Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-940/2022 13.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Ayxan Məhəmmədəli oğlu Hüseynlinin iştirakı ilə, Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 sentyabr 2021-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kass asiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Natiq Əliyevin (sədrlik edən və məruzəçi), Dadaş İmanov və Nural Əliyev) 1(100)-235/2021 nömrəli, 24 iyun 2021-ci il tarixli hökmü ilə xx xxx 1986-cı il tarixdə Bərdə şəhərində anadan оlmuş, Аzərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 08 fevral 2021-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü il ə Təqsirləndirilən şəxs təqsirli bilinmişdir ona görə ki, o, məlum olmayan mənbədən və müddətdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq, ümumi təmiz çəkisi 2,589 qram olan narkotik vasitə - heroini və ümumi təmiz çəkisi 0,367 qram olan psixotrop maddə - metamfetamini əldə edib üzərində saxlayıb daşımış, 08 fevral 2021-ci il tarixdə Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Bərdə şəhəri, H.Aslanov küçəsində saxlanılaraq Bərdə RPŞ-nin inzibati binasına gətirilmiş, həmin gün saat 17:55-də orada Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman onun əynində olan qara rəngli gödəkcənin sol yan cibindən külli miqdarda, yəni 2 ədəd polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 1,306 qram və 1,383 qram, ümumi təmiz çəkisi 2,689 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroin və 1 ədəd “gümüşü” rəngli kağız bükümdə təmiz çəkisi 0,417 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Gəncə Apelyasiya Məhkəməsinin (hakimlər Salman Hüseynov (sədrlik edən və məruzəçi), Teyyub Muxtarov və Elçin Xasməmmədov) 1(104)-431/2021 nömrəli 09 sentyabr 2021-ci il tarixli hökmü ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli hökmü ləğv edilmiş, məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 08 fevral 2021-ci il tarixdən hesablanmışdı r. Apelyasiya instansiyası məhkəməsinin hökmündən məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və işin apelyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi Müdafiəçi kassasiya şikayətinin dəlillərini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi apelyasiya protestini təmin edərkən Təqsirləndirilən şəxs 2 növ narkotik və psixotrop maddə aşkar edilməsini, həmin maddələrin 1 yox 3 bükümdə olmasını və təqsirləndirilən şəxsin qara rəngli gödəkcəsinin sol cibindən aşkar edilməsini, sonuncunun narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatlarının olmasını Təqsirləndirilən şəxs narkoti k vasitəni satış məqsədi ilə əldə edib saxladığı nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyasının gəldiyi hüquqi mövqe iş materiallarında olan sübutlara əsaslanmadan şəxsi mülahizəsi və fərziyyələr üzərində qurulmuşdur. İş üzrə birinci instansiya məhkəməsində əməliyyatı həyata keçirmiş polis əməkdaşlarının Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı olduğu halda hansı səbəbdən onun yaşayış yerində baxışaxtarış aparıİmaması aydınlaşdırılarkən əməkdaşlar daxil olmuş əməliyyat məlumatının “satış, qanunsuz dövriyyə ilə məşğul olma” hissəsində öz təsdiqini tapmadığı üçün digər tədbirlərin keçirilməsi məqsədəmüvafiq hesab edilməmişdir. Əməliyyat məlumatı ümumiyyətlə məhkəmə istintaqı üçün mötəbər sübut olaraq birmənalı qəbul edilməsi mümkün deyil. O səbəbdən ki, əməliyyat məlumatının mötəbərliliyi məhkəmə iclasında olaraq, mənbənin nə dərəcədə həqiqəti əks etdirən məlumat verib-verməməsini müəyyən etmək mümkün deyildir. İki ayrı növ narkotik və psixotrop maddələrin bir bükümdə olmaması normal haldır. Üç bükümdə olması belə məhkəmənin bu vasitələrin məhz satış məqsədi ilə üç bükümdə olmasını əsaslandırmaq üçün yetərli hesab edilə bilməz. İş materiallarından da görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş narkotik vasitə və psixotrop maddələr aldıqdan sonra avtomobildə olarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs saxlandığı zaman olduğu taksi sürücüsü də ifadəsində onun nə üçün, hansı məqsədlə Bərdə rayonu Zümurxan kəndinə getməsini bilmədiyini onun üzərində narkotik vasitə olub-olmamasından x əbərsiz olmasını göstərmişdir. Belə olan halda müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitə psixotrop maddəni üç bükümdə satıcıdan almış, özü həmin vasitələri qablaşdırmamışdır. Bundan başqa məhkəmə kollegiyasının hökmdə istinad etdiyi iş materiallarında, olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji Dispanserindən daxil olmuş 04 may 2021-ci il tarixli 498 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroin və metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası iş materiallarını öyrənib kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının çıxışını dinləyərək belə hesab ed ir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti tam təmin edilməli və Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 sentyabr 2021-ci il tarixli hökmü dəyişdirilməli və məhkum Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən CM-in 234.1-ci maddəsinə tövsif edilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübut lar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya şikayətinin başlıca dəlili apelyasiya məhkəməsi tərəfindən məhkum Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsindən CMin 234.4.3-cü maddəsinə tövsif edilməsinin qanunsuz olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bü tün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinə əsasən əməlin həmin maddə ilə tövsif edilməsi üçün satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlanma, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanuns uz olaraq narkotik vasitələri və ya psixotrop maddələri küllü miqdarda satma hərəkətləri edilməlidir. Göründüyü kimi yuxarıda qeyd edilən qanun normalarının tələblərinə görə qanunsuz olaraq narkotik vasitəni və ya psixotrop maddəni əldə etmiş və saxlamış şəxsin əməlinin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün narkotik vasitənin və ya psixotrop maddənin külli miqdarda olması ilə yanaşı həmin şəxsin onları satmaq məqsədi və ya satma faktı cinayət işi üzrə toplanmış mötəbər sübutlarla müəyyən edilməlidir. Cinayət işinin materiallarında olan Bərdə RPŞ-n raportundan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin həyata keçir ilməsi barədə qərardan isə görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, üzərində mütəmadi olaraq narkotik vasitə saxladığı qeyd edilmişdir. İbtidai istintaq orqanı “Əməlin tövsif edilməsi haqqında” 10 fevral 2021-ci il tarixli qərarda, məhkum Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinə, yəni satış məqsədi ilə külli miqdarda narkotik və psixotrop maddələri əldə etmə, saxlama və daşıma kimi nəticəyə gəlmişdir. Məhkum Təqsirləndirilən şəxs həm ilkin izahatında, həm də ibtidai və məhkəmə istintaqı zamanı verdiyi ifadələrdə üzərində aşkar olunmuş narkotik vasitələri Tarıyel adlı şəxsdən şəxsi istifadəsi üçün aldığını qeyd etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının r əyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroin və metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Əməliyyat-axtarış tədbirində iştirak etmiş polis əməkdaşları məhkəmədə göstərmişlər ki, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və psixotrop maddə aşkar olunsa da onun narkotik vasitə və ya psixotrop maddəni satması barədə məlumat öz təsdiqi tapmamışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 saylı Qərarının 9-cu bəndindəki tövsiyələrə əsasən, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla v ə narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, narkotik vasitələr hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İşdən görünür ki, Təqsirləndirilən şəxs istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi (Təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitələri yəni üç bükümdə narkotik vasitəni Tarıyel adlı şəxsən aldığını ifadələrində qeyd etmiş), narkotik vasitələr hazırlanması üçün avadanlığın olması müəyyən edilməmişdir. Cinayət işində Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş iki büküm heroini və 1 büküm metamfetamini satmaq niyyətində olmasını təsdiq edən heç bir sübut yoxdur. Qeyd olunanlardan belə n əticə çıxır ki, apelyasiya instansiyası məhkəməsi Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edərkən ancaq aşkar olunan narkotik maddənin külli miqdarda və üç bükümdə üzərində aşkar olmasını əsas götürmüşdür. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən isə cinayət törədilməsində təqsirləndirilən şəxs özün ün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd edilmişdir ki, təqsirlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası CM-in 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının 23-cü bəndində nəzərdə tutulmuş tövsiyələrdən göründüyü kimi, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası hesab edir ki, satış məqsədinin olmasını dəlalət edən digər hallar olmadıqda heroin və metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkən Təqsirləndirilən şəxs üzərində iki büküm 1,306 qram və 1,383 qram heroinin və bir büküm 0,417 qram metamfetaminin aşkar edilməsi onun həmin narkotik vasitəni və psixotrop maddəni satmaq niyyətində olmasını müəyyən etmir və Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinə tövsif edilməsi üçün kifayət deyildir. Ona görə də apelyasiya instansiyası məhkəməsinin bu barədə gəldiyi nəticə əsaslı v ə sübut edilmiş hesab edilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosia l hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CMin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə kollegiyasının qənaətinə görə apelyasiya instansiyası məhkəməsi tərəfindən məhkum Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.4.3cü maddəsi ilə tövsif edilməsində haqlı olmamışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs əməli satış məqsədi ilə qanunsuz olaraq killi miqdarda narkotik vasitələri əldə etmə və saxlama cinayətinin tərkibini yaratmadığından onun əməli CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməmiş və nəticəyə gələrkən səhvə yol vermişdir. Məhkəmə kollegiyası belə n əticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik maddəni məhz satış məqsədilə əldə etməsi, saxlaması və daşıması sübuta yetirilmədiyindən, lakin onun satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması əməlini törətməsi təsdiq edildiyindən onun əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif olunmalı və həmin maddə ilə ona cəza təyin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarların hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009-cu il, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən, hüquqi dövlətin ən m ühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququn tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlə rlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. Bu baxımdan da kassasiya kollegiyası işə baxan apelyasiya instansiyası məhkəməsinin məhkum Təqsirləndirilən şəxs əməlinin tövsifi ilə bağlı mövqeyini əsaslı hesab etmir. Beləliklə, kassasiya şikayətinin dəlilləri əsaslı olduğundan şikayət təmin edilməli, Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 sentyabr 2021-ci il tarixli hökmü dəyişdirilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif olunmuş əməli həm in Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və ona törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, şəxsiyyətinə uyğun olan, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmaqla cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsinə görə məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 416.1.15 və 419.10.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilsin. Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 sentyabr 2021-ci il tarixli Təqsirləndiri lən şəxs haqqındakı hökmü dəyişdirilsin. Məhkum Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin. Məhkum Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1ci maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 sentyabr 2021-ci il tarixli hökmü qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-940/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-940/2022
13.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver