Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-940/2019 26.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Həmzəğa qızı Mehrəliyevanın, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs6 və m əhkumun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 fevral 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (sədrlik edən Anar Tanriverdiyevin) 1(009)132/2018 nömrəli 23 oktyabr 2018-ci il tarixli hökmü ilə xx xxxxxx 1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan; Məhkum Azərbaycan Respublikasının CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəza çəkmə müəssiəsində çəkməklə, cəza çəkmə müddətinin əvvəli 10 yanvar 2018-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum olunmuşdur ona görə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə ünvan 2 ünvanda sərmayə qoyub «xxxx» MMC yaradaraq qazanılmış puldan mənzil almaq adı ilə aldadıb, 2013-cü ilin fevral ayında Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək 13.000 manat pulunu, 20 fevral 2013-cü il tarixdə Zərərçəkmiş şəxs8 etibarından sui-istifadə edərək 10.000 manat pulunu, 2013-cü ilin fevral ayının sonlarında Zərərçəkmiş şəxs13 etibarından sui-istifadə edərək 21 500 manat pulunu, 2013-cü ilin fevral ayının sonunda X3ün etibarından sui-istifadə edərək 15.000 manat pulunu, 2013-cü ilin fevral ayının sonlarında Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edərək 10.000 manat pulun, 2013-cü ilin mart ayında Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edərək 6.000 manat pulunu, 2013-cü ilin mart ayında Zərərçəkmiş şəxs9 etibarından sui-istifadə edərək 18.000 manat pulunu, 2013-cü ilin mart ayında Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə edərək 13.000 manat pulunu, 2013-cü ilin mart ayında Zərərçəkmiş şəxs12 etibarından sui-istifadə edərək 13.000 manat pulunu, 2013-cü ilin mart ayında Zərərçəkmiş şəxs10 etibarından sui-istifadə edərək 15.000 manat pulunu, 2013-cü ilin mart ayının ortalarında ünvan 1 ünvanda yerləşən “xxxx” ticarət mərkəzində Zərərçəkmiş şəxs11 etibarından sui-istifadə edərək 18.000 manat pulunu, 2013-cü ilin mart ayının sonunda Zərərçəkmiş şəxs6 etibarından sui-istifadə edərək 20.000 manat pulunu, 2013-cü ilin mart ayının sonlarında Zərərçəkmiş şəxs7 etibarından sui-istifadə edərək 18.000 manat pulunu, 2013-cü ilin may ayında Zərərçəkmiş şəxs14 və arvadı Zərərçəkmiş şəxs15 etibarından sui-istifadə edərək 24.000 manat pulunu və 2013-cü ilin fevral ayından may ayının 5-dək olan müddət ərzində ünvan 3 ünvanda yerləşən ofisdə Zərərçəkmiş şəxs16 etibarından sui-istifadə edərək, hissə-hissə azərbaycan milli manatı məzənnəsi ilə 24.319 manat 50 qəpik olmaqla 31.000 ABŞ dolları və 12.600 manat olmaqla cəmi 36.919 manat 50 qəpik məbləğində pulunu ələ keçirib zərərçəkmiş şəxs şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Əflatun Qasımov (məruzəçi və sədrlik edən), Əmir Bayramov və Namiq Məmmədovdan ibarət tərkibdə) 1(103)-230/2019 nömrəli 15 fevral 2019-cu il tar ixli qərarı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs1,Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs11 və məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Məhkum müdafiəçisi Müdafiəçi verdiyi kassasiya şikayətində xahiş edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 fevral 2019-cu il tarixli qərarı ləğv olunsun və məhkuma bəraət verilməsi barədə qərar çıxarılsın. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini Məhkum müdafiəçisi Müdafiəçi onunla əsaslandırır ki, məhkum ibtidai və məhkəmə araşdırması zamanı özünü ona qarşı irəli sürülm üş ittihamda təqsirli bilməmiş, günahsız olduğunu qeyd etmişdir. Belə ki, Məhkum qarşı Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair irəli sürülmüş ittiham cinayət işinin istintaqı və məhkəmə araşdırmaları zamanı öz təsdiqini tapmamışdır. Məhkum qarşı irəli sürülmüş ittihamın əsasını zərərçəkmiş şəxslərin izahatları təşkil edir ki, həmin şəxslərin cinayət işinin araşdırması zamanı vermiş olduğu ifadələri ilə məhkəmə araşdırması zamanı vermiş olduğu ifadələri arasında aradan qaldırıla bilinməyən ziddiyyətlər mövcuddur. İş üzrə zərərçəkmiş şəxslərin hamısı eyni məzmunlu ifadələr verərək, Məhkum MMC yaradacağını, torpaq sahəsi alaraq orada yaşayış evini tikəcəyini, həmin evdən onlara mənzil verəcəyini bildirsələr də, lakin, yaşayış evinin harada və hansı müddətdə tikilməsi, alacaqları mənzilin neçənci mərtəbədə yerləşməsi, neçə otaqdan ibarət olması, mənzilin hər bir kv.metrinin və ya ümumi dəyərinin hansı qiymətə olacağı, hansı vaxtda təhvil verilməsi və onların Bakı şəhərinin hansı ərazisində mənzil almaq arzusunda olmaları barədə heç bir məlumat verməmələri və bu suallara məhkəmə araşdırması zamanı heç bir zərərçəkmişin aydınlıq gərirməməsi və cavab verə bilməməsi şübhəlidir, Məhkum qarşı irəli sürülmüş ittihamın tamamilə əsassız olduğunu təsdiq edir ki, bu da ona qarşı irəli sürülmüş ittihamın qanunsuz olduğunu göstərir. Məhkum Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməsini təsdiq edə biləcək heç bir mötəbər sübut məhkəmə araşdırmaları zamanı öz təsdiqini tapmamışdır. Birinci instansiy a məhkəməsinin iclasında ittihamı sübut etmək vəzifəsini dövlət ittihamçısı yerinə yetirə bilməmiş, ittihamın məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlara deyil, əldə edilməsi şübhəli, ziddiyyətli və müəmmalı olan və məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış və təsdiq edə biləcək hər hansı bir birbaşa sübuta istinad etməməsi və cinayət işinin materiallarındakı qeyri mötəbər sübutla istinad edərək Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməsini göstərməsi təəssüb doğurur və irəli sürülmüş ittihamın qanunsuz və əsassız olduğunu göstərir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şik ayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanm alarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməllərinə dair birinci və apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Məhkumun müdafiəçisi Müdafiəçi kassasiya şikayətinin başlıca dəlili məhkumun təqsirsiz olması əsası ilə Məhkum barəsində bəraət hökmünün çıxarılmamasının qanunsuz olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CPM-in 42.1ci maddəsinə görə məhkəmə baxışı n əticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayət törədilməsində aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə. İş materiallarından görünür ki, Məhkum məhkəmə istintaqı zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməsə də, onun qeyd edilən cinayət əməllərini törətməsi özünün ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin ifadələri ilə və işin digər materialları ilə tam təsdiq edilir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışdır. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan əlavə, nə ibtidai istintaq, nə birinci instansiyası məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi təqsirləndirilən şəxs Məhkum əməllərini tövsif edərkən sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr Məhkum əməllərinə hüquqi qiymət verərkən və onun törətdiyi cinayət əməlinin tövsifini müəyyənləşdirərkən cinayət qanunvericiliyinin normalarını düzgün tətbiq etmişlər. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə həm birinci, həm də apellyasiya instansiyası məhkəməsində müdafiə tərəfinin bütün dəlillərinə ayrı ayrılıqda qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Bundan başqa, məhkəmələr Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini nəzərə almış və ona təqsirli bilindiyi maddələrin orta həddində cəza təyin edilmişdir. Belə cəzanı ağır hesab etmək qeyrimümkündür. Həmçinin təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və təhlükə lilik dərəcəsinə, məhkumun şəxsiyyətinə uyğundur. Azərbaycan Respublikası CPM-in 416.0.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.0.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.0.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıd ır ki, bu dəlillər apellyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq şikayətin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 fevral 2019-cu il tarixli qərarı Məhkum barəsindəki qərarın dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan R espublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsindəki 15 fevral 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-940/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-940/2019
26.11.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver