Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-941/2021 19.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri X1, Məhkum və məhkumun müdafiəçisi Müdafiəçi iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 09 fevral 2021-ci il tarixli qərarından Dövlət ittihamçısı Əli oğlu tərəfindən verilmiş kassasiya protesti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Astara Rayon Məhkəməsinin (hakim Zamin İbrahimov) 1(018)-175/2020 nömrəli, 04 noyabr 2020-ci il tarixli hökmü ilə xx xxxxxxx 2000-cı ildə Astara rayonunun Sərək kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Astara rayonunun Sərək kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 237.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, tutulduğu və həbsdə saxlanıldığı 1 (bir) ay 1 (bir) gün müddət CM-in 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla, ona təyin olunmuş 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 2 (iki) ay 2 (iki) gün çıxılmaqla, üzərində qəti olaraq 1 (bir) il 3 (üç) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, istintaqa məlum olmayan mənbədən əldə etdiyi çətənə toxumlarını 2020-ci ilin mart ayının axırlarında Astara rayonu Sərək kəndində yerləşən evinin arxa tərəfindəki həyətyanı ərazidə əkdiyi sitrus bitkilərinin arasında qanunsuz olaraq əkmiş, həmin toxumlardan bitən, xeyli miqdar hesab edilən 14 (on dörd) ədəd tərkibində narkotik maddələr olan çətənə bitkisini kultivasiya etməklə yetişdirmiş, 12 avqust 2020-ci il tarixdə, saat 12:00-da Azərbaycan Respublikası DİN-nin Baş Nark otiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı həmin yaş vəziyyətdə ümumi təmiz çəkiləri - 18650,0 qram olan, 14 ədəd tərkibində narkotik maddələr (komponentlər) olan çətənə (kannabis) bitkiləri həyətindən aşkar edilərək götürülmüşdür. Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının (sədrlik edən və məruzəçi hakim Etibar Camalov, hakimlər Rafiq Cəfərov və Kamil Bəşirovdan ibarət tərkibdə) 1(106)-180/2021 nömrəli, 09 fevral 2021-ci il tarixli qərarı ilə Astara Rayon Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli hökmü apellyasiya protestinə əsasən dəyişdirilmiş, Məhkum CM-in 237.1-ci maddəsi ilə təyin olunmuş 1 (bir) il 6 (altı) ay azadlığın məhdudlaşdırılması cəzasının müddəti 3 (üç) ilədək artırılmış, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum tutulduğu və həbsdə saxlanıldığı 1 (bir) ay 1 (bir) gün müddət bir günə iki gün hesabı ilə nəzərə alınmaqla, Məhkum təyin olunmuş 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla onun üzərində qəti olaraq 2 (iki) il 9 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, birinci instansiya məhkəməsinin hökmü apellyasiya protestinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılmış, apellyasiya protesti qismən təmin edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan dövlət ittihamçısı E.Ə.Hüseynov verdiyi kassasiya protestində Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 09 fevral 2021-ci il tarixli qərarının ləğv edilməsini və cinayət işi üzrə yeni apellya siya baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı E.Ə.Hüseynov kassasiya protestini onunla əsaslandırır ki, məhkəmə kollegiyasının həmin qərarı Məhkum cəza təyininə dair hissədə əsassız olduğundan ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Belə ki, hər iki məhkəmə instansiyası hazırki iş üzrə cəzaya təsir edə biləcək bütün halları araşdırmamış, Məhkum birinci instansiya məhkəməsi tərəfindən cəza təyin edilərkən, apellyasiya məhkəməsi tərəfindən isə bu qərar əsaslı hesab edilərkən cinayət qanununun normalarının tələblərinə, Ali Məhkəmənin Plenumunun qərarındakı tövsiyələrə əməl edilməmiş, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, hadisənin baş vermə səbəbinə, şəraitin ə, nəticələrinə, eləcə də Məhkum şəxsiyyətinə əhəmiyyət verilməmiş, birinci instansiya məhkəməsi 14 ədəd xeyli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini qanunsuz olaraq yaşadığı evin həyətyanı sahəsində dibçəklərdə əkib-yetişdirərək kultivasiya etmə cinayətini təqsirin birbaşa qəsd forması ilə törədən, cinayətkar niyyətini sonadək həyata keçirən, törətmiş olduğu cinayət əməli başa çatmış olmaqla az ağır cinayətlər kateqoriyasına aid olan cinayət əməlinə görə Məhkum əsassız olaraq təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül növ cəza - azadlığın məhdudlaşdırılması cəzası təyin etmiş, apellyasiya intansiyası məhkəməsi də həmin nəticə ilə razılaşmaqla eyni nöqsanları təkrarlamış, bununla onun gələcəkdə də eyni qəbildən olan cinayət törətməsin ə şərait yaratmış, həmin ədalətsiz cəza cəmiyyətin tələbatına uyğun olmamaqla cəzanın məqsədinə nail olunmasına, yəni sosial ədalətin bərpasının, Məhkum islah edilməsinin, gələcəkdə həm o, həm də başqa şəxslər tərəfindən eyni kateqoriyadan olan yeni cinayətlərin törədilməsinin qarşısının alınmasının təmin olunmasına xidmət etməmişdir. Göründüyü kimi, Məhkum əhalinin sağlamlığının təhlükəsizliyini, eləcə də ictimai təhlükəsizlik, dövlət idarə və müəssisələrinin normal fəaliyyətini təmin edən ictimai münasibətlərə ziyan vuraraq CM-nin 237.1-ci maddəsində nəzərdə tutulan, az ağır cinayətlər kateqoriyasına aid olan cinayəti törətmişdir. Bütün bunlar, eləcə də baş vermiş nəticənin ağırlığı, törətmiş olduğu cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə məhkumun şəxsiyyəti və əsasən də onun cinayətin törədilməsində rolu ona maddənin sanksiyasında nəzərdə tutulan cəzanın təyin edilməsini şərtləndirən amillərdir. Lakin, hər iki məhkəmə instansiyası hazırki iş üzrə cəzaya təsir edə biləcək bütün halları araşdırmamış, yuxarıda göstərilən hallar Məhkum törətdiyi əməlin ictimai təhlükəliliyinin və cinayətin xarakterinin məhkəmələr tərəfindən cəza təyini zamanı nəzərə alınmalı olan hallar olmasına baxmayaraq, məhkəmələr bu halları cəza təyini zamanı nəzərə almamış, bununla da qanunun cəza təyini ilə bağlı tələblərini pozmuşdur. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və pisxatrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş Siyahıların İİİ siyahısında şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün çətənə növlü bitkilərin qanunsuz kultivasiya edilən aşağı həddi 3 ədəd müəyyən edilmişdir. Onun külli miqdarı 15 ədəddən başlanır. Göründüyü kimi, Məhkum qanunsuz olaraq yaşadığı evin həyətyanı sahəsində əkib-yetişdirərək kultivasiya etdiyi tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinin miqdarı aşağı həddən dəfələrlə artıq yəni 14 ədəd olmaqla külli miqdara yaxın, həmçinin çəki baxımından da 18650 qram olmaqla şəxsi istehlak miqdarından dəfələrlə artıq təşkil edir ki, bu da həmin cinayəti törədən şəxsin əməlinin ictimai təhlükəliliyinə dəlalət edən əsas hallardan biridir. Bundan başqa, məhkəmə cəza təyin edərkən nəzərə almamışdır ki, bu gün narkotik vasitələrin qanunsuz dövriyyəsi və nark omanlıq bəşəriyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran ən ağrılı problemlərdən biridir. Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Qeyd edilməlidir ki, narkotik vasitənin 1-2 dəfə istifadəsi ondan fiziki və psixi asılılıq yaratmaqla şəxsin narkomanlıq kimi ağır və sağalması çətin olan xəstəliyə düçar olmasına səbəb olur. Məhkum əkib-yetişdirərək kultivasiya etdiyi narkotik vasitənin miqdarı isə onlarla insanı bu cür təhlükə qarşısında qoymuşdur. Lakin, hazırki iş üzrə məhkəmə qanunvericiliyin cəza təyini ilə bağlı yuxarıda göstərilən tələblərini nəzərə almamış, təqsirləndirilən şəxs tərəfindən əkilib-yetişdirilərək kultivasiya edilən narkotik vasitənin müəyyən edilmiş aşağı həddən dəfələrlə çox və külli miqdara yaxın olması, cinayət əməlinin cinayət qanunvericiliyinin tələbinə əsasən daha ciddi cəzalara səbəb olması, bir sözlə cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, eləcə də hadisənin baş vermə səbəbi, şəraiti, nəticələri, həmçinin məhkumun şəxsiyyəti və işin d igər halları Məhkum məhz ağır cəzanın təyin edilməsini şərtləndirməsinə baxmayaraq məhkəmə əksinə olaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında olan yüngül cəzanı təyin etmişdir. Bundan başqa, məhkəmə Məhkum cəza təyin edərkən təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini, törətdiyi cinayəti etiraf edərək səmimi peşimançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, cavan olmasını, valideynlərinə köməklik göstərməklə onların şəxsi təsərrüfatını idarə edən şəxs olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alaraq ona təqsirli bilindiyi CM-nin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulandan daha yüngül cəza - azadlığın məhdudlaşdırılması cəzası təyin etmişdir. Lakin birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən qanunda nəzərdə tutulmamış yuxa rıda göstərilən halları əsassız olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə almaqla əsassız və qanunsuz nəticəyə gəlmiş, o cümlədən nəyə görə həmin halları cəzanı yüngülləşdirən hallar kimi nəzərə almasını əsaslandırmamış və obyektiv qiymətləndirməmiş, apellyasiya intansiyası məhkəməsi də həmin cəzanı qüvvədə saxlamaqla eyni nöqsanları təkrarlamışdır. İlk növbədə qeyd olunmalıdır ki, təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsinin, yəni əvvəllər məhkum olunmamasının cinayət qanununun tələbləri baxımından Məhkum münasibətdə cəzanı yüngülləşdirən hal kimi nəzərə alınması qeyri-mümkündür. Belə ki, CM-in 59.1.1-ci maddəsinə əsasən, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətin törədilməsi cəzanı yüngülləşdirən haldır. Həmin maddənin mənasına görə yalnız hadisələrin təsadüfi axarı zəminində cinayət ilk dəfə baş verdikdə yüngülləşdirici hal kimi qiymətləndirilməlidir. Qeyd edilənlərə əsasən, cinayət qanununun hadisələrin təsadüfi axarı zəminində ilk dəfə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətin törədilməsini cəzanı yüngülləşdirən hal qismində nəzərə alması, həmin halın hadisələrin qabaqcadan düşünülən, hazırlaşılan deyil, təsadüf nəticəsində ilk dəfə baş verməsi ilə bağlı olması və cinayəti törədən şəxsin fərdi-mənəvi əlamətlərinə, onun ictimai-təhlükəliliyinə birbaşa təsir göstərməsi ilə əlaqələndirmişdir. Hazırkı cinayət işi üzrə isə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin qəsd etdiyi ictimai münasibətlərdən, təqsirinin formasından, əməlin törədilmə forma və üsullarından, habe lə ictimai təhlükəlilik dərəcəsindən görünür ki, o, bu cinayəti hadisələrin təsadüfi axarı zəminində törətməmiş, düşünülmüş və planlı şəkildə birbaşa qəsdlə törətmişdir. Ona görə də, məhkəmənin Məhkum ilk dəfə cinayət törətməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alması tamamilə əsassız olmuşdur. Bundan əlavə, məhkəmə təqsirləndirilən şəxsin əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alsa da, bunun nədə ifadə olunduğunu hökmdə əsaslandırmamışdır. Halbuki, CM-in 72-ci maddəsinə görə ilk dəfə böyük ictimai təhlükə törətməyən şəxsin səmimi peşman olması, könüllü gəlib təqsirini boynuna almasında, cinayətin üstünün açılmasına fəal kömək etməsində, cinayət nəticəsində dəymiş ziyanın ödənilməsində və ya vurulmuş zərəri başqa yolla aradan qaldırma kimi hərəkətlərdə özünü göstərməlidir. Yəni şəxsin törətdiyi əməldən səmimi peşman olmasını bildirməsi həmin hərəkətlərlə təsdiq olunmalıdır. Bu hərəkətlərin təqsirləndirilən şəxs tərəfindən edilməsi qanunun mənasına görə şəxsin ictimai təhlükəliliyinin azalmasını təsdiq edir və buna görə də səmimi peşmançılıq cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Lakin Məhkum könüllü gəlib könüllü gəlib təqsirli boynuna almadığı, cinayətin üstünün açılmasına fəal kömək etmədiyi, habelə qəsdən az ağır cinayət törətdiyi üçün yuxarıda göstərilən hallar ona şamil edilə bilməz. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin ifadəsində “əməlindən peşman olmasını” deməsini onun səmimi peşman olması kimi qiymətləndirmişdir. Başqa sözlə “səmimi peşmanlıq” anlayışına hüquqi müstəvidən deyil, daha çox məişət üslubunda ifadə olunan məna baxımından yanaşmışdır ki, bu da CM-nin 59.2, habelə 139.0.5-ci maddələrinin tələbləri baxımından da əsasızdır. Bundan başqa, məhkəmə Məhkum yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alsa da, demək olar ki, hər bir cinayət işində rastlaşılan, formal xarakterli xasiyyətnaməyə belə qərarda istinad etmədən həmin xasiyyətnamənin təqsirləndirilən şəxsin şəxsiyyətinin fərdi - mənəvi keyfiyyətlərini tam ortaya qoyması nəticəsinə gəlmişdir. Halbuki, yaşayış yerindən müsbət xarakterizə olunmaq təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən haldır, əməli və ya niyyəti xarakterizə etmir. Bundan əlavə, şəxsin müsbət xarakterizə olunması cəmiyyətdə qəbul edilmiş ümumi davranış qaydasına əməl olunmasının nəticəsidir. Həmçinin, müsbət xasiyyət lənmə şəxsin müsbət davranışının göstəricisi ola bildiyi halda, təqsirləndirilən şəxsin davranışı narkotik vasitələrin qanunsuz dövriyyəsi cinayətini törətməkdən ibarət olmuşdur. Lakin məhkəmə CM-nin 59.2-ci maddəsinin tələbini pozaraq onun hansı cəhətlərinə görə müsbət səciyyələnməsini və bu halların konkret olaraq nədə ifadə olunmasını, şəxsiyyətini əhəmiyyətli dərəcədə müsbət mənada ehtiva edən hansı cəhətlərin olmasını, müsbət xarakterizə olunmada cəzanı yüngülləşdirməyə imkan verən amilin nə olmasını, nəyə görə bu halı cəzanı yüngülləşdirən hal kimi nəzərə almasının motivlərini və belə bir nəticəyə gəlməsinin səbəblərini qərarda göstərməmiş və əsaslandırmamışdır. Buna görə də qeyd olunan hal əsassız olaraq cəzanı yüngülləşdirən hal kimi qəbul edilmişdir. Beləliklə, yuxarıda sadalana nlardan görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyası yekun qərar qəbul edərkən və məhkum edilmiş şəxs Məhkum təyin edilmiş yüngül cəza ilə razılaşarkən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, onun nəticəsi, törədilməsi halı, şəraiti, məqsədi və motivi, Məhkum şəxsiyyəti, cinayətin törədilməsi zamanı davranışını nəzərə almamaqla ona təyin edilmiş açıq-aydın ədalətsiz cəzanı qüvvədə saxlamış, bu zaman cəza təyin etmə barədə CM-nin 8, 41 və 58.3-cü maddələrinin tələblərini pozmuş, “CM-nin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarının tələblərinə əməl etməmiş, “Məhkəmələr tərəfındən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublik ası Ali Məhkəməsi Plenumunun qərarındakı tövsiyyələri nəzərə almamış, cəzanı yüngülləşdirən halları düzgün müəyyən etməmiş, habelə cəza təyin edilərkən cinayət qanunu normaları düzgün tətbiq edilməmiş, nəticədə də məhkum edilmiş şəxs Məhkum münasibətdə yüngül cəza təyin olunmuşdur. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, məruzəçini, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanunu nun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya protestinin başlıca dəlili Məhkum cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinin, həmçinin cəzanı yüngülləşdirən halların düzgün nəzərə alınmaması və nəticədə ona yüngül cəza təyin edilməsidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimaitəhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cin ayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Yəni cəzanın məqsədi təkcə məhkumun islah olunması ilə məhdudlaşmır. Qanuna görə təqsirli şəxsə təyin edilən cəza başqalarına xəbərdarlıq baxımından da əhəmiyyətlidir. Digər tərəfdən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə əsasən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasınd an və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. İşdən görünür ki, birinci instansiya məhkəməsi hökmün əsaslandırıcı hissəsində maddi hüquq normalarının tətbiqinə istinad edərək nəticə hissəsində bu normalara riayət etməklə təqsirləndirilən şəxs Məhkum ilk dəfə cinayət törətməsini, törətdiyi cinayəti etiraf edərək səmimi peşimançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, cavan olmasını, valideynlərinə köməklik göstərməklə onların şəxsi təsərrüfatını idarə edən şəxs olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alaraq ona təqsirli bilindiyi CM-in 237.1-ci maddəsinin sanksiyası (üç min manatdan altı min manatadək miqdarda cərimə cəzası və ya 1 ildən 3 ilədək azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müd dətə azadlıqdan məhrum etmə cəzası) həddində olan 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasını təyin etmişdir. Apellyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsin hökmünü cəza hissəsində əsaslandırılmamış hesab edərək, məhkumun törətdiyi cinayətin ictimai təhlükəklilik dərəcəsini nəzərə alıb təyin olunmuş cəzanı yüngül hesab edərək onu 3 il müddətinə azadlığın məhdudlaşdırlması cəzasına kimi artırmışdır. Kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş cəzanı heç də yüngül cəza kimi qiymətləndirmək olmaz. Həmçinin təyin edilmiş cəza cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və məhkumun şəxsiyyətinə uyğundur. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri sayır ki, İnsan H üquqları üzrə Avropa Məhkəməsi qəbul etdiyi qərarlarında Milli Məhkəmələrə dəfələrlə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr Məhkum cəmiyyətdən qismən təcrid edilməklə islah oluna biləcəyi barədə nəticəyə gələrkən həm milli qanunvericiliyinin normalarına, həm də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin tövsiyəsinə düzgün əməl etmişlər. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya pro testində cəza təyini ilə bağlı göstərilən digər dəlillər də apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsinə əsas vermir. Belə ki, Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və qərarını məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Qərardan görünür ki, məhkəmə Məhkum təyin edəcək cəzanın müddətini müəyyən edərkən məhkumun cəzasını ağırlaşdıran halları müəyyən edilməmiş, yüngülləşdirən hallar isə kifayət qədər nəzərə almışdır. İşin materiallarında da Məhkum cəzasının ağırlaşdırılması üçün digər əsaslar müəyyən edilməmişdir. Odur ki, kassasiya protestini n bu barədə dəlilləri əsassızdır. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq həmin protestin təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 09 fevral 2021-ci il tarixli Məhkum haqqında qərarının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 237.1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyas ının 09 fevral 2021-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-941/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-941/2021
19.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver