Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-941/2024 14.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun və məhkumun müdafiəçisi Mirmehdizadə Rəşad Mehdi oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 iyul 2023-cü il tarixli 1(103)-914/2023 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçıs ı Vəliyev Murad İsmayıl oğlu tərəfindən verilmiş kassasiya protestinə, habelə Məhkum müdafiəçisi Mirmehdizadə Rəşad Mehdi oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli 1(101)-419/2023 nömrəli hökmü ilə (sədrlik edən və məruzəçi hakim A.A.Məcidov, hakimlər Z.Q.Ağayev və S.S.Hüseynov ibarət məhkəmə tərkibi) xx xxxxxx 1976-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, X rəhbər vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilin ib, 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 16 iyul 2022-ci il tarixdən hesablanmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 iyul 2023-cü il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim F.İ.Əyyubov, hakimlər E.Ə.Mehdiyev və E.E.Rəhimovdan ibarət məhkəmə tərkibi) dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Mirmehdizadə Rəşad Mehdi oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 1(101)-419/2023 nömrəli hökmü Məhkum mənzilində aparılan axtarış və götürmə zamanı psixotrop maddə metamfetamin aşkar edilərə k götürülməsinə aid hissəsində dəyişdirilmiş, qeyd olunan epizod üzrə Məhkum təqsirinin sübuta yetirilməməsi əsası ilə xitam verilmiş və həmin hissə ittihamdan xaric edilmiş, qalan hissədə hökm dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 iyul 2023-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti, məhkumun müdafiəçisi tərəfindən isə kassasiya şikayəti verilmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Məhkum qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddələri irəli sürülmüş ittihama əsasən, o, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən naməlum vaxtda, satış məqsədi ilə külli miqdarda 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,308 qram, 2,894 qram və 10,528 qram olmaqla, ümumi təmiz çəkisi 16,73 qram kimyəvi komponent tərkibləri və xarici əlamətlərinə görə eynilik təşkil edən psixotrop maddə metamfetamini əldə edib, həmin psixotrop maddə metamfetaminin 3,308 qram və 2,894 qram hissəsini 02 ədəd bükümdə olmaqla üzərində, qalan 10,528 qramını isə 01 ədəd bükümdə olmaqla yaşadığıX saylı mənzilinə daşıyaraq, mənzilin yataq otağındakı qara rəngli piano alətin üzərindəki dərman qutusunun içərisində gizlədərək qanunsuz saxlamış, onun qanunsuz hərəkətləri barədə Bakı şəhəri, Xətai RPİnin 36-cı Polis bölməsinə daxil olmuş məlumat əsasında həmin bölmənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Məhkum 16 iyul 2022-ci il tarixdə, saat 17:00-da ünvan 2 ünvanın yaxınlığında psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılaraq ünvan 3 ünvanda yerləşən Xətai RPİ-nin 36-cı PB-nə gətirilərək video çəkilişdən istifadə olunmaqla müdafiəçinin iştirakı ilə üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan ağ rəngli cins şalvarın sağ yan cibindən külli miqdarda 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,308 qram və 2,894 qram ağ rəngli hissəciklərdən ibarət maddələr olmaqla kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin, 19 iyul 2022-ci il tarixdə hal şahidlərinin iştirakı ilə Məhkum yaşadığı X saylı mənzilində aparılan axtarış və götürmə zamanı mənzilin yataq otağındakı qara rəngli piano alətin üzərindəki dərman qutusunun içərisində 01 ədəd bükümdə təmiz çəkisi 10,528 qram ağ rəngli hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetam in aşkar edilərək götürülmüşdür. Bakı Ağır Cinayətlər Məhkəməsi Məhkum psixotrop maddə olan metamfetamini məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etməsinin, saxlamasının, habelə daşımasının sübut olunmaması haqqında nəticəyə gəlib onun əməlinin hüquqi tövsifini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-ci maddəsindən 234.1-1-ci maddəsinə dəyişmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən Məhkum cinayət əməlinin təsvirini aşağıdakı kimi verilmişdir. Məhkum satış məqsədi olmadan qanunsuz olaraq naməlum mənbədən, naməlum vaxtda külli miqdarda 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,308 qram, 2,894 qram və 10,528 qram olmaqla, ümumi təmiz çəkisi 16,73 qram kimyəvi komponent tərkibləri və xarici əlamətlərinə görə eynilik təşkil edən psixotrop maddə metamfetamin əldə e dib, həmin psixotrop maddə metamfetaminin 3,308 qram və 2,894 qram hissəsini 02 ədəd bükümdə olmaqla üstündə, psixotrop maddə metamfetaminin qalan 10,528 qramını 01 ədəd bükümdə olmaqla yaşadığıX saylı mənzilinə daşıyaraq, mənzilin yataq otağındakı qara rəngli piano alətinin üzərindəki dərman qutusunun içərisində gizlədərək qanunsuz saxlamış, onun qanunsuz hərəkətləri barədə Bakı şəhəri, Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə daxil olmuş məlumat əsasında həmin bölmənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Məhkum 16 iyul 2022-ci il tarixdə, saat 17:00-da ünvan 5 ünvanın yaxınlığında psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılaraq ünvan 3 ünvanda yerləşən Xətai RPİ-nin 36-cı PB-nə gətirilərək video çəkilişdən istif adə olunmaqla müdafiəçinin iştirakı ilə üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan ağ rəngli cins şalvarın sağ yan cibindən külli miqdarda 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,308 qram, 2,894 qram ağ rəngli hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin, 19 iyul 2022-ci il tarixdə hal şahidlərinin iştirakı ilə Məhkum yaşadığı x saylı mənzilində aparılan axtarış və götürmə zamanı mənzilin yataq otağındakı qara rəngli piano alətin üzərindəki dərman qutusunun içərisində 01 ədəd bükümdə təmiz çəkisi 10,528 qram ağ rəngli hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkə məsinin Məhkum əməlinin CM-in 234.1-1-ci maddəsinə hüquqi tövsifi ilə razılaşmaqla yanaşı, sonuncunun təqsirli bilindiyi ikinci epizod üzrə, yəni Məhkum mənzilindən 10,528 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülməsinə aid hissəsində Məhkum təqsirinin sübuta yetirilməməsi əsası ilə barəsində cinayət təqibinə bəraətverici əsaslarla xitam vermiş və həmin hissəni ittihamdan xaric etmişdir. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, ibtidai istintaq zamanı toplanmış və birinci instansiya məhkəməsində baxılmış sübutlarla Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş satış məqsədi ilə külli miqdarda (16,73 qram) psixotrop maddə olan metamfetamini qanunsu z olaraq əldə etmə, daşıma və saxlama cinayətini törətməsi təsdiq olunduğu halda, birinci instansiya məhkəməsi sübutların tədqiqinə dair cinayət-prosessual normaların tələblərini pozmaqla işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlib, əsassız olaraq Məhkum cinayət əməlinin hüquqi tövsifini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən 234.1-1-ci maddəsinə dəyişmişdir. Kassasiya protestinin müəllifi iddia edir ki, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin yol verdiyi nöqsanı aradan qaldırmaq əvəzinə qanunsuz və əsasız olaraq Məhkum yaşadığı x saylı mənzilində aparılan axtarış və götürmə zamanı 10,528 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülməsi hissəsində Məhkum təqsirinin sübuta yetirilməməsi əsası ilə barəsində cinayət təqibinə bəraə tverici əsaslarla xitam vermiş və həmin hissəni ittihamdan xaric etmişdir. Halbuki qeyd olunan tədbirin keçirilməsi zamanı cinayət təqibi həyata keçirən orqan tərəfindən hər hansı prosessual pozuntulara yol verilməmişdir. Kassator məhkəmələrin Məhkum əməlinin hüquqi tövsifində səhv nəticəyə gəlməsini göstərən hal kimi xüsusilə ona istinad etmişdir ki, 16 iyul 2022-ci il tarixdə həyata keçirilmiş axtarış və götürmə zamanı Məhkum külli miqdarda 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,308 qram, 2,894 qram olan psixotrop maddə metamfetamin, həmçinin 19 iyul 2022-ci il tarixdə sonuncunun mənzilində aparılan axtarış və götürmə zamanı mənzilində aşkar edilmiş 01 ədəd bükümdə təmiz çəkisi 10,528 qram psixotrop maddə metamfetamin eyni tərkibli olmuş, Məhkum narkomaniya xəstəliyindən əzab çə kməmiş və Məhkum aşkar olunmuş metamfetamin (ümumi çəkisi 16,73 qram) bu növ psixotrop maddə üçün qanunla müəyyən edilmiş şəxsi istehlak miqdarından 111 dəfə, külli miqdarın başlanğıc həddindən isə 8 dəfədən çox olmuşdur. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 iyul 2023-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Məhkumun müdafiəçisi Mirmehdizadə Rəşad Mehdi oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən Məhkum polis əməkdaşları tərəfindən saxlanıldıqda ona zor tətbiq edilməsi və təzyiq göstərilməsi, bunun təsiri ilə məhkəməyədək icraatda etirafedici izahat və ifadələr verməsi, məhkəmədə isə həmin həqiqətə uyğun olmayan məlumatları inkar etməsi nəzərə alınmamış, nəticədə Məhkum təqsirliliyi sübuta yetirilmədiyi halda əsassız olaraq satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə olan metamfetamini əldə edib saxlamaqda və daşımaqda – Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinmişdir. Müdafiəçi kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.1.2, 416.1.6, 416.1.11-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayə t Kollegiyasının 18 iyul 2023-cü il tarixli qərarının ləğv edilməsini, Məhkum barəsində cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində məhkəmələr tərəfindən sübutların düzgün tədqiq edilib-qiymətləndirilmədiyini, nəticədə Məhkum əməlində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş satış məqsədi ilə psixotrop maddəni əldə etmə, saxlama, daşıma cinayətinin tərkibi olduğu halda, əsassız olaraq onun əməlinin Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə tövsif edildiyini iddia edərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əsaslandırmışdır. Müdafiəçi Mirmehdizadə Rəşad Mehdi oğlu isə kassasiya şikayətində məhkəmələr tərəfindən cinayət – prosessual qanunun sübutlar və sübutetməyə dair qaydalarına əməl olunmadığını, nəticədə təqsirliliyi sübuta yetirilmədiyi halda X əsasız olaraq Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilindiyini iddia edərək, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi və cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsi haqqında kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.3, 416.1.6 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini və dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 iyul 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. İlk növbədə məhkəmə kollegiyası, dövlət ittihamçısı Vəliyev Murad İsmayıl oğlunun hazırki qərarın “Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri” bölməsində təsvir edilmiş dəlillərinə qiymət verilməsini zəruri hesab edir. Belə ki, kassasiya protestindən görünür ki, dövlət ittihamçısının Məhkum narkotik vasitəni məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması haqqında qənaətə gəlməsinə həlledici şəkildə sonuncunun üzərindən aşkar edilmiş 6,202 qram (ayrı-ayrılıqda təmiz çəkiləri 3,308 qr, 5,898 qr) və Məhkum mənzilindən götürülmüş 10,528 qram (apellyasiya məhkəməsinin ittihamın 2-ci epizod üzrə qənaətini ilə birlikdə münahisləndirmiş) psixotrop maddə metamfetaminin külli miqdar – 16,73 qram təşkil etməklə şəxsi istehlak miqdarından 111 dəfə, “külli miqdar”ın minimum həddindən 8 dəfə çox olması, qeyd olunan psixotrop maddələrin eyni tərki bli olması, həmçinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə əsasən Məhkum narkomaniya xəstəliyindən əzab çəkməməsi səbəb olmuşdur. Məhkəmə kollegiyası kassasiya protestində istinad olunan Məhkum yaşadığı X saylı mənzilində həyata keçirilmiş istintaq hərəkəti zamanı - 01 ədəd bükümdə təmiz çəkisi 10,528 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülməsi hissəsində apellyasiya məhkəməsinin gəlmiş olduğu qənaətin əsasız olmasına dair dəlilərə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 243.1-ci maddəsinə əsasən axtarış və ya götürmə, bir qayda olaraq, məhkəmənin qərarı əsasında aparılır. Həmin Məcəllənin 243.3-cü maddəsinə əsasən təxirə salına bilməyən hallarda müstəntiq axtarış və ya götür məni məhkəmənin qərarı olmadan yalnız aşağıdakıları güman etməyə əsas verən dəqiq məlumat olduqda apara bilər: _ şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayətin törədilməsinə və ya həmin cinayətin törədilməsinə hazırlığın aparılmasına dəlalət edən əşya və ya sənədlərin yaşayış yerində gizlədilməsini (CPM 243.3.1); _ şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayəti hazırlayan, törədən, törətmiş, azadlıqdan məhrum etmə və ya həbs yerlərindən, yaxud mühafizə altından qaçmış şəxsin yaşayış yerində gizləndiyini (CPM 243.3.2); _ yaşayış yerində insan meyitinin (meyit hissələrinin) olmasını (CPM 243.3.3.); _ yaşayış yerində insanın həyat və ya səhhəti üçün real təhlükə olduğunu (CPM 243.3.4.). Eyni zamanda Azərbaycan Respublikası CPM-in 244.1 və 245.3. maddələrinə əsasən axtarış və ya götürmə zamanı hal şahidləri iştirak edə bilər, müstəntiq axtarış və ya götürməni foto, video və kino çəkilişdən, yaxud digər yazan texniki vasitələrdən istifadə etməklə aparmaq hüququna malikdir. Axtarış və ya götürmə zamanı azı 2 (iki) hal şahidi iştirak etmədikdə videoçəkilişdən istifadə məcburidir. Həmin Məcəllənin 244.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxs barəsində axtarış və götürmənin aparılmasında onun müdafiəçisi iştirak etmək hüququna malikdir. Həmin istintaq hərəkətinin aparılması barədə müstəntiq tərəfindən əvvəlcədən xəbərdar edilmiş müdafiəçi axtarış və götürmədə iştirak etmək arzusunu bildirdikdə müstəntiq onun bu hüququnu təmin etməlidir. Öyrənilmiş cinayət işi materiallarından müəyyən olunur ki, keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Məhku m 16 iyul 2022-ci il tarixdə, saat 17:00-da ünvan 2 ünvanın yaxınlığında saxlanılmış, elə həmin günü saat 18:20-18:35-dək video çəkilişdən istifadə olunmaqla, eyni zamanda müdafiəçinin iştirakı ilə “şəxsi axtarış və götürmə aparılması haqqında” təhqiqatçı X tərəfində istintaq hərəkəti həyata keçirilmiş, keçirilmiş istintaq hərəkəti nəticəsində sonuncunun üzərində 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,308 qram və 2,894 qram ağ rəngli hissəciklərdən ibarət maddələr olmaqla kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin aşkar edilmişdir. Məhkum yaşadığı X saylı mənzilində aparılan axtarış və götürmə istintaq hərəkəti isə 19 iyul 2022-ci il tarixdə yəni sonuncunun tutulmasından 3 gün sonra, məhkəmə qərarı əsasında deyil, müstəntiq X tərəfindən qəbul edilmiş qəra r əsasında həyata keçirilmiş, qeyd olunan qərarda müvafiq istintaq hərəkətinin təxirə salına bilməməzliyinə dəlalət edəcək yəni CPM-nin 243.3-cü maddəsində təsbit edilmiş heç bir hala istinad edilməmişdir. İttiham tərəfi həyata keçirilmiş istintaq hərəkətinin qanuniliyinə münasibətdə məhkum edilmiş şəxsin həyat yoldaşı X mənzildə axtarış aparılmasına etiraz etməməsinə dair ərizəsinə istinad etsə də, apellyasiya məhkəməsində şahid qismində ifadə vermiş X evə baxış keçirilməsinə razılıq verilməsinə dair ərizəni məcbur edildiyindən imzaladığını bildirmişdir. Şahid X göstərdiyi hal sonuncunun axtarış və götürmə istintaq hərəkətinin aparılması barədə müstəntiq tərəfindən qəbul edilmiş qərarın ona elan edilməsinə imza etməkdən imtina etməsi ilə təsdiq olunur. Göstərilən pozuntularla yanaşı qeyd olunmalıdır ki, cinayət təqibini həyata keçirən orqan tərəfindən Məhkum mənzilində baş tutmuş “axtarış və götürmə” qeyd olunan istintaq hərəkətinin aparılması qaydalarına (CPM 245) əməl edilmədən, əsas iştirakçıların (CPM 244) həmin mənzildə iştirakları təmin edilmədən həyata keçirilmişdir. Belə ki, apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, sözügedən istintaq hərəkətinin aparılması zamanı Cinayət Prosessual Qanunvericiliyin tələbləri pozularaq, təqsirləndirilən şəxsin və onun müdafiəçisinin iştirakı təmin edilməmiş (faktiki onlar CPM-nin 244-cü maddəsində təsbit edilmiş hüquqlarından məhrum edilmişlər), həmçinin axtarış və götürmə istintaq hərəkətinin iki hal şahidinin iştirakı ilə həyata keçirilməsi qeyd edilsə də, həmin hal şahidlərindən biri Şahid6 qeyd olunan istintaq hər əkətində iştirakı barədə təkzibedici ifadə vermişdir. Göründüyü kimi Məhkum Cinayət-Prosessual Məcəllənin normalarından irəli gələn prosessual hüquqları təmin edilmədiyi və müstəntiq tərəfindən “axtarış və götürmə” istintaq hərəkəti CPM-in tələblərinin pozulması ilə keçirildiyi vəziyyətdə apellyasiya məhkəməsinin Məhkum mənzilində 19 iyul 2022-ci il tarixdə həyata keçirilmiş axtarış və götürmə istintaq hərəkətinin sübut kimi qəbul etməməsi cinayət prosesi tərəfinin təqdim etdiyi sübutlardan əsassız olaraq imtina etmə kimi şərh edilə bilməz. Təsvir edilən halların, cinayət təqibi orqanının təqdim etdiyi sübutlar bazasına, ittihama yaranan (Məhkum irəli sürülmüş ittihamın 2-ci epizodu üzrə) ciddi şübhələrin fonunda apellyasiya məhkəməsi Məhkum mənzilində aparılan axtarış və götürmə zamanı 10,528 qram psixotrop maddə metamfetaminin aşkar edilərək götürülməsinə aid hissəsində Məhkum təqsirinin sübuta yetirilməməsi əsası ilə barəsində cinayət təqibinə bəraətverici əsaslarla xitam vermiş və həmin hissəni ittihamdan xaric etmiş, ittiham tərəfi mövcud şübhələri aradan qaldıra biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Göstərilənlərdən çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin təqdim olunmuş sübutların Məhkum ona istinad edilən 10,528 qram psixotrop maddə metamfetamin əldə edərək, daşıyaraq mənzilində saxlamasında təqsirli bilmək üçün kifayət etməməsi, onun təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlməsi sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydaların pozulması ilə əldə edilmiş qənaət kimi qiymətləndirilə bilməz. Be lə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28-ci maddəsində nəzərdə tutulmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi də cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. CPM-in 21.2-ci maddəsinə görə cinayət-prosessual qanunun nəzərdə tutduğu prosedur daxilində ittihamın sübuta yetirilmə sində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməlidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPMnin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə o lduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Odur ki, apellyasiya məhkəməsinin Məhkum mənzilində aparılan axtarış və götürmə zamanı 10,528 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülməsinə aid hissəsində sonuncunun təqsirinin sübuta yetirilməməsi əsası ilə barəsində cinayət təqibinə bəraətverici əsaslarla xitam verməsi, həmin hissənin ittihamdan xaric etməsi cinayətprosessual qanunun yuxarıda təsvir edilən normalarının tələblərinə, xüsusilə də ittihamın sübut olunmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydalara cavab verən nəticə kimi özünü göstərir. Dövlət ittihamçısı tərəfindən kassasiya protestində istinad edilmiş digər dəlillərə gəldikdə (Məhkum aşkar edilmiş psixotrop maddə metamfetaminin külli miqdarda olması, həmçinin onun narkomaniya xəstəliyindən əzab çəkməməsi), məhkəmə kollegiyası protest müəllifinin bu iddiaları ilə də razılaşmaq üçün əsas tapmır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli 2 nömrəli qərarına qeyd etmişdir ki, narkotik vasitəni satmaq niyyətinin olub-olmamasının müəyyən edilməsi zamanı narkotikin miqdarı, çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanm ası üçün avadanlığın olması da nəzərə alınmalıdır. Ali Məhkəmənin Plenum qərarının 9-cu bəndinin 2-ci abzasında məhkəmələrə izah olunur ki, “təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır”. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarından qeyd olunan məhz həmin iqtibas dövlət ittihamçısının irəli sürdüyü dəlillər onun mövqeyi ilə razılaşmamaq üçün əsasdır. Çünki, Plenum qərarında yuxarıda təsvir olunan halların, o cümlədən narkotik vasitənin miqdarının ayrıca olaraq deyil, “başqa sübutlarla yanaşı” nəzərə alınması tövsiyə olunur. “Başqa sübutlar” dedikdə, iş üçün əhəmiyyətli olan halların, o cümlədən narkotik vasitəni xırda bükümlərə qablaşdırması, narkotik vasitənin hazırlanması, çəkilməsi üçün avadanlığın olması, digər istehlakçılarla razılıq əldə etməsi kimi sübutlar başa düşülür. Plenum qərarının tövsiyələri ilə müqayisə etməklə hazırki işin hallarına baxdıqda görünür ki, Məhkum 16 iyul 2022-ci il tarixdə həyata keçirilmiş axtarış və götürmə zamanı götürülmüş psixotrop maddə olan metamfetaminin külli miqdar olduğu müəyyən edilsə də, hətta onda narkotik vasitələrdən istifadə etmə əlamətləri aşkar olunmasa da, onun digər istehlakçılarla razılıq əldə etməsi, satış üçün psixotrop maddəni xırda bükümlərə qablaşdırması, onda psixotrop maddənin hazırlan ması, çəkilməsi üçün avadanlığın olması kimi hallar müəyyən edilməmişdir. Belə vəziyyətdə birinci instansiya məhkəməsi haqlı olaraq Məhkum psixotrop maddəni məhz satmaq məqsədilə əldə edib saxladığını, daşıdığını söyləmək üçün kifayət qədər faktiki əsasların olmaması haqqında nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin həmin halların mövcud olmaması və təqsirkarın hərəkətlərində məhz CM-in 234.1-1-ci maddəsinin tərkibinin olması haqqında yekun qənaəti hökmdə ətraflı təsvir olunmuş sübutlarla uzlaşır. Belə ki, Məhkum məhkəməyədək icraatda verdiyi ilk ifadəsindən başlayaraq psixotrop maddə satmaq kimi məqsədinin olmadığını göstərmişdir. Belə ki, 16 iyul 2022-ci il tarixdə şəxsi axtarış keçirilərkən, Məhkum əynində olan ağ rəngli cins şalvarının sağ yan cibindən aşkar olunmuş 2 ədəd ş əffaf sellofana bükülmüş psixotrop maddə metamfetamin yerdən taparaq üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Həmçinin birinci instansiya məhkəməsində tədqiq edilmiş Xətai RPİ-nin 36-cı PB-nin əməliyyat müvəkkili Şahid2 tərəfində tərtib edilmiş 16 iyul 2022-ci il tarixli raportda - iş üzrə ona daxil olmuş əməliyyat məlumatının Məhkum narkotik vasitələrin satışı ilə məşğul olması deyil, narkotik vasitələrin qəbulu və üzərində daşıması barədə olmuşdur. İş üzrə dindirilmiş şahidlərdən də (polis əməkdaşlarından) heç biri narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması və daşınmasında təqsirli bilinməsi üçün əsas ola biləcək hər hansı məlumat verməmişlər. Onlar müstəsna olaraq yuxarıda qeyd olunan psixotrop maddənin aşkar edilib götürülməsi faktın ı təsdiq etmişlər. Həmçinin cinayət işinin materiallarından görünür ki, Məhkum adına rəsmiləşdirilmiş mobil nömrə ilə başqa mobil telefonlar vasitəsi ilə edilmiş giriş və çıxış zənglərin, həmin zənglərin nömrələrinin sahiblərinin adlarının, soyadlarının və ünvanlarının, nömrələrin anten dairələrinin, həmin nömrələrdən göndərilən və daxil olan SMS-lərin mətnlərinin olmasına dair əldə edilmiş məlumatlarda da Məhkum satış məqsədilə narkotik vasitə əldə etməsini təsdiq edən hər hansı məlumat aşkar edilməmişdir. Təsvir olunanlardan, ümumiyyətlə cinayət işinin materiallarından belə görünür ki, birinci instansiya məhkəməsi Məhkum cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edərkən, apellyasiya instansiyası məhkəm əsi isə həmin nəticə ilə razılaşarkən kassasiya protestində irəli sürülmüş iddianın əksinə olaraq, tam, hərtərəfli və obyektiv olaraq araşdırılmış, CPM-in 144-146-ci maddələrinə uyğun olaraq yoxlanılıb qiymətləndirilmiş sübutların məcmusuna əsaslanmışlar. Odur ki, kollegiya məhkəmələr tərəfindən sübutların düzgün qiymətləndirilməməsinə dair dövlət ittihamçısının iddiası ilə razılaşmır, bu səbəbdən də müəyyən edilmiş işin hallarını (Məhkum satış məqsədi olmadan narkotik vasitəni əldə edib saxlaması, daşıması haqqında nəticəni) şübhə altına almaq üçün əsas görmür. Belə olan halda, dövlət ittihamçısının Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə düzgün tövsif olunmaması haqqında mülahizəsi də əsaslı sayıla bilməz. Çünki, məhkəmələr tərəfindən müəyyən edilmiş sayılan Məhkum sadalanmış əməlləri (satış məqsədi olmadan külli miqdarda psixotrop maddənin qanunsuz olaraq əldə edilməsini, saxlanmasını və daşınmasını) cinayət olaraq məhz 234.1-1-ci maddəsi nəzərdə tutmuşdur. Yuxarıda qeyd olunan, apellyasiya instansiyası məhkəməsinin qərarından irəli gələn hallar eyni zamanda müdafiəçinin kassasiya şikayətində irəli sürdüyü Məhkum üzərindən müvafiq olaraq 3,308 qram və 2,894 qram psixotrop maddənin aşkar edilməməsi, beləliklə də onun əməlində cinayət tərkibinin əlamətlərinin müəyyən edilməməsi, əsassız olaraq təqsirli bilinməsi haqqında dəlilləri də təkzib edir. Müdafiəçinin məhkəmələrin ibtidai istintaqda Məhkum irəli sürülmüş 1-ci epizod üzrə əldə olunmuş sübutlara istinad etmələrini mübahisələndirməsi, o cümlədən onun etirafedici ifadələrinin zor tətbiq edi lməklə alındığı üçün yolverilməz olması barədə iddiası da əsaslı sayıla bilməz. Çünki, məhkəmələrin təqsirləndirilən şəxs Məhkum məhkəmədə deyil, ibtidai istintaqda verdiyi ifadələrinə əsaslanması özü-özlüyündə cinayət-prosessual qanunun tələblərini pozmur. Belə ki, Cinayət-Prosessual Məcəllənin 124.2-ci maddəsi cinayət prosesində qəbul olunan sübutlar sırasında şübhəli, təqsirləndirilən şəxslərin, şahidlərin ifadələrini də göstərməklə onların mümkünlüyünü, faktların təsdiq və yaxud inkar olunmasında əhəmiyyətini həmin ifadələrin cinayət-prosesinin hansı mərhələsində (məhkəməyədək icraatda və yaxud məhkəmə icraatında) əldə olunmasından asılı etməmişdir. Bundan başqa, Cinayət-Prosessual Məcəllənin 327.1 və 327.1.3-cü maddələri ilə də təqsirləndirilən şəxsin müxtəlif ifadələri arasında ziddi yyətlər olduqda, onun əvvəllər, o cümlədən, məhkəməyədək icraatda verdiyi ifadələrinin elan edilməsinə, yəni məhkəmə istintaqının gedişində tədqiq edilib hökmün, apellyasiya instansiyası məhkəməsinin yekun qərarının əsaslandırılmasında istifadə olunmasına yol verir (eynilə şahidlərə münasibətdə CPM-in 329 və 327.1-ci maddələri yol verdiyi kimi). Həmçinin, məhkəmələrin təqsirləndirilən şəxs Məhkum məhkəmədə deyil, ibtidai istintaqda verdikləri ifadələrinin doğru olması (həqiqəti əks etdirməsi) barədə qənaəti bu ifadələrin yoxlanılması və qiymətləndirilməsi üçün əhəmiyyətli olan (istər apellyasiya instansiyası, istərsə də birinci instansiya məhkəməsində müəyyən edilmiş) işin bütün hallarının obyektiv araşdırılmasına əsaslandığından, şübhələrə yer qoymur. O cümlədən, birinci instansiya məhk əməsində cinayət işinə baxılarkən Məhkum ibtidai istintaqda etirafedici ifadələri polis əməkdaşlarının zorakılığının təsiri altında verməsinə dair iddiası da lazımınca araşdırılmış, iddianın əsassız olduğu müəyyən edilmiş, bu nəticə apellyasiya qaydasında işə baxılarkən də təkzib edilməmişdir. Belə ki, müəyyən edilmişdir ki, həmin iddia üzrə Xətai Rayon Prokurorluğunda ayrıca araşdırma aparılmış, Məhkum polis əməkdaşları tərəfindən təzyiq göstərilməsi və xəsarətlərin yetirilməsi öz təsdiqini tapmadığından müstəntiq X tərəfindən qəbul edilmiş 05 yanvar 2023-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə, təsvir olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət işinin materiallarının sübutlar və və sübutetməyə dair cinayət-prosessual qaydaların, o cü mlədən CPM-in 125, 143-146-cı maddələrinin tələblərinə müvafiq surətdə tədqiq edilibqiymətləndirildiyini, məhkəmənin işin faktiki halları barədə nəticələrinin birinci və apellyasiya instansiyası məhkəməsində baxılmış sübutlara, Məhkum əməlinin CM-in 234.1-1-ci maddəsi ilə tövsifinin isə həmin hallara uyğun olduğunu, ona CM-in 234.1-1-ci maddəsi ilə cəza təyin edilərkən CM-in 8, 58.3, 59, 61-ci və digər maddələrinin tələblərinə əməl olunduğunu, kassasiya şikayətinə və kassasiya protestinə baxılması nəticəsində həmin müraciətlərdə yol verilməsi iddia edilən CPM-in 416.1.2, 416.1.6, 416.1.11, 416.1.15-ci maddələrində göstərilən (məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini tələb