Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-940/2021 17.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbulfəz oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə Əhmədli Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Əliyeva Yaqut Bəşir qızının iştirakı ilə xx xxxxxx 1978-ci il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Yevlax Rayon Məhkəməsinin 28 iyun 2019-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 69.3 maddəsinə əsasən üzərində qəti olaraq 02 il, 05 ay, 26 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2ndə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 177.2.1, və 177.2.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 fevral 2021-cu il tarixli qərarından məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli hökmünə əsasən (hakim T.M.Əliyev) Məhkum Azərbaycan Respublikası CM-nin 177.2.1, və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 04 fevral 2020-ci il tarixdən 06 fevral 2020-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı nəzərə alınaraq CM-in 69.3 maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 günə 2 gün hesablanmaqla ona təyin edilmiş cəzadan 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, Məhkum Yevlax Rayon Məhkəməsinin 1(039)-85/2019-cu il tarixli hökmü ilə CM-in 234.1 maddəsi ilə təyin edilmiş 2 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırıması cəzasının çəkilməmiş qalan 1 (bir) il 2 (iki) ay 26 (iyirmi altı) günü CM-in 67.1 maddəsinə ə sasən ona təyin edilmiş cəzaya qismən toplanılmaqla üzərində qəti olaraq 3 (üç) il 6(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, Məhkum üzərinə saat 22-00-dan saat 07-00 qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsinin qoyulması, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, cəzaçəkmə müddətinin əvvəlinin təqsirləndirilən şəxsin yaşayış yeri üzrə icra və probasiya şö bəsində qeydiyyata alındığı gündən hesablanması hökm edilmişdir. Həmin hökmlə həmçinin Xəlilov Samir Rasim oğlu və Həsənov Habil Dağıstan oğlu da məhkum olunmuşdur. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 fevral 2021-cu il tarixli qərarı ilə (hakimlər: İ.H.Şükürov (sədrlik edən), A.M.Eyvazov və R.Ə.Əliyev) apellyasiya şikayəti qismən təmin edilməmiş, Yevlax Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli hökmü təqsirləndirilən şəxslər Xəlilov Samir Rasim oğluna və Məhkum münasibətdə cəzaya aid hissədə dəyişdirilmiş, Məhkum təqsirli bilindiyi CM-in 177.2.1 və 177.2.3 maddələri ilə 02 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum 04 fev ral 2020-ci il tarixdən 06 fevral 2020-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 02 gün müddət CM-in 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılaraq üzərində 01 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Məhkum Yevlax Rayon Məhkəməsinin 1(039)-85/2019-cu il tarixli hökmü ilə CM-in 234.1 maddəsi ilə təyin edilmiş 2 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırıması cəzasının çəkilməmiş qalan 11 (on bir) ay 19 (on doqquz) günü CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasının müddətinə 1 gün 2 günə hesablanmaqla müəyyən edilmiş 5 ay 24 gün müddət CM-in 67.1-ci maddəsinə əsasən hazırki cəza ilə birləşdirilərək üzərində qəti olaraq 02 il 02 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cə zaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli 05 fevral 2021-ci il tarixdən hesablanmış, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilmiş və dərhal məhkəmə iclas zalından həbs olunmuş, hökm verilmiş apellyasiya protestinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, 2020-ci ilin fevralın 02-də saat 20:00 radələrində, özgənin əmlakını gizli talamaq məqsədilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girdiyi qardaşı Xəlilov Samir Rasim oğlu və tanışı Həsənov Habil Dağıstan oğlu ilə birlikdə qrup təşkil etməklə, Yevlax rayon "xxxx" ASC-nin həyətin ə qanunsuz daxil olaraq oradan hər birinin ayrı-ayrılıqda qiyməti 6 manat, ümumi qiyməti 180 manat dəyərində 30 ədəd tava və 80 manat dəyərində 1 ədəd qızdırıcı cihazı gizli yolla talamaqla "xxxx" ASC-yə cəmi 260 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi İbrahimov Xəyal Rahim oğlu tərəfindən verilmiş kassasiya şikayətində Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 fevral 2021-cu il tarixli qərarın dəyişdirilməsi və Məhkum barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi barəsində qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd etmişdir ki, Məhkum ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilir. Eyni zamanda iş materiallarından müəyyən olunur ki, onun himayəsində yetkinlik yaşına çatmay an iki uşağı var, yaşayış yeri üzrə müsbət xarakterizə olunur, habelə dəymiş zərəri qismən ödəmişlər Əlavə olaraq bildirir ki, Məhkum həyat yoldaşı Xəlilova Ruxsarə Marif qızı orta ağır forma, İİ tip şəkərli diabetdir. Himayəsində olan övladları 2006-cı il təvəllüdlü Xəlilov Sahib Gəray oğlu da hipertoniya diaqnozu ilə müalicə alır( arayışlar əlavə edilir). Ailədə yeganə qazanc gətirən təqsirləndirilən şəxs Məhkumdur. Hətta o, həbsdə olan digər qardaşının da ailəsinə maddi cəhətdən yardım göstərir. Hazırda onun həbs edilməsi ailənin olduğca ağır vəziyyətə düşməsi ilə nəticələnmişdir. Çox təəssüf olsun ki, apellyasiya instansiyası məhkəməsi qeyd edilənləri nəzərə almamış, nəticədə təqsirləndirilən şəxsə ağır cəza təyin etmiş, Cinayət Məcəlləsində nəzərdə tutulmuş sosial ədalətin bərpa edilm əsi prinsipini pozmuşdur. Bu qərara istinadən hesab edilir ki, apellyasiya instansiya məhkəməsi 2 il 2 ay müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən etməklə Cinayət məcəlləsinin vəzifələrindən bəhs edən 2-ci maddəsinin və cəzanın anlayışı və məqsədindən bəhs edən 41-ci maddəsinin tələblərini pozmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət Y.Əliyevanını çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayə ti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində ba rəsində olan cinayət işinin tam araşdırılmaması, habelə cəzanın ağır olması mübahisə edilir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 s entyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis To rija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş et dirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Kassasiya şikayəti ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkum əməlləri mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni məhkumların özlərinin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühak imə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Cinayət işinin materiallarına əsasən, faktları müəyyən edən apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı iclasında tam, obyektiv və hərtərəfli araşdırılmış sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlin i törətmişdir. Bu nəticəyə gələrkən məhkəmə kollegiyası işin halları ilə yanaşı həmçinin maddi hüquq normalarının tələblərinə, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli 1 saylı qərarına əsaslanır. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildi kdə; CM-nin 177.2.2-ci maddəsində cinayət təkrar törədildikdə və həmin məcəllənin 177.2.3-cü maddəsində yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsinə görə məsuliyyət müəyyən edilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətində əks edilən halları araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, məhkəmə iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlarla yanaşı, həmçinin cinayət prosessual qanunvericiliyinə tam uyğundur. Məhkum еdilmiş şəхs Məhkum cəzа təyin еdilməsi ilə kassasiya şikayətinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respubl ikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tər əfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkəmə kolle giyası hesab edir ki, məhkum barəsində cəza təyin olunarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması nəzərə alınaraq düzgün nəticəyə gəlinmişdir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi cinayət təqibi ilə əlaqədar olaraq sübutları tam, hərtərəfli və obyektiv yoxlayaraq, mötəbər sübutları qiymətləndirməklə iş üzrə obyektiv nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, Məhkum elan olunmuş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxan məh kəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmələr onların hər birisini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üç ün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Şəki Apellyasiya Məhkəməsinin 05 fevtral 2021-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Şə ki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 fevral 2021-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-940/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-940/2021
17.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver