi, əməlinin hüququ tövsifi barədə məsələlərin müzakirə edilməsini zəruri hesab etmir və məhkumun barəsində cəza tədbirinin seçilməsi ilə əlaqədar ilk növbədə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Məhkəmə kollegiyasının bu qənaəti cinayət qanunvericiliyinin aşağıdakı normalarının tələblərindən, habelə Azərbaycan Respublikası Konstiusiyüa Məhkəməsi Plenumunun hüquqi mövqeyindən və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun izah və tövsiyələrindən irəli gəlir. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsa sən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsində təsbit edilmişdir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-nin 41.2-ci maddəsinin tələblərindən görünür ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər in törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. CM-nin 58.3-cü maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. C inayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddəslərində nəzərdə tutulmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. CM-nin 60.1-ci maddəsinin tələblərindən görünür ki, bu Məcəllənin 59.1.8, 59.1.1059.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar (cinayətin zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında və ya bu hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində törədilməsi, şəxsin könüllü gəlib təqsirini boynu na alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması) mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Eyni zamanda CM-nin 61.2-ci maddəsində müəyyən edi lmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsinin, CM-nin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konst itusiya Məhkəməsi Plenumnun 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakim ə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və onun törətdiyi cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsin in 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarı ilə hər bir konkret halda təqsir ləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə edilmişdir. Həmin qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına ( məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-nin 58.3-cü maddəsinə əsasən törədil miş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər c əzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-nin 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-nin 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Müdafiəçi2 kassasiya şikayətinə əlavə etdiyi 12 aprel 2025-ci il tarixli ərizəsindən (məlumatdan) görünür ki, o, məhkəməyə göndərdiyi zərərçəkmiş Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş ərizəsinə və öz ərizəsində qeyd etməklə kassasiya tələbini dəyişdirib CM-nin 73-cü maddəsinə əsaslanaraq Məhkum zərər çəkmiş şəxslə barışm asının və dəymiş ziyanı tamamilə ödəməsinin nəzərə alınmasını və cinayət işi üzrə icraata xitam verilməklə onun cinayət məsuliyyətindən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinə əlavə edilmiş həmin ərizənin dəlilləri ilə qismən razılaşaraq aşağıdakıları qeyd edir: “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 01 may 2020-ci il tarixli Qanunla CM-nə aşağıdakı redaksiyada 80-1-ci maddə əlavə edilmişdir: “Məhkum edilmiş şəxs cəza çəkdiyi dövrdə cinayət məsuliyyətdən azad etmə ilə bağlı bu Məcəllənin 73.2, 73-1.1, 73-1.2 və 73-2-ci maddələrində, habelə 72, 263 və 306-cı maddələrinin “Qeyd” hissələrində nəzərdə tutulmuş şərtləri yerinə yetirdikdə cəza çəkməkdən azad edilir.” Həmin maddədə istinad olunmuş CM-nin 73-1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərər çəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Həmçinin CM-in 263-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, Bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məs uliyyətə cəlb edilir. Hər iki normanın birgə müqayisəli təhlilindən belə nəticə hasil olur ki, CM-nin 263.1ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmiş şəxs cəza çəkdiyi dövrdə zərər çəkmiş şəxslə barışdıqda və dəymiş ziyanı tamamilə ödədikdə artıq cinayət məsuliyyətindən deyil, cəzadan azad edilir. Hazırki cinayət işinin materiallarından, o cümlədən Müdafiəçi2 ərizəsinə əlavə etdiyi sənədlərdən göründüyü kimi, zərərçəkmiş Zərərçəkmiş şəxs səlahiyyətli orqanlara notarial qaydada təsdiq olunmuş 12 fevral 2052-ci il tarixli **********297 nömrəli ərizə ilə müraciət edərək Məhkum tərəfindən ona dəymiş maddi və mənəvi ziyanın tam şəkildə ödənilməsini və ona qarşı heç bir şikayətinin və iddiasının olmamasını (faktiki olaraq məhkum olunmuş şəxslə barışmasını) bildirmişdir. Həqiliyi şübhə doğu rmayan bu sənədləri təhlil edib həmin sənədlərə əsaslanaraq və Müdafiəçi2 kassasiya şikayətinin ona əlavə edilmiş ərizəsi ilə birlikdə dəlilləri ilə qismən razılaşaraq məhkəmə kollegiyası hesab edir ki, həmin sənədlərdə əksini tapmış hallar nəzərə alınmaqla CM-in 263.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum CM-nin 80-1 maddəsinə əsasən (CM-nin 73-1.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla) ona Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 iyul 2024-cü il tarixli qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmış Ağdam Rayon Məhkəməsinin 30 aprel 2024-cü il tarixli hökmü ilə təyin olunmuş cəzanı çəkməkdən azad edilməlidir. Beləliklə məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətinin həmin şikayətə əlavə edilmiş ərizə ilə birlikdə təmin edilməsi barədə dövlət ittih amçısı Z.O.Əliyevanın çıxışını dinləyərək yuxarıda göstərilən əsaslara görə hesab edir ki, Müdafiəçi2 kassasiya şikayəti ona əlavə olunmuş ərizə ilə birlikdə qismən təmin edilməli, Məhkum CM-nin 263.1ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 iyul 2024-cü il tarixli qərarı dəyişdirilməli və o, CM-nin 80-1-ci maddəsinə əsasən (CM-nin 73-1.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla) ona təyin edilmiş cəzanı çəkməkdən azad edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 80-1-ci maddəsinin və Azərbaycan Respublikası Cinayə Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini tələblərini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti ona əlavə edilmiş ərizə ilə birlikdə qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.14-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 iyul 2024-cü il tarixli qərarı dəyişdirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 80-1-ci maddəsinə əsasən (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla) Məhkum ona həmin qərarla dəyişdirilmədən saxlanılmış Ağdam Rayon Məhkəməsinin 30 aprel 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 01 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasını çəkməkdən azad edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-94/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-94/2025
20.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver