Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-941/2022 02.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Dövlət ittihamçısı2 iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 noyabr 2021-ci il tarixli, 1(104)-444/2021 nömrəli hökmündən Dövlət ittihamçısı1 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum Təqsirləndirilən şəxs1 xx xxx 1980-ci il tarixdə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, himayəsində bir azyaşlı uşağı olan, ATF şirkətlər qrupunda montajçı işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşamışdır.
2. Məhkum Təqsirləndirilən şəxs2 xx xxx 1984-cü il tarixdə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında yaşamışdır. 3. 14 yanvar 2021-ci il tarixli ittiham aktına əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 32.5,206.2, 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair i ttiham elan edilmişdir. İttihama görə, Təqsirləndirilən şəxs1 İran İslam Respublikasında yaşayan digər şəxslə və tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroinin və külli miqdarda psixotrop maddə metamfetaminin əldə edilməsi, saxlanması, daşınması və satılması ilə bağlı razılığa gəlmiş, bu məqsədlə digər İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıqla, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirəcəyi narkotik vasitə və psixotrop maddəni onun qoyacağı yerdən götürüb satışının təşkil edilməsinə köməklik göstərəcəyi barədə qabaqcadan vəd vermiş, bu məqsədlə digər şəxs istintaqa məlum olmayan vaxtda və şərait də Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirdiyi külli miqdarda «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in İ siyahısına daxil edilən ümumilikdə təmiz çəkisi 1158,001 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və külli miqdarda «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in İ siyahısına daxil edilən ümumilikdə təmiz çəkisi 877,497 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini Biləsuvar rayonu ərazisində yerləşən körpünün altında yerləşdirib bu barədə Təqsirləndirilən şəxs2 mobil telefon vasitəsilə məlumat verdikdən sonra sonuncu bir ədəd sellofan torbada 1158,001 qram çəkidə narkotik vasitə heroini və 877,497 qram ç əkidə psixotrop maddə metamfetamini istintaqa məlum olmayan vaxtda və şəraitdə qeyd olunan yerdən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Təqsirləndirilən şəxs1 anası X1 yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə daşımış, bundan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 evin həyətyanı sahəsindəki toyuq hinində narkotik vasitə heroini bir ədəd şəffaf rəngli polietilen torbada təmiz çəkisi 532,914 qram, bir ədəd şəffaf rəngli polietilen torbada təmiz çəkisi 535,516 qram, bir ədəd şəffaf rəngli polietilen torbada təmiz çəkisi 89,571 qram, psixotrop maddə metamfetamini bir ədəd şəffaf rəngli polietilen torbada 505,002 qram və bir ədəd şəffaf rəngli polietilen torbada 372,495 qram olmaqla ayrıayrı bükümlərə bölüb satış üçün əvvəlcədən hazırlamış, daha sonra əldə etdiyi külli miqdarda narkotik vasitə olan heroini və külli miqdarda psixotrop maddə olan metamfetamini satmaq məqsədi ilə «şərti alıcı» Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X4 Şöbəsinin əməliyyat müvəkkili Şahid5 təklif etmiş, bu barədə razılıq əldə edildikdən sonra bir ədəd şəffaf rəngli polietilen torbada qablaşdırdığı 532,914 qram narkotik vasitə heroini və bir ədəd şəffaf rəngli polietilen torbada qablaşdırdığı 505,002 qram psixotrop maddə metamfetamini 18 aprel 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2lə birlikdə sonuncunun idarə etdiyi VAZ 21074 markalı, **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhərinə daşıyaraq həmin gün saat 20:00 radələrində Gəncə şəhəri, Vəli Xuluflu küçəsində yerləşən «Kür-Xəzər» Əyləncə mərkəzinin qarşısında əməliyyat qrupunun üzvü Şahid7 iştirakı ilə «şərti alıcı» Şahid5 16.000 (on altı min) manat müqabilində qanunsuz olaraq satmış, bundan sonra Baş Narkotiklərlə Mübarizə İdarəsinin X4 Şöbəsinin polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 saxlanılıb Regional Şöbədə üzərində şəxsi axtarış və götürmə həyata keçirilərkən əməliyyat-axtarış tədbirləri üçün protokollaşdırılmış 16.000 manat pul onun əynindəki göy rəngli gödəkcənin sol iç cibindən, həmçinin 532,914 qram narkotik vasitə heroin və 505,002 qram psixotrop maddə metamfetamin tədbirdə «şərti alıcı» qismində iştirak etmiş Şahid5 təqdim etdiyi bir ədəd tünd rəngli sellofan kisədəki iki ədəd şəffaf rəngli polietilen torbadan aşkar edilərək götürülmüşdür. Əmə liyyat tədbirinin davamı olaraq Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X4 Şöbəsinin əməkdaşları tərəfindən 19 aprel 2020-ci il saat 00:20-də keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 535,516 qram və 89,571 qram narkotik vasitə heroin, 372,495 qram psixotrop maddə metamfetamin, həmçinin bir ədəd elektron tərəzi Təqsirləndirilən şəxs1 anası X1 yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin arxa tərəfindəki tikilinin arasından, ağacdan asılı vəziyyətdə olan sellofan torbada üç ədəd şəffaf rəngli polietilen torbalarda aşkar edilərək götürülmüşdür. 4. 05 fevral 2021-ci il tarixdə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və iş açıq məhkəmə baxışına təyin olunmuşdur.
5. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 1(100)152/2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 32.5,206.2-ci maddəsi ilə təqsirli bilinmiş və ona həmin maddə ilə 5 il, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri təqsirli bilinmiş və ona həmin maddələrlə 9 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplanılmaqla üzərində qəti olaraq 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 18 aprel 2020-ci il tarixdən hesablanması hökm edilmiş; həmçinin Təqsirləndirilən şəxs2 Azərbaycan Re spublikası CM-nin 32.5,206.2-ci maddəsi ilə təqsirli bilinmiş və ona həmin maddə ilə 5 il, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri təqsirli bilinmiş və ona həmin maddələrlə 8 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplanılmaqla üzərində qəti olaraq 9 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, habelə cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 18 aprel 2020-ci il tarixdən hesablanması hökm edilmiş, hökmlə iş üzrə maddi sübutlara və məhkəmə məsrəflərinə dair məsələlər həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin həmin hökmündən Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi2 və digər Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1 tərəfindən ayrı ayrılıqda apellyasiya şikayətləri verilmişdir.
7. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 noyabr 2021-ci il tarixli, 1(104)-444/2021 nömrəli hökmü ilə verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, iş üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 1(100)-152/2021 nömrəli hökmü Təqsirləndirilən şəxs1 Vahib oğlunun və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32.5,206.2-ci maddəsi ilə təqsirli bilinməsinə aid hissədə ləğv edilmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32.5,206.2-ci maddəsi ilə bəraət verilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 1(100)-152/2021 nömrəli hökmü Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respub likası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsi hissəsində dəyişdirilmədən saxlanılmış, cəza hissəsində isə dəyişdirilərək Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 8 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 7 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökmdən cinayətlərin məcmusu üzrə cəza təyin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinin tətbiqi ilə bağlı müddəalar xaric edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 1(100)-152/2021 nömrəli hökmü qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
8. X3 Məhkəməsinin Cinayə t kollegiyasının 01 noyabr 2021-ci il tarixli hökmündən dövlət ittihamçısı kassasiya protesti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
9. Kassasiya protestində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32.5,206.2, 234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələri ibtidai araşdırma və birinci instansiya məhkəməsində aparılmış məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Dövlət ittihamçısı hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası toplanmış sübutları qarşılıqlı təhlil etməmiş, nəticədə iş üzrə məhkumların əməllərində Azərbaycan Respublikası CM-nin 32.5,206.2-ci maddəsinin tərkibinin olmasını təsdiq edən kifayət qədər mötəbər dəlil olmasına baxmayaraq əs assız olaraq onlara həmin maddələr üzrə bəraət verilmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarında olan mövcud sübutları əsassız olaraq subyektiv mülahizələrinə əsasən digər sübutlarla müqayisəli tədqiq etmədən və işin faktiki hallarını nəzərə almadan, sübutları tam, hərtərəfli və obyektiv yoxlamadan isin faktiki hallarına uyğun olmayan təqsirləndirilən şəxslərin özünü müdafiə xarakterli ifadələrinə əsaslanmaqla yanlış nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi işi qeyri-obyektiv və birtərəfli apararaq cinayət qanunun və cinayət-prosessual qanunun normalarının tələblərini kobud şəkildə pozmuş, bunun nəticəsi olaraq Azərbaycan Respublikası CM-nin 32.5,206.2-ci maddələri ilə nəzərdə tutulan az ağır cinayətlər təsnifatına daxil olan əmələ münasibətdə təqsirləndirilə n şəxslər cinayət məsuliyyətindən kənarda qalmışlar. Kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 noyabr 2021-ci il tarixli hökmünün ləğv edilməsini, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi xahiş edilmişdir.
10. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir. 1
2. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və dəyişdirilməsi üçün əsasları Azərbaycan Respublikası CPM-nin 416cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən hallardan (ən azından onlardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
15. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsinin toplanmış sübutları qarşılıqlı təhlil etmədiyindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32.5,206.2-ci maddəsi ilə bəraət verməkdə əsa ssız hökm qəbul etdiyini iddia edərək, mübahisələndirilən hökmün ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPMnin 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.
16. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 noyabr 2021-ci il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
17. Azərbaycan Res publikası CPM-nin 21.2 və 21.3-cü maddələrinə əsasən ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir və ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.
18. Tamamilə eyni mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) formalaşmış presedent hüququnda öz əksini tapmışdır. Məsələn, İlqar Məmmədov Azərbaycana qarşı işdə Avropa Məhkəməsi bir daha vurğulamışdır ki, cinayət işləri ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinə əsasən baxılan məsələlərdə sübutetmə yükü ittiham tərəfinin üzərindədir və hər hansı mövcud olan şübhə təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran hal kimi nə zərə alınmalıdır (İlqar Məmmədov Azərbaycana qarşı, № 919/15, § 92, 16 noyabr 2017-ci il).
19. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
20. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan Azərbaycan Respublikası CPM-nin 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən Cinayət-Prosessual Məcəlləsinin 125, 144, 146cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair mater iallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4).
21. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.
22. Həmin Məcəllənin 145.1 və 145.3-cü maddələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamı n həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.
23. Kassasiya protestində məhkəmə tərəfindən yuxarıda təsvir edilən cinayətprosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, apellyasiya instansiyası məhkəməsində məhkəmə araşdırmasının, bunun yekununda çıxarılmış məhkəmə aktının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq apellyasiya instansiyası məhkəməsi sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayətmühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; hər hansı sübutun tədqiqindən əsassız imt ina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; yekun qərar çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə Azərbaycan Respublikası CPM-nin 146-cı maddəsinin tələbləri gözlənilməklə biri digərinə uyğun gələn sübutların məcmusu ilə əsaslandırılmışdır.
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual cinayət qanunvericiliyi tələblərinə əməl olunması vəziyyətini yoxlayaraq müəyyən etmişdir ki, birinci instansiya məhkəməsində aparılmış icraat dövründə məhkumların narkotik vasitəni qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə gətirilməsi üçün qabaqcadan vəd etməklə kömək etmələrinə dair heç bir sübutun tədqiq olunmamasına baxmayaraq, məhkəmə əsassız hökm çıxarmaqla onların Azərbaycan Respublikası CM-nin 32.5,206.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirliliyini müəyyən etmişdir.
25. Apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq qeyd etmişdir ki, apellyasiya baxışı zamanı məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə narkotik vasitə və psixotrop maddə keçirməkdə İran İslam Respublikası ərazisində olan şəxsə qabaqcadan vəd etməklə kömək etməsi, sonuncu ilə əlbir olmalarına dair işdə heç bir mötəbər sübut aşkar olunmamışdır. İbtidai istintaq orqanının istinad etdiyi yeganə sübut olan - “WhatsApp” ani yazı şmalar xidmətində aparılmış danışıqlarda narkotik vasitə və ya psixotrop maddə adına, anlayışına və narkotik vasitə mənasını verən digər anlayışlara, xüsusən həmin WhatsApp” yazışmalarında nəinki narkotik vasitələrin və ya psixotrop maddələrin, hətta başqa hər hansı bir əşyanın belə gömrük sərhədindən keçirilməsi məsələsinin müzakirə olunmasına, qaçaqmalçılıq yolu ilə sərhəddən keçirilməsinə rast gəlinmir.
26. Qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, verilmiş apellyasiya şikayətləri qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin hökmü məhkumların Azərbaycan Respublikası CM-nin 32.5,206.2-ci maddəsi ilə təqsirli bilindiyi hissədə ləğv edilməli və hər iki məhkuma həmin maddələrlə bəraət verilməlidir.
27. Apellyasiya instansiyası məhkəm əsinin hökmündən göründüyü kimi, məhkəmə məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə narkotik vasitə və psixotrop maddə keçirməkdə İran İslam Respublikası ərazisində olan şəxsə qabaqcadan vəd etməklə kömək etməsi, sonuncu ilə əlbir olmalarına dair işdə heç bir mötəbər sübut aşkar olunmadığını nəzərə almış, belə vəziyyətdə sübutlar və sübutetməyə dair cinayət-prosessual normaların tələblərinə, o cümlədən, ittihamın sübuta yetirilməsində aradan qaldırıla bilinməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olmasına dair Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə, eləcə də cinayət mühakimə icraatının prinsiplərinə - təqsirsizlik prezumpsiyasına tam uyğun olaraq, məhkumların Azə rbaycan Respublikası CM-nin 32.5,206.2-ci maddələri ilə təqsirliliyi sübuta yetirilmədiyindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin həmin maddələri ilə bəraət verilməsi, onların yalnız Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinmələri barədə nəticəyə gəlmişdir.
28. Belə olan halda, eləcə də kassasiya protestində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni təkzib edə biləcək hər hansı yetərli dəlilin gətirilmədiyi nəzərə alındıqda, apellyasiya instansiyası məhkəməsinin hökmü əsassız və qanunsuz məhkəmə aktı kimi qiymətləndirilə bilməz.
29. Odur ki, məhkəmə kollegiyası baxılan işdə apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.3-cü maddələrində göstərilən pozunt ulara yol verilməməsi haqqında nəticəyə gəlib, kassasiya protestində irəli sürülmüş formal mülahizələrə görə mübahisələndirilən məhkəmə hökmünün ləğv edilməsini və həmin müraciətin təmin edilməsini mümkün hesab etmir.
30. Nəticə olaraq, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 noyabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Təsvir edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 noyabr 2021-ci il tarixli, 1(104)-444/2021 nömrəli hökmü kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.