edən) pozuntuların müəyyən edilmədiyini, yəni istər kassasiya protestinin, istə rsə də kassasiya şikayətinin təmin edilməsi üçün əsasların olmadığını göstərir. Dövlət ittihamçısının məhkəmələrin Məhkum əməlini CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edərək Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bildiyi halda, “istintaqa məlum olmayan mənbədən” və “naməlum vaxtda” söz birləşmələrindən istifadə etməklə sübuta yetirilmiş hesab etdikləri cinayət əməlinin təsvirini ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində dəqiq göstərməmişlər dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş hökmdə Məhkum tövsif olunmuş əməlinin təsviri hazırkı qərarın “İşin Halları” bölməsində təsvir edilmiş qaydada göstərilmiş, apellyasiya məhkəməsi isə birinci instansiya məhkəməsinin verm iş olduğu təsvirdən Məhkum mənzilində aparılan axtarış və götürmə zamanı 10,528 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülməsinə aid hissəsini xaric etməklə yanaşı, birinci instansiya məhkəməsinin 1-ci epizod üzrə sübuta yetirilmiş hesab etdiyi cinayət əməlinin təsviri ilə razılaşmışdır ki, bu da apellyasiya məhkəməsi tərəfindən qəbul edilmiş yekun məhkəmə hökmünün CPM-in 353-cü maddəsi uzlaşan prosessual akt kimi qiymətləndirilməsinə əsas verir. Digər tərəfdən Məhkum ondan aşkar edilmiş psixotrop maddənin haradan və hansı zaman kəsiyində əldə etməsi ibtidai araşdırma orqanı tərəfindən müəyyən olunmadığından Məhkum “istintaqa məlum olmayan mənbədən” və “naməlum vaxtda” söz birləşmələrindən istifadə edilməklə satış məqsədi ilə narkotik vasitənin əldə olunması, daşınması və s axlanılması ilə bağlı ittiham irəli sürülmüş, irəli sürülmüş ittiham birinci instansiya məhkəməsində dövlət ittihamçısı tərəfindən müdafiə olunmuş, birinci instansiya məhkəməsi verilmiş ittiham çərçivəsində işə baxaraq Məhkum CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif etmiş, apellyasiya protestində də həmin hal yəni cinayət əməlinin təsvirində “istintaqa məlum olmayan mənbədən” və “naməlum vaxtda” söz birləşmələrindən istifadə edilməsi mübahisələndirilməmişdir. Eyni zamanda dövlət ittihamçısının istinad etdiyi xüsusat əslində kassasiya protestinin ümumi məzmunu ilə ziddiyyət təşkil edir, belə ki, bir tərəfdən dövlət ittihamçısı kassasiya protestində ibtidai istintaq orqanın Məhkum qarşı irəli sürüdüyü ittihamla və həmin ittihamda “istintaqa məlum olmayan mən bədən” və “naməlum vaxtda” söz birləşmələrindən istifadə edilməsi ilə razılaşaraq, məhkəmələrin Məhkum əməlinin tövsifində səhvə yol verdiyini bununla da, məhkumun vəziyyətinin ağırlaşmasına səbəb ola biləcək dəlillər irəli sürüdüyü halda, digər tərəfdən təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə təfsir olunmalı olan hallara istinad edir (məhkəmələrin işin ümumi kontekstindən çıxış edərək məhkumun xeyrinə olan yekun qənaətlərinin qanuni və əsaslı olduğunu təsdiq edir) ki, göstərilən hallar biri-biri ilə təzad təşkil edir. Hər bir halda qeyd olunmalıdır ki, kassasiya protestində irəli sürülmüş iddia məhkəmələrin təqsirli şəxsin əməlinin tövsif edilməsinə mane olan hal kimi çıxış etmədiyindən kassasiya protestində istinad olunmuş hazırkı dəlil də, əsasız olduğundan rədd edilməlidir. Be ləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə, kassasiya protestinin təmin edilməməsinə dair müdafiəçinin, habelə kassasiya protestinin təmin edilməsinə, kassasiya şikayətinin isə təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti və kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 18 iyul 2023-cü il tarixli 1(103)-914/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Kassasiya protesti və məhkumun müdafiəçisi Mirmehdizadə Rəşad Mehdi oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 18 iyul 2023-cü il tarixli 1(103)-914/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-941/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-941/2024
14.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver