Məhkəmə qərarları › İş №1(102)-941/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-941/2023

18.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-941/2023 18.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), İlkin Əbülfəz oğlu Rəcəbov və Rəşad Məhərrəm oğlu Abdulovdan ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 oktyabr 20 22-ci il tarixli qərarından dövlət ittihamçısı Rizvanov Qalib Arif oğlu tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər N.M.Əliyev (sədrlik edən və məruzəçi), M.Ə.Bağırov və N.T.Əliyev) 24 may 2021-ci il tarixli 1(100)-31/2021 saylı hökmü ilə xx.xx.1976-cı ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən CM-in 234.1-ci maddəsi ilə məhkum edilmiş, işsiz, Gəncə şəhəri, H.Əliyev prospekti, ev 85, mənzil 30-da yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhku m edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun 18 dekabr 2019-cu il tarixdən 19 dekabr 2019-cu il tarixədək şübhəli şəxs qismində tutulduğu 1 gün təyin edilmiş cəzadan çıxılmaqla üzərində 2 il 5 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, əvvəllər Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli hökmünə əsasən ona təyin edilmiş 1 il 8 ay 23 gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə təyin edilmiş 2 il 5 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə CM-in 66.5-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə ona 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, onun 15 yanvar 2020-ci il tarixdən hazırki iş üzrə hökm çıxarılan günə, yəni 24 may 2021-ci ilədək çəkdiyi cəza ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti 3 (üç) il 7 (yeddi) ay 21 (iyirmi bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 24 may 2021-ci il tarixdən hesablanmışdır. İşin halları: İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə ittiham verilmişdir ona görə ki, o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda təkrarən əldə edib daşıyaraq saxlamışdır. Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum 17 dekabr 2019-cu il tarixdə saat 19 radələrində yaşadığı ünvan 1 ünvanında yerləşən evdə tanışı Şahid8 ona satış məqsədi olmadan istifadə etməsi üçün pay verdiyi şəxsi istehlak miqdarında, yəni 5 ə dəd bükümdə ümumi təmiz çəkisi 1,668 qram narkotik vasitə qurudulmuş marixuananı və 17 dekabr 2019-cu il tarixdə saat 19 radələrində yaşadığı həmin evdə tanışı Şahid7 ona satış məqsədi olmadan istifadə etməsi üçün pay verdiyi şəxsi istehlak miqdarından artıq, yəni 8 ədəd bükümdə ümumi təmiz çəkisi 0,838 qram narkotik vasitə heroini şəxsi istehlak məqsədi ilə qanunsuz olaraq əldə edib yaşadığı evdə saxlamış, xx.xx.2019-cu il tarixdə saat 20 radələrində Azərbaycan Respublikası DİN-in BNMİ-nin QBRŞ-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində yaşadığı evdə saxlanılıb, evə baxış keçirilərkən otaqdakı şkafın üzərindən şəxsi istehlak məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı 1 ədəd ağ rəngli kağız bükümdə, 1 ədəd sarı rəngli kağız bükümdə, 1 ədəd gümüşü rən gli kağız bükümdə, 2 ədəd göy rəngli kağız bükümdə, 2 ədəd polietilen kəsikləri bükümlərində, 1 ədəd gümüşü rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,097 qram, 0,068 qram, 0,145 qram, 0,047 qram, 0,057 qram, 0,136 qram, 0,119 qram, 0,169 qram ümumilikdə 8 ədəd bükümdə şəxsi istehlak miqdarından artıq, ümumi təmiz çəkisi 0,838 qram narkotik vasitə heroin, 1 ədəd “West” markalı baş hissəsi kəsilmiş siqaret qutusunda, 1 ədəd gümüşü rəngli kağız bükümdə və 3 ədəd ağ rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,667 qram, 0,253 qram, 0,285 qram, 0,234 qram, 0,229 qram ümumilikdə 5 ədəd bükümdə şəxsi istehlak miqdarında ümumi təmiz çəkisi 1,668 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa o, dəqiq məlum olmayan vaxtda və mənbədən şəxsi istehlak məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq, yəni ümumi təmiz çəkisi 33,895 qram xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki əldə edib üzərində və yaşadığı ünvan 1 ünvanında yerləşən evdə daşıyaraq saxlamış, xx.xx.2020-ci il tarixdə saat 12 radələrində Gəncə şəhər BPİ-nin Kəpəz RPİ-nin CAŞ-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində yaşadığı evdə saxlanılaraq Kəpəz RPİ-nə gətirilib üzərinə baxış keçirilərkən əynindəki şalvarın sol arxa cibindən şəxsi istehlak məqsədi ilə qanunsuz olaraq əldə edib saxlayaraq daşıdığı bir ədəd sellofan torba kəsiyinə bükülmüş təmiz çəkisi 2,800 qram narkotik vasitə tiryək, daha sonra həmin gün saat 14 radələrində yaşadığı ünvan 1 ünvanında yerləşən evə baxış keçirilərkən evin qonaq otağına qoyulmuş paltar şkafındakı asılqandan asılmış gödəkcənin sağ iç cibindən şəxsi istehlak məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı bir ədəd kağız bükümdə təmiz çəkisi 31,095 qram narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: T.A.Muxtarov (sədrlik edən), Ç.B.Məmmədov və S.B.Hüseynov) 22 sentyabr 2021-ci il tarixli hökmü Gəncə Ağır Cinayətlər Məhkəməsinin 24 may 2021-ci il tarixli hökmü ləğv edilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.2-ci maddəsi ilə təqsirli bilinərək 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli hökmünə əsasən Məhkum təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəzanı hazırki hökm üzrə təyin edilmiş 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-in 66.5ci maddəsinə əsasən qismən toplamaq yolu ilə ona qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum həbsdə və ev dustaqlığında saxlandığı 3 (üç) ay 7 (yeddi) gün və 18 dekabr 2019-cu il tarixdən 19 dekabr 2019-cu il tarixədək şübhəli şəxs qismində tutulduğu 1 (bir) gün müddət Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən həbsdə və ev dustaqlığında saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə hesablamaq yolu ilə təyin edilmiş cəzadan çıxılmaqla onun üzərində 6 (altı) il 2 (iki) ay 22 (iyirmi iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası sa xlanılmışdır. Məhkum cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmənin başlanğıcının 15 yanvar 2020-ci il tarixdən hesablanması və ona cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunması və yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması hökm edilmişdir. Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: T.L.Kazımov (sədrlik edən və məruzəçi), Ə.C.Seyidov və Ə.Ə.İ.Novruzov) 04 may 2022-ci il tarixli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli hökmü ləğv edilmiş və cinayət işi yeni apellyasiya baxışına təyin edilmiş, Məhkum müdafiəçisi X2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmişdir. G əncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər E.İ.Xasməmmədov oğlu (sədrlik edən və məruzəçi) Ə.G.Abdullayev və İ.T.Həsənov) 17 oktyabr 2022-ci il tarixli 1(104)-411/2022 nömrəli qərarı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 24 may 2021-ci il tarixli 1(100)-31/2021 saylı hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmış, Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmişdir. Dövlət ittihamçısı Qalib Rizvanov kassasiya protesti verərək Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 oktyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işi üzrə yeni apellyasiya baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı Qalib Rizvanov kassasiya protes tini onunla əsaslandırmışdır ki, Məhkum 5 ədəd bükümdə ümumi təmiz çəkisi 1,668 qram narkotik vasitə qurudulmuş marixuananı və 8 ədəd bükümdə ümumi təmiz çəkisi 0,838 qram narkotik vasitə heroini qanunsuz olaraq əldə edib yaşadığı evdə saxlamış, 17 dekabr 2019-cu il tarixdə keçirilmiş əməliyyat tədbiri zamanı həmin narkotik vasitələr aşkar edilib götürülmüşdür. Həmçinin o, təkrarən 33,895 qram narkotik vasitə tiryəki əldə edib saxlamış, 15 yanvar 2020-ci il tarixdə yaşadığı mənzilə baxış keçirilərkən aşkar edilib götürülmüşdür. Göründüyü kimi, təxminən 1 ayı əhatə edən dövrdə Məhkum üzərindən və yaşadığı evdən çoxsaylı bükümdə və 3 növdə olmaqla narkotik vasitə aşkar edilib götürülmüşdür. Məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən, Məhkum heroindən sui-istifadə nəticəsində yaranmış na rkomaniya xəstəliyi aşkar edilmiş, qurudulmuş marixuana və tiryəkdən istifadə ilə bağlı hər hansı əlamət müəyyən edilməmişdir. Bundan başqa, iş materiallarından, Məhkum, iş üzrə şahid qismində dindirilmiş Şahid8 və Şahid7 ifadələrindən, həmçinin əməliyyat məlumatlarının məzmunundan görünür ki, Həsən, Seymur və Ramin tanış olmaqla qarşılıqlı olaraq bir-birlərinə bu və ya digər məqsədlə narkotik vasitə verir və onlar birlikdə narkotik vasitələrdən istifadə edirlər. Dolayısıyla həmin şəxslər narkotik vasitələrin dövriyyəsində birbaşa iştirak edirlər. Məhkəmə Məhkum barəsində narkotik vasitələrin satışı ilə bağlı hər hansı əməliyyat məlumatının olmaması və buna görə də həmin narkotik vasitələri şəxsi istehlak məqsədilə əldə edib saxlaması qənaətinə gəlsə də, Məhkum yuxarıda qeyd edilən formada narkotik vasitələrin dövriyyəsində iştirakını nəzərə almamışdır. Eyni zamanda, istifadə etdiyi halda nəyə görə Məhkum qurudulmuş marixuana və tiryəkdən istifadə ilə bağlı hər hansı əlamətin aşkar edilməməsinə qiymət verməmiş, məhkəmənin gəldiyi həmin nəticə məhkəmə iclasında tədqiq edilmiş heç bir sübutla, o cümlədən məhkəmə-narkoloji ekspertizasının rəyi ilə təsdiq edilməmişdir. Bundan başqa, iş materiallarında olan tələbnamədən və hökmlərin surətindən görünür ki, Məhkum 6 dəfə eyni xarakterli cinayətlər üzrə məhkum edilmişdir. Bundan başqa, Məhkum aşkar edilib götürülmüş narkotik vasitə tiryək 33,895 qram, heroin 0,838 qram olmuşdur. "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında" 2005-ci il 28 iyun tarixli, 961-İİQ saylı Azərbaycan Respublikasının Qanununa əsasən, tiryək və heroin narkotik vasitə hesab edilir, tiryəkin şəxsi istehlak miqdarından artıq miqdarının aşağı həddi 0,5 qram, külli miqdarının aşağı həddi isə 50 qram, heroinin isə müvafiq olaraq 0,15 qram və 2 qramdır. Göründüyü kimi, Məhkum aşkar edilmiş tiryəkin miqdarı şəxsi istehlak miqdarından 66 dəfə, heroin isə təxminən 6 dəfə çoxdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 04 mart 2011-ci il tarixli qərarının 9-cu bəndinin 2-ci hissəsində təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəy yən edilərkən istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin hazırlanması üçün avadanlığın olması ilə yanaşı, başqa sübutların, narkotik vasitənin miqdarının və işin digər hallarının nəzərə alınması məhkəmələrə tövsiyə edilmişdir. Məhkum özünün müdafiəsi üçün işin obyektiv hallarına uyğun gəlməyən, satış məqsədilə təkrarən narkotik vasitələri əldə edib saxlamasından ibarət olan həqiqəti gizlətməyə çalışan ifadələr verərək ondan aşkar olunmuş narkotik vasitələri yalnız öz şəxsi istifadəsi üçün əldə etdiyini, bu zaman satış məqsədinin olmadığını göstərmişdir ki, məhkəmə də, öz növbəsində, Məhkum ifadəsində göstərdiyi qeyd olunan xüsusatların özünümüdafiə xarakterli olmasını nəzərə almadan həmin ifadəyə əsaslanaraq sonuncunun narkotik vasitəni satış məqsədi olmadan şəxsi istehlakı üçün əldə etməsi kimi yanlış nəticəyə gəlmişdir. Məhkəmənin gəldiyi bu nəticə işin faktiki hallarına uyğun olmamaqla reallığı özündə əks etdirmir. Bununla belə, hazırki cinayət işi üzrə məhkəmə Məhkum aşkar edilmiş narkotik vasitələrin şəxsi istehlak miqdarından dəfələrlə çox olmaqla miqdarını, narkotik vasitələrin 2 dəfə olmaqla ayrı-ayrı vaxtlarda aşkar edilib götürülməsi və işin yuxarıda sadalanan digər hallarını nəzərə almamışdır. Sadalananlara baxmayaraq, məhkəmə kollegiyası əsassız olaraq işin faktiki hallarına uyğun gəlməyən qərar qəbul etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun tövsiyələrini nəzərə almadan, işdə olan satışa dair sübutları digər sübutlarla qarşılıqlı müqayisə edib yoxlamadan və bir sübutun qəbul, digərinin təkzib edilməsinin motivlərini gö stərmədən Məhkum əməlini CM-in 234.4.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni haqlı qəbul etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya protestinin başlıca dəlili məhkəmələr tərəfindən Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 234.4.2-ci maddəsindən CM-in 234.1-ci maddəsinə tövsif edilməsinin qanunsuz olmasıdır. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini müzakirə edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası bildirir ki, cinayət əməlinin Azərbaycan Respublikası CM-in 234.4.2-ci mad dəsi ilə tövsif edilməsi üçün satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlanma, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma hərəkətləri təkrar edilməlidir. Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. İşin materiallarından görünür ki, həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəmələri biri digərini tamamlayan, mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yox layaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun qiymət verərək belə nəticəyə gəlmişdir ki, o, 8 bükümdə şəxsi istehlak miqdarından artıq, ümumi çəkisi 0,838 qram narkotik vasitə heroin və 5 bükümdə şəxsi istehlak miqdarında ümumi çəkisi 1,668 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə etmiş və yaşadığı evdə saxlamışdır. Hadisənin məhz qeyd edilmiş şəraitdə və qaydada baş verməsini Məhkum, şahid ifadələri, məhkəmə-narkoloji və məhkəmə-kimyəvi ekspertizalarının rəyləri, maddi sübut, istintaq hərəkətlərinin protokolları və cinayət işinin digər materialları ilə tam təsdiq olunur. Birinci instansiya məhkəməsi Məhkum 8 bükümdə şəxsi istehlak miqdarından artıq, ümumi çəkisi 0,838 qram narkotik vasitə heroin və 5 bükümdə şəxsi istehlak miqdarında ümumi çəkisi 1,668 qram çətənə (kannabis) bitkisindən hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananın aşkar edilməsi qəbul etsə də, nəticəyə gəlmişdir ki, onun qeyd olunan narkotik vasitənin satış məqsədi ilə əldə edib saxlaması və daşıması, habelə kiməsə satmaq istəməsi barədə cinayət işinin materiallarında hər hansı sübut olmamışdır. Həmçinin Məhkum üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitənin satışı ilə bağlı məhkumun hər hansı bir istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi müəyyən olunmamışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 saylı Qərarının 9-cu bəndindəki tövsiyələrə əsasən, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla narkotik vasitələrin və psixotrop maddələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, narkotik vasitələr hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İşdən görünür ki, Məhkum aşkar edilərək götürülmüş narkotik vasitə olan heroinin və marixuananın satmaq niyyətində olmasını təsdiq edən heç bir sübut yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, məhkumda aşkar edilmiş 0,838 qram narkotik vasitə heroin və 1,668 qurudulmuş marixuananın, habelə 33,895 qram tiryəkin miqdarı da həmin narkotik vasitələrin məhz satış məqsədi ilə əldə edilməsi b arədə birmənalı nəticəyə gəlmək əsas vermir. Məhkumda aşkar edilmiş narkotik vasitələrin bükümlərin sayına gəldikdə məhkəmə kollegiyası işin hallarını nəzərə alaraq hesab edir ki, məhkəmələr əsaslı olaraq narkotik vasitələrin 13 ədəd bükümdə olmasını da məhkumun narkotik vasitəni satmaq məqsədini təsdiq edən hal kimi qiymətləndirməmişdir. Belə ki, Məhkum ifadəsində göstərmişdir ki, 17 dekabr 2019-cu il tarixdə tanışları Şahid8 və Şahid7 onun yaşadığı evdə narkotik vasitələri qəbul etmək qərarına gəlmiş, Seymur özü ilə marixuana gətirmiş və o, öz istifadəsi üçün həmin marixuanadan 5 büküm qablaşdırıb stolun üstünə qoymuşdur. Bundan sonra Ramin telefonla bir nəfərlə danışıb evdən çıxmış və heroin alaraq qayıtmışdır. Raminin gətirdiyi heroin bükümləri siqaret qutusunda olmuş, o həmin qutuda n bir neçə büküm istifadə edilməsi üçün stolun üstünə qoymuşdur. Həmin vaxt evinə polis işçiləri gəlmiş və o, Seymur və Ramin tərəfindən gətirilmiş və istifadə edilməsi üçün ona verilmiş narkotik maddələri polis işçilərinə təqdim etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid8 Məhkum ifadəsində göstərdikləri təsdiq etmiş və göstərmişdir ki, Məhkum evində narkotik vasitə olmamış, marixuanani o, heroini isə Ramin istifadə üçün Məhkum vermişlər. Şahid7 da cinayət işi üzrə verilmiş ifadəsində həmin xüsusatları təsdiq etmişdir. Polis əməkdaşları Şahid1, Şahid2, Şahid4, Şahid5 və Şahid6 məhkəmə iclasında Məhkum yaşadığı evdə aşkar olunmuş narkotik maddələrin miqdarı və növləri, habelə onların aşkara çıxarılması xüsusatlarla bağlı məhkumun və şahidlər Şahid8 və Şahid7 ifadələrinə uyğun ifadə vermi şlər. Bununla da məhkum edilmiş şəxs Məhkum narkotik vasitələrin hər-hansı bir şəxsə satmaq niyyətində olması, bu barədə əvvəlcədən kimlərlə isə sövdələşməsi, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, yaxud faktiki olaraq buna cəhd etməsi müəyyən edilməmiş və bunun üçün onda hər hansı avadanlıq da aşkar edilməmişdir. Həmçinin Məhkum barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunsa da, həmin qərar əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı onda aşkar edilərək götürülmüş narkotik vasitənin onun tərəfindən satış məqsədi ilə əldə edilməsini təsdiq edən heç bir hal müəyyən edilməmişdir. Cinayət işi üzrə ibtidai istintaq zamanı da Məhkum narkotik vasitələrinin və psixotrop maddənin qanunsuz satışı ilə məşğul olması, o cümlədən satması üçün hər h ansı bir istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi barədə sübut əldə edilməmişdir. Beləliklə, təqsirləndirilən şəxs Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroinin və şəxsi istehlak miqdarından artıq olaraq kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananın əldə etməsi, saxlaması və daşımasına dair hər hansı bir mötəbər sübut olmadığından birinci instansiya məhkəməsi düzgün olaraq onun əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif etmişdir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab e dilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə kollegiyası hesab edir ki, işin materiallarında Məhkum narkotik vasitələrin satış məqsədi i lə əldə edib saxlamasına dair heç bir sübut olmadığından həm birinci instansiya məhkəməsinin hökmü, həm də apellyasiya instansiyası məhkəməsinin qərarı Məhkum əməlinin tövsifi ilə bağlı hissədə əsaslıdır. Bundan başqa, iş materiallarından göründüyü kimi məhkəmələr sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə istintaq orqanı təqsirləndirilən şəxs Məhkum narkotik vasitələri satış məqsədi ilə əldə edib saxlaması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, şübhə və ehtimallara əsaslanmış, işə baxan birinci instansiya məhkəməsi isə cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, cinayət təqibi üzrə toplanmış sübutları düzgün qiymətləndirmiş, Məhkum əməlini düzgün olaraq CM-in 234.1-ci maddəsi ilə tövsif etmişdir. Odur ki, kassasiya protestinin məhkumun əməlinin tövsifi ilə bağlı dəlili əsassızdır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr iş üzrə düzgün nəticəyə gəlmişlər. Birinci instansiyası məhkəməsinin hökmündən görünür ki, məhkəmə Məhkum, şahidlərin ifadələrini dinləyib onları, iş materialları ilə, yəni işdə olan digər sübutlarla müqayisəli təhlil edib məhkumun narkotik vasitələrin qanunsuz əldə etmədə və saxlamada təqsirinin sübutlarla təsdiq edildiyi, lakin onun həmin narkotik vasitəni satmaq niyyətində olması işin hallarına uyğun olmaması və toplanmış sübutlara təsdiq edilmədiyi barədə nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi də apellyasiya protesti üzrə işə baxaraq, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Bununla yanaşı məhkəmələr Məhkum qanunsuz olaraq əldə etdiyi və saxladığı narkotik maddə qurudulmuş marixuananın istehlak miqdarında olduğundan CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibi yaratmamasına baxmayaraq, onun bu əməli CM-in 234.1-ci maddəsi ilə tövsif edilərkən məhkəmələr 1,668 qram narkotik maddə qurudulmuş marixuananın qanunsuz olaraq əldə etməsi və saxlaması epizodunu ümumi ittihamdan xaric etməmişlər. Məhkəmə kol legiyası hesab edir ki, 1,668 qram qurudulmuş marixuananın əldə etməsi və saxlaması epizodu Məhkum ümumi ittihamından xaric edilməlidir. Məhkəmə kollegiyasının fikrincə birinci instansiyasi məhkəməsi tərəfindən Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təyin edilmiş cəza 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası onun törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, işin hallarına və məhkumun şəxsiyyətinə uyğun gəlir, Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə cavab verən ədalətli cəzadır. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sü butların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Lakin məhkəmə kollegiyası qeyd etməyi vacib hesab edərək bildirir ki, Məhkum qəti cəza müddəti müəyyən edilərkən səhvə yol verilmişdir. Belə ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 24 may 2021-ci il tarixli 1(100)-31/2021 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və onun 15 yanvar 2020ci il tarixdən hazırki iş üzrə hökm çıxarılan günə, yəni 24 may 2021-ci ilədək çəkdiyi cəza ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti 3 (üç) il 7 (yeddi) ay 21 (iyirmi bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmasını qeyd etmişdir. Amma görünür ki, 15 yanvar 2020-ci il tarixdən 24 may 2021-ci ilədək 1 (bir) il 4 (dörd) ay 9 ( doqquz) gün müddət təşkil edir. Məhkəmələr isə səhvə yol verərək, Məhkum Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsi ilə qəti olaraq təyin edilmiş 4 il müddətə azadlıqdan məhrum etmə cəzasından onun çəkdiyi 1 il 4 ay 9 gün deyil, cəmi 4 il 9 ay çıxılaraq üzərində qəti olaraq 3 (üç) il 7 (yeddi) ay 21 (iyirmi bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır, bu isə Məhkum bir il artıq cəza təyin olunmasına gətirib çıxarmışdır. Beləliklə məhkəmə kollegiyası Məhkum Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən təyin olunmuş 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasından onun Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli hökmünə əsasən çəkdiyi müddətin tam çıxılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-in 4 19.10.4-cü maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Dövlət ittihamçısının kassasiya protesti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilsin. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 24 may 2021-ci il tarixli hökmü dəyişdirilsin. Məhkum ümumi ittihamından 1,668 qram qurudulmuş marixuananın əldə edilməsi və saxlanması epizodu xaric edilsin. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 24 may 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsi ilə qəti olaraq təyin edilmiş 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasından, onun Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli hökmünə əsasən çəkdiyi 1 (bir) il 4 (dörd) ay 9 (doqquz) gün müddət çıxılsın və üzərində 2 (iki) il 7 (yeddi) ay 21 (iyirmi bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Apellyasiya məhkəməsinin qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